Məhkəmə qərarları › İş №2-1(102)-389/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-389/2020

25.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-389/2020 25.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MTK-nın Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı işi üzrə Q Ə R A Rİ Açar sözlər:(vergi ödəyicisinin 3 ildən artıq dövr üçün fəaliyyəti üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilməsinin qanunsuzluğu). GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X1 və onun vəkili X2 iştirakı ilə, İddiaçı MTK-nın cavabde h Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2490/2019 saylı, xx xxxxxxx 2019cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən, “Növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərarla ********* saylı cinayət işi üzrə İddiaçı MTK-da (bundan sonra iddiaçı) xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək vergi öhdəlikləri və vergi borcunun dəqiqləşdirilməsi məqsədilə növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi qərara alınmış, qərar icra üçün Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra cavabdeh) göndərilmişdir. Cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli, **********183512 saylı qərarı ilə Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən, iddiaçıda vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə aprel 2015 - mart 2019-cu il vergi dövrü üzrə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi qərara alınmışdır. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli, **********183512 saylı növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qərarın ləğv olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən müəssisəyə Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən, xx.xx.2019-cu il tarixli **********183512 saylı qərarla aprel 2015 - mart 2019-cu il vergi dövrü üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Növbədənkənar səyyar vergi yoxlaması Vergi Məcəlləsinin 38.3.6-ci maddəsinə əsasən, cinayət prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda təyin edilir. Hazırda müəssisədə borc vergilərin hesablanması barədə xx.xx.2019-cu il tarixli **********232600 saylı qərara əsasən yaranm ışdır. Bu qərar isə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində mübahisələndirilmiş, 2-1 (82)-1419/2019 saylı iş üzrə iddia təmin edilmişdir. Hazırkı səyyar vergi yoxlamasının təyin edilməsi barədə hər hansı məhkəmə və ya digər hüquq mühafizə orqanının qərarı müəssisəyə təqdim edilməyiib. Müvafiq qərarın mövcud olub-olmaması, əgər mövcud qərar varsa təqdim edilməsi barədə müraciət edilmişdir. İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.1, 36.4, 38.3.6, 56, 83.3, 5.4 və 94-cü maddələrinə və Azərbaycan Respublikası İPM-in 2, 8, 45 və 46-cı maddələrinə istinad edərək cavabdehin qərarının ləğv olunmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(82)2327/2019 saylı qərarı ilə (hakim: Z.M.Tağıyev) iddia təmin edilmiş, cavabdehin xx.xx.2 019-cu il tarixli **********183512 saylı növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qərarı ləğv edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh məhkəmə qərarı olmadan qanunsuz və əsassız olaraq növbədənkənar səyyar vergi yoxlaması həyata keçirmişdir. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 2490/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: V.Ə.Baxışova, hakimlər: E.E.Nağıyeva və H.Ü.Həmidov) apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(82)-2327/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi birinci instans iya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Qərardan narazı qalan cavabdeh ondan kassasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, iddiaçı yanlış olaraq inzibati akt kimi hesab etdiyi səyyar vergi yoxlamasının keçirilməsi barədə qərarı məhkəmə qaydasında mübahisələndirmişdir. Lakin həmin qərar müstəqil inzibati akt olmamaqla, iddiaçı üçün heç bir hüquqi nəticələr yaratmayıb, inzibati orqan tərəfindən qəbul edilən konkret icraatın təşkili və həyata keçirilməsi ilə bağlı aralıq inzibati aktdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan R espublikası Qanununun 2.0.9-cu maddəsinə əsasən, aralıq inzibati akt - konkret icraatın təşkili və həyata keçirilməsi ilə bağlı inzibati orqan tərəfindən qəbul edilən aktdır. Yəni, aşağı instansiya məhkəmələri prosessual pozuntuya yol verməklə mümkünlük şərtlərini yoxlamadan işə mahiyyəti üzrə baxmışdır. Halbuki, iddia tələbi mümkünsüz sayılmalı idi. Daha sonra qeyd edilir ki, məhkəmələr əsassız olaraq Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.3-cü maddəsinin tələblərinin pozulması barədə qənaətə gəlmişlər ki, bu da əsaslı deyil. Belə ki, müddəaya nəzər salınanda görərik ki, norma “əhatə etməlidir” kimi imperativ xarakterli ifadələrdən istifadə etməyərək vergi orqanının üzərinə öhdəlik qoymur. Digər tərəfdən, məhkəmənin mövqeyindən çıxış etsək belə, səyyar vergi yoxlamasının keçirilməs i haqqında qərarın 04.2015 - 03.2019-cu il vergi dövrünü əhatə etdiyini nəzərə alsaq, mübahisələndirilən qərarın ləğv edilməsi, 3 illik müddəti aşmayan vergi dövrünün yoxlanılmasını məhdudlaşdırmış olacaq. Bundan əlavə apelyasiya məhkəməsi şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün cinayət qanunvericiliyində nəzərdə tutulmuş müddətlərin vergi orqanı tərəfindən həyata keçirilən səyyar vergi yoxlaması dövrü ilə uzlaşmadığını hesab etmişdir. Lakin məhkəmənin bu mövqeyi də əsassızdır. Belə ki, Vergi Məcəlləsinin 56.1-ci maddəsində vergi hüquq pozuntularının törədilməsinə görə vergi orqanı tərəfindən məsuliyyətə cəlb etmə vergi öhdəliklərin icra olunmaması üzrə məsuliyyət tədbiridir. Cinayət Məcəlləsinin 213-cü maddəsində nəzərdə tutulan məsuliyyət cinayət əməlinə görə məsuliyyət olub, cəl b etmə müddəti də bu Məcəllənin 75-ci maddəsində nəzərdə tutulan qaydada tətbiq olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 85.4.4-cü maddəsinə əsasən, müstəntiqin həmin Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada dövlət orqanlarından və ya auditor təşkilatlarından təftişlərin, inventarlaşdırmaların, ekspertizaların və digər yoxlamaların keçirilməsini tələb etmək hüquqları vardır. Həmin Məcəllənin 143.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə cinayət prosesi tərəflərinin vəsatəti, yaxud öz təşəbbüsü ilə sübutların toplanması prosesində fiziki, hüquqi və vəzifəli şəxslərdən, habelə əməliyyataxtarış fəaliyyətini həyata keçirən orqanlardan cinayət təqibi üzrə əhəmiyyət kəsb edən sənəd və əşyaları təqdim etməyə, yoxlama və təf tişin keçirilməsini səlahiyyətli orqanlardan və vəzifəli şəxslərdən tələb etməyə haqlıdır. Odur ki, Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən vergi öhdəlikləri və vergi borcunun dəqiqləşdirilməsi üçün növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar qəbul edilmiş və icra olunması üçün Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə göndərilmişdir. Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin növbədənkənar vergi yoxlamasının keçirilməsi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.3.6-ci maddəsində nəzərdə tutulmuş halla əlaqədar olmuşdur. Həmin maddəyə əsasən, cinayət prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq-mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barə də müvafiq qərarı olduqda, növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən keçirilə bilər. Bu isə o anlamı yaradır ki, səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar digər qərarın icrası qaydasında qəbul edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili və nümayəndəsi kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. İddiaçının vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 5.0-ci maddəsinə əsasən, vergi məbləğləri aşağıdakı formalarda tutulur: bilavasitə mənbədən (verginin gə lir və ya mənfəət əldə edilməsinədək tutulması); bəyannamə üzrə (verginin gəlir və ya mənfəət əldə edilməsindən sonra tutulması); Bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi). 36.1-ci maddəsinə əsasən, vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2-ci maddəsinə əsasən, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 36.3-cü maddəsinə əsasan, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, yol və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. 36.4. Vergi ödəyicisi olan hüquqi şəxslərin ləğvi və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxsin sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti ilə bağlı və bu Məcəllənin 38.3-cü maddəsində göstərilən hallarda keçirilən yoxlamalar istisna olmaqla, vergi orqanı tərəfindən yoxlanılmış vergi dövrü üçün vergi ödəyicisinin ödədiyi və ya ödəməli olduğu vergilər üzrə səyyar vergi yoxlamalarının keçirilməsi qadağandır. 36.6. Vergi ödəyicilərinin vergi orqanları tərəfindən həyata keçirilən vergi yoxlamaları üzrə məhkəməyə müraciət etmək hüququ vardır. Məhkəmə ko llegiyası apellyasiya instansiya məhkəməsi mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.3-cü maddəsində nəzərdə tutulmuş yoxlama dövrü ilə bağlı tələb səyyar vergi yoxlamasının hər iki növünə aid olduğundan hazırkı halda vergi orqanı vergi ödəyicisinin 3 ildən artıq dövr üçün fəaliyyəti üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin etməklə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.3-cü maddəsinin tələbini pozmusdur. Belə ki, mübahisələndirilən qərar Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin “Növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərarı əsasında qəbul edilsə də, qəbul edilmiş qərarda yoxlanılmalı olan dövrün Azərbaycan Respublika sı Vergi Məcəlləsinin tələblərinə uyğun müəyyənləşdirilməsinə görə məsuliyyət cavabdeh inzibati orqanın üzərinə düşür. Bundan əlavə, cavabdeh apellyasiya şikayətində olduğu kimi eyni ilə kassasiya şikayətində də qeyd etmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsinə əsasən, həmin Məcəllənin 213.2.2-ci maddəsində (külli miqdarda vergiləri ödəməkdən yayınma) nəzərdə tutulmuş əməllərə (hərəkət və ya hərəkətsizliklərə) görə cinayət məsuliyyətinə cəlb etmə müddəti 7 il nəzərdə tutulduğundan vergi orqanının qərarı qanuni olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56.1-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75 və 213-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli qə rarına əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulan vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntularına görə məsuliyyətə cəlb etmə müddəti həmin Məcəllənin 56-cı maddəsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213-cü maddəsində nəzərdə tutulan cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti isə bu Məcəllənin 75-ci maddəsində nəzərdə tutulan qaydada tətbiq olunmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, vergi qanunvericiliyinin pozulması anından 3 il keçmişdirsə, şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsinə əsasən, az ağır cinayətin törədildiyi gündən ye ddi il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlili ilə razılaşmayaraq qeyd edir ki, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün cinayət qanunvericiliyində nəzərdə tutulmuş müddətlərlə vergi orqanı tərəfindən həyata keçirilən səyyar vergi yoxlamalarının Vergi Məcəlləsinə əsasən əhatə etməli olduğu dövr eyniləşdirilə bilməz. Məhz buna görə də, Vergi Məcəlləsinin 56.1-ci maddəsində cinayət qanunvericiliyindən fərqli olaraq vergi hüquq pozuntularının törədilməsinə görə vergi orqanı tərəfindən məsuliyyətə cəlbetmə müddəti 3 il müəyyən edilmiş, o cümlədən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.3-cü maddəsində cinayət təqibi orqanının qərarı əsasında həyata keçirilən səyyar vergi yoxlamalarının 3 ildən daha artıq dövrü əhat ə etməsinin mümkünlüyü nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.3-cü maddəsi imperativ norma olduğundan vergi orqanı tərəfindən səyyar vergi yoxlamaları təyin edilərkən ayrıayrı vergi ödəyicilərinə münasibətdə həmin normada və vergi qanunvericiliyində nəzərdə tutulmamış fərqli qaydalar tətbiq edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.1-ci maddəsinə əsasən, vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. Həmin Məcəllənin 3.11-ci maddəsinə əsasən, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi b arədə apelyasiya instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2490/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar