Məhkəmə qərarları › İş №2-1(102)-385/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-385/2022

22.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-385/2022 22.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 52 yaşına çatmış kişiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (hazırda Dövlət So sial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı) qarşı “müvafiq iş illəri sığorta stajına daxil edilməklə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə alınmamış pensiya məbləğinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 11 oktyabr tarixli, 2-1(103)2334/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

2. Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsi 2019-cu il 11 fevral t arixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Məktubda bildirilmişdir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı üçün tələb olunan 20 il sosial sığorta stajının qarşılığında 19 il 8 ay 12 gün sığorta stajının olduğu, həmçinin əmək kitabçasında qeyd edilən 1991-ci il 19 aprel tarixdən 1996-cı il 29 iyun tarixədək, 1992-ci il 3 dekabr tarixdən 1992-ci il 30 dekabr tarixədək, 1993-cü il 4 yanvar tarixdən 1993-cü il 21 iyun tarixədək, 1993-cü il 21 iyun tarixdən 1993-cü il 29 iyul tarixədək, 1993-cü il 2 avqust tarixdən 1993-cü il 29 noyabr tarixədək, 1993-cü il 1 dekabr tarixdən 1994-cü il 29 mart tarixədək olan dövrlər üzrə sığorta stajının yoxlanılması mümkün olmadığından, həmin illərin sığorta stajına daxil edilməsi və bununla da güzəştli şərtlə rlə yaşa görə əmək pensiyasının təyin olunması qanuna ziddir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 2019-cu il 5 mart tarixdə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 1991-ci il 19 aprel tarixdən 1996-cı il 29 iyun tarixədək, 1992-ci il 3 dekabr tarixdən 1992-ci il 30 dekabr tarixədək, 1993-cü il 4 yanvar tarixdən 1993-cü il 21 iyun tarixədək, 1993-cü il 21 iyun tarixdən 1993-cü il 29 iyul tarixədək, 1993-cü il 2 avqust tarixdən 1993-cü il 29 noyabr tarixədək, 1993-cü il 1 dekabr tarixdən 1994-cü il 29 mart tarixədək olan dövrlər üzrə işlədiyi və 1981 – 1984-cü illərdə texniki peşə məktəbində, 1986 – 1989-cu illərdə texnikumda təhsil aldığı dövrlərin sosial sığorta stajına daxil edilməklə 52 yaşdan güzəş tli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin üzərinə qoyulması və keçmiş müddət üzrə alınmamış pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

4. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli, 21(085)-729/2019 saylı qərarı ilə iddia təmin edilmişdir.

5. Sumqayıt Apellyasiya Məhkəməsinin 2019-cu il 10 dekabr tarixli qərardadı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 17 sentyabr tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

6. Sumqayıt İnzibati Məhkəməsinin 2020-ci il 21 fevral tarixli qərardadı ilə inzibati iş aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçının əsasl andırması:

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1965-ci il 7 may tarixdə Sumqayıt şəhərində doğulmuşdur. O, güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə müraciət etmişdir. Lakin şöbə məsələnin həllindən imtina etmişdir. İmtina məktubunda «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli qərarına (1 nömrəli siyahı üzrə) istinad olunaraq, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı üçün tələb olunan 20 il sosial sığorta stajının qarşılığında 19 il 8 ay 12 gün sığorta stajının olduğunu, həmçinin əmək kitabçasında qeyd edilən 1991-ci il 19 aprel tarixdən 1996cı il 29 iyun tarixədək, 1992-ci il 3 dekabr tarixdən 1992-ci il 30 dekabr tarixədək, 1993-cü il 4 yanvar tarixdən 1993-cü il 21 iyun tarixədək, 1993-cü il 21 iyun tarixdən 1993-cü il 29 iyul tarixədək, 1993-cü il 2 avqust tarixdən 1993-cü il 29 noyabr tarixədək, 1993-cü il 1 dekabr tarixdən 1994-cü il 29 mart tarixədək olan dövrlər üzrə sığorta stajının yoxlanılması mümkün olmadığını bildirərək, həmin illərin sığorta stajına daxil edilməsinin və bununla da güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasının qanunazid olduğu bildirilmişdir. Şöbənin imtinası qanunsuzdur. O, cavabdehin həmin illərin sığorta stajının yoxlanmasının mümkün olmaması dəlili ilə razılaşmır. Belə ki, həmin illər üzrə işləməsi ona məxsus əmək kitabçasında öz əksini tapmışdır. Əmək kitabçası isə, şəxsə əmək pensiyası təyin edilməsi üçün əsasdır. Bu ndan başqa, o, 1981-ci il 1 sentyabr tarixdən 1984-cü il 17 iyul tarixədək Sumqayıt şəhərindəki 7 saylı Texniki Peşə Məktəbində əyani şöbədə təhsil almışdır. 1984-cü ildə Sumqayıt Politexnik Texnikumuna qəbul olmuş, 1984 – 1986-cı illərdə hərbi xidmət keçmiş, hərbi xidmətdən sonra 1986 – 1989-cu illərdə həmin texnikumda təhsilini davam etdirmişdir. Cavabdeh həmin təhsil illərini sığorta stajına daxil etməmişdir. O, 1995-ci il 10 iyul tarixdən 2005-ci il 31 dekabr tarixədək “Azərkimya” X1-Polietilen Zavodunun etilen qəbulu və sıxılması sexində kompressor qurğu maşinisti işləmiş və hazırda da həmin vəzifədə işləyir. Ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət qədər ümumi və zərərli iş stajı toplamışdır. Beləliklə, onun əmək pensiyası hüququ 52 yaşdan yaranı r. Ona 52 yaşdan, yəni 2018-ci il 7 may tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməlidir. Göstərilənlərə və «Əmək pensiyaları haqqında» Qanunun 9.8, 31.1, 37.7-ci maddələrinə, «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinə, «İnzibati icraat haqqında» Qanunun 24.1-ci maddəsinə əsaslanaraq, ona 1991-ci il 19 aprel tarixdən 1996-cı il 29 iyun tarixədək, 1992-ci il 3 dekabr tarixdən 1992-ci il 30 dekabr tarixədək, 1993-cü il 4 yanvar tarixdən 1993-cü il 21 iyun tarixədək, 1993-cü il 21 iyun tarixdən 1993-cü il 29 iyul tarixədək, 1993-cü il 2 avqust tarixdən 1993-cü il 29 noyabr tarixədək, 1993-cü il 1 dekabr tarixdən 1994-cü il 29 mart tarixədək olan dövrlər üzrə işlədiyi və 1981 – 1984-cü illərdə texniki peşə məktəbində, 1986 – 1989-cu illərdə texni kumda təhsil aldığı dövrlər sosial sığorta stajına daxil edilməklə 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. Cavabdehin etirazları:

8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Bakı İnzibati Məhkəməsinin 4 sentyabr 2020-ci il tarixli, 2-1(112)-4401/2020 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçıya onun 1991-ci il 19 aprel tarixdən 1996cı 29 iyun il tarixədək, 1992-ci il 3 dekabr tarixdən 1992-ci il 30 dekabr tarixədək, 1993-cü il 4 yanvar tarixdən 1993-cü il 21 iyun tarixədək, 1993-cü il 21 iyun tarixdən 1993-cü il 29 iyul tarixədək, 1993 -cü il 2 avqust tarixdən 1993-cü il 29 noyabr tarixədək, 1993-cü il 1 dekabr tarixdən 1994-cü il 29 mart tarixədək olan dövrlər üzrə işlədiyi, 1981 – 1984-cü illərdə texniki peşə məktəbində və 1986 – 1989-cu illərdə texnikumda təhsil aldığı müddət sosial sığorta stajına daxil edilməklə 52 yaşdan, yəni 2018-ci il 7 may tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyi Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulmuşdur.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 Qərarı ilə “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə g üzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” təsdiq edilmiş və müəyyən edilmişdir ki, «Vətəndaşların pensiya təminatı haqqında» Qanuna uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Həmin Qərarla təsdiqlənmiş 1 nömrəli Siyahıda hazırkı iddiaçının 2006-cı il 1 yanvar tarixədək 10 ildən çox işlədiyi “kompressor qurğu maşinisti” peşəsi 1071200a—13775 kodu ilə nəzərdə tutulmuşdur. Nəzərə alınmalıdır ki, bu, işin mübahisələndirilməyən hallarına aiddir. - İddi açının əmək kitabçasındakı qeydlərin (1991 – 1994-cü illər üzrə əmək fəaliyyətinə dair), habelə hərbi bilet və diplomlardakı qeydlərin həqiqətə uyğun olmadığı inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, onlar mötəbər hesab olunur. Həmin iş illərinin yoxlanılmasının mümkün olmaması, bu dövrün sığorta stajına daxil edilməməsinə əsas vermir. İddiaçı 2006-cı il 1 yanvar tarixədək güzəştli şərtlərlə pensiya hüququ verən 20 ildən artıq ümumi, o cümlədən 10 ildən artıq əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş stajına malik olduğundan, onun «Əmək pensiyaları haqqında» Qanunun 9.8-ci maddəsinə və «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq 52 yaşı tamam olduğu vaxt güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. - İddi anın ikinci hissəsində “hazırkı dövrədək yaranmış fərq məbləğinin ödənilməsi” tələb olunur. Bu tələbə münasibətdə məhkəmənin qənaəti belədir ki, iddiaçı cavabdeh inzibati orqana 52 yaşı tamam olduğu, yəni əmək pensiyası hüququ yarandığı vaxtdan 10 ay sonra müraciət etdiyindən (yəni müraciətin gecikdirilməsi müddəti 3 ildən çox olmadığından), pensiya təyin olunarkən ödənilməmiş məbləğinin ödənilməsində ona münasibətdə «Əmək pensiyaları haqqında» Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsindəki “məbləğin ötən dövrdəki ayların sayına bölünərək pensiya məbləğinə əlavə edilməsi” şərti tətbiq olunmamalıdır.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki birinci icraa t

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 10 fevral tarixli, 2-1(103)-405/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 4 sentyabr tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsindəki birinci icraat

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2021-ci il 30 iyun tarixli, 2-1(102)-1118/2021 nömrəli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2021-ci il 10 fevral tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansi yası məhkəməsinə göndərilmişdir.

16. Kassasiya instansiya məhkəməsi hesab etmişdir ki, apellyasiya məhkəməsi iddiaçının peşəsinin iş yerindən verilən arayışda qeyd edilən peşədən fərqli peşədə işləməsini qərarında əsaslandırmamışdır. İddiaçının əmək kitabçasında peşəsi göstərilən etilen-polietilen zavodunda kompressor qurğu maşinistinin Siyahıda istinad etdiyi xlorun çəkib-vurulması ilə məşğul olan kompressor qurğuların maşinistləri peşəsi ilə eyni olması barədə araşdırma aparmamış, iş yerinə sorğu etməmişdir. Apellyasiya instansiyası məhkəməsində işə baxılarkən iddiaçının işlədiyi müəssisənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 saylı Siyahısında nəzərdə tutulan sahəyə, işlədiyi peşənin Siyahıdakı peşələrə uyğun olması barədə araşdırma aparılmamışdır. ç. apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 11 oktyabr tarixli, 2-1(103)-2334/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 4 sentyabr tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının tam iş günü ərzində “Etilen-Polietilen” zavodunda etilen və propan qazlarının qəbulu, sıxılması və nəqli sahəsində kompressor qurğularının maşinisti (fəhlə) peşəsində çalışması iş materiallarında olan sübutlarla tam təsdiq olunduğundan, ona 52 yaşdan, yəni 2018-ci il 7 may tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması cavabdeh orqanın üzərinə həvalə olunmalıdır. Belə ki, Nazirlər Ka binetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”na əsasən həmin siyahının Vİİİ (kimya istehsalatı) bölməsində (kod 1080A00-17541) sadalanan istehsalatlarda və işlərdə tam iş günü ilə məşğul olan kimya müəssisələrinin və neft-kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri, o cümlədən, texnoloji sahələrdə məşğul olan işçilər yaşa görə güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Beləliklə, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərar ı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

19. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

20. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, iddiaçının əmək kitabçasındakı qeydlərin (1991 - 1994-cii illər üzrə əmək fəaliyyətinə dair), habelə hərbi bilet və diplomlardakı qeydlərin həqiqətə uyğun olmamasının inzibati orqan tərəfindən sübuta yetirilməməsi ilə əsaslandırmış və onları mötəbər sübut kimi qəbul etmişdir. Məhkəmə hesab etmişdir ki, həmin iş illərinin yoxlanılmasının mümkün olmaması, bu dövrün sığorta stajına daxil edilməməsi üçün əsas verməmişdir. İddiaçının əmək kitabçasından görünür ki, o, 1984-cü il 30 iyul tarixdən əmək fəaliyyətinə başlamışdır. İddiaçı, 1995-ci il 10 iyul tarixdən 2006-cı il 1 yanvar tarixədək (10 il 05 ay 21 gün) “Azərkimya” İB-nin “Etilen-Polietilen” zavodunun etilenin qəbulu və sıxılması sexində kompressor qurğu maşinisti peşəsində çalışmışdır. İddiaçının çalışdığı peşə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 Qərarı ilə “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısının 1071200a—13775 kodu ilə nəzərdə tutulmuşdur. Halbuki, həmin kod altında nəzər də tutulan peşə: “xlorun çəkib-vurulması ilə məşğul olan kompressor qurğularının maşinistləri” adlanmaqdadır. Digər tərəfdən, həmin peşə 10712000 kodu altında nəzərdə tutulmuş “Ərimiş metalda elektrolitik üsulu ilə metalların alınması" adlanan 10-cu alt-bölməyə aiddir. Sözügedən 10-cu alt-bölmə isə, “Metallurgiya istehsalatı (əlvan metallar)” adlanan 7-ci Bölməyə daxildir. İddiaçının çalışdığı sahənin metallurgiya ilə əlaqəsi olmadığı aşkar edilmişdir. Deməli, məhkəmə həmin bölməyə istinad etməsi qanunsuzdur. Dolayısı ilə, məhkəmənin İddiaçını peşəsinin adı çəkilən 1 saylı Siyahıda nəzərdə tutulduğuna dair gəldiyi nəticə qanuni və əsaslı deyildir. Beləliklə, Bakı Apellyasiya Məhkəməsi inzibati işin qanuni həlli üçün mühüm əhəmiyyət kəsb edən faktiki halları və inzibati mübahisəyə tətbiq edilməli olan qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini nəzərə almadan, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlaması, maddi və prosessual hüquq normalarının kobud pozuntusu hesab olunmalı və həmin qərar kassasıya instansiya məhkəməsi tərəfindən ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. b. kassasiya şikayətinə etirazın dəlilləri

21. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaoluna nların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 23. “Əmək pensiyaları haqqında” Qa nun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər — istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər — 52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa;...

24. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət hədd ində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Şikayət aşağıdakı səbəblərə görə təmi n oluna bilməz.

28. İddiaçının istinad etdiyi, 2006-cı il 1 yanvar tarixədək əmək fəaliyyəti ona məxsus əmək kitabçasında təsbit olunmuşdur. Həmin tarixə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69cu maddəsinə görə, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

29. İddiaçının peşəyönümlü və orta-ixtisas təhsil müəssisələrində təhsil müddətlərinin sığorta stajına daxil edilməsi mübahisələndirilməli deyil. Belə ki, 1956-cı il 14 iyul tarixdə qəbul edilmiş, 1956-cı il 1 oktyabr tarixdən qüvvəyə minmiş və iddiaçının təhsil aldığı 1989-1990-cı illərdə qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun tətbiqi ilə bağlı SSRİ Nazirlər Sovetinin 1956-cı il 4 avqust tarixli, 1044 №-li Qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyi n edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamənin 109-cu bəndinin (i) yarımbəndinə əsasən, ali təhsil müəssisələrində, orta ixtisas təhsili müəssisələrində (texnikumlarda, pedaqoji və tibb məktəblərində və s.), partiya məktəblərində, peşəyönümlü məktəblərdə, fəhlə fakültələrində təhsil; aspiranturada, doktoranturada və kliniki ordinaturada olma ümumi staja daxil edilir. 30. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin (d) bəndinə əsasən, ali və orta ixtisas təhsil müəssisələrində, kadrların hazırlanması, ixtisaslarının artırılması və yenidən ixtisaslaşdırılması üzrə məktəblərdə və kurslarda, aspiranturada, doktoranturada və kliniki ordinaturada təhsil müddəti iş stajına daxil edilir. 31. 1992-ci il sentyabrın 23-də qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu ilə də qanunverici ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddətini, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddətini onların iş stajının tərkibi kimi tanımış və təsdiq etmişdir (Qanunun 67-ci maddəsi).

32. İddiaçı 1984-1986-cı illərdə hərbi xidmətdə olmuşdur.

33. Beləliklə, iddiaçının əmək kitabçası üzrə işlədiyi, habelə təhsil aldığı və hərbi xidmət etdiyi dövrlər də daxil olmaqla, onun 2006-ci il 1 yanvar tarixədək 20 ildən artıq ümumi sığorta stajı vardır.

34. Cavabdehin əsas dəlilinə görə, məhkəmə hesab etmişdir ki, iddiaçının “Azərkimya” İB-nin “Etilen-Polietilen” zavodunun etilenin qəbulu və sıxılması sexində kompressor qurğu maşinisti peşəsində çalışdığı peşə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 Qərarı ilə “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısının 1071200a—13775 kodu ilə nəzərdə tutulmuşdur. Halbuki, həmin kod altında nəzərdə tutulan peşə: “xlorun çəkib-vurulması ilə məşğul olan kompressor qurğularının maşinistləri” adlanmaqdadır. Digər tərəfdən, həmin peşə 10712000 kodu altında nəzərdə tutulmuş “Ərimiş metalda elektrolitik üsulu ilə metalların alınması" adlanan 10-cu alt-bölməyə aiddir. Sözügedə n 10-cu alt-bölmə isə, “Metallurgiya istehsalatı (əlvan metallar)” adlanan 7-ci Bölməyə daxildir. İddiaçının çalışdığı sahənin metallurgiya ilə əlaqəsi olmadığı aşkar edilmişdir. Deməli, məhkəmə həmin bölməyə istinad etməsi qanunsuzdur. Dolayısı ilə, məhkəmənin İddiaçını peşəsinin adı çəkilən 1 saylı Siyahıda nəzərdə tutulduğuna dair gəldiyi nəticə qanuni və əsaslı deyildir.”.

35. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini əsaslı hesab etmir. Belə ki, həmin qənaət və əsaslandırma birinci instansiya məhkəməsinin qərarında göstərilmişdir. Hazırkı halda, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi, haqlı olaraq qeyd etmişdir ki, 1 nömrəli Siyahıda iddiaçının 2006-cı il 1 yanvar tarixədək 10 ildən çox işlədiyi etilenin qəbulu və sıxılması sahəsində etilen və propan qazlar ının qəbulu və nəqlinə xidmət edən “kompressor qurğu maşinisti” (fəhlə) peşəsi Kimya İstehsalı adlanan Vİİİ bölməsində kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri kimi 1080A00-17541 kodu altında nəzərdə tutulmuşdur.

36. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı “Azərikimya” İstehsalat Birliyi “Etilen-Polietilen” zavoduna sorğu verilmiş, cavab məktubunda bildirilmişdir ki, “müəssisə tərəfindən İddiaçı verilmiş arayışdan və əmək kitabçasından göründüyü kimi, o tam iş günü ərzində “Etilen-Polietilen” zavodunun əsas texnoloji sahələrindən olan Etilenin qəbulu və sıxılması sahəsində etilen və propan qazlarının qəbulu, sıxılması və nəqlinə xidmət edən kompressor qurğularının maşinisti (fəhlə) peşəsində çalışmışdır.”

37. Bundan başqa, iddiaçının işlədiyi sahə və peşənin 1 nömrəli X2 adlanan Vİİİ bölməsində kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri kimi 1080A00 koduna aid olduğu “Etilen-Polietilen” zavodunun arayışı ilə də təsdiq olunur.

38. Cavabdehin “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə istinadla iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi barədə dəlilə gəldikdə, iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə uyğun olaraq həmin Qanundan əvvəl qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndində nəzərdə tutulmuş stajlarla bağlı şərtləri 2006-cı il 1 yanvar tarixədək tam ödədiyi ndən, o, həmin şərtlərin ödənildiyi vaxtda qüvvədə olan qanunla müəyyən edilən digər şərtin – 52 yaşın tamamında ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi hüququnu qazanmışdır. Qanundakı sonrakı dəyişiklik, hazırkı halda, yaşla bağlı şərtdən əlavə digər şərtin də müəyyən edilməsi iddiaçının artıq bunadək qazanmış olduğu bu hüququ aradan qaldırmır.

39. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 11 oktyabr tarixli, 2-1(103)-2334/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar