Məhkəmə qərarları › İş №2-1(102)-3872/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3872/2025

24.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3872/2025 24.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina; güzəştli stajın kifayət etməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, 2-1(103)- ****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı İddiaçı ##.##.1960-cı il təvəllüdlüdür.

2. İddiaçı: - ##.##.1978-##.##.1980-ci illərdə Sovet ordusu sıralarında xidmət etmişdir (2 il 9 ay 6 gün); - ##.##.1977-##.##.1982-ci illərdə Bakı Politexnik Texnikumunda topoqrafiya ixtisası üzrə peşə təhsili almışdır (4 il 6 ay 4 gün).

3. ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı: - ##.##.1981-##.##.1982-ci illərdə V.İ.Lenin adına maşın zavodunda * saylı zavodda revolver-tornaçı işləmişdir (5 ay 21 gün); - ##.##.1982-##.##.1986-cı illərdə *** saylı OKE-də texnik-topoqraf kimi sahə işində işləmişdir (3 il 10 ay 16 gün); - ##.##.1986-##.##.1988-ci illərdə p/i “Bakı kommunal proyekti” * saylı PO-da baş mühəndis vəzifəsində işləmişdir (1 il 4 ay 7 gün); - ##.##.1988-##.##.1988-ci illərdə Dorremstoy QPRSU DRSU-5 köçürüldüyü üçün işdən azad edilmişdir (4 ay 11 gün); - ##.##.1988-##.##.1990-cı illərdə DEU-27-dən köçürülməklə tikinti ustası vəzifəsində işləmişdir (1 il 6 ay 6 gün); - ##.##.1990-##.##.1993-cü illərdə iş icraçısı vəzifəsində işləmişdir (3 il 6 ay 24 gün); - ##.##.1993-##.##.1993-cü illərdə Sənaye Tikinti Kompleksi Azərbaycan Dövlət Sənaye Tikinti Kompleksində istehsalat bazasının tikinti sexinin rəis v.i.e vəzifəsində işləmişdir (4 gün); - ##.##.1993-##.##.1994-cü illərdə Az. DSTK STK istehsalat bazası kompleks aparatından çıxardığı üçün dülgər sexində rəis işləmişdir (8 ay 27 gün); - ##.##.1994-##.##.1997-ci illərdə Bakı İstehsalat müəssisəsində iş icraçısı vəzifəsində işləmişdir (3 il 4 gün); - ##.##.1997-##.##.2011-ci illərdə Azərbaycan Respublikası Dövlət Geodeziya və Xəritəçəkmə Komitəsinin “Aerogeodeziya və Kadastr” İstehsalat Birliyində (Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti) mühəndis işləmişdir (##.##.2006-cı il tarixədək 8 il 4 ay 18 gün); - ##.##.2011-##.##.2018-ci illərdə Geodeziya şöbəsində mühəndis vəzifəsində işləmişdir; - ##.##.2018-##.##.2023-cü illərdə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində Geodeziya şöbəsində çöl işləri üzrə mühəndis vəzifəsində işləmişdir; - ##.##.2023-cü il tarixdən hal-hazıradək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Geodeziya və topoqrafiya şöbəsinə mütəxəssis-topogeodeziya üzrə vəzifəsində işləyir.

4. Cavabdehin “Əmək pensiyasının təyin edilməsi” haqqında ##.##.2021-ci il tarixli qərarına əsasən iddiaçıya pensiya hüququnun yarandığı ##.##.2020-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.

5. İddiaçı ##.##.2024-cü il tarixdə cavabdehə ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

6. Cavabdeh ##.##.2024-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, ona ##.##.2021-ci il tarixində Mərkəzi Filial tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və pensiya hüququnun yarandığı ##.##.2020-ci il tarixindən hesablanmışdır. Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, # ###### 2006-cı il tarixinədək güzəştli iş stajı 12 il 6 aydan az (8 il 4 ay (çöl stajı)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona ödənilən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ərizənizdə göstərilən əsaslarla yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

7. İddiaçı ##.##.2024-cü il tarixdə yenidən cavabdehə ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

8. Cavabdeh ##.##.2024-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, ona ##.##.2021-ci il tarixində Mərkəzi Filial tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və pensiya hüququnun yarandığı ##.##.2020-ci il tarixindən hesablanmışdır. Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, # ###### 2006-cı il tarixinədək güzəştli iş stajı 12 il 6 aydan az (12 il 3 ay 2 gün (##.##.1982-##.##.1986-cı il, ##.##.1997-##.##.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona ödənilən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ərizənizdə göstərilən əsaslarla yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hüququnun yarandığı, 57 yaşının tamam olduğu – ## ###### 2017-ci il tarixdən təyin edilməsi və ##.##.2017-ci il tarixdən məhkəmə qərarı icra olunan vaxtadək ödənilməli olan əmək pensiyasının məbləğ fərqinin hesablanıb birdəfəlik ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun 1983-2020-ci illər ərzində işlədiyi çöl günləri cədvəllərlə göstərilmiş, həmin çöl günləri cəmi 5036 gün - 165 ay 20 gün - 13 il 9 ay 20 gün hesablanmışdır. Qeyd etdiyi ##.##.2020-ci il tarixli güzəştli arayış Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi “xxxx” MMC tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə təqdim edilməsi üçün verilmişdir. Əmək kitabçasından və güzəştli arayışdan da görünür ki, hələ ##.##.2006-cı ilədək olan müddətdə onun 13 il 5 ay güzəştli, 25 ildən artıq ümumi iş stajı mövcuddur ki, ona 57 yaşının tamam olduğu ## ###### 2017-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməli idi. Lakin ona yanlış olaraq, 60 yaşı tamam olandan sonra 2020ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin olunmuşdur.

11. Cavabdehin iddiaya dair yazılı etirazınının dəlilləri ##.##.2024-cü il tarixli imtina məktubunun dəlilləri ilə eynilik təşkil edir.

12. Bakı İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim B.Cəlalov) iddia qismən təmin edilmiş, İddiaçı ##.##.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış pensiya fərqinin ##.##.2024-ci il tarixdən hesablanıb aylıq pensiya ödənişlərinə əlavə edilməklə ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmiş, iddia 57 yaşdan təyin edilmiş pensiyanın ##.##.2017-ci il tarixdən və birdəfəlik ödənilməsi hissələrində rədd edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərkən iddiaçının ##.##.1982- 13. ##.##.1986-cı il, ##.##.1997-##.##.2005-ci il tarixlərdə işlədiyi dövrləri arxiv arayışına əsasən yalnız çöl işlərində işlədiyi günləri nəzərə almışdır. Göründüyü kimi iddiaçının həmin işlərdə işləməsi onun əmək kitabçasına və arxiv arayışlarına əsasən müəyyən edilir. Qeyd edilən işlərin güzəştli olması isə, Nazirlər Kabinetinin qərarlarında təsbit edilmişdir. Burada məhkəmə xüsusi olaraq qeyd edir ki, adıçəkilən qərarda sözügedən məsələ ilə bağlı “gün” anlayışının tətbiq edilməsi ümumiyyətlə nəzərdə tutulmamışdır. Qanunverici güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısını təsdiq etməklə kifayətlənmiş və işçinin həmin fəaliyyət sahəsi üzrə məşğul olan şəxs kimi çalışdığı ümumi dövrü nəzərə alır. Həmin dövr də ##.##.1982-##.##.1986-cı il tarixədək, ##.##.1997-ci il tarixdən ##.##.2005-ci il tarixədək olan dövrü əhatə etməklə 13 il təşkil edir. Belə olan halda iddiaçıya güzəştli şərtlərlə pensiya təyinatı zamanı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinin müddəaları tətbiq edilməli və güzəştli şərtlərlə pensiya təyinatı zamanı pensiya təyin edilən tarixə yalnız iki meyarın mövcudluğu nəzərə alınmalıdır: staj (25 il iş stajı, bu müddətin azı 12 il 6 ayını əmək şəraiti zərərli və ağır olan işlər) və yaş (57 yaş). Buna görə də, iddiaçı ##.##.1960-cı il təvəllüdlü olmaqla və 57 yaşının tamam olduğu ##.##.2017-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malikdir.

14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

b) apellyasiya instansiya məhkəməsində icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, 2-1(103)- ****/**** nömrəli qərarı ilə (hakimlər İddiaçı – məruzəçi, C.Məmmədov və P.Hüseynov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) kassasiya şikayətinin dəlilləri

18. Kassasiya şikayətinin dəlilləri iddia tələbinə etirazın dəlilləri ilə eynilik təşkil edir.

19. Kassator əlavə olaraq qeyd edir ki, iddiaçıya dair iş materiallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi xxxx Agentliyinin ##.##.2025-ci il tarixli *-**-**/*- ***/**** nömrəli arayışında onun ##.##.1983-##.##.2005-ci il tarixləri arasındakı dövr ərzində güzəştli iş stajı 12 il 6 aydan az (9 il 7 ay çöl iş) təşkil etmişdir. Beləliklə, iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, kifayət qədər güzəştli sığorta stajı olmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır.

20. Kassasiya şikayətində “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təyinatı haqqında” Qanunun 13-cü maddəsinə istinad edilmişdir.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tətbiq edilən hüquq

22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. ... 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.

23. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (hazırda qüvvədən düşmüşdür): Maddə 13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: ... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan * nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. ...

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.

Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

25. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət olunmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən şikayət təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia rədd olunmalıdır.

28. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini və iddianın rədd olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

29. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı və məqsədi ona 57 yaşının tamam olduğu ##.##.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına nail olmaqdan ibarətdir. Bununla bağlı qeyd edilməlidir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8ci maddəsinə

30. və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən iddiaçıya 57 yaşının tamam olduğu ##.##.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərt ödənilməlidir: 1) ##.##.2006-cı il tarixədək iddiaçının ümumi stajı ən azı 25 il olmalı; 2) ##.##.2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı ən azı 12 il 6 ay olmalıdır.

31. İşin mübahisələndirilməyən hallarına əsasən və iddiaçının əmək kitabçasına əsasən iddiaçı ##.##.1982-##.##.1986-cı illərdə *** saylı OKE-də texnik-topoqraf (3 il 10 ay 16 gün), ##.##.1997-##.##.2011-ci illərdə Dövlət Geodeziya və Xəritəçəkmə Komitəsinin “Aerogeodeziya və Kadastr” İstehsalat Birliyində (Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan “xxxx” MMC) mühəndis (##.##.2006-cı il tarixədək 8 il 4 ay 18 gün) işləmişdir.

32. Cavabdeh iddiaçının ##.##.2006-cı il tarixə güzəştli stajının 12 il 6 aydan az olmasına istinad edərkən iddiaçının güzəştli stajını ##.##.2024-cü il tarixli məktubunda 8 il 4 ay (çöl stajı), ##.##.2024-cü il tarixli məktubunda 12 il 3 ay 2 gün, kassasiya şikayətində isə 9 il 7 ay (çöl işi) kimi göstərmişdir.

33. Birinci instansiya məhkəməsinin iddianın qismən (güzəştli iş stajına münasibətdə) təmin edilməsi barədə qərarını dəyişdirmədən saxlayan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Nazirlər Kabinetinin qərarlarında sözügedən məsələ ilə bağlı “gün” anlayışının tətbiq edilməsi ümumiyyətlə nəzərdə tutulmamış, qanunverici güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısını təsdiq etməklə kifayətlənmiş və işçinin həmin fəaliyyət sahəsi üzrə məşğul olan şəxs kimi çalışdığı ümumi dövrü nəzərə alır. Həmin dövr də ##.##.1982-##.##.1986-cı il tarixədək, ##.##.1997-ci il tarixdən ##.##.2005-ci il tarixədək olan dövrü əhatə etməklə 13 il təşkil edir.

34. Məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin qərarlarında formalaşmış ümumi mövqeyə istinad edərək qeyd edir ki, Nazirlər Kabinetinin ##.##.2007ci il tarixli ** saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 1.3-cü “Geologiya kəşfiyyat işləri (yerüstü)” bəndində “ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya-geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər” güzəştli şərtlərlə pensiya hüququ verən peşələr kimi göstərilsə də, həmin işlərin saatlarla ölçülməsinə dair hər hansı bir müddəa nəzərdə tutulmamışdır. Sözügedən Siyahıda yalnız çöl geoloji kəşfiyyatda çalışma tələbi mövcuddur, bu işin konkret olaraq hansı gün ərzində icra edilməsinə dair şərt göstərilməmişdir (Siyahıda bəzi işlər üzrə tam iş günü və ya müəyyən saat çalışmaq tələbi mövcud olsa da, həmin işə münasibətdə nəzərdə tutulmamışdır).

35. Ona görə də, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının güzəştli stajına münasibətdə “gün” və “saat” anlayışlarına düzgün yanaşma sərgiləsə də, iddiaçının güzəştli stajının hesablanması ilə bağlı yanlışlığa yol vermişdir. Belə ki, iddiaçının güzəştli əmək pensiyası hüququ verən vəzifələrdə işlədiyi müddət ##.##.1982-##.##.1986-cı il tarixədək, ##.##.1997-ci il tarixdən ##.##.2005-ci il tarixədək olan dövrü əhatə etməklə apellyasiya instansiyası məhkəməsinin göstərdiyi kimi 13 il deyil, 12 il 3 ay 4 gün təşkil edir. Bu isə iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 12 il 6 aydan azdır.

36. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası qanunvericiliyin tələblərinə uyğun olmuş, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə isə əsaslı olmamışdır.

37. Nəticə etibarı ilə, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin olunmamalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “##.##.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış pensiya fərqinin ##.##.2024-cü il tarixdən hesablanıb aylıq pensiya ödənişlərinə əlavə edilməklə ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar