Məhkəmə qərarları › İş №2-1(102)-388/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-388/2022

08.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-388/2022 08.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı işi üzrə QƏRARİ Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı «cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə, hərbi xidmətləri ilə bağlı ona müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması» tələbi nə dair inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-560/2021 nömrəli, 21 oktyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsini xahiş etmişdir.

2. Cavabdeh 14.01.2021-ci il tarixli, 024-71803Q-3221 nömrəli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirakı barədə məlumatlar arxiv materiallarında olmadığından onun müraciəti təmin edilə bilməz. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməs indəki icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək «cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə, hərbi xidmətləri ilə bağlı ona müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması»na dair qərar qəbul olunmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, AR DİN-nin Xüsusi Təyinatlı Polis Dəstəsində xidmət etməklə, 1992-ci ildə Ağdərə uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Lakin onun digər qardaşı X2 1992-ci ilin may ayının 8-də şəhid olduğu üçün və o, evin yeganə övladı olduğundan xəstə valideynlərinə dayaq olmaq üçün evə gəlmiş və gəldikdən 2 ay sonra ərizə yazaraq AR DİN-nin Xüsusi Təyinatlı Polis Dəstəsindən çıxmışdır. O, 1993-cü ildə Xızı rayon Polis İdarəsində polis serjantı işl əmiş, 1995-ci ildə Sumqayıt şəhər Pİ-nə köçürülmüş və pensiyaya çıxana qədər, yəni 2013-cü ilə qədər orada işləmişdir. Sumqayıt şəhər Polis İdarəsində işlədiyi dövrdə və sonralar da ona xidmətlərinə görə «veteran vəsiqəsi»nin və statusunun verilməsi ilə bağlı AR Daxili İşlər Nazirliyinə dəfələrlə müraciət etmiş, lakin həmin müraciətə sonuncu dəfə 23.12.2019-cu il tarixdə verilmiş cavabda göstərilmişdir ki, onun Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakını təsdiqləyən hər hansı bir məlumat aşkar edilmədiyi üçün bu vəsiqənin verilməsi mümkünsüzdür. Cavabdehin bu hərəkətləri ilə razılaşmır, bildirmək istəyir ki, hərbi hissənin tərkibində xidmət etdiyi dövrlə bağlı qeydlərin arxivə verilməməsi onun günahı deyildir. Həmin hərbi hissənin tərkibind ə döyüşdüyünü onun döyüşçü yoldaşları X3 və X1 da təsdiq edə bilərlər. Cavabdeh təşkilatın cavabını aldıqdan sonra hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ilə bağlı Sumqayıt şəhər Məhkəməsinə müraciət etmiş, lakin məhkəmənin 08.06.2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılmışdır. Həmin qərardadla ona izah olunmuşdur ki, bu məsələ ilə bağlı inzibati məhkəməyə müraciət etməlidir. Hesab edir ki, cavabdehin bu hərəkətləri qanunsuz hesab edilməli və müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi cavabdehin üzərinə vəzifə kimi qoyulmalıdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

5. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmişdir. Etirazın əsasını imtina məktubunda qeyd edilənlər təşkil edir.

6. Sumqayıt İnzibati Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2-1(118)-1402/2021 saylı qərarı ilə (hakim: C.B.Məmmədov) iddia rədd edilmişdir. 7.Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etməsi barədə heç bir rəsmi məlumat olmadığından iddia tələbi əsaslı sayıla bilməz.

8. İddiaçı birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

9. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-560/2021 nömrəli iş üzrə 21 oktyabr 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: R.Ə.Ağayev, hakimlər: H.Ç.Babayeva və İ.K.Dəmirov) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2-1(118)-1402/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

12. Şikayətdə qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir. Belə ki, iddiaçı iş üzrə bir çox dəlil və sübutlar təqdim etməsinə baxmayaraq inzib ati orqan bunları araşdırmamışdır. Müharibə dövründə iddiaçı ilə birlikdə döyüşlərdə iştirak edən X3 və X1 onun sözlərini təsdiq edirlər. İddiaçı inzibati orqana bu halın araşdırılması üçün bir neçə dəfə müraciət etməsinə baxmayaraq müraciətləri araşdırılmamış, birinci və apelyasiya instansiyası məhkəmələri də öz növbələrində obyektiv araşdırma aparmamışlar. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

13. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

3. Aşağıdakılar müharibə veteranları sayılırlar:.... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;... Maddə

7. Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin v eteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: Bənd

1. Müharibə veteranı adı aşağıdakı qaydada verilir:... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğ runda 1988-ci il fevralın 1-dən 1994cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında.

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının ta m formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsini n qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə tərkibi hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

20. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə f undamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

21. Məhkəmə tərkibi hesab edir ki, kassasiya şikayətində irəli sürülən və mahiyyətcə apelyasiya şikayətində qeyd olunmuş eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli sayaraq, onun qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə tərkibi əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

22. Belə ki, işdəki sənədlərdən məlum olur ki, iddiaçı 24.05.1989 - 29.05.1991-ci illərdə həqiqi hərbi xidmətdə olmuş, sonradan 17.12.1992-ci ildə DİN-nin Xüsusi Təyinatlı Polis Dəstəsində polis nəfəri kimi xidmətə başlamış və 08.02.1993-cü ildən həmin xidmətdən xaric olunmuşdur. Bundan sonra, Sumqayıt şəhər Abadlaşma təmir tikinti idarəsinin zəmanəti ilə 11.07.1994-cü ildə Xızı RPŞ-nə polis nəfəri kimi işə düzəlmiş, 21.06.1995-ci ildə Sumqayıt ŞPŞ-nə keçirilmiş və 10.04.2013-cü ilədək orada xidmət etdikdən sonra təqaüdə çıxmışdır (i.v.36-42).

23. İddiaçı hesab edir ki, o, döyüş bölgəsində hərbi hissənin tərkibində xidmət etdiyindən ona müharibə veteranı adı və vəsiqəsi verilməlidir.

24. Məhkəmə tərkibi bununla əlaqədar olaraq bildirir ki, iş materiallarında olan sənədlərdə DİN-nin arxivində s axlanılan 1990-1993-cü illəri üzrə əmrlərdə İddiaçı döyüş bölgəsinə ezam olunması barədə əmr mövcud deyil. Bundan əlavə, Azərbaycan Respublikası DİN X7 İdarəsinin Sumqayıt Apellyasiya Məhkəməsinə ünvanladığı 26.08.2021-ci il tarixli 024- 2353-1221№-li məktubda bildirilmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Əməliyat və Statistik İnformasiya və Baş Kadrlar İdarələrinə verilmiş sorğulara cavab olaraq təqdim olunmuş 23.12.2020-ci il tarixli 012-26057-1220 nömrəli və 13.01.2021-ci il tarixli 022/8-464-1221 nömrəli məktublarda vətəndaş İddiaçı Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etməsi barədə heç bir qeydiyyat aşkar edilməmişdr.

25. Beləliklə, məhkəmə tərkibi apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəti cə ilə razılaşar qeyd edir ki, iddiaçının Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etməsi barədə heç bir rəsmi məlumat müəyyən edilmədiyindən inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina edilməsinin qanuni olmasını təsdiq etmiş apelyasiya instansiyası məhkəməsinin qərarı əsaslıdır, bu baxımdan kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur.

26. Kassasiya şikayətində irəli sürülmüş dəlillər apelyasiya instansiyası məhkəməsinin hazırda barəsində şikayət verilən qərarının ləğv olunması üçün əsas hesab edilə bilməz. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından, kassasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

27. Qeyd edilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-560/2021 nömrəli iş üzrə 21 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar