Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3864/2025 24.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: Əmək pensiyasının yenidən hesablanmasından imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, IŞIN HALLARI
1. Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ##.##.2023-cü il tarixli, *-**-*/*-*-*****/**** nömrəli qərarı ilə “Əmək pensiyaları haqqında” Qanunun 20.17.2-ci maddəsinə əsasən iddiaçıya ##.##.2023-cü il tarixdən mərhum həyat yoldaşı X3 vaxtilə xidmət keçdiyi sonuncu vəzifə üzrə müvafiq təminat xərcliyinin (1204,72 manat) 80 faizi - 963,78 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir.
2. Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ##.##.2024-cü il tarixli, *-**-*/*-**-****/**** nömrəli arayışında göstərilmişdir ki, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi tərəfindən təqdim olunmuş mərhum X4 dair məlumat vərəqinə əsasən, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən # ### 2023-cü il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinə uyğun olaraq, mərhum Rəşid Musayevin təminat xərcliyinin (vəzifə maaşı 420,00 manat, rütbə maaşı 154,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 40 faizi miqdarında əlavəsi 229,60 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 35 faizi miqdarında əlavəsi 147,00 manat, digər növ əlavəsi 190,12 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla, cəmi təminat xərcliyi 1204,72 manat) 80 faizi - 963,78 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməklə ödənilir. Həmin məlumat vərəqində mərhum Rəşid Musayevin vəzifəsi “Gədəbəy rayon Polis şöbəsinin Baş eksperti”, rütbəsi “R” xidmət müddəti isə 35 il 9 ay 1 gün (təqvimi xidmət illəri 28 il 2 ay 1 gün, güzəştli xidmət illəri 7 il 7 ay) göstərilib.
3. Iddiaçının əmək pensiyasının yenidən hesablanması ilə bağlı Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına etdiyi müraciətə həmin Filialın ##.##.2024-cü il tarixli, *-**-*/*-M-*****/**** nömrəli məktubu ilə imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20.17.2-ci maddəsinə əsasən, ona Mərkəzi Filial tərəfindən # ### 2023-cü il tarixindən mərhum X5 vaxtilə xidmət keçdiyi sonuncu vəzifə üzrə müvafiq təminat xərcliyinin (1204,72 manat) 80 faizi - 963,78 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilib. Qanunun 18.2-ci maddəsinə əsasən, ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinə düşən məbləği Qanunun 13.3-cü və 13.3-1-ci maddələrində nəzərdə tutulmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin hesablanması mexanizminə uyğun olaraq, hesablanmış məbləğin əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bölünməsi yolu ilə müəyyənləşdirilir. Əmək qabiliyyəti olmayan ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyalarının ailəyə düşən ümumi məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Ailə üzvlərindən biri (Qanunun 20.1.13-cü maddəsinə uyğun olaraq ailə başçısının qulluq stajına görə əlavə təyin olunmuş əri (arvadı) və övladları istisna olmaqla) öz seçimi ilə digər növ əmək pensiyasını, yaxud Qanunun 14.4cü maddəsinə əsasən sosial müavinəti (ailə başçısını itirməyə görə müavinət istisna olmaqla) aldıqda, ona ailə başçısının itirilməsinə görə düşən əmək pensiyasının məbləği digər ailə üzvləri arasında bölüşdürülməklə onların əmək pensiyasının məbləği yenidən hesablanır. Qanunun 18.3-cü maddəsinə əsasən, vəfat etmiş ailə başçısı yaşa və ya əlilliyə görə əmək pensiyaçısı olmuşdursa, ailə üzvləri üçün ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin (Qanunun 29.1-ci maddəsi nəzərə alınmaqla) məbləği vəfat etmiş ailə başçısına təyin edilmiş yaşa və ya əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyətli olmayan ailə üzvlərinin sayına nisbəti şəklində müəyyənləşdirilir. Vəfat etmiş ailəbaşçısının vəfat etdiyi tarixə əmək pensiyasının yenidən hesablanmasında istifadə olunmamış pensiya kapitalı ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı zamanı nəzərə alınır. Bununla əlaqədar olaraq bildirilir ki, mərhum Rəşid Musayevin vaxtilə ona pensiya təyin edildikdən sonra işləyən əmək pensiyaçısı kimi topladığı pensiya sığorta kapitalı ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən nəzərə alınıb. Belə ki, # ### 2023-cü il tarixinə mərhum Rəşid Musayevin əmək pensiyasının sığorta hissəsi 279,07 manat təşkil edib. Rəşid Musayevin vəfat etdiyi tarixədək əmək pensiyaçısı kimi işlədiyi dövrlərdə topladığı sığorta kapitalı 13310,75 manat təşkil edib. Qanunun 18.2-ci maddəsinə əsasən 13310,75 manat sığorta kapitalı 144 aya bölünərək 92,44 (13310,75:144) manat müəyyən edilib. Nəticədə, iddiaçının əmək pensiyasının sığorta hissəsi 371,51 (279,07+92,44) manat, qulluq stajına görə əlavə hissəsi isə 592,27 manat təşkil edib. Qanunun 29-cu maddəsinə əsasən pensiya məbləğinin cari ilin 1 yanvar tarixindən indeksləşdirilməsi nəticəsində əmək pensiyasının sığorta hissəsi 413,12 manat, qulluq stajına görə əlavəsi isə 658,60 manat təşkil edir. Əmək pensiyasının məbləği cəmi 1071,72 (413,12+658,60) manat olmaqla müvafiq kart hesabına köçürülür.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI
a) birinci instansiya məhkəməsində icraat 4.
5. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ## ### 1948-ci il tarixdə doğulmuşdur. X1 vəfatı ilə əlaqədar ona Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən # ### 2023-cü il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinə uyğun olaraq, mərhum Rəşid Musayevin təminat xərcliyinin (vəzifə maaşı 420,00 manat, rütbə maaşı 154,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 40 faizi miqdarında əlavəsi 229,60 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 35 faizi miqdarında əlavəsi 147,00 manat, digər növ əlavəsi 190,12 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla, cəmi təminat xərcliyinin (1204,72 manat) 80 faizi - 963,78 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməklə ödənilir (cavabdehin verdiyi cavab məktubuna əsasən, məktub əlavə edilir). Eyni zamanda, verilmiş cavabda qeyd edir ki, Qanunun 18.3-cü maddəsinə əsasən, vəfat etmiş ailə başçısı yaşa və ya əlilliyə görə əmək pensiyaçısı olmuşdursa, ailə üzvləri üçün ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin (Qanunun 29.1-ci maddəsi nəzərə alınmaqla) məbləği vəfat etmiş ailə başçısına təyin edilmiş yaşa və ya əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyətli olmayan ailə üzvlərinin sayına nisbəti şəklində müəyyənləşdirilir. Vəfat etmiş ailə başçısının vəfat etdiyi tarixə əmək pensiyasının yenidən hesablanmasında istifadə olunmamış pensiya kapitalı ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı zamanı nəzərə alınır. Onu da qeyd edirlər ki, mərhum Rəşid Musayevin vaxtilə ona pensiya təyin edildikdən sonra işləyən əmək pensiyaçısı kimi topladığı pensiya sığorta kapitalı ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən nəzərə alınıb. Belə ki, # ### 2023-cü il tarixinə mərhum Rəşid Musayevin əmək pensiyasının sığorta hissəsi 279,07 manat təşkil edib. Rəşid Musayevin vəfat etdiyi tarixədək əmək pensiyaçısı kimi işlədiyi dövrlərdə topladığı sığorta kapitalı 13310,75 manat təşkil edib. Qanunun 18.2-ci maddəsinə əsasən 13310,75 manat sığorta kapitalı 144 aya bölünərək 92,44 (13310,75:144=92,44) manat müəyyən edilib. Nəticədə, əmək pensiyasının sığorta hissəsi 371,51 (279,07+92,44) manat, qulluq stajına görə əlavə isə 592,27 manat təşkil edir. Bununla əlaqədar olaraq bildirir ki, məktubda mərhum X3 fərdi hesabında olan pensiya kapitalından xeyrinə istifadə olunduğu yazılsa da, bu real pensiya məbləğində görünmür. Belə ki, onların da qeyd etdiyi kimi, ona vəfat etmiş X1n yalnız təminat xərcinin - 1204,72 manat * 80 faizi =963,78 manat pensiya təyin olunmuşdur. Fərdi hesabda yığılan 13310,75:144=92,43 manat isə pensiyanın qulluq stajına əlavə azaldılmaqla formal şəkildə pensiyanın sığorta hissəsinə əlavə olunmuşdur, nəticədə cəm dəyişməmişdir. Fərdi hesabda yığılan 13310,75 manat pensiya sığorta kapitalı 144-ə yox, mərhum X3 pensiyaya çıxdıqdan sonra işlədiyi ayların sayının azaldılması ilə (lakin 72 aydan az olmamaqla) alınan rəqəmə bölünməlidir. Alınmış məbləğ pensiyanın qulluq stajına əlavəsi azaldılmamaqla mövcud (963,78 manat) pensiya məbləğinə əlavə edilərək ##.##.2023-cü il tarixdən hesablanaraq ödənilməlidir. # ###### 2023-cü il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 29.2-ci maddəsi ləğv edildiyindən, pensiyanın sığorta hissəsinin artımı qədər qulluq stajına əlavənin azaldılması, ümumiyyətlə, qanunauyğun deyildir. Daha sonra onların fikirlərində yanıldıqlarını zənn edərək ##.##.2024-cü il tarixdə həmin məzmunlu təkrar müraciət etmişdir. Cavab eyni ilə əvvəlki kimi olmuşdur, pensiyasında heç bir artım olmadı. Hesab edir ki, cavabdeh düzgün qərar verməmişdir, müraciəti tarixinə X3 fərdi hesabında toplanmış pensiya kapitalı qanunda nəzərdə tutulmuş (“Əmək pensiyaları haqqında” Qanunun 37.3.2-1-ci və 45-ci maddələri) qaydada hesablanaraq mövcud 963,78 manat pensiya məbləğinə əlavə edilməlidir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur.
6. Cavabdehin iddiaya qarşı yazılı etirazı imtinada göstərilən dəlillərlə əsaslandırılmışdır.
7. Gəncə Inzibati Məhkəməsinin (hakim: G.T.Əliyeva) ## ##### 2025-ci il tarixli, 2- 1(114) ***/**** nömrəli qərarı ilə iddianın təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ailə başçısını itirməyə görə əmək pensiyasının tərkib hissəsi yalnız sığorta hissəsindən ibarət olduğundan. mərhum Rəşid Musayevin işləyərək topladığı pensiya kapitalının 144-ə bölünməsindən əldə edilmiş 92,44 manat məbləğ iddiaçıya təyin edilmiş ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin üzərinə gəlməklə, pensiyanın məbləği 1071,72 manat məbləğində müəyyən edilmişdir. Bu halda cavabdeh orqan tərəfindən iddiaçının əmək pensiyası təminatının həyata keçirilməsi zamanı iddiaçının qanunla qorunan hər hansı hüquqları pozulmamışdır.
9. Iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsində icraat
10. Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: A.V.Bayramov /sədrlik edən və məruzəçi/, Ş.Q.Rzaquliyev və A.V.Isgəndərova) ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd etmişdir: 11.1. ## ### 2023-cü il tarixinə R.A.Musayevin əmək pensiyasının sığorta hissəsi 279,07 manat təşkil etmişdir. Həmçinin, onun vəfat etdiyi tarixədək əmək pensiyaçısı kimi işlədiyi dövrlərdə topladığı pensiya kapitalı ümumilikdə 13310,75 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun yuxarıda istinad olunan 18.2-ci və 18.3-cü maddələrinə əsasən 13310,75 manat pensiya sığorta kapitalı 144 aya bölünərək 92,44 (13310,75:144) manat müəyyən edilmişdir. Nəticədə, İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsi 371,51 (279,07+92,44) manat və qulluq stajına görə əlavəsi 592,27 manat təşkil etmişdir. Daha sonra, Qanunun 29-cu maddəsinə əsasən, ümumi pensiya məbləğlərinin # ###### 2024-cü il tarixindən 11,2 faiz indeksləşdirilməsi nəticəsində İddiaçı əmək pensiyasının sığorta hissəsi 413,12 manat və qulluq stajına görə əlavəsi isə 658,60 manat olmaqla, cəmi 1071,72 (413,12+658,60) manat təşkil etmişdir. Beləliklə, yuxarıda qeyd olunan qanunvericilik normalarının əlaqəli təhlilindən də müəyyən olunur ki, digər pensiya növlərindən fərqli olaraq, ailə başçısını itirməyə görə əmək pensiyası yalnız sığorta hissəsindən ibarətdir. Bu səbəbdən də mərhum Rəşid Musayevin işləyərək topladığı pensiya kapitalının 144-ə bölünməsindən əldə edilmiş 92,44 manat məbləğ iddiaçıya təyin edilmiş ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin üzərinə gəlməklə, pensiyanın məbləği 1071,72 manat məbləğində müəyyən edilmişdir. Odur ki, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən iddiaçının əmək pensiyası təminatının həyata keçirilməsi zamanı iddiaçının qanunla qorunan hər hansı hüquqları pozulmamışdır. 11.2. Əlavə olaraq qeyd edilməlidir ki, iddiaçı ərizəsinin əsasları kimi əmək pensiyasının yenidən hesablanması haqqında Qanunun 29.2-ci və 37.3.1-ci maddəsinə istinad etsə də, qeyd olunan maddələr yaşa və əlilliyə görə əmək pensiyalarının yenidən hesablanmasını tənzimləyir. Ailə başçısını itirməyə görə əmək pensiyasının hesablanmasına şamil olunmur. Belə ki, ##.##.2023-cü il tarixindən tətbiq olunan dəyişikliyə əsasən, həmin tarixdən etibarən müvafiq kateqoriyadan olan şəxslərin əmək pensiyaları yenidən hesablanarkən sığorta hissəsi artırıldıqda qulluq stajına görə əlavənin məbləği həmin artımlar qədər azaldılmır. Yəni, artım məbləği pensiyanın sığorta hissəsinə deyil, əlavələrlə birlikdə ümumi məbləğinə əlavə edilərək hesablanır. Aydındır ki, həmin şəxslərin fərdi hesablarında toplanmış pensiya kapitalı müraciət etdikləri tarixdə qüvvədə olan qanunvericiliyə əsasən pensiyalarının sığorta hissəsinin yenidən hesablanması məqsədilə artıq istifadə olunub və hazırda onların fərdi hesabında istifadə olunmamış pensiya kapitalı mövcud deyil (işləməyənlərə münasibətdə mövcud deyil, işləməyə davam edən şəxslərə münasibətdə isə yalnız sonradan qeydə alınan pensiya kapitalı mövcuddur). Bu səbəbdən də ##.##.2023-cü il tarixindən qüvvədə olan normalara əsasən onların əmək pensiyasının yenidən hesablanması istər nəzəri-hüquqi, istərsə də praktiki-proqram təminatının imkanları baxımından mümkün deyil.
12. Iddiaçı kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a) kassasiya şikayətinin dəlilləri
13. Iddiaçı kassasiya şikayətini iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırmışdır.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ
15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. Maddə 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. Maddə 4.4. Ailə başçısını itirməyə görə əmək pensiyası sığorta hissəsindən ibarətdir. Maddə 17.1. Ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Maddə 18.2. Ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyəti olmayan ailə üzvlərinin hər birinə düşən məbləği bu Qanunun 13.3-cü və 13.3 1-ci maddələrində nəzərdə tutulmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin hesablanması mexanizminə uyğun olaraq hesablanmış məbləğin əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bölünməsi yolu ilə müəyyənləşdirilir. Əmək qabiliyyəti olmayan ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyalarının ailəyə düşən ümumi məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Ailə üzvlərindən biri (bu Qanunun 20.1.13-cü maddəsinə uyğun olaraq ailə başçısının qulluq stajına görə əlavə təyin olunmuş əri (arvadı) və övladları istisna olmaqla) öz seçimi ilə digər növ əmək pensiyasını, yaxud bu Qanunun 14.4-cü maddəsinə əsasən sosial müavinəti (ailə başçısını itirməyə görə müavinət istisna olmaqla) aldıqda ona ailə başçısının itirilməsinə görə düşən əmək pensiyasının məbləği digər ailə üzvləri arasında bölüşdürülməklə onların əmək pensiyasının məbləği yenidən hesablanır. Maddə 18.3. Vəfat etmiş ailə başçısı yaşa və ya əlilliyə görə əmək pensiyaçısı olmuşdursa, ailə üzvləri üçün ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin (bu Qanunun 29.1-ci maddəsi nəzərə alınmaqla) məbləği vəfat etmiş ailə başçısına təyin edilmiş yaşa və ya əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyətli olmayan ailə üzvlərinin sayına nisbəti şəklində müəyyənləşdirilir. Vəfat etmiş ailə başçısının vəfat etdiyi tarixə əmək pensiyasının yenidən hesablanmasında istifadə olunmamış pensiya kapitalı ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı zamanı nəzərə alınır. Maddə 20.17. Bu Qanunun 20.1.13-cü maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar da nəzərə alınmaqla ailə başçısının təminat xərcliyinin məbləğinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu Qanuna uyğun olaraq təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər təyin edilir.
16. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. Inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Maddə 61.4. Inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur.
17. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
18. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyindən, həmin qərar kassasiya şikayətinin hədlərində maddi və prosessual hüquq normalarının düzgün tətbiqi baxımından yoxlanılır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
20. Məhkəmə kollegiyası aşağıda göstərilən əsaslara görə hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəyə tətbiq edilməli maddi hüquq normalarını düzgün müəyyən etmiş və işin nəticəsinə təsir edə biləcək prosessual hüquq pozuntusuna yol verməmişdir. Buna görə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
23. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə əmək pensiyasının yenidən hesablanması ilə bağlı lazımi qaydada araşdırma aparmış, haqlı olaraq birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə mövqeyi ilə razılaşmışdır.
24. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
25. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
26. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.