Məhkəmə qərarları › İş №2-1(102)-388/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-388/2024

08.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-388/2024 08.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı “Gənc Qazilər” İctimai Birliyinin təsisçiləri İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: ictimai birliyin dövlət qeydiyyatına alınması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı “Gənc Qazilər” İctimai Birliyinin təsisçiləri İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyin ə qarşı “ictimai birliyin dövlət qeydiyyatına alınması” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2079/2023 nömrəli, 21 sentyabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı1 ərizə ilə cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müraciət edərək, “Gənc Qazilər” İctimai Birliyinin dövlət qeydiyyatına alınmasını xahiş etmişdir.

2. Cavabdeh müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, təqdim edilmiş sənədlərin qüvvədə olan qanunvericilik aktlarına uyğunluğu yoxlanılarkən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsinin tələ blərinə riayət edilməməsi müəyyən edilmişdir. Belə ki, ərizə notariat qaydasında təsdiq olunmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Gənc Qazilər” İctimai Birliyinin dövlət qeydiyyatına alınması və hüquqi şəxs statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Vətən müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, ağır yaralanmış, bir gözünü itirmişdir. Bir çox orden və medallarla təltif olunmuş və 2-ci dərəcə müharibə əlilidir. xx.xx.2021-ci ildə “Qarabağ Qaziləri” İctimai Bi rliyi nəzdində “Gənc Qazilər” filialını dövlət reyesterində qeydiyyatdan keçirmişdir. Fəaliyyət dairələri genişləndiyindən və rayonlarda 20-dən çox nümayəndəlikləri yarandığından xx.xx.2021-ci il tarixdə “Gənc Qazilər” İB-nin təsis edilməsi üçün müvafiq sənədləri hazırlayıb Ədliyyə Nazirliyinə göndərmişlər. Lakin bir çox vaxtlarda edilən müraciətlərinə Ədliyyə Nazirliyi tərəfindən heç bir cavab verilməmişdir.

5. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, “Gənc Qazilər” İctimai Birliyi xx.xx.2021-ci il tarixdə təsis edilmişdir. Təşkilatın əsas məqsədi 44 günlük döyüşlərdə yaralanmış, əlil olmuş gənc qazilərin hüquq və mənafelərini müdafiə etməkdən ibarətdir. Sonuncu dəfə qurumun sənədləri xx.xx.2022-ci il tarixdə Ədliyyə Nazirliyinə təqdim olunmuş və qanunvericiliyə uyğu nluğu yoxlanıldıqdan sonra xx.xx.2022-ci il tarixdə nöqsanın aradan qaldırılmasının zəruriliyi qeyd olunmaqla “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.3.1-ci maddəsinə əsasən geri qaytarılmışdır. Qeyd edilməlidir ki, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinin tələbinə zidd olaraq qurumun nizamnaməsində gənclər təşkilatlarında üzvlərin yaşına dair tələblər nəzərdə tutulmamışdır. Həmçinin, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.4.2-ci maddəsinin tələbinə zidd olaraq dövlət rüsumun ödənilməsi barədə sənəd təqdim olunmamışdır. Eyni zamanda “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondla r) haqqında” Azərbaycan Respublikası Qanununun 17.3-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınmasından imtina, pozuntular aradan qaldırıldıqdan sonra sənədlərin dövlət qeydiyyatı üçün yenidən təqdim edilməsinə maneə ola bilməz.

6. Sonradan hüquqi şəxs statusu almaq istəyən “Gənc Qazilər” İctimai Birliyinin təsisçiləri İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək “Gənc Qazilər” İctimai Birliyinin dövlət qeydiyyatına alınması öhdəliyinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər.

7. Bakı İnzibati Məhkəməsinin 13 fevral 2023-cü il tarixli qərardadı ilə iddianın dəyişdiriməsi barədə ərizə icraata qəbul edilmiş, iddia tələbi “Gənc Qazilər” İctimai Birliyinin dövl ət qeydiyyatına alınması öhdəliyinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin üzərinə qoyulması” kimi göstərilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 2-1(112)-4402/2023 saylı qərarı ilə (hakim X4) iddia təmin edilməmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, iddiaçılar tərəfindən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.4.2-ci maddəsinin tələblərinə əməl edilmədən, yəni ərizəyə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmadan cavabdehə müraciət edilmişdir. Qeyd olunan tələbə riayət edilməməsi isə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 11.3 və 11.3.1-ci maddələrinin şərtləri baxımından imtinaya səbəb olan hallardan biri sayıldığından cavabdeh təqdim olunmuş sən ədləri iddiaçılara geri qaytarmışdır. Bu baxımdan, məhkəmə cavabdehin hərəkətlərində qanunsuz imtinanı, bununla da iddiaçıların hüquqlarının pozulması halının mövcudluğunu müəyyən etmir.

10. İddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2079/2023 nömrəli iş üzrə 21 sentyabr 2023-ci il tarixli qərarı ilə (hakimlər X2 (məruzəçi), X3 və X1) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 2-1(112)-4402/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdir.

13. İddiaçı kassasi ya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

14. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 58, 60-ci maddələrinə, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.3-cü maddəsinə əsaslanaraq qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, Ədliyyə Nazirliyi təsis sənədlərini qaytararkən qeydiyyatdan imtinaya səbəb olan əsaslardan heç birini deyil, imtinaya səbəb olmayan və aradan qaldırılması mümkün olan çatışmazlıqları göstərərək "Gənc Qazilə r" İctimai Birliyini dövlət qeydiyyatına almayıb. Ədliyyə Nazirliyi həmçinin, qeydiyyatdan imtinaya səbəb olmayan bütün çatışmazlıqları eyni vaxtda müəyyən etməyib. Belə ki, iddiaçıların Ədliyyə Nazirliyinə əvvəlki və sonrakı müraciətləri üzrə hər dəfə müxtəlif çatışmazlıqlar göstərilib. Halbuki, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 8.3-cü maddəsində göstərilir ki, imtinaya səbəb olmayan bütün çatışmazlıqlar eyni vaxtda aşkar edilməli və aradan qaldırılması üçün müraciət edənə bildirilməlidir.

15. Daha sonra qeyd edilir ki, cavabdeh tərəfindən ictimai birliyin qeydiyyata alınmasından imtinanın əsaslarından biri nizamnamədə QHT-ın üzvlərinin yaşının göstərilməməsi və dövlət rüsumunun ödənilməməsi olmuşdur. Bu əsaslar da aradan qaldırılması mümkün olan əsa slardır. Bundan başqa nizamnamədə gənclər təşkilatlarında üzvlərin yaşına dair tələblərin nəzərdə tutulmaması “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında qanunla, nə də “Gənclər siyasəti haqqında" qanunla ziddiyyət təşkil etmir. Çünki, “Gənc Qazilər” ictimai Birliyinin nizamnaməsində göstərir ki, bu İctimai Birlik öz fəaliyyətini qanunvericiliyə uyğun alaraq həyata keçirir və ona görə də "Gənc Qazilər" İctimai Birliyi öz fəaliyyətini həm də, qeyd edilən qanunları tələblərinə uyğun həyata keçirəcək. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

5. Hüquqi şəxs statusu almaq istə yən qurumun dövlət qeydiyyatına alınması barədə müraciət 5.1. Hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. 5.2. Ərizə təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər), qanuni təmsilçi (qanuni təmsilçilər) və ya onların müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir. 5.3. Ərizədə aşağıdakılar göstərilir: 5.3.1. təsisçi (təsisçilər) fiziki şəxs olduqda - onun (onların) adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi; 5.3.2. təsisçi (təsisçilər) hüquqi şəxs olduqda - onun (onların) adı, olduğu yer və qeydiyyat nömrəsi; 5.3.2-1. təsisçi dövlət olduqda – təsisetmə səlahiy yəti verilmiş dövlət orqanının adı, hüquqi ünvanı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (olduğu halda), təsisçi bələdiyyə olduqda – bələdiyyənin adı, hüquqi ünvanı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi; 5.3.2-2. publik hüquqi şəxsin və kommersiya qurumunun hüquqi ünvanına (daimi fəaliyyət göstərən orqanının yerləşdiyi yerə) dair məlumat; 5.3.3. ərizə səlahiyyətli şəxs tərəfindən imzalandıqda habelə onun adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi və vəkalətnamə haqqında məlumatlar. 5.3.4. müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən ərizənin formasında müəyyən edilən digər məlumatlar. 5.4. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir: 5.4.1. təsis sənədləri – hüquqi şəxs statusu almaq istəyən qurumun təsisçisi (təsisçilər i) və ya onun (onların) səlahiyyətli nümayəndəsi tərəfindən, publik hüquqi şəxslərin isə “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təsdiq edilmiş nizamnaməsi, habelə bu Qanunun məqsədləri üçün, həmin qurumun təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması (bu Qanunun 8-1.2-ci maddəsi nəzərə alınmaqla) barədə qərarlar (təsis sənədləri Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş, habelə təsisçilər tərəfindən zəruri hesab edilən digər məsələləri əks etdirməli və bütün təsisçilər (və ya onların səlahiyyətli nümayəndələri) tərəfindən imzalanmalıdır); 5.4.2. dövlət rüsumunun ödənilməsi haqqında sənəd; 5.4.3. təsisçi hüquqi şəxs olduqda - onun dövlət qeydiyyatı haqqında şəhadətnaməs inin (dövlət reyestrindən çıxarışın) və nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti. 5.4.4. təsisçi fiziki şəxs olduqda - onun şəxsiyyətini təsdiq edən sənədin surəti; 5.4.4-1. qeyri-hökumət təşkilatının təsisçisi (təsisçiləri) və qanuni təmsilçisi (təmsilçiləri), habelə xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin qanuni təmsilçisi (təmsilçiləri) Azərbaycan Respublikasında daimi yaşamaq hüququ olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduqda – onların daimi yaşamaq hüququnu təsdiq edən sənəd; 5.4.5. hüquqi şəxs statusu almaq istəyən qeyri-kommersiya qurumunun hüquqi ünvanını (daimi fəaliyyət göstərən orqanının, siyasi partiyada rəhbər orqanlarının qərargahının yerləşdiyi yerə dair məlumatı) təsdiq edən sənəd; 5.4.6. qanuni təmsilçinin şəxsiyyətini t əsdiq edən sənədin surəti; 5.4.7. fondlarda nizamnamə kapitalının ödənilməsini təsdiq edən sənəd; 5.4.8. təsisçilərinin əcnəbilər və ya xarici hüquqi şəxslər olduğu qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin rəhbərlərinin müavinlərinin təyin olunması barədə sənəd; 5.4.9. nizamnaməsində dini dəyərlərin təbliği ilə bağlı fəaliyyət istiqamətləri olan qeyri-kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatına alınması üçün müvafiq icra hakimiyyəti orqanının rəyi; 5.4.10. təsisçisi (təsisçiləri) əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və ya xarici hüquqi şəxslər olan, o cümlədən nizamnamə kapitalının və ya səhmlərinin 51 faizdən çoxu əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə və ya xarici hüquqi şəxslərə məxsus təhsil müəssisəsinin rəhbərinin və onun müavininin namizədliyinin müva fiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılması barədə sənəd. Maddə

8. Hüquqi şəxs statusu almaq istəyən qeyri-kommersiya qurumunun dövlət qeydiyyatına alınması qaydası 8.1. Hüquqi şəxs statusu almaq istəyən qeyri-kommersiya qurumunun, habelə xarici qeyri-kommersiya hüquqi şəxsinin nümayəndəlik və ya filialının dövlət qeydiyyatı 40 gündən gec olmayaraq həyata keçirilməlidir. 8.2. Dövlət qeydiyyatına alınması üçün ərizə və ona əlavə edilməli olan sənədlər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən baxılması üçün qəbul edilir və 30 gün müddətində onların Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğunluğu yoxlanılır. Müstəsna hallarda yoxlama zamanı əlavə ara şdırma aparılması zərurəti yarandıqda, bu müddət daha 30 günə qədər artırıla bilər. 8.3. Təqdim edilmiş sənədlərdə dövlət qeydiyyatına alınması üçün imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həmin sənədləri müraciət etmiş şəxsə qaytarmaqla, bu çatışmazlıqların aradan qaldırılması üçün əlavə olaraq 20 gün müddət təyin edir. İmtinaya səbəb olmayan bütün çatışmazlıqlar eyni vaxtda aşkar edilməli və aradan qaldırılması üçün müraciət edənə təqdim edilməlidir. 8.4. Təqdim edilmiş sənədlər yoxlanıldıqdan və ya həmin sənədlərdə aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra 10 gündən gec olmayaraq müraciət edənə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatı haqqında şəhadətna mə və ya dövlət qeydiyyatına alınmasından imtina (qanunvericiliyin həmin imtinaya səbəb olmuş müddəaları göstərilməklə və izah edilməklə) barədə yazılı məlumat verilir. Maddə

11. Qanunun tətbiqi zamanı qanunçuluğun təminatı 11.1. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslardan başqa hər hansı digər əsasa görə, hüquqi şəxs statusu almaq istəyən qurumların, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının dövlət qeydiyyatına alınmasından və dövlət reyestrinə daxil edilməsindən, eləcə də dövlət reyestrində dəyişikliklər edilməsindən imtinaya yol verilmir. 11.2. Hüquqi şəxs statusu almaq istəyən qurumun, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının, habelə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəlik və ya filialı nın yaradılmasının məqsədəuyğun olmaması mülahizələrinə görə onların müvafiq olaraq dövlət qeydiyyatına alınmasından və dövlət reyestrinə daxil edilməsindən imtinaya yol verilmir. 11.3. Hüquqi şəxs statusu almaq istəyən qurumun, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınmasından, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət reyestrinə daxil edilməsindən, habelə təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından yalnız aşağıdakı hallarda imtina edilə bilər: 11.3.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər qanunvericilik aktlarına zidd olduqda; 11.3.1-1. ərizədə göstərilən məlumatlar və (və ya) ona əlavə edilən sənədlər yanlış olduqda; 11.3.2. hüquqi şəxs statusu almaq istəyən qurumların məqsədləri, vəzifələri və fəaliyyət formaları qanunvericiliyə zidd olduqda; 11.3.2-1. Qeyri-hökumət təşkilatlarının nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsi, habelə dövlət nəzarəti və yoxlama funksiyaları nəzərdə tutulduqda; 11.3.3. firma adlarının qorunması haqqında qanunvericiliyin tələbləri pozulduqda və ya eyni adlı qeyri-kommersiya təşkilatı qeydiyyata alınmış olduqda, qeyri-hökumət təşkilatlarının adında Azərbaycan Respublikasının dövlət orqanlarının adlarından, habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından (onların yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan) istifadə edildikdə; 11.3.4. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsis sənədlərində aşkar edilmiş çatışmazlıqlar bu Qanunun 8. 3-cü maddəsində müəyyən olunmuş müddət ərzində aradan qaldırılmadıqda. 18. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

13. Qeyri-hökumət təşkilatının nizamnaməsi 13.1. Qeyri-hökumət təşkilatının nizamnaməsində qeyri-hökumət təşkilatının adı və yerləşdiyi yer, fəaliyyətinin məqsədləri, daimi və ya konkret məqsədlə təsis edildiyi, idarə olunma qaydası, üzvlərin hüquq və vəzifələri, ictimai birliyin üzvlüyünə qəbulun və ondan çıxmanın şərtləri və qaydası, o cümlədən gənclər təşkilatlarında üzvlərin yaşına dair tələblər, qeyri-hökumət təş kilatının əmlakının formalaşma mənbələri, nizamnamənin qəbulu, ona əlavə və dəyişikliklərin edilməsi qaydası, qeyri-hökumət təşkilatının ləğv edilməsi və ləğv edildiyi halda əmlakından istifadə qaydası müəyyən edilməlidir. 13.2. Fondun nizamnaməsində həm də fondun "fond" sözü daxil edilmiş adı, onun olduğu yer, fondun məqsədi, onun orqanları, o cümlədən Himayəçilik Şurası və onların formalaşma qaydası, fondun vəzifəli şəxslərinin təyin edilməsi və onların azad edilməsi və fondun ləğv edildiyi halda onun əmlakının müqəddəratı haqqında məlumatlar olmalıdır. Maddə

17. Dövlət qeydiyyatına alınmasından imtina 17.1. Qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatına alınmasından yalnız "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə t utulmuş hallarda imtina edilə bilər. 17.2. Qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınmasından, imtinanın əsasları və təsis sənədlərin hazırlanmasında qanunvericiliyin pozulmuş müddəaları və maddələrini göstərilməklə, yazılı surətdə məlumat qeyri-hökumət təşkilatının nümayəndəsinə təqdim olunur. 17.3. Qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınmasından imtina, pozuntular aradan qaldırıldıqdan sonra sənədlərin dövlət qeydiyyatı üçün yenidən təqdim edilməsinə mane ola bilməz. 17.4. Qeyri-hökumət təşkilatın dövlət qeydiyyatına alınmasından imtinadan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilə bilər. 19. “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə e dilir:... 1.0.2. gənclər - yaşı 14-dən 29-dək olan şəxslər;

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və y a qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDL ƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarınd a ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

27. Belə ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində aşağıdakılar qeyd edilmişdir: 1. cavabdeh imtinaya səbəb olan halların hamısını eyni vaxta göstərməmiş, hər dəfə müxtəlif çatışmamazlıqları qeyd etmişdir. 2. dövlət rüsumunun ödənilməsi barədə qəbzin olmaması əsas gətirilərək qeydiyyatdan imtina edilmişdir.

3. Nizamnamədə üzvlərin yaşının qeyd edilmə tələbinin əsassız olaraq imtinaya səbəb olan hal kimi qiymətləndirilmişdir.

28. Məhkəmə kollegiyası şikayətdə göstərilmiş dəlillərin hər birinə ayrılıqda qiymət verməyi məqsədə m üvafiq hesab edir.

29. Cavabdeh imtinaya səbəb olan halların hamısını eyni vaxta göstərməmiş, hər dəfə müxtəlif çatışmamazlıqları qeyd etmişdir.

30. Məhkəmə bu hissədə iddiaçının mövqeyini əsaslı hesab edir. Belə ki, iş materiallarından görünür ki, cavabdeh ictimai birliyi qeydə almaqdan imtina edərkən hər dəfə fərqli əsaslar qeyd etmişdir. xx.xx.2022-ci il tarixdə cavabdeh imtinanın əsası - “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunun 13.1-ci maddəsinin tələbləri pozulmuş, qurumun nizamnaməsində gənclər təşkilatlarında üzvlərin yaşına dair tələblər nəzərə tutulmamışdır. Həmçinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında” Azərbaycan Respublikası Qanunun 5.4.2-ci maddəsinin tələbinə zidd olaraq dövlət rüsumu ödənilməmişdir. Tarixi qeyd edilməyən cavabdeh i mtinanın əsası-“Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında” Qanunun 5.2-ci maddəsinin tələblərinə riayət edilməməsi müəyyən edilmişdir. Belə ki, ərizə notariat qaydada təsdiq olunmamışdır.

31. Məhkəmə kollegiyası bildirir ki, qeyd edilən yanaşma “Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında” Azərbaycan Respublikası Qanunun 8.3-cü maddəsinə ziddir. Belə ki, həmin normanın tələbinə əsasən imtinaya səbəb olmayan bütün çatışmazlıqlar eyni vaxtda aşkar edilməli və aradan qaldırılması üçün müraciət edənə təqdim edilməlidir.

32. Eyni zamanda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Cəfərov və digərləri Azərbaycana qarşı işində qeyd etmişdir ki, bütün çatışmazlıqların eyni vaxtda aşkar edilərək maraqlı şəxsə bildirilməməsi Konvensiyanın 11-ci maddəsinin pozuntusudur.

33. Dövlət rüsumunun ödənilməsi b arədə qəbzin olmaması əsas gətirilərək qeydiyyatdan imtina edilmişdir.

34. Məhkəmə kollegiyası bu hissədə də iddiaçının mövqeyini əsaslı hesab edir. Cavabdeh tərəfindən qeydiyyatın aparılmaması əsaslarından biri qeydiyyat üçün iddiaçının dövlət rüsumunu ödəməməsi ilə bağlıdır. “Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında” Qanunun 5.4.2-ci maddəsinə əsasən hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması barədə müraciətə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməlidir. Lakin iş materiallarından görünür ki, iddiaçı dövlət rüsumunun ödənilməsi barədə birinci instansiya məhkəməsində məhkəmə prosesi zamanı məlumat vermiş, əlavə olaraq ödəniş qəbzini təqdim etmişdir. (iş vər 85)

35. Nizamnamədə üzvlərin yaşının qeyd edilmə tələbinin əsassız olaraq imtinaya səbə b olan hal kimi qiymətləndirilməsi

36. Məhkəmə kollegiyası kassasiya şikayətinin sonuncu arqumenti ilə razılaşmır. Hesab edir ki, iddiaçı tərəfindən mübahisələndirilən bu halın heç bir hüquqi əsası yoxdur. Belə ki, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunun 13-cü maddəsinin tələbinə görə qeyri-hökumət təşkilatının nizamnaməsində qeyri-hökumət təşkilatının adı və yerləşdiyi yer, fəaliyyətinin məqsədləri, daimi və ya konkret məqsədlə təsis edildiyi, idarə olunma qaydası, üzvlərin hüquq və vəzifələri, ictimai birliyin üzvlüyünə qəbulun və ondan çıxmanın şərtləri və qaydası, o cümlədən gənclər təşkilatlarında üzvlərin yaşına dair tələblər, qeyri-hökumət təşkilatının əmlakının formalaşma mənbələri, nizamnamənin qəbulu, ona əlavə və dəyişikliklərin edilməsi qa ydası, qeyri-hökumət təşkilatının ləğv edilməsi və ləğv edildiyi halda əmlakından istifadə qaydası müəyyən edilməlidir.

37. İş materiallarına əlavə edilmiş “Gənc qazilər” ictimai birliyinin nizamnaməsində üzvlərin yaşı qeyd edilməmişdir (iş vər 3-6). Üzlərin yaşlarının qeyd edilməsi bilavasitə qanunun tələbindən doğan haldır. Bu çatışmazlığı iddiaçı aradan qaldırmamışdır.

38. Belə olan halda, cavabdehin hərəkətini qanuni hesab edən apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.

39. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə ko llegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2079/2023 nömrəli, 21 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar