Məhkəmə qərarları › İş №2-1(102)-384/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-384/2023

09.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-384/2023 09.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinə qarşı işi üzrə QƏRARİ Açar sözlər: qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qe ydiyyatı idarəsinə qarşı (üçüncü şəxs “X20 Limited” Ticari Şirkəti) “cavabdehin hərəkətlərinin qanunsuz sayılması və hüquqi şəxsin nizamnamə kapitalı üzərində müvafiq pay hüququna dair qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)1170/2022 nömrəli, 29 sentyabr 2022-ci il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. "xxxx" MMC-nin 13 iyun 2014-cü il tarixdə cavabdeh qeydiyyat orqanı tərəfindən dövlət qeydiyyatına alınmış 3-cü redaksiyada (10 iyun 2014-cü il tarixdə təsdiq edilmiş) nizamnaməsinin (surətinin) 2.2-ci bəndində cəmiyyətin iştirakçılarının nizamnamə kapitalındak ı payları aşağıdakı kimi müəyyən edilmişdir: X12 – 50%, X23 – 25%, İddiaçı – 25%..

2. İddiaçı hüquqi şəxsin qeydiyyat məlumatlarına dəyişiklik edilməsi barədə cavabdehə müraciət etmişdir. Müraciətə cavab olaraq qeyd edilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)39/2018 saylı iş üzrə 22 fevral 2018-ci il tarixli icra vərəqəsinə əsasən, "xxxx" MMC-nin təsisçi dəyişikliyinə əsas olan 6.2.2014-cü il tarixli “payın alqı-satqı” müqaviləsi etibarsız hesab edilmiş və "xxxx" MMC-nin nizamnamə kapitalı üzərində “X20 Limited” Ticari Şirkətinin (İran İslam Respublikası) 50 faiz və İddiaçı hüququn tanınmasına dair qeyd hüquqi şəxsin dövlət reyestrinə daxil edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 16 sentyabr 2020-ci il tari xdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Dövlət Vergi Xidmətin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin "xxxx" MMC-nin nizamnamə kapitalı üzərində “X20 Limited” Ticari Şirkətinin 50% pay hüququnun tanınmasına dair qeydin hüquqi şəxsin dövlət reyestrinə daxil edilməsi ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi və iddiaçının "xxxx" MMC-nin nizamnamə kapitalı üzərində 25% pay hüququna dair qeydin hüquqi şəxsin dövlət reyestrinə daxil edilməsi (bərpa edilməsi) öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı ərizəsində göstərmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 39/2018 saylı iş üzrə 22 fevral 2018-ci il tarixli qətnaməsi 10 yanvar 2020-ci il tarixdə qüvvəyə minmiş, o vaxtdan bu günədək, yəni 8 ay müddətində “AZPROF" MMCnin 50% payı üzərində “X20 Limited” Ticari Şirkətinin pay hüququnun tanınmasına dair qeyd hüquqi şəxsin dövlət reyestrinə daxil edilməmiş, 8 aydan sonra nədənsə birdən-birə həmin Şirkətin 50% pay haqqı qanunsuz olaraq qeydə alınmışdır. Halbuki, “X20 Limited” Ticari Şirkətinin nümayəndəsi kimi özünü təqdim edən X5 dəfələrlə iddiaçıya şəxsən bildirmişdir ki, cavabdeh həmin pay hüququnu qeydə almaqdan imtina etmiş, əsas kimi də həm məhkəmə qərarında İdarənin üzərinə məhkəmə tərəfindən öhdəliyin qoyulmamasını və həm də “X20 Limited” Ticari Şirkətinin təsis sənədlərinin olmamasını göstərmişdir. Bununla bağlı Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən rəsmi imtina məktubu da verilmişdir. İddiaçı hesab e dir ki, “X20 Limited” Ticari Şirkəti 50% paya hüququnun qeydə alınmasında qanunsuzluğa yol verilmişdir. Çünki, mümkün deyil ki, 8 ay qeydə alınmayan və rəsmi imtina verilən pay hüququ sonradan qısa müddətdə qeydə alınsın.

5. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim etmişdir. Etirazda iddia tələbinin qanunvericiliyə zidd olduğunu bildirərək rədd olunmasını məhkəmədən xahiş etmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1756/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Dövlət Vergi Xidmətin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin "xxxx" MMC-nin nizamnamə kapitalı üzərində “X20 Limited” Ticari Şirkətinin 50% pay hüququnun tanınmasına dair qeydin hüquqi şəxsin dövlət reyestrinə daxil edilməsi ilə bağlı hərəkətləri qanu nsuz sayılmış və İddiaçı "xxxx" MMC-nin nizamnamə kapitalı üzərində 25% pay hüququna dair qeydin hüquqi şəxsin dövlət reyestrinə daxil edilməsi (bərpa edilməsi) öhdəliyi cavabdeh Dövlət Vergi Xidmətin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin üzərinə qoyulmuşdur..

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən "xxxx" MMC-nin nizamnamə kapitalında paylara dəyişiklik edilməsi üzrə aparılan inzibati icraatda qurumun təsisşi kimi hazırkı iddiaçı Tamill Qasımovanın cəlb edilməsi təmin edilməmiş, bununla da «İnzibati icraat haqqında» AR Qanununun 24.1, 36.3, 36.4-cü maddələrinin tələbləri pozulmuşdur. Həmin inzibati icraatda «Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında» AR Qanununun 9-1.4-cü maddəsinin tələblərinə zidd olara q, "xxxx" MMC-nin qurumun təsis sənədində (nizamnaməsində) dəyişikliyin təsisçisi kimi hazırkı İddiaçı və ya idarəetmə orqanı üzvləri tərəfindən təsdiqi tələb olunmamışdır.

8. Bundan başqa məhkəmə qeyd etmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-39/2018 saylı iş üzrə 22 fevral 2018-ci il tarixli qətnaməsi ilə 6 fevral 2014-cü il tarixli notarial qaydada təsdiqlənmiş “payın alqı-satqı müqaviləsi” etibarsız sayılsa da, qətnamədə hazırkı cavabdeh inzibati orqanın üzərinə hər hansı öhdəlik qoyulmadığından, həmin qətnamə üzrə verilmiş icra sənədi "xxxx" MMC-nin təsis sənədlərində (nizamnaməsində payların miqdarı ilə bağlı) dəyişiklik edilməsi üçün əsas ola bilməz, bununla bağlı müvafiq müraciət əsasında ayrıca inzibati icraat aparılmalı idi. Bu hal «İnzibati icraat haqqında» AR Qanununun 28.1- ci maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)39/2018 saylı iş üzrə 22 fevral 2018-ci il tarixli qətnaməsi ləğv edildiyindən, 6 fevral 2014cü il tarixli notarial qaydada təsdiqlənmiş “payın alqı-satqı müqaviləsi” mötəbər sübut sayılaraq, onun əsasında reyestrdə "xxxx" MMC-nin nizamnaməsində təsisçilərin pay bölğüsündə müvafiq əvvəlki dəyişiklik bərpa olunmalıdır.

9. Üçüncü şəxs “X20 Limited” Ticari Şirkəti” həmin qərardan apellyasiya şikayəti verərək, ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat 10.Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1170/2022 nömrəli, 29 sentyabr 2022-ci il tarixli qər arı ilə (hakimlər: C.A.Yusifov-sədrlik edən, H.Ü. Həmidov və İ.Ə. Kərimli) Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1756/2021 saylı xx.xx.2021 tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Üçüncü şəxs “X20 Limited” Ticari Şirkəti” həmin qərardan kassasiya şikayəti verərək, ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətində qeyd edilir ki, İddiaçı tələbi tamamilə qanunvericiliyə ziddir. xx.xx.2020-ci il tarixdə Baki şəhəri Binəqədi rayon icra və Probasiya şöbəsinin 17 aprel 2020-ci il tarixli xx/xx-64517/19-12 nömrəli məktubu ilə Mill i Gəlirlər Bas İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə "xxxx" MMC-nin reyestrində qeydə alınmış faktların (təsisçisinin) sonraki dəyişikliklərin reyestrdə qeydə alınması məqsədi ilə Baki şəhəri Nərimanov Rayon Məhkəməsinin aprel 2018-ci il tarixli 2(005)-39/2018 nömrəli icra sənədinin icra edilməsinə dair məktub daxil olmuşdur. İcra sənədi üzrə iddiaçılar X4 və X9 "xxxx" MMC-nin “X20 Limited" Ticari şirkətindən olan 50 faiz payların cavabdehlər X16 və X3 5000 manata satılmasına dair Baki şəhəri 26 saylı notarial kontorunda bağlanmış və təsdiq edilmiş 6 fevral 2014-cii il tarixli "payın alqı-satqı müqaviləsinin etibarsiz hesab edilməsi qeyd olunmuşdur. Həmin icra sənədi üzrə Bakı şəhərinin xüsusi notariusu İ.B.Huseynov tərəfindən verilmiş 62 nömrəli şəhadətnamədə Baki şəhə ri Nərimanov Rayon Məhkəməsinin aprel 2018-ci il tarixli 2(005)-39/2018 nömrəli icra sənədinin icra olunmasi qeyd edilmişdir. Həmin məhkəmə işi ilə əlaqədar isi ita alaqsdar Nərimanov Rayon Məhkəməsinin 2(005)-39/2018 saylı iş üzrə 22 fevral 2018-ci il tarixli qətnaməsi qəbul edilmişdir. Həmin qətnamədən cavabdeh T.Qasimova va 3-cü şəxs "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə qətnaməsi Baki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasi tərəfindən 2(103)-6625/2018 saylı 13 iyul 2018-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmış, daha sonra cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Bu isə üçüncü şəxsə məxsus 50% payın (X10 qizi25% və X25 25% olmuşdur) bərpa edilməsi ilə nəticələnir. Üçüncü şəxs hal hazırda öz ölkəsində ləğv e dilmədiyini təsdiq edən sənəd 10.8.2020-ci il tarixdə cavabdeh idarəyə təqdim edildikdən sonra 26 saylı notariat kontorunda payın alqı- satqısı müqaviləsinin etibarsız hesab edilməsi barədə qeydin reyestrə daxil edilməsi təmin edilmişdir.

14. Dövlət Vergi Xidmətinin Milli Gəlilər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin "xxxx" MMC-nin nizamnaməsi kapitalı üzərində "X20 Limited" Ticari şirkətinin 50% pay hüququnun tanınmasına dair qeydin hüquqi şəxsin dövlət reyestrinə daxil edilməsi ilə bağlı hərəkətləri tamamilə qanunidir. Belə ki, hal-hazirda Baki şəhəri Nərimanov Rayon Məhkəməsində X10 qizi ilə "xxxx" MMC-nin digər payçısı və qanuni təmsilçisi olan İdris Məmmədov arasında məhkəmə mübahisəsi davam etməkdədir. Burada isə "X20 Limited" Ticari şirkətinin pay hüquqi ilə b ağlı artıq yeni mübahisə mövcud olduğundan hal-hazirki, vəziyyətdə sözügedən məhkəmə prosesi yekunlaşmamış belə bir qərarın qəbul edilməsi yolverilməzdir.

15. Bütün yuxarıda göstəilənlərə əsasən 3-cü şəxs kassasiya şikayətində. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-l(103)-l 170/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarını ləğv edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

16. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Hüquqi şəxsin dövlət qeydiyyatı və reyestri haqqında” Qanun. Maddə 9.Təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması 9.1. Hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. 9.2. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11. 3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. 9.2-1. Bu Qanunun 9.2-ci maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş hərəkətlərin edilməsi tələb olunmadan kommersiya qurumları və publik hüquqi şəxslər üzrə aşağıdakı məlumatlar birbaşa müvafiq icra hakimiyyəti orqanı tərəfindən əldə edilərək qeydiyyata alınır: 9.2-1.1 müvafiq icra hakimiyyəti orqanının aktları ilə təsis sənədlərində və qeydə alınmış faktlarda edilmiş dəyişikliklər; 9.2-1.2. qeydə alınmış faktlarda şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərdəki məlumatlarda dəyişikliklər. 9.2-2. Bu Qanunun 9.2-1.1-ci maddəsində qeyd edilən məlumat müvafiq icra hakimiyyəti orqanının aktları əsasında, 9.2-1.2-ci maddəsində qeyd edilən məlumat isə müvafiq icra hakimiyyəti orqanından onlayn rejimdə əldə edilir və 5 gün müddətində qeydiyyata alınır. 9.2-4. Müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemində sənədlər gücləndirilmiş elektron imza ilə təsdiq olunur, sistemin iştirakçıları və istifadəçiləri öz fəaliyyətində həmin sistem vasitəsilə əldə edilən sənədl ərdən istifadə edirlər. Həmin sistemdən əldə edilən sənədlər dövlət qurumlarına və şəxslərə kağız daşıyıcılarda, yaxud “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq elektron qaydada təqdim oluna bilər. Maddə 11.3. Hüquqi şəxs statusu almaq istəyən qurumun, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınmasından, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət reyestrinə daxil edilməsindən, habelə təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından yalnız aşağıdakı hallarda imtina edilə bilər: 11.3.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim olu nmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər qanunvericilik aktlarına zidd olduqda; 11.3.1-1. ərizədə göstərilən məlumatlar və (və ya) ona əlavə edilən sənədlər yanlış olduqda; 11.3.2. hüquqi şəxs statusu almaq istəyən qurumların məqsədləri, vəzifələri və fəaliyyət formaları qanunvericiliyə zidd olduqda; 11.3.2-1. Qeyri-hökumət təşkilatlarının nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsi, habelə dövlət nəzarəti və yoxlama funksiyaları nəzərdə tutulduqda; 11.3.3. firma adlarının qorunması haqqında qanunvericiliyin tələbləri pozulduqda və ya eyni adlı qeyri-kommersiya təşkilatı qeydiyyata alınmış olduqda, qeyri-hökumət təşkilatlarının adında Azərbaycan Respublikasının dövlət orqanlarının adlarından, habelə Azərbayc anın görkəmli şəxsiyyətlərinin adlarından (onların yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan) istifadə edildikdə; 11.3.4. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsis sənədlərində aşkar edilmiş çatışmazlıqlar bu Qanunun 8. 3-cü maddəsində müəyyən olunmuş müddət ərzində aradan qaldırılmadıqda.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tut ulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmədi.

22. Məlum olduğu kimi, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə qarşı öhdəliyin icrası haqqında (İPM m.22.3) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdeh Dövlət Vergi Xidmətin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin "xxxx" MMC-nin nizamnamə kapitalı üzərində “X20 Limited” Ticari Şirkətinin 50% pay hüququnun tanınmasına dair qeydin hüquqi şəxsin dövlət reyestrinə daxil edilməsi ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi və iddiaçının "xxxx" MMC-nin nizamnamə kapitalı üzərində 25% pay hüququna dair qeydin hüquqi şəxsin dövlət reyestrinə daxil edilməsi (bərpa edilməsi) öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

23. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, "xxxx" MMC-nin 13 iyun 2014-cü il tarixdə cavabdeh qeydiyyat orqanı tərəfin dən dövlət qeydiyyatına alınmış 3-cü redaksiyada (10 iyun 2014-cü il tarixdə təsdiq edilmiş) nizamnaməsinin (surətinin) 2.2-ci bəndində cəmiyyətin iştirakçılarının nizamnamə kapitalındakı payları aşağıdakı kimi müəyyən edilmişdir: X12 – 50%, X23 – 25%, İddiaçı – 25%.

24. Həmçinin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)39/2018 saylı iş üzrə 22 fevral 2018-ci il tarixli qətnaməsi ilə iddiaçılar X1 və X14 "xxxx" MMC-nin “X20 Limited” Ticari Şirkətindən olan 50% paylarının cavabdehlər X15 və İddiaçı 50.000 manata satılması dair Bakı şəhəri 26 saylı notariat kontorunda bağlanmış və təsdiq edilmiş 6 fevral 2014-cü il tarixli payın alqısatqısı müqaviləsinin etibarsız sayılması qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tər əfindən 2(005)-39/2018 saylı iş üzrə 22 fevral 2018-ci il tarixli qətnamə əsasında 16 aprel 2018-ci il tarixli “icra vərəqəsi” verilmişdir. Həmin İcra vərəqəsində qətnamənin 27 mart 2018-ci il tarixdə qüvvəyə mindiyi qeyd olunmuşdur.

26. Eyni zamanda apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Xüsusi notariusu İ.B.Hüseynovun Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış 13 mart 2020-ci il tarixli məktubunda bildirilir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-39/2018 saylı iş üzrə 16 aprel 2018-ci il tarixli icra sənədi icra olunmuşdur və müqavilədə müvafiq qeydlər aparılmışdır.

27. Bununla yanaşı apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdeh İddiaçı və üçüncü şəxs "xxxx" MMC tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məh kəməsinin həmin 22 fevral 2018-ci il tarixli qətnaməsidən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6625/2018 saylı iş üzrə 13 iyul 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, dəyişdirilmədən saxlanılmışdır.

28. Daha sonra, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)490/2019 saylı iş üzrə 18 fevral 2019-cu il tarixli qərarı ilə cavabdeh İddiaçı və vəkilinin kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 13 iyul 2018-ci il tarixli qətnaməsi qismən, – cavabdeh İddiaçı aid hissədə ləğv edilmiş və işə ona münasibətdə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

29. Təkrar apellyasiya qaydasında işə baxılaraq, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6823/2019 saylı iş üzrə 10 iyul 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-39/2018 saylı iş üzrə 22 fevral 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən – iddianın cavabdeh İddiaçı qarşı təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır.

30. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)53/2020 saylı iş üzrə 10 yanvar 2020-ci il tarixli qərarı ilə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6823/2019 saylı iş üzrə 10 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

31. Daha sonra, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 13(102)6(k)/2021 saylı 30 aprel 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-53/2020 saylı 10 yanvar 2020-ci il tarixli qərarı və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6823/2019 saylı 10 iyul 2019-cu il tarixli qərarı ləğv edilərək iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

32. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7097/2021 saylı iş üzrə 12 avqust 2021-ci il tarixli qətnaməsi ilə aşağıdakılar qət edilmişdir: “ İddiaçı apellyasiya şikayəti qismən təmin edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-39/2018 saylı iş üzrə 22 fevral 2018-ci il tarixli qətnaməsi hazırkı apellyasiya baxışının predmeti olan hissədə, yəni "xxxx" MMC-nin “X20 Limited” Ticari Şirkətindən olan 50% payının İddiaçı 5.000 manata satılmasına dair Bakı şəhəri 26 saylı notariat kontorunda bağlanmış və təsdiq edilmiş 6 fevral 2014-cü il tarixli “payın alqı-satqı müqaviləsi”nin etib arsız hesab edilməsi” tələbinin təmin edilməsi ilə bağlı hissədə ləğv edilmişdir.

33. X2 və X11 İddiaçı qıızına qarşı “payın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbi təmin edilməmişdir.

34. Həmçinin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2631/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin sözügedən 2(103)-7097/2021 saylı iş üzrə 12 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmış, qanuni qüvvəsini almışdır.

35. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, iddiaçının əvvəlki nizamnamə kapitalındakı təsisçi payı bərpa olunur. Yəni, İddiaçı - "xxxx" MMC-nin 13 iyun 2014-cü il tarixdə dövlə t qeydiyyatına alınmış 3-cü redaksiyada (10 iyun 2014-cü il tarixdə təsdiq edilmiş) Nizamnaməsinin (surətinin) 2.2-ci bəndində MMC-nin iştirakçılarının nizamnamə kapitalında təsbit olunan – 25% payı bərpa edilmiş olur.

36. Buna görə də, apellyasiya məhkəməsi “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında Qanunun 9.1, 9.2 və 11.3-cü maddələrinə istinadən doğru olaraq göstərmişdir ki, cavabdeh qeydiyyat orqanı tərəfindən iddiaçının qeyd olunan təsisçi payının bərpa etmək öhdəliyinin faktiki şərtləri sübuta yetirilir.

37. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, cavabdeh iddiaçının "xxxx" MMC-də 25 faiz payını ləğv etdiyi halda, məhkəmə qətnaməsi ilə belə bir öhdəlik cavabdehin üzərinə qoyulmamışdır ki, buna görə də cavabdehin hazırki inzibati mübah isə üzrə olan yəni indi onun üzərinə öhdəlik qoyulmaması barədə hüquqi mövqeyi əsaslı sayıla bilməz.

38. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29.9.2022-ci il tarixli 2-1(102)-1170/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmadlır.

39. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29.9.2022-ci il tarixli 21(102)-1170/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar