Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-386/2019 16.01.2019 ALİ MƏHKƏMƏ “Iddiaçı” MMC-nin Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iş üzrə GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı “Iddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə və vəkil, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin vəkili Vəkil və nümayəndəsi Nümayəndəsi iştirakı ilə İddiaçı “Iddiaçı” MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı qərarın ləğv edilməsi tələbinə dair Bakı Apellyasiya Məhk əməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1839/2018 saylı 11 oktyabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 16.01.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı “Iddiaçı” MMC bina tikintisi fəaliyyəti ilə məşğul olur. Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 26.04.2017-ci il tarixli ****** saylı qərarına əsasən cəmiyyətdə növbəti səyyar vergi yoxlaması aparılmış, yoxlmanın nəticəsi 29.09.2017-ci il tarixli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmiş, həmin akt əsasında ****** №-li 15.11.2017-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edil məsi haqqında” qərar qəbul edilmişdir. Həmin qərara əsasən cəmiyyətə əlavə dəyər vergisi üzrə – 2015-ci il üçün 152.959,20 manat, 2016-cı il üçün 11245,73 manat, cəmi 164.204,93 manat ƏDV hesablanmış, eyni zamanda, 2015-ci il üzrə 76.479,60 manat, 2016-cı il üçün 5622,87 manat, cəmi 82.462,47 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. İddiaçı “Iddiaçı” MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinnə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdehin Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ****** nömrəli 15.11.2017-ci il tarixli qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmələrin mövqeyi 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 26 aprel 2018-ci il tarixli 2-1(81)1670/2018 saylı qərarı ilə iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddianın rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1839/2018 saylı 11 oktyabr 2018-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 26 aprel 2018-ci il tarixli 2-1(81)-1670/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, vergi orqanının “X” birliyinin ekspert rəyinə istinadən yoxlama ilə əhatə olunan dövr üzrə binanın yaşayış sahəsinə görə həm onun satılmış 27 ədəd, həm də satılmayan digər mə nzillərinə (cəmi 1957,19 kv.m) görə, 1 kv.m 550 manatdan olmaqla, əlavə dəyər vergisi hesablanması və iddiaçı barəsində Vergi Məcəlləsinin 58.1-ci və 57.1-ci maddələrinə əsasən maliyyə sanksiyaları tətbiq etməsi tamamilə əsassızdır. Belə ki, həmin 27 ədəd mənzilə görə iddiaçı tərəfindən müqavilələrdə nəzərdə tutulmuş qiymətlər əsas götürülməklə vergilərin hesablanıb ödənildyi onun şəxsi hesab vərəqində öz əksini tapır. Satılan mənzillərə görə ödəmə tapşırıqları ilə 23.12.2016-cı il tarixdə 5000 manat, 26.12.2016-ıc il tarixdə 5000 manat, 25.04.2017-ci il tarixdə 35.000 manat, 24.05.2017-ci il tarixdə 10.000 manat, 12.06.2017-ci il tarixdə 13.000 manat, 29.11.2017-ci il tarixdə 10.000 manat, 18.10.2018-ci il tarixdə 10.000 manat ƏDV ödənilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtis adi Kollegiyasının 21(103)1839/2018 saylı 11 oktyabr 2018-ci il tarixli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə məhkəmə qərar qəbul edərkən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş, mübahisənin həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, tətbiq edilməli qanunun tətbiq etməmişdir. Belə ki, yoxlama zamanı tələbnamə əsasında iddiaçı digər zəruri sənədlərə yanaşı mənzilin satış müqavilələrini (27 ədəd) təqdim etmişdir ki, həmin müqavilələrdə satılmış mənzillərin 1 kv.m-nin sahəsi üzrə müəyyən edilmiş qiymətin bazar qiymətindən kifayət qədər aşağı olduğu üçün «ünvan» küçəsində inşa edilmiş bir ədəd 11 mərtəbəli yaşayış binasınnın 1 kv.m-nin qiymətinin müəyyən edilməsi üçün yoxlamaya ekspert dəvət edilmiş və 25.09.2017-ci il tarixli rəy alınmışdır. Ekspert rəyi ilə yaşayış sahəsinin 1kv.m-i 550 manat müəyyən edilmiş və həmin qiymətlə iddiaçı tərəfindən 1957,19 kv.m yaşayış sahəsi satıldığı müəyyən edilərək, 2015-2016-cı illərdə təqdim edilmiş mənzilər üçün 164.204,93 manat ƏDV (550 x 1957,19 x 18%) hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə ona həmin məbləğin yarısı qədər 82.102,47 manat və həmin Məcəllənin 57.1-ci maddəsinə əsasən 2015-ci il üzrə vergi hesabatının verilməməsinə görə 360 manat maliyyə sanksiyası hesablanmışdır. İddiaçı yoxlamaya təqdim etdiyi 27 ədəd mənzilin alqı-satıqı əməliyyatlarının baş verdiyi hesabat dövrələrinə uyğun olaraq satış müqvilələrində olan qiymətlərə əsasən hər hansı vergi tutulan dövriyyə bəyan etməm işdir. İşə baxan məhkəmə isə iddiaçı tərəfindən 88.000 manat ƏDV üzrə ödəniş edilməsini vergilərin hesablanaraq ödənilməsi kimi qəbul etmişdir. Halbuki vergi ödəyicisinin ƏDV-ni hesablayaraq ödəmək vəzifəsi həmin vergilərin hesabat təqdim edilərək bəyan edilməsi və ödənilməsini əhatə edir. Bundan əlavə, məhkəmə vergi orqanı tərəfindən bazar qiymətinin tətbiqini qəbul etməsəydi belə, iddiaçının təqdim etdiyi müqavilələr üzrə dövriyyəni qəbul etdiyindən həmin dövriyyə üzrə hesablanmalı ƏDV məbləğindən bəyan edilmiş ƏDV məbləğini çıxaraq yerdəqalan məbləğ hissədə məsuliyyət qərarını qüvvədə saxlamalı idi. Kassator Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1, 58.7, 90, 96-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 385.1.1-ci maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1839/2018 saylı 11 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “Iddiaçı MMC-nin nümayəndəsi və vəkili kassasiya şikayətinin dəlillərini qəbul etməyərək Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)1839/2018 saylı 11 oktyabr 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin v əkili və nümayəndəsi kassasiya şikayətinin dəlillərini müdafiə edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)1839/2018 saylı 11 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. ƏSASLANDIRICI HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1839/2018 saylı 11 oktyabr 2018-ci il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, mübahisələndirilən Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ****** nömrəli 15.11.2017-ci il tarixli qərar ilə iddiaçıya 2015-ci il üzrə 152959.20 manat, 2016-cı il üzrə 11245.73 manat ƏDV hesablanmışdır. Sözügedən qərarın qəbul edilməsinə əsas olmuş səyyar vergi yoxlamasının keçirilməsinin nəticələrinə dair 29.09.2017-ci il tarixli ******** saylı aktdan görünür ki, iddiaçıya ƏDV vergisi 2015-ci ilin iyul-oktyabr ayları, 2016-cı ilin mart və may ayları üçün hesablanmışdır. İş materiallarında olan yoxlama dövrü ərzində satılmış mənzillərin satış müqavilələrinin siyahısına əsasən (iş v. 82) ümumilikdə 27 mənzil satılmış, lakin 2015-ci ilin avqust ayında 23790.00 manat dəyərində, sentyabr ayında 9450.00 manat dəyərində, oktyabr ayında 17537.00 manat dəyərində, 2016-cı ilin may ayında 9450.00 manat dəyərində, mart ayında 20709.00 man at dəyərində cəmi 5 mənzil satılmışdır. Başqa sözlə yoxlama aktında ƏDV hesablanan dövrdə, yəni 2015-ci ilin iyul-oktyabr ayları və 2016-cı ilin mart və may aylarında cəmi 5 mənzil satılmışdır. Beləliklə cavabdeh digər 22 mənzilin satışının həyata keçirildiyi dövrə ƏDV hesablamamış, hesablanmış ƏDV-nin (164204.93 manat) əksər hissəsini (132245.68 manat) 2015-ci ilin iyul ayı üçün hesablamışdır. Halbuki yoxlama ilə ƏDV-nin yoxlanılması iyun 2015-dekabr 2016-cı illəri əhatə etmiş, satılmış mənzillərin satış müqavilələrinin siyahısında isə 2015-ci ilin iyul ayında cəmi 1 mənzilin satışı həyata keçirilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 166.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı həmin əməliyyat üçünödəmə 30 gün müd dətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi, ödəmə 30 gündən sonra həyata keçirildikdə isəƏDV-nin elektron vergi hesab-fakturasının verildiyi vaxt sayılır. Bu Məcəllənin 166.1.1-ci və 166.1.2-ci maddələrində göstərilən müddətlərdən sonrakı 5 gün ərzində ƏDV-nin elektron vergi hesab-fakturası verilmirsə, vergi tutulan əməliyyat aşağıdakı vaxtlarda aparılmış sayılır: 166.1.1. Malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi vaxtda, 30 gündən sonra həyata keçirildikdə isə malların göndərildiyi və ya təqdim edildiyi, işlərin görüldüyü və xidmətlərin göstərildiyi vaxtda; və yaxud; 166.1.2. malların göndərilməsi onların daşınmasını nəzərdə tutursa, ödəmə 30 gün müddətində həyat a keçirildikdə ödəmənin həyata keçirildiyi vaxtda, 30 gündən sonra həyata keçirildikdə isə daşınmanın başlandığı vaxtda. Həmin Məcəllənin 166.2-ci maddəsinə əsasən ödəmə bu Məcəllənin 166.1.1-ci və ya 166.1.2-ci maddələrində göstərilən müddət başlananadək həyata keçirildikdə, ödəmədən sonrakı 5 gün ərzində ƏDV-nin elektron vergi hesab-fakturası verilmirsə, vergi tutulan əməliyyat ödəmə həyata keçirildikdə aparılmış sayılır. Vergi tutulan əməliyyat üçün iki və ya daha çox ödəmə aparılırsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Həmin Məcəllənin 166.30-cü maddəsinə əsasən xidmətlər müntəzəm və ya daimi əsasda göstərilirsə, xidmətlərin göstərilməsi vaxtı bu əməliyyatın hər hansı hissəsi üçün hər dəfə ƏDV-nin elektron vergi hesab-fakturasının verildiyi v axt, yaxud ödəmə əvvəl həyata keçirilmişsə, əməliyyatın hər hansı hissəsinin ödənildiyi vaxt sayılır. Həmin Məcəlləni 166.4-cü maddəsinə əsasən bu Məcəllənin 159.3-cü və 159.5-ci maddələri tətbiq edildikdə, vergi tutulan əməliyyatın aparılması vaxtı mallardan, işlərdən və ya xidmətlərdən istifadə edilməsinə, yaxud onların istehlakına başlandığı vaxt sayılır. Bu Məcəllənin 159.4-cü maddəsində göstərilən hallarda vergi tutulan əməliyyatın aparılması vaxtı işçilər üçün mallar göndərildiyi, işlər görüldüyü, xidmətlər göstərildiyi vaxt sayılır. Bu Məcəllənin 159.6-cı maddəsi tətbiq edildikdə, ləğvetmənin qüvvəyə minməsindən bilavasitə əvvəlki vaxt (gün) malların göndərilməsi vaxtı sayılır. Qeyd edilənlərə əsasən, satılmış 27 mənzildən 22-inə görə 2015-ci ilin iyuloktyabr ayları və 2016-cı ilin mart və may ayları üçün ƏDV hesablanması əsassızdır. Belə ki, cavabdeh digər mənzillərə görə (22 mənzilə görə) həmin aylarda iddiaçının ƏDV öhdəliyinin yaranmasına dair sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfindən 2015-ci ilin iyul-oktyabr ayları və 2016-cı ilin mart və may ayları üçün ƏDV hesablanması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən 2015-2016-cı illərin səyyar vergi yoxlaması ilə ekspert rəyinə istinadən 2017-ci ilin 11-ci ayında bazar qiyməti ilə vergilər hesablanmışdır. Vergi Məcəlləsinin 14.4-cü maddəsində bazar qiymətinin malın təqdim edilməsindən 30 gün keçənədək müddət ərzində ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərə əsasən müəyyənləşdirilməli olduğu təsbit olunduğu halda, ve rgi orqanı yoxlama zamanı həmin üsuldan satılan mənzillərin bazar qiyməti müəyyənləşdirilməsində istifadə etməmiş, X Birliyindən mütəxəssis və ekspert dəvət olunumasını üstün tutaraq sonuncunun 25 yanvar 2017-ci il tarixli ekspert rəyinə əsaslanmaqla iddiaçıya vergilər hesablamışdır. Halbuki, Vergi Məcəlləsinin 14.6.3.3-cü maddəsinin imperativ göstərişinə görə malların (işlərin, xidmətlərin) bazar qiymətlərini bu maddədə göstərilən üsullardan biri ilə müəyyənləşdirmək mümkün olmadıqda, bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir. Həmçinin “X” Birliyinin qeyd olunan rəyi ilə yaşayış sahəsinin 1 kv. m-nin bazar qiymətinin 550 manat təşkil etdiyi göstərilsə də həmin qiymətin hansı dövrə münasibətdə təşəkkül tapdığı göstərilməmişdir. Beləliklə də qeyd o lunanlara əsaəsn apellyasiya instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, vergi orqanının “X” birliyinin ekspert rəyinə istinadən yoxlama ilə əhatə olunan dövr üzrə binanın yaşayış sahəsinə görə 1 kv.m 550 manatdan olmaqla əlavə dəyər vergisi hesablanması əsassızdır. Bundan əlavə, iddiaçı tərəfindən müqavilələrdə nəzərdə tutulmuş qiymətlər əsas götürülməklə vergilərin hesablanıb ödənildiyi onun şəxsi hesab vərəqində öz əksini tapır. Belə ki, cəmiyyətin məhkəməyə təqdim olunmuş şəxsi hesab vərəqsindən görünür ki, satılan mənzillərə görə ödəmə tapşırıqları ilə aşağıdakı ƏDV ödənişləri edilmişdir: 23.12.2016-cı il tarixdə 5000 manat, 26.12.2016-ıc il tarixdə 5000 manat, 25.04.2017-ci il tarixdə 35.000 manat, 24.05.2017-ci il tarixdə 10.000 manat, 12.06.2017-ci il tarixdə 13.000 manat, 29.11.2017-ci il tarixdə 10.000 manat, 18.10.2018-ci il tarixdə 10.000 manat ƏDV ödənilmişdir. Beləliklə, iddiaçıya mübahisələndirilən Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ****** nömrəli 15.11.2017-ci il tarixli qərar ilə 2015-ci il üzrə 152959.20 manat, 2016-cı il üzrə 11245.73 manat ƏDV hesablanması yuxarıda qeyd edilən hüquq normalarının tələblərinə uyğun olmamışdır. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və
Məhkəmə qərarları › İş №2-1(102)-386/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-386/2019
16.01.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver