Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3873/2025 24.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Bakı Ərazi Idarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması; işin hallarının tam araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Bakı Ərazi Idarəsinə qarşı “daşınmaz əmlaka hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. X10 və Istismar birliyi ilə X3 arasında bağlanmış ##.##.2005-ci il tarixli, ***** nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Novxanı ərazisində yerləşən 0,12 ha torpaq sahəsi olan ****ç saylı bağ X3 istifadəsinə verilmişdir.
2. Iddiaçı həmin bağ sahəsi üzrə koordinatların tərtib olunaraq elektron kadastr məlumatlarına daxil edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdehin ##.##.2021-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, 1083-lə başlayan bağ sahələri bu sahədən təqribən 1200 m aralıda qeydiyyatdan keçmişdir.
3. Cavabdehin ##.##.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, keçmiş X10 və Istismarı Birliyi tərəfindən əyani şəkildə tərtib edilməklə yardımçı vasitə kimi istifadə etdiyi bağların bölgüsünə dair sxematik xəritədə ****ç saylı bağ öz əksini tapmamış, iddia olunan sahə dənizdən 120 metr məsafədə yerləşməklə dövlət mülkiyyətində olan torpaqlardır.
4. Cavabdehin ##.##.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri Binəqədi rayonu Novxanı bağ massivi, ****ç saylı bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksinin tapmadığından, həmçinin bağ sahəsi koordinat sistemində olmadığından bağ sahələrinin sxematik xəritəyə əsasən koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Novxanı bağ massivində 1103ç bağ nömrəsi ilə qeydiyyata alınmış bağ sahəsi barədə məlumat aşkar edilməmişdir.
5. Iddiaçılar X2, X1, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı X2 ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən, sahəsi 0,12 ha olan ****e saylı bağ sahəsinə, iddiaçı X1 ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən, sahəsi 0,12 ha olan ****c saylı bağ sahəsinə və iddiaçı İddiaçı ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən, sahəsi 0,12 ha olan ****ç saylı bağ sahəsinə bölgü sxeminə uyğun koordinatların tərtib olunaraq elektron kadastr məlumatlarına daxil edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
6. Iddiaçı İddiaçı ##.##.2022-ci il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X3 ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən və sahəsi 0,12 ha olan ****ç saylı bağ sahəsinə bölgü sxeminə uyğun koordinatların tərtib olunaraq elektron kadastr məlumatlarına daxil edilməklə həmin bağ sahəsinin mərhum X3 mülkiyyət hüququ ilə məxsus olması barədə Bədirov AbasAğa Bahadır oğlunun adına arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Bakı Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçı X2 ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən və sahəsi 0,12 ha olan ****e saylı bağ sahəsinə dair bölgü sxeminə uyğun koordinatların tərtib olunaraq elektron kadastr məlumatlarına daxil edilməklə iddiaçı X2 mülkiyyət hüquqlarını təsdiq edən reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsinin üzərinə qoyulmuş, iddiaçı X1 ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən və sahəsi 0,12 ha olan ****c saylı bağ sahəsinə bölgü sxeminə uyğun koordinatların tərtib olunaraq elektron kadastr məlumatlarına daxil edilməklə iddiaçı X1 mülkiyyət hüquqlarını təsdiq edən reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsinin üzərinə qoyulmuş, iddiaçı İddiaçı mərhum atası X3 ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən və sahəsi 0,12 ha olan ****ç saylı bağ sahəsinə bölgü sxeminə uyğun koordinatların tərtib olunaraq elektron kadastr məlumatlarına daxil edilməklə həmin bağ sahəsinin mərhum X3 mülkiyyət hüququ ilə məxsus olması barədə arayışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsinin üzərinə qoyulmuşdur.
8. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə şikayət qismən təmin edilmiş, Bakı Inzibati Məhkəməsinin 25.01.024cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilmiş və inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı Inzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Belə ki, hər bir iddia tələbinə ayrıayrı icraatda baxılmalı və hər bir tələbə dair ayrıca qərar qəbul edilməli olduğu halda, birinci instansiya məhkəməsi tərəfindən həmin tələblərə bir icraatda baxılaraq vahid qərar qəbul edilmişdir. Qeyd olunanlara əsasən iddia tələblərinə bir icraatda baxıla bilməz. Hər bir iddiaçıya münasibətdə iddia tələbləri ayrı-ayrı icraata ayrılmalı və ayrı-ayrılıqda araşdırılmalıdır.
9. Bakı Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə iş iddiaçı X2 cavabdeh Cavabdeh qarşı “çıxarışın verilməsi” tələbi üzrə icraat 2-1(112)-133/2024 nömrə ilə; iddiaçı X1 cavabdeh Cavabdeh qarşı “çıxarışın verilməsi” tələbi üzrə icraat yeni nömrə ilə; iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “arayışın verilməsi” tələbi üzrə icraat yeni nömrə ilə qeydiyyata alınmaqla ayrılmışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) birinci instansiya məhkəməsində icraat 10.
11. Iddia tələbi onunla əsaslandırılmışdır ki, X10 və Istismarı Birliyi tərəfindən X3 ilə bağlanmış ***** nömrəli, ## ###### 2005-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 0,12 ha-dan ibarət ****ç saylı bağ sahəsi 10 il müddətinə həmin şəxsin istifadəsinə verilmişdir. Həmin vaxtdan halhazıradək bağ sahəsi iddiaçının atasının, sonradan isə onun sahiblik və istifadəsindədir. Iddiaçı eyni məzmunlu ərizə ilə cavabdehə müraciət edib sahiblik və istifadələrində olan ****ç saylı bağ sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi Idarəsi tərəfindən tərtib edilmiş bölgü sxeminə uyğun olaraq koordinatların tərtib olunaraq elektron kadastr məlumatlarına daxil edilməsini xahiş etmişdir. Cavabdeh ## ######## 2021-ci il tarixli məktubla iddiaçı İddiaçı müraciəti ilə əlaqədar bildirmişdir ki, bağ nömrəsi sxematik xəritədə mövcud deyildir, belə ki, 1083-lə başlayan bağ sahələri bu sahədən təqribən 1200 m aralıda qeydiyyatdan keçmişdir.
12. Cavabdeh iddiaya dair yazılı etirazında bildirmişdir ki, elektron kadastr məlumatına əsasən bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmamışdır.
13. Bakı Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim H.Ağalarov) iddia təmin edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən, 0.12 ha olan, ****ç nömrəli bağ sahəsinə mülkiyyət hüququnun X3 məxsus olması barədə arayışın verilməsi vəzifəsi Cavabdeh həvalə edilmişdir.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, bağ sahəsinə hüququn qeydə alınması üçün ya müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqaviləsi, sərəncam və orderdən hər hansı biri, ya da kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış mövcud olmalıdır. Iddiaçının istinad etdiyi X10 və Istismar Birliyi ilə bağlanan ##.##.2005-ci il tarixli, ***** nömrəli müqavilədir. Qeyd edilən bağ sahəsinin iddiaçının vərəsəsi olduğu şəxsin qanuni istifadəsinə verilməsi barədə mötəbər sübutların olmasına və həmin sənədlərin bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasına əsas verdiyinə baxmayaraq, cavabdeh nömrənin sxematik xəritədə qeyd edilməməsini bildirərək mülkiyyət hüquqlarının qeydə alınmasından imtina etmişdir. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il # ####### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 1.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Torpaq islahatı haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”yə, “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na, “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il # #### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”yə, bu Qaydalara və digər normativ hüquqi aktlara müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Göründüyü kimi, iddiaçının vərəsəsi olduğu şəxsin qanuni istifadəsindəki bağın yerləşdiyi torpağın mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək və sərhədlərini mərzçəkmə qaydasında müəyyən etmək cavabdehin vəzifəsidir. Bundan əlavə, məhkəmə sorğusu əsasında əldə edilmiş hüquqmüəyyənedici sənədlərdən müəyyən olunur ki, iddia olunan torpaq sahəsinin qonşuluğunda iddiaçının sənədləri ilə eyni məzmunlu sənədlər əsasında digər torpaq sahələrinə mülkiyyət hüququ cavabdeh tərəfindən qeydiyyata alınmışdır.
15. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
b) apellyasiya instansiya məhkəməsində icraat
16. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakimlər N.Nəbizadə – məruzəçi, M.Tağızadə və K.Əkbərov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq göstərmişdir ki, iddiaçı tərəfindən göstərilən sahənin “xxxx” MMC-nin adına icarə hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış ərazi daxilində yerləşməsi cavabdeh inzibati orqanın özünün məhkəməyə təqdim etdiyi çıxarışla təkzib olunur. Belə ki, “xxxx” MMC-nin icarəsinə verilmiş sahə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşir və Bakı şəhərinin Binəqədi rayonunda yerləşən sahəni əhatə etməsi – şəhərin fərqli ərazilərində yerləşən torpaq sahələrinin eyni koordinatlara malik olması ağlabatan deyil.
18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) kassasiya şikayətinin dəlilləri
19. Kassasiya şikayətinin dəlilləri iddia tələbinə etirazın dəlilləri ilə eynilik təşkil edir.
20. Kassator, eyni zamanda, göstərmişdir ki, iddiaçı tərəfindən göstərilən sahə “xxxx” MMC-nin adına icarə hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış ərazi daxilində yerləşir. Belə ki, göstərilən torpaq sahəsi vahid elektron kadastr baza məlumatlarına əsasən Idarə tərəfindən “xxxx” MMC-in adına tərtib edilmiş 171.85 hektar torpaq sahəsinin yerquruluşu planında qeyd olunan koordinatların daxilindədir. Ünvanla bağlı məsələ ilə əlaqədar olaraq bildirilmişdir ki, icarə hüququ əsasında qeydiyyatdan keçmiş torpaq sahəsi 171.85 ha təşkil edir, bu sahənin 102.44 ha hissəsi Sabunçu rayonunun ərazisində, 69.41 ha hissəsi isə Binəqədi rayonu ərazisində yerləşir. Bu səbəbdən həmin torpaq sahəsinin ünvanının iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin ünvanından fərqlənməsi normal haldır. Çünki, 171.85 ha əraziyə “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları” əsas götürülərək ünvan təyin edilib. Məhkəmə tərəfindən torpaq sahəsinin iddiaçıya qanuni olaraq ayrılıbayrılmaması,
21. yerləşməsi barədə ətraflı araşdırma aparılmamışdır. Həmçinin, həm vətəndaşın iddia etdiyi torpaq sahəsinin, həm də qeydiyyatdan keçmiş torpaq sahəsinin koordinatları qarşılıqlı müqayisə olunmamışdır.
22. Kassasiya şikayətində Inzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.1.2 və 23.1-ci maddələrinə istinad edilmişdir.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tətbiq edilən hüquq
24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.7. 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə. ... Maddə 22. Daşınmaz əmlakla bağlı etibarlı idarəetmə, qəyyumluq və vərəsəlik ... 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
25. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 28. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb olunması 28.1. Iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. ... Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
26. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamış, IPM-in 12, 58-ci maddələrinin tələblərinə əməl olunmamışdır. Bu səbəbdən apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apellyasiya baxışına göndərilməlidir.
29. Hazırki işin hallarından görünür ki, iddiaçının iddia tələbini irəli sürməkdə çatmaq istədiyi hüquqi nəticə Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən və sahəsi 0,12 ha olan ****ç saylı bağ sahəsi üzrə mülkiyyət hüququnun mərhum atası X3 məxsus olması barədə arayışın verilməsinə nail olmaqdan ibarətdir.
30. Iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlayan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının hüquqmüəyyənedici sənəd qismində X10 və Istismar Birliyi ilə bağlanan ##.##.2005-ci il tarixli, ***** nömrəli müqaviləyə istinad etmişdir. Eləcə də, mübahisələndirilən bağ sahəsinin “xxxx” MMC-nin adına icarə hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış ərazi daxilində yerləşməsi cavabdeh inzibati orqanın özünün məhkəməyə təqdim etdiyi çıxarışla təkzib olunur. Belə ki, “xxxx” MMC-nin icarəsinə verilmiş sahə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşir və Bakı şəhərinin Binəqədi rayonunda yerləşən sahəni əhatə etməsi – şəhərin fərqli ərazilərində yerləşən torpaq sahələrinin eyni koordinatlara malik olması ağlabatan deyil.
31. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq bildirir ki, apellyasiya instansiyası məhkəməsi həmin mübahisənin mahiyyətini tam və obyektiv araşdırmadan qərar qəbul etmişdir.
32. Cavabdehin əsas dəlillərindən biri torpaq sahəsinin bir hissəsinin “xxxx” MMCnin adına qeydə alınmış torpaq sahəsi ilə üst-üstə düşməsi ilə bağlıdır. Belə ki, cavabdeh tərəfindən eyni dəlil apellyasiya şikayətində də göstərilmiş, “xxxx” MMC-nin adına tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədi təqdim edilmişdir.
33. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən torpaq sahəsinin “xxxx” MMC-nin adına qeydə alınmış torpaq sahəsi ilə üst-üstə düşməsinə dair cavabdeh tərəfindən məlumat təqdim edilməsinə baxmayaraq apellyasiya instansiyası məhkəməsi bu istiqamətdə heç bir araşdırma aparmamış, bununla da iş üzrə obyektiv araşdırma aparılmasına dair xidməti vəzifənin tələbləri yerinə yetirilməmişdir.
34. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsində təkrar baxılan zaman üçüncü şəxsin cəlb edilməsi ilə bağlı məsələ müzakirə edilməlidir. Bunun üçün iddiaçının iddia etdiyi torpaq sahəsinin üçüncü şəxsin (“xxxx” MMC-nin) adına qeydə alınmış torpaq sahəsi ilə üst-üstə düşməsi halı tam, hərtərəfli və obyektiv şəkildə araşdırılmalı, zərurət yaranarsa, yerində baxış keçirilməklə aradırma aparılmalı, müvafiq mütəxəssis və ekspert rəyləri əldə edilməlidir. Yalnız bu halların tam və hərtərəfli araşdırılmasından sonra torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X3 məxsus olması barədə arayışın verilməsinə dair iddia tələbinin əsaslılığına qiymət verilməlidir.
35. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla qərar qəbul edildiyindən Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməli, iş üzrə əlavə araşdırmaya zərurət yarandığından iddianın təmin edilməməsi hissəsində şikayət təmin olunmamalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Bakı Ərazi Idarəsinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.