Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3848/2025 10.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ##.##.2020-ci il tarixli ********** qeydiyyat nömrəli, 301013011261-***** reyestr nömrəli elektron çıxarışa əsasən ünvan 2 ünvanda yerləşən 0,0398 ha torpaq sahəsi və üzərində inşa edilmiş ümumi sahəsi 318,8 kv.m olan 2 mərtəbəli fərdi yaşayış evi iddiaçının adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində ** nömrəli reyestr kitabının ** nömrəli vərəqində ##.##.2020-ci il tarixdə qeydiyyata alınmışdır.
2. Fərdi yaşayış evinə dair ##.##.2020-ci il tarixdə 301013011261-***** reyestr nömrəli texniki pasport tərtib edilmişdir. Texniki pasportdan müəyyən edilir ki, fərdi yaşayış evinin 1-ci və 2-ci mərtəbələrinin giriş-çıxış qapıları ayrıcadır. Yaşayış evi Qusar şəhəri Azadlıq və Məlikov küçələrinin kəsişməsində yerləşir. 1-ci mərtəbənin giriş-çıxışı Qusar şəhəri Azadlıq küçəsindən, 2-ci mərtəbənin giriş-çıxış yolu isə Qusar şəhəri Məlikov küçəsindən həyata keçirilir.
3. İddiaçı özünə məxsus həmin 2 mərtəbəli yaşayış evinin 1-ci mərtəbəsini təyinatını yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirmək üçün ərizə ilə Qusar Rayon İcra Hakimiyyətinə müraciət etmişdir.
4. Qusar Rayon İcra Hakimiyyəti başçısının ## ###### 2021-ci il tarixli * saylı sərəncamı ilə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20 və 21-ci maddələrinə əsasən İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən 0,0398 ha torpaq sahəsindəki zirzəmi və 2 mərtəbəli fərdi yaşayış evinin 1-ci mərtəbəsinin 152,9 kv.metr yaşayış sahəsi qeyriyaşayış sahəsinə keçirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsindən xahiş edilmişdir ki, sərəncamla əlaqədar aidiyyəti sənədləşmə işlərini yerinə yetirsin.
5. İddiaçı cavabdeh orqana ərizə ilə müraciət edərək, ## ######## 2020-ci il tarixli, 301013011261-***** reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 2 mərtəbəli yaşayış evinin 1-ci mərtəbəsinin 152,9 kv.metr hissəsini daşınmaz əmlakın dövlət reyestrində qeyri-yaşayış sahəsinin qeydiyyata alınaraq bu barədə adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir.
6. Həmin ərizə ## #### 2024-cü il tarixdə cavabdeh orqan tərəfindən qəbul olunmuş, lakin ərizəyə qanunla müəyyənləşdirilmiş müddət ərzində cavab verilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a. birinci instansiyası məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2020-
7. 301013011261-***** reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa ci il tarixli əsasən onun mülkiyyətində olan Qusar şəhəri Azadlıq küçəsi ** saylı ünvanda yerləşən 2 mərtəbəli yaşayış evinin 1-ci mərtəbəsinin 152,9 kv.m sahəsinin qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, Qusar şəhəri Azadlıq küçəsi ** saylı ünvanda yerləşən ümumi sahəsi 318 kv.metr həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli yaşayış evi iddiaçı İddiaçı xüsusi mülkiyyətindədir. Həmin daşınmaz əmlaka dair iddiaçının mülkiyyət hüququ ##.##.2020-ci il tarixli 301013011261-***** reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla təsdiq olunur. İddiaçı özünə məxsus həmin 2 mərtəbəli yaşayış evinin 1-ci mərtəbəsini dükan kimi işlətmək qərarına gəlmiş və bu məqsədlə yaşayış evinin 1-ci mərtəbəsinin təyinatını yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirmək üçün ərizə ilə Qusar Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Qusar Rayon İcra Hakimiyyəti Başçısının ## ###### 2021-ci il tarixli * saylı sərəncamına əsasən ünvan 2 ünvanda yerləşən 2 mərtəbəli yaşayış evinin 1-ci mərtəbəsinin 152,9 kv.metr yaşayış sahəsi qeyri-yaşayış sahəsinə keçirilmişdir. İddiaçı ## #### 2024-cü il tarixdə cavabdehə ərizə ilə müraciət edərək, xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 2 mərtəbəli yaşayış evinin 1-ci mərtəbəsinin 152,9 kv.metr sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeyri-yaşayış sahəsinin qeydiyyata alınaraq bu barədə adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir. Həmin ərizə ## #### 2024-cü il tarixdə cavabdeh tərəfindən qəbul olunmuş, lakin ərizəyə qanunla müəyyənləşdirilmiş müddət ərzində cavab verilməmiş, daşınmaz əmlakın dövlət reyestrində qeyri-yaşayış sahəsi kimi qeydiyyata almaqdan və bu barədə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən xıxarış verməkdən faktiki olaraq imtina edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunması xahiş etmişdir.
9. Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim İ.Burcayev) iddia təmin edilərək iddiaçı İddiaçı Qusar şəhəri, Azadlıq küçəsi, ** saylı ünvanda yerləşən, ## ######## 2020-ci il tarixli, 301013011261-***** reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 2 mərtəbəli yaşayış evinin 1-ci mərtəbəsinin 152,9 kv.m sahəsinin qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 20-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsindən imtina üçün əsaslar mövcud olmamışdır. Belə ki, yaşayış sahəsinə gediş-gəlişi təmin edən ümumi istifadə sahələrindən istifadə edilmədən həmin sahəyə ayrıca girişin təşkil edilməsi mümkün olmuşdur. Bundan əlavə, iddiaçı İddiaçı məxsus Qusar şəhəri, Azadlıq küçəsi ** saylı ünvanda yerləşən ümumi sahəsi 318 kv.metr olan həyətyanı torpaq sahəsində yerləşən 2 mərtəbəli yaşayış evinin 1-ci mərtəbəsinin 152,9 kv.metr sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsi barədə Qusar Rayon İcra Hakimiyyəti başçısının ## ###### 2021-ci il tarixli * saylı sərəncamı qüvvədə olmuşdur. Bu halları nəzərə alaraq məhkəmə iddianın təmin edilməli olduğu qənaətinə gəlmişdir.
11. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
12. Apellyasiya Məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Qusar Rayon İcra Hakimiyyəti Başçısının ##.##.2021-ci il tarixli * saylı sərəncamına əsasən iddiaçı İddiaçı mülkiyyətində olan Qusar şəhəri Azadlıq küçəsi ** saylı ünvanda 0,0396 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 318,8 kv.metr olan 2 mərtəbəli fərdi yaşayış evinin, qeyri-yaşayış sahəsinə keçirilmiş 1-ci mərtəbədə yerləşən 152,9 kv.metr sahənin daşınmaz əmlakın dövlət reyestrində qeyri-yaşayış sahəsi kimi qeydiyyat aparılaraq çıxarış verilməsi, həmin yaşayış evinin qalan hissəsinə daşınmaz əmlakın dövlət reyestrində yaşayış sahəsi kimi ayrıca qeydiyyat aparılaraq çıxarış verilməsi və hər bir daşınmaz əmlakın, daşınmaz əmlakın dövlət reyestrində ayrı ünvanda qeydə alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakimlər: V.Hacıyev - sədrlik edən və məruzəçi, T.Axundov və H.Babayeva) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı dəyişdirilmiş, iddia təmin edilərək ##.##.2020-ci il tarixli ********** qeydiyyat nömrəli, 301013011261-***** reyestr nömrəli elektron çıxarışa əsasən İddiaçı adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində ** nömrəli reyestr kitabının ** nömrəli vərəqində ##.##.2020 ci il tarixdə qeydiyyata alınmış ünvan 2 ünvanda mülkiyyətində olan 0,0398 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 318,8 kv.m olan 2 mərtəbəli fərdi yaşayış evinin qeydiyyat yazısında dəyişiklik edilməsi, Qusar Rayon İcra Hakimiyyəti Başçısının ##.##.2021-ci il tarixli * saylı sərəncamına əsasən ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 318,8 kv.m olan 2 mərtəbəli fərdi yaşayış evinin qeyriyaşayış sahəsinə keçirilmiş 1-ci mərtəbəsinin 152,9 kv.metr sahəsinin qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınması, qeyri-yaşayış sahəsinə dair İddiaçı adına ayrıca çıxarış, plan və ölçü sənədinin verilməsi (yeni ünvan verilməklə) və ünvan 2 ünvanda mülkiyyətində olan 0,0398 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 318,8 kv.m olan 2 mərtəbəli fərdi yaşayış evinin qalan hissəsinə dair yaşayış evi kimi İddiaçı adına ayrıca çıxarış, plan və ölçü sənədinin verilməsi (yeni ünvan verilməklə) öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
14. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına düzgün hüquqi qiymət vermiş və cavabdeh inzibati orqanının imtinasını əsassız hesab edərək, iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir.
15. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a. kassasiya şikayətinin dəlilləri
16. Cavabdehin kassasiya şikayətində qeyd etmişdir ki, İddiaçı Qusar şəhəri, Azadlıq küçəsi ** saylı ünvanında 0,0396 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 318,8 kv.metr olan 2 mərtəbəli fərdi yaşayış evinə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Belə olan halda isə fərdi yaşayış evinin 1-ci mərtəbəsinin 152,9 kv.m. sahəsinin qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınması mümkün deyil. Bununla yanaşı, hüququn qeydiyyatı zamanı yaşayış və qeyri yaşayış sahəsinin neçə kv.m. torpaq sahəsində yerləşməsini müəyyən etmək mümkün deyil.
b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 20. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi şərtləri 20.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. 20.2. Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. ... 20.4. Qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə o halda yol verilmir ki, belə sahə müəyyən edilmiş tələblərə cavab verməsin və ya bu sahənin müəyyən edilmiş tələblərə uyğunluğunu təmin etmək mümkün olmasın, yaxud bu sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edildiyi halda xeyrinə yüklülük müəyyən edilmiş şəxslərin razılığı olmasın.
19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.
Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi akt
Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassız olsa da, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməlidir. Bu aşağıdakı səbəblərdən irəli gəlir.
24. İş materialları ilə müəyyən olunur ki, iddiaçıya məxsus ünvan 2 ünvanda yerləşən 0,0398 ha torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 318,8 kv.m olan 2 mərtəbəli fərdi yaşayış evi ##.##.2020-ci il tarixli elektron çıxarışa əsasən daşınmaz əmlakın dövlət reyestrində vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınmışdır. Həmin daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı qüvvədədir.
25. Sonradan Qusar Rayon İcra Hakimiyyəti başçısının ## ###### 2021-ci il tarixli * saylı sərəncamına əsasən həmin fərdi yaşayış evinin 1-ci mərtəbəsinin 152,9 kv.m sahəsi yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilmişdir. Həmin sərəncam mübahisələndirilməmiş və qüvvədə olmaqla hüquqi nəticələr doğuran inzibati aktdır.
26. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır ki, yaşayış sahəsinin bir hissəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir və bu səbəbdən həmin hissəyə dair daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatın aparılması mümkündür.
27. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qeydiyyatın aparılmasının hüquqi formasını müəyyən edərkən düzgün nəticəyə gəlməmişdir. Belə ki, yaşayış evinin yalnız bir hissəsinin təyinatının dəyişdirilməsi həmin daşınmaz əmlak obyektinin hüquqi baxımdan bölünməsi və ya onun əsasında yeni müstəqil daşınmaz əmlak obyektlərinin formalaşdırılması kimi qiymətləndirilə bilməz. Lakin apellyasiya məhkəməsinin qərarının nəticə hissəsindən görünür ki, qeyriyaşayış28. və yaşayış sahələrinə ayrıca çıxarış, plan və ölçü sənədinin verilməsi (yeni ünvan verilməklə) öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Bu baxımdan dövlət qeydiyyatı mövcud daşınmaz əmlak obyektinin hüquqi vəziyyətini əks etdirməli, yeni hüquqi əsaslar olmadan həmin obyektin ayrıca müstəqil daşınmaz əmlak vahidlərinə bölünməsinə səbəb olmamalıdır.
30. İş materiallarından görünür ki, fərdi yaşayış evinin 1-ci mərtəbəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə qəbul edilmiş inzibati akt həmin daşınmaz əmlak obyektinin bölünməsini deyil, yalnız onun bir hissəsinin funksional təyinatının dəyişdirilməsini nəzərdə tutur. Bu səbəbdən həmin daşınmaz əmlak üzrə qeydiyyat dəyişiklikləri ayrıca yeni ünvan verilməklə iki müstəqil daşınmaz əmlak obyektinin yaradılması formasında deyil, mövcud daşınmaz əmlak obyektinə dair qeydiyyat yazısında dəyişiklik edilməklə aparılmalıdır. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin fərdi yaşayış evinin qeyriyaşayış31. sahəsinə keçirilmiş hissəsinə və qalan hissəsinə ayrıca yeni ünvan verilməklə ayrıca çıxarışların verilməsi barədə gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun hesab edilə bilməz.
32. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməli, ##.##.2020-ci il tarixli ********** qeydiyyat nömrəli, 301013011261-***** reyestr nömrəli elektron çıxarışa əsasən İddiaçı adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində ** nömrəli reyestr kitabının ** nömrəli vərəqində ##.##.2020-ci il tarixdə qeydiyyata alınmış ünvan 2 ünvanda 0,0398 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 318,8 kv.m olan 2 mərtəbəli fərdi yaşayış evinin qeydiyyat yazısında dəyişiklik edilməklə Qusar Rayon İcra Hakimiyyəti başçısının ##.##.2021-ci il tarixli * saylı sərəncamına əsasən ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 318,8 kv.m olan 2 mərtəbəli fərdi yaşayış evinin qeyri-yaşayış sahəsinə keçirilmiş 152,9 kv.metr sahəsi olan 1ci mərtəbəsinin qeyri-yaşayış sahəsi kimi, qalan hissəsinin isə yaşayış sahəsi kimi qeydiyyata alınmaqla buna dair müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDI:
Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilsin. Iddia qismən təmin edilsin. ##.##.2020-ci il tarixli ********** qeydiyyat nömrəli, 301013011261-***** reyestr nömrəli elektron çıxarışa əsasən İddiaçı adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində ** nömrəli reyestr kitabının ** nömrəli vərəqində ##.##.2020-ci il tarixdə qeydiyyata alınmış ünvan 2 ünvanda 0,0398 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 318,8 kv.m olan 2 mərtəbəli fərdi yaşayış evinin qeydiyyat yazısında dəyişiklik edilsin. Qusar Rayon İcra Hakimiyyəti başçısının ##.##.2021-ci il tarixli * saylı sərəncamına əsasən ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 318,8 kv.m olan 2 mərtəbəli fərdi yaşayış evinin qeyri-yaşayış sahəsinə keçirilmiş 152,9 kv.metr sahəsi olan 1-ci mərtəbəsinin qeyriyaşayış sahəsi kimi, qalan hissəsinin isə yaşayış sahəsi kimi qeydiyyata alınmaqla buna dair müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. Qərar qətidir.