Məhkəmə qərarları › İş №2-1(102)-384/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-384/2022

02.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-384/2022 02.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial X4 rayon Şöbəsinə (hazırki adı Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon Xidmət Nümayəndəliyi) qarşı iş üzrə QƏRARİ Açar sözlər: (yaşa görə əmək pensiyası, əmək kitabçasında olan məlumatların mötəbərliyi ) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi, İspəndiyar Şəfiyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial X4 rayon Şöbəsinə (hazırki adı Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon Xidmət Nümayəndəliyi) qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.07.2021-ci il tarixli, 2-1(103)-1305/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1958-ci ildə Bakı şəhərində doğulmuş, 1976-cı ildən əmək fəaliyyətinə başlamış, 26.01.1976-cı ildən 25.07.1983-cü ilədək Azərbaycan SSR Toxuculuq Fabrikində, 14.05.1984-cü ildən 07.08.1989-cu ilədək N.Nərimanov adına İTXB filialında, 15.08.1991-ci ildən 02.01.1997-ci ilədək 3 saylı Həyət və X1 İstismar Trestində, 05.09.1997-ci ildən 02.03.2002-ci ilədək “Günəş” kiçik müəssisəsində, 14.03.2002-ci ildən 30.12.2005-ci ilədək “Zirvə” fermer təsərrüfatında çalışmışdır. 2. 61 yaşının tamam olduğu 2019-cu ildə iddiaçı yaşa görə əmək pensiy asının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh, iddiaçıya pensiya təyin olunmasından imtina etmiş və imtina barədə 16.04.2019-cu il tarixli, **********4 nömrəli məktubunda qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq 61 yaşa çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda, yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının isə tələb olunan sosial sığorta stajı olmadığından yaşa görə pensiya almaq hüququ yoxdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı, cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 13.01.2015-ci ildən başlayaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, xx.xx.1958-ci ildə Bakı şəhərində doğulmuşdur. 1976-cı ildən əmək fəaliyyətinə başlamış və 2005-ci ilədək müxtəlif vəzifələrdə çalışmışdır. Pensiya yaşına çatdığı üçün əmək pensiyasının təyin edilməsi ilə bağlı yaşayış yeri üzrə Dövlət Sosial X4 rayon şöbəsinə məktubla müraciət etmişdir. Lakin Dövlət Sosial X4 rayon şöbəsi 16.04.2019-cu il tarixli, **********4 saylı məktubla onun müraciətinin təmin olunmasından imtina edildiyini bildirmişdir. Halbuki əmək kitabçasındakı qeydlər dən də görünür ki, iddiaçı 26.01.1976-cı ildən işə başlamış və 30.12.2005-ci il tarixədək müxtəlif peşələrdə işləmişdir. Yəni onun qeyd edilən müəssisələrdə işləməyi mötəbər sübutla - əmək kitabçası ilə təsdiq olunur. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Məhz bu səbəbdən əmək kitabçasında göstərilən iş dövrü nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması zəruridir. Eyni zamanda bildirir ki, DSMF-nin Şəmkir rayon şöbəsinin məktubunda “Zirvə Fermer” təsərrüfatının 14.03.2002-ci ildən 30.12.2005-ci ilədək məcburi dövlət sosial sığorta haqqını ödəmədiyi və hesabat təqdim etmədiyi bildirilmişdir. Bununla bağlı bildirir ki, iddiaçı həmin müəssisədə məsul vəzifədə deyil, fəhlə işləmişdir və sosial sığorta ödənişlərinin ödənilməsinə o nun tərəfindən nəzarət edilməsi mümkün deyildir. Sosial sığorta haqlarının ödənilməsi və hesabatların verilməsi iddiaçının deyil, müəssisənin rəhbərliyinin və mühasibatlığın işidir. 5. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim R.Daşdəmirov) 12 sentyabr 2019-cu il tarixli, 2-1(82)-2639/2019 saylı qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçıya 13 yanvar 2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehə həvalə olunmuş, qalan hissədə iddia rədd edilmişdir.

6. Məhkəmə hesab etmişdir ki, iddiaçı 13.01.2015-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etsə də, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən həmin vaxt qadınlar üçün yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə tələb olunan yaş həddi 61 yaş olduğund an, onun pensiya hüququ 13.01.2019-cu il tarixində yaranmışdır. Odur ki, iddia qismən təmin olunmalı və iddiaçıya 13.01.2019-cu il tarixindən pensiya təyin olunmalıdır. Apelyasiya instansiyası məhkəməsində birinci icraat

7. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər S.Seyidova- sədrlik edən və məruzəçi, V.Məmmədov və İ.Əhmədov) 17.01.2020-ci il tarixli, 2-1(103)-126/2020 saylı qərarı ilə apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2639/2019 saylı, 12 sentyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılaraq iddia tələbi rədd edilmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi X3 İdarəsi tərəfi ndən 07.01.2020-ci il tarixli, **********075400 saylı məktubla bildirmişdir ki, Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi X3 İdarəsinin reyestrində “Zirvə Fermer” Təsərrüfatı adlı kommersiya qurumu aşkar edilməmişdir. Odur ki, “Zirvə Fermer” Təsərrüfatı adlı kommersiya qurumunun dövlət qeydiyyatından keçməsi təsdiqini tapmadığından, İddiaçı 14.03.2002-ci il tarixdən 30.12.2005-ci il tarixədək “Zirvə Fermer” Təsərrüfatında işlədiyi illər onun sığorta stajına daxil edilə bilməz. Bununla da, pensiyanın təyin edilməsi üçün iddiaçının tələb olunan 25 il sığorta stajının olmadığı müəyyən edilir.

9. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində bir inci icraat

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 21.04.2020-ci il tarixli, 2-1(102)-1009/2020 nömrəli (hakimlər Nigar Rəsulbəyova- sədrlik edən və məruzəçi, Zakir Quliyev və İlqar Dadaşov) qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17.01.2020-ci il tarixli, 21(103)-126/2020 saylı qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

11. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi tam və hərtərəfli araşdırma aparmadan qərar qəbul etmişdir. Belə ki, iddiaçının 14.03.2002-ci ildən 30.12.2005-ci ilədək “Zirvə” kəndli fermer təsərrüfatında işləməsi qeyd olunsa da (bax:möhürə), apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Vergilər Nazirliy i yanında Milli Gəlirlər Departamentinin Hüquqi X3 İdarəsinə ünvanladığı sorğuda “Zirvə Fermer” Təsərrüfatının hüquqi şəxs kimi qeydiyyatdan keçib-keçməməsi barədə məlumat verilməsini xahiş etmişdir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd etmişdir ki, sözügedən sorğu həmin sorğuya cavab verməli olmayan orqana ünvanlanmışdır. Belə ki, iş materiallarına əsasən “Zirvə” X2 hüquqi ünvanının Şəmkir rayonunda olduğu nəzərə alınaraq sorğu Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi X3 İdarəsinə yox, 14 saylı Ərazi Vergilər İdarəsinə verilməli idi. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat

12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26.08.2020-ci il tarixli, 21(103)-1309/2020 nömrəli (hakimlər Xəyalə Cəmilova - sədrlik edən və mər uzəçi, Mirzə Tağızadə və Ülvi Mayılov ) qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12.09.2019-cu il tarixli, 2-1(82)-2639/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Məhkəmə qeyd etmişdir ki, hazırki iş üzrə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 25 ildən çox iş stajına malik olması əmək kitabçası ilə öz təsdiqini tapır.

14. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində ikinci icraat

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər İlqar Hüseynov - sədrlik edən və məruzəçi, Kəmaləddin Bədəlov və Bəhman Qəribov) 26.01.2021-ci il tarixli, 2-1(102)-88/2021 nömrəli qərarı ilə Bakı A pelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26.08.2020-ci il tarixli, 2-1 (103)-1309/2020 nömrəli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

16. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı halda müəyyən edilməli olan mübahisələndirilən illər üzrə məcburi sosial sığorta haqlarının ödənilib-ödənilmədiyi deyil (həmin illərin sığorta stajına aid edilməsi məqsədi ilə), iddiaçının 2002-2004-cü illərdə “Zirvə” fermer təsərrüfatında işləməsi faktının özüdür. Hərçənd, mübahisələndirilən illər üzrə məcburi sosial sığorta haqlarının iddiaçıya münasibətdə ödənilməsi faktı özüözlüyündə onun həmin illərdə “Zirvə” fermer təsərrüfatında işləməsinin, buradan, əmək kitabçasında 2002-2004-cü illərə dair qeydin mötəbərliyinin təsdiqidir. Lakin hazırkı işdə belə fakt mövcud deyil. Eynilə, 2002-2004-cü illərə dair qeydin mötəbərliyini (iddiaçının müəssisədə işləməsi faktını) təsdiq edən digər sübutlar da yoxdur. Deməli, məhkəmə təqdim olunmuş sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmalı, cavabdehin də əsaslandığı şübhələri aradan qaldıran, iş stajına dair qeydlərin mötəbərliyini təsdiq edən sübutlara əsaslanmalıdır. Apelyasiya instansiyası məhkəməsində üçüncü icraat

17. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.07.2021-ci il tarixli, 21(103)-1305/2021 nömrəli (hakimlər Afaq Nuriyeva - sədrlik edən və məruzəçi, Səadət Bəktaşi və Aida Hüseyn ) qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnz ibati-İqtisadi Məhkəməsinin 12.09.2019-cu il tarixli, 2-1(82)-2639/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

18. Məhkəmə qeyd etmişdir ki, iddiaçının əmək kitabçasında olan qeydlərə dair cavabdehdə hər hansı şübhələrin yaranması, iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Həmçinin, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması, iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından, bu onun hüquqlarına münasibətdə məhdudlaşdırıcı nəticələr doğurmamalıdır.

19. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasını n 02.07.2021-ci il tarixli, 2-1(103)-1305/2021 nömrəli qərarının ləğv edilməsini və işin yenidən araşdırılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

20. Kassasiya şikayətində qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, maddi hüquq normalarının tələblərini pozmuşdur. İddiaçının işlədiyi iş illəri üzrə əmək haqqlarından məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi araşdırılarkən, həmin dövrləri təsdiq edən sənədlər aşkar edilməmişdir. İddiaçının pensiya təyin edilməsi üçün cavabdehə təqdim etməli olduğu zəruri sənədin həqiqiliyi şübhə yaratmışdır. Belə ki, bundan əvvəlki məhkəmə qərarı Ali Məhkəmə tərəfindən həmin müəssisənin adını n düzgün qeyd olunmaması səbəbindən verilmiş sorğuya natamam cavabın göndərilməsi əsas gətirilməklə ləğv edilmiş, inzibati iş həmin hissədə yenidən araşdırmaya göndərilmişdir. Lakin göründüyü kimi, hüquqi şəxsin qeydiyyat ünvanı eyni yer olsa da, eyni sorğuya müxtəlif cavablar verilmişdir. Bir cavabda hüquqi şəxsin 2004-cü, digərində 1999-cu il tarixdə dövlət qeydiyyatına alındığı qeyd edilmişdir. Həmçinin məhkəmənin nəzərindən Bakı şəhəri, Suraxanı rayonunda qeydiyyatda olan və yaşayan, Bakı şəhəri, Nəsimi rayonunda əmək fəaliyyəti göstərmiş şəxsin Şəmkir və Gədəbəy rayonunda əmək fəaliyyəti göstərməsinin həqiqətə uyğun olubolmaması, bu sübutun şübhə yaradıb-yaratmaması da yayınmışdır. Eləcə də “Zirvə” fermer təsərrüfatından əvvəl “Günəş” adlı müəssisədə işləməsi, lakin hər iki qeydin e yni xətlə əmək kitabçasına qeyd edilməsi (hətta yanlışlıqla Zirvə əvəzinə yenidən Günəş yazılması), həmin sübutların əsaslı şübhə yaratması nəzərə alınmamışdır. İşi yenidən araşdıran məhkəmə “Zirvə” ilə bağlı sorğu ünvanlasa da, “Günəş”lə bağlı sorğu ünvanlamamışdır. Eyni zamanda, bir qurumun sorğuya müxtəlif cavablar verməsinə də aydınlıq gətirməmişdir. Halbuki, Ali Məhkəmə göstərişlərində məhz bu halların yenidən araşdırılmasını tələb etmişdir. Şəxsin əmək kitabçasında həmin qeydlərin olması həmin şəxsin orda işləməsini təsdiq etmir. Bunun üçün əmək haqqı cədvəlləri və digər zəruri sənədlər tələb edilməli idi. Lakin iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, həmin əmək kitabçasının səhifələri ardıcıl sıralanmamaqla, son iki müxtəlif qeydin eyni xətl ə yazılması, sonuncu qeyddə müəssisənin adının ondan əvvəlki müəssisə ilə dəyişik salınması və sonradan düzəlişin olunduğu vizual baxışla görünür. Həmçinin, Bakı şəhərində qeydiyyatda olan, yaşayan və əmək fəaliyyəti göstərən qadın iddiaçının Bakıdan kilometlərlə uzaqda yerləşən Gədəbəy və Şəmkir rayonlarında əmək fəaliyyəti göstərməsi əsaslı şübhələr yaradır. Beləliklə də müəyyən edilir ki, iddiaçının ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb edilən nə stajı, nə də pensiya kapitalı vardır, lakin işi yenidən araşdıran məhkəmə bütün bu hallara düzgün hüquqi qiymət verməmişdir. Odur ki, şərh olunan qanunvericilik normalarının əlaqəli təhlilindən göründüyü kimi, məhkəmə tərəfindən qeyd olunan normaların pozuntusu ilə qəbul olunmuş qərar ləğv edilməlidir. Kassasiya şikayətinə qarş ı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

22. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 01.07.2017-ci il tarixdən qüvvədə olan redaksiyada 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başla yaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

23. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. 24. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

1. Məcburi dövlət sosia l sığorta haqları üzrə 2006-cı ilin 1 yanvar tarixinədək yaranmış borcların tənzimlənməsi Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Maddə

2. Məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış borcların tənzimlənməsi Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalar ı (hesablanmış penya) üzrə borcları tam məbləğdə silinir. Maddə

4. Yekun müddəa Bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26.12.1996-cı il tarixli, 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.

26. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11.12.2017-ci il tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenid ən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” nın (bundan sonra - Qaydalar) 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Həmin qaydaların 3.1.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Həmin qaydaların 3.1.2-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; Həmin qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: əmək kitabçası (3.2.1.); əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı (3.2.2.).

27. İnzibati Prosessual Məcəllə: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

29. Apelyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.

32. Belə ki, Avropa İnsan hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassa siya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə). Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

33. Hazırkı mübahisədə cavabdehin şikayətinin əsas dəlili mahiyyət etibarı ilə iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi əmək kitabçasında onun 05.09.1997-ci ildən 02.03.2002-ci il tarixədək “Günəş” kiçik müəssisəsində və 14.03.2002-ci ildən 30.12.2004-cü il tarixədək “Zirvə” fermer təsərrüfatında işləməsi barədə qeydlərin eyni xətlə yazılması səbəbindən mötəbərliyi, eləcə də mübahisələndirilən illər üzrə məcburi sığorta haqlarının ödənilməməsi ilə bağlıdır.

34. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Nəzərə alınmalıdır ki, iddiaçının təqsirkar davranışına bağlı olmadığı hallarda, onun əmək kitabçasında qeyd edilən iş stajının cavabdeh tərəfindən yoxlanılmasının bu və ya digər səbəbdən mümkün olmaması, iddiaçının hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz. Cavabdeh tərəfindən iddiaçının əmək kitabçasında onun 05.09.1997-ci ildən 02.03.2002-ci il tarixədək “Günəş” kiçik müəssisəsində və 14.03.2002-ci ildən 30.12.2004-cü il tarixədək “Zirvə” fermer təsərrüfatında işləməsi barədə qeydlərin həqiqətə uyğun olmadığına dair məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Bu baxımdan iddiaçının əmək kitabçası mötəbər sayılmalıdır.

35. Belə ki, mübahisəyə dair iş üzrə materiallardan görünür ki, həmin dəlillər üzrə Ali Məhkəmənin əvvəlki qərarlarında nəzərdə tutulmuş göstərişlərə uyğun olaraq apelyasiya məhkəməsi tərəfindən müvafiq prosessual hərəkətlər həyata keçirilmiş və araşdırma aparılmışdır. Mübah isələndirilən illərdə iddiaçının “Zirvə” fermer təsərrüfatında işləməsi faktının və buna dair qeydlərin mötəbərliyinin müəyyən olunması üçün əlavə sübutların əldə edilməsi məqsədi ilə həmin müəssisəyə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq “Zirvə” fermer təsərrüfatının keçmiş rəhbəri X7 tərəfindən məhkəməyə təqdim edilmiş notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, İddiaçı 14.03.2002-ci ildən 30.12.2004-cü il tarixədək onun rəhbəri olduğu “Zirvə” fermer təsərrüfatında fəhlə işləmişdir. Eyni zamanda, İddiaçı əmək kitabçasında onun həm “Zirvə” fermer təsərrüfatında, həm də 05.09.1997-ci ildən 02.03.2002-ci il tarixədək “Günəş” kiçik müəssisəsində işləməsi barədə qeydlər əvvəllər “Günəş” kiçik müəssisəsinin rəhbəri olmuş və sonradan “Zirvə” fermer təsərrüfatında sənədləşmə və müh asibatlıq işləri üzrə məsul şəxs olan mərhum İsə Həsənov tərəfindən aparılmış və onun tərəfindən imzalanmışdır. “Zirvə” fermer təsərrüfatı fəaliyyətini dayandırdığından və onun sənədləşmə işlərini aparmış İsə Həsənov vəfat etdiyindən onun tərəfindən müvafiq sənədlərin məhkəməyə təqdim olunması mümkün deyildir.

36. İşin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, “Zirvə” fermer təsərrüfatı 30.12.1999-cu il tarixdə ******* identifikasiya kodu ilə Ədliyyə Nazirliyinin Hüquqi X3ı üzrə Şəmkir rayon şöbəsində qeydiyyata alınmış və bu barədə ona 8\2-115 saylı müvafiq şəhadətnamə verilmişdir. Mübahisəyə dair iş üzrə materiallara əlavə olunmuş kommersiya qurumlarının dövlət reyestrinin məlumatlarından “Zirvə” X2 (VÖEN **********) 14 saylı Ərazi Vergilər İdarəsində qeydiy yatda olduğu və X5 onun qanuni təmsilçisi olduğu görünür.

37. Bu qərarın 23-24-cü bəndlərində istinad olunan normalara əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydlər yazmalıdır. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.

38. Bu qərarın 22-ci bəndində istinad olunan normaya görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığor ta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

39. İşin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından yaşa görə əmək pensiyasının təyin olunması üçün yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş dispozisiya şərtlə rinin iddiaçıya münasibətdə ödənildiyi, iddiaçının tələb olunan 61 yaşa və 25 ildən çox iş stajına malik olduğu görünür.

40. Kassasiya şikayətinin mübahisələndirilən illər üzrə məcburi sığorta haqlarının ödənilməməsi ilə bağlı dəlillərinə münasibətdə nəzərə almaq lazımdır ki, bu qərarın 24-cü bəndində istinad olunmuş normaya əsasən, məcburi dövlət sosial sığorta haqları üzrə 2006-cı ilin 1 yanvar tarixinədək yaranmış borclarla bağlı dövlət tərəfindən amnistiya tətbiq edilmiş, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinmişdir.

41. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, kassasiya şikayətind ə apelyasiya məhkəməsi tərəfindən mübahisəli halların hərtərəfli araşdırılmadığına istinad edən cavabdeh nəzərə almalıdır ki, şəxsin pensiya hüququnun reallaşdırılmasını təmin etməyə məsul olan inzibati orqan inzibati icraat hüququnun müddəaları baxımından şəxsin müraciəti üzrə inzibati icraat aparmağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə görə, inzibati icraatda obyektiv araşdırma prinsipi hakimdir. Bu baxımdan inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir və tə qdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

42. Eyni zamanda nəzərə almaq lazımdır ki, inzibati orqan icraat nəticəsində qəbul etdiyi imtina qərarında şəxsin müraciətinin təmin edilməsindən imtinasını qanunvericiliyin müvafiq maddələrinin müddəalarına istinad etməklə aydın şəkildə əsaslandırmağa borcludur. Bu zaman sadəcə müvafiq maddələrə istinad olunması yetərli sayıla bilməz. Şəxs inzibati orqanın onun müraciəti üzrə hansı halları müəyyən etdiyini, hansı halları, niyə müəyyən və qəbul etmədiyini, beləliklə də, imtinanın səbəblərini və bu zaman istinad olunan hüquq normalarının niyə məhz o cür təfsir edildiyini qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmər əli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Şəxsin müraciəti üzrə icraatı həyata keçirməli olan inzibati orqan, o cümlədən cavabdeh də işin hallarını tam və hərtərəfli araşdırdıqdan sonra qərar qəbul etməyə borcludur.

43. Bundan əlavə, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa və müəyyən etməyə borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin ziyanına olan halların araşdırılması məqsədi ilə, xüsusilə dövlət orqanlarına müvafiq sorğuların göndərilməsini, arayışların (arxiv arayışı, iş yerindən arayışı) tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

44. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, inzibati orqan, o cümlədən cavabdeh şəxsin tələbinin təmin olunmasından imtina etdiyi hallarda, imtina haqqında qərarda göstərdiyi əsaslara bağlıdır və həmin əsasları məhkəmə icraatının gedişində hər dəfə dəyişərək yeni əsaslar irəli sürməkdə, o cümlədən də apelyasiya və kassasiya şikayətlərində tamamilə yeni və fərqli əsaslara istinad etməkdə haqlı sayıla bilməz. Belə yanaşma şəxsin müdafiə hüququnun səmərəli təşkili və həyata keçirilməsi tələbləri, habelə məhkəmə icraatının effe ktivliyi və prosessual qənaət prinsipləri baxımından yolverilməzdir.

45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Odur ki, iddiaçıya həmin pensiyanın təyin olunması ilə bağlı apelyasiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

46. Yuxarıda şərh edilənlərə və İPM-in 96-cı, 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.07.2021-ci il tarixli, 2-1(103)-1305/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar