Məhkəmə qərarları › İş №2-1(102)-384/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-384/2024

01.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-384/2024 01.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: xx.xx.2011-ci il tarixədək qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə dair iddianın qeyri-mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Zaqa tala rayonu, Muğanlı kəndində yerləşən 0,40 ha həyətyanı torpaq sahəsinə dair JN-221A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın X9 və X4 mülkiyyət hüququnun qeydiyyata alınması hissəsində ləğv edilməsi, habelə həmin torpaq sahəsi üzərində İddiaçı1, İddiaçı2, mərhum valideynləri X11 və X2 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 oktyabr 2023-cü il tarixli, 2-1(107)-539/2023 nömrəli qərardadından İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağ ıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. JN-221A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən, Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.1996-cı il tarixli, 32 nömrəli qərarı ilə İddiaçı3 və onun ailə üzvləri X9 və X3 mülkiyyətinə 0,40 ha həyətyanı torpaq sahəsi verilmişdir.

2. Daha sonra həmin şəhadətnamədə adları qeyd olunmuş şəxslərin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

3. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, Zaqatala rayonu, Muğanlı kəndində yerləşən 0,40 ha həyət yanı torpaq sahəsinə dair JN-221A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın X9 və X4 mülkiyyət hüququnun qeydiyyata alınması hissəsində ləğv edilməsi, o cümlədən həmin torpaq sahəsi üzərində İddiaçı1, İddiaçı2, mərhum valideynləri X11 və X2 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişlər.

4. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçılara xx.xx.2023-cü il tarixli hüquqi yardım məktubu ünvanlanaraq, onların nəzərinə çatdırılmışdır ki, iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət verilməlidir. Belə ki, iş ma teriallarında olan "xxxx" MMC-nin **********05 nömrəli məktubuna əlavə olunmuş “Muğanlı kənd torpaq mülkiyyətçilərinin qanuni istifadəsində olan həyətyanı və zəbt olunan torpaq sahələrinin siyahısı”nın təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, siyahıda 221-ci sırada İddiaçı3 adı qeyd olunmuş, “üzvlərin sayı” qrafasında üç nəfər və “zəbt” qrafasında “0,40” göstərilmişdir. Həmçinin sözügedən məktuba əlavə olunmuş Zaqatala rayon Aqrar İslahat Komissiyası tərəfindən təsdiq olunmuş “Zaqatala rayonunun Muğanlı kəndində xüsusi mülkiyyətə verilən həyətyanı torpaq sahələrinə aid subyektlər siyahısı”nın təsdiq edilmiş arxiv nüsxəsindən görünür ki, həmin siyahıda 221-ci sırada İddiaçı3, X9 və X3 adları qeyd olunmuş, eləcə də 331-ci sırada X11, X7 və İddiaçı2 adları qeyd edilməklə “qanuni istifad ədə olan həyətyanı sahə” qrafasında “0,21” göstərilmişdir. İş materiallarına əsasən müəyyən olunur ki, iddia tələbində X9 və X6 münasibətdə ləğvi tələb olunan JN-221A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə Zaqatala rayon Aqrar İslahat Komissiyasının qərarı ilə elə həmin Komissiya tərəfindən təsdiq olunmuş subyektlər siyahısına uyğun olaraq tərtib edilmiş, daha sonra cavabdeh tərəfindən şəhadətnamədə adları qeyd olunmuş şəxslərin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, iddia tələbində X9 və X4 mülkiyyət hüququnun qeydiyyata alınması hissəsində ləğv olunması tələb edilən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Odur ki, şəhadətnamə subyektlər siyahısına uyğun verildiyindən, iddiaçılar ilk növbədə torpağın mülkiyyətə verilməsinə dair JN-221A nömrəli şəhadətnamənin verilməsinə əsas olmuş Aqrar İslahat Komissiyasının müvafiq qərarını mübahisələndirməlidir. Yalnız şəhadətnamənin verilməsinə əsas olmuş qərar ləğv olunduqdan sonra müvafiq şəhadətnamə və onun əsasında verilmiş çıxarış inzibati məhkəmə icraatı çərçivəsində mübahisələndirilə bilər.

5. İddiaçılar birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli hüquqi yardım məktubuna yazılı münasibət bildirərək qeyd etmişlər ki, JN-221A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən də göründüyü kimi, torpaq sahəsinin şəxslərin ümumi birgə mülkiyyətinə verilməsinə əsas Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.1996-cı il tarixli, 32 nömrəli qərarı olmuşdur. Belə olan halda necə ola bilər ki, İddiaçı3 ilə 2001-c i ildə ailə həyatı quracaq Vüsalə Hüseynova və 2002-ci il tarixdə doğulacaq X1 rayon Aqrar İslahat Komissiyasının xx.xx.1996-cı il tarixli, 32 nömrəli qərarında nəzərdə tutulsun. Digər bir məsələ isə, X5 1996-2001-ci illər arasında qeydiyyatda olduğu təsərrüfatda pay torpaq sahəsi alması ilə bağlıdır. Qanunvericiliyin tələblərinə əsasən, hər bir Azərbaycan Respublikası vətəndaşı yalnız 1 dəfə pay torpaq sahəsi almaq hüququna malikdir. X9 da atasına məxsus təsərrüfatda olarkən həmin hüququnu realizə etmişdir. Bu isə, onu göstərir ki, X9 islahat vaxtı iddiaçıların təsərrüfatında yox, öz təsərrüfatında qeydiyyatda olmuşdur. İş üzrə cavabdeh inzibati orqanın Şəki İnzibati Məhkəməsinə təqdim etdiyi siyahılar Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.1996-cı il tarixli, 32 nömrəli qərarı na əlavə edilmiş siyahılar deyil. Cavabdeh inzibati orqanın təqdim etdiyi siyahıların düzgün siyahılar olmaması yuxarıda qeyd olunan işin faktiki halları ilə tam təsdiq olunur.

6. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçılara xx.xx.2023-cü il tarixli yeni hüquqi yardım məktubu ünvanlanaraq bildirilmişdir ki, işin yuxarıda göstərilən hallarının araşdırılması çərçivəsində məhkəmənin xx.xx.2023-cü il tarixli məktubu ilə onlara yazılı şəkildə müvafiq hüquqi yardım göstərilmiş, münasibətləri öyrənilmişdir. Lakin daha sonra aparılmış əlavə araşdırma nəticəsində müəyyən edilmişdir ki, iddiaçıların mərhum valideynləri X11 və X2, eləcə də İddiaçı2 adına Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.1996-cı il tarixli qərarı əsasında 0,24 ha həyətyanı torpaq sahəsinə dair JN-331F (Kod: *** *****) nömrəli şəhadətnamə hazırlanmışdır. İddiaçı3 isə X9 və X10 ilə birlikdə ayrıca təsərrüfatı olmaqla, onların adına həyətyanı torpaq sahəsinə dair digər – JN-221A nömrəli şəhadətnamə işlənmişdir. İddiada adı keçən şəxslərin hər birinin adı özünə ayrılmış torpaq sahəsinə dair şəhadətnamədə göstərilməklə 2 fərqli sənəd hazırlanmışdır. Həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq iddiaçılar JN-221A nömrəli şəhadətnaməni mübahisələndirməmiş, bu məsələ ilə bağlı mübahisə açmamış, bununla da iddia qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşlər.

7. Hüquqi yardım məktubunda həmçinin qeyd olunmuşdur ki, iddia tələbinin tam həlli tələbin birinci hissəsində qeyd olunan məsələnin həlli ilə sıx bağlı olduğundan, şəhadətnamənin ləğvi məsələsinə hüquqi qiymət verilm ədən digər hissədə iddia tələbinə baxılması mümkün deyildir.

8. Yardım məktubunda qeyd olunanlarla bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməsi iddiaçılara təklif olunmuş, məktub xx.xx.2023-cü il tarixdə iddiaçılar İddiaçı3 və İddiaçı2 Elektron Məhkəmə İnformasiya Sistemində yaratdıqları şəxsi kabinetlərinə yerləşdirilmiş, digər İddiaçı1 isə poçt ünvanına göndərilmişdir. İş materiallarında olan poçt göndərişlərinin izlənməsi sənədindən görünür ki, İddiaçı1 tərəfindən yardım məktubu xx.xx.2023-cü il tarixdə alınmış, lakin həmin məktuba münasibət bildirilməmişdir.

9. Şəki İnzibati Məhkəməsinin (hakim: Fərid İsmayılzadə) 15 avqust 2023-cü il tarixli, 2-1(116)-143/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsasl andırmışdır ki, iddiaçıların mərhum valideynləri X11 və X2, eləcə də İddiaçı2 adına Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.1996-cı il tarixli qərarı əsasında 0,24 ha həyətyanı torpaq sahəsinə dair JN-331F (Kod: ********) nömrəli şəhadətnamə hazırlanmışdır. İddiaçı3 isə X9 və X10 ilə birlikdə ayrıca təsərrüfatı olmaqla, onların adına həyətyanı torpaq sahəsinə dair digər – JN-221A nömrəli şəhadətnamə işlənmişdir. İddiada adı keçən şəxslərin hər birinin adı özünə ayrılmış torpaq sahəsinə dair şəhadətnamədə göstərilməklə 2 fərqli sənəd hazırlanmışdır. Həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq iddiaçılar bu məsələ ilə bağlı mübahisə açmamış, bununla da iddia qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşlər. Eyni zamanda, iddiaçılar faktiki istifadəl ərində olan və onların mülkiyyətinə verildiyini iddia etdikləri mübahisəli torpaq sahəsinin hüquqi müqəddəratı ilə maraqlanmalı olduqları halda, həmin torpaq sahəsinə münasibətdə hüquqmüəyyənedici sənədlərin hazırlanmamasının səbəbinin aşkar edilməsi üçün tədbir görməli olmalarına baxmayaraq, uzun illər ərzində bu istiqamətdə hər hansı hərəkət etməmiş və məhkəməyə iddia ərizəsi ilə müraciət etməmişlər. 25 ildən artıq müddət keçdikdən sonra hazırkı tələblə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni xx.xx.2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların və edilmiş hərəkətlərin mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti xx.xx.2011-ci il tarixədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı münasibətə qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.

11. Həmçinin qeyd olunmalıdır ki, iddia tələbinin çıxarışın qismən ləğv edilməsi və həmin hissədə digər şəxslərin adına mülkiyyət hüququnun qeydə alınmasından ibarət ikinci hissəsinin həlli bilavasitə tələbin birinci hissəsindən asılı olduğundan, sözügedən məsələyə qiymət verilmədən tələbin ikinci hissəsinə baxıla bilməz.

12. İddiaçılar apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və işin baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişlər. apellyasiya instansiyası məhkəməsində icraat

13. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Rövşən Rəfiyev /sədrlik edən və məruzəçi/, Vəzirxan Məlikov və Günay Cavadova) 04 oktyabr 2023-cü il tarixli, 2-1(107)-539/2023 nömrəli qərardadı ilə iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. İddiaçı1 kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

16. İddiaçı1 kassasiya şikayətinin apellyasiya şikayətinin dəlilləri təşkil edir. əsasını Kassasiya şikayətinə qarşı etirazın dəlilləri mahiyyətcə iddia ərizəsinin və

17. Kassasiya şikayət inə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

5. İslahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. Torpaq mülkiyyətçisinin Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq torpağı satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, icarəyə və vərəsəliyə vermək, əlavə torpaq sahəsi satın almaq hüquqları vardır. Torpaq islahatı zamanı ərazinin təbii-coğrafi şəraiti, əhalinin sıxlığı və kənd təsərrüfatı istehsalında iştirakı, torpaqların keyfiyyəti, torpaqdan istif adənin yerli xüsusiyyətləri nəzərə alınır, torpaqlardan təyinatına görə istifadə olunması və ətraf mühiti mühafizə tələbləri gözlənilir. 19. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

3. Torpaq islahatının obyekti Azərbaycan Respublikasının vahid torpaq fondudur. Torpaq islahatı zamanı vahid torpaq fondunda: dövlət mülkiyyətində saxlanılan torpaqlar (dövlət torpaqları); bələdiyyə mülkiyyətinə verilən torpaqlar (bələdiyyə torpaqları); xüsusi mülkiyyətə verilən torpaqlar müəyyən edilir. Maddə

9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyət inə verilir. Maddə

10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Maddə

20. Torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Aqrar islahat komissiyalarının yaradılması və fəaliyyəti “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Maddə

22. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dö vlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (20 aprel 2012-ci il tarixli Qanunla edilmiş dəyişikliklərə qədər qüvvədə olmuş redaksiyada) “Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat” adlanan 27-ci fəslinin ərizə ilə məhkəməyə müraciət etmək üçün müddəti müəyyən edən 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

37. Bir- biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiy i tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayı ldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 22. “ İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyi ni, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslan madığından apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

26. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

27. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya instansiyası məhk əməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.

28. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

29. Hazırkı mübahisədə iddia tələbi: 1) torpağın mülkiyyətə verilməsinə dair JN221A nömrəli şəhadətnamənin X9 və X6 münasibətdə ləğv edilməsinə, 2) həmin şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış müvafiq qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair çıxarışın X9 və X4 mülkiyyət hüququnun qeydiyyata alınması hissəsində ləğv edilməsinə və 3) mübahisəli torpaq sahəsi üzərində İddiaçı1, İddiaçı2, mərhum valideynləri X11 və X2 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına yönəl mişdir.

30. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 37-ci maddəsində iddiaçı tərəfindən bir cavabdehə yönəlmiş bir-biri ilə əlaqəli və eyni məhkəməyə aid olan bir neçə iddia tələbinin bir iddiada birləşdirilməsinin mümkünlüyü nəzərdə tutulsa da, həmin tələblər onların bir-biri ilə əlaqəsi, bir-birindən asılılığı, həll edilməsinin xronoloji ardıcıllığı və tələblərin mərhələliyi baxımından tam və hərtərəfli araşdırılmalı, onların vahid icraat çərçivəsində baxılması imkanları müəyyən edilməlidir. Bu mənada hazırkı mübahisəyə münasibətdə iddia tələbinin 2-ci və 3-cü hissələrinin həlli, bilavasitə tələbin 1-ci hissəsinin həllindən asılı olduğundan, sözügedən məsələyə qiymət verilmədən tələbin 2-ci və 3-cü hissələrinə baxıla bilməz.

31. İddia tələbinin 1-ci hissəsinə münasibətdə isə qeyd edilməlidir ki, daşınmaz əmlak üzərində hüquq dövlət reyestrində hüquqmüəyyənedici sənədlərə əsasən qeydiyyata alınır, cavabdeh həmin sənədlərin məzmununa bağlıdır və onlara uyğun davranmağa borcludur. Qeydiyyat barədə şəhadətnamə və ya çıxarış sadəcə olaraq şəxsin hüququnun dövlət reyestrində qeydiyyata alındığını ifadə edir. Hüquqmüəyyənedici sənədlərin qüvvədə və etibarlı olduğu müddətdə cavabdeh tərəfindən sözügedən hüquqmüəyyənedici sənədlərə əsasən aparılmış qeydiyyatın ləğvi tələb oluna bilməz. Hazırkı mübahisəyə münasibətdə mübahisəli torpaq sahəsi üzərində qeydiyyatın Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.1996-cı il tarixli qərarı əsasında aparıldığı, mübahisənin predmetini təşkil edən JN-221A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin, eləcə də X9 və X4 adına çıxarışın Zaqatala rayon Aqrar İslahat Komissiyasının qərarı əsasında aparılmış hüququn qeydiyyatına dair müvafiq sənədlər olduğu nəzərə alınmalıdır. Bu baxımdan iddiaçılar ilk növbədə, hüququn qeydiyyatının əsasında duran hüquqmüəyyənedici sənədləri mübahisələndirməli, yəni mübahisələndirmə haqqında iddia vasitəsi ilə həmin sənədlərin ləğvinə nail olmalı idilər.

32. Lakin bununla bağlı nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir.

33. Bu baxımdan, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.

34. Mübahisələndirmə haqqında iddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə qaldırılmasıdır. Odur ki, hazırkı mübahisə ü zrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddianın iddia müddətinə dair normalara əməl olunmaqla qaldırılması şərti də yerinə yetirilməlidir.

35. Hazırkı mübahisə üzrə nəzərə almaq lazımdır ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasən, iddiaçı məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür.

36. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti 2000-ci il 1 sentyabr tarixindən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsi ilə, 2011-ci il 1 yanvar tarixindən isə mübahisələndirmə haqqında i ddialar üzrə iddia müddəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsi ilə tənzimlənir. 37. 2000-ci il 1 sentyabr tarixindən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur.

38. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni xx.xx.2011-ci il tarixədək edilmiş inzibati orqanların hərəkətlərinin (hərəkətsizliyinin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti xx.xx.2011-ci ilədək ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, A zərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta və ya hərəkətə (hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.

39. Beləliklə, hər bir halda iddiaçıların qeyd olunan hüquqmüəyyənedici sənədlərin mübahisələndirilməsi imkanını 2011-ci il 1 yanvar tarixinədək itirdikləri də nəzərə alınmalıdır.

40. Həmçinin qeyd olunmalıdır ki, iddiaçılar uzun zaman kəsiyində mübahisələndirmə imkanına malik olmalarına rəğmən, həmin zaman kəsiyində bu imkandan yararlanmamış, mümkün hüquqi müdafiə vasitələrindən istifadə etməmişlər. Hüquqi müdafiə vasitələrindən istifadə ilə bağlı müddətə əməl olunması şəxsin iradəsinə bağlıdır və onun məsuliyyət sferasına aid edilməlidir. Bu bax ımdan şəxs müddətin ötürülməsinin onun təqsirkar davranışına bağlı hüquqi nəticələrini qəbul etməyə borcludur.

41. Müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir.

42. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zama n kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər.

43. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərh ələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.

44. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 oktyabr 2023-cü il tarixli, 2-1(107)-539/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar