Məhkəmə qərarları › İş №2-1(102)-386/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-386/2025

23.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-386/2025 23.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 avqust 2024-cü il tarixli, 21(106)-61/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya məxsus xx.xx.1976-cı il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasında onun xx.xx.1976-cı il tarixdən xx.xx.2004-cü il tarixədək əmək fəaliyyəti ilə məşğul olması, o cümlədən xx.xx.1988-ci il tarixdən xx.xx.2004-cü il tarixədək "xxxx" ASC-də işləməsi qeyd edilmişdir. 2. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2020-ci il tarixli, 66 nömrəli arayışında iddiaçının xx.xx.1988-ci il tarixdən xx.xx.2004-cü il tarixə kimi "xxxx" ASC-də fəaliyyət göstərməsi, lakin göstərilən dövr üçün məvacib cədvəllərinin saxlanılmadığı qeyd edilmişdir.

3. İddiaçı cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

4. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********6 nömrəli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən kişilərə yaşa görə (xx.xx.2020-ci il tarixədək 64 yaş 6 ay) əmək pensiyası-fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda təyin edilir. Təqdim etdiyi əmək kitabçasında 1988-2004-cü illərdə "xxxx" ASC-də (əvvəlki adı X1 Zavodu) işlədiyi qeyd olunmasına baxmayaraq, DSMF-nin Lənkəran şəhər filialının göndərdiyi yoxlama aktına əsasən işlədiyi dövrlərin əmək haqqı kitabları müəssisədə saxlanılmadığından, işləmə faktının düzgünlüyünün yoxlanılması mümkün olmadığından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 21.2.1-ci maddəsinə əsasən işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti iş stajına daxil edildiyindən yaşa görə əmək pensiyası hüququndan imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “xx.xx.1988- c i ildən xx.xx.2004-cü ilə kimi "xxxx" ASC-də (əvvəlki adı X1 zavodu) işlədiyi illərin iş stajı kimi nəzərə alınaraq hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1955-ci ildə Masallı rayonu, Boradigah qəsəbəsində anadan olmuş, bu günə kimi bir çox İdarə və müəssisələrdə işləmiş və əmək stajı qazanmışdır. Eləcədə xx.xx.1988-ci ildən xx.xx.2004-cü ilə dək “Lənkəran Məişət-Təmir" ASC-də (əvvəlki adı X1 Zavodu) işəmişdir. Belə ki, "xxxx" ASCdə (əvvəlki adı X1 Zavodu) xx.xx.1988-ci il tarixli, 56 nömrəli əmri ilə işə qəbul edilmiş və xx.xx.2004-cü il tarixli, 10 nömrəli əmrlə işdən azad edilmişdir. Lakin “Lənkəran MəişətTə mir" ASC-nin Arxivində xx.xx.1988-ci ildən xx.xx.2004-cü ilə kimi işlədiyi müddətə dair hər hansı bir sənəd (əmr kitabları və əmək haqqı cədvəlləri) aşkar olunmadığına görə həmin illəri təsdiq edə bilməmişdir. İşləməyi ilə bağlı ona əmək kitabçasıda verilmişdir. Həmin əmək kitabçası əsasında işlədiyi illərin pensiyasına hesablanması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 8 saylı regional ərazi filialına (Masallı rayon şöbəsinə) müraciət etsə də, əmək kitabçasında işlədiyi illərə dair əmirlərin və möhürün olmasına baxmayaraq hal-hazırda “Lənkəran Məişət-Təmir" ASC-də (əvvəlki adı X1 Zavodu) işləməyi ilə bağlı əmr və əmək haqqı cədvəlləri aşkar olunmadığından yuxarıda göstərilən müddətin əmək pensiyasına hesablanm ası mümkün olmadığı bildirilmişdir. Hazırda iş stajını təsdiq edən arxiv arayışı və əmək haqqı cədvəllərini başqa yolla alınması mümkün olmadığından işləməyi ilə bağlı faktın təsdiq olunmasından ötrü məhkəməyə müraciət etməli olmuşdur.

7. Cavabdeh iddiaya dair imtina məktubuna uyğun yazılı etiraz verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi xx.xx.1976-ci il tarixli ПT-l № ******* nömrəli əmək kitabçasına əsasən sığorta stajının tələb olunan 25 il sığorta stajından az olması səbəbilə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı bildirilmişdir. Əmək kitabçasının surətinə əsasən xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək əmək fəaliyyəti dövrü 8 ay 9 gün, xx.xx.1977-ci il tarixdən xx.xx.1988-ci il tarixədək əmək fəaliyyəti dövrü 11 il 6 ay 19 gün, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin xx.xx.2020-ci il tarixli arayışına əsasən xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmət dövrü 2 il 8 gün olmaqla mübahisələndirilməyən ümumi iş stajı 14 il 3 ay 6 gün təşkil edir. xx.xx.1988-ci il tarixdən xx.xx.2004-cü il tarixədək 15 il 11 ay 17 gün əmək fəaliyyəti dövrü mübahisələndirilərək onun ümumi iş stajına daxil edilməmişdir. xx.xx.2020ci il tarixli, ********** nömrəli qarşılıqlı yoxlama aktına əsasən "xxxx" ASC-nin 1991-2004-cü illərə aid əmək haqqı kitabları və 1991-ci ilə aid əmrlər kitabı saxlanılmamışdır.

8. Şirvan İnzibati Məhkəməsinin 25 may 2023-cü il tarixli, 2-1(120)- 378/2023 nömrəli qərarı ilə (hakim H.Nəcəfov) id dia təmin edilərək, iddiaçıya xx.xx.1988-ci ildən xx.xx.2004cü ilə kimi "xxxx" ASC-də (əvvəlki adı X1 zavodu) işlədiyi illərin iş stajı kimi nəzərə alınaraq hüququnun yarandığı tarixdən (xx.xx.2020-ci il) ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

9. Məhkəmə hesab etmişdir ki X4 həqiqətən xx.xx.1988-ci il tarixdən xx.xx.2004-cü il tarixə kimi "xxxx" ASC-də fəaliyyət göstərmişdir. Lakin göstərilən dövr üçün məvacib cədvəlləri, 1991-2004-cü illərə aid əmək haqqı kitabları və 1991-ci ilə aid əmrlər kitabı saxlanılmamış, sənədləri dövlət arxivinə təhvil verilməmişdir. Beləliklə, iddiaçının əmək fəaliyyəti göstərdiyi "xxxx" ASC fəaliyyətdə olan təşkilat olduğu müəyyən edilmişdir. Arxiv və müəssisədə məlumatın olmamasını məhkəmə iddiaçının ziyanına şə rh etmir. Hazırkı halda inzibati orqanların bazasında olan məlumatlar arasında əmək haqqı cədvəllərinin mövcud olmaması iddiaçının pensiya hüququnun təminini istisna edən hal hesab edilməməlidir.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

11. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 avqust 2024-cü il tarixli, 2-1(106)-61/2024 nömrəli qərarı ilə (hakimlər: F.Hüseynov - sədrlik edən və məruzəçi, S.Həsənov və H.Bəhmanov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Şirvan İnzibati Məhkəməsinin 25 may 2023-cü il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi tərəfindən "xxxx" ASC-nin 2001 -2021-ci illərə dair əmrlər kitabı tələb edilərək, kitaba baxış keçirmiş, baxış zamanı vizual olaraq müəyyən edilmişdir ki, X3 05 oktyabr 2004-cü il tarixli, 10 nömrəli əmrlə işdən azad edilməsi barədə əmrin mətni yazılmış hissəyə S.Əliyevanın ad və soyadının alt hissəsində başqa rəngli qələmlə, başqa xətlə İddiaçı adı əlavə edilmiş, həmçinin əmrin mətnində “azad olunsun” ifadəsinə “lar” sonluğu əlavə edilmişdir. Həmçinin kitabda bütün əmrlər latın qrafikası ilə yazılsa da İddiaçı adının yazılışında həm latın, həm də kiril qrafikasından istifadə edilmişdir. Bundan əlavə şahid qismində dindirilmiş Şahid2 yalnız iki şəxsin əmək kitabçalarını doldurduğunu bildirmiş, onlardan biri hazırki iş üzrə İddiaçı, digəri isə məhkəmə kollegiyasının icraatında olan digər iş üzrə iddiaçı X5r. "xxxx" ASC-n in 2001- 2021-ci illərə dair əmrlər kitabına baxış zamanı digər şəxslərə münasibətdə əmrlərdə əlavələr və düzəlişlər edilmədiyi, yalnız həmin şəxslərin işdən azad edilməsi barədə əmrlərin digər şəxslərlə bağlı verilmiş əmrlərə əlavə edildiyi aşkar edilmişdir. "xxxx" ASCnin özəlləşdirmə proqramında (emissiya prospektində) 01 aprel 1998-ci il tarixində səhmləri əmək kollektivinə güzəştlə satın almaq hüququ olan şəxslərin siyahısında İddiaçı adının aşkar edilməməsi onun həmin dövrdə həmin müəssisədə işləməməsinə dəlalət edir.

13. Apellyasiya məhkəməsi "İnzibati icraat haqqında" Qanunun 19.1-ci, “Əmək pensiyaları haqqında” Qanunun 3.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək sta jının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 3-cü bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının 1.1, 3.1, 3.2-ci bəndlərinə istinad etmişdir.

14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin yenidən araşdırılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

15. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, o xx.xx.1988-ci ildən xx.xx.2004-cü ilədək "xxxx" ASC-də (əvvəlki adı X1 Zavodu) işləyib. Lakin inzibati orqan onun həmin illərə dair stajını nəzərə almamışdır. İdarənin və ya dövlət orqanın səhvinə görə vətəndaş məsuliyyət daşımalı deyildir. Onun əmrdən və əmək haqqı cədvlərindən məlumatı olmamışdır. yalnız əmək kitabçası olmuş və həmin kitabçada iş yeri, əmrlər və möhürlər vardır.

16. Kassator hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən X7" Qanunun 3.1.1-ci maddəsi, Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli, 186 saylı qərarı ilə təsdiq edilmiş “işçilərin əmək kitabçasının forması və onun tərtibi haqqında qaydaları”nın tələbləri pozulmuşdur. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim edərək Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 avqust 2024-cü il tarixli, 2-1(106)-61/2024 nömrəli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “İ nzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 19. “Əmək pensiyaları haqqında” Qanun Maddə

7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsind ə qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, id arə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi he sablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydaları: 1.1. əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 3.1. əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin So sial Müdafiəsi Nazirliyinin tabeliyində X2 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. 3.2. işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır.

22. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qi ymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəmə sinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

23. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktı nın qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

27. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etm ələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla belə məhkəmə kollegiyası, aşağıdakıları qeyd etməyi zəruri sayır.

29. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

30. İddia ərizəsindən göründüyü kimi, hazırkı mübahisədə iddiaçının tələbi ona xx.xx.1988-ci ildən xx.xx.2004-cü ilə kimi "xxxx" ASC-də işlədiyi illərin iş stajı kimi nəzərə alınaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsinə yönəlmişdir.

31. Birinci instansiya məhkəməsi iddianı təmin etsə də, lakin apellyasiya məhkəməsi mübahisələndirilən dövr ilə bağlı daha dolğun araşdırma apararaq, qeyd edilən dövrdə iddiaçının həmin müəssisədə işləməməsi qənaətinə gəlmişdir.

32. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin araşdırması ilə razılaşaraq qeyd edir ki, iş materiallarında olan apellyasiya məhkəməsinin sorğularına cavablardan müəyyən olunur ki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli 770 saylı Sərəncamına əsasən X8 Xidməti İstehsalat Kommersiya Zavodunun bazasında "xxxx" ASC yaradılmış və səhmləri xx.xx.2012-ci il tarixə tam özəlləşdirilmiş və müstəqil təsərrüfat subyyektidir. " xxxx" ASC-nin özəlləşdirmə proqramında (emissiya prospektində) 01 aprel 1998-ci il tarixində səhmləri əmək kollektivinə güzəştlə satın almaq hüququ olan şəxslərin siyahısında İddiaçı adı aşkar edilməmişdir.

33. Bundan əlavə iş materiallarında olan iddiaçının işlədiyi iddia etdiyi müəssisənin əmrlər kitabının iddiaçının işdən azad ediləsi əmri olduğu hissədən görünür ki, X3 05 oktyabr 2004-cü il tarixli, 10 nömrəli əmrlə işdən azad edilməsi barədə əmrin mətni yazılmış hissəyə S.Əliyevanın ad və soyadının alt hissəsində başqa xətlə İddiaçı adı əlavə edilmiş, həmçinin əmrin mətnində “azad olunsun” ifadəsinə “lar” sonluğu əlavə edilmişdir. Həmçinin kitabda bütün əmrlər latın qrafikası ilə yazılsa da İddiaçı adının yazılışında həm latın, həm də kiril qrafikasından istifadə edilmişdir.

34. Həm çinin apellyasiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid2 yalnız iki şəxsin əmək kitabçalarını doldurduğunu bildirmiş, onlardan biri hazırki iş üzrə İddiaçı, digəri isə məhkəmə kollegiyasının icraatında olan digər iş üzrə iddiaçı X5r. "xxxx" ASC-nin 2001-2021-ci illərə dair əmrlər kitabına baxış zamanı digər şəxslərə münasibətdə əmrlərdə əlavələr və düzəlişlər edilmədiyi, yalnız həmin şəxslərin işdən azad edilməsi barədə əmrlərin digər şəxslərlə bağlı verilmiş əmrlərə əlavə edildiyi aşkar edilmişdir.

35. Beləliklə iddiaçının adının "xxxx" ASC-nin özəlləşdirmə proqramında (emissiya prospektində) 01 aprel 1998-ci il tarixində səhmləri əmək kollektivinə güzəştlə satın almaq hüququ olan şəxslərin siyahısında aşkar edilməməsi, bundan əlavə iddiaçının adı olan əmək haqqı cədvəll ərinin aşkar olunmaması və yekunda iddiaçının işdən azad edilməsi barədə əmrdə onun adının sonradan əlavə edilməsi onun həmin dövrdə həmin müəssisədə işləməməsinə dəlalət edir.

36. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi iddianın təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olduğundan dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 avqust 2024-cü il tarixli, 2-1(106)-61/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar