Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3850/2025 15.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X1 şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X1 şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “52 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və əmək pensiyası məbləğinin “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1 maddəsinin tələblərinə uyğun ödənilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)- ***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ##.##.2023-cü il tarixli, ** saylı arayışında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * №-li Siyahısı”na uyğun olaraq, güzəştli şərtlə yaşa görə pensiya hüququ verən telefonçu vəzifəsində ##.##.1989-cu il tarixdən (ƏMR № **/*) ##.##.1998-ci il tarixinədək, ##.##.1999-cu il tarixdən (ƏMR 2) ##.##.2001-ci il tarixinədək “xxxx" MMC-də işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (və ya iş) stajı 11 il, 04 ay, 11 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: şəhərlərarası, sifariş, sorğu komutatorlarda və gecə-gündüz fəaliyyət göstərən danışıq məntəqələrində mikrotelefon qurğularla daim işləməkdən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * №-li Siyahısı” üzrə 23100000- 19093 vəzifə kodunda müəyyən edilmiş vəzifənin xüsusiyyətləri ilə eynidir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli Qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli, *** nömrəli Qərarı qüvvədən düşmüş hesab edilmişdir. İddiaçının əmək kitabçasının, ****** saylı doğum haqqında şəhadətnamənin surəti iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ##.##.2025-ci il tarixli məktubu ilə İddiaçı aid əmrlərin, əmək haqqı cədvəlindən çıxarışların surəti məhkəməyə təqdim edilmişdir.
2. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ##.##.2025-ci il tarixli məktubu ilə təqdim edilmiş ##.##.2025-ci il tarixli, *** №-li arayışda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * №-li Siyahısı”na uyğun olaraq, güzəştli şərtlə yaşa görə pensiya hüququ verən telefonçu vəzifəsində ##.##.1989-cu il tarixdən (ƏMR № **/*) ##.##.1998-ci il tarixinədək, ##.##.1999-cu il tarixdən (ƏMR 2) ##.##.2001-ci il tarixinədək “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləmişdir (Məlumatlar əmək kitabçasına əsasən tərtib edilmişdir) İşlədiyi vəzifə üzrə sosial sığorta (və ya iş) stajı 11 il, 05 ay, 24 gün təşkil edir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a. Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı (bundan sonra – “iddiaçı”) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi (dəqiqləşmə) ilə məhkəməyə müraciət edərək “52 yaşının tamam olduğu ##.##.2016-cı il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və əmək pensiyası məbləğinin “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1 maddəsinin tələblərinə uyğun ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin imtina məktubundan görünür ki, iddiaçının əmək stajının 19 il 5 ay 10 gün olduğunu qəbul edir və güzəştli şərtlərə görə olan 10 il əmək stajını da mübahisələndirmir. Cavabdeh 20 il ümumi stajın tamamlanmadığını bildirir. Lakin cavabdeh nəzərə almamışdır ki, iddiaçı ##.##.1989-cu il tarixdə körpə südəmər uşağına baxmaq üçün işdən çıxmış, ##.##.1989-cu il tarixdə yenidən işə qəbul olmuşdur. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı hesablanarkən 2006-cı il ######ın #-dək olan dövr üzrə işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən müəyyən edilmişdir. ##.##.1998-ci il tarixli əmrlə məhz ##.##.1998-ci il tarixdən iddiaçı ixtisarla əlaqədar işdən azad olunmuşdur. Cavabdeh isə bu halı nəzərə almadan pensiya təyin edilməsindən əsassız olaraq imtina etmişdir.
5. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, iddiaçı ##.##.1964cü il tarixdə doğulmuş, ##.##.2016-cı il tarixdə 52 yaşı tamam olmuşdur. İddiaçıya təqdim edilmiş imtinanın hüquqi əsasını “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsi təşkil etmişdir. İddiaçıya müraciət etdiyi tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin birlikdə ödənilməsi tələb olunurdu: İddiaçının 58 il 6 ay yaşı tamam olmalıdır (yaş tələbi); İddiaçı iş stajının ən azı 10 ilini müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə toplamalıdır (güzəştli iş stajı tələbi); İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Bu şərt təmin olunmadığı halda isə iddiaçı ən azı 25 il ümumi sığorta stajına malik olmalıdır (pensiya kapitalı və ya ümumi iş stajı tələbi). İddiaçının işlədiyi dövrlərin güzəştli iş stajı hesab edilməsi üçün bir sıra hallar nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci bəndinə əsasən, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya * nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən. İşin faktiki hallarından da məlum olur ki, iddiaçı müraciət edərkən “xxxx” MMC-dən iş stajı ilə bağlı arayış təqdim etmişdir. Sözügedən müəssisənin ##.##.2023-cü il tarixli ** nömrəli arayışında qeyd edilən məlumatlara əsasən, iddiaçının həmin müəssisədə iş stajı 11 il 4 ay 11 gün təşkil edir və bu staja ##.##.1989-cu il tarixdən ##.##.1998-ci il tarixədək və ##.##.1999-cu il tarixdən ##.##.2001-ci il tarixədək olan dövrlər daxildir. Əlavə olaraq iddiaçının təqdim etdiyi sənədlərə əsasən ümumi iş stajı 19 il 5 ay 10 gün (##.##.1981-##.##.1989-cu il, ##.##.1989- ##.##.1998-ci il, ##.##.1999-##.##.2001-ci il və ##.##.2002-##.##.2002-ci il tarixləri arasındakı arasındakı dövrlər) təşkil edir. Həmçinin iddiaçının müraciət etdiyi tarixdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 18006,93 manat təşkil edir. Həmin tarixə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 40320,00 manat hesablanmışdır. İddiaçı iddia ərizəsində ##.##.1989-cu il tarixdə körpə uşağına baxmaq üçün işdən çıxdığını və ##.##.1989-cu il tarixdə yenidən işə qəbul olunduğunu, lakin cavabdehin ümumi iş stajını hesablayarkən həmin dövrü nəzərə almadığını bildirmişdir. Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydanın 4.1.1-ci bəndinə görə əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı ##.##.2006-cı il tarixədək olan dövr üzrə aşağıdakılara əsasən müəyyən edilir: işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən. İddiaçı mərkəzi filiala ərizə ilə müraciət edərkən sözügedən sənədləri təqdim etməmiş, bu səbəbdən Mərkəzi Filial iddia edilən dövrə münasibət bildirmək imkanına malik olmamışdır. Mövcud inzibati icraat materiallarına əsasən iddiaçının ümumi iş stajı qanunvericiliklə tələb olunan 25 ildən azdır və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Deməli, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsi üzrə pensiya kapitalı və ya ümumi iş stajı ilə bağlı dispozisiya şərti iddiaçıya münasibətdə mövcud olmamışdır. İddiaçının ümumi iş stajı və pensiya kapitalı müvafiq olaraq tələb olunan müddətdən və məbləğdən az olduğuna görə “Əmək pensiyaları haqqında” Qanunun müddəaları əsasında iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.
6. Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir (hakim – A.Axundova).
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, şəxsin ##.##.2006-cı il tarixədək sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.2.1-ci bəndinə əsasən, əmək kitabçasında olan məlumatlar əsasında yoxlanır.
8. Həmçinin 1992-ci ildən ##.##.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Göründüyü kimi, istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın ##.##.2006-cı il tarixədək olan sosial sığorta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Nəzərə alınmalıdır ki, hazırkı mübahisə üzrə əmək kitabçasında olan qeydlər hər hansı şübhə doğurmamışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçının əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında göstərilən qeydlər mötəbər hesab olunur.
9. Ananın körpə uşağına qulluq etdiyi dövr (##.##.1989-##.##.1989-ci il tarixləri) və əmrin verildiyi tarixdən işdən ixtisarla əlaqədar azad edildiyi günə qədər (##.##.1998- ##.##.1998-ci il tarixləri) qeyd edilən dövrlər nəzərə alındığı zaman iddiaçının 20 il ümumi iş stajı tamamlanmış olur. Beləliklə, iddiaçı 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etməkdə haqlı olmuşdur.
10. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməyərək Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Hacıyev, hakimlər – H.Babayeva, T.Axundov).
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişlər.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a. Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ərizəsində ##.##.1989-cu il tarixində körpə uşağına baxmaq üçün işdən çıxdığını və ##.##.1989-cu il tarixində yenidən işə qəbul olunduğunu, lakin cavabdehin ümumi iş stajını hesablayarkən həmin dövrü nəzərə almadığını bildirmişdir. İddiaçı ərizə ilə müraciət edərkən sözügedən sənədləri təqdim etməmiş, bu səbəbdən mərkəzi filial iddia edilən dövrə münasibət bildirmək imkanına malik olmamışdır. Bununla belə bildiririk ki, uşağa qulluq dövrü (##.##.1989-##.##.1989-cu il tarixləri arasındakı arasındakı dövrlər) sığorta stajına daxil edilsə belə, ümumi iş stajı qanunvericiliklə tələb edilən 20 ildən az təşkil edəcəkdir. Hazırkı iş üzrə əsas mübahisəli və ziddiyyətli məqam iddiaçının "xxxx" MMC-dəki iş dövrü ilə bağlıdır.
15. Bununla əlaqədar bildirilmişdir ki, iddiaçı ##.##.1989-cu il tarixindən ##.##.1998-ci il tarixinədək "xxxx" MMC-də işlədiyini iddia etsə də, "xxxx" MMC-nin ##.##.2023-cü il tarixli ** nömrəli arayışında iddiaçının ##.##.1998-ci il tarixinədək işlədiyi qeyd olunmuşdur. Həmçinin iddiaçının əmək kitabçasında onun ##.##.1998-ci il tarixli ** nömrəli əmr əsasında işdən azad edildiyi qeyd edilmişdir.
16. "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli məktuba əsasən, iddiaçının işdən azad edilmə tarixi ilə əlaqədar məlumatlar qeyd edilməmişdir. Qeyd edilən səbəblərdən tərəflərindən Sumqayıt İnzibati Məhkəməsinə ##.##.2025-ci il tarixli sübutların toplanması barədə vəsatət təqdim olunmuş və iddiaçının "xxxx" MMC-də ##.##.1989-cu il tarixindən hansı tarixədək işləməsi barədə məlumatların, eləcə də işə daxilolma, işdən azad edilmə, məzuniyyətə çıxma və məzuniyyətdən geri qayıtma barədə əmrlərin, qeyd edilən illər, aylar üzrə əməkhaqqı cədvəllərinin, əmrlər kitabından çıxarışın təsdiq olunmuş surətinin təqdim olunması məqsədilə “xxxx” MMC və Azərbaycan Respublikasinın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mərkəzi Arxivinə sorğu göndərilməsinə dair vəsatətin təmin olunması barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. Sözügedən sorğulara cavab olaraq "xxxx" MMC tərəfindən Sumqayit İnzibati Məhkəməsinə və Mərkəzi Filiala eyni arayış təqdim edilmişdir. Həmin arayışda iddiaçının ##.##.1989-cu il tarixindən ##.##.1998-ci il tarixinədək işlədiyi, lakin həmin məlumatların əmək kitabçasına əsasən tərtib edildiyi qeyd edilmişdir. Bununla belə, sorğuda göstərilən tarixlər arasındakı uyğunsuzluğun səbəbləri qeyd edilməmiş, arxiv sənədləri isə təqdim olunmamışdır. Nəticə olaraq məhkəmə bu ziddiyyəti araşdırmadan iddianı təmin etmişdir.
17. Bildirilir ki, mərkəzi filial tərəfindən "xxxx" MMC-yə ##.##.2025-ci il tarixdə məktub göndərilmiş və tərəflərindən əmr kitabları və əməkhaqqı cədvəllərinə yerində baxış keçirilməsi xahiş olunmuşdur. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli məktubunda yerində baxış keçirilməsini zəruri hesab edən hər hansı səbəb göstərilmədiyi qeyd olunmuşdur. Göründüyü kimi, “xxxx” MMC ##.##.2023-cü il tarixli ** nömrəli arayışında iddiaçının ##.##.1998-ci il tarixinədək işlədiyi qeyd etmiş, yuxarıda qeyd edilen uyğunsuzluqla bağlı sorğularına cavab verməmiş və sənədlərə yerində baxış keçirilməsinə şərait yaratmamışdır.
18. Bildirilir ki, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda ziddiyyətli hal aşkar edildikdə əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Bu zaman məhkəmə nəzərə almalı idi ki, müəssise sözügedən sənədlərin heç birini təqdim etməmiş, sadəcə arayış verməklə kifayətlənmişdir ki həminarayış da iddiaçının əmək kitabçasına əsaslanır və ilk dəfə təqdim edilən arayışla ziddiyyət təşkil edir.
19. Göründüyü kimi, iddiaçı ##.##.1998-ci il tarixdə işdən azad olunsa idi bununla bağlı müvafiq əmr ##.##.1998-ci il tarixdə verilməli idi. Lakin iddiaçının işdən çıxma əmri ##.##.1998-ci il tarixdə verilmiş və bu da ona əsas verir ki, iddiaçı qeyd olunan müəssisədə ##.##.1998-ci il tarixədək işləmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un # -dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin ##.##.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
28. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı 52 yaşının tamam olduğu ##.##.2016-cı il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir.
29. Kassasiya şikayətinin dəlillərindən göründüyü kimi, cavabdeh iddiaçının "xxxx" MMC-dəki iş dövrünü mübahisələndirərək həmin müəssisədə onun ##.##.1998-ci il tarixinədək işlədiyini iddia edir. Cavabdeh bu nəticəyə gələrkən "xxxx" MMC-nin ##.##.2023cü il tarixli ** nömrəli arayışına istinad etmişdir.
30. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlilləri ilə razılaşmayaraq bildirir ki, iş materiallarına əlavə edilmiş əmək kitabçasından görünür ki, iddiaçının işdən azad edilməsi əmrinin tarixi ##.##.1998-ci il olaraq qeyd edilsə də, o, ixtisarla əlaqədar ##.##.1998ci il tarixdən işdən azad edilmişdir. Qanunvericiliyə əsasən, həmin dövrdə işçinin iş stajını təsdiq edən əsas sənəd məhz əmək kitabçası hesab olunur.
31. Bundan başqa, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi xxxx Məhdud Məsuliyyətli Cəmiyyətinin ##.##.2025-ci il tarixli məktubu ilə təqdim edilmiş ##.##.2025-ci il tarixli *** №-li arayışında iddiaçının işlədiyi vəzifə üzrə sosial sığorta (və ya iş) stajı 11 il, 05 ay, 24 gün olaraq qeyd edilmişdir.
32. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən “xxxx” MMC-nin birinci arayışına istinad edilərək iddiaçının ##.##.1998-ci il tarixədək işləməsi bildirilsə də, nədənsə eyni müəssisənin sonrakı tarixdə verilmiş və daha dəqiqləşdirilmiş ikinci arayışını mötəbər hesab etmir. Nəzərə alınmalıdır ki, iddiaçıya məxsus əmək kitabçasında “##.##.1998-ci il tarixdən ixtisarla əlaqədar işdən azad edilməsi” qeydinin olması da iddiaçının məhz həmin tarixədək həmin müəssisədə işləməsini təsdiq etməkdədir.
33. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçının əmək kitabçasındakı müvafiq qeydin və bununla bağlı həmin qeydi aparmış müəssisənin son mövqeyinin mötəbərliyini şübhə altına almaq üçün cavabdeh tutarlı dəlillər gətirə bilməmişdir.
34. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.