Məhkəmə qərarları › İş №2-1(102)-385/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-385/2025

30.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-385/2025 30.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" firmasının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: ƏDV ödəyicisi kimi qeydiyyata alınma əsasları, ümumi dövriyyənin 200.000 manatdan artıq olması barədə sübutların mövcudluğu Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" firmasının cavabdeh Azərbaycan Respublikas ı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********277900 nömrəli, **********269600 nömrəli, **********258200 nömrəli, **********266500 nömrəli, **********275500 nömrəli, **********260300 nömrəli, **********259900 nömrəli, **********267200 nömrəli, **********276200 nömrəli, **********254400 nömrəli, **********268900 nömrəli, xx.xx.2023-cü il tarixli **********307300 nömrəli, **********297900 nömrəli, **********302800 nömrəli, **********589700 nömrəli, xx.xx.2023-cü il tarixli **********868100 nömrəli qərarlar və xx.xx.2021-ci il tarixli **********8 nömrəli Əlavə dəyər vergisi ödəyicisinin qeydiyyat bildirişinin ləğv edilməsi” tə ləbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 sentyabr 2024cü il tarixli, 2-1(106)-494/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh inzibati orqan tərəfindən aparılmış araşdırma nəticəsində iddiaçı "xxxx" firmasının xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə onlayn kassa məlumatlarına əsasən vergiyə cəlb olunan dövriyyəsinin 249,864.4 (ƏDV-siz) manat təşkil etdiyi və nəticədə 2020-ci ilin iyul ayında 200.000,0 manatlıq həddi keçdiyi müəyyən edilmişdir.

2. Bu səbəbdən də iddiaçının Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən, ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyat larının həcmi 200.000 manatdan artıq olduğuna görə növbəti aydan, yəni 2020-ci ilin avqust ayının 1- dən məcburi qaydada ƏDV qeydiyyatına alınmaq öhdəliyi yaranmışdır. Bundan sonra xx.xx.2020-xx.xx.2021-ci il tarixləri ərzində baş vermiş satış əməliyyatları ƏDV üzrə vergitutma obyekti hesab edilmiş və həmin dövrə aid onlayn kassa məlumatları əsas götürülərək, iddiaçıya 2020-ci ilin avqust-dekabr və 2021-ci ilin yanvar-dekabr ayları üzrə Əlavə dəyər vergisi, 2020-2021-ci illərə isə mənfəət vergisi hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı "xxxx" firması cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cav abdeh orqan tərəfindən hesablanmış 108.011,13 manat vergi borcunun silinməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Firması 1999-cu ildən rəsmi dövlət qeydiyyatına alınaraq fəaliyyətə başlamışdır. Fəaliyyət göstərdiyi 23 ilə yaxın müddət ərzində həmişə üzərinə düşən öhdəlikləri vaxtında və layiqincə yerinə yetirmişdir. Lakin bu yaxınlarda cavabdeh orqan tərəfindən onlar barəsində əlavə dəyər vergisinin ödəyicisi kimi qeydiyyata durmadıqları əsası ilə barələrində müvafiq qərar qəbul edilərək həm vergi borcu hesablanmış, həm də əlavə cərimələr tətbiq edilmişdir. Cavabdeh orqanın iddiaçıya ünvanladığı son rəsmi məktuba əsasən iddiaçıya vergilər üzrə 80.492,29 manat, maliyyə sanksiyaları üzrə 1.040,00 manat, faizlər üzrə 26.478,84 manat olmaqla ümumilikdə 108.01 1,13 manat məbləğində vergi borcu hesablanmışdır. Ümumiyyətlə barələrində belə bir qərarın və vergi borcunun hesablanmasından məlumatları olmamışdır. Yalnız bu yaxın aylarda "xxxx" Firmasının bankda olan hesabı ilə əlaqədar pul köçürməsi əməliyyatı həyata keçirmək istəyərkən cavabdeh orqan tərəfindən hesaba həbsin qoyulmasından xəbərdar olmuşdur. Bundan sonra isə həmin həbsin hansı səbəbdən qoyulduğu ilə maraqlandıqda cavabdeh orqan tərəfindən iddiaçı barəsində əlavə vergi borcunun hesablanmasından xəbərdar olmuşdur. Həmin bu cərimə və sanksiyalar ilə razı olmadığı üçün şikayət ərizəsi ilə AR Vergilər Xidmətinə müraciət edilmişdir. Dəfələrlə müraciəti əsasında aparılan araşdırımaların nəticəsi olaraq iddiaçıya hesablanmış vergi borcundan 21.375,07 manatın əvəzləşdirmə qaydasında, 2.141 man atını isə dəqiqləşmə yolu ilə silindiyini bildirmişlər. Lakin, bununla da razılaşmayaraq iddiaçı əlavə dəyər vergisi ödəyicisi kimi qeydiyyata alınmağının qeyri-qanuni olduğunu və sahibkarlıq fəaliyyəti nəticəsində olan dövriyyənin əlavə dəyər vergisi ödəyicisi kimi qeydiyyata alınmağı üçün əsas olmadığını bildirmişdir.

5. Cavabdeh inzibati orqan iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, aparılan araşdırma zamanı "xxxx" FİRMASİ-nın xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə onlayn kassa məlumatlarına əsasən vergiyə cəlb olunan dövriyyəsi 249864.4 (ƏDV-siz) manat təşkil etdiyi müəyyən edilmişdir. Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlar ının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1-ci, 218.4.2-ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1 -ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Bu Məcəllənin 154.6-cı maddəsində nəzərdə tutulan fəaliyyətlə məşğul olan şəxslər dövlət qeydiyyatına və ya vergi orqanında uçota alınmaq üçün ərizə ilə birlikdə, bu fəaliyyətlə sonradan məşğul olduqları halda isə həmin fəaliyyəti həyata keçirməyə başladığı günədək ƏDV məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludurlar. Qeyd olunanları əsas götürərək ver gi ödəyicisinə xx.xx.2021-ci il tarixdə “Əlavə dəyər vergisi məqsədləri üçün qeydiyyata dair ərizə verilməsi haqqında” bildiriş göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən ərizə təqdim edilmədiyi üçün, vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən "xxxx" FİRMASİ xx.xx.2020-ci il tarixdən ƏDV qeydiyyatına alınmışdır. ƏDV qeydiyyatı barədə xx.xx.2021-ci il tarixli bildiriş vergi ödəyicisinə göndərilmişdir. Vergi Məcəlləsinin 175.5-ci maddəsinə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməyə borclu olan, lakin qeydiyyat üçün ərizə verməyən vergi ödəyicisini (bu Məcəllənin 158.2-ci maddəsinin ikinci abzasında göstərilən vergi ödəyiciləri istisna olmaqla) vergi orqanı öz təşəbbüsü ilə qeydiyyata alır və ona müvafiq qeydiyyat bildirişi göndərir. Dövlət Vergi Xidm əti tərəfindən aparılan araşdırma zamanı onlayn kassa məlumatlarına əsasən 2020-ci il avqust ayı üzrə 44150.3 manat (ƏDV-siz) məbləğində, 2020-ci il sentyabr ayı üzrə 27057.27 manat (ƏDV-siz) məbləğində, 2020-ci il oktyabr ayı üzrə 8066.88 manat (ƏDV- siz) məbləğində, 2020-ci il noyabr ayı üzrə 55849.22 manat (ƏDV-siz) məbləğində, 2020-ci il dekabr ayı üzrə 12988.59 manat (ƏDV-siz) məbləğində, 2021-ci il yanvar ayı üzrə 22183.86 manat (ƏDV-siz) məbləğində, 2021-ci il fevral ayı üzrə 1242.07 manat (ƏDV- siz) məbləğində, 2021-ci il mart ayı üzrə 23822.24 manat (ƏDV-siz) məbləğində, 2021-ci il aprel ayı üzrə 23988.19 manat (ƏDV-siz) məbləğində, 2021-ci il may ayı üzrə 28239.76 manat (ƏDV-siz) məbləğində, 2021-ci il iyun ayı üzrə 10182.54 manat (ƏDV-siz) məbləğində, 2021-ci il iyul ayı üzrə 14 039.47 manat (ƏDV-siz) məbləğində, 2021-ci il avqust ayı üzrə 19606.92 manat (ƏDV-siz) məbləğində, 2021-ci il sentyabr ayı üzrə 24606.07 manat (ƏDV-siz) məbləğində, 2021-ci il oktyabr ayı üzrə 23535.57 manat (ƏDVsiz) məbləğində, 2021-ci il noyabr ayı üzrə 21841.8 manat (ƏDV-siz) məbləğində, 2021-ci il dekabr ayı üzrə 3920.92 manat (ƏDV-siz) məbləğində dövriyyə məbləği müəyyən edilməsinə baxmayaraq qeyd olunan dövrlər üzrə ƏDV bəyannamələrinin təqdim edilmədiyi müəyyən edilmişdir. Qeyd olunanlar vergiyə cəlb edilən dövriyyənin azaldılması və vergidən yayınma riskinin olması kimi qiymətləndirilir. Qeyd olunan kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********162500 nömrəli və xx.xx.2022-ci il tarixli **********011800 nömrəli kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında uyğunsuzluq məktubu göndərilmiş və Vergi Məcəlləsinin 37-ci maddəsinə əsasən 5 gün müddətində əsaslandırılmış yazılı izahat və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim olunması vergi ödəyicisindən tələb olunmuşdur. Qeyd olunan kənarlaşma ilə əlaqədar vergi ödəyicisi tərəfindən əsaslı izahat məktubu və təsdiqedici sənədlər vergi orqanına təqdim edilmədiyi üçün, yuxarıdakıları əsas götürərək qeyd olunan dövr üzrə kameral vergi yoxlaması zamanı əlavə vergi məbləği hesablanaraq, vergi ödəyicisinə vergilərin hesablanması barədə Qərar göndərilmişdir.

6. Bundan əlavə aparılan araşdırma zamanı 2020-ci il üzrə ƏDV bəyannamələrinə əsasən dövriyyə məbləği 148.112,26 manat olmasına baxmayaraq, qeyd olunan dövr üzrə mənfəət vergisi bəyannaməsinin təqdim edilmədiyi müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixdən (ƏDV-qeydiyyatı tarixindən) xx.xx.2020-ci il tarixədək olan dövr üzrə tərəfinizdən e-qaimə ilə alınmış malların ümumi dəyəri 33037.37 manat (Yol vergisi daxil), e-qaimə əsasında çəkilən digər xərclər 334.0 manat məbləğində, qeyd olunan dövr üzrə əmək haqqı xərcinin 3800.0 manat məbləğində, sosial sığorta xərclərinin isə 855.0 manat məbləğində olduğu müəyyən edilmiş, 110085.89 manat (148112.26 - 33037.37 - 334.0 3800.0 - 855.0) məbləğində kənarlaşma yaranmışdır. Beləliklə, mənfəət vergisi üzrə 22017.18 manat vergi məbləği dövlət büdcəsindən yayındırılmış vəsait kimi qiymətləndirilir. Kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında uy ğunsuzluq məktubu göndərilmiş və Vergi Məcəlləsinin 37-ci maddəsinə əsasən 5 gün müddətində əsaslandırılmış yazılı izahat və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim olunması vergi ödəyicisindən tələb olunmuşdur. Kənarlaşma ilə əlaqədar vergi ödəyicisi tərəfindən əsaslı izahat məktubu və təsdiqedici sənədlər vergi orqanına təqdim edilmədiyi üçün vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli vergilərin hesablanması barədə Qərar göndərilmişdir.

7. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermiş, Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-263/2024 nömrəli 29 aprel 2024-cü il tarixli qərardadı ilə, iddia tələbinə iddiaçı "xxxx" firmasının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********277900 nömrəli, xx.xx.2023-cü il tarixli **********269600 nömrəli, xx.xx.2023-cü il tarixli **********258200 nömrəli, xx.xx.2023-cü il tarixli **********297900 nömrəli, xx.xx.2023-cü il tarixli **********302800 nömrəli, xx.xx.2023-cü il tarixli **********266500 nömrəli, xx.xx.2023-cü il tarixli **********275500 nömrəli, xx.xx.2023-cü il tarixli **********260300 nömrəli, xx.xx.2023-cü il tarixli **********259900 nömrəli, xx.xx.2023-cü il tarixli **********267200 nömrəli, xx.xx.2023-cü il tarixli **********307300 nömrəli, xx.xx.2023-cü il tarixli **********276200 nömrəli, xx.xx.2023-cü il tarixli **********254400 nömrəli, xx.xx.2023-cü il tarixli **********268900 nömrəli, xx.xx.2023-cü il tarixli **********868100 nömrəli, xx.xx.2023-cü il tarixli **********589700 nömrəli qərarlar və xx.xx.2021-ci il tarixli **********8 nömrəli Əlavə dəyər vergisi ödəyicisinin qeydiyyat bildirişinin ləğv edilməsi” kimi baxılması qərara alınmışdır.

8. Şirvan İnzibati Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2-1(120)-263/2024 saylı qərarı ilə (hakim X2) iddia təmin edilmiş, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********277900 nömrəli, xx.xx.2023-cü il tarixli **********269600 nömrəli, xx.xx.2023-cü il tarixli **********258200 nömrəli, xx.xx.2023-cü il tarixli **** ******297900 nömrəli, xx.xx.2023-cü il tarixli **********302800 nömrəli, xx.xx.2023-cü il tarixli **********266500 nömrəli, xx.xx.2023-cü il tarixli **********275500 nömrəli, xx.xx.2023-cü il tarixli **********260300 nömrəli, xx.xx.2023-cü il tarixli **********259900 nömrəli, xx.xx.2023-cü il tarixli **********267200 nömrəli, xx.xx.2023-cü il tarixli **********307300 nömrəli, xx.xx.2023-cü il tarixli **********276200 nömrəli, xx.xx.2023-cü il tarixli **********254400 nömrəli, xx.xx.2023-cü il tarixli **********268900 nömrəli, xx.xx.2023-cü il tarixli **********868100 nömrəli, xx.xx.2023-cü il tarixli **********589700 nömrəli qərarlar və xx.xx.2021-ci il tarixli **********8 nömrəli Əlavə dəyər vergisi ödəyicisinin qeydiyyat bildirişi ləğv edilmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ald ığı mallara (yanacaq məhsullarına) görə ödədiyi ƏDV məbləğlərini əvəzləşdirmək hüququna malik olmadığından və alınmış yanacaq məhsullarının həcminə uyğun olaraq müəyyyən edilmiş satış dövriyyəsi 200.000,0 manatlıq həddi keçmədiyindən, bundan başqa onlayn kassa məlumatlarına əsasən müəyyən edilmiş və həqiqliyinə dair aradan qaldırılmaz şübhələr mövcud olan satışlar üzrə ödənişlərin həyata keçirilməsi ilə bağlı hər hansı mötəbər sübut mövcud olmadığından, cavabdeh vergi orqanı tərəfindən kameral vergi yoxlaması qaydasında 2020-ci ilin avqust-dekabr və 2021-ci ilin yanvar-dekabr aylarına hesablanmış əlavə dəyər vergisi və mənfəət vergisi məbləğləri vergi qanunvericiliyinin tələblərinə uyğun olmamışdır.

10. Cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

11. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-494/2024 nömrəli iş üzrə 10 sentyabr 2024-cü il tarixli qərarı ilə (hakimlər X3 (məruzəçi), X1 və X4) apelyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2-1(120)-263/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdir.

13. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

14. Şikayətdə Vergi Məcəlləsinin 16.1.1, 24.0.1, 24.0.2, 36.2, 37.1, 37.2, 37.2-1, 37.3, 83.2, 103.1, 104.1, 154.1, 154.2, 159.1, 159.2-ci maddələrinə istinad edilərək qeyd edilir ki, apellyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, iddiaçı "xxxx" FİRMASİ-nın xx.xx.2019-xx.xx.2020-ci il tarixədək olan dövr üzrə onlayn kassa məlumatlarına əsasən vergiyə cəlb olunan dövriyyəsi 249864,4 (ƏDV-siz) manat təşkil etmişdir. Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan artıq olan şəxslərin ƏDV ödəyicisi kimi qeydiyyata alınmalıdır. Məhz Vergi Məcəlləsinin 155.1-ci maddəsinin tələbinə əsasən iddiaçı qanuni əsaslarla ƏDV ödəyicisi kimi qeydiyyata alınmışdır.

15. Bundan əlavə işdə olan sənədlərl ə müəyyən edilir ki, aparılan araşdırma zamanı 2020-ci il üzrə ƏDV bəyannamələrinə əsasən dövriyyə məbləği 148112.26 manat olmasına baxmayaraq, qeyd olunan dövr üzrə mənfəət vergisi bəyannaməsinin təqdim edilmədiyi müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixdən (ƏDV-qeydiyyatı tarixindən) xx.xx.2020-ci il tarixədək olan dövr üzrə tərəfinizdən e-qaimə ilə alınmış malların ümumi dəyəri 33037.37 manat (Yol vergisi daxil), e-qaimə əsasında çəkilən digər xərclər 334.0 manat məbləğində, qeyd olunan dövr üzrə əmək haqqı xərcinin 3800.0 manat məbləğində, sosial sığorta xərclərinin isə 855.0 manat məbləğində olduğu müəyyən edilmişdir. Qeyd olunanlara əsasən bildiririk ki, 2020-ci il mənfəət vergisi bəyannaməsi üçün dövriyyə üzrə 110085.89 manat (148112.26 - 33037.37 - 334.0 - 3800.0 - 855.0) məbləği ndə kənarlaşmanın yarandığı müəyyən edilmişdir. Nəticədə yuxarıda qeyd olunanlara əsasən, mənfəət vergisi üzrə 22017.18 manat vergi məbləği dövlət büdcəsindən yayındırılmış vəsait kimi qiymətləndirilir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə

53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları... 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunveric iliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi ödəyicisinin, vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasında və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır. Bu maddədə nəzərdə tutulmuş müddəalar vergi agentlərinə də şamil edilir. Maddə

153. Əlavə dəyər vergisi anlayışı 153.1. Əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. 153.2. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanan verginin məbləğidir. 153.3. 2022-ci il yanvarın 1-dən 5 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanan verginin məbləği hesab edilir. Maddə

154. Vergi ödəyiciləri 154.1. ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs ƏDV-nin ödəyicisidir. 154.2. Qeydiyyatdan keçən şəxs qeydiyyatın qüvvəyə mindiyi andan etibarən vergi ödəyicisi olur. Qeydiyyata dair ərizə verməli olan, lakin qeydiyyatdan keçməmiş şəxs qeydiyyata dair ərizə vermək öhdəliyinin yarandığı dövrd ən sonrakı hesabat dövrünün başlanğıcından etibarən vergi ödəyicisi sayılır. 154.3. Azərbaycan Respublikasına ƏDV tutulan malları idxal edən şəxslər bu cür idxal malları üzrə ƏDV-nin ödəyiciləri sayılırlar. 154.4. ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmədən iş görən və ya xidmət göstərən və bu Məcəllənin 169-cu maddəsinə müvafiq surətdə vergiyə cəlb edilməli olan qeyri-rezident şəxs həmin işlər və ya xidmətlər üzrə vergi ödəyicisi sayılır. Maddə

155. Qeydiyyata dair ərizə verilməsinin tələb edilməsi 155.1. Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ictimai iaşə fəaliyyəti ilə məşğul o lan şəxslər (bu Məcəllənin 218.4.1-ci, 218.4.2ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Bir əqd və ya müqavilə üzrə əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olduqda, bu əməliyyat ƏDV tutulan əməliyyat sayılır və həmin əməliyyatı həyata keçirən şəxs bu əməliyyatın aparıldığı günədək ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Bu Məcəllənin 154.6-cı maddəsində nəzərdə tutulan fəaliyyətlə məşğul olan şəxslər dövlət qeydiyyatına və ya vergi orqanında uçota alınmaq üçün ərizə ilə birlikdə, bu fəaliyyətlə sonradan məşğul olduqları halda isə həmin fəaliyyəti həyata keçirməyə başladığı günədək ƏDV məqsədləri üçün qeyd iyyata dair ərizə verməyə borcludurlar. Bu Məcəllənin 218.1.2-ci maddəsində göstərilən şəxslər həmin maddədə müəyyən edilmiş hüquqdan istifadə etdikdə ardıcıl 12 aylıq dövrün istənilən ayında vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatı keçdiyi aydan sonrakı ayın 1-dən etibarən 10 gün ərzində fəaliyyətlərini sadələşdirilmiş vergi ödəyicisi kimi davam etdirəcəkləri barədə vergi orqanına yazılı formada ərizə təqdim etməlidirlər. 155.2. Qeyri-rezidentin mallar göndərməsi, işlər görməsi və xidmətlər göstərməsi bu Məcəllənin 155.1-ci maddəsinin məqsədləri üçün vergi tutulan əməliyyatların ümumi dəyəri müəyyən edilərkən yalnız o zaman nəzərə alınır ki, onlar Azərbaycan Respublikasındakı daimi nümayəndəlik vasitəsilə həyata keçirilmiş olsun. 155.3. Bu Məcəllənin 154.5-ci maddəsində göstə rilən şəxs, bu Məcəllənin 155.1-ci maddəsində müəyyən edildiyi halda, yaxud iştirakçı ƏDV-nin məqsədləri üçün vergi ödəyicisi olduğu halda, birgə sahibkarlıq fəaliyyətinin uçotunu aparan şəxs qeydiyyata alınmaq üçün ərizə verməyə borcludur. Maddə

156. Könüllü qeydiyyat 156.1. Qeydiyyatdan keçməli olmayan sahibkarlıq fəaliyyəti göstərən şəxs vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyat haqqında könüllü ərizə verə bilər. 156.1-1. bu Məcəllənin 218.4.1-ci maddəsində nəzərdə tutulan, göstərilən xidmətlərin dəyərini nağdsız qaydada əldə edən şəxslər (taksi fəaliyyəti göstərən şəxslər istisna olmaqla) bu Məcəllənin 156-cı maddəsi ilə müəyyən edilən hüquqdan istifadə edə bilərlər. Maddə

157. Qeydiyyat 157.1. ƏDV-nin məqsədləri üçün məcburi və ya könüllü qeydiyyat haqqında ərizə müvafiq icra h akimiyyəti orqanının müəyyən etdiyi forma üzrə verilməlidir. 157.2. Şəxs ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçərkən vergi orqanı həmin şəxsi ƏDV ödəyicilərinin dövlət reyestrində qeydə almağa və ərizə verildikdən sonra 5 iş günündən gec olmayaraq ona müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə qeydiyyat bildirişi verməyə, həmin bildirişdə vergi ödəyicisinin adını və ona aid olan digər məlumatı, qeydiyyatın qüvvəyə mindiyi tarixi və VÖEN-i göstərməyə borcludur. ƏDV ödəyicisinin qeydiyyat bildirişi ƏDV ödəyicisinə bir dəfə verilir və onda saxlanılır. ƏDV ödəyicisinin qeydiyyat bildirişi itirildikdə və ya yararsız hala düşdükdə vergi ödəyicisinin müraciəti əsasında ona bildirişin surəti verilir. 157.3. Qeydiyyat hansı tarixin əvvəl başlanmasından asılı olaraq aşağıdakı tar ixlərin birində qüvvəyə minir: 157.3.1. məcburi qeydiyyat zamanı: - ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan artıq olduqda - növbəti ayın birinci günündə; - bir əqd və ya müqavilə üzrə ƏDV-yə cəlb olunan əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olduqda - əməliyyatın aparıldığı günədək; - bu Məcəllənin 154.6-cı maddəsində nəzərdə tutulan fəaliyyətlə məşğul olan şəxslərin dövlət qeydiyyatına və ya vergi orqanında uçota alındığı gündə, bu fəaliyyətlə sonradan məşğul olduqları halda isə həmin fəaliyyəti həyata keçirməyə başladığı gündə. 157.3.2. könüllü qeydiyyat zamanı - qeydiyyat haqqında ərizənin verildiyi aydan sonrakı hesabat dövrünün birinci günündə. 157.3.3. Bu Məcəllənin 85.4-cü maddəsi ilə müəyyən edilmiş 3 il müdd ətindən çox olmamaqla, vergi ödəyicisinin qeydiyyat haqqındakı ərizəsində göstərilən tarixdə. Bu Məcəllənin 85.4-cü maddəsində göstərilən 3 illik dövr bitdikdən sonra vergi ödəyicisi tərəfindən ƏDV-nin dəqiqləşdirilməsinə və əvəzləşdirilməsinə yol verilmir. Bu maddənin müddəaları bu Məcəllənin 218.4.1-ci maddəsində göstərilən şəxslərə, habelə Azərbaycan Respublikasının ərazisində yük daşımalarını həyata keçirən şəxslərə tətbiq edilmir. 157.4. Vergi orqanı ƏDV-nin ödəyicilərinin reyestrini aparmağa borcludur. Vergi ödəyiciləri ƏDV-nin reyestrinə daxil edilərkən onların uçota alınması haqqında vergi orqanına təqdim etdikləri ərizədəki məlumatlardan istifadə olunur. 157.5. ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməyə borclu olan, lakin qeydiyyat üçün ərizə verməyən vergi ödəyicisini vergi orq anı öz təşəbbüsü ilə qeydiyyata alır və ona müvafiq qeydiyyat bildirişi göndərir. 157.6. ƏDV ödəyicilərinin məlumatlarında dəyişikliklər baş verdikdə ƏDV ödəyicilərinin dövlət reyestrində müvafiq düzəlişlər edilməlidir. 157.8. Bu Məcəllə ilə müəyyən olunmuş hallarda rəsmi sorğulara əsasən sorğu edənə "ƏDV ödəyicilərinin reyestrindən çıxarış" verilir. Maddə

158. Qeydiyyatın ləğv edilməsi 158.1. Vergi ödəyicisi, o cümlədən bu Məcəllənin 218.1.2-ci maddəsində göstərilən şəxslər (bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulan hallar istisna edilməklə) ƏDV-nə cəlb olunan əməliyyatlar aparmağı dayandırırsa, ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunmasına dair ərizə verməyə borcludur. Bu halda, ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması vergi ödəyicisinin vergi tutulan əməliyyatlar ı tam dayandırdığı gün qüvvəyə minir. Bu Məcəllənin 218.4.1-ci maddəsində göstərilən şəxslər ƏDV-nin məqsədləri üçün son qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən 3 il keçdikdən sonrakı istənilən vaxt qeydiyyatın ləğv olunmasına dair ərizə verə bilər. 158.2. Vergi ödəyicisinin vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği əvvəlki tam 12 təqvim ayı ərzində 100.000 manatdan çox deyilsə, bu Məcəllənin 158.1-ci maddəsində nəzərdə tutulan hallar istisna edilməklə, vergi ödəyicisi ƏDV-nin məqsədləri üçün son qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən bir il keçdikdən sonrakı istənilən vaxt qeydiyyatın ləğv olunmasına dair ərizə verə bilər. ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması vergi orqanına qeydiyyatın ləğv edilməsinə dair ərizənin verildiyi gün qüvvəyə minir. Vergi orqa nı şəxsin ƏDV qeydiyyatının ləğv edilməsi barədə məlumatı bir iş günü ərzində müvafiq icra hakimiyyəti orqanına göndərməlidir. 158.3. Vergi orqanı ƏDV-nin məqsədləri üçün qeydiyyatı ləğv edilən şəxsin adını, onun haqqında digər məlumatları ƏDV-nin ödəyicilərinin reyestrindən silməli və verilmiş qeydiyyat bildirişini geri almalıdır. Maddə

219. Vergitutma obyekti 219.1. Hesabat dövrü ərzində vergi ödəyicisi tərəfindən (bu Məcəllənin 218.4cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) (bu Məcəllənin 218.2ci maddəsində nəzərdə tutulmuş fəaliyyətlə məşğul olan vergi ödəyicilərindən başqa) təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin (ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna edilməklə) həcmi ve rgitutma obyektidir. 219.5. Sadələşdirilmiş vergini ödəyən hüquqi şəxs ƏDV-nin, mənfəət vergisinin və əmlak vergisinin, fiziki şəxs (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs də daxil olmaqla) isə gəlir vergisinin və ƏDV-nin ödəyicisi deyil. 18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın ü sulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllə: Maddə

14. Sübut etmə vəzifəsi 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə

91. Mübahisə ilə bağlı işə kassas iya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Al i Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə gör ə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

25. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlsə də, iddia tələbinin təmin edilməsi barədə əsaslandırması düzgün olmamışdır.

26. Məhkəmə kollegiyası gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmağı məqsədə müvafiq hesab edir.

27. Vergi Məcəlləsinin 53.3-cü maddəsi ilə vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Başqa sözlə inzibati orqan vergi ödəyicisinin vergidən yayınma faktının qanuna müvafiq şəkildə sübut etməlidir. Lakin iş materiallarında inzibati orqan tərəfindən iddiaçının vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların olduğu müəyyən edilmir.

28. Qeyd etmək lazımdır ki, cavabdeh inzibati orqan idd iaçının xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə onlayn kassa məlumatlarına əsasən vergiyə cəlb olunan dövriyyəsinin 249864,4 manat olduğunu qeyd etsə də, iş materiallarına əlavə edilmiş 02 fevral 2024-cü il tarixli ekspert rəyində bu hal öz təsdiqini tapmır. Əkinə həmin ekspert rəyində "xxxx" Firmasının sadələşdirilmiş vergi ödəyicisi olduğundan və ƏDV-in məqsədləri üçün qeydiyyata alınmaq öhdəliyi yaranmadığından vergi orqanı tərəfindən firmaya 2020-ci ilin avqust-dekabr ayları və 2021-ci ilin yanvardekabr ayları üzrə hesablanmış ƏDV və 2020-2021-ci illər üzrə hesablanmış mənfəət vergisi məbləğlərinin düzgünlüyünün, eyni zamanda həmin dövrlər üzrə firma tərəfindən ƏDV-in və Mənfəət vergisinin müəyyən edilmədiyi qeyd edilmişdir.

29. Bundan əlavə cavabdeh iddiaçı nın dövriyyəsinin 249864,4 manat məbləğində olduğunu qeyd etsə də, ardıcıl gələn 12 ayın hər bir ayı üzrə dövriyyəni qeyd etməmiş, 12 aylıq dövriyyə üzrə 249864,4 manatın necə yaranmasının əsaslandırmamışdır. Yəni işdə iddiaçının ardıcıl gələn 12 aylıq dövriyyəsinin 200.000 manatdan artıq olmasına dair heç bir sübut mövcud olmamışdır. Həmçinin təqdim edilmiş onlayn kassa məlumatları cavabdehin qeyd etdiyi kimi iddiaçının xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan fəaliyyət dövrünü deyil, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan fəaliyyət dövrünü özündə əhatə edir və xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək olan, habelə 2020-ci il dövrü üzrə dövryiyyə 200.000 manatdan çox olmamışdır.

30. Məhkəmə ekspertizasının rəyi ilə iddiaçının 2020-ci il, habelə 2021-ci i l üzrə ƏDV və mənfəət vergisi ödəyicisi olması sübuta yetməmişdir.

31. Bundan əlavə həm də iş materialları ilə cavabdehin araşdırmanı düzgün aparmadığı müəyyən edilir. Belə ki, inzibati orqan tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixdə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Məktubda kameral vergi yoxlamasının başa çatdırılması üçün 2020-ci il avqust, Sentyabr, Oktyabr, Noyabr, Dekabr, 2021-ci il Yanvar, Fevral, Mart, Aprel, May, İyun, İyul, Avqust, Sentyabr, Oktyabr, Noyabr ayları üzrə ƏDV bəyannamələrinin təqdim edilməsi tələb edilmişdir (cild 1, iş vər 77-78).

32. Lakin araşdırma iddiaçının xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövrü ilə əlaqədar olmuşdur. Göründüyü kimi cavabdeh inzibati o rqan iddiaçının vergidən yayınma faktını qanuna müvafiq qaydada sübut edə bilməmişdir.

33. Məhkəmə kollegiyası bəhs olunanlara əsasən hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə qismən pozulması hallarının olmasına baxmayaraq qərar düzgün olduğundan, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 sentyabr 2024-cü il tarixli, 2-1(106)-494/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar