Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-3888/2025 24.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: subyektiv hüquq; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “məhkəmə qərarının icrasına məcbur edilmə və zərərin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları
1. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin dayandırdığı məhkəmə qərarının icrasına məcbur edilməsi və kəsilən pensiyaya əlavənin bərpa edilməsi, maddi ziyan olaraq 4973 (dörd min doqquz yüz yetmiş üç) manat, mənəvi ziyan olaraq 18188 (on səkkiz min yüz səksən səkkiz) manat, toplam 23161 (iyirmi üç min yüz altmış bir) manatın cavabdehdən tutulub pensiya hesabına ödənilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı (hakim A.Əhədova) ilə iddia mümkün sayılmamışdır.
3. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və məhkəmə qərarının icrası haqqında qərardad qəbul olunmasını xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı (hakimlər X.Cəmilova – məruzəçi, R.Səmədov və O.İsmayılov) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
5. Apellyasiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hazırda iddiaçının cavabdehə qarşı tələbi “cavabdehin dayandırdığı məhkəmə qərarının icrasına məcbur edilməsi və kəsilən pensiyaya əlavənin bərpa edilməsi, maddi ziyan olaraq 4973 (dörd min doqquz yüz yetmiş üç) manat, mənəvi ziyan olaraq 18188 (on səkkiz min yüz səksən səkkiz) manat, toplam 23161 (iyirmi üç min yüz altmış bir) manat cavabdehdən tutulub pensiya hesabına ödənilməsi” barədədir. İddiaçıya pensiyasının “Əmək pensiyaları haqqında” Qanunun 19.2.5-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının baza hissəsinin 100 faizi məbləğində əlavə hesablanması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur, iddiaçı həmin əlavənin dayandırılması ilə bağlı məsələni hazırkı iddia qaldırmaqla deyil, qanuni qüvvəsini almış məhkəmənin qərarının icrası qaydasında həll etməlidir. Cavabdehin birinci instansiya məhkəməsinə ünvanladığı ##.##.2018-ci il tarixli, **/**/**-*** nömrəli məktubunda bildirilmişdir ki, “məhkəmə qərarı icra olunmuşdur. İnzibati orqan * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ##.##.2017-ci il tarixli *-*(**)-****/**** nömrəli qərarına əsasən pensiyasına əlavənin ödənilməsinə başlamış, Qanuna edilmiş müvafiq dəyişikliyə uyğun ##.##.2021ci il tarixdən 19.1.7.1-ci maddə ləğv edilmişdir. Nəticədə qeyd olunan maddə əsasında ödənilən 110,00 manat əlavənin bütün şəxslərə ödənilməsinin dayandırılmasını, həmin əlavə şəxsin müraciəti əsasında Fond tərəfindən müəyyən edilərək ödənildiyi halda belə və ya Fond tərəfindən qanunvericiliyə uyğun hesab edilmədiyinə görə məhkəmə qərarı əsasında müəyyən edilərək ödənilsə də, həmin maddə ləğv olunduğundan sözügedən əlavənin ödənişinin dayandırılmasını bildirmişdir”. Beləliklə, iddiaçıya pensiyasının “Əmək pensiyaları haqqında” Qanunun 19.2.5-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının baza hissəsinin 100 faizi məbləğində əlavə hesablanması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur, iddiaçı həmin əlavənin dayandırılması ilə bağlı qanuni qüvvəsini almış məhkəmənin qərarının icrası qaydasında həll etməlidir. Qeyd edilməlidir ki, iddia ərizəsindən də göründüyü kimi, iddiaçı ona dəyən maddi və mənəvi ziyanı cavabdehin hərəkətləri (hərəkətsizliyi) ilə əsaslandırmışdır ki, bu hərəkət (hərəkətsizlik) məhz * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ##.##.2017-ci il tarixli 2- *(**)-****/**** nömrəli qərarının icrasından irəli gəlir. İddiaçının tələbi üzrə məhkəmə qərarının icrası qaydasında isə cavabdehin hərəkət və ya hərəkətsizliyi nə birinci, nə də ki apellyasiya instansiya məhkəməsində öz təsdiqini tapmamışdır.
6. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
7. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
8. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
9. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
10. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsinin mövcud və aydın olması, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməsi və təcrübənin tərəflər üçün əlçatan və bəlli olması) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (o cümlədən, ##.##.2022-ci il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2022-ci il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2022-ci il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2022-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarlarda) aşkar və birmənalı şəkildə qeyd edilmişdir ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» ## ##### 2015-ci il tarixli * nömrəli qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
11. Eyni zamanda məhkəmə kollegiyası xatırlatmağı zəruri hesab edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. Formalaşmış vahid məhkəmə təcrübəsi onu göstərir ki, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərarları).
12. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hazırkı tələbi * saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin ##.##.2017-ci il tarixli *-*(**)-****/**** nömrəli qərarının cavabdeh tərəfindən düzgün icra edilməməsindən ibarətdir. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, işin müəyyən edilən hallarına əsasən * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ##.##.2017-ci il tarixli *-*(**)-****/**** nömrəli qərarı cavabdeh tərəfindən icra edilərək həmin qərar əsasında pensiya məbləğinə əlavənin ödənilməsinə başlanılmışdır. Qanuna edilmiş müvafiq dəyişikliyə uyğun ##.##.2021-ci il tarixindən 19.1.7.1-ci maddə ləğv edilmiş və nəticədə qeyd olunan maddə əsasında ödənilən 110,00 manat əlavənin bütün şəxslərə ödənilməsi dayandırılmışdır. Həmin əlavə şəxsin müraciəti əsasında Fond tərəfindən müəyyən edilərək ödənildiyi halda belə və ya Fond tərəfindən qanunvericiliyə uyğun hesab edilmədiyinə görə məhkəmə qərarı əsasında müəyyən edilərək ödənilsə də, həmin maddə ləğv olunduğundan sözügedən əlavənin ödənişi dayandırılmışdır. Eyni zamanda qeyd olunan maddənin ləğvi müvafiq kateqoriyadan olan şəxslərin digər sosial ödənişinin – Prezident təqaüdünün məbləğinin artırılması ilə paralel aparılmışdır. Belə ki, iddiaçıya “Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı İ dərəcə müharibə əlillərinə” ödənilən Azərbaycan Respublikası Prezidentinin 250,00 manat məbləğində təqaüdü Azərbaycan Respublikası Prezidentinin ##.##.2020-ci il tarixli **** nömrəli Fərmanına əsasən ##.##.2021-ci il tarixindən (yəni Qanunun 19.1.7.1-ci maddəsinin ləğv edildiyi gündən) 400,00 manata artırılmışdır. İş materialları ilə məhkəmə qərarının icrası və ondan sonrakı dövrdə cavabdehin qanunsuz hərəkətlərə yol verməsi təsdiq olunmadığından hazırkı halda iddiaçı subyektiv hüquqa malik deyil.
13. Beləliklə, mübahisəli məsələyə münasibətdə vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən iddiaçı üçün əlçatan və bəlli olmuşdur.
14. Hazırkı iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən edilmir.
15. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
Qərara aldı:
Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.