Məhkəmə qərarları › İş №2-1(102)-387/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-387/2019

20.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-387/2019 20.02.2019 ALİ MƏHKƏMƏ Iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər Şöbəsinə qarşı iş üzrə GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Iddiaçı vəkili Vəkil iştirakı ilə İddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər Şöbəsinə qarşı yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması tələbinə dair Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-398/ 18 saylı 11 oktyabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 20.02.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ **.**.****-cü il təvəllüdlü iddiaçı 10.08.1971-ci il tarixdən 06.12.1971-ci il tarixədək işləmiş, 31.05.1973-cü il tarixdən 25.06.1975-ci il tarixədək hərbi xidmətdə olmuş, 21.08.1975-ci il tarixdən 01.12.1994-cü il tarixədək, 08.01.1995-ci il tarixdən 24.02.1996-cı il tarixədək, 01.04.1999-cu il tarixdən 31.12.2007-ci il tarixədək, 01.10.2008-ci il tarixdən 31.12.2010-cu il tarixədək, 15.07.2016cı il tarixdən 16.08.2016-cı il tarixədək və 07.09.2017-ci il tarixdən 12.01.2018-ci il tarixədək müxtəlif işlərdə işləmişdir. İddiaçı yaşa görə əmək pensiyasının təy in olunması üçün cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu 12.03.2018-ci il tarixli **/*** nömrəli məktubla bildirmişdir ki, 1999-2011-ci illərdə Şəki İslam Mədrəsəsində işləyərək almış olduğu əmək haqqı və əmək haqqından məcburi dövlət sosial sığorta haqqı ödənişləri barədə arayış təqdim edilmədiyindən həmin illər sosial sığorta stajına daxil edilmir və qanunverciliklə tələb edilən 25 il sosial sığorta stajı olmadığından ona yaşa görə pensiya təyin edilməsindən imtina edilmişdir. Bundan sonra iddiaçı 09.02.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə tələblə Şəki İnzibatiİqtisadi Məhkəməsinə müraciət etmişdir. Məhkəmələrin mövqeyi Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim Rüfət Məcidov) 29 may 2018-ci il tarixli 21(84)-798/2018 nömrəli qərarı ilə iddia təmin edilərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Şəki şəhər şöbəsinin üzərinə iddiaçı Iddiaçı 09.02.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulmuş, ödənilmiş 10 (on) manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qərara alınmışdır. DSMF-in Şəki şəhər şöbəsi apellyasiya şikayəti verərək Şəki İnzibati-İqtisadi Məhkəməsinin 29 may 2018-ci il tarixli 2-1(84)-798/2018 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-398/18 saylı 11 oktyabr 2018-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibatiİqtisadi Məhkəməsinin (hakim Rü fət Məcidov) 29 may 2018-ci il tarixli 2- 1(84)-798/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı 01.04.1999-cu il tarixdən 31.12.2007-ci il tarixədək, 01.10.2008-ci il tarixdən 31.12.2010-cu il tarixədək Şəki İslam Mədrəsəsində qazançı işləmiş və əmək haqqı almışdır. Bu fakt Şəki (hafizlik) İslam Mədrəsəsi tərəfindən verilmiş 05.04.2018-ci il tarixli 37 nömrəli əmək haqqı arayışı, 15.05.2018-ci il tarixli 41 nömrəli arayış və 03.03.1976-cı il tarixli əmək kitabçası ilə öz təsdiqini tapır. İddiaçının işlədiyi müəssisə tərəfindən əmək haqqından məcburi dövlət sosial sığorta haqqının ödənilib-ödənilməməsi isə iddiaçının təqsirindən baş verməmişdir Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-398/18 saylı 11 oktyabr 2018-ci i l tarixli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə Sosial sığorta stajı deyilərkən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə vətəndaşın iş və digər fəaliyyət dövrləri başa düşülür. Vətəndaşın 1999-2005- ci illərdəki fəaliyyəti Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən sosial sığorta stajına aid edilə bilməz. Çünki, həmin illərdə DSMF-na Qanunvericiliyə uyğun ödəmələr ödənilməmişdir. 01.01.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qa nununun 21-ci maddəsinə əsasən 1999-2005-ci illərin vətəndaşın sosial sığorta stajına daxil edilməsi tamamilə qeyriqanunidir. Həmçinin 2007-2010, 2016-2018-ci illər üzrə sosial sığorta stajı fərdi uçot məlumatlarına əsasən müəyyən olunur. Beləliklə, 1999-2005-ci illərin sosial sığorta stajına daxil edilməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq deyildir. Kassator İPM-nin 90-96-cı maddələrinə isitnad edərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-398/18 saylı 11 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak iddiaçı Iddiaçı vəkili Vəkil kassasiya şikayətinin dəlillərini qəbul etməyərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-398/18 saylı 11 oktyabr 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDIRICI HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Şəki Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(107)-398/18 saylı 11 oktyabr 2018-ci il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni və əsaslıdır. Belə ki işin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halla rı ilə müəyyən olunur ki, iddiaçı 10.08.1971-ci il tarixdən 06.12.1971-ci il tarixədək işləmiş, 31.05.1973-cü il tarixdən 25.06.1975-ci il tarixədək hərbi xidmətdə olmuş, 21.08.1975-ci il tarixdən 01.12.1994-cü il tarixədək, 08.01.1995-ci il tarixdən 24.02.1996-cı il tarixədək, 01.04.1999-cu il tarixdən 31.12.2007-ci il tarixədək, 01.10.2008-ci il tarixdən 31.12.2010-cu il tarixədək, 15.07.2016cı il tarixdən 16.08.2016-cı il tarixədək və 07.09.2017-ci il tarixdən 12.01.2018-ci il tarixədək müxtəlif işlərdə işləmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qaz anılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Əmək pensiyaları haqqında Qanunun qüvvəyə mindiyi günədək iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçının 10.08.1971-ci il tarixdən 06.12.1971-ci il tarixədək işləmiş, 31.05.1973-cü il tarixdən 25.06.1975-ci il tarixədək hərbi xidmətdə olmuş, 21.08.1975-ci il tarixdən 01.12.1994-cü il tarixədək, 08.01.1995-ci il tarixdən 24.02.1996-cı il tarixədək, 01.04.1999-cu il tarixdən 31.12.2007-ci il tarixədək, 01.10.2008-ci il tarixdən 31.12.2010-cu il tarixədək, 15.07.2016-cı il tarixdən 16.08.2016-cı il tarixədək və 07.09.2017-ci il tarixdən 12.01.2018-ci il tarixədək müxtəlif işlərdə işləməsi öz təsdiqini tapır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənə din həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Beləliklə, hazırkı iş üzrə iddiaçının “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minənədək (01.01.2006-cı il tarixədək) 25 ildən artıq stajı olduğundan iddiaçıya kifayət qədər stajının olmaması əsası ilə iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina qanunsuz olmuş və inzibati orqan tərəfindən iddiaçının 01.01.2006-cı il tarixədək olan stajının nəzərə alınmaması yuxarıda sadalanan hüquq normalarının tələblərinə zidd olmuşdur. İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzi bati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, A li Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər Şöbəsinin kassasiya şikayəti təmi n edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-398/2018 saylı 11 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar