Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-386/2022 23.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının X1 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X9 üzrə Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: vergi öhdəliyi barədə qərarın ləğv edilməsi Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı X1 (bundan sonra iddiaçı) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X9 üzrə Baş İdarəsinə (bundan sonra cavabdeh) qarşı “vergi öhdəliyi barədə qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İ nzibati Kollegiyasının 2-1(103)-1950/2021 saylı, 11 oktyabr 2021-ci il tarixli qərarından cavabdehin kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçıda Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Yoxlama 17.04.2018-ci ildə başlamış və 11.03.2019-cu ildə başa çatdırılmışdır. Vergi yoxlamasının aparılması 9 dəfə dayandırılmış və davam etdirilmişdir. Yoxlama aktının 2-ci hissəsində qeyd edilmişdir ki, sadələşdirilmiş verginin hesablanmasının düzgünlüyünün yoxlanılması üçün yoxlamaya cəlb edilmiş mü təxəssis və ekspert rəyləri əsas götürülmüşdür. Belə ki, 17.09.2018-ci il tarixli mütəxəssis rəyinə əsasən yoxlanılan dövrdə sahibkarın istehsal həcmi ******* ədəd əla növ buğda unundan, ədədi 0,52 kq, fərşli buğda çörəyi bişirilib satışa buraxılmışdır və onlardan 60283 ədəd çörək geri qaytarılmışdır. Eyni zamanda 17.09.2018-ci il tarixli ekspert rəyinə əsasən 1 ədəd çörəyin satış qiyməti 0.28 manat təşkil etmişdir. Yoxlama ilə büdcəyə hesablanan sadələşdirilmiş vergi 8421,92 manat məbləğində müəyyənləşdirilmişdir. Yoxlama zamanı iddiaçının 01.10.2016-cı ildən 01.07.2017-ci ilə qədər olan dövrdə sadələşdirilmiş vergiyə cəlb olunan dövriyyəsi 223006,16 manat təşkil edilməsi əsası ilə iddiaçı məcburi qaydada ƏDV məqsədləri üçün 01.07.2017-ci ildən qeydiyyata alınmışdır. 2017-ci il üzrə 4074, 36 manat gəlir vergisinin azaldılması müəyyən edilmişdir. İddiaçı tərəfindən obyektin ayda 300 manat icarəyə götürülməsi barədə məlumat təqdim edilsə də 04.03.2019-cu il tarixli ekspert rəyinə əsasən obyektin icarə haqqı ayda 600 manat müəyyən edilmiş, bununla da 606,52 manat ödəmə mənbəyində verginin yayındırılması müəyyən edilmişdir, yoxlamaya cəlb edilmiş mütəxəssis və ekspert tərəfindən müvafiq olaraq sahibkarın çörək istehsalı fəaliyyəti üzrə, eyni zamanda istehsal olunmuş məhsulların satış qiymətləri barədə verilmiş 17.09.2018-ci il tarixli rəyə əsasən müəyyən edilmişdir ki, Vergi Məcəlləsinin 157-ci maddəsinin tələblərinə uyğun olaraq 01.10.2016-cı il tarixdən 01.07.2018-ci il tarixə qədər olan dövrdə sadələşdirilmiş vergiyə cəlb olunan dövriyyəsi 223006,16 manat təşkil etdiyindən Ə DV qeydiyyatına alınmasına dair öhdəliyinin yaranması müəyyən edilmiş və iddiaçı 01.07.2017-ci ildən məcburi qaydada ƏDV qeydiyyatına alınmışdır. 2. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 25.04.2019-cu il tarixli qərara əsasən iddiaçıya 2016-cı il üzrə 3058,76 manat sadələşdirilmiş vergi hesablanmış, 1529,38 manat maliyyə sanksiyası tətbiq edilmişdir, 2017-cı il üzrə 5133,64 manat sadələşdirilmiş vergi hesablanmış, 2681,58 manat maliyyə sanksiyası tətbiq edilmişdir, 2017-cı il üzrə 4074,36 manat gəlir vergisi hesablanmış, 2037,18 manat maliyyə sanksiyası tətbiq edilmişdir, 2016-cı il üzrə 102,52 manat ödəmə mənbəyində vergi hesablanmış, 51,26 manat maliyyə sanksiyası tətbiq edilmişdir, 2017-cı il üzrə 504 manat ödəmə mənbəyində ver gi hesablanmış, 252 manat maliyyə sanksiyası tətbiq edilmişdir, 2017-ci ildə vergi hesabatının və arayışın vaxtında verilməməsinə görə 280 manat maliyyə sanksiyası tətbiq edilmişdir, iyul 2017, noyabr 2017, oktyabr 2017, avqust 2017, sentyabr 2017 dövrləri üzrə ƏDV, 2017-ci il üzrə gəlir vergisi, dekabr 2017-ci il üzrə ƏDV üzrə vergi hesabatını və Vergi Məcəlləsinin 16.2- ci maddəsində nəzərdə tutulmuş arayışı müəyyən edilmiş müddətdə təqdim etmədiyinə görə cəmi 280 manat maliyyə sanksiyası tətbiq edilmişdir. 3. 17 sentyabr 2018-ci il tarixli mütəxəssis rəyinə əsasən iddiaçının fəaliyyət göstərdiyi obyektdə elektrik istehlakçılarının gücü və texniki göstəriciləri əsas götürülməklə çörəkxana üzrə minimum qaz və elektrik enerjisinin sərfiyyatı hesablanmış, həmin hesablamalar da əsas götürü lməklə iddiaçıya məxsus çörək sexində 01.10.2016- cı ildən 31.12.2017-ci ilə qədər ən azı 663115 kq və ya ******* ədəd əla növ buğda unundan ədədi 0,520 kq, fərşli buğda çörəyinin bişirilib satışa buraxılması və onlardan 60283 ədəd çörəyin geri qaytarılması müəyyən edilmişdir. 4. 19.09.2018-ci il tarixli, “Azər Ekspertiza” Birliyinin eksperti tərəfindən tərtib edilmiş ekspert rəyinə əsasən müxtəlif çörəkbişirmə müəssisələrində buraxılış qiymətləri əsasında iddiaçıya məxsus çörəkbişirmə sexində çörəyin buraxılış qiyməti 28 qəpik müəyyən edilmişdir, həmin ekspertiza birliyinin eksperti tərəfindən tərtib edilmiş 04 mart 2019-cu il tarixli ekspert rəyinə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar ŞTQ, Əziz Nəzərov küçəsində yerləşən sahəsi 100 kv metr olan qeyri-yaşayış sahəsinin 1 ay üçün ic arə haqqı 01.10.2016-cı ildən 31.12.2017-ci ilə qədər dövrdə 600 manat müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı 18 sentyabr 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Vergilər Nazirliyi yanında Bakı şəhəri X9 Departamentinin 25.04.2019-cu il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, Vergilər Nazirliyi yanında Bakı şəhəri X9 Departamentinin 16.04.2018-ci il tarixli nömrəli qərarına əsasən iddiaçıda oktyabr 2016 – dekabr 2017 dövrü üzrə növbədənkənar səyyar vergi yoxlaması aparılmış və yoxlamanın nəticəsi 11.03.201 9-cu il tarixli aktla rəsmiləşdirilmişdir. Həmin akta uyğun olaraq 25.04.2019- cu il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar ilə 2016-2017-ci illərdə sadələşdirilmiş vergi üzrə 8192,4 manat və müvafiq olaraq 4096,2 manat maliyyə sanksiyası, 2016-2017-ci illərdə ödəmə mənbəyində tutulan vergi üzrə 606,52 manat və müvafiq olaraq 303,26 manat maliyyə sanksiyası, 2017-ci ilin gəlir vergisi üzrə 4074,36 manat və müvafiq olaraq 2037,18 manat maliyyə sanksiyası, 2017-ci ildə vergi hesabatlarının vaxtında verilməməsinə görə 280,0 manat, ümumilikdə 12873,28 manat əlavə vergilər, 6831,4 manat məbləğində isə maliyyə sanksiyası tətbiq edilmişdir. Aparılan yoxlama 8 dəfə dayandırılmışdır və sonradan tərtib olunan akt üzrə qərar qəb ul olunmayaraq 28.01.2019cu il tarixdə yoxlama davam etdirilmiş və hazırki akt qəbul edilmişdir. Yoxlamanın dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlamanın başa çatma tarixindən ən geci 1 iş günü əvvəl reyestrdə yerləşdirilməsi üçün informasiya sistemi vasitəsi ilə məlumat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim edilməlidir. Yoxlayıcı orqan aparılmış hər bir yoxlamanın başa çatmasından sonra 5 iş günü ərzində yoxlamanın keçirilməsi barədə sonrakı 5 iş günü ərzində məlumatları Reyestrə təqdim etməlidir. Vergi orqanı tərəfindən həmin müddətlərə riayət edilməmiş, yoxlamanın dayandırılması və başa çatması ilə bağlı məlumatlar reyestrə daxil edilməmişdir. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Aktın 1.9.2-ci bəndind ə vergi ödəyicisinin əmlakının inventarizasiyasının keçirilmədiyi qeyd olunmuşdur ki, bununla da, onun mal qalığı, istehsal etdiyi məhsulların hansı hissəsinin təqdim olunduğu müəyyən olunmamışdır. Hesablamanın mahiyyətinə gəldikdə isə, yoxlama üzrə bütün hesablamalar ekspert və mütəxəssis rəyi əsas götürülməklə aparılmışdır. Qeyd olunan rəylərə nəzər yetirdikdə isə, həm icarə haqqı məbləğinin, həm də istehsal həcminin ehtimallar üzərində hesablandığı, verilən rəylərin heç bir mötəbər sənədlə təsdiq olunmadığı müəyyən edilmişdir. Mütəxəssis öz rəyində “təxmini” ifadəsini qeyd edirsə və onun əsasında vergi orqanı tərəfindən hesablama aparılırsa, yoxlamanın qanunsuz əsaslara istinad olunaraq aparılmasına heç bir şübhə qalmır. Vergi Məcəlləsində vergi orqanları tərəfindən istehsal həcminin və satış dövriyyəsinin müəyyən olunması yalnız xronometraj metodu ilə müəyyən edilə bilər. Cavabeh tərəfindən elektrik enerjisi və qaz sərfiyyatı göstəricilərinə əsasən hesablama aparılması qanunvericilikdə nəzərdə tutulmamışdır. Ekspert və ya mütəxəssis yalnız xüsusi bilik tələb olunan məsələlərə münasibət bildirə, yoxlama zamanı ortaya çıxan suallara aydınlıq gətirə bilər. Şəxsin vergi öhdəliklərinin müəyyənləşdirilməsi üçün avadanlıqların texniki göstəricilərini köçürməklə rəy vermək və onun əsasında şəxsə reallığa uyğun olmayan qat-qat artıq məbləğlərdə xəyalı vergilər hesablamaqla qanunvericiliyin tələbləri kobud surətdə pozulmuşdur.
7. Cavabdeh iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, vergi ödəyicisi tərəfindən sənədlər tam şəkildə yoxlamaya təqdim edilmədiyindən bu barə də müvafiq 29.05.2018-ci il tarixli imtina aktı tərtib edilmişdir. Yoxlama zamanı ilkin sənədlər təqdim edilmədiyindən sahibkarın istehsal etdiyi çörəyin bazar qiymətini müəyyənləşdirmək üçün vergi ödəyicisində 22.05.2018-ci il tarixli “Ekspertizanın təyin edilməsi haqqında” qərara əsasən ekspertiza aparılmış və keçirilmiş ekspertiza 17.09.2018-ci il tarixli ekspert rəyi ilə rəsmiləşdirilmişdir. Bundan başqa səyyar vergi yoxlaması gedişində sahibkarın icarə əsasında fəaliyyət göstərdiyi obyektin real bazar qiymətini müəyyənləşdirmək məqsədilə 28.01.2019-cu il tarixli Qərarla ekspertiza təyin edilmiş və 03.04.2019-cu il tarixli ekspert rəyi ilə ekspertiza yekunlaşdırılmışdır. Yoxlama zamanı sahibkarın fəaliyyət göstərdiyi çörək sexində yoxlamanın əhatə etdiyi dövr ərzində istehsal edilmiş ç örəyin həcmini müəyyən etmək zərurəti yaranmış, lakin müvafiq sənədlər təqdim edilmədiyindən vergi orqanının 22.05.2018-ciil tarixli, **********151384 nömrəli qərarı ilə mütəxəssis cəlb edilmiş və 17.09.2018-ci il tarixli mütəxəssis rəyi yoxlamaya təqdim edilmişdir. Yoxlamanın nəticəsi olaraq tərtib olunmuş 11.03.2019-cu il tarixli, **********148325 nömrəli “Səyyar vergi yoxlaması” aktı ilə vergi ödəyicisinə sadələşdirilmiş verginin bəyannaməsində göstərilən məbləğinin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 8421,92 manat azaldılmasına görə 4210,96 manat maliyyə sanksiyası, gəlir vergisinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilən məbləğinə nisbətən 4074,36 manat azaldılmasına görə 2037,18 manat maliyyə sanksiyası, ödəmə mənbəyində tutulan verginin bəyannamədə göstəril ən məbləğinin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 606,52 manat azaldılmasına görə 303,26 manat maliyyə sanksiyası, o cümlədən vaxtında təqdim edilməyən bəyannamələrə görə 280 manat maliyyə sanksiyası, ümumilikdə 12873,28 manat əlavə vergi məbləği hesablanmış və hesablanmış vergi məbləğinə 6831,40 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Tərtib edilən hər hansı sənəd öz mahiyyətinə görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Səyyar vergi yoxlaması vergi orqanının əsaslandırılmış qərarları ilə bir neçə dəfə dayandırılmış və dayandırılma ilə bağlı qəbul edilmiş bütün qərarla r “Dayandırma əsası: Vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi” qeydi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin vahid məlumat reyestrinə daxil edilmişdir. Vergi qanunvericiliyində xronometraj metodu vergidən yayınma hallarının aradan qaldırılması məqsədi ilə inzibati orqana təqdim edilmiş alternativlərdən biri kimi çıxış edir. Yoxlama vergi ödəyicisinin iş vaxtında həyata keçirildiyindən vergi ödəyicisi müxtəlif üsullarla öz satış dövriyyəsini azaltmaqla vergidən yayınmağa çalışır.
8. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə ekspertizasının nəticələrinə dair tərtib edilmiş 21 yanvar 2020-ci il tarixli “Ekspert rəyi”nə əsasən rəyin tədqiqat hissəsində göstərildiyi kimi, mütəxəssis tərəfindən faktiki istehsal həcmi müəyyə n edilmiş məhsulların faktiki maya dəyəri və maya dəyərinin tərkibini təşkil edən ayrı-ayrı xərc maddələri müəyyən edilmədən, mövcud qurğuların və avadanlığın texniki göstəricilərinə və faktiki enerji və qaz sərfiyyatı əsasında istehsal həcminin hesablanması məhsulun maya dəyəri kalkulyasiyasının prinsiplərinə uyğun olmadığına və bu məlumatlara əsasən vergiyə cəlb olunan dövriyyənin belə qaydada hesablanması Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmadığına görə səyyar vergi yoxlamasının əhatə etdiyi dövr üzrə fərdi sahibkar X3 tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan vergilərin az hesablanması müəyyən olunmamışdır. Bu halda vergi ödəyicisinin öz hesabatları (sadələşdirilmiş və gəlir vergisi üzrə) qəbul oluna bilər. Bundan başqa qeyd edil mişdir ki, iş materiallarında olan səyyar vergi yoxlaması aktında sahibkar X6 tərəfindən verilmiş AZ1021, Bakı şəhəri, Səbail rayonu, Badamdar ŞTQ, Əziz Nəzərov ev 3 nömrəli Mexanikləşdirilmiş çörəkxananın 4 nömrəli sahəsi ünvanda yerləşən obyekti icarə müqaviləsi əsasında aylıq 300,0 manat olmaqla icarəyə götürülmüşdür. Lakin yoxlama zamanı 04.03.2019-cu il tarixli ekspert rəyinə əsasən obyektin icarə haqqı məbləği aylıq 600,0 manat müəyyən edilmişdir. Həmin mütəxəssis rəyində göstərilənlər əsaslı hesab olunduqda fiziki şəxs tərəfindən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində dövlət büdcəsinə ödənilməli olan 606,52 manat məbləğində ÖMV-nin az hesablanması müəyyən olunur.
9. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə ekspertizasının nəticələrinə dair tərtib ed ilmiş 15 dekabr 2020-ci il tarixli “Ekspert rəyi”nə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən səyyar vergi yoxlaması zamanı 17.09.2018-ci il tarixli mütəxəssis rəyində və 19.09.2018-ci il tarixli ekspert rəyində əksini tapmış məlumatlar əsasında istehsal həcmi müəyyən edilmiş məhsullara münasibətdə hesablama aparılan vergilərin düzgün hesablanmadığı müəyyən olunmuşdur. Bu halda vergi ödəyicisinin bəyannamə məlumatları (ÖMV istisna olmaqla) yoxlama dövrünün vergi öhdəliyi üzrə məqbul hesab oluna bilər. Bundan başqa qeyd edilmişdir ki, iş materiallarında olan səyyar vergi yoxlaması aktında sahibkar X6 tərəfindən verilmiş AZ1021, Bakı şəhəri, Səbail rayonu, Badamdar ŞTQ, Əziz Nəzərov ev 3 nömrəli Mexanikləşdirilmiş çörəkxananın 4 nömrəli sahəsi ünvanda yerləşən obyekti icarə müqa viləsi əsasında aylıq 300,0 manat olmaqla icarəyə götürülmüşdür. Lakin yoxlama zamanı 04.03.2019-cu il tarixli ekspert rəyinə əsasən obyektin icarə haqqı məbləği aylıq 600,0 manat müəyyən edilmişdir. Həmin mütəxəssis rəyində göstərilənlər əsaslı hesab olunduqda fiziki şəxs tərəfindən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində dövlət büdcəsinə ödənilməli olan 606,52 manat məbləğində ÖMV-nin az hesablanması müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 14.08.2019-cu il tarixli qərarına əsasən iddiaçının “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 25.04.2019-cu il tarixli qərardan verdiyi şikayət təmin edilməmişdir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçıda vergilər və digər icbar i ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması aparılmış, yoxlamanın nəticələrinə dair 11.03.2019-cu il tarixli “Səyyar vergi yoxlaması aktı” tərtib edilmişdir. Həmin akta əsasən yoxlamaya cəlb edilmiş mütəxəssis və ekspert rəyləri əsas götürülməklə iddiaçının 01.10.2016-cı ildən 01.07.2017-ci ilə qədər olan dövrdə sadələşdirilmiş vergiyə cəlb olunan dövriyyəsinin və vergilərin azaldılması müəyyən edilmişdir. Yoxlama aktında istinad edilən mütəxəssis rəyində müəssisənin istehsal gücü obyektdə işləyən avadanlıqların istehlak etdikləri elektrik enerjisinin və qaz sərfiyyatının həcmi əsas götürülməklə müəyyən edilmişdir. Qeyd edilən səyyar vergi yoxlaması aktının nəticələrinə görə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 25.04.2019-cu il tarixli qərara əsasən iddiaçıya 2016-cı il üzrə 3058,76 manat sadələşdirilmiş vergi hesablanmış, 1529,38 manat maliyyə sanksiyası tətbiq edilmiş, 2017-cı il üzrə 5133,64 manat sadələşdirilmiş vergi hesablanmış, 2681,58 manat maliyyə sanksiyası tətbiq edilmiş, 2017-cı il üzrə 4074,36 manat gəlir vergisi hesablanmış, 2037,18 manat maliyyə sanksiyası tətbiq edilmiş, 2016-cı il üzrə 102,52 manat ödəmə mənbəyində vergi hesablanmış, 51,26 manat maliyyə sanksiyası tətbiq edilmiş, 2017-cı il üzrə 504 manat ödəmə mənbəyində vergi hesablanmış, 252 manat maliyyə sanksiyası tətbiq edilmiş, 2017-ci ildə vergi hesabatının və arayışın vaxtında verilməməsinə görə 280 manat maliyyə sanksiyası tətbiq edilmiş, iyul 2017, noyabr 2017, oktyabr 2017, avqust 2017, sentyabr 2017 dövrləri üzrə ƏDV, 2017-ci il üzrə gəlir vergisi, dekabr 2017-ci il üzrə ƏDV üzrə vergi hesabatını və Vergi Məcəlləsinin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı müəyyən edilmiş müddətdə təqdim etmədiyinə görə cəmi 280 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı həmin qərarı əsassız hesab edərək onun ləğv edilməsi barədə Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət etsə də müraciəti təmin edilməmişdir.
10. Bakı İnzibati Məhkəməsinin (hakim X2, 2-1(112)-274/2021 saylı iş) 5 aprel 2021-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək Vergilər Nazirliyi yanında Bakı şəhəri X9 Departamentinin 25.04.2019-cu il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqın da” qərarı iddiaçıya 2016-cı il üzrə 3058,76 manat sadələşdirilmiş vergi hesablanması, 1529,38 manat maliyyə sanksiyasının tətbiq edilməsi, 2017-cı il üzrə 5133,64 manat sadələşdirilmiş vergi hesablanması, 2681,58 manat maliyyə sanksiyası tətbiq edilməsi, 2017-cı il üzrə 4074,36 manat gəlir vergisinin hesablanması, 2037,18 manat maliyyə sanksiyasının tətbiq edilməsi, 2017-ci ildə vergi hesabatının və arayışın vaxtında verilməməsinə görə 280 manat maliyyə sanksiyası tətbiq edilməsi, iyul 2017, noyabr 2017, oktyabr 2017, avqust 2017, sentyabr 2017 dövrləri üzrə ƏDV, 2017-ci il üzrə gəlir vergisi, dekabr 2017-ci il üzrə ƏDV üzrə Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən vergi hesabatını və Vergi Məcəlləsinin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı müəyyən edilmiş müddətdə təqdim etmədiy inə görə cəmi 280 manat maliyyə sanksiyası tətbiq edilməsi hissəsində ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
11. Birinci instansiya məhkəməsi vergi orqanının qərarının sadələşdirilmiş verginin və tətbiq olunmuş maliyyə sanksiyası hissəsində ləğv edilməsi hissədə iddianı qismən təmin edərkən hesab etmişdir ki, iddiaçının sadələşdirilmiş vergiyə cəlb olunan dövriyyəsinin xronometraj üsulu ilə deyil, avadanlıqların işgörmə qabiliyyəti əsasında hesablanmış qaz və elektrik enerji sərfiyyatına əsasən müəyyən etmişdir ki, bu da Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38 və 67-ci maddəsinin pozulması ilə nəticələnmişdir.
12. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı İnzibat i Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X7-məruzəçi, X4 və X5, 2-1(103)-1950/2021 saylı iş) 11 oktyabr 2021-ci il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 5 aprel 2021-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.
14. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin Vergi Məcəlləsinin 67.1-ci maddəsinin 1-9-cu bəndlərində göstərilən əlaqəli məlumatlardan istifadə etməklə vergi orqanlarının ödənilməli olan verginin məbləğini hesablamaq hüququ vardır. Lakin elektrik enerjisi və qaz sərfiyyatı əsas götürülməklə vergi ödəyicisinin dövriyyəsinin müəyyən edilməsi və vergilərin hesablanması qeyd olunan maddənin bəndlərində nəzərdə tutulmamışdır. Həmin maddədən görünür ki, qanunvericilik əlaqəli məlumatların dairəsini konkret olaraq müəyyən etmişdir. Vergi orqanı vergi məbləğini yalnız həmin maddədə qeyd olunan əlaqəli məlumatlardan istifadə etməklə hesablaya bilərdi.
15. Cavabdeh 22 noyabr 2021-ci il tarixdə qərarın surətini almış, 17 dekabr 2021-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilmiş hissədə rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri
16. Apelyasiya instansiyası məhkəməsinin irəli sürdüyü dəlil Vergi Məcəlləsinin 44, 45, 67.1.3, 67.1.9-cu və 83.2.4-cü maddələrinin tələblərinə ziddir. Belə ki, Vergi Məcəlləsinə əsasən səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət inə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda mütəxəssis dəvət oluna bilər, həmçinin ekspertiza təyin oluna bilər.
17. Eyni zamanda vergilərin hesablanması zamanı istifadə edilən qaz və elektrik enerjisi sərfiyyatı barədə əldə olunan əlaqəli məlumatlar rəsmi məlumatlar olmaqla Vergi Məcəlləsinin 67.1.3-cü maddəsinin təsiri altına düşür. Vergi Məcəlləsinin 67.1.3-cü maddəsinə əsasən vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar əlaqəli məlumatların bir növü kimi qeyd edilmişdir. Vergi orqanının yoxlama gedişində Azəriqaz İB və Azərişiq ASC-dən əldə etdiyi məlumatlar vergi ödəyicisinin xərcləri barədə rəsmi hesab edilən məlumatlardır.
18. Ap elyasiya instansiyası məhkəməsinin istinad etdiyi ekspert rəyində həqiqətə uyğun olmayan məlumatlar əks edilmişdir. Belə ki, səyyar vergi yoxlaması zamanı məhsulun faktiki maya dəyərinin tərkibini təşkil edən ayrı-ayrı xərc maddələri nəzərə alınmaqla vergilər hesablanmışdır. "xxxx" ASC-dən və "Azəriqaz" İB-dən alınmış məlumatlar əsasında tərtib edilmiş ekspert və mütəxəssis rəyi əsasında vergi ödəyicisinin vergi tutulan dövriyyəsi müəyyən edilmişdir. Yoxlamaya gəlirdən çıxılan xərclərlə bağlı sənədlər təqdim edilmədiyindən sahibkarın gəlirini bir başa müəyyən etmək mümkün olmamışdır. Sahibkarın gəliri Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.11-ci il tarixli 55 nömrəli Qərarına uyğun olaraq şərti rentabellik səviyyəsi 20% götürülərək he sablanmışdır. Başqa sözlə müəyyən edilmiş vergi tutulan dövriyyənin 80% xərc kimi qəbul edilmişdir. Qeyd edilən 80% xərcdə məhsulun faktiki maya dəyərinin tərkibini təşkil edən ayrı-ayrı xərc maddələrinin hamısı nəzərdə tutulmuşdur.
19. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüququdur. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq
21. Vergi Məcəlləsi: Maddə 32.4. Vergi orqanları vergi nəzarətini vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotunu aparmaqla, uçot və hesabat məlumatlarını yoxlamaqla, əlaqəli məlumatları təhlil etməklə, vergi ödəyiciləri və digə r şəxslər arasında sorğu aparmaqla, gəlir əldə etmək üçün istifadə olunan binalara (ərazilərə) baxış keçirməklə, yaxud həmin obyektlərin fəaliyyəti barədə məlumat toplamaqla və bu Məcəllə ilə müəyyən edilmiş digər formalarda həyata keçirirlər. Maddə 58.1. Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Maddə 67.1. Bu Məcəllənin 37.4-cü v ə 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barə də rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiy i mənbəyi bəlli olan hər hansı digər məlumatlar. (-). 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.3. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. (-). 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Maddə
83. Vergi orqanları tərəfindən vergilərin hesablanması 83.1. Bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilm əsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. (-). 83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: (-); 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. (-). 83.9. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Maddə
220. Sadələşdirilm iş verginin dərəcəsi 220.1. Sadələşdirilmiş vergi (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş fəaliyyətlə məşğul olan və 218.1.2-ci maddəsində göstərilən vergi ödəyiciləri istisna olmaqla) bu verginin ödəyicilərinin malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən əldə etdiyi vəsaitin məbləğindən (ümumi hasilatının həcmindən) və satışdankənar gəlirlərdən 2 faiz dərəcə ilə hesablanır. 220.1-1. Bu Məcəllənin 218.1.2-ci maddəsində göstərilən şəxslər tərəfindən sadələşdirilmiş vergi bu Məcəllənin 219.1-ci maddəsində müəyyən edilmiş vergitutma obyekti üzrə 8 faiz dərəcə ilə hesablanır. (-).
22. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onl arın təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə
58. Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edi lən həddə (həcmdə) dəyişdirilə bilər. (-). 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiya məhkəmələri üçün məcburidir. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
23. Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
24. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəm ə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Cavabdehin 25.04.2019-cu il tarixli qərarı ilə iddiaçıya 2016-cı il üzrə 3058,76 manat sadələşdirilmiş vergi hesablanmış, 1.529,38 manat maliyyə sanksiyası tətbiq edilmiş, 2017-cı il üzrə 5.133,64 manat sadələşdirilmiş vergi hesablanmış, 2.681,58 manat maliyyə sanksiyası tətbiq edilmiş, 2017-cı il üzrə 4.074,36 manat gəlir vergisi hesablanmış, 2.037,18 manat maliyyə sanksiyası tətbiq edilmiş, 2016-cı il üzrə 102,52 manat ödəmə mənbəyində vergi hesablanmış, 51,26 manat maliyyə sanksiyası tətbiq edilmiş, 2017-cı il üzrə 504 manat ödəmə mənbəyində vergi hesablanmış, 252 manat maliyyə sanksiyası tətbiq edilmişdir, 2017-ci ildə vergi hesabatının və arayışın vaxtında verilməməsinə görə 280 manat maliyyə sanksiyası tətbiq edilmişdir, iyul 2017, noyabr 2017, oktyabr 2017, avqust 2017, sentyabr 2017 dövrləri üzrə ƏDV, 2017-ci il üzrə gəlir vergisi, dekabr 2017-ci il üzrə ƏDV üzrə vergi hesabatını və Vergi Məcəlləsinin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı müəyyən edilmiş müddətdə təqdim etmədiyinə görə cəmi 280 manat maliyyə sanksiyası tətbiq edilmişdir.
27. Cavabdeh 17 sentyabr 2018-ci il tarixli mütəxəssis rəyinə əsasən iddiaçını n fəaliyyət göstərdiyi obyektdə elektrik istehlakçılarının gücü və texniki göstəriciləri əsas götürülməklə çörəkxana üzrə minimum qaz və elektrik enerjisinin sərfiyyatı hesablanmış, həmin hesablamalar da əsas götürülməklə iddiaçıya sadələşdirilmiş vergi, həmçinin şərti rentabellik tətbiq etməklə gəlir vergisi hesablanmışdır.
28. Məhkəmə kollegiyası vurğulayır ki, səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə Vergi Məcəlləsinin 67.1-ci maddəsinə görə cavabdehin əlaqəli məlumatlardan istifadə etməklə verginin məbləğini hesablamaq hüququ vardır.
29. Həmçinin Vergi Məcəlləsinin 67.4-cü maddəsinə əsasən, vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsası nda hesablanır.
30. Vergi Məcəlləsinin 67.14-cü maddəsinin tələbinə görə həmin Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır.
31. Vergi Məcəlləsinin 83.9-cu maddəsinə görə vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır.
32. İşdə olan sənədlərdən görünür ki, cavabdeh iddiaçının vergisini müəyyən edərkən Vergi Məcəlləsinin 67-ci maddəsinin ona verdiyi imkanlardan istifadə etməsinə dair hər hansı sübut təqdim etməmiş, əlaqəli məlumatları əldə etməyin mümkün olmamasına dair hər hansı ə saslandırma verməmiş, vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadığı halda, vergilərin analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanmasının mümkünsüzlüyünü bildirməmişdir. 33. 21 yanvar 2020-ci il tarixli “Ekspert rəyi”nə əsasən mütəxəssis tərəfindən faktiki istehsal həcmi müəyyən edilmiş məhsulların faktiki maya dəyəri və maya dəyərinin tərkibini təşkil edən ayrı-ayrı xərc maddələri müəyyən edilmədən, mövcud qurğuların və avadanlığın texniki göstəricilərinə və faktiki enerji və qaz sərfiyyatı əsasında istehsal həcminin hesablanması məhsulun maya dəyəri kalkulyasiyasının prinsiplərinə uyğun olmadığına və bu məlumatlara əsasən vergiyə cəlb olunan dövriyyənin belə qaydada hesablanması Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmadığına görə səyyar vergi yoxlamasının əhatə etdiyi dövr üzrə iddiaçı tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan vergilərin az hesablanması müəyyən olunmamışdır. Bu halda vergi ödəyicisinin öz hesabatları (sadələşdirilmiş və gəlir vergisi üzrə) qəbul oluna bilər.
34. İddiaçının sadələşdirilmiş vergiyə cəlb olunan dövriyyəsinin 223.006,16 manat təşkil etməsi xronometraj üsulu ilə deyil, avadanlıqların işgörmə qabiliyyəti əsasında hesablanmış qaz və elektrik enerji sərfiyyatına əsasən müəyyən edilmişdir ki, bu da yuxarıda qeyd edildiyi kimi Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun deyildir və həmin tələblərin pozulması deməkdir.
35. Cavabdeh müvafiq əlaqəli məlumatlardan istifadə etməmiş və yalnız formal şəkildə ehtimallara söykənən mütəxəssis rəyi əsasında çörək sexində istehsal həcmini müəyyənləşdirərək buna münasib vergi məbləğləri hesablamış, nəticədə iddiaçıya əsassız olaraq vergi məbləği hesablanmış, eləcə də müvafiq maliyyə sanksiyası tətbiq edilmişdir.
36. Odur ki, cavabdehin qərarını ləğv etməklə məhkəmə haqlı olduğundan və cavabdehin şikayətinin dəlilləri əsaslı olmadığından kasasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
37. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1950/2021 saylı, 11 oktyabr 2021-ci il tarixli qərarı