Məhkəmə qərarları › İş №2-1(102)-3867/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3867/2025

15.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3867/2025 15.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pensiya təminatı sistemi; qanunvericilikdə edilən dəyişikliklərin Konstitusiyanın 25-ci maddəsinin İ hissəsində nəzərdə tutulan bərabər yanaşma və Konstitusiyanın 149-cu maddəsinin İ hissəsində nəzərdə tutulan haqq-ədalət və bərabər mənafelərə bərabər münasibət prinsiplərinin tətbiqi baxımından qiymətləndirilməsi; qanunvericinin və digər normayaratma subyektlərinin real iradəsi və normativ ardıcıllıq; fərqli rəftarın obyektiv və ağlabatan səbəblərlə əsaslandırılmalı olması; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “yeni məlumat vərəqinin göndərilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. İddiaçı ##.##.2000-ci il tarixdən ##.##.2022-ci il tarixədək gömrük orqanlarında xidmət keçmiş və ##.##.2022-ci il tarixdə xidmətdə olmanın son yaş həddinə çatdığı üçün onun xidmətinə xitam verilmişdir.

2. Cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş ##.##.2022-ci il tarixli məlumat vərəqinə əsasən, iddiaçının cəmi iş stajı 39 il 4 ay 25 gün (24 il 6 ay 12 gün təqvimi xidmət müddəti, 12 il 11 ay 6 gün iş stajı, 1 il 11 ay 7 gün ali təhsili), sonuncu xidmət keçdiyi vəzifəsinə uyğun vəzifə maaşı 540 manat, rütbə maaşı 154 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 30 faizi miqdarında əlavə 208,20 manat, ərzaq payı əvəzinə kompensasiya 32 manat, digər növ əlavələr 108 manat olmaqla cəmi təminat xərcliyi 1042,20 manat təşkil edir.

3. İddiaçıya ##.##.2022-ci il tarixdən 26 il 5 ay xidmət müddətinə müvafiq olaraq 1042,20 manat təminat xərcliyinin 67,83 faizi miqdarında (706,92 manat) xüsusi rütbəli şəxs kimi yaşa görə əmək pensiyası təyin edilmişdir.

4. İddiaçı cavabdehə müraciət edərək, Dövlət Gömrük Komitəsinin xüsusi rütbəli əməkdaşı kimi büdcədənkənar vəsaitin 60 faizi hesabına onun aylıq vəzifə maaşına ödənilmiş əlavə təminat xərcliyinin tərkibində göstərilməklə yeni məlumat vərəqinin tərtib edilərək Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına göndərilməsini xahiş etmiş, lakin cavabdeh tərəfindən onun müraciəti təmin olunmamışdır.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, əməkhaqqı ilə birlikdə digər növ 60% vəsaitdən (Dövlət Gömrük Komitəsinin xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilən 60 faiz vəsaitdən) məcburi dövlət sığorta haqqının ödənilməsi nəzərə alınaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2017-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”nda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli, *** nömrəli qərarında dəyişiklik edilməsi haqqında” ##.##.2022-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə, 149-cu maddəsinin VII bəndinə, həmçinin “Sosial sığorta haqqında” Qanuna əsasən, əmək pensiyasının yenidən hesablanması üçün ona aid məlumat vərəqində əməkhaqqı qrafasında aldığı 60% əlavənin məbləği göstərilməklə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. Birinci instansiya məhkəməsi tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində iş üzrə məhkəmə icraatına cəlb edilmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddiaçı barəsində təqdim edilmiş məlumat vərəqində işlədiyi dövrdə aldığı aylıq məvacibinə əlavə olunan 60% məbləğ göstərilmədiyindən, ona xüsusi rütbəli şəxs kimi yaşa görə əmək pensiyası təyin edilən zaman həmin məbləğ nəzərə alınmamışdır. İddiaçının həmin məbləğ göstərilməklə yeni məlumat vərəqinin pensiya təyin edən orqana göndərilməsi barədə müraciəti cavabdeh tərəfindən əsassız olaraq təmin edilməmişdir. Bununla da cavabdeh iddiaçının konstitusion hüquqlarını pozmuşdur.

8. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, Komitə sədrinin ##.##.2019-cu il tarixli, ****/***Ş nömrəli əmri ilə xidmətdə olmanın son yaş həddinə çatdığına görə iddiaçının gömrük orqanlarında xidmətinə xitam verilmişdir. İddiaçı barəsində məlumat vərəqi “Əmək pensiyaları haqqında” Qanuna və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, *** nömrəli qərarına uyğun olaraq hazırlanmış və pensiya təyin edən orqana təqdim edilmişdir. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulmasından söhbət gedə bilməz. Qanuni əsaslar müəyyən olunmadığından iddianın rədd edilməsi xahiş olunur.

9. Üçüncü şəxs iddiaya münasibət bildirərək qeyd etmişdir ki, qanunvericilik hərbi qulluqçulara və xüsusi rütbəli şəxslərə münasibətdə pensiyanın təyin olunmasını və müvafiq olaraq pensiyanın yenidən hesablanmasını xidmət keçdiyi orqan tərəfindən məlumat vərəqinin təqdim edilməsi ilə şərtləndirir. Hazırkı iş üzrə iddiaçının xidmət keçdiyi orqan tərəfindən yeni məlumat vərəqi təqdim edildiyi halda, həmin məlumat vərəqinə əsasən iddiaçının müraciətinə baxıla bilər.

10. Bakı İnzibati Məhkəməsinin (hakim: Emin Abdullayev) ## ##### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qeyd edilən vəsait yalnız ##.##.2022-ci ildən sonra büdcə vəsaitinə çevrilmiş, həmin tarixə qədər isə büdcədənkənar vəsait kimi ödənilmişdir. İddiaçı ##.##.2022-ci il tarixdə əmək pensiyasına çıxmış və gömrük orqanlarında xidmət keçdiyi vaxt Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaiti büdcədənkənar vəsait kimi almışdır. Büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlərin isə təminat xərcliyinə daxil edilməsi yolverilməzdir. Bu səbəbdən iddiaçının aldığı həmin vəsait onun məlumat vərəqinə daxil edilə və əmək pensiyasının hesablanması zamanı nəzərə alına bilməz.

12. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

apellyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Günel Abbasova /sədrlik edən və məruzəçi/, Aytən Oruczadə və Elvin Əliyev) ## ######## 2025ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

Kassasiya şikayətinin dəlilləri

16. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təşkil edir.

Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Maddə 149. Normativ hüquqi aktlar İ. Normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır. VII. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

19. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu Maddə 1. X2 istifadə olunan əsas anlayışlar 1.0.13. normayaratma fəaliyyəti – normativ hüquqi aktların hazırlanması, ekspertizası, qəbul olunması, onlarda dəyişikliklər edilməsi, onların şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi üzrə fəaliyyət; 1.0.14. normayaratma fəaliyyətinin subyekti – normayaratma fəaliyyətində iştirak edən orqanlar (şəxslər); 1.0.17. normayaratma orqanı – normativ hüquqi aktları qəbul etmək səlahiyyətinə malik olan dövlət orqanı; 1.0.18. normayaratma prosesi – dövlət orqanının normativ hüquqi aktların hazırlanması, qəbul olunması və qüvvəyə minməsi üzrə normayaratma fəaliyyəti; Maddə 8. Normayaratma fəaliyyətinin əsas prinsipləri 8.0. Normayaratma fəaliyyəti Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İ hissəsində göstərilən prinsiplərlə yanaşı, aşağıdakı prinsiplər əsasında həyata keçirilir: 8.0.1. Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluq və qanunların üstünlüyü; 8.0.2. aşağı dövlət orqanlarının aktlarının yuxarı dövlət orqanlarının aktlarına uyğunluğu; 8.0.3. beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarının üstünlüyü; 8.0.4. mütənasiblik; 8.0.5. dövlət orqanlarının vətəndaşlar qarşısında cavabdehliyi; 8.0.6. normayaratma fəaliyyətinin demokratikliyi və şəffaflığı; 8.0.7. normativ hüquqi aktların ziddiyyətsizliyi; 8.0.8. insanların hüquq və azadlıqlarının, onların qanuni maraqlarının müdafiəsi və sosial ədalət; 8.0.9. ictimai münasibətlərin hüquqi tənzimlənməsinin sistemliliyi və kompleksliyi.

20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (2019cu il ######ın #-ə qədər olan redaksiyada) Maddə 1. Əsas anlayışlar 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir;. 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur;. 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. 1.0.4. xüsusi rütbəli şəxslər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; 1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir (## ###### 2018-ci il tarixli ****-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilən tarixədək); Maddə 20.14. Bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə – 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin – 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla (## ###### 2023-cü il tarixli ****-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilən tarixədək).

21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” ## ###### 2018-ci il tarixli, ****-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu Maddə 1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilsin: 1.1. 1.0.5-ci maddəyə “digər əlavələrdən” sözlərindən sonra “(büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla)” sözləri əlavə edilsin; 1.2. aşağıdakı məzmunda, 5.3-cü, 20.30-cu və 22-1-ci maddələr əlavə edilsin: ... “20.30. Bu maddədə nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır.”; Maddə 2. Bu Qanun 2019-cu il ######ın #-dən qüvvəyə minir.

22. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il ## ####### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”nda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli, *** nömrəli qərarı

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il ## ####### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”nın 1.3-cü bəndi aşağıdakı redaksiyada verilsin: “1.3. Vəsaitin 60 (altmış) faizi dövlət büdcəsinə köçürülür və həmin vəsait tam həcmdə Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilir.”.

2. Bu Qərar 2022-ci il ####un #-dən qüvvəyə minir.

23. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il ## ####### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”nda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il ## ##### tarixli, *** nömrəli qərarı ilə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”nın 1.2-ci və 1.3-cü bəndləri yeni redaksiyada verilmişdir: 1.2. “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il ## ######## tarixli *** nömrəli Fərmanının 28.13.1-ci yarımbəndi nəzərə alınmaqla, vəsaitin qalan hissəsinin 60 faizi dövlət büdcəsinə köçürülür və həmin vəsait tam həcmdə Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə sərf edilir. 1.3. Bu Qaydanın 1.2-ci bəndi nəzərə alınmaqla, vəsaitin qalan hissəsi gömrük orqanlarının, Komitənin tabeliyində olan qurumların maddi-texniki və sosial bazasını möhkəmləndirmək, habelə gömrük işi sahəsində elmi-texniki potensialın artırılmasına, elmi tədqiqat işlərinin, o cümlədən gömrük tənzimlənməsi vasitələrinin tətbiqi ilə bağlı tədqiqatların aparılmasına, beynəlxalq təcrübədə qəbul olunan yeni metod və üsulların öyrənilməsinə sərf etmək məqsədilə Komitənin hesabına köçürülür.

24. Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2022-ci il # ###### tarixli, ***-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 334-cü maddəsi aşağıdakı redaksiyada verilsin: Maddə 334. Digər vəsaitlər 334.1. Gömrük orqanları tərəfindən gömrük işi sahəsində aşkar edilmiş cinayətlər və gömrük qaydaları əleyhinə inzibati xətalar haqqında işlər üzrə məhkəmələrin qərarları əsasında dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin satışından əldə edilən vəsait, cərimələr və bu Məcəllənin 224.1.5-ci və 224.1.6-cı maddələrində nəzərdə tutulan gömrük ödənişlərinin (bundan sonra – vəsait) 93 faizi müvafiq icra hakimiyyəti orqanının hesabına köçürülür və aşağıdakı məqsədlərə sərf edilir: 334.1.1. müvafiq icra hakimiyyəti orqanının işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə; 334.1.2. dövlət büdcəsinə köçürülməklə müvafiq icra hakimiyyəti orqanının xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə; 334.1.3. gömrük orqanlarının, müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan qurumların maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə, habelə gömrük işi sahəsində elmi-texniki potensialın artırılmasına, elmi tədqiqat işlərinin, o cümlədən gömrük tənzimlənməsi vasitələrinin tətbiqi ilə bağlı tədqiqatların aparılmasına, beynəlxalq təcrübədə qəbul olunan yeni metod və üsulların öyrənilməsinə. 334.2. Bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş vəsaitin 7 faizi dövlət büdcəsinə köçürülür. 334.3. Bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş vəsaitin bölgüsü və ondan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.”. Qeyd : Əvvəlki redaksiyada deyilirdi: Maddə 334. Digər vəsaitlər Gömrük orqanları tərəfindən gömrük işi sahəsində aşkar edilmiş cinayətlər və gömrük qaydaları əleyhinə inzibati xətalar haqqında işlər üzrə məhkəmələrin qərarları əsasında dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin satışından əldə edilən vəsait, cərimələr və bu Məcəllənin 224.1.5-ci və 224.1.6-cı maddələrində nəzərdə tutulan gömrük ödənişlərinin 93 faizi müvafiq icra hakimiyyəti orqanının hesabına köçürülür və müvafiq icra hakimiyyəti orqanının işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə, həmçinin gömrük orqanlarının, müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan qurumların maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə, habelə gömrük işi sahəsində elmi-texniki potensialın artırılmasına, elmi tədqiqat işlərinin, o cümlədən gömrük tənzimlənməsi vasitələrinin tətbiqi ilə bağlı tədqiqatların aparılmasına, beynəlxalq təcrübədə qəbul olunan yeni metod və üsulların öyrənilməsinə sərf olunur, qalan hissəsi isə dövlət büdcəsinə köçürülür. Bu vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. # ### 2020-ci il tarixli, **-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 334-cü maddəsinin birinci cümləsində “ödənişləri” sözü “ödənişlərinin 93 faizi” sözləri ilə, hər iki halda “müvafiq icra hakimiyyəti orqanlarının” sözləri “müvafiq icra hakimiyyəti orqanının” sözləri ilə, “hesablarına” sözü “hesabına” sözü ilə əvəz edilmişdir və həmin cümləyə “olunur” sözündən sonra “, qalan hissəsi isə dövlət büdcəsinə köçürülür” sözləri əlavə edilmişdir. Əvvəlki, ## ##### 2017-ci il tarixli, ***-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 334-cü maddəsi aşağıdakı redaksiyada olmuşdur: “Gömrük orqanları tərəfindən gömrük işi sahəsində aşkar edilmiş cinayətlər və gömrük qaydaları əleyhinə inzibati xətalar haqqında işlər üzrə məhkəmələrin qərarları əsasında dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin satışından əldə edilən vəsait, cərimələr və bu Məcəllənin 224.1.5-ci və 224.1.6-cı maddələrində nəzərdə tutulan gömrük ödənişləri müvafiq icra hakimiyyəti orqanlarının hesablarına köçürülür və müvafiq icra hakimiyyəti orqanlarının işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə, həmçinin gömrük orqanlarının, müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan qurumların maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə, habelə gömrük işi sahəsində elmi-texniki potensialın artırılmasına, elmi tədqiqat işlərinin, o cümlədən gömrük tənzimlənməsi vasitələrinin tətbiqi ilə bağlı tədqiqatların aparılmasına, beynəlxalq təcrübədə qəbul olunan yeni metod və üsulların öyrənilməsinə sərf olunur. Bu vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.”.

25. “Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il # ###### tarixli, ***-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il ## ######## tarixli, *** nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il28 dekabr tarixli, **** nömrəli Fərmanı 2.6. 28.13.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin: “28.13.2. bu Fərmanın 28.13.1-ci yarımbəndi nəzərə alınmaqla, qalan hissəsinin 60 faizi dövlət büdcəsinə köçürülür və həmin vəsait tam həcmdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə sərf edilir;”;

26. “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il ## ###### tarixli, *** nömrəli Fərmanı ilə müəyyən edilmiş Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 25 faizidir. Qeyd olunan Fərmana Azərbaycan Respublikası Prezidentinin 2016-cı il ## ###### tarixli, *** nömrəli Fərmanı ilə dəyişiklik edilərək “25” rəqəmi “50” rəqəmi ilə, 2017-ci il ## ###### tarixli, **** nömrəli Fərmanı ilə dəyişiklik edilərək “50” rəqəmi “60” rəqəmi ilə əvəz edilmişdir.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”

1. Bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində, Azərbaycan Respublikasının Strateji X4 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir.

2. Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır.

5. Məlumat vərəqindəki məlumatlar təsdiqləndiyi tarixdən 5 iş günü müddətində Fondun səlahiyyətli vəzifəli şəxsi tərəfindən yoxlanılır, uyğunsuzluqlar aşkar edilmədikdə qəbul olunaraq pensiya təyinatı aparılır, əks təqdirdə səbəbi qeyd olunmaqla qəbulundan imtina edilərək müvafiq informasiya sistemi vasitəsilə aidiyyəti quruma məlumat verilir.

28. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz.

29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

30. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərardad və qərarları “Béláné Nagy Macarıstana qarşı” [BP], qərar, 53080/13, ##/##/2016; “Stefanetti və digərləri İtaliyaya qarşı”, qərar, 21838/10 və digərləri, ##/##/2014; “Moskal Polşaya qarşı”, qərar, 10373/05, ##/##/2009; “Andrejeva Latviyaya qarşı” [BP], qərar, 55707/00, ##/##/2009; “Stec və başqaları Birləşmiş Krallığa qarşı” [BP], qərardad, 65731/01 və 65900/01, ##/##/2005; “Stec və digərləri Birləşmiş Krallığa qarşı” [BP], qərar, 65731/01 və 65900/01, ##/##/2006; “James və digərləri Birləşmiş Krallığa qarşı”, qərar,8793/79, ##/##/1986.

31. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi barədə ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərardadı “78. Azərbaycan Respublikası Konstitusiyasının yuxarıda sadalanan müddəaları (bax: 9-11-ci bəndlər) sosial dövlət prinsipinə uyğun olaraq dövlətin üzərinə müəyyən pozitiv öhdəliklər qoyur. Hər nə qədər sosial hüquqların təmin edilməsi dövlətin maddi imkanlarından birbaşa asılı olsa da, dövlətin ən azı minimum səviyyədə bu hüquqları təmin etmək vəzifəsi də var. Bundan başqa, dövlət büdcə sabitliyinin və uzun müddətli maliyyə dayanıqlılığının qorunması maraqlarından çıxış etməklə özünün bu pozitiv öhdəliklərinin yerinə yetirilməsində müəyyən mülahizə səlahiyyətinə malik olmaqla yanaşı, həm də həmin səlahiyyətlərini hüquqi dövlətin hamılıqda qəbul edilmiş prinsiplərinə uyğun həyata keçirmək öhdəliyi daşıyır.

79. Sosial təminat hüququnun həyata keçirilməsi ilə bağlı məsələlərin tənzimlənməsindəki mülahizə sərbəstliyi ilk növbədə pensiyaların növlərinin, onların hesablanmasının, pensiyaların təyin və əldə edilməsinin, həmçinin bəzi kateqoriya vətəndaşlara güzəştli şərtlərlə pensiyanın təyin edilməsinin ümumi əsaslarının və qaydalarının tənzimlənməsində, habelə bu sahədə ehtiyac yarandıqca mövcud qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsində qanunvericinin malik olduğu geniş imkanları nəzərdə tutur.

80. Lakin sosial təminat hüququnun məhz Konstitusiyada təsbit olunmuş bir hüquq olması qanunvericinin mülahizə sərbəstliyinin də müəyyən məhdudiyyətlərə tabe olduğunu təsdiq edir. Əvvəla, belə tənzimləmənin məqsədi şübhəsiz ki, səmərəli və ədalətli sosial təminat sisteminin yaradılmasına yönəlməlidir. Ona görə də, tənzimləmələr Konstitusiyada təsbit olunmuş bərabərlik hüququna, eləcə də normativ hüquqi aktların hüquqa və haqqədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı olduğuna dair tələblərə uyğun həyata keçirilməlidir.

81. Pensiya təminatı sahəsində ayrı-seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun ağlabatan və qanuni əsaslar olmadan fərqləndirilməməsinə xidmət edir. Əks halda, sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə fərqli qaydada tətbiq edilməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. Fərqləndirmə yalnız o zaman yolverilən hesab edilə bilər ki, onlar obyektiv hallara əsaslansın, legitim məqsədlərə xidmət etsin və istifadə olunan vasitələr və güdülən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olsun. Mütənasiblik prinsipinə görə isə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

82. Digər tərəfdən, sosial təminat hüququ sahəsindən həyata keçirilən tənzimləmələr ədalət və hüquqi müəyyənlik prinsiplərinin tələblərinə də cavab verməlidirlər. Bu prinsiplər hər şeydən əvvəl hüquqi vəziyyətə dair aydınlığı, hüquqi tənzimləmələrin haqq-ədalətə əsaslanmalı olduğunu və qanunvericilik nizamlamalarının gözlənilən olmasını tələb edir. Hüquqi müəyyənlik prinsipi müvafiq hüquq münasibətlərinin iştirakçılarında öz davranışlarının nəticələrini ağlabatan hüdudlarda qabaqcadan görə bilmələri və özlərinin rəsmi tanınmış hüquqi statusunun, əldə edilmiş hüquqlarının dəyişilməzliyində əminlik yaratmaqla, insanların dövlətin hüquq siyasətinə etibarını artırır.

83. Sosial təminat sahəsindəki münasibətlərin dinamikliyi və cəmiyyətin inkişafından irəli gələn tez-tez dəyişən ehtiyaclar bu sahədə qanunvericiliyin normalarının dəyişkən olmasına səbəb ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün əksər milli və beynəlxalq məhkəmələrin hüquq tətbiqetmə təcrübəsində “qazanılmış hüquq” yanaşması tətbiq edilir.

84. Qazanılmış hüquq – yarandığı an hüquqa uyğun olan, şəxsin xeyrinə yeni hüquqi status yaratmaqla və ya dəyişməklə faktiki və hüquqi nəticələr doğuran, eləcə də fərdin özü üçün qətiləşmiş tələb etmə hüququ yaradan, lakin daha sonra qanunvericiliyin dəyişməsinə baxmayaraq hüquq nizamının qorumalı olduğu haqdır. Hər hansı bir konkret halda qazanılmış hüququn varlığından söz edə bilmək üçün şəxsə aid artıq yaranmış (tamamlanmış) və hüquqi müdafiə altına alınmış bir vəziyyət mövcud olmalıdır. Qazanılmış hüququn mövcud olması üçün sözügedən hüquq müəyyən bir müddət üçün verilməməlidir. Çünki, həmin müddət ərzində istifadə edilmədikdə müddətin bitməsindən sonra hüquqla bağlı müdafiə təminatı da ortadan qalxmış olur.

85. Konvensiyaya əlavə * saylı Protokolun 1-ci maddəsi özündə qazanılmış daşınan və daşınmaz əmlakı, maddi və qeyri-maddi əmlakı birləşdirən mülkiyyət hüququnu qoruyur (“İatridis Yunanıstana qarşı” işi üzrə Böyük Palatanın qərarı, §54; “Beyeler Italiyaya qarşı” işi üzrə Böyük Palatanın qərarı, §100). Bu maddə, həmçinin şəxsin mülkiyyət hüququnun əldə edilməsinə dair “qanuni gözləntisi”ni də müdafiə edir (“X1 S.A. və digərləri Belçikaya qarşı” işi üzrə qərarı, §31). Şəxsin ən azından mövcud (və ya qazanılmış) mülkiyyətinin və ya əmlakının, o cümlədən iddialarının reallaşacağına dair “qanuni gözləntisi” olduğunu iddia edə bildikdə, “qanuni gözləntilər” həmçinin mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər (“X3-Adam II Almaniyaya qarşı” işi üzrə Böyük Palatanın qərarı, §83). Sözügedən “gözlənti” mülkiyyətə dair qanunvericilik aktına və ya normalarına əsaslandıqda “qanuni” hesab olunur (“Kopecký Slovakiyaya qarşı” işi üzrə Böyük Palatanın qərarı, §45-52). Mülkiyyət maraqlarına aid "gözlənti" "qanuni" hesab olunması üçün sadəcə ümidə yox, daha konkret bir xarakter daşımalı və hüquq normasına və ya məhkəmə qərarı kimi digər hüquqi akta əsaslanmalıdır (“Kopecký Slovakiyaya qarşı” işi üzrə Böyük Palatanın qərarı, §49-50; “Sentro Avropa 7 S.R.L. və di Stefano İtaliyaya qarşı” işi üzrə Böyük Palatanın qərarı, §173; “Béláné Naqi Macarıstana qarşı” işi üzrə Böyük Palatanın qərarı, §75).

86. Qazanılmış hüquqlara münasibətdə yanaşmanı formalaşdıran əsasən belə bir ideyadır ki, əvvəlki qanunvericiliklə müəyyən edilmiş qaydada qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə tamamilə ortadan qaldırıla və ya hüququn mahiyyətini əhəmiyyətsiz edəcək həddə qədər məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin ümumi mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz”.

KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

32. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

33. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

34. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

Qanunvericilikdə edilmiş dəyişikliklərin iddiaçının vəziyyətinə təsiri və Konstitusiya baxımından normativ tənzimləmələrə dair tələblər

35. İşin faktiki hallarından görünür ki, iddiaçının gömrük orqanlarında xidmətinə ##.##.2022-ci il tarixdə xidmətdə olmanın son yaş həddinə çatdığı üçün xitam verilmişdir. Azərbaycan Respublikası Prezidentinin ##.##.2017-ci il tarixli, **** nömrəli Fərmanı ilə gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 60 faizinin Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavə kimi ödənilməsi nəzərdə tutulmuşdur. Lakin “Əmək pensiyaları haqqında” Qanuna ##.##.2018-ci il tarixli Qanunla edilmiş dəyişikliyə əsasən, həmin Qanunun 1.0.5-ci maddəsində “digər əlavələrdən” sözlərindən sonra “(büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla)” ifadəsi əlavə edilmişdir. İddiaçının pensiya hüququ ##.##.2022-ci il tarixdə yarandığından və bu tarixdə qeyd olunan dəyişiklik qüvvədə olduğundan, Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin, o cümlədən iddiaçının aylıq vəzifə maaşına həmin vəsaitdən ödənilmiş əlavə ona pensiya təyin edilərkən nəzərə alınmamışdır.

36. Sonradan Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli, *** nömrəli qərarı ilə Nazirlər Kabinetinin ##.##.2017-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydaları”na dəyişiklik edilmişdir. Həmin dəyişikliklə Qaydaların 1.3-cü bəndi yeni redaksiyada verilmiş və müəyyən edilmişdir ki, vəsaitin 60 faizi dövlət büdcəsinə köçürülür və bu vəsait tam həcmdə Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavə kimi istifadə edilir. Beləliklə, dəyişiklik nəticəsində gömrük orqanlarında çalışan xüsusi rütbəli əməkdaşlara və mülki işçilərə ödənilən həmin əlavələr dövlət büdcəsinin vəsaiti hesabına formalaşaraq təminat xərcliyinə daxil edilmiş və həmin tarixdən pensiya hesablanarkən nəzərə alınmağa başlanılmışdır.

37. İddiaçı hazırkı tələbində qeyd olunan normativ dəyişikliyin onun hüquqi vəziyyətini yaxşılaşdırdığına istinad edərək, büdcədənkənar vəsaitin 60 faizi hesabına ödənilmiş həmin əlavənin əmək pensiyasının yenidən hesablanması məqsədilə təminat xərcliyinə daxil edilməsi üçün yeni məlumat vərəqinin verilməsini xahiş edir.

38. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə büdcədənkənar vəsait hesabına ödənilən əlavə 2019-cu ilin ######ın #-dək birbaşa pensiya məbləğlərinin hesablanmasında nəzərə alınmışdır və bu, ##.##.2019-cu il tarixdə ləğv olunmuşdur (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə ## ###### 2018-ci il tarixli, ****-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu). Lakin bundan sonra qanunvericilikdə edilmiş dəyişikliklərə əsasən, 2022-ci il ####un #-dən etibarən Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitlərin 60 (altmış) faizi dövlət büdcəsinə köçürülməyə və həmin vəsait tam həcmdə Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavə şəklində ödənilməyə və əmək pensiyasının hesablanmasında nəzərə alınmağa başlanmışdır (“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il ## ####### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”nda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli, *** nömrəli qərarı).

39. Göründüyü kimi, ##.##.2019-cu il tarixindən sonra və ##.##.2022-ci il tarixədək pensiya hüququ yaranmış şəxslər büdcədənkənar vəsait hesabına onlara ödənilən əlavənin əmək pensiyasının hesablanmasında nəzərə alınmasından tam şəkildə məhrum edilmişdir, halbuki, ##.##.2022-ci il tarixindən sonra eyni kateqoriyaya aid şəxslər üçün həmin vəsait dolayı yolla – dövlət büdcəsinə köçürülmə və aylıq vəzifə maaşına əlavə mexanizmi vasitəsilə – yenidən pensiya təminatının hesablanmasına daxil edilmişdir.

40. Beləliklə, qanunvericilikdə edilən dəyişikliklər nəticəsində ##.##.2019-cu il tarixindən sonra və ##.##.2022-ci il tarixədək pensiya hüququ yaranmış şəxslər, o cümlədən iddiaçı bu hüquqdan məhrum edilmişdir və onlar üçün qanunvericilikdə, xüsusən də, “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”nda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli, *** nömrəli qərarında hər hansı keçid müddəası nəzərdə tutulmamışdır.

41. Məhkəmə kollegiyası qeyd edir ki, sosial təminat hüququnun məhz Konstitusiyada təsbit olunmuş hüquq olması qanunvericinin mülahizə sərbəstliyinin də müəyyən məhdudiyyətlərə tabe olduğunu təsdiq edir. Əvvəla, belə tənzimləmənin məqsədi şübhəsiz ki, səmərəli və ədalətli sosial təminat sisteminin yaradılmasına yönəlməlidir. Digər tərəfdən, müvafiq tənzimləmə aparılarkən sosial təminat növlərinin dairəsi müəyyənləşdirilməklə yanaşı, müvafiq ödəmələrin həyata keçirilməsinə yönələn sabit, gözlənilən, səmərəli və ədalətli sosial müdafiə sistemi təşkil edilməlidir. Qanunvericinin bu sahədə mülahizə sərbəstliyi hüquqi müəyyənlik prinsipini pozmamalı və müəyyənləşdirilən qaydalar aydın və birmənalı olmalıdır. Ona görə də, tənzimləmələr Konstitusiyada təsbit olunmuş bərabərlik hüququna, eləcə də normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı olduğuna dair tələblərə uyğun həyata keçirilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” # ###### 2010-cu il tarixli qərarında da qeyd olunmuşdur ki, pensiyaların növləri, onların hesablanması, təyin və əldə edilməsi, həmçinin bəzi kateqoriya vətəndaşlara güzəştli şərtlərlə pensiyanın təyin edilməsi ilə bağlı tənzimləmə qanunverici tərəfindən bərabərlik hüququna, o cümlədən normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı olması və Konstitusiyaya zidd olmamasına dair konstitusion tələblərə uyğun həyata keçirilməlidir. Bu mənada qanunvericinin hər hansı münasibətlərin, o cümlədən sosial təminat sahəsində münasibətlərin tənzimlənməsində hüquqi müəyyənlik prinsipinə əməl etməsi tələb olunur.

Qanunvericilikdə edilən dəyişikliklərin Konstitusiyasının 25-ci maddəsi baxımdan qiymətləndirilməsi

42. İlk növbədə, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsində (Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir) və “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsində nəzərdə tutulan bərabər yanaşma prinsipinin mahiyyəti ondan ibarətdir ki, inzibati orqan (dövlət) eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarlar qəbul etməkdə, fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə isə eyni cür qərarlar qəbul etməkdə haqlı sayıla bilməz.

43. Məhkəmə kollegiyası qeyd edir ki, bərabər yanaşma prinsipinin pozulduğunun iddia olunduğu hallarda iki komponentdən ibarət yoxlama sxemi tətbiq olunur. Birincisi, qeyri-bərabər davranışın müəyyən olunması və ikincisi, həmin qeyri-bərabər davranışın Konstitusiyanın 25-ci maddəsi baxımından əsaslı olması.

44. Qeyri-bərabər davranışın müəyyən olunmasına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, davranışın tətbiq olunduğu subyektlər və ya obyektlər eyni və ya ən azından müqayisə edilə bilən olmalıdır. Davranış o zaman qeyri-bərabər hesab olunur ki, eyni və ya ən azından müqayisə oluna bilən subyektlərə və ya obyektlərə münasibətdə fərqli davranış tətbiq olunsun.

45. Müqayisə olunan qrupun müəyyən olunmasına münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, bu məqsədlə müqayisə olunan qrupların ümumi, birləşdirici əlamətləri müəyyən edilməlidir. Hazırkı mübahisəyə münasibətdə, məsələn, Dövlət Gömrük Komitəsində işləmiş, 2019-cu il tarixədək və 2022-ci ildən sonra hüququ yaranmış şəxslər qrupu - 1-ci qrup və 2019-2022-ci illərdə həmin Komitədə işləmiş və hüququ yaranmış şəxslər qrupu – 2-ci qrup. Pensiya təyinatı zamanı 1-ci qrupa - 2019-cu ilədək, 2022-ci ildən sonra xidmət etmiş əməkdaşlara münasibətdə büdcədənkənar vəsaitin nəzərə alınması, lakin 2-ci qrupa - 2019-2022-ci illərdə xidmət etmiş əməkdaşlara münasibətdə isə həmin qaydanın tətbiq olunmaması vəziyyətinin mövcud olduğu müəyyən edilir.

46. Beləliklə, məhkəmənin qənaətinə görə 2-ci qrupa münasibətdə qeyri-bərabər davranışın mövcudluğu müəyyən olunur. Belə ki, hər iki qrup Gömrük Komitəsində xidmət edib, hər iki qrup həmin əlavəni alıb, hər iki qrup aldığı əlavədən MDSS haqqını ödəyib. Lakin müqayisə olunan qruplardan birinə daxil olan və hüququ yaranmış əməkdaşlara pensiya təyini zamanı həmin əlavə nəzərə alındığı halda, digər qrupa münasibətdə nəzərə alınmır. Halbuki, qruplara daxil olan əməkdaşlar arasında qeyri-bərabər davranışa haqq qazandıran və belə davranışı şərtləndirən əhəmiyyətli fərqlər (xidmətlə, əlavənin və MDSS haqlarının ödənişi ilə bağlı) müəyyən olunmur. Konstitusion tələblər baxımından, fərqli tənzimləmə və qeyri-bərabər davranış üçün obyektiv səbəblər mövcud deyil. Nəzərə almaq lazımdır ki, qeyri-bərabər davranışa haqq qazandıran əsaslı səbəblərin mövcudluğu tələb olunur.

47. Göstərilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan qeyri-bərabər davranışın Konstitusiyanın 25-ci maddəsi baxımından əsaslı olub-olmaması hərtərəfli araşdırılmamış və qiymətləndirilməmişdir.

Qanunvericilikdə edilən dəyişikliklərin Konstitusiyasının 149-cu maddəsinin İ hissəsi baxımdan qiymətləndirilməsi

48. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İ hissəsinə əsasən normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə, o cümlədən bərabər mənafelərə bərabər münasibət prinsipinə əsaslanmalıdır. Həmçinin, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən normayaratma fəaliyyətinin Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İ hissəsində göstərilən prinsiplərlə yanaşı, aşağıdakı prinsiplər əsasında həyata keçirildiyi təsbit olunmuşdur: Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluq və qanunların üstünlüyü; aşağı dövlət orqanlarının aktlarının yuxarı dövlət orqanlarının aktlarına uyğunluğu; beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarının üstünlüyü; mütənasiblik; dövlət orqanlarının vətəndaşlar qarşısında cavabdehliyi; normayaratma fəaliyyətinin demokratikliyi və şəffaflığı; normativ hüquqi aktların ziddiyyətsizliyi; insanların hüquq və azadlıqlarının, onların qanuni maraqlarının müdafiəsi və sosial ədalət; ictimai münasibətlərin hüquqi tənzimlənməsinin sistemliliyi və kompleksliyi.

49. Məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiyasının 149-cu maddəsinin İ hissəsində “hüquq” anlayışı yalnız qanunvericilik texnikasına uyğunluğu deyil, həm də hüquqi müəyyənlik və normativ sabitlik kimi prinsipləri əhatə edir. Belə ki, yalnız normativ aktın formal qüvvədə olmasını və ya qanunvericilik texnikasının tələblərinə cavab verməsini deyil, həm də həmin normanın ünvanlandığı subyektlər üçün aydın, anlaşılan və tətbiqi nəticələri əvvəlcədən proqnozlaşdırıla bilən olmasını ehtiva edir. Hüquqi tənzimləmə elə qurulmalıdır ki, hüquq subyektləri öz davranışlarını həmin norma əsasında planlaşdıra bilsinlər və dövlətin mövqeyi normativ qeyri-müəyyənlik yaratmaqla fərdlərin hüquqi vəziyyətini qeyri-sabit hala salmasın.

50. Konstitusiyasının 149-cu maddəsinin İ hissəsində “haqq-ədalət” anlayışı normativ hüquqi tənzimləmənin cəmiyyətin ümumi maraqları ilə fərdlərin qanuni gözləntiləri arasında ədalətli və mütənasib balans yaratmasını, eyni və ya oxşar hüquqi vəziyyətdə olan şəxslərin obyektiv və əsaslandırılmış səbəblər olmadan fərqli hüquqi rejimlərə və rəftara tabe edilməsinin yolverilməzliyini nəzərdə tutur. Bu baxımdan, normativ aktların tətbiqi nəticəsində yaranan fərqləndirmə yalnız legitim məqsədə xidmət etdiyi və bu məqsədlə mütənasib olduğu hallarda konstitusiya baxımdan əsaslı hesab edilə bilər.

51. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, Konstitusiyanın 149-cu maddəsində təsbit edilmiş “bərabər mənafelərə bərabər münasibət” prinsipi mahiyyət etibarilə Konstitusiyanın 25-ci maddəsində nəzərdə tutulan bərabərlik hüququnun normativ hüquqi tənzimləmə sahəsində konkret təzahür formalarından biridir. Bu prinsip ondan ibarətdir ki, hüquqi baxımdan eyni və ya oxşar mənafelərə malik olan şəxslər normativ hüquqi aktların qəbulu və tətbiqi zamanı eyni hüquqi rejimə tabe edilməlidir, onlara münasibətdə fərqləndirmə yalnız obyektiv və ağlabatan əsaslara söykəndiyi hallarda yol verilən hesab oluna bilər.

52. “Bərabər mənafelərə bərabər münasibət” anlayışı formal bərabərliklə məhdudlaşmır və hüquqi münasibətlərin real məzmunu nəzərə alınmaqla tətbiq edilən maddi (substantiv) bərabərliyi nəzərdə tutur. Bu o deməkdir ki, normativ tənzimləmə yalnız hüquq subyektlərinin formal statusuna deyil, onların faktiki hüquqi vəziyyətinə, hüquq və vəzifələrinin mahiyyətinə və qorunan mənafelərin xarakterinə əsaslanmalıdır. Eyni hüquqi nəticələr doğuran və eyni sosial-hüquqi kontekstdə yerləşən mənafelərə fərqli yanaşmanın tətbiqi, bu fərqləndirmə üçün yetərli və əsaslandırılmış səbəblər göstərilmədiyi təqdirdə, konstitusion bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilməlidir.

53. Konstitusiyanın “bərabər mənafelərə bərabər münasibət” prinsipi dövlətin yalnız normativ aktların tətbiqi mərhələsində deyil, həm də onların hazırlanması və qəbulu prosesində eyni hüquqi vəziyyətdə olan şəxslərə münasibətdə ayrı-seçkiliyə yol verməmək öhdəliyini ehtiva edir. Bu prinsip qanunvericidən və digər normayaratma subyektlərindən tələb edir ki, hüquqi tənzimləmə aparılarkən oxşar hüquqi vəziyyətdə olan subyektlər arasında fərqləndirmə aparılması zərurəti yarandıqda belə, bu fərqləndirmə legitim məqsədə xidmət etməli, tətbiq edilən vasitələr həmin məqsədlə mütənasib olmalı və nəticə etibarilə hüquqların mahiyyətinə toxunmamalıdır.

54. Bu baxımdan, “bərabər mənafelərə bərabər münasibət” prinsipi bərabərlik hüququnun xüsusi ifadəsi kimi çıxış edərək normativ hüquqi aktların məzmununun konstitusion nəzarətinin aparılmasında mühüm meyar rolunu oynayır. Belə ki, normativ tənzimləmə nəticəsində eyni mənafelərə malik şəxslər arasında əsassız fərqləndirmə yaradıldığı halda, bu hal təkcə bərabərlik hüququnun deyil, eyni zamanda hüquqi müəyyənlik və ədalətlilik tələblərinin də pozulmasına gətirib çıxarır.

55. Məhkəmə kollegiyası vurğulayır ki, Konstitusiyanın 149-cu maddəsinin mahiyyəti ondan ibarətdir ki, qanunverici və digər normayaratma subyektləri normativ hüquqi tənzimləmə apararkən eyni mənafelərə malik olan şəxsləri ağlabatan səbəblər olmadan fərqli hüquqi rejimlərə tabe edə bilməz, habelə hüquqların məhdudlaşdırılması və ya dəyişdirilməsi zamanı ardıcıl və məntiqi yanaşma sərgiləməlidir. Bu norma, eyni zamanda, normativ aktların tətbiqi nəticəsində yaranan əsassız normativ hüquqi boşluqların və qeyri-bərabərliyin qarşısının alınmasına xidmət edir.

56. Hazırkı işə münasibətdə qeyd edilməlidir ki, bu konstitusion norma normativ hüquqi aktlarda dəyişikliklər edilməsi nəticəsində yaranan əsassız hüquqi fərqləndirmələrin, normativ boşluqların və hüquqi qeyri-bərabərliyin qarşısının alınmasına yönəlmiş təminat mexanizmi kimi çıxış edir. Belə ki, hüquqi tənzimləmənin bir sahəsində aparılan dəyişikliklərin digər əlaqəli sahələrdə eyni hüquqi vəziyyətdə olan subyektlər üçün uyğunsuz və ya diskriminativ nəticələr doğurması Konstitusiyanın 149-cu maddəsinin tələbləri ilə uzlaşmır. Bu baxımdan, qanunverici və digər normayaratma subyektləri normativ hüquqi aktların dəyişdirilməsi və tətbiqi zamanı hüquqi nəticələri bütöv şəkildə-vahid hüquqi konteksdə qiymətləndirməli, hüquqi ardıcıllığın və bərabərlik prinsipinin real və effektiv təmin olunmasını nəzərə almalıdır.

57. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə əgər qanunverici ##.##.2019-cu il tarixindən etibarən büdcədənkənar vəsait hesabına ödənilən 60 faiz əlavələrin əmək pensiyasının hesablanmasında nəzərə alınmasını tam və qəti şəkildə ləğv etmək niyyətində olsaydı və bu hüququ sonradan hər hansı formada bərpa etməsəydi, bu halda qanunvericinin iradəsi həmin əlavələrin pensiya təminatından çıxarılması kimi qəbul edilə bilərdi.

58. Lakin “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli, *** nömrəli qərarı ilə Nazirlər Kabineti dolayı mexanizm vasitəsilə bu hüququ faktiki olaraq bərpa etmişdir. Belə ki, gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 60 faizinin dövlət büdcəsinə köçürülməsi və həmin vəsaitin aylıq vəzifə maaşına əlavə kimi ödənilməsi nəticəsində bu ödənişlər yenidən əmək pensiyasının hesablanmasında nəzərə alınmağa başlanmışdır.

59. Görünən odur ki, qanunvericinin və digər normayaratma subyektlərinin real iradəsi sözügedən əlavələrin pensiya təminatı sistemindən tam çıxarılması deyil, onun hüquqi mexanizminin dəyişdirilməsi olmuşdur. Belə olan halda, ##.##.2019-cu il tarixindən ##.##.2022-ci il tarixinədək olan üç il yarımlıq dövrdə eyni kateqoriyaya aid olan şəxslərin bu hüquqdan tam şəkildə məhrum edilməsi nə normayaratma subyektlərinin sonrakı iradəsi ilə uzlaşır, nə də Konstitusiyanın 149-cu maddəsinin İ hissəsində tələb olunan haqq-ədalət meyarlarına və bərabər mənafelərə bərabər münasibət prinsipinə cavab verir. Xüsusilə vurğulanmalıdır ki, qanunvericilikdə ##.##.2019-cu il tarixindən ##.##.2022-ci il tarixinədək olan dövr üçün hər hansı keçid müddəası və kompensasiya mexanizmi nəzərdə tutulmamışdır, həmçinin, bu hüquqdan məhrumetməni əsaslandıran əsaslı ictimai maraq və ya hər hansı başqa dəlil də göstərilməmişdir. Cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən də bu fərqli rəftarın səbəbləri ilə bağlı hər hansı obyektiv və əsaslı izahat təqdim edilməmişdir. Beləliklə, eyni hüquqi statusa və eyni mənafelərə malik şəxslər arasında faktiki olaraq normativ boşluq nəticəsində ayrıseçkilik yaranmışdır. Bu cür normativ hüquqi tənzimləmə Konstitusiyanın 149-cu maddəsinin İ hissəsində təsbit edilmiş haqq-ədalət və bərabər mənafelərə bərabər münasibət prinsiplərinə ziddir və hüquqi tənzimləmənin daxili ardıcıllığı, sistemliliyi və kompleksliyini pozur.

60. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, bu dəyişiklikləri nəzərdə tutan qanun və qərarın hazırlanması zamanı irəli sürülən qanun və qərar layihələri, müzakirələr və əsaslandırmalar iş üçün son dərəcə əhəmiyyətlidir. Apellyasiya instansiya məhkəməsi tərəfindən büdcədənkənar vəsait hesabına ödənilən əlavələrin pensiya məbləğlərinin hesablanmasında nəzərə alınmasının ##.##.2019-cu il tarixdə ləğv olunması üçün qanunvericiliyə edilən təkliflərin və əsaslandırmaların nədən ibarət olması araşdırılmamışdır. Eyni zamanda, Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli, *** nömrəli qərarı ilə dolayı mexanizm vasitəsilə bu hüququn faktiki olaraq bərpa edilməsi – 2022-ci il ####un #-dən etibarən Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitlərin 60 (altmış) faizi dövlət büdcəsinə köçürülməsi və həmin vəsait tam həcmdə Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavə şəklində ödənilməsi və əmək pensiyasının hesablanmasında nəzərə alınması – üçün Nazirlər Kabinetinin hansı təkliflər və əsaslandırmaları əsas götürdüyü araşdırılmamışdır. Beləliklə, bu qanun və qərarların hazırlanması və qəbulu zamanı irəli sürülən qanun və qərar layihələri, müzakirələr və əsaslandırmalar iş üçün son dərəcə əhəmiyyətli olduğu üçün apellyasiya instansiyası məhkəməsi tərəfindən müvafiq sorğularla əldə edilib Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulan bərabər yanaşma prinsipi baxımdan və Konstitusiyasının 149-cu maddəsinin İ hissəsinə əsasən normativ hüquqi aktların hüquqa və haqq-ədalətə, o cümlədən bərabər mənafelərə bərabər münasibət prinsipi baxımından araşdırılmalı və qiymətləndirilməlidir.

İddiaçıya qarşı fərqli rəftarın İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ baxımından qiymətləndirilməsi

61. Məhkəmə kollegiyası qeyd edir ki, bu cür fərqli rəftar İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ ilə də uzlaşmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, sosial təminat sahəsində dövlətin geniş mülahizə sərbəstliyi olsa da, fərqli rəftar yalnız obyektiv və ağlabatan səbəblərlə əsaslandırıldıqda Konvensiyaya uyğun hesab edilə bilər (“Stec və digərləri Birləşmiş Krallığa qarşı” [BP(Böyük Palata)], 65731/01 və 65900/01, qərar, ## ##### 2006, §51). Əks halda bu Konvensiyanın 14-cü maddəsinin (Ayrı-seçkiliyin qadağan olunması) pozuntusuna gətirib çıxarır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “sabit presedent hüququna əsasən, ayrı-seçkilik oxşar vəziyyətdə olan şəxslərə obyektiv və ağlabatan əsaslandırma olmadan fərqli münasibət göstərilməsi deməkdir. “Obyektiv və ağlabatan əsaslandırmanın olmaması” o deməkdir ki, mübahisələndirilən fərqləndirmə ya “qanuni məqsəd” güdmür, ya da istifadə olunan vasitələrlə əldə edilmək istənilən məqsəd arasında “ağlabatan mütənasiblik əlaqəsi” mövcud deyil” (“Andrejeva Latviyaya qarşı” [BP], 55707/00, ## ###### 2009, §81).

62. Həmçinin, məhkəmə kollegiyası xatırladır ki, Avropa Konvensiyasının * saylı Protokolunun 1-ci maddəsi (Mülkiyyətin müdafiəsi) hər hansı bir növ sosial təminat ödənişini almaq hüququnu birbaşa təmin etməsə də, əgər tərəf olan Dövlətin qüvvədə olan qanunvericiliyində əvvəlcədən, ödəniş etmək şərti ilə və ya şərtsiz olaraq, sosial müavinət və ya pensiya almaq hüququ nəzərdə tutulursa, həmin qanunvericilik onun şərtlərini yerinə yetirən şəxslər üçün mülkiyyətlə bağlı qorunan maraq yaradır və bu maraq * saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşür (“Stec və başqaları Birləşmiş Krallığa qarşı” (qərardad) [BP], 65731/01 və 65900/01, ## #### 2005, §54; “Moskal Polşaya qarşı”, 10373/05, ## ######## 2009, §38). * saylı Protokolun 1-ci maddəsinin hər hansı bir müəyyən məbləğdə pensiya almaq hüququnu təmin etmədiyini qeyd etmək lazımdır, lakin müavinət məbləğinin azaldılması və ya dayandırılması müdaxilə kimi qəbul edilə bilər ki, bu da əsaslandırılmalıdır. Əgər pensiyanın dayandırılması və ya azaldılması ərizəçinin şəxsi vəziyyətindəki dəyişikliklərlə deyil, qanunvericilikdə və ya onun tətbiqindəki dəyişikliklərlə bağlıdırsa, bu, * saylı Protokolun 1-ci maddəsi çərçivəsində hüquqlarına müdaxilə kimi qəbul edilə bilər (“Béláné Nagy Macarıstana qarşı” [BP], 53080/13, ## ###### 2016, §84-86).

63. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1ci maddəsinin tətbiqinə dair” hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi barədə qərardadında qeyd edilmişdir ki, “...Lakin sosial təminat hüququnun məhz Konstitusiyada təsbit olunmuş bir hüquq olması qanunvericinin mülahizə sərbəstliyinin də müəyyən məhdudiyyətlərə tabe olduğunu təsdiq edir. Əvvəla, belə tənzimləmənin məqsədi şübhəsiz ki, səmərəli və ədalətli sosial təminat sisteminin yaradılmasına yönəlməlidir. Ona görə də, tənzimləmələr Konstitusiyada təsbit olunmuş bərabərlik hüququna, eləcə də normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı olduğuna dair tələblərə uyğun həyata keçirilməlidir”.

64. Məhkəmə kollegiyası vurğulayır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən hüquqlara müdaxilə edən normativ tənzimləmə qanuni məqsəd güdməli, həmin məqsədə çatmaq üçün seçilən vasitələr zəruri və proporsional olmalı, habelə ictimai maraqla fərdi maraqlar arasında ədalətli tarazlıq pozulmamalıdır (“James və digərləri Birləşmiş Krallığa qarşı”, ## ###### 1986, §50).

65. Hazırkı işdə iddiaçının pensiya hüququ qanunvericiliyin dəyişdirilməsi nəticəsində keçid və kompensasiya tədbirləri nəzərdə tutulmadan məhdudlaşdırılmışdır. Bu hal İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, iddiaçının mülkiyyət hüququna müdaxilə kimi qiymətləndirilməlidir.

66. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə normativ dəyişiklik nəticəsində iddiaçının üzərinə düşən yük şəxsi davranışları və ya fərdi vəziyyətindəki dəyişikliklərlə deyil, yalnız normativ tənzimləmənin müəyyən zaman kəsiyində tətbiq edilməməsi ilə bağlı olmuşdur. Beləliklə, iddiaçı özündən asılı olmayan səbəblərə görə pensiya kimi alacağı məbləğin bir hissəsindən məhrum edilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz presedent hüququnda vurğulamışdır ki, sosial təminat sahəsində dövlətin geniş mülahizə sərbəstliyi olsa da, əsassız olaraq normativ dəyişikliklər nəticəsində şəxslərin üzərinə fərdi və həddindən artıq yük qoyulması Konvensiyanın * saylı Protokolunun 1-ci maddəsinə ziddir (“Stefanetti və digərləri İtaliyaya qarşı”, 21838/10 və digərləri, ## ##### 2014, §65-66).

67. Məhkəmə kollegiyası hesab edir ki, normativ tənzimləmə nəticəsində iddiaçının üzərinə düşən yük qısa müddətli və ya müvəqqəti xarakter daşımamış, əksinə, onun sosial təminat sahəsində qanuni gözləntilərini ciddi şəkildə sarsıtmışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinə görə, dövlət tərəfindən həyata keçirilən müdaxilə nəticəsində fərdi maraqlara həddindən artıq zərər vurulduqda, artıq ictimai maraqla fərdi maraqlar arasında ədalətli tarazlığın qorunduğundan danışmaq mümkün deyildir.

68. Bu səbəblərə görə, hazırkı işdə iddiaçının pensiya hüququna münasibətdə tətbiq edilmiş normativ hüquqi tənzimləmə zərurət və proporsionallıq meyarlarına cavab verməzsə, ictimai maraqla fərdi maraqlar arasında ədalətli tarazlığı pozarsa, nəticə etibarilə, Avropa Konvensiyasının * saylı Protokolunun 1-ci maddəsinin pozuntusuna səbəb ola bilər.

69. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işdə zaman içərisində iddiaçı ilə onunla eyni sosial təminat sistemində iştirak etmiş digər şəxslər arasında fərqli rəftar mövcud olmuşdur. Bu fərqli rəftar yalnız normativ tənzimləmənin müəyyən zaman kəsiyində tətbiq olunmaması ilə bağlı olmuş, lakin həmin dövr üçün nə keçid mexanizmi, nə də kompensasiyaedici digər tədbirlər nəzərdə tutulmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Andrejeva Latviyaya qarşı” işində göstərildiyi kimi, eyni sosial sığorta sistemində iştirak etmiş şəxslərin yalnız formal və texniki meyarlara əsasən fərqli pensiya hüquqlarına malik edilməsi, əgər bu fərqləndirmə obyektiv və ağlabatan səbəblərlə əsaslandırılmırsa, Avropa Konvensiyasının 14-cü maddəsinin pozuntusuna gətirib çıxarır (“Andrejeva Latviyaya qarşı” [BP], 55707/00, ## ###### 2009, §81–92).

70. Hazırkı işdə iddiaçı ilə eyni hüquqi rejimdə olan digər şəxslərlə müqayisədə ona münasibətdə fərqli rəftarın tətbiq edilməsinin obyektiv və ağlabatan səbəblərinin mövcudluğu, habelə bu fərqləndirmənin ictimai maraqların müdafiəsi baxımından zəruriliyi və proporsionallığı sübuta yetirilməmişdir. Bu mənada, fərqli rəftar faktiki bərabərsizliyin aradan qaldırılmasına deyil, Konvensiyanın 14-cü maddəsi ilə qadağan edilən ayrı-seçkilik nəticəsinin yaranmasına gətirib çıxara bilər.

71. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən qanunvericilikdəki dəyişiklikləri nəzərdə tutan qanun və qərarın hazırlanması zamanı irəli sürülən qanun və qərar layihələri, müzakirələr və əsaslandırmalar əldə edilməli və iş üzrə mübahisəli normativ hüquqi tənzimləmə və onun nəticəsində yaranmış fərqli rəftar * saylı Protokolun 1-ci maddəsi baxımından mülkiyyət hüququna müdaxilənin zəruriliyi və proporsionallığı, eləcə də Konvensiyanın 14-cü maddəsi baxımından obyektiv və ağlabatan səbəblərin mövcudluğu baxımından araşdırılmalı və qiymətləndirilməlidir. Xüsusilə, iddiaçının və bu kateqoriyaya aid şəxslərin ##.##.2019-cu il tarixindən ##.##.2022-ci il tarixədək bu hüquqdan məhrum edilməsinin hansı qanuni məqsədə xidmət etdiyi, niyə məhz bu zaman kəsiyinə aid şəxslərin daha ağır vəziyyətə salındığı və niyə onların hüquqlarının məhdudlaşdırıldığı araşdırılmalıdır.

İşin apellyasiya instansiyası məhkəməsinə təkrar baxışa göndərilməsi

72. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən qərara gəlir ki, hazırkı iş apellyasiya instansiyası məhkəməsinə təkrar baxışa göndərilməli, yuxarıda qeyd olunanlar nəzərə alınmaqla Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulan bərabər yanaşma prinsipi, Konstitusiyanın 149-cu maddəsinin İ hissəsində təsbit edilmiş haqq-ədalət, hüquqi ardıcıllıq və bərabər mənafelərə bərabər münasibət prinsipləri, eləcə də, Avropa İnsan Hüquqları Konvensiyanın 14-cü maddəsi və * saylı Protokolunun 1-ci maddəsi baxımından iş hərtərəfli araşdırılmalıdır. Belə ki, mübahisələndirilən normativ hüquqi tənzimləmələr üzrə aşağıdakı məsələlərlə bağlı kompleks araşdırmanın və qiymətləndirmənin aparılması tələb olunur: mübahisələndirilən normativ tənzimləmələr hansı məqsədlər üçün edilmişdir və onların həyata keçirilməsi ilə hansı nəticələrə nail olmaq hədəflənir; tənzimləmələrin edildiyi vaxt və şəraitlə bağlı nəzərə alınmalı olan xüsusi hallar varmı; tənzimləmələrin əmək pensiyası təminat sisteminə təsirini minimuma endirmək üçün hansısa tədbirlər, keçid müddəaları nəzərdə tutulmuş və həyata keçirilmişdirmi; tənzimləmələrlə əmək pensiyası alan şəxsləri və ya onların müəyyən qrupunu mütənasibliklə bağlı tələblər nəzərə alınmaqla qiymətləndirmə apardıqda onları əlverişsiz vəziyyətə məruz qoymuşdurmu və əgər məruz qoymuşdursa, hansı səbəblərlə əsaslandırılmışdır.

73. Məhkəmə kollegiyası hesab edir ki, Dövlət Gömrük Komitəsi tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına təqdim edilmiş məlumat vərəqləri müvafiq sorğu əsasında əldə edilməli və qanunvericilikdə edilmiş dəyişikliklər nəticəsində həmin vərəqlərdə hansı məlumatların əks etdirildiyi ətraflı araşdırılmalıdır. Xüsusilə, sözügedən 60 faiz əlavə ödənişlərin (digər vəsaitlərin) məlumat vərəqlərində hansı formada göstərildiyi müəyyən edilməlidir. Bu baxımdan araşdırılmalıdır ki, 2019-cu il # #### tarixinədək məlumat vərəqlərində həmin 60 faiz əlavələr necə göstərilmişdir; 2019-cu il # ###### tarixindən 2022-ci il # #### tarixinədək bu əlavələr ümumiyyətlə göstərilməmişdir, yoxsa göstərilmiş, lakin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialı tərəfindən əmək pensiyası hesablanarkən nəzərə alınmamışdır; eləcə də 2022-ci il # #### tarixindən sonra həmin əlavələrin məlumat vərəqlərində hansı formada əks etdirildiyi aydınlaşdırılmalıdır.

74. Məhkəmə kollegiyası hesab edir ki, təkrar baxışda İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi istiqamətində hüquqi yardım da göstərilməlidir. Məhkəmə, iddiaçının tələbində ümumən haqlı olduğu qənaətinə gələrsə, yeni məzmunda məlumat vərəqinin hansı tarixdən verilməli olduğu, eləcə də pensiyanın hansı tarixdən yenidən hesablanmalı olduğuna dair məsələləri də müzakirə etməlidir. Bu zaman həm qanunvericilikdəki dəyişikliklərin 2022-ci il # #### tarixində qüvvəyə mindiyi, həm də əmək pensiyasının yenidən hesablanması ilə bağlı iddiaçının müraciət tarixi nəzərə alınmalıdır.

75. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri qismən, yəni apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilərək qərar ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.

76. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsi zəruri olduğundan iddianın təmin edilməsi hissəsində şikayət təmin edilməməlidir.

77. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Kassasiya şikayəti qalan hissədə təmin edilmir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar