Məhkəmə qərarları › İş №2-1(102)-385/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-385/2023

23.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-385/2023 23.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sərəncamların ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə,İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı “tələbnamə tapşırıqların və sərəncamların ləğv edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 oktyabr 2022-c i il tarixli, 2-1(103)-2109/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. "xxxx" MMC-nin (VÖEN **********) ünvanına xx.xx.2017-ci il tarixində Türkiyə Respublikasından idxal olunan mal 52K5048/52K4916 nömrəli nəqliyyat vasitəsi ilə daxil olmuşdur və həmin mal xx.xx.2018-ci il tarixində **********1253 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. 2. 52K5048/52K4916 nömrəli nəqliyyat vasitəsinin xx.xx.2017-ci il tarixdə gömrük sərhədini keçməsi səbəbi ilə cavabdeh inzibati orqan tərəfindən AR Nazirlər Kabinetinin 80 nömrəli xx.xx.2001-ci il tarixli qərarına əsasən bəyan olunan malın rüsumunun (0,5%) ödənilməsi MMC-dən tələb olunmuşdur

3. Azərbaycan Respublika sı Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin xx.xx.2021-ci il tarixli 1400-011/0xx-xx/006328 nömrəli məktubunda göstərilmişdir: “Tərəfimizdən aparılmış təftiş zamanı məlum olmuşdur ki, "X1 RECYCLİNG" MMC-nin ünvanına 2018-ci ildə Türkiyə Respublikasından idxal olunan mallara tərtib edilmiş **********1253 və **********1268 sorğu nömrəli gömrük bəyannamələri üzrə rəsmiləşdirilmiş mallara görə tutulmuş gömrük rüsumu idxal olunan mallara münasibətdə gömrük sərhədini keçdiyi günə qüvvədə olan gömrük rüsum dərəcələri əsas götürülməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 aprel 2001-ci il tarixli, 80 nömrəli qərarının tələbləri əsasında hesablanmalı olduğu halda, səhvən Azərbaycan Respublikası Nazirlər Kabnetinin 17 noyabr 2017-ci il tarixli, 500 nömrəli qərarı əsasında hesabla nmışdır. Bununla əlaqədar olaraq, qeyd edilən gömrük bəyannamələri üzrə yaranmış gömrük borcu və ona hesablanmış dəbbə pulunu qısa müddət ərzində ödənilməsini təmin etməyi Sizdən xahiş edirik. Əks təqdirdə bu gündən bir ay müddətində borc ödənilməsə, hesablarınıza məhdudiyyət qoyulacaq.”

4. Bakı Baş Gömrük İdarəsi tərəfindən "xxxx" ASC-nin Səbail filialına 01 saylı 1955 manatlıq, 02 saylı 352 manatlıq və 03 saylı 843 manatlıq (cəmi 3150 manat) 13 dekabr 2021-ci il tarixli ödəniş tələbnamə-tapşırıqları və 01 saylı 1955 manatlıq, 02 saylı 352 manatlıq və 03 saylı 843 manatlıq (cəmi 3150 manat) 13 dekabr 2021-ci il tarixli sərəncamları göndərərək "X1 Recycling" MMC-nin yaranmış gömrük borcunun Bakı Baş Gömrük İdarəsinin büdcə hesabına mədaxil edilməsi xahiş edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ M ƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı MMC Cavabdehnə qarşı Bakı Baş Gümrük İdarəsi tərəfindən 14 dekabr 2021 il tarixində "xxxx" ASC- nin “Sabail filialına təqdim etdiyi 01 saylı 1955 manatlıq, 02 saylı 352 manatlıq və 03 saylı 843 manatlıq (cəmi 3150 manat) 13 dekabr 2021-ci il tarixli ödəniş tələbnamə-tapşırıqlarının qanusuz hesab edilməklə onların ləğv olunması tələbinə dair iddia ərizəsi Bakı İnzibat Məhkəməsinə müraciət etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, MMC-nin (VÖEN **********) ünvanına xx.xx.2017-ci il tarixində Türkiyə Respublikasından idxal olunan mal 52K5048/52K4916 nömrəli nəqliyyat vasitəsi ilə daxil olmuş, mal xx.xx.2018-ci il tarixində **********1253 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş və AR Nazirlər Kabinetinin 17.11.17- ci il tarixli 500 nömrəli qərarına uyğun olaraq XİFMN kodu ilə yazılmışdır. Daha sonra Bakı Baş Gömrük İdarəsi MMC-yə bir neçə dəfə məktublarla müraciət edərək bəyan olunan malın idxal rüsumu 0 %-lə deyil, 0,5%-lə hesablanmalı olduğunu bildirərək bu tələbini onunla əsaslandırmışdır ki, qeyd olunan nəqliyyat vasitəsinin xx.xx.2017-ci il tarixində gömrük sərhədini keçmişdir. Həmin gün qüvvədə olan xx.xx.2001-ci il tarixli AR Nazirlər Kabinetinin 80 nömrəli qərarına əsasən bəyan olunan malın rüsumu 0,5% təşkil edir. MMC tərəfindən xx.xx.2020-ci il tarixində Bakı Baş Gümrük İdarəsinə cavab məktubu göndərilərək bildirmişdir ki, mal 2017 ilin dekabr ayın 29-da daxil olmuş olsa da, malın idxal rüsumu 01 yanvar 2018 il tarixindən qüvvəyə minmiş AR Nazirlər Kabinetinin qərarına uyğun olaraq 0 %-lə hesablanmalıdır. Bunun səbəbi məsuliyyəti yüngülləşdirən hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Lakin göstərilənlərə baxmayaraq Bakı Baş Gümrük İdarəsi 14 dekabr 2021 il tarixində "xxxx" ASC-nin Sabail filialına 13 dekabr 2021 il tarixli 01, 02 və 03 saylı ödəniş tələbnamə -tapşırıqları göndərmiş və müvafiq olaraq 1955 manat, 352 manat və 843 manat (cəmi 3150 manat) pulun iddiaçının bank hesabından silinməsini tələb etmişdir. İddiaçı hesab edir ki, cavabdehin bu cür hərəkətləri qanunsuzdur, onun hüquqlarını pozur.

7. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 238-ci maddəsində göstərilir ki, “238.1. İdxal üzrə gömrük borcu xarici malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru, yaxud gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi nəticəsində yaranır. 238.2. Gömrük borcu gömrük bəyannaməsinin təsdiq edildiyi vaxt yaranır. 238.3. Malları bəyan edən şəxs borclu hesab olunur. Gömrük təmsilçiliyi dolayısı həyata keçirilərsə, adından gömrük bəyannaməsi verilən şəxs də borclu hesab edilir. 238.4. Bu Məcəllənin 238.1-ci maddəsində nəzərdə tutulan gömrük prosedurları tətbiq olunarkən verilən gömrük bəyannaməsi idxal gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad olunmasına səbəb olan məlumatlar əsasında tərtib edilmişdirsə, həmin məlumatları təqdim etmiş şəxs də, bu məlumatların səhv olduğunu bildiyi, yaxud bilməli olduğu halda, borclu hesab edilir.” Həmin Məcəllənin 242.3-cü mad dəsində göstərilir ki, gömrük rüsumlarının və yığılması gömrük orqanlarına həvalə edilmiş vergilərin hesablanması idxal olunan mallara münasibətdə gömrük sərhədini keçən gündən, ixrac olunan mallara münasibətdə isə, mallara dair bəyannamənin təqdim olunduğu gündən başlanır və həmin gün qüvvədə olan gömrük rüsumları və vergilərin dərəcələri əsas götürülür. Gömrük borclarının alınması və digər məsuliyyət tədbirləri Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 249-cu maddəsi ilə tənzimlənir. Həmin Məcəllənin 249.3-cü maddəsində göstərilir ki, vaxtında ödənilməmiş gömrük borcları gömrük orqanlarının icra (ödəniş) sənədi əsasında, vergi borclarının dövlət büdcəsinə alınmasının qanunvericiliklə müəyyən edilmiş qaydalarına uyğun olaraq ödəyicinin bank hesablarından tutulur. Maddədə istinad edil miş vergi borclarının dövlət büdcəsinə alınması qaydası Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 65-ci maddəsi ilə tənzimlənir. Cavabdeh yuxarıda qeyd edilən normalara əsasən iddiaçının bank hesabına sərəncam qoyaraq vaxtında ödənilməmiş gömrük borcunun dövlət büdcəsinə ödənilməsinə nail olmaq istəmişdir və hesab edirik ki, bu qanunvericiliyin tələblərinə tam uyğun olmuşdur.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4886/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə (E.Əliyev) iddia təmin edilərək, Bakı Baş Gömrük İdarəsi tərəfindən "xxxx" ASC-nin Səbail filialına təqdim etdiyi 01 saylı 1955 manatlıq, 02 saylı 352 manatlıq və 03 saylı 843 manatlıq (cəmi 3150 manat) 13 dekabr 2021-ci il tarixli sərəncamları qanunsuz hesab edilməklə ləğv olunmuşdur.

9. Məhkəmə qeyd etmişdir ki, "X1 recy cling" MMC-nin ünvanına 2018-ci ildə Türkiyə Respublikasından idxal olunan mallara tərtib edilmiş **********1253 və **********1268 sorğu nömrəli gömrük bəyannamələri üzrə yaranmış gömrük borcunun və ona hesablanmış dəbbə pulunun iddiaçıdan tələb edilməsi üçün cavabdeh inzibati orqan tərəfindən Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 249-cu maddəsində nəzərdə tutulmuş müddət ötürülmüşdür.

10. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını, iddia tələbinin təmin edilməməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 oktyabr 2022-ci il tarixli, 21(103)-2109/2022 nömrəli qərarı ilə (sədrlik edən – C.Yusifov hakimlər – E.Kazımov və N.Cəfərov) apellyasiya şik ayəti təmin edilməyərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)4886/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

12. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

14. İddia üzrə icraat zamanı, iş üzrə qərar qəbul edərkən apellyasiya instansiyası məhkəmə tərkibi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində pozuntulara yol verilmişdir. Belə ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 242.3-cü maddəsinə əsasən gömrük rüsumlarının və yığılması gömrük orqanlarına həvalə edilmiş vergilərin hesa blanması idxal olunan mallara münasibətdə gömrük sərhədini keçən gündən, ixrac olunan mallara münasibətdə isə, mallara dair bəyannamənin təqdim olunduğu gündən başlanır və həmin gün qüvvədə olan gömrük rüsumları və vergilərin dərəcələri əsas götürülür. Gömrük borclarının alınması və digər məsuliyyət tədbirləri Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 249-cu maddəsi ilə tənzimlənir. Həmin Məcəllənin 249.3-cü maddəsində göstərilir ki, vaxtında ödənilməmiş gömrük borcları gömrük orqanlarının icra (ödəniş) sənədi əsasında, vergi borclarının dövlət büdcəsinə alınmasının qanunvericiliklə müəyyən edilmiş qaydalarına uyğun olaraq, ödəyicinin bank hesablarından tutulur. Maddədə İstinad edilmiş vergi borclarının döviət büdcəsinə alınması qaydası Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 65 -ci maddəsi ilə tənzimlənir. İddiaçı MMC tərəfindən tərtib edilmiş **********1253 və **********1268 sorğu nömrəli gömrük bəyannamələrində bəyan edilən mallara görə tutulmuş gömrük rüsumunun düzgün hesablanmadığı tərəfimizdən aşkar edilmiş və müəssisəyə bu barədə xx.xx.2020ci il tarixində 1400-012/0xx-xx/008419 nömrəli məktub ünvanlanmışdır. Məktubda müəssisəyə **********1253 və **********1268 sorğu nömrəli gömrük bəyannamələri üzrə rəsmiləşdirilmiş malların gömrük rüsum dərəcələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 aprel 2001-ci il tarixli, 80 nömrəli qərarının tələbləri əsasında gömrük sərhədini keçdiyi günə qüvvədə olan gömrük rüsum dərəcələri əsas götürülməklə hesablanmalı olduğu halda, səhvən Azərbaycan Respublikası Nazirlər Kabnetinin 17 noyabr 2017-ci il tarixli, 500 nömrəli qərarı əsasında hesablanıldığı barədə məlumat verilmiş və sözügedən gömrük bəyannamələri üzrə 1955.00 AZN idxal rüsumu, 352.00 AZN əlavə dəyər vergisi, 843.00 AZN dəbbə pulu olmaqla ümumilikdə 3150.00 AZN gömrük borcunun tam şəkildə qısa zaman ərzində dövlət büdcəsinə ödənilməsi xahiş olunmuşdur. Yaranmış gömrük borcunun ödənilməsi ilə bağlı İddiaçı MMC-yə poçt vasitəsilə göndərilən məktubun müəssiənin ünvanına xx.xx.2020-ci il tarixində çatması xəbərnamə ilə təsdiqlənmişdir. Gömrük Məcəlləsinin 238.4-cü maddəsinə əsasən bu Məcəllənin 238.1-ci maddəsində nəzərdə tutulan gömrük prosedurları tətbiq olunarkən verilən gömrük bəyannaməsi idxal gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad olunmasına səbəb olan məlumatlar əsasında tərtib edilmişdirsə, həmin məlumatları təqdim etmiş şəxs də, bu məlumatların səhv olduğunu bildiyi, yaxud bilməli olduğu halda, borclu hesab edilir. Cavabdeh yuxanda qeyd edilən normalara əsasən iddiaçının bank hesabına sərəncam qoyaraq vaxtında ödənilməmiş gömrük borcunun dövlət büdcəsinə ödənilməsinə nail olmaq istəmişdir və hesab edirik ki, bu 3 il müddət ötürülmədən qanunvericiliyin tələblərinə tam uyğun olmuşdur. Belə ki, 3 il müddət poçt vasitəsilə göndərilən məktubun müəssisənin ünvanına xx.xx.2020-ci il tarixində çatdığı tarixdən hesablanmalıdır. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)2109/2022 nömrəli qərarının ləğv edilməsi və İddiaçı MMC-nin iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 149.7. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

17. Azərbaycan Respublikasının Gömrük Məcəlləsi Maddə 242.3. Gömrük rüsumlarının və yığılması gömrük orqanlarına həvalə edilmiş vergilərin hesablanması idxal olunan mallara münasibətdə gömrük sərhədini keçən gündən, ixrac olunan mallara münasibətdə isə, mallara dair bəyannamənin təqdim olunduğu gündən başlanır və həmin gün qüvvədə olan gömrük rüsumları və vergi lərin dərəcələri əsas götürülür. 242.4. Gömrük borcunun məbləği gömrük bəyannaməsi verildikdən sonra mümkün qədər qısa müddətdə hesablanmalıdır. Maddə 243.1. Gömrük borcu gömrük orqanları tərəfindən gömrük bəyannaməsi təsdiq edilənədək və ya gömrük bəyannaməsinin təsdiqi ilə eyni vaxtda ödənilir. 243.2. Kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar üzrə gömrük borcu, onlar gömrük sərhədindən keçirilərkən sadələşdirilmiş bəyannamənin təsdiqi ilə eyni vaxtda ödənilir. 243.3. Gömrük bəyannaməsinin verilməsi gecikdirildikdə, gömrük borcunun ödənilməsi müddəti gömrük bəyannaməsinin verilməsi üçün müəyyən edilən müddətin başa çatdığı gündən hesablanır. 243.4. Bu Məcəllənin 156.2-ci maddəsində nəzərdə tutulan dövri bəyannamə verildiyi halda, gömrük borcu mallar müvafiq gömrük orqanına təqd im olunduğu tarixdən 15 (on beş) gündən gec olmayaraq ödənilməlidir. Maddə 249.1. Ödənilməmiş gömrük borcları gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən 3 (üç) il ərzində gömrük orqanları tərəfindən bu maddədə müəyyən edilmiş qaydada məcburi tutulur. 249.2. Gömrük bəyannaməsindəki səhvlərin gömrük borcunun məbləğinin qanunvericiliklə müəyyən edildiyindən az məbləğdə hesablanmasına, yaxud ödənilməsinə səbəb olmasını bu Məcəllənin 249.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində aşkar edildikdə, gömrük orqanları ödəyicidən ödənilməmiş məbləğləri alırlar. Maddə 271.1. Borclu şəxsin qanunvericiliklə müəyyən edilmiş qaydada müflis elan edilməsi nəticəsində borcunu ödəyə bilməməsi halları ilə yanaşı, gömrük borcu aşağıdakı üsullardan hər hansı birinin tətbiqi vasitəsilə də lə ğv edilir:... 271.1.2. qanunvericilikdə nəzərdə tutulmuş hallarda şəxsin gömrük borcunu ödəməkdən azad edilməsi;

18. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin ə saslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8 Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur.... KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, cavabdehin kassasiya şikayətində cavabdeh tərəfindən 2 (iki) dəlil irəli süürülmüşdür.

22. Belə ki, birinci dəlil ondan ibarətdir ki, cavabdehin kassasiya şikayətində yazdığına görə iddiaçı “tərəfindən tərtib edilmiş **********1253 və **********1268 sorğu nömrəli gömrük bəyannamələrində bəyan edilən mallara görə tutulmuş gömrük rüsumunun düzgün hesablanmadığı tərəfimizdən aşkar edilmiş və müəssisəyə bu barədə xx.xx.2020ci il tarixində 1 400-012/044 – 24/008419 nömrəli məktub ünvanlanmışdır. Məktubda müəssisəyə **********1253 və **********1268 sorğu nömrəli gömrük bəyannamələri üzrə rəsmiləşdirilmiş malların gömrük rüsüm dərəcələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 aprel 2001-ci il tarixli, 80 nömrəli qərarının tələbləri əsasında gömrük sərhədini keçdiyi günə gündə olan gömrük rüsüm dərəcələri əsas götürülməklə hesablanmalı olduğu halda, səhvən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli, 500 nömrəli qərarı əsasında hesablandığı barədə məlumat verilmiş və sözügedən gömrük bəyannamələri üzrə 1955,00 AZN idxal rüsumu 352.000 əlavə dəyər vergisi, 843, 00 AZN dəbbə pulu olmaqla ümumilikdə 3150.00 AZN gömrük borcunun tam şəkildə qısa zaman ərzində dövlət büdcəsinə ödənilməsi xahiş olunmuşdur, yaranmış gömrük borcunun ödənilməsi ilə bağlı “İddiaçı MMC-yə poçt vasitəsi ilə göndərilən məktubun müəssisənin ünvanına xx.xx.2020-ci il tarixində çatması xəbərnamə ilə təsdiqlənmişdir”

23. Cavabdehin kassasiya şikayətindəki 2 (ikinci) dəlilinə gəldikdə isə cavabdeh kassasiya şikayətində göstərir ki, “ cavabdeh yuxarıda qeyd edilən normalara əsasən yəni Gömrük Məcəlləsinin 238.1 və 238.4-cü maddələrinə əsasən iddiaçının bank hesabına sərəncam qoyaraq vaxtında ödənilməmiş gömrük borcunun dövlət büdcəsinə ödənilməsinə nail olmaq istəmişdir və hesab edir ki, bu 3 il müddət ötürülmədən qanunvericiliyin tələblərinə tam uyğun olmuşdur. Belə ki, 3 il müddət poçt vasitəsi ilə göndərilən məktubun müəssisənin ünvanına xx.xx.2020-ci il tarixində çatdığı tarixdən hesablanmalıdır”.

24. Məh kəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayətində göstərilmiş yuxarıda qeyd edilən dəlillərin ikisidə əsassızdır.

25. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, hazırkı işin mübahisə yaradan predmeti ondan ibarətdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin"Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında" 12 aprel 80 nömrəli qərarının 2018-ci ilin 1-nə qədər qüvvədə olan redaksiyasında iddiaçı idxal etdiyi mallara görə 0,5% dərəcə ilə gömrük rüsumu ödənilməsi nəzərədə tutulduğu halda, iddiaçı tərəfindən həmin mallara görə gömrük rüsumu həmin Qərara edilmiş, xx.xx.2018-ci il tarixdən qüvvəyə minmiş dəyişikliyə uyğun olaraq 0 % dərəcəsi ilə gömrük rüsumu hesablanaraq ödənilmişdir.

26. Buna görə də cavabdeh gömrük orqanı konkret halda, xx.xx.2017-ci il tarixdə gömrük sərhəddini keçmiş mallara görə həmin vaxt qüvvədə olmuş 0,5% dərəcəsi ilə cəmi 3150 manat məbləğində gömrük rüsumunun ödənilməsini təmin edilməsi məqsədilə, 3 il keçdikdən sonra, xx.xx.2021-ci il tarixində iddiaçının bank hesabındakı pul vəsaiti üzərinə 01, 02, 03 saylı alınma sərəncamları qoymuşdur.

27. Apellyasiya məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən Gömrük Məcəlləsinin 249.1, 249.2-ci maddələrinə istinad etmişdir.

28. Belə ki, Gömrük Məcəlləsinin 249.1-ci maddəsi isə nəzərədə tutur ki, ödənilməmiş gömrük borcları gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən 3 (üç) il ərzində gömrük orqanları tərəfindən bu maddədə müəyyən edilmiş qaydada məcburi tutulur. Həmin Məcəllənin 249.2-ci maddəsinə əsasən gömrük bəyannaməsindəki səhvlərin gömrük borcunun məbləğinin qanunvericiliklə müəyyən edildiyindən az məbləğdə hesablanmasına, yaxud ödənilməsinə səbəb olmasını bu Məcəllənin 249.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində aşkar edildikdə, gömrük orqanları ödəyicidən ödənilməmiş məbləğləri alırlar.

29. Məcəllənin qeyd olunan tələblərinə əsaslanan apellyasiya məhkəməsi doğru olaraq qeyd etmişdir ki, gömrük borcunun qanuvericiliklə müəyyən edilən məbləğdən az ödənildiyi aşkar olunduğu hallarda, həmin səhvin düzəldilməsi istiqamətində pul idxalçıdan 3 ərzində tutla bilər, yəni gömrük qanunvericiliyi ilə gömrük borcunun tutulması üçün 3 illik tələbetmə müddəti müəyyən edilmişdir.

30. Məhkəmə kollegiyası hesab ed ir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, cavabdeh gömrük orqanı tərəfindən qanunla müəyyən edilən 3 illik tələbetmə müddət buraxılmışdır. Belə ki, cavabdeh mübahisələndirilən "xxxx" ASC-nin Səbail filialına 13 dekabr 2021-ci il tarixli 01, 02 və 03 saylı sərəncamları ilə müvafiq olaraq 955 manatın, 352 manatın və 843 manatın, cəmi 3150 manat məbləğində pulun ödənilməsini tələb etmək hüququnu itirmişdir ki, bu da iddiaçıdan ödənilməsi tələbolunan gömrük borcunun ləğv edilməsi üçün əsasdır ( Gömrük Məcəlləsinin 271.1.2ci maddəsi)

31. Həmçinin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının idxal etdiyi mallar gömrük sərhəddindən keçdiyi xx.xx.2017-ci il tarixi həftənin 5-ci gününə düşürdü. Növbəti günlər isə istirahət və bayram günl ərinə düşdüyündən iddiaçı növbəti ilin birinci iş günü malların bəyannaməsini vergi orqanına təqdim etmişdir.

32. Belə olan halda apellyasiya məhkəməsi Gömrük Məcəlləsinin 243.1, 243.2, 243.3, 243.4-cü maddələrinə istinadən doğru olaraq belə qənaətə gəlmişdir ki, cavabdehin üç illik tələb etmə müddətinin iddiaçıya ünvanladığı məktubun çatdırıldığı xx.xx.2020-ci il tarixindən başlandığını vurğulamaqla, 3 illik tələbetmə müddətini buraxılmadığını mübahisələndirməsi əsassız olduğu sübuta yetirilir.

33. Eyni zamanda apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim olunan hər iki bəyannamə gömrük qanunvericiliyinin qeyd olunan tələbləri qaydasında təqdim olunmuşdur. Həmin tarixdə isə (xx.xx.2018) artıq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 aprel 80 nömrə li qərarına edilən dəyişikliyə əsasən iddiaçının idxal etdiyi mallara görə «0%» dərəcəsi ilə gömrük rüsumu tətbiq edilməsi nəzərdə tutulurdu ki, belə olan halda da, ən azından, iddiaçının vəziyyətini yaxşılaşdıran qanunvericilik norması xx.xx.2018-ci tarixdən qüvvəyə mindiyi halda, iddiaçıya münasibətdə həmin normanın tətbiq olunması Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsinin tələblərinə uyğundur.

34. Bütün yuxarıda göstərilənlərə görə məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2109/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

35. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 96.8 və 98-ci maddəl ərini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 oktyabr 2022-ci il tarixli, 21(103)-2109/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar