Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-386/2023 01.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: ölkə hüdudlarından kənara çıxışa qoyulmuş məhdudiyyətin qanunsuz hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1986-cı il təvəllüdlü; FİN: xxxxxxx) cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkk il Cinayətkarlıqla Mübarizə İdarəsinə və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi) “ölkə hüdudlarından kənara çıxışa qoyulmuş məhdudiyyətin qanunsuz hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 oktyabr 2022-ci il tarixli, 2-1(103)1795/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2022-ci il tarixli, 007-12648-1002 saylı məktubunda qeyd edilmişdir ki, "xxxx" ASC-nin külli miqdarda pul vəsaitlərinin fiziki və hüquqi şəxslər tərəfindən ələ keçirilm əsi ilə bağlı cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, İddiaçı "xxxx" MMC-nin direktoru olmaqla MMC-nin banka 4.180.183 manat kredit borcu olmuş, sonradan həmin borc üzrə tələb hüququ "xxxx" QSC Bank olmayan Kredit Təşkilatına keçmişdir. Hazırda "xxxx" MMC-nin vəzifəli şəxslərinin əməlinə hüquqi qiymət verilməsi istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilir.
2. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2022-ci il tarixli, 33/2665 saylı məktubunda xx.xx.1986-cı il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası hüdudlarından hərəkətinə Dövlət Sərhəd Xidməti tərəfindən heç bir məhdudiyyət tətbiq olunmadığı qeyd edilmişdir.
3. Nərimanov Rayon Məhkəməsinin 6(005)-82/2020 saylı, 13 noyabr 2020-ci il tarixli qərarı ilə müəyyən olunur ki, Osmanov İlkin Əjdər oğlu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən onun Azərbaycan Respublikasından getməyinə və əmlakına qoyulmuş məhdudiyyətlə bağlı hərəkətlərin qanunsuz hesab edilməsini və ləğv edilməsini xahiş etmişdir. Həmin qərarla şikayət qismən təmin edilmiş, Osmanov İlkin Əjdər oğluna məxsus “Hyundai TG” markalı **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə məhdudiyyətin qoyulmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin vəzifəli şəxslərinin hərəkətləri qanunsuz hesab edilmiş, şikayət qalan hissədə təmin edilməmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6(102)-212/2020 saylı, 17 dekabr 2020-ci il t arixli qərarı ilə Nərimanov Rayon Məhkəməsinin 13 noyabr 2020ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
5. İddiaçı 17 avqust 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər tərəfindən ölkə hüdudlarından kənara çıxışa qoyulmuş məhdudiyyətin qanunsuz hesab edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı (İddiaçı) Dünyamin Xəlilovun rəhbərlik etdiyi “GENERAL CONSTRUCTİON” şirkətlər qrupuna daxil olan "xxxx" MMC- də 2010-cu ilin may ayından 2013-cü ilin iyun ayınadək olan müddətdə “operator” vəzifəsində işləmişdir. Birbaşa vəzifə öhdəliyi Xızı rayonu, Yeni Yaşma qəsəbəsi, Sitalçay adlanan ərazidə 20 ədəd külək elektrik turbinlər inin quraşdırılması və montajında sahə operatoru kimi çalışmaq olmuşdur. 2013-cü ilin iyun ayında layihənin inşası tam olaraq bitdiyindən, iddiaçı öz ərizəsi ilə işdən azad edilmişdir. Lakin 2015-ci ildə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sabiq rəhbərliyinə və Dünyamin Xəlilova qarşı külli miqdarda bank vəsaitlərinin mənimsənilməsi üzrə məhkəmə işi açıldıqdan sonra Dünyamın Xəlilovun qeyri-rəsmi şəkildə rəhbərlik etdiyi "xxxx" MMC və "xxxx" MMC şirkətlərində onun (iddiaçının) təsisçisi olduğu müəssisənin adına "xxxx" ASC-dən götürülmüş və geri qaytarılmamış kredit borclarının olması haqqında məlumat almışdır. İddiaçı həmin müəssisənin "xxxx" ASC-dən aldığı kreditlərlə bağlı 2017-ci ilin mart ayında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılmış və orada şahid qismində ifadə vermişdir. İfadə verərkən ona bildirilmişdir ki, "xxxx" ASC-nin “Mərkəzi” filialında sözügedən müəssisənin ehtiyaclarını qarşılamaq məqsədilə iddiaçının adına kredit rəsmiləşdirilmiş və həmin kreditdən ödənilməmiş məbləğ qalmışdır. Bank qarşısında olan kredit borcunun olması, eyni zamanda cinayət işi üzrə araşdırılmaların davam etdirilməsi səbəbindən iddiaçının ölkədən kənara çıxışına və əmlakına məhdudiyyət qoyulmuşdur və bu məhdudiyyətin aradan qaldırılması üçün qeyd edilən məbləğin tam ödənilməsini təmin etmək lazımdır. Xəlilov və digər aidiyyəti şəxslər (mühasibatlıq) barəsində məhkəmə qərarı ilə müvəqqəti həbs qətimkan tədbiri seçildiyindən və həmin dövrdə onların həbsdə olması səbəbindən, iddiaçı məsələ ilə bağlı müraciət edəcək və borcun ödənilməsini tə min edə biləcək heç bir şəxslə əlaqə yarada bilməmişdir və bu günədək hələ də əlaqə yarada bilməmişdir. Bu səbəbdən Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarını və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin növbəti xəbərini gözləməli olmuşdur. Sözügedən kredit işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində 2017-ci ilin iyul ayında başa çatmış və bu işlə bağlı təqsirli bilinən vəzifəli şəxslər məhkəmənin qərarı ilə cəzalandırılmışlar. İddiaçı həmin prosesə cəlb olunmamışdır. Hətta, o zaman Maliyyə Nazirliyi tərəfindən DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ezam olunmuş və bu iş üzrə araşdırmalar aparan əməkdaş da ifadə verərkən onun (iddiaçının) təqsirsiz olduğunu şifahi şəkildə etiraf etmişdir. Bundan sonra iddiaçı məsələ ilə bağlı Daxili İşlər Nazirliy i Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə bir neçə dəfə gedərək müraciətlər və sorğular etmiş, ancaq bunlar cavabsız və nəticəsiz qalmışdır. 4 aprel 2020-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə elektron məktub şəklində ərizə ilə müraciət etmişdir. DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə də müraciət ünvanlamışlar. Müraciətə cavab olaraq, 6 may 2020-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən onun müraciətinə baxılaraq nəticəsi barədə məlumat veriləcəyi haqda məktub alsa da, həmin tarixdən bu vaxtadək heç bir rəsmi və ya əyani bir cavab verilməmişdir. 4 avqust 2020-ci il tarixdə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə təkrar sorğu ilə müraciət etmiş və bu müraciəti də cavabsız qalmışdır. İdd iaçı 21 noyabr 2020-ci il tarixdə “AZAL”-ın saat 09:10-a təyin etdiyi “J2 177” Bakuİstanbul aviareysi üzrə İstanbula səfər etmək istəyərkən Bakı Hava Limanında pasport nəzarətini həyata keçirən Sərhəd Nəzarəti İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış və Azərbaycan Respublikasının hüdudlarından çıxışına məhdudiyyətin qoyulduğu bildirildikdən sonra hava limanından geri qaytarılmışdır. İddiaçıya şifahi şəkildə bildirilmişdir ki, "Giriş-çıxış və qeydiyyat” İdarələrarası X1 ölkədən çıxışına məhdudiyyətin mövcudluğu göstərilir və bununla bağlı Daxili İşlər Nazirliyinə müraciət etməlidir. Bu səbəbdən, yenidən 5 yanvar 2021-ci il tarixdə X11 ərizə şəklində sorğu ilə müraciət məktubu ünvanlamışdır. Sonuncu rəsmi müraciətdən sonra sözügedən orqan müraciətin nəticəsi barədə ona məlumat verəcəyin i bildirsə də, həmin vaxtdan 7 aya yaxın müddət keçməsinə baxmayaraq, heç bir məlumat əldə edə bilməmişdir. Bu müddət ərəfəsində bir neçə dəfə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getsə də belə, heç bir nəticə əldə edə bilməmişdir. Sərhədkeçmə ilə bağlı iddiaçının üzərində məhkəmənin və heç bir inzibati orqanın rəsmi qərarı olmadığı halda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin onun üzərinə qeyri-rəsmi və qeyri-qanuni bir qadağanı qoyması və bununla bağlı Dövlət Sərhəd Xidmətinə belə bir göstəriş verməsini, yuxarıda qeyd edilən "xxxx" ASC ilə bağlı işin məhkəmə araşdırmasının başa çatmasını, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsini və «Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsini və Azə rbaycan Respublikasının Prezidentinin 22 aprel 2008-ci il tarixli Fərmanının müddəalarını nəzərə alaraq, məhkəmədən Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Dövlət Sərhəd Xidmətinin iddiaçının Azərbaycan Respublikasının hüdudlarından getməyinə qoyulmuş məhdudiyyətlə bağlı hərəkətlərinin qanunsuz müdaxilə hesab edilməsi və bu hərəkətlərdən çəkinməsi barədə qərar qəbul edilməsi xahiş olunur.
7. Cavabdehlər və üçüncü şəxs iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişlər.
8. Bakı İnzibati Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2-1(112)-1976/2022 nömrəli qərarı (hakim: X8) ilə iddia rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, işdə olan sənədlər, o cümlədən cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil C inayətkarlıqla Mübarizə İdarəsinin məhkəməyə ünvanlanmış 11 dekabr 2021-ci il tarixli məktubunda müvafiq cinayət işinin istintaqı zamanı iddiaçının rəhbəri olduğu qurumun (hüquqi şəxsin) "xxxx" ASC-yə 4.180.183 manat kredit borcunun olduğu məlum olmuşdur. Hazırkı məhkəmə icraatında iddiaçı özü də bu halı təkzib etməmişdir. Belə olan halda, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin onun ölkədən çıxışına məhdudiyyət qoyulması ilə bağlı hərəkətləri qanuna zidd qiymətləndirilə bilməz. Digər cavabdeh Azərbaycan Respublikası Sərhəd Xidmətinin hərəkətlərinə gəldikdə isə, “Giriş-çıxış və qeydiyyat" X2-axtarış sisteminə İddiaçı barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıq Mübarizə İdarəsi tərəf indən müvafiq məlumat daxil olduğundan, iddiaçının ölkə hüdudlarından çıxışına cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin də məhdudiyyət qoyması qanunsuz sayılmamalıdır.
10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 oktyabr 2022-ci il tarixli, 2-1(103)-1795/2022 nömrəli qərarı (hakimlər: X9 (sədrlik edən və məruzəçi), X5 və X7) ilə Bakı İnzibati Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qər arın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan hallar, yəni iddiaçının Cəmiyyətin direktoru olduğu, bununla bağlı hal-hazırda işlədiyi yerdən əmək kitabçasının tələb olunub baxış keçirilməsi, Cəmiyyətin bankdan iddiaçının imzasıyla kredit götürməsi, kredit müqaviləsinin tərəfi olduğu, həmin faktlarla bağlı əməlinə hüquqi qiymət verilməsi istiqamətində istintaq hərəkətlərinin hansı mərhələdə olması halları aydınlaşdırılmamışdır. Məhkəmə qərarı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının qanunl a qorunan mənafeyinə toxunmasına baxmayaraq sonuncu prosesə 3-cü şəxs qismində cəlb edilməmişdir. Bakı İnzibati Məhkəməsinin məlum qərarından verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin sözügedən qərarı üzrə iclas protokolunun qərarının iddiaçıya təqdim olunduğu 25 Fevral 2022-ci il tarixə kimi tərtib olunmaması, tələbə baxmayaraq iddiaçının protokolla tanış olmağımın mümkün olmaması (halbuki məhkəmənin iclas protokolu qərarın qəbul olunduğu gündən, yəni 31 yanvar 2022 tarixindən 10 gün müddətində hazır olmalı idi), protokol hazır olmadığı halda qərarın tərtib olunmasının prosessual pozuntu olması, belə ki, sözügedən qərarı oxuyub tanış olarkən guya iddiaçının məhkəmə iclasında rəhbəri olduğu qurumun "xxxx" ASC-yə 4.180.183 manat borcunun olduğunu təkzib edilməməsi, h albuki məhkəmə iclasında belə bir izahat verilməmiş və bu səbəbdən də qərarın iddiaçıya təqdim olunduğu 25 Fevral 2022- ci il tarixdə məhkəməyə ərizə təqdim edərək protokol tərtib olunarkən bu faktın nəzərə alınmasını tələb etməsi halları qeyd olunmasına baxmayaraq apellyasiya məhkəməsi bu hallara ümumiyyətlə qiymət verməmişdir.
15. Şikayətin hüquqi cəhətdən əsaslandırılması üçün Miqrasiya Məcəlləsinin 9cu maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2008-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Giriş-çıxış və qeydiyyat» X2-axtarış sistemi haqqında Əsasnaməyə və İnzibati Prosessual Məcəllənin 12.1, maddəsinə istinad edilmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
16. Cavabdehlər kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişlər. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbay can Respublikası Konstitusiyası: Maddə
28. Azadlıq hüququ İİİ. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər.
18. Miqrasiya Məcəlləsi: Maddə
9. Azərbaycan Respublikası vətəndaşlarının ölkədən getmək və ölkəyə gəlmək hüququ 9.3. Vətəndaşın ölkədən getmək hüququ yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər: 9.3.1. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq tutulduqda və ya barəsində hər hansı qətimkan tədbiri seçildikdə - azad edilənədək, qətimkan tədbirinin müddəti bitənədək və ya qətimkan tədbiri ləğv edilənədək; 9.3.2. məhkum edildikdə – Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən edilmiş əsas cəzasın ı çəkib qurtaranadək və ya bu Məcəllənin 9.3.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, cəzadan azad edilənədək; 9.3.3. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edildikdə – tibbi xarakterli məcburi tədbirlərin tətbiqi ləğv edilənədək; 9.3.4. üzərinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan vəzifələr qoyulmaqla şərti məhkum edildikdə və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdə – müvafiq olaraq sınaq müddəti və ya cəzanın çəkilməmiş hissəsi başa çatanadək və ya şərti məhkumetmə, yaxud üzərinə qoyulmuş vəzifələr vaxtından əvvəl tamamilə ləğv edilənədək; 9.3.4-1. hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər barəsində cəzanın çəkilməsi təxirə salındıqda - məhkəmə məhkum edilmiş şəxsi cəzanın çəkilməmiş hissəsindən azad edənədək və ya məhkum edilmiş şəxs əsas cəzasının qalan hissəsini çəkib qurtaranadək; 9.3.5. müddətli həqiqi hərbi xidmətə çağırıldıqda – müddətli həqiqi hərbi xidmət keçənədək və ya qanuna uyğun olaraq ondan azad edilənədək; 9.3.6. məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək; 9.3.6-1. vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhd əliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək; 9.3.7. beynəlxalq tibbi sanitariya qaydalarına və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq profilaktik peyvəndlər tələb olunan ölkələrə gediş-gəliş zamanı - profilaktik peyvəndlər edilənədək. 9.4. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və qanunve ricilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə qulluq edən hərbi qulluqçular (hərbi attaşelər, hərbi nümayəndələr və onların köməkçiləri istisna olmaqla), habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda beynəlxalq hərbi təlimlərə, antiterror, xilasetmə və xidməti zərurətlə bağlı digər tədbir və ya əməliyyatlara cəlb olunan müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçular müvafiq icra hakimiyyəti orqanlarının rəsmiləşdirilmiş icazəsi olduqda Azərbaycan Respublikasından gedə bilərlər. 9.5. Dövlət sirri ilə işləməyə buraxılmış şəxslərin tanış olmağa buraxıldığı məlumatın məxfilik müddəti bitənədək, lakin 5 ildən çox olmamaq şərti ilə, xarici ölkəyə daimi yaşamağa getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. 9.6. Ölkədən getmək və ölkəyə gəlmək hüququ məhdudlaşdırılan vət əndaşlar barədə məlumatlar “Giriş-çıxış və qeydiyyat” X2-axtarış sisteminin məhdudiyyət siyahılarına daxil edilməli və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusu dəyişdirilməlidir. 19. “Giriş-çıxış və qeydiyyat” X2-axtarış sistemi haqqında Əsasnamə:
1. Bu Əsasnamə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsindən, "Pasportlar haqqında", "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında", "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının qanunlarından və bu sahədə digər normativ hüquqi aktlardan irəli gələn vəzifələrin həyata keçirilməsini təmin edən "Giriş-çıxış və qeydiyyat" X2-axtarış sisteminin aidiyyəti dövlət orqanları və qurumları (bundan sonra – dövlət orqanları) tərəfindən əlaqələndirilmiş qaydada istifadəsinin, inform asiya resurslarının formalaşdırılmasının, uzlaşdırılmasının, aparılmasının, inkişaf etdirilməsinin və informasiya təhlükəsizliyinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir. 2. "Giriş-çıxış və qeydiyyat" X2-axtarış sistemi (bundan sonra - Sistem) - xüsusi təyinatlı dövlət informasiya resursudur. Sistemin əsas təyinatı hüquq mühafizə və digər aidiyyəti dövlət orqanlarının səlahiyyətləri çərçivəsində fəaliyyətinin informasiya təminatından, aşağıdakı məsələlər ilə bağlı sənədləşmə, yoxlama, sorğu və təhlil işlərinin avtomatlaşdırılmasının həyata keçirilməsi vasitəsilə elektron xidmətlərin göstərilməsindən ibarətdir:... 2.4. ölkəyə gəlişinə və ölkədən gedişinə məhdudiyyət qoyulan və ya axtarışda olan şəxslər, nəqliyyat vasitələri üzrə siyahıların aparılması, etibarsız sərhədkeçm ə sənədləri üzrə yoxlamanın aparılması;...
7. Sistem vasitəsilə aşağıdakı informasiya resurslarının formalaşdırılması təmin edilir: 7.3. "Sərhədkeçmə"; 7.4. “Sərhədkeçməyə məhdudiyyət siyahısı”; 7.4-1. “Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısı”;
8. Dövlət orqanları tərəfindən Sistem çərçivəsində qanunvericiliyə uyğun olaraq həyata keçirilən vəzifələr aşağıdakılardır: 8.1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi:... 8.1.12. axtarışda olan, barəsində tutulma haqqında qərar qəbul edilən, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilən, barəsində qətimkan tədbiri seçilən şəxslər haqqında məlumatların "Sərhədkeçməyə məhdudiyyət siyahısı"na daxil edilməsi və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusunun dəyişdirilməsi. 8.1.14. öz səlahiyyətləri daxilin də “Sərhədkeçməyə məhdudiyyət siyahısı”nın aparılması, bu sahədə informasiya proseslərinin idarə və mühafizə edilməsi; 8.4. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti: 8.4.4. axtarışda olan, barəsində tutulma haqqında qərar qəbul edilən, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilən, barəsində qətimkan tədbiri seçilən şəxslər haqqında məlumatların "Sərhədkeçməyə məhdudiyyət siyahısı"na daxil edilməsi və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusunun dəyişdirilməsi;
12. Sistemin tərkibinə daxil olan altsistemlərin fəaliyyəti qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərinə uyğun olaraq müvafiq dövlət orqanları tərəfindən aşağıda göstərilən qaydada təmin edilir: 12.6. “Sərhədkeçməyə məhdudiyyət” altsistemi: 12.6.1. altsistem vasitəsilə qanunvericiliklə mü əyyən olunmuş qaydada aidiyyəti dövlət orqanları tərəfindən verilən məlumatlar Sistemin "Sərhədkeçməyə məhdudiyyət siyahısı"na daxil edilir və sərhədkeçmə nəzarəti zamanı aşağıdakı məqsədlərlə istifadə olunur:
20. İnsan Hüquqlarının və X6 X3 4 saylı protokolu Maddə
2. Hərəkət etmək azadlığı
1. Dövlətin ərazisində qanuni yerləşən hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ var.
2. Hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır.
3. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın mühafizəsi üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiy yətdə zəruri olanlardan başqa heç bir məhdudiyyətlər qoyula bilməz.
4. Birinci bəndə daxil edilmiş hüquqlar xüsusi ərazilərdə qanuna müvafiq olaraq və demokratik cəmiyyətdə ictimai maraqlarla əsaslandırılmış məhdudiyyətlərə məruz qala bilər.
21. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarı: 15.5-ci bənd. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6-cı bənd. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.
22. İnzibati Prosessual Məcəllə: Maddə
1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yen idən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məh kəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməlidir.
26. İlkin olaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən ölkə hüdudlarından kənara çıxışa qoyulmuş məhd udiyyətin qanunsuz hesab edilməsini xahiş etmişdir.
27. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə qarşı iddia mümkün sayılmamalıdır.
28. Belə ki, Nərimanov Rayon Məhkəməsinin 6(005)-82/2020 saylı, 13 noyabr 2020-ci il tarixli qərarı ilə müəyyən olunur ki, Osmanov İlkin Əjdər oğlu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən onun Azərbaycan Respublikasından getməyinə və əmlakına qoyulmuş məhdudiyyətlə bağlı hərəkətlərin qanunsuz hesab edilməsini və ləğv edilməsini xahiş etmişdir. Həmin qərarla şikayət qismən təmin edilmiş, Osmanov İlkin Əjdər oğluna məxsus “Hyundai TG” markalı **-GS- *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə məhdudiyyətin qoyulmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin vəzifəli şəxslərinin hərəkətləri qanunsuz hesab edilmiş, şikayət qalan hissədə təmin edilməmişdir.
29. Eyni tərəflər arasında eyni iddia ilə bağlı əvvəllər məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edildiyindən, başqa sözlə, mövcud mübahisəyə məhkəmə müstəvisində artıq bir dəfə mahiyyəti üzrə hüquqi qiymət verildiyindən və ölkə hüdudlarından kənara çıxışa qoyulmuş məhdudiyyətin qanunsuz hesab edilməsi dair iddianın rədd olunması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduğundan, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburi ol duğundan İPM-in 78-ci maddəsinə və Ali Məhkəmənin Plenum qərarının 15.5 və 15.6-cı bəndlərinə əsasən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır.
30. Odur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə qarşı iddia mümkünlük şərtlərinə cavab vermədiyindən həmin hissədə iddia mümkün sayılmamalıdır.
31. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia icraatı üzrə qeyd edir ki, Miqrasiya Məcəlləsinin 9.6-cı maddəsinə görə ölkədən getmək və ölkəyə gəlmək hüququ məhdudlaşdırılan vətəndaşlar barədə məlumatlar “Giriş-çıxış və qeydiyyat” X2-axtarış sisteminin məhdudiyyət siyahılarına daxil edilməli və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusu dəyişdirilməlidir.
32. Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2008-ci il tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” X2-axtarış sistemi haqqında” Əsasnamə təsdiq edilmişdir.
33. Əsasnaməyə görə bu sistem xüsusi təyinatlı dövlət informasiya resursudur. Sistemin əsas təyinatı hüquq mühafizə və digər aidiyyəti dövlət orqanlarının səlahiyyətləri çərçivəsində fəaliyyətinin informasiya təminatından, aşağıdakı məsələlərlə bağlı sənədləşmə, yoxlama, sorğu və təhlil işlərinin avtomatlaşdırılmasının həyata keçirilməsi vasitəsilə elektron xidmətlərin göstərilməsindən ibarətdir (2-ci bənd): Ölkəyə gəlişinə və ölkədən gedişinə məhdudiyyət qoyulan və ya axtarışda olan şəxslər, nəqliyyat vasitələri üzrə siyahıların aparılması, etibarsız sərhədkeçmə sənədləri üzrə yoxlamanın aparılması (2.4-cü bənd).
34. Bir-birinin təminat vasitələrindən və paylanmış informasiya resurslarından qarşılıqlı istifadə edən altsistemlərdən, aidiyyəti dövlət orqanlarında olan müvafiq lokalı seqmentlərdən ibarətdir. Bunların biri də “sərhədkeçməyə məhdudiyyət” adlanır (6.1 və 6.10- cu bəndlər).
35. Əsasnaməyə görə axtarışda olan, barəsində tutulma haqqında qərar qəbul edilən, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilən, barəsində qətimkan tədbiri seçilən şəxslər haqqında “Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil edilməsi və müvafiq əsaslar aradan qaxdıqda məlumatların aktiv statusunun dəyişdirilməsi öz səlahiyyətləri həddində istintaq və təhqiqat aparan orqanlara DİN, DSX, FHN, DTX, ƏN, VN, Gömrük Komitəsi, Prokurorluq və s. dövlət orqanlarının vəzifələrinə daxildir.
36. Ü zərinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan vəzifələr qoyulmaqla şərti məhkum edilən və ya cəzadan şərti olaraq vaxtında əvvəl azad edilən şəxslər haqqında məlumat isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən sistemə yerləşdirilir. “Sərhədkeçməyə məhdudiyyət” altsistemi adlanan 12.6-cı bənddə qeyd edilir ki, altsistem vasitəsilə qanunvericiliklə müəyyən olunmuş qaydada aidiyyəti dövlət orqanları tərəfindən verilən məlumatlar Sistemin “Sərhədkeçməyə məhdudiyyət siyahısı’na daxil edilir və sərhədkeçmə nəzarəti zamanı aşağıdakı məqsədlərlə istifadə olunur: -sərhədkeçmə zamanı şəxsin saxlanılaraq aidiyyəti dövlət orqanına təhvil verilməsi; -şəxsin sərhədkeçməsinə icazə verilməməsi və geri qaytarılması; -şəxsin sərhədkeçməsinə aidiyyəti dövlət orqanı tərəf indən nəzarətin təmin edilməsi.
37. Məhkəmə kollegiyası vurğulayır ki, “Xlyustov Rusiya Federasiyasına qarşı” işdə Avropa Məhkəməsi 11 iyul 2013-cü il tarixli qərarında qeyd etmişdir ki, “şübhəsiz ki, hazırkı işdə ərizəçinin ölkədən çıxma hüququnu məhdudlaşdıran məhkəmə icraçılarının qərarları onun maraqlarına toxunur və beləliklə, bu qərarlar qətnamə formasında qəbul edilməlidir. Lakin hazırkı işdə olan məhdudiyyətlərin əksəriyyəti “tələb” və “tapşırıq” formasında verilmişdir və məhkəmə icraçıları xidməti tərəfindən Daxili İşlər İdarəsinə və sərhəd nəzarəti xidmətinə ünvanlamış, ölkə məhkəmələri də tətbiq edilən məhdudiyyətlərin qanuniliyini bu sənədlərə əsasən yoxlamışdır (98-ci bənd)...
38. Avropa Məhkəməsi bu cür qərara gəlir ki, ölkə hökuməti işin konkret hallarında bütün müddət ərzin də vətəndaşların ölkəni tərk etmək hüququna müdaxilənin əsaslı və mütənasib olması üzrə öz öhdəliklərini icra etməmişdir (102-ci bənd).
39. CPM-ə görə şəxs barəsində tutulma və hər hansı qətimkan tədbirinin seçilməsi müvafiq olaraq ibtidai istintaq orqanının və məhkəmənin qərarı ilə həyata keçirilir. Əgər belə qərar olmadan şəxsin adı sistemə daxil edilirsə, bu əsasla adi məlumat əsasında Dövlət Sərhəd Xidməti tərəfindən şəxsin ölkədən getmək hüququ məhdudlaşdırılırsa, bu yuxarıda istinad etdiyimiz Avropa Məhkəməsinin qərarına görə qanuni məqsədə cavab verməyəcəkdir.
40. Cavabdeh Dövlət Sərhəd Xidmətinə qarşı tələblə bağlı apellyasiya məhkəməsi cavabdeh tərəfindən Miqrasiya Məcəlləsinin və ““Giriş-çıxış və qeydiyyat” X2-axtarış sistemi haqqında” Əsasnamənin yuxarıda qeyd olunan tələblərinə əməl etməsini araşdırmamış, iddiaçının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına əsas olan halların hər hansı birinin mövcud olmasını müəyyən etməmiş, belə hal olduğu halda isə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən qərar qəbul edilməsini yoxlamamışdır.
41. Avropa Məhkəməsi bu kateqoriya işlərlə bağlı qərarlarında vurğulamışdır ki, bütün hallarda daxili hakimiyyət orqanları şəxsin ölkəsini tərk etmək hüququna qoyulan məhdudiyyəti əvvəlcədən və tətbiq edildiyi müddətdə əsaslandırmalı, işin hallarına nəzərən mütənasib olmasına nəzarət etməlidir. Daxili hakimiyyət orqanları şəxsin sərbəst hərəkət etmə hüququnu məhdudlaşdıran tədbirlərin əsaslandırılmış olub-olmadığını vaxtaşırı nəzərdən keçirmədən onları uzun müddət tətbiq edə bil məz.
42. Hazırkı işdə apellyasiya məhkəməsi iddiaçının ölkəni tərk etmək hüququna qoyulan məhdudiyyəti əsaslandırmamış, işin hallarına mütənasib olmasına qiymət verməmişdir.
43. Odur ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, cavabdeh Dövlət Sərhəd Xidmətinə qarşı tələblə bağlı qeyd olunan hallar araşdırılmalı və araşdırmanın nəticəsindən asılı olaraq hüquqi qiymətləndirmə aparılmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 oktyabr 2022-ci il tarixli, 2-1(103)-1795/2022 nömrəli qərarı ləğv edilsin. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə qa rşı iddia mümkün sayılmasın. Cavabdeh Dövlət Sərhəd Xidmətinə qarşı tələb üzrə iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir.