Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3859/2025 18.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə müavinətin təyin edilməsi şərtləri; yaşa görə müavinətin dayandırılmasının əsasları) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi, əvvəlki sosial müavinətin dayandırıldığı vaxtdan bərpa edilməsi və ödənilməmiş fərqin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ##.##.1962-ci il təvəllüdlüdür.
2. “Sosial müavinətlər haqqında” Qanunun 1.0.2-ci maddəsinin ##.##.2020-ci il tarixədək qüvvədə olmuş tələblərinə əsasən iddiaçıya ##.##.2019-cu il tarixdən 3 və daha çox uşaq doğub, 8 yaşadək tərbiyə etmiş qadın kimi yaşa görə sosial müavinət təyin edilmişdir.
3. Cavabdehin iddiaçıya ünvanladığı ## ### 2024-cü il və ## #### 2024-cü il tarixli məktublarında qeyd edilmişdir ki, mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsistemində olan məlumatlara əsasən iddiaçının ##.##.2017-ci il tarixindən ##.##.2020-ci il tarixinədək əmək müqaviləsi (işəgötürən “xxxx” MMC) olduğu halda, Qanunun 7.0.2-ci maddəsinin tələbləri pozularaq ona ##.##.2019-cu il tarixindən yaşa görə sosial müavinət təyin edilmişdir. Ona vaxtilə təyin edilmiş sosial müavinətin qanunauyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranmışdır. Bu səbəbdən “İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən, iddiaçının sosial müavinət hüququna yenidən baxılmasına əsas olan yuxanda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinin dinlənilməsi üçün ##.##.2024-cü il tarixində dəvət məktubu göndərilmişdir. Mərkəzi Filialın müvafiq qərarı əsasında iddiaçıya təyin edilmiş yaşa görə sosial müavinətin ödənişi ##.##.2024-cü il tarixdən dayandırılmış və ##.##.2019-cu il tarixindən ##.##.2024-cü il tarixədək sosial müavinət üzrə ödənilmiş məbləğ əsassız ödənilmiş vəsait hesab edilmişdir. Qadınların yaşa görə müavinət hüququ ##.##.2023-cü il tarixindən 63 yaş 5 ay müəyyən edildiyindən və beş və daha çox uşaq doğub səkkiz yaşınadək tərbiyə etmədiyindən iddiaçıya yaşa görə sosial müavinətin təyin edilməsi qanunveriliciyin tələbləri baxımından mümkün hesab edilmir.
4. Cavabdehin ##.##.2024-cü il tarixli qərarına əsasən iddiaçıya yaşa görə sosial müavinət verilməsi ##.##.2024-cü ildən dayandırılmış, ona yaşa görə sosial müavinətin ödənildiyi ##.##.2019-cu il tarixdən ##.##.2024-cü il tarixədək olan müddətdə 9070,32 manat məbləğində vəsaitin artıq ödənildiyi müəyyən edilmişdir.
5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin ##.##.2024-cü il tarixli məktubundan görünür ki, “xxxx” MMC tərəfindən ##.##.2019-##.##.2020-ci il tarixlərini əhatə edən dövr ərzində məcburi dövlət sosial sığorta haqları iddiaçının xeyrinə tam olaraq ödənilmişdir.
6. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, “xxxx” MMC-nin işçisi olmuş İddiaçı 2020-ci ildə işləməmişdir və əmək haqqı almamışdır. 2020-ci ilin yanvar və fevral aylarında ödənilən məbləğlər işçinin son haqqhesab məzuniyyət qalığıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən iddiaçıya təyin olunmuş sosial müavinətin dayandırılması haqqında ##.##.2024-cü il tarixli qərarından şikayət vermə müddətinin bərpa edilməsi və cavabdeh tərəfindən iddiaçıya təyin olunmuş sosial müavinətin dayandırılması haqqında ##.##.2024-cü il tarixli qərarının ləğv edilməsi və sosial müavinətin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıya ## ###### 2019-cu il tarixdə 57 yaşının tamam olduğu vaxtdan 3 və daha çox uşaq dünyaya gətirib 8 yaşınadək tərbiyə etmiş qadın kimi yaşa görə sosial müavinət təyin edilmiş, lakin ## ### 2024-cü il tarixdən isə təyin edilmiş sosial müavinətin dayandırılması barədə qərar qəbul edilmişdir. “Sosial müavinətlər haqqında” Qanunun 1.0.2-ci maddəsinin ##.##.2020-ci il tarixədək qüvvədə olmuş tələblərinə əsasən 3 və daha çox uşaq dünyaya gətirib 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınların sosial müavinət almaq hüququna əsasən iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir.
9. Cavabdeh tərəfindən təqdim edilmiş iddia ərizəsinə dair yazılı etirazın dəlilləri cavabdehin iddiaçıya ünvanlandığı ## ### 2024-cü il və ## #### 2024-cü il tarixli məktublarda göstərilən dəlillərlə eyni olmuşdur.
10. Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı (hakim İ.Burcayev) ilə iddia təmin edilməmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya ##.##.2019-cu il tarixdə “3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş qadın kimi” yaşa görə sosial müavinət təyin edilməsi əsassız olmuşdur, çünki ##.##.2019cu il tarixdə iddiaçının 57 yaşının tamam olmasına baxmayaraq həmin tarixdə o, yuxarıda qeyd olunmuş əmək kitabçasına əsasən əmək fəaliyyəti ilə məşğul olmuşdur. Bu hal məhkəmə sorğusu nəticəsində “xxxx” MMC-dən daxil olmuş arayış və Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Bildirişdə də öz əksini tapmaqdadır. “Sosial müavinətlər haqqında” Qanuna dəyişiklik edilməsi barədə ## ###### 2019-cu il tarixli Qanuna əsasən iddiaçıya təyin edilmiş “3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş qadın kimi” yaşa görə sosial müavinətin əsasını təşkil edən hal, yəni “3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar” müavinət növü qanundan çıxarıldığına görə bu növ üzrə sosial müavinət təyin edilməsi cavabdeh orqanın səlahiyyətləri xaricində olmuşdur. Bundan başqa, məhkəmə araşdırmasının nəticəsində iddiaçının 3 və daha çox uşaq doğması halı da öz əksini tapmamışdır.
12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
b) apellyasiya instansiya məhkəməsində icraat
13. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək ##.##.2024-cü il tarixli sosial müavinətin dayandırılması barədə qərarın ləğv edilməsi, əvvəlki sosial müavinətin dayandırıldığı vaxtdan – ##.##.2024-cü il tarixdən bərpa edilməsi, ödənilməmiş fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı (hakimlər G.Cabbarova – məruzəçi, V.Əzizova və İ.Quliyev) ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilmiş, cavabdeh Cavabdehn iddiaçı İddiaçı barəsində qəbul etdiyi 1-İMTK-2024/009298 nömrəli ##.##.2024-cü il tarixli qərarı ləğv edilmiş, iddiaçı İddiaçı ##.##.2019-cu il tarixdə təyin edilmiş sosial müavinətin dayandırıldığı vaxtdan (##.##.2024-cü il tarixdən) bərpa edilməsi və ödənilməmiş fərqin ödənilməsi öhdəliyi cavabdeh Cavabdeh üzərinə qoyulmuşdur.
15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, indiki halda cavabdeh inzibati orqan iddiaçı barəsində yaşa görə sosial müavinətin təyin edilməsi barədə ##.##.2019-cu il tarixdə qərar qəbul etsə də, daha sonra 5 ildən artıq müddət keçdikdən sonra özünün qəbul etdiyi qərarının düzgünlüyünü şübhə altına alaraq, inzibati icraatı təzələmişdir. İnzibati icraatın təzələməsinə əsas olan kimi iddiaçının həmin vaxtda əmək müqaviləsi olduğundan, əslində sosial müavinət almaq hüququ olmadığı halda, ona düzgün olmayaraq müavinətin təyin edilməsi əsasına istinad etmişdir. Bu əsasla da iddiaçı barəsində 2019-cu ildən təyin edilmiş sosial müavinətin dayandırılması və əsassız ödənişin edilməsi barədə 2024-cü ildə qərar qəbul etmişdir. İnzibati orqan qüvvədə olan əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından, xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar qəbul etməyə haqlıdır. Qanunvericinin hər hansı bir məsələ ilə əlaqədar müddət tətbiq etməkdə məqsədi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etməkdən ibarətdir. Digər tərəfdən, qanunverici cavabdehin inzibati aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə dair müddətin axımının başlanmasını buna dair əsasın ona məlum olduğu, yəni bildiyi və ya bilməli olduğu vaxtla şərtləndirir. Bu zaman bildiyi və ya bilməli olduğu vaxtın fərqli vəziyyətlər olduğu da nəzərə alınmalıdır. Bildiyi hal elə bir hüquqi faktdır ki, inzibati orqan rəsmi mənbədən özünün əvvəlki qərarının qanunsuz olduğu nəticəsinə gəlməyə əsas verən məlumat alır. Həmin məlumatın hansı orqandan və hansı mənbədən əldə olunması hər hansı bir əhəmiyyət kəsb etmir. Bu zaman əhəmiyyət kəsb edən həmin məlumatın inzibati orqana məlum olması anıdır. Bilməli olduğu hal isə elə hüquqi faktdır ki, inzibati orqanın bu hüquqi fakt barədə məlumatının olmaması həyatın adi axarı və müvafiq sahədə tətbiq olunan yerləşmiş idarəçilik qaydaları nəzərə alındıqda, ağlabatan olmamaqla mümkünsüzdür. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların məlum olduğu vaxtın başlanğıcının düzgün müəyyən edilməsi həlledici əhəmiyyət kəsb edir. Ona görə də, məhkəmələr bu anı yalnız mötəbər sübutlara əsaslanmaqla müəyyənləşdirməlidir. Bunun üçün ilk növbədə, qanunsuzluğu iddia olunan aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə səbəb olan halın (halların) məhz nələrdən ibarət olduğu, inzibati orqanın hansı hallara istinad etdiyi dəqiq aydınlaşdırılmalıdır. Belə halların nələrdən ibarət olduğunu bildirmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Daha sonra qiymətləndirilməli olan məsələ sözügedən halın inzibati orqanın yuxarıda göstərilən bildiyi və ya bilməli olduğu hallardan hansına aid olduğunu müəyyənləşdirməkdən ibarətdir. İndiki halda isə cavabdeh təyinatın düzgün aparılmamasını nə zaman bilməsi və həmin anın ona məlum olması vaxtı barədə, habelə həmin halın təyinat vaxtı aşkarlığını təkzib edən heç bir sübut təqdim etməmişdir. Halbuki, qeyd olunduğu kimi inzibati icraat haqqında qanunvericilik əlverişli inzibati aktın sonradan qanunsuzluğunun müəyyən olunması zamanı, həmin aktın ləğv edilməsinin və ya dəyişdirilməsinin mümkünlüyünü nəzərdə tutsa da, bunu “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsindəki hallar istisna olmaqla, 1 (bir) illik zaman dilimi ilə məhdudlaşdırmışdır. İndiki halda iddiaçıya münasibətdə “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan halların da mövcudluğu aşkar edilməmişdir. Nəticə etibarilə, cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş qərar inzibati icraat haqqında qanunvericiliyin qeyd edilən tələblərinə uyğun olaraq qəbul edilməmişdir.
16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) kassasiya şikayətinin dəlilləri
17. Kassasiya şikayətinin dəlilləri iddia tələbinə etirazın dəlilləri ilə eynilik təşkil edir.
18. Kassator onu da qeyd etmişdir ki, “İnzibati icraat haqqında” Qanunun 67.6-cı və 67.6.3-cü maddələrinin tələbi baxımından maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda etimadın qorunması hüququna istinad edə bilməz. Şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. Respublika ərazisində pensiya alan şəxslərin dairəsinin geniş olduğunu nəzərə aldıqda, pensiya hüquq münasibətləri ilə bağlı düzgün hesablanmamış pensiyaların qanunamüvafiq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya inzibati aktların qəbul edilməsi zamanı hər bir şəxsə ayrı-ayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibati icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraqlara və ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırır. Bu da ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur, o cümlədən dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdcəyə mənfi təsir göstərir.
19. Kassasiya şikayətində “İnzibati icraat haqqında” Qanunun 24, 63, 67 və 82-ci maddələrinə, “Sosial müavinətlər haqqında” Qanunun 7.0.2, 11 və 12ci maddələrinə, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə istinad edilmişdir.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tətbiq edilən hüquq
21. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar ... (##.##.2020-ci il tarixədək olan redaksiya) 1.0.2. əmək qabiliyyəti olmayan şəxslər - əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları. (hazırda qüvvədə olan redaksiya) 1.0.2. əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları.
Maddə 7. Müavinətlərin təyin olunması şərtləri 7.0. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, müavinətlər aşağıdakı hallarda təyin edilir: ... 7.0.2. yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə; ...
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.
Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
23. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Apellyasiya instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, inzibati icraat haqqında qanunvericilik əlverişli inzibati aktın sonradan qanunsuzluğunun müəyyən olunması zamanı, həmin aktın ləğv edilməsinin və ya dəyişdirilməsinin mümkünlüyünü nəzərdə tutsa da, bunu “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsindəki hallar istisna olmaqla, 1 (bir) illik zaman dilimi ilə məhdudlaşdırmışdır. İndiki halda iddiaçıya münasibətdə “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan halların da mövcudluğu aşkar edilməmişdir. Nəticə etibarilə, cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş qərar inzibati icraat haqqında qanunvericiliyin qeyd edilən tələblərinə uyğun olaraq qəbul edilməmişdir.
27. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşsa da, apellyasiya instansiyası məhkəməsinin “qanunsuz inzibati aktın, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilməsi” ilə bağlı əsaslandırmasını əsaslı hesab etmir.
28. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya ##.##.2019-cu il tarixdən 3 və daha çox uşaq doğub, 8 yaşadək tərbiyə etmiş qadın kimi yaşa görə sosial müavinət təyin edilmişdir.
29. “Sosial müavinətlər haqqında” Qanunun ##.##.2020-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən 57 yaşına çatmış qadına yaşa görə müavinətin təyin olunması üçün aşağıdakı şərtlərin mövcud olması zəruridir: 1) 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etməsi və ya sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etməsi; 2) əmək pensiyası hüququ olmadıqda və işləmədikdə;
30. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən hallarından görünür ki, iddiaçının ona yaşa görə sosial müavinət təyin edildiyi tarixdə - ##.##.2019-cu ildə 57 yaşının tamam olması və onun 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etməsi işin mübahisələndirilməyən hallarıdır.
31. Cavabdeh iddiaçıya təyin edilmiş yaşa görə sosial müavinəti dayandıran zaman ona istinad etmişdir ki, iddiaçının ##.##.2020-ci il tarixədək əmək müqaviləsi (işəgötürən “xxxx” MMC) olmuşdur.
32. Halbuki iddiaçının işəgötürəni olmuş “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, iddiaçı 2020-ci ildə “xxxx” MMC-də işləməmişdir və əmək haqqı almamışdır, 2020-ci ilin yanvar və fevral aylarında ödənilən məbləğlər işçinin son haqqhesab məzuniyyət qalığıdır.
33. Göründüyü kimi iddiaçının ona yaşa görə sosial müavinət təyin edilən və ödənilən müddət ərzində aktiv əmək fəaliyyəti ilə məşğul olması sübut olunmur. Cavabdeh iddiaçının yaşa görə sosial müavinətini onun ##.##.2019-cu ildən ##.##.2020ci ilədək aktiv əmək fəaliyyəti ilə məşğul olmasına istinad etməklə ##.##.2024-cü il tarixdən dayandırsa da, iddiaçının həmin dövr üzrə aktiv əmək fəaliyyəti ilə məşğul olmasına dair mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir.
34. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar yuxarıdakı əsaslar üzrə düzgün olduğundan kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.