Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-3869/2025 17.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi (əmək kitabçasının mötəbərliyi; iş yerindən verilmiş güzəştli arayış); oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; şikayət üzrə kassasiyanın mümkün sayılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyev Sərvər Yaqub oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, IŞIN HALLARI
1. Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, ona ##.##.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ##.##.1960-cı ildə Ermənistan Respublikasının Amasiya rayonunda anadan olmuşdur. 1978-1980-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. ##.##.1982-ci il tarixdən əmək fəaliyyətinə başlamış və hazırkı dövrədək fasiləsiz olaraq çalışır. Müxtəlif yerlərdə və müxtəlif peşələrdə olmaqla ümumi stajı 40 ildən artıqdır. Bu illərin tam olaraq 20 ilini zərərli sayılan peşələrdə və yerlərdə çalışmışdır və hazırda da bu sahədə çalışır. Belə ki, ##.##.2004-cü ildən başlayaraq müxtəlif metaləritmə müəssisələrində ocaq mexaniki, ocaq mexanik ustası, mexanik vəzifələrində çalışmışdır. Hazırda 63 yaşı var. Artıq 3 ildir ki, pensiya hüququndan istifadə edə bilmir. Belə ki, bununla əlaqədar cavabdeh inzibati orqana müraciət etsə də, müraciətinə müsbət cavab verilməmiş, hər dəfə müxtəlif növ bəhanələrlə onun pensiya hüququndan istifadə etməyinə maneə yaradılmışdır. Sonuncu dəfə isə onun induksion ocaq mexaniki vəzifəsində işlədiyini və bu vəzifənin sex mexaniki vəzifəsi ilə eynilik təşkil etməsi barədə məlumat olmadığı üçün ona imtina cavabı vermişdilər. O, cavabdeh inzibati orqanın imtina qərarı ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Metallurgiya istehsalatı bölməsinin Domna istehsalatı bəndinin (3.1) rəhbərlər və mütəxəssislər (b) yarımbəndində sex mexanikləri vəzifəsi nəzərdə tutulmuşdur. Sonuncu iş yeri olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin verdiyi ## ####### 2023cü il tarixli, ** saylı arayışından da göründüyü kimi, yuxarıda göstərilən sex mexaniki vəzifəsi, işlədiyi * saylı metaləritmə sexində mexanik (induksion soba üzrə) vəzifəsi ilə eynilik təşkil edir. Təqdim etdiyi sənədlərdən də göründüyü kimi, 40 ildən çox olan ümumi iş stajının 20 ili güzəştli şərtlərlə müəyyən olunmuş vəzifələrə aiddir. Müxtəlif yerlərdə və müxtəlif peşələrdə olmaqla ümumi stajının pensiya hüququ yarananadək olan hissəsi 30 il 2 ay 5 gün təşkil edir. Əlavə olaraq, 2 il 2 ay 8 gün hərbi xidmət dövrü təşkil edir. ##.##.2004-cü ildən ##.##.2009-cu ilədək “xxxx” MMC-də “ocaq mexaniki” və “ocaq mexanik ustası” vəzifəsində işləmişdir (4 il 11 ay); ##.##.2009-cu ildən ##.##.2018-ci ilədək “xxxx” MMC-də (##.##.2013-cü ildən adı dəyişdirilərək “xxxx” MMC adlandırılıb) “indüksiyon ocaq mexaniki” vəzifəsində işləmişdir (8 il 1 ay 29 gün);##.##.2018-ci ildən ##.##.2018-ci ilədək “xxxx” MMC-də “mexanik” vəzifəsində işləmişdir (9 ay 8 gün); ##.##.2018-ci ildən ##.##.2019-cu ilədək “xxxx” MMC-də “mexanik” vəzifəsində işləmişdir (9 ay); ##.##.2019-cu ildən hal-hazıradək “xxxx” MMC-nin * saylı metaləritmə sexində “mexanik” (induksiyon soba üzrə) vəzifəsində işləyir.
3. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi “xxxx” MMC-nin ## ###### 2020-ci il tarixli arayışında ##.##.2009-##.##.2018-ci il tarixləri arasındakı dövr ərzində “xxxx” MMC-nin Metal əritmə sexində və “xxxx” MMC-nin ## ###### 2020-ci il tarixli, **/A saylı arayışında ##.##.2018-##.##.2019-cu il tarixləri arasındakı dövr ərzində induksiyon ocaq mexaniki vəzifəsində işlədiyi qeyd olunmuşdur. Iddiaçının işlədiyi induksiyon ocaq mexaniki vəzifəsi yuxarıda qeyd olunan müvafiq Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulmamışdır. Eyni zamanda “xxxx” MMC-nin # ###### 2023-cü il tarixli, AR-** saylı arayışında iddiaçının ##.##.2019-cu il tarixdən bu günədək mexanik vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışda iddiaçının işlədiyi müəssisənin fəaliyyət sahəsinin yuxarıda qeyd olunan metallurgiya istehsalatı sahəsi ilə, işlədiyi vəzifənin isə sex mexanikləri vəzifəsi ilə eynilik təşkil etməsi barədə hər hansı məlumat göstərilməmişdir. Buna görə həmin dövrləri iddiaçının güzəştli iş stajına aid etmək mümkün olmamışdır. Göstərilən səbəblərdən iddiaçının güzəştli iş stajı yoxdur. Qeyd olunanlar nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır.
4. Bakı Inzibati Məhkəməsinin (hakim: A.M.Almazova) ## ##### 2025-ci il tarixli, e- *-*(***)-***/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçı İddiaçı ##.##.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına edilməsi qərara alınmışdır.
5. Birinci instansiyası məhkəməsinin əsaslandırması: 5.1. Iddiaçı ##.##.1960-cı il təvəllüdlüdür və güzəştli şərtlərlə pensiya təyininə dair ##.##.2025-ci ildə müraciət etmişdir. Onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini tələb etdiyi ##.##.2022-ci il tarixə yaşının 60-dan çox, ümumi iş stajının ən az 25 il olması işin mübahisəsiz halıdır. 5.2. Əmək şəraiti zərərli və ağır olan işlərdə stajına münasibətdə məhkəmə qeyd edir ki, “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, **-M saylı məktubundan görünür ki, iddiaçı ##.##.2019-cu il tarixdən hal-hazırkı tarixədək “xxxx” MMC-nin * saylı metaləritmə sexində mexanik (induksion soba üzrə) vəzifəsində işləyir. Onun * saylı metaləritmə sexində işlədiyi mexanik (induksion soba üzrə) vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Metallurgiya istehsalı bölməsinin (3) Domna Istehsalı bəndinin (3.1) rəhbərlər və mütəxəssislər yarımbəndində (b) sex mexanikləri vəzifəsi ilə, həmçinin “xxxx” MMC-nin fəaliyyət sahəsi metallurgiya istehsalı sahəsi ilə eynilik təşkil edir. Məhkəmə qeyd edir ki, iddiaçının ##.##.2009-cu il tarixindən ##.##.2018-ci il tarixinədək “xxxx” MMC-nin Metaləritmə sexində induksiyon ocaq mexaniki vəzifəsində və ##.##.2018-ci il tarixindən ##.##.2019-cu il tarixədək “xxxx” MMC-nin * saylı Metaləritmə sexində induksiyon ocaq mexaniki vəzifəsində işləməsi də müvafiq arayışlarla öz əksini tapsa da, həmin arayışlarda sözügedən peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Metallurgiya istehsalı bölməsinin (3) Domna Istehsalı bəndinin (3.1) rəhbərlər və mütəxəssislər yarımbəndində (b) sex mexanikləri vəzifəsi ilə eynilik təşkil etməsi qeyd edilməmişdir. Lakin məhkəmə hesab edir ki, qeyd edilən müəssisələrin arxiv sənədlərinin natamam olması və ya onların hazırda mövcud olmaması səbəbindən sözügedən arayışlarda həmin qeydin göstərilə bilməməsi iddiaçının təqsiri deyil və onun əleyhinə şərh edilməməlidir. Belə ki, eyni vəzifə barədə analoji müəssisə olan “xxxx” MMC tərəfindən təqdim edilmiş arayışda iddiaşının işlədiyi mexanik (induksion soba üzrə) vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Metallurgiya istehsalı bölməsinin (3) Domna Istehsalı bəndinin (3.1) rəhbərlər və mütəxəssislər yarımbəndində (b) sex mexanikləri vəzifəsi ilə, həmçinin “xxxx” MMC-nin fəaliyyət sahəsi metallurgiya istehsalı sahəsi ilə eynilik təşkil etməsi öz təsdiqini tapır. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının əmək şəraitinə görə ##.##.2022-ci il tarixədək güzəştli şərtlərlə əmək stajının 12 il 6 aydan artıq (##.##.2009-##.##.2018-ci il, ##.##.2018- ##.##.2019-cu il, ##.##.2019-##.##.2022-ci il) olması iş yerindən arayışlarla da təsdiqlənmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, odur ki, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
6. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: N.X.Nəbizadə /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və K.H.Əkbərov) ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
7. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
8. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
9. Məhkəmə kollegiyası hesab edir ki, IPM-in 94.2-ci, 96.2-96.3-cü, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, HYPERLINK "https://supremecourt.gov.az/storage/pages/1970/kassasiya-sikayetinin-mumkunluyu- 06112023-yenilenmis-son-1.pdf" Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının “Inzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
10. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və Inzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə Inzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
11. Hazırkı işdə şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
12. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsinin mövcud və aydın olması, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməsi və təcrübənin tərəflər üçün əlçatan və bəlli olması) mövcuddur.
13. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının “Inzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadına istinad olunmaqla qəbul etdiyi qərardadlarda (##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli; ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxsin əmək kitabçasında onun əmək fəaliyyətini əks etdirən qeydlər, bu qeydlərə dair əsaslı şübhələr yoxdursa, mötəbər sayılır və həmin qeydlərin aid olduğu dövr şəxsin sosial sığorta stajına daxil edilir. Bu qeydlərin şübhəli olmasını sübuta yetirmək vəzifəsi cavabdehin üzərinə düşür.
14. Bundan əlavə, “Inzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə, həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır.
15. Hazırkı iş üzrə iddiaçı ##.##.1960-cı il təvəllüdlü olmaqla, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün ##.##.2022-ci il tarixədək 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq güzəştli iş stajına malik olması işin aşağı instansiya məhkəmələri tərəfindən araşdırılması zamanı (iddiaçıya məxsus əmək kitabçası; iş yerindən verilmiş güzəştli arayış və məhkəmə sorğularına cavab məktubları) öz təsdiqini tapmışdır. Qeyd edilməlidir ki, iddiaçı ##.##.2022-ci il tarixədək azı 25 il ümumi və 12 il 6 ay xüsusi (güzəştli) iş stajına malik olduğundan, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən ##.##.2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasını tələb etməkdə haqlı sayılmalıdır.
16. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən cavabdeh üçün əlçatan və bəlli olmuşdur.
17. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur.
18. Bundan başqa, hazırkı iş üzrə IPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
19. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI :
Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.