Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-388/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRARDAD (iş üzrə icraata xitam verilməsi barədə) iş № 2-1(102)-388/19 Bakı şəhəri 30 yanvar 2019-cu il 30.01.2019 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi XXXun iştirakı ilə, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi XXX tərəfindən Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 sentyabr 2018-cı il tarixli, 2-1(107)-411/2018 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə (bundan sonra mətndə cavabdeh) qarşı, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin verilməsindən imtina olunması haqqında 21 avqust 2017-ci il tarixli, 3310/i saylı qərarın ləğv edilməsi və Azərbaycan Respublikasının ərazisində 5 il müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, xx xxxx 1962-ci il tarixdə Oğuz rayonunun Kəri mli kəndində doğulmuşdur. 1987-ci il tarixdən Rusiya Fedrasiyasında yaşamış və işləmişdir.Hazırda Rusiya Federasiyasını vətəndaşıdır və həmin dövlətdən pensiya alır. 2014-cü il tarixdə Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etmək üçün etdiyi müraciətə cavab olaraq ona bildirilmişdir ki, yalnız Rusiya Federasiyasını vətəndaşlığından çıxdıqdan sonra Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Rusiya Federasiyasının vətəndaşlığından çıxmaq onun hüquq və mənafelərinə uyğun gəlmədiyindən, Azərbaycan Respublikasını ərazisində daimi yaşamaq üçün icazənin veriməsi üçün cavabdehə müraciət etmiş, sonuncu isə ona bir il müddətinə müvəqqəti yaşamaq icazəsi vermişdir. Daha sonra cavabdeh tərəfindən ona qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini, habelə dövlət dilini bilməm əsini əsas gətirərək, Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin verilməsindən imtina olunması haqqında 21 avqust 2017-ci il tarixli qərar göndərmişdir. Qeyd olunan qərar qanunsuz və əsassızdır, çünki, qanunla nəzərdə tutulmuş hüquq və vəzifələri ilə bərabər, dövlət dilini də yaxşı bilir. Cavabdeh təqdim etdiyi yazılı etirazında bildirmişdir ki, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 54.5-ci maddəsini tənzimləmək üçün qəbul edilmiş 20 sentyabr 2013-cü il tarixli, 22 saylı kollegiya qərarı ilə Azərbaycan Respublikasında daimi yaşamaq icazəsinin alınması üçün müraciət edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyinin yoxlanılması üzrə Komissiyanın fəaliyyət Qaydasının 4.6-cı bəndinə əsasən, hər bir meyar üzrə (əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının qanunlarıilə nəzərdə tutulmuş hüquq və vəzifərinə dair bilik səviyyəsi üzrə meyar, dövlət dili ilə bağlı biliyinin yoxlanılması üzrə meyar) ən azı 15 bal toplamış əcnəbi müsahibədən müvəffəqiyyətlə keçmiş hesab olunur. Komissiya tərəfindən aparılmış müsahibənin nəticəsində iddiaçın dövlət dili ilə bağlı biliyin yoxlanılması üzrə 15 bal toplamış, lakin digər meyar (hüquq və vəzifələrə dair bilik səviyyəsi) üzrə heç bir bal toplamamışdır. Bununla da, qaydanın 4.6-cı bəndinə görə iddiaçı müsahibədən keçməmiş hesab olunmuşdur. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 16 yanvar 2018-ci il tarixli, 2-1(84)-38/2018 saylı qərarı (hakim Kənan Vəliyev) ilə iddia təmi n edilməmişdir. Həmin məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş bal cədvəlindən göründüyü kimi, iddiaçının Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələr barədə suallara verdiyi cavab “0” balla qiymətləndirilmişdir. İddiaçı müsahibənin qüsurlu aparıldığını bildirsə də, bunu sübut edə bilmədiyindən, həmçinin cavabdeh tərəfindən də audio və video yazıları 10 gündən artıq saxlanılmadığından, sonuncunun üzərinə müvafiq icazə verən inzibati aktın qəbul edilməsi vəzifəsinin qoyulmasının əsasları mövcud deyildir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, onun ləğv edilməsi, işin təkrar araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzi bati-İqtisadi Kollegiyasının 14 mart 2018-ci il tarixli, 2-1(107)-142/2018 saylı qərarı ilə (sədrlik edən Gündüz Abbasov, hakimlər Rövşən Rəfiyev və Elçin Hüseynov) iddiaçının şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək, onun ləğv, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 may 2018-ci il tarixli qərarı ilə (sədrlik edən Nigar Rəsulbəyova, hakimlər Zakir Quliyev və İlqar Hüseynov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının müs ahibə nəticəsində hüquq və vəzifələrinə dair bilik səviyyəsi üzrə heç bir bal toplamamasına dair sübutun olmamasına baxmayaraq (audio və video yazılarının Dövlət Miqrasiya Xidmətində saxlanma müddəti 10 gün olduğundan), bu halı iddiaçının ziyanına şərh etmiş və iddiaçının üzərinə müsahibədə hüquq və vəzifələrinə dair bilik səviyyəsinin olmasına dair sübut təqdim edilməsi kimi əsassız öhdəlik qoyaraq Azərbaycan Respublikası İPM-in 14.3-cü maddəsinin tələbini pozmuşdur. Habelə bildirilmişdir ki, iddiaçı tələbində Azərbaycan Respublikasının ərazisində 5 il müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi verilməsini göstərmiş olsa da, Miqrasiya Məcəlləsinin 54.12-ci maddəsinə əsasən Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə 5 il müddətinə verilir. Yəni 5 il müddətinə verilən icazə daimi adlanı r. Lakin aşağı isntnasiya məhkəmələri Azərbaycan Respublikası İPM-in 13-cü maddəsində nəzərdə tutulan vəzifələrini yerinə yetirməmiş, iddiaçıya iddia ələbi ilə bağlı yardım etməmişdirlər. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 sentyabr 2018-ci il tarixli, 2-1(107)-411/2018 saylı qərarı ilə (sədrlik edən hakim Mirbahəddin Hüsseynov, hakimlər Rafail Əliyev və İmanverdi Şükürov) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia təmin edilmişdir. Apellyasiya məhkəməsi bildirmişdir ki, iddiaçının müsahibə nəticəsində hüquq və vəzifələrinə dair bilik səviyyəsi üzrə 0 bal toplamamasına dair heç bir sübut olmadığından, həmçinin apellyasiya şikayətinə əsasən onun son 9 il ərzində hər il müvəqqəti (1 illik) icazə və rəqələri əsasında 9 il ərzində Azərbaycan Respublikasında daimi yaşadığından, bundan əlavə, onun barəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasında müsbət qərar qəbul edildiyindən, iddia tələbi təmin edilməlidir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası İnzibati Prosessaul Məcəlləsinin 12, 14.3, 52, 68.1, 68.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan cavabdeh kassasiya şikayəti verərək, onun ləğv, iddianın mümkün hesab edilməməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh şikayətində bildirmişdir ki, apellyasiya məhkəməsi iddiaçının məhkəmə prosesind ə iştirak etməməsi əsas gətirilməklə ona 5 il müddətinə müvəqqəti yaşamaq üçün icazənin verilməsi hissəsində iddia tələbinin dəqiqləşdirilməsinin mümükn olmadığını bildirməklə, Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinin tələblərini pozmuşdur. Daha bir dəlillə bildirilmişdir ki, iddiaçı müvəqqəti yaşamaq üçün icazə əsasında Azərbaycan Respublikası ərazisində yaşamış, 21 aprel 2018-ci il tarixdə daimi yaşamağa icazənin verilməsi üçün cavabdehə yenidən müraciət etmiş və ona daimi yaşamaq üçün icazə vəsiqəsi verilmişdir. Bundan əlavə, iddiaçının Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tuutulmuş hüquq və vəzifələrinə dair iddiaçının biliklərinin olmaması ilə bağlı cavabdeh tərəfindən sübutun təqdim edilməməsi barədə apellyasiya məhkəməsinin qərarında qeyd edilənlərin əsası yoxdur. Çünki, iddiaçının müsahibəsinin nəticəsini təsdiq edən sənəd cavabdehin 06/159 saylı məktubu ilə məhkəməyə göndərilmişdir. Dəlillərin hüquqi əsası kimi, Azərbaycan Respublikası İPM-in 13, 33.4 35.1, 73.2.2, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 54.5-ci maddələrinə, Azərbaycan Respublikasında daimi yaşamaq icazəsinin alınması üçün müraciət edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyinin yoxlanılması üzrə Komissiyanın fəaliyyət Qaydasının 4.5-ci bəndinə istinad olunmuşdur. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 90.3cü maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 67.1-ci maddəsinə uyğun olaraq onun izahatı dinlənilməmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPMnin 62-ci maddəsinə əsaslanmaqla işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. Dövlət Miqrasiya Xidmətinin 21 avqust 2017-ci il tarixl,i 04/1701 nömrəli məktubundan görünür ki, iddiaçının müraciətinə Azərbaycan Respublika sı Miqrasiya Məcəlləsinin 55.0.10-cu maddəsinə əsasən imtina verilmiş və barəsində qəbul edilmiş qərarın surəti iddiaçının ünvanına göndərilmişdir. АЗ seriyalı, 106642 nörməli “Doğum haqqında şəhadətnamədən” görünür ki, İddiaçı xx xxxx 1962-ci ildə Vartaşen (indiki Oğuz) rayonunda doğulmuşdur. “Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin verilməsindən imtina olunması haqqında” 21 avqust 2017-ci il tarixli, 3310/i nömrəli qərardan görünür ki, təqdim olunmuş sənədlərə əsasən əcnəbinin Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri ilə bağlı biliyi müvafiq komissiya tərəfindən yoxlanıldığı və mənfi rəy verildiyi müəyyən edildiyindən, Rusiya Federasiyası vətəndaşı İddiaçı 16 iyun 2017-ci il tarixli müraciəti təmin edilməmişdir. Dövlət Miqr asiya Xidmətinin 20 dekabr 2014-cü il tarixli, k/0-3897 nömrəli məktubundan görünür ki, iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı vəsatətinə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasında baxılmış və barəsində müsbət qərar qəbul edilmişdir. Lakin iddiaçı Rusiya Federasiyasının vətəndaşlığından çıxdıqdan sonra Azərbaycan Respublikasının vətəndaşlığına qəbul ediləcəkdir. “Azərbaycan Respublikası qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyin yoxlanılması üzrə Komissiyanın fəaliyyət qayası”na 1 saylı əlavədən görünür ki, müsahibə nəticəsində iddiaçı dövlət dili ilə bağlı biliyin yoxlanılması üzrə 15 bal toplasa da, Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələr barədə sualları cavablandırması “0” balla qiymətləndirilmişdir. Dövlət Miqrasiya Xidməti Təşkilat-Nəzarət Baş İdarəsinin Şəki İnzibati-İqtisadi Məhkəməsinə ünvanladığı 22 dekabr 2017-ci il tarixli, 06/170 nömrəli məktubundan görünür ki, İddiaçı Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələrini bilməsinə, habelə dövlət dili ilə bağlı biliyinin yoxlanılmasına dair keçirilmiş müsahibənin audio və video yazılarının Dövlət Miqrasiya Xidmətində saxlanma müddəti 10 gün olduğundan, onun təqdim edilməsi mümkün deyildir. AZ seriyalı, 00517448 nömrəli vəsiqədən görünür ki, İddiaçı Azərbaycan Respublikası ərazisində 1 il müddətinə (10.04.2008-09.04.2009) müvəqqəti yaşamaq icazəsi verilmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bund an sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. İddiaçı ona daimi yaşamaq üçün icazənin verilməsindən imtina olunması barədə cavabdehin qərarını mübahisələndirmişdir. Cavabdeh qurumun təqdim etdiyi kassasiya şikayətindən və iddiaçıya “Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin verilməsi haqqında” 22 iyun 2018-ci il tarixli qərarından göründüyü kimi, hazırki mübahisənin mahiyyətini təşkil edən məsələ artıq öz hə llini tapmış və iddiaçıya 5 il müddətinə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə verilmişdir. Bu əsasla cavabdeh hesab etmişdir ki, məhkəmə mübahisəsi olmadığı üçün iddia Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinin tələblərinə görə mümkün sayılmamalıdır. Məhkəmə kollegiysı hesab edir ki, cavabdehin dəlili qismən əsaslıdır. Təqdim edilmiş sənədlərə və cavabdehin bildirdiyi dəlilə münasibətdə Azərbaycan Respublikası İPM-nin müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: - 67.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə b ağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər; - 67.2-ci maddəsinə əsasən, sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər; - 67.3-ci maddəsinə əsasən, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam veril məsi barədə qərardad qəbul edir. Sadalanmış müddəaların mənasından bəlli olur ki, iddiaçının tələblərinin təmin olunması məqsədilə cavabdeh özü iddia tələbinin təmin olunması ilə əlaqədar niyyəti barədə məhkəməyə məlumat verir, inzibati aktın qəbul edilməsi üçün məhkəmə cavabdehə müəyyən müddəti təyin edir, məhkəmənin müəyyən etdiyi müddət ərzində cavabdeh müvafiq inzibati aktı qəbul etmişdirsə və bununla da iddiaçının tələbi təmin olunmuşdursa, bu halda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul etməlidir. Bu müddəalarda müəyyən edilmiş qaydanı cavabdeh tərəfindən bildirilmiş məsələyə münasibətdə tətbiq edərkən isə müəyyən olunmuşdur ki, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilməzdən, yəni kassasiya icraatında apellyasiya məhkəməsinin qərarı qiymətləndirilmədən əvv əl müvafiq inzibati aktla iddiaçının mübahisələndirdiyi məsələ üzrə cavabdeh daimi yaşamaq üçün icazənin verilməsini qərar almış və bununla da mübahisənin artıq mövcud olmaması barədə nəticə əldə edilmişdir. Belə olan halda əlavə olaraq məhkəmə tərəfindən cavabdehə müddətin təyin edilməsini məhkəmə kollegiyası zəruri hesab etmir və bu əsasla iş üzrə icraata xitam verilməsi barədə nəticəsinə gəlir. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 67, 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi XXX tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin verilməsindən imtina olunması haqqında 21 avqust 2017-ci il tarixli, 3310/i saylı qərarın ləğv edilməsi və Azərbaycan Respublikasının ərazisində 5 il müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə bağlı iş üzrə icraata xitam verilsin. Hakimlər “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-388/2019
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-388/2019
30.01.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver