Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3868/2025 08.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasından imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, IŞIN HALLARI
1. Iddiaçıya məxsus VII-ЖГ seriyalı ****** nömrəli, ##.##.1981-ci il tarixdə verilmiş “Doğum haqqında şəhadətnamə”yə əsasən, İddiaçı ##.##.1981-ci il tarixdə Azərbaycan SSR Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında X1, ana qrafasında X3 qeyd edilmişdir.
2. Iddiaçının anası X3 məxsus III- ЖГ seriyalı, ****** nömrəli, ##.##.1976-cı il tarixdə verilmiş “Doğum haqqında şəhadətnamə”yə əsasən o, ##.##.1960-cı il tarixdə Azərbaycan SSR Bakı şəhərində anadan olmuşdur.
3. Cavabdeh Cavabdeh “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” ## ######## 2023-cü il tarixli, ******* nömrəli qərarına əsasən, iddiaçı İddiaçı ## ###### 2023-cü il tarixli sorğusunda onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı müraciət etmişdir. Təqdim edilən sənədlər araşdırılmaqla belə nəticəyə gəlinmişdir ki, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamalıdır. Belə ki, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin tanınması üçün onun doğulduğu anda valideynlərindən biri və ya hər ikisinin Azərbaycan Respublikası vətəndaşı olması zəruri şərtdir. Lakin şəxsin valideynləri X4 vətəndaşlarıdır. Həmçinin sorğu üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2015-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.1-ci bəndində nəzərdə tutulan digər halların mövcud olmadığı müəyyən edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il ## #### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci bəndini və 4.1-ci bəndini rəhbər tutaraq, ## ###### 1981-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə qərar qəbul edilmişdir.
4. Bakı şəhəri üzrə Təhsil Idarəsi *** nömrəli tam orta məktəb tərəfindən verilmiş ## ######## 2023-cü il tarixli ** nömrəli arayışa əsasən, İddiaçı 1995-ci ildə Bakı şəhəri *** nömrəli tam orta məktəbin səkkinci sinfini bitirmişdir.
5. Iddiaçının valideynləri X3 və X1 məxsus pasportlardan görünür ki, onlar Sovet Sosial Resublikaları Ittifaqının (SSRI) vətəndaşları olmuşlar.
6. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya Idarəsi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli **/*-****/**** nömrəli cavab məktubuna əsasən bildirilmişdir ki, ##.##.1981-ci il təvəllüdlü İddiaçı ölkə ərazisində yaşayış yeri üzrə qeydiyyatı barədə məlumat müəyyən edilməmişdir.
7. Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin ** saylı Mənzil-Kommunal Istismarı Sahəsi tərəfindən verilmiş iddiaçının valideynlərinin qeydiyyat vərəqələrinə əsasən, onların ##.##.1987-ci ildən ##.##.1995-ci ilə kimi qeydiyyatda olmaqla yaşamaları barədə qeydlər mövcud olmuşdur. Iddiaçının anası X3 qeydiyyat vərəqəsinin 11-ci qrafasında (uşaqlar barədə məlumat) iddiaçı İddiaçı də adı qeyd edilmişdir.
8. ** saylı Mənzil-Kommunal Istismarı Sahəsi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli 190, 191 və *** nömrəli forma 2 arayışlar əsasən, iddiaçı və onun valideynləri Bakı şəhəri, ünvan 1) ünvanında yerləşən *** saylı mənzildə ##.##.1987-ci ildən ##.##.1995-ci ilə kimi qeydiyyatda olmaqla yaşamışlar.
9. Cavabdeh “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” ## ###### 2023-cü il tarixli ******* nömrəli qərarına əsasən, ##.##.1960-cı il təvəllüdlü X3 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasından imtina edilmişdir. Imtinaya əsas kimi, şəxsin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun qüvvəyə mindiyi günədək (##.##.1998-ci il tarixədək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmadığı göstərilmişdir.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI
a) birinci instansiya məhkəməsində icraat
10. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh “Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” ******* nömrəli, ## ######## 2023-cü il tarixli qərarının ləğv edilməsi və onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
11. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1981-ci ilin noyabr ayının 20-də Bakı şəhərində anadan olmuşdur. Anadan olarkən hər iki valideyni Azərbaycan Respublikası vətəndaşı olmuşlar. Həm anası X3, həm atası X5 AR SSRI vətəndaşlıq pasportu mövcud olmuşdur. O, ailəsi ilə birlikdə 1995-ci ilə qədər Azərbaycan Respublikasında yaşamış, təhsil almış və digər hüquqlarından istifadə etmişdir. Belə ki, o, 1987-ci ildə orta məktəbin 1-ci sinfinə getmiş və 1995-ci ildə Bakı şəhəri *** nömrəli tam orta məktəbin 8-ci sinfini başa vurmuşdur. Daha sonra ailəsi ilə birlikdə X4 köçmüşdür. Bu günə qədər də, ailəsi ilə birlikdə ABŞ-da yaşayırlar. Sonradan anası və atası hər ikisi X4 vətəndaşlığını qəbul etsə də, o, qəbul etməmişdir və hal-hazırda heç bir ölkənin vətəndaşı deyildir. Azərbaycan Respublikasının vətəndaşı olmaq üçün müvafiq sənədlərlə cavabdeh təşkilata müraciət etsə də, cavabdeh təşkilat formal araşdırma aparmış və onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında ******* nömrəli ##.##.2023-cü il tarixli qərar qəbul etmişdir. Həmin qərarda cavabdeh təşkilat bildirmişdir ki, valideynləri hal-hazırda ABŞ vətəndaşları olduğu üçün onun müraciətinə müsbət cavab verilməsindən imtina edilmişdir. O, bu mövqe ilə razı deyildir. Bu səbəbdən də, məhkəməyə müraciət etməyə məcbur olmuşdur.
12. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı Xidmətə müraciət edərək Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmiş və Xidmət tərəfindən müvafiq araşdırma aparılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2015-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci və 4.1-ci bəndlərinə əsasən onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə ##.##.2023-cü il tarixli ******* nömrəli qərar qəbul edilmişdir. Cavabdeh iddiaçı ilə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, şəxsin Azərbaycan SSR vətəndaşı olaraq pasport qeydiyyatında olması barədə məlumat yoxdur (VMMS üzrə məlumat etiraza əlavə olunmuşdur). Qeyd olunmalıdır ki, qanunvericilik vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın aparılması hallarını müəyyən etmişdir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun (5.1-ci maddəsi) və “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın (Qaydaların 3.4.3-cü bəndi) müddəalarına əsasən şəxs Qanunun qüvvəyə mindiyi günədək (##.##.1998-ci il tarixinədək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmuşdursa, Azərbaycan Respublikasının vətəndaşı sayılır. Göründüyü kimi, adıçəkilən qanunun qüvvəyə mindiyi günədək (##.##.1998-ci il tarixinədək) iddiaçının ölkə ərazisində qeydiyyatı olmamışdır və qanunda bu şərt imperativ qaydada nəzərdə tutulduğundan, onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Ancaq o halda iddiaçının qeydiyyatda olmaması onun vətəndaşlıq mənsubiyyətinin tanınmasına səbəb ola bilər ki, o, yuxarıda adıçəkilən Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan (“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək – 1998-ci il #######ın #-dək Azərbaycan Respublikasının və ya Azərbaycan SSR-nin vətəndaşlığında olubsa) və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxs olsun (adıçəkilən Qaydanın 4.3-cü bəndinə əsasən). Eyni zamanda, iş materialları ilə müəyyən olunur ki, iddiaçının doğulduğu anda valideynləri Azərbaycan Respublikasının yox, SSRI-nin vətəndaşı olmuşlar. Halbuki, “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.1.4.1-ci bəndinə əsasən, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti doğulduğu anda valideynlərindən biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olduğu halda tanınır.
13. Bakı Inzibati Məhkəməsinin (hakim: A.A.Abdullayeva) ## ###### 2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddia rədd edilmişdir.
14. Iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsində icraat
15. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: E.Ə.Əliyev /sədrlik edən və məruzəçi/, G.M.Abbasova və A.P.Oruczadə) ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsinin əsaslandırması: 16.1. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya Idarəsindən əldə edilmiş məlumatlara əsasən məlum olmuşdur ki, iddiaçı qanunda göstərilən müddətdə Azərbaycan Respublikası ərazisində yaşayış yeri üzrə qeydiyyatda olmamışdır. Iddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, şəxsin qeydiyyat arxivini aşkarlamaq üçün onun Azərbaycan Respublikası ərazisində sonuncu yaşayış yeri olan Bakı şəhəri, Nəsimi rayonu, keçmiş Kiyev prospekti, indiki Ə.Qasımzadə küçəsi, ** saylı evin, *** nömrəli mənzilinin yerləşdiyi yerə uyğun olaraq Nəsimi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin ** saylı Mənzil-Kommunal Istismarı Sahəsinin arxivinə müraciət etdikdə, həmin arxivdə saxlanılan qeydiyyat vərəqələrində X6 və X11 qeydiyyat vərəqələri aşkar olunmuşdur. X11 qeydiyyat vərəqəsinin 11-ci qrafasında (uşaqlar barədə məlumat) İddiaçı də adı qeyd edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materialında olan ** saylı Mənzil Kommunal Istismarı Sahəsi tərəfindən verilmiş qeydiyyat vərəqələrində iddiaçının valideynlərinin Bakı şəhəri, Nəsimi rayonunda qeydiyyatda olması barədə məlumat qeyd edilsə də, iddiaçının qeydiyyatda olması ilə bağlı qeydiyyat vərəqəsi mövcud deyildir. Onun barəsində yalnız anasına məxsus qeydiyyat vərəqəsində “16 yaşadək uşaqlar”-ı bölməsində qeyd aparılmışdır. Həmçinin, onun 8-ci sinifə qədər *** nömrəli orta məktəbdə oxuması ilə bağlı dəlilinə gəldikdə isə məhkəmə qeyd edir ki, bu hal özlüyündə iddiaçının Azərbaycan Respublikasının ərazisində ##.##.1998-ci il tarixədək yaşayış yeri üzrə rəsmi qeydiyyatının olmasını təsdiq edən sənəd qisminə qiymətləndirilə bilməz. 16.2. Bundan əlavə, iddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, həm anası X3, həm atası X5 AR SSRI vətəndaşlıq pasportu mövcud olmuşdur. Iddiaçının nümayəndəsi və vəkili tərəfindən iş materiallarına əlavə edilmiş pasportlara əsasən müəyyən edilmişdir ki, iddiaçının valideynləri Azərbaycan SSR deyil, Sovet Sosial Resublikaları Ittifaqının (SSRI) vətəndaşları olmuşlar. Halbuki, “ Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi” Qaydasının 4.1.4.1-ci bəndinə əsasən, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti doğulduğu anda valideynlərindən biri və ya hər iki Azərbaycan Respublikasının vətəndaşı olduğu halda tanınır. Beləliklə, məhkəmə müəyyən etmişdir ki, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsinin məqsədi vətəndaşsızlığın ixtisar edilməsidir. Iddiaçı ## ######## 1998-ci il tarixli “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək (##.##.1998-ci il) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmamışdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur.
17. Iddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a) kassasiya şikayətinin dəlilləri:
18. Kassasiya şikayətinin əsasını iddia ərizəsində və apellyasiya şikayətində qeyd olunanlar təşkil edir.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ
20. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 5. Aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) Bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il ######ın #-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il ######ın #-dən 1992-ci il ######ın #-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) Bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər ... Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. Bu maddənin birinci hissəsinin 3-cü bəndi əsasında Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş qaçqınlar tərk etdikləri dövlətlərə qayıtmaq hüququnu itirmirlər. Həmin şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyində məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlər şamil edilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 11. Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi əsasları Şəxs Azərbaycan Respublikasının vətəndaşlığını aşağıdakı hallarda əldə edir: 1) Azərbaycan Respublikasının ərazisində (bu Qanunun 12-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və ya Azərbaycan Respublikasının vətəndaşından doğulduqda; Maddə 18. Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il ## ###### tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir: 1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi;
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il ## #### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”: 1.1. Bu Qayda “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir. 2.1. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraat həmin şəxsin Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlərə malik olmadığı və ya belə sənədləri qanunsuz əldə etmələrinə əsaslı şübhələr olduğu təqdirdə aparılır. 2.2. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsaslar aşağıdakılardır: 2.2.1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il #######ın #-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olubsa; 2.2.2. Azərbaycan Respublikasının ərazisində doğulduqda (valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olduğu hallar istisna olmaqla); 2.2.3. valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa (doğumu Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış şəxs istisna olmaqla) 2.2.4. valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşıdırsa; 2.2.5. valideynlərindən biri və ya hər ikisi vətəndaşlığını dəyişərək Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmişdirsə və ya onların Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilmişdirsə; 2.2.6. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər arvaddan biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa; 2.2.7. 1988-ci il ######ın #-dən 1992-ci il ######ın #-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqındırsa; 2.2.8. Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum uşaqdırsa. Maddə 4.4. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır.
22. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
27. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə cavabdehin qərarının ləğv edilməsi və iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması ilə bağlı lazımi qaydada araşdırma aparmış, haqlı olaraq birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə mövqeyi ilə razılaşmışdır.
28. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
29. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.