Məhkəmə qərarları › İş №2-1(102)-389/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-389/2025

01.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-389/2025 01.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Laçın rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: intizam tənbehinin tətbiq edilməsi barədə sərəncamın ləğv edilməsi; məcburi iş buraxdığı dövr üçün əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Laçın rayon İcra Hakimiyyətinə qarşı “sərəncamın ləğv edilməsi, məcburi iş buraxdığı dövr üçün əmək haqqının ödənilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İ nzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(105)-542/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. İddiaçı xx.xx.2008-ci il tarixdən Laçın rayon İcra Hakimiyyəti başçısının aparatında böyük inspektor vəzifəsinə təyin edilmiş, xx.xx.2008-ci il tarixdə ona kiçik referent ixtisas dərəcəsi verilmiş, xx.xx.2016-cı il tarixdən baş mütəxəssis vəzifəsindən azad edilmiş, həmin tarixdən Laçın rayon İcra Hakimiyyəti başçısı aparatının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə məsləhətçi vəzifəsinə təyin edilmiş, xx.xx.2018 ci il tarixdə ona üçüncü dərəcəli dövlət qulluqçusu, xx.xx.2020-ci il tarixdə ikinci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir.

2. Laçın rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 107 nömrəli sərəncamına əsasən iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinin tələbini pozaraq, heç bir üzrlü səbəb olmadan 2022-ci ilin 1, 2, 4, 5, 6, 7, 8, 9, 11, 12, 13, 14, 15, 16, 18, 19 və 20 aprel tarixlərində bütün iş günü ərzində işə gəlmədiyinə, bununla da “X6” Qanunun 18.0.3-cü maddəsinin tələbini pozaraq, həmin qanunun 25.2.6-cı maddəsinin tətbiqinə şərait yaratdığı üçün 33.1.6cı maddəsinə əsasən 2022-ci il 20 aprel tarixdən Laçın rayon İcra Hakimiyyəti başçısı aparatının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində məsləhətçi vəzifəsindən azad edilməsi və həmin tarixdən onun İcra Hakimiyyəti başçısı aparatında dövlət qulluğuna eyni əsasla xitam verilməsi qərara al ınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində aparılan icraat

3. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, işdən çıxarılması ilə bağlı Laçın rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 107 №-li “İddiaçı Laçın rayon İcra Hakimiyyəti başçısı aparatının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində məsləhətçi vəzifəsindən azad edilməsi haqqında” sərəncamın ləğv edilməsi, məcburi iş buraxdığı dövr üçün əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

4. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Laçın rayon icra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 107 №-l i sərəncamı ilə vəzifəsindən azad edilməklə dövlət qulluğuna xitam verilmişdir. Sərəncamda qeyd edilmişdir kı, iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinin tələbini pozaraq, heç bir üzrlü səbəb olmadan 2022-ci il 1, 2, 4, 5, 6, 7, 8, 9, 11, 12, 13, 14, 15, 16, 18, 19 və 20 aprel tarixlərində bütün iş günü ərzində işə gəlmədiyinə, bununla da “X6” Azərbaycan Respublikası Qanununun 18.0.3-cü maddəsinin tələbini pozaraq, həmin qanunun 25.2.6-cı maddəsinin tətbiqinə şərait yaratdığı üçün “X6" Qanunun 33.1.6-cı maddəsinə əsasən, 2022-cı il 20 aprel tarixdən Laçın rayon icra Hakimiyyəti başçısı aparatının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində məsləhətçi vəzifəsindən azad edilsin və həmin tarixdən onun Laçın rayon icra Hakimiyyəti başçısı ap aratında dövlət qulluğuna eyni əsasla xitam verilsin.

5. İddiaçının işdən çıxarılması tam qanunsuz və əsasızdır. Belə ki, iddiaçı xx.xx.2008-ci il tarixindən 14 il müddətində Laçın rayon İcra Hakimiyyətinin Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən Rayon Qərargahında dövlət qulluqçusu kimi işləmişdir. Dövlət qulluqçularının əmək haqlarının artırılması barədə məlum sərəncamdan dərhal sonra rəhbərlik tərəfindən iddiaçıya qarşı psixoloji təzyiqlər başlamışdır. Belə kı, 14 ildir Bakıda işlədiyi halda Laçın Rayon İcra Hakimiyyətinin başçısı onun Ağcabədi rayonu Taxta-körpü qəsəbəsində yerləşən Laçın rayon İcra Hakimiyyətinə daimi olaraq işə çıxmağı ilə bağlı göstəriş vermişdir. Ailə vəziyyəti ilə bağlı, yəni daimi yaşayış yerinin, həyat yoldaşının iş yerinin, himayəsində olan iki azyaşlı övladının təhsil müəssisələrinin Bakıda yerləşməsi, himayəsində yoldaşının iki yaşlı valideyninin olması (biri şəkər xəstəsidir və qeydiyyatdadır) ilə bağlı iddiaçının Ağcabədidə yaşayıb işləməyinin mümkün olmayacağını başçıya bildirsə də heç bir xahişi nəzərə alınmamışdır.

6. Bundan başqa, qərarın yazılı formada ona təqdim edilməsi məqsədilə başçıya ünvanladığı xx.xx.2022-ci il tarixli ərizə və pozulmuş hüquqlarının bərpası üçün yazdığı xx.xx.2022-cı ıl tarixli şikayət məktubu cavablandırılmamışdır. xx.xx.2022-ci il tarixdə yenidən iddiaçı, yoldaşı və himayəsində böyüdüyü 1-ci Qarabağ müharibəsi veteranı olan dayısı ilə (iddiaçı azyaşlı vaxtından ailənin tək övladı olaraq valideynlərinin himayəsindən məhrum olmuşdur) birlikdə başçının qəbuluna düşmək niyyəti ilə Ağcabədi rayonuna getmişd ir. Başçının qəbulunda olarkən əgər zərurət varsa müvəqqəti olaraq müəyyən müddət ərzində Ağcabədidə işləyə biləcəyini qeyd etmişdir. Lakın, başçı Ağcabədidə işinin müvəqqəti deyil, daimi olacağını, artıq Bakıda yerləşən Rayon Qərargahında vətəndaşların qəbulu şöbəsinə ehtiyac olmadığını bildirmişdir.

7. Bir sözlə, iddiaçının ailə vəziyyəti, 14 illik iş təcrübəsində heç bir nöqsana yol verməməyi, kollektiv arasındakı xoş rəftarı və hörməti, aldığı fəxri fərman icra başçısı tərəfindən nəzərə alınmamışdır. Son bir ay ərzində rəhbərlik tərəfindən müxtəlif psixoloji təzyiqlərə məruz qalmağına baxmayaraq işdən azad olunduğu son günə qədər (xx.xx.2022-xx.xx.2022) həmişəki qaydada Bakı şəhərində yerləşən Rayon Qərargahına işə çıxmışdır. Bu müddət ərzində ona heç bir yazılı göstəriş, bildiriş, xəb ərdarlıq təqdim edilməmiş, izahatı alınmamış və könüllü ərizə yazmadığı üçün xx.xx.2022-cı il tarixdə onun iştirakı və xəbəri olmadan “X6” AR Qanunun 25.2.6-ci maddəsi (intizam tənbehi) ilə dövlət qulluğundan azad edilmişdir.

8. İşdən azad edilərkən belə, Əmək Məcəlləsinin 83-cü maddəsinin tələbləri pozularaq əmrin surəti, əmək kitabçası xx.xx.2022-cı il tarixdə poçtla göndərilmiş və son haqq-hesab məbləği 2 gün gec xx.xx.2022-ci il tarixdə əmək haqqı kartına yüklənmişdir (poçt zərfinin surəti və əmək haqqı kartıma mədaxil qəbzi əlavədədir). Eyni zamanda son haqq-hesab olaraq əmək haqqı kartına mədaxil edilən 132.49 manat məbləğinin də düzgün hesablanmasına şübhəsi var. Cavabdehin etirazları:

9. Cavabdeh iddia tələbinə qarşı etiraz edərək bildirmişdir ki, Laçın rayonu xx.xx.1992-ci il tari xdə Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunduqdan sonra Laçın şəhərində fəaliyyətdə olmuş Laçın RİH öz fəaliyyətini müvəqqəti olaraq, Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində davam etdirməyə məcbur olmuş, Laçın rayonundan olan məcburi köçkün əhalinin ölkəmizin 58 şəhər və rayonunda, o cümlədən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda müvəqqəti məskunlaşması nəzərə alınaraq, Laçın RİH başçısı tərəfindən Bakı şəhəri, Nərimanov rayonu ərazisində Laçın RİH-nin qərargahı təşkil olunaraq, fəaliyyəti təmin edilmişdir. Məlumat üçün bildirir ki, “Rəqəmsal İcra Hakimiyyəti” portalı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X2 X4 tərəfindən yaradıldıqdan sonra xx.xx.2022-ci il tarixdə Laçın RİH-nə müvafiq tapşırıq verilərək, xx.xx.2022-ci il tarixdən Laçın RİH-nin də həmin portala qoşulması, ona görə də Laçın RİH-nin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin əməkdaşlarının tam tərkibdə həmin portalın idarə edildiyi Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində yerləşən Laçın RİH-nin inzibati binasında xüsusi ayrılmış iş otaqlarında fəaliyyət göstərməsi vəzifəsi qarşıya qoyulmuşdur.

10. Laçın RİH-nin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş strukturuna əsasən Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin dörd əməkdaşından iki nəfəri, X3 və İddiaçı Bakı şəhərində müvəqqəti məskunlaşdıqlarından tələblərə əsasən onların Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində yerləşən Laçın RİH-nin inzibati binasında Sənədlərlə və vətəndaşları n müraciətləri ilə iş şöbəsində fəaliyyətlərinə davam etmələri zərurəti yaranmışdır.

11. Bu barədə Laçın RİH-nin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin Bakı şəhərində müvəqqəti məskunlaşmış əməkdaşları X1 və Ülkər Şahin qızına Eyvazovaya tərəfindən şəxsən ətraflı məlumat verilmiş, onların rih.gov.az portalının tətbiqi ilə bağlı yaranmış işlərin çoxluğu ilə əlaqədar xx.xx.2022-ci il tarixdən Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində yerləşən Laçın RİH-nin inzibati binasında xüsusi ayrılmış iş otaqlarında fəaliyyətlərinə davam etmələri bildirilmişdir.

12. Bu tapşırıqdan sonra Laçın RİH-nin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin Bakı şəhərində müvəqqəti məskunlaşmış əməkdaşı X3 xx.xx.2022-ci il tarixdən Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsinə gələrək, həmin ünvanda yerləşən Laçın RİH-nin inzibati binasında fəaliyyətinə davam etmiş, hazırda da həmin tarixdən bu günədək öz vəzifəsini adıçəkilən ünvanda yerinə yetirir.

13. Lakin, Laçın RİH-nin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin Bakı şəhərində müvəqqəti məskunlaşmış digər əməkdaşı İddiaçı ona ətraflı şəkildə məlumat verilməsinə baxmayaraq, o, Əmək Məcəlləsinin 72-ci maddəsinin a) bəndinin tələbini pozaraq, heç bir üzrlü səbəb olmadan 2022-ci il 1, 2, 4, 5, 6, 7, 8, 9, 11, 12, 13, 14, 15, 16, 18, 19 və 20 aprel tarixlərdə bütün iş günü ərzində işə gəlmədiyinə, bununla da “X6” Azərbaycan Respublikasının 2000-ci il 21 iyul tarixli 926-İQ nömrəli Qanununun 18.0.3-cü maddəsinin tələbini pozaraq, həmin Qanunun 25.2.6-cı maddəsinin tətbiqinə şərait yaratdığı üçün Laçın RİH b aşçısının xx.xx.2022-ci il tarixli 107 nömrəli müvafiq sərəncamı ilə “X6” Qanunun 33.1.6-cı maddəsinə əsasən, 2022ci il 20 aprel tarixdən Laçın Rayonu İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində məsləhətçi vəzifəsindən azad edilmiş, həmin tarixdən onun Laçın Rayonu İcra Hakimiyyəti başçısı aparatındakı dövlət qulluğuna eyni əsasla xitam verilərək, əmək haqqı üzrə son-haqq hesabı bank kartına ödənilmiş, əmək kitabçası poçt vasitəsilə ev ünvanına göndərilmişdir. Vakansiya yaranmış həmin vəzifəyə yeni kadr təyin olunmuş, həmin şəxs Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində yerləşən Laçın RİH-nin inzibati binasında xüsusi ayrılmış iş otağında Laçın Rayonu icra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəs ində məsləhətçi vəzifəsini yerinə yetirir. Laçın Rayonu İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin əməkdaşları hazırda tam tərkibdə Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində yerləşən Laçın RİH-nin inzibati binasında xidməti vəzifələrini yerinə yetirirlər. Göstərilənləri nəzərə alaraq, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

14. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-1883/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

15. Məhkəmə qeyd etmişdir ki, cavabdeh iddiaçının işdən azad olunmasının səbəbi olaraq onun 1-20 aprel 2022-ci il tarixlərində üzrlü səbəb olmadan işdə olmamasını göstərir. Belə ki, iddiaçının 1-20 aprel 2022-ci il tarixlərində vəzifə səlahiyyətlərini icra etməməsi iddianın rədd edilməsi üçün əsas təşkil edir. İddiaçının dövlət qulluğuna qəbul edildiyi inzibati orqan Bakı şəhərində yox, Ağcabədi rayonunda yerləşir. İnzibati orqan iddiaçı ilə əmək müqaviləsi bağlayarkən onun iş yerinin Bakı şəhərində yerləşəcəyi ilə bağlı öhdəlik götürməmişdir.

16. İddiaçı özü iddia ərizəsində və inzibati orqana müraciətlərində vəzifə səlahiyyətlərini icra etməməsini etiraf edir. İddiaçı iddia ərizəsində qeyd edir ki, “İcra Hakimiyyətinin başçısı onun Ağcabədi rayonu Taxta-Körpü qəsəbəsində yerləşən Laçın rayon İcra Hakimiyyətinə daimi olaraq işə çıxmağı ilə bağlı göstəriş vermişdir. Ailə vəziyyəti ilə bağlı, yəni daimi yaşayış yerinin, həyat yoldaşının iş yerinin, himayəsində olan iki azyaşlı övladının təhsil müəssisələrinin Bakıda yerl əşməsi, himayəsində yoldaşının iki yaşlı valideyninin olması (biri şəkər xəstəsidir və qeydiyyatdadır) ilə bağlı iddiaçının Ağcabədidə yaşayıb işləməyinin mümkün olmayacağını başçıya bildirsə də heç bir xahişi nəzərə alınmamışdır.

17. Eyni zamanda, iddiaçının Laçın rayon İcra Hakimiyyəti başçısına ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizəsində qeyd edilir ki, “bu gündən etibarən iddiaçının adı işə davamiyyət tabelinə yazılmır və onun vəzifə səlahiyyətləri məhdudlaşdırılmışdır.”

18. Bu qeyd edilənlər iddiaçının faktiki olaraq 20 gün müddətində vəzifə səlahiyyətlərini icra etməməsinin sübutu kimi qiymətləndirilməli, buna görə də iddiaçı barəsində qəbul edilmiş inzibati akt qanuni hesab edilməlidir.

19. İddiaçı 20 gün müddətində rəhbərliyin göstərişlərini yerinə yetirmədiyinə görə “X6” qanun un 18.0.5, 18.0.6 və 18.0.10-cu maddələrinin tələblərini pozmuşdur.

20. İddiaçının ailə vəziyyəti ilə bağlı ona güzəşt tətbiq edilməsini istəməsi başa düşülən olsa da, bu istəyin 20 gün müddətində göstərişləri yerinə yetirmədən, faktiki olaraq vəzifə səlahiyyətlərinin icra edilmədən tələb edilməsi əsaslı hesab edilə bilməz.

21. Qanunvericiliyin bu qeyd edilən normasının tətbiqi baxımında iddiaçıya inzibati orqan tərəfindən yazılı məlumat verilməli olması inzibati orqanın vəzifəsi olsa da, iddiaçıya yazılı cavab verilməməsi 20 gün müddətində əmək funksiyalarını icra etməməyə əsas verə bilməz.

22. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində aparılan birinci icraat

23. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(105)-168/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilmiş, cavabdehin xx.xx.2022-ci il tarixli, 107 nömrəli sərəncamının ləğv edilməsi və iddiaçıya məcburi iş buraxdığı dövr üçün əmək haqqının ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçıya xx.xx.2022-ci il tarixdən Laçın Rayon İcra Hakimiyyəti başçısı adından əmək funksiyalarını İH-nin Nərimanov rayonu ərazisində yerləşən Qərargahında deyil, Ağcabədi rayonuna yerləşən inzibati binası nda davam etdirməyi barədə göstəriş verilmişdir. İddiaçı həmin tarixdən başlayaraq həmin göstərişin və onun qulluq vəzifələrinin ona yazılı şəkildə təqdim edilməsi ilə bağlı bir neçə dəfə cavabdehə müraciətlər etsə də, işdən görünür ki, iddiaçının müraciətlərinə cavab verilməmişdir.

25. Halbuki, “X6” Azərbaycan Respublikası Qanununun 19.0 və 19.0.11-ci maddəsinə əsasən dövlət qulluqçusu qulluq keçdiyi dövlət orqanının rəhbərindən aldığı icrası məcburi olan göstəriş və ya əmrin qanuniliyi və ya dürüstlüyü dövlət qulluqçusunda şübhə doğurursa, həmin göstərişin və ya əmrin yazılı şəkildə ona verilməsini tələb etmək hüququna malikdir.

26. Cavabdehin nümayəndəsi bununla bağlı məhkəmə kollegiyasına bir neçə sənəd təqdim etmişdir. Təqdim edilmiş sənədlərə əsasən Laçın rayon İcra Hakimiyyəti baş çısının xx.xx.2022-ci il tarixli, 93 nömrəli sərəncamında qeyd edilir ki, yaranmış xidməti zərurətlə və xidməti fəaliyyətin genişlənməsi ilə əlaqədar İHB aparatının işçilərinin 2022-ci il 1 aprel vəziyyətinə olan dislokasiyasının bu sərəncamın 1 və 2 nömrəli əlavələrinə uyğun təsdiq edilməsi qərara alınmışdır. Həmin sərəncamla təsdiq edilmiş 1 nömrəli əlavə İHB aparatının Ağcabədi rayonunun Taxta-körpü qəsəbəsində yerləşən əsas inzibati binası üzrə işçilərinin 2022-ci il 1 aprel vəziyyətinə müəyyən edilmiş dislokasiyası cədvəlinin 22-ci bəndində “Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi”ndən İddiaçı adı qeyd edilmişdir.

27. Lakin işdən görünür ki, cavabdeh dəlillərinin əsası olaraq qeyd edilən sənədləri nə iddiaçının müraciətlərinə cavab olaraq iddiaçıya, nə də birinci instan siya məhkəməsində icraat zamanı məhkəmə baxışına təqdim etməmişdir.

28. İşin tərəflər arasında mübahisələndirilməyən hallarına görə iddiaçı xx.xx.2008-ci il tarixdən xx.xx.2022-ci il tarixədək cavabdeh inzibati orqanın məhz Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən Rayon Qərargahında dövlət qulluqçusu kimi işləmişdir.

29. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə 1-ci əlavə olan “Əmək müqaviləsinin (kontraktın) nümunəvi forması” nın 1-ci “Əmək müqaviləsini (kontraktı) bağlayan tərəflər haqqında məlumatlar” hissəsinin 1.2-ci bəndinin tələbləri baxımından hazırkı iş üzrə iddiaçının iş yeri, yəni faktiki fəaliyyət göstərdiyi ünvan 2008-ci ildən faktiki olaraq əmək fəaliyyətinə başladığı Laçın rayon İcra Hakimiyyətinin Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən Qərargahı sayılma lıdır.

30. İddiaçı 1-20 aprel 2022-ci il tarixədək Laçın rayon İcra Hakimiyyətinin Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən Rayon Qərargahında işə getsə də, həmin vaxt onun adı İH-nin Ağcabədi rayonunda yerləşən inzibati binasındakı davamiyyət tabelində qeyd edilmişdir.

31. Göründüyü kimi işin mühüm əhəmiyyət kəsb edən və cavabdeh tərəfindən də mübahisələndirilməyən halı ondan ibarətdir ki, iddiaçı 2022-ci ilin aprel ayının 1-dən 20 dək iş günləri ərzində Laçın rayon İcra Hakimiyyətinin Nərimanov rayonunda yerləşən Qərargahında işdə olmuş və əmək funksiyalarını icra etmişdir.

32. Cavabdeh isə iddiaçının həmin dövrdə İH-nin Ağcabədi rayonunda yerləşən inzibati binasında işdə olmasını, başqa sözlə, iddiaçının iş yerinin sonuncu ünvan olmasına baxmayaraq onun işə gəlməməsini sərəncamı n qəbul edilməsinə əsas gətirmişdir.

33. Bununla da, müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçı ilə onun arasında bağlanmış əmək müqaviləsinin “işçinin iş yeri” ilə bağlı şərtləri birtərəfli qaydada iddiaçının razılığı olmadan dəyişdirilmişdir. Cavabdeh birtərəfli qaydada əmək şəraitinin şərtlərini dəyişdirməklə, Əmək Məcəlləsi və əmək müqaviləsinin şərtlərini pozmuşdur.

34. Məhkəmə araşdırması zamanı iddiaçı barəsində “X6” Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehi tətbiq edilərkən həm ümumi, həm də sahəvi qanunvericiliklə müəyyən edilən qaydalara və tələblərə cavabdeh tərəfindən əməl olunmadığı müəyyən edilmişdir. Cavabdeh tərəfindən də məhkəməyə yuxarıda qeyd olunan qaydalara və tələblərə əməl edildiyi barədə hər hansı dəlil və sübut təqdim edilməmişdir. Halbuki, Azərbay can Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinin tələbinə görə, belə hallarda inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək öhdəliyi daşıyır.

35. Hazırkı işdən cavabdeh tərəfindən qeyd edilən inzibati prosedur qaydaya riayət edildiyi müəyyən edilmir.

36. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. c. kassasiya instansiya məhkəməsində aparılan birinci icraat

37. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)120/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(1 05)-168/2023 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

38. Kassasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı cavabdeh inzibati orqanın məsul şəxsi tərəfindən məlumatlandırılmaqla yanaşı, həm də bilavasitə vəzifələrinin icrasını təmin edən şəraitin artıq əvvəlki vəziyyətdə mövcud olmadığını, yaxud tam və ya qismən məhdudlaşdırıldığını, buradan vəzifələrin əvvəlki qaydada icrasının artıq mümkünsüz olduğunu bildiyi, habelə, özünün də qeyd etdiyi kimi, ailə vəziyyəti ilə bağlı öz vəzifələrinin Ağcabədi rayonu, Taxtakörpü qəsəbəsində yerləşən Laçın rayon İcra Hakimiyyətinin inzibati binasında icra etməsinin mümkünsüz olduğunu, deməli, yeni əmək şəraiti ilə işi davam etdirməyə razı olmadığını cavabdehə bildirdiyi halda, cavab dehlə əmək münasibətlərinin yeni şəraitə uyğun tənzimlənməsi və ya bu münasibətlərə öz təşəbbüsü ilə xitam verilməsi imkanından istifadə etməmişdir. Belə bir imkanın nəzərdən keçirilməsinin mümkünlüyünü iddiaçı cavabdehin kassasiya şikayətinə qarşı verdiyi etirazında da qeyd etmişdir.

39. Bu qeyd olunanlar mübahisənin həlli üçün ona görə əhəmiyyət kəsb edir ki, apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gələrkən iddiaçının ailə vəziyyəti ilə bağlı öz vəzifələrinin Ağcabədi rayonu, Taxta körpü qəsəbəsində yerləşən Laçın rayon İcra Hakimiyyətinin inzibati binasında icra etməsinin mümkünsüz olduğunu, deməli, yeni əmək şəraiti ilə işi davam etdirməyə razı olmadığını nəzərə alaraq, bununla bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməli (İPM-in 64.1-ci maddəsi), onlara yardım göstərməli (İPM-in 13-cü maddəsi), qarşılıqlı razılıq əldə olunduğu halda, mübahisələndirilən əmrin dəyişdirilməsi və başqa işə keçirmə, bu mümkün olmadıqda, əmək münasibətlərinə Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla (yaxud tərəflərin razılaşdığı digər əsasla) xitam verilməsi barədə yeni inzibati aktın qəbulu üçün cavabdehə vaxt təyin edilməsi imkanını nəzərdən keçirməli idi.

40. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən İPM-in 12.1, 58.7, 64.1, 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməsi, işin təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. d. apellyasiy a instansiyası məhkəməsində aparılan ikinci icraat

41. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(105)-542/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilmiş, cavabdehin xx.xx.2022-ci il tarixli, 107 nömrəli sərəncamının ləğv edilməsi və iddiaçıya məcburi iş buraxdığı dövr üçün əmək haqqının ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

42. Məhkəmə qərarında qeyd etmişdir ki, kollegiya Ali Məhkəmənin qərarında əks olunan hüquqi mövqeyinin və göstərişlərini nəzərə alaraq, İddiaçı başqa işə keçirilməsinin mümkünlüyünü, bu mümkün olmadıqda əmək münasibətlərinə Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “c” bəndində nəz ərdə tutulan əsasla yaxud tərəflərin razılaşdığı digər əsasla xitam verilməsi barədə yeni inzibati aktın qəbulu imkanlarını cavabdehlə və iddiaçı ilə müzakirə etsə də, tərəflər arasında hər hansı razılıq əldə olunmamış, cavabdeh ilə sərəncamın ləğvi və ya dəyişdirilməsi ilə bağlı mübahisənin həlli istiqamətində müzakirələr hər hansı nəticə verməmişdir.

43. İlk növbədə qeyd edilməlidir ki, hazırki iş üzrə iddiaçı dövlət qulluqçusu olmaqla, dövlət qulluğundan azad edildiyindən və hazırki tələbi də məhz dövlət qulluğuna bərpa edilməsi ilə bağlı olduğundan, cavabdeh inzibati orqanın iddiaçıya münasibətdə “X6” Qanunda nəzərdə tutulmuş müddəaların və qaydaların tələblərinə düzgün riayət edib-etməməsi halı araşdırılmalıdır.

44. İndiki halda cavabdeh tərəfindən iddiaçı barəsində dövlət qulluğund an azad olunmasına dair tənbeh tədbiri tətbiq edilmişdir. Lakin buna baxmayaraq, həmin tənbeh tədbiri cavabdeh tərəfindən iddiaçı barəsində istinad olunan əsasla bağlı aparılmış araşdırmanın nəticəsi olaraq ortaya çıxmamış, iddiaçının həmin hallara (əsaslara) dair heç bir münasibəti öyrənilməmiş, yazılı izahatı alınmamışdır. Belə ki, cavabdeh inzibati orqan tərəfindən həmin hallara dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir.

45. Göründüyü kimi qanunverici dövlət qulluğundan azad edilmə növündə ən ağır intizam tənbeh tədbiri də daxil olmaqla, bütün tənbeh tədbirlərinin tətbiqindən əvvəl müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılması, dövlət qulluqçusunun dinlənilmə hüququnun təmin edilməsini, ondan yazılı izahat alınması, zərurət olarsa, müvafiq dövlət orqanının rəhbər inin xidməti yoxlama təyin etməsi qaydasını müəyyən etmişdir. 46. “İnzibati icraat haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur.

47. Lakin, hazırkı işdən görünür ki, cavabdeh tərəfindən qeyd edilən inzibati prosedur qaydaya riayət edilməmiş, mübahisələndirilən sərəncam qanun pozuntuları ilə mü şayiət olunaraq qəbul olunmuşdur.

48. Kollegiya qeyd edir ki, həmin Qanunun 25.6-cı maddəsinə əsasən bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı 1) kobud və ya 2) mütəmadi olaraq pozuntulara yol verildikdə və ya 3) bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər. Lakin hazırki işin hallarından görünür ki, cavabdehin iddiasına görə iddiaçının öz vəzifələrinin icrası zamanı yol verdiyi mütəmadi pozuntu – sonuncunun 01-20 aprel 2022-ci il tarixində iş günü ərzində Laçın rayon İcra Hakimiyyətinin Ağcabədi rayonu Taxta-körpü qəsəbəsində yerləşən inzibati binasında işdə olmamasıdır.

49. Qeyd olunanlarla bağlı kollegiya qeyd edir ki, işin mübahisəsiz hallarına görə iddiaçı xx.xx.2008-ci il tarix dən xx.xx.2022-ci il tarixədək cavabdeh inzibati orqanın məhz Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən Rayon Qərargahında dövlət qulluqçusu kimi işləmişdir.

50. Əmək Məcəlləsinin 43.1-ci maddəsinə əsasən əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Əmək Məcəlləsinə 1-ci əlavə olan “Əmək müqaviləsinin (kontraktın) nümunəvi forması”nın 1-ci “Əmək müqaviləsini (kontraktı) bağlayan tərəflər haqqında məlumatlar” hissəsinin 1.2-ci bəndindən görünür ki, həmin bənddə işçinin rekvizitlərində iş yerinin adı, faktiki fəaliyyət göstərdiyi ünvan, onun əsas iş yeri və ya əlavə iş yeri olması barədə qeyd, vəzifənin, peşənin adı göstərilməlidir. Kollegiya hesab edir ki, hazırkı iş üzrə iddiaçının iş yeri, yəni faktiki fə aliyyət göstərdiyi ünvan 2008-ci ildən faktiki olaraq əmək fəaliyyətinə başladığı Laçın rayon İcra Hakimiyyətinin Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən Qərargahı sayılmalıdır.

51. Qeyd edilənlərə əsasən, apellyasiya instansiası məhkəməsi apellyasiya şikayətinin təmin edilərək, iddia tələbinin təmin edilməsi qənaətinə gəlmişdir.

52. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

53. Kassasiya şikayətinə əsasən, iyirmi gün müddətində dövlət qulluqçusunun üzürlü səbəb olmadan işdə olmaması onun işdən azad edilməsi və dövlət qulluğuna xitam verilməsi üçün əsas təşkil etmiş və mübah isələndirilən sərəncamın hüquqi əsası qanunvericiliyin tələblərinə uyğun olmuşdur.

54. Hazırkı normaların tələblərinə əsasən məhkəmə iddianın əsaslı olması barədə qənətə gələrkən iddiaçının iyirmi gün müddətində hansı səbəbdən işdə (Ağcabədi rayonunda) olmamasına diqqət yetirməli, iddiaçı tərəfindən bildirilən səbəblərin üzürlü olub-olmamasını araşdırmalı idi.

55. Apellyasiya məhkəməsi isə bununla bağlı mövqeyini mübahisəli qətnaməsinin 67, 68, 69 bəndlərində göstərərək qeyd etmişdir ki, iddiaçı xx.xx.2008-ci ildən xx.xx.2022-ci il tarixədək Nərimanov qərargahında dövlət qulluqçusu kimi işləmişdir. Kollegiya ƏM-nin 43.1-ci maddəsinə istinad edərək hesab etmişdir ki, iddiaçının iş yeri 2008-ci ildən faktiki olaraq əmək fəaliyyətinə başladığı Nərimanov Qərargahı sayılmalıdır və iddiaçı tələb inin əsası kimi iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərində 01-20 aprel 2022-ci il tarixində Nərimanov Qərargahında işə çıxdığını, digər işçilər kimi saat 09:00-dan 18:00-dək işdə olaraq əmək funksiyalarını icra etdiyini bildirmişdir.

56. Müvafiq sərəncam və müqavilədən göründüyü kimi iddiaçı xx.xx.2008-ci il tarixində Laçın Rayonu İcra Hakimiyyəti başçısı aparatında işə qəbul olunmuşdur. Aparatın ünvanı da hər kəsə məlum olduğu kimi Ağcabədi rayonudur.

57. İş materiallarından mübahisəsiz şəkildə məlum olduğu kimi, iddiaçının apellyasiya şikayətinin dəlillərində və məhkəməyə verdiyi izahatında 01-20 aprel 2022-ci il tarixində Nərimanov rayonunda yerləşən Qərargahda işə çıxdığını, lakin onun adının həmin Qərargahda işə davamiyyət tabeliyindən çıxarıldığını, bu səbəbdən, tabeli imz alaya bilmədiyini, xx.xx.2022-ci il tarixədək Nərimanov Qərargahında işə gedərək əmək funksiyalarını adi qaydada həyata keçirdiyini, həmin tarixdən sonra ona kompüterini işə salmağa, ümumiyyətlə, əmək funksiyalarını icra etməyə icazə verilmədiyini, buna baxmayaraq aprel ayının 1-dən 20-nə qədər Nərimanov rayonunda yerləşən Qərargahda digər işçilər kimi saat 09:00-dan 18:00dək işdə olaraq əmək funksiyalarını icra etdiyini bildirmişdir.

58. Göründüyü kimi, 2022-ci ilin aprel ayının 1-dən 20-dək iş günləri ərzində iddiaçının əmək funksiyalarını yerinə yetirməməsi iddiaçının özünün bildirdiklərinə əsasən mübahisəsizdir. Belə olan halda məkəmənin həmin tarixlərdə iddiaçının əmək funksiyalarını icra etməsi barədə qənaəti tam şəkildə əsassızdır. 59. “Rəqəmsal İcra Hakimiyyəti” portalı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X2 X4 tərəfindən yaradıldıqdan sonra xx.xx.2022-ci il tarixdə Laçın RİH-nə müvafiq tapşırıq verilərək, xx.xx.2022-ci il tarixdən Laçın RİH-nin də həmin portala qoşulması, ona görə də Laçın RİH-nin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin əmədaşlarının tam tərkibdə həmin portalın idarə edildiyi Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində yerləşən Laçın RİH-nin inzibati binasında xüsusi ayrılmış iş otaqlarında fəaliyyət göstərməsi vəzifəsinin qarşıya qoyulması ilə bağlı iş materiallarında mövcud olan sübutlardan əlavə sübutlara ehtiyac yoxdur. Çünki, bu məlumatlar hər kəs üçün əlçatan və mübahisəsizdir. Məsələn, internet üzərindən “Rəqəmsal İcra Hakimiyyəti” deyə axtarış verən zaman “rih.gov.az” rəsmi portalından əldə edilən məlumatlardan aydın olur ki, “Rəqəmsal İcra Hakimiyyəti” portalının yaradılmasında əsas məqsəd yerli icra hakimiyyətlərinin xidmətlərinin elektronlaşdırılması, data əsaslı çevik idarəetmə, vətəndaş məmnuniyyəti və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunmasıdır. Portal həm yerli icra hakimiyyəti orqanlarının əməkdaşları, həm də vətəndaşların vaxt və resurslarına qənaət etməyə kömək edir. Burada həmçinin, dövlət xidmətlərinin göstərilməsində vətəndaş iştirakının təmin olunması nəzərdə tutulmuş, bu məqsədlə portalda xüsusi bölmə yaradılmışdır. “Rəqəmsal İcra Hakimiyyəti” portalı vasitəsilə regionlarda yerli icra hakimiyyətləri tərəfindən göstərilən xidmətlər arasında elektronlaşdırılması mümkün olan xidmətlər vətəndaşlara onlayn rejimdə təqdim e dilir. Regionlarda rəqəmsal hökumət quruculuğu çərçivəsində başlanan bu layihənin tətbiq olunması üçün ilkin mərhələdə Gəncə şəhəri, Masallı və Quba rayonları olmaqla 3 sosial-iqtisadi aktiv rayon seçilmiş və xx.xx.2021-ci il tarixindən etibarən portal istifadəyə verilmişdir. xx.xx.2022-ci il tarixindən isə Azərbaycan Respublikasının bütün yerli icra hakimiyyətləri orqanlarının “Rəqəmsal İcraHakimiyyəti” portalına inteqrasiyası tamamlanmışdır.

60. Göründüyü və dəfələrlə dövlət qurumları tərəfindən rəsmi ifadə edildiyi kimi, bu layihə dövlət tərəfindən “vahid məkandan xidmətlərə çıxışın təmin edilməsi”, vətəndaşların vaxtına qənaət edilməsi, müraciət prosesinin asanlaşdırılması, şəffaflığın, habelə yerli icra hakimiyyətlərinin fəaliyyətində çeviklik və səmərəliliyin təmin edilməsinə hədəflə nmişdir.

61. Qeyd olunan həmin vahid məkan da Laçın İcra Hakimiyyətinin yerləşdiyi Taxta Körpü qəsəbəsindəki inzibati binasıdır. Həmin sistem vahid məkanda-icra hakimiyyətlərinin inzibati binasında qurularkən iddiaçının ailə vəziyyəti ilə bağlı o yerə gedə bilməmə imkanı nəzərə alınmalı deyildi. İnternet üzərindən mübahisəsiz şəkildə əlçatan olan bu məlumatların sübutunu iddiaçı tərəfin israrla tələb etməsi əsassızdır.

62. Apellyasiya instansiyasının mübahisəli qətnaməsinin 59-65-ci bəndlərində tənbeh tədbirinin aparılmış araşdırma nəticəsi olaraq ortaya çıxmadığı barədə qənaəti ilə bağlı bildirilmişdir, bu hazırkı iş üzrə ciddi formallıqla gəlinmiş qənaətdir. Belə ki, təkrarçılıq olsa da işin mübahisəsiz halıdır ki, iddiaçı öz hərəkətlərini, yəni əsas inzibati binada işə çıxmayacağını - N ərimanov Qərargahında işə çıxacağını açıqaydın və mübahisəsiz nümayiş etdirmişdir. İcra Hakimiyyətinin əsas inzibati binasında hər iş günü işçilərin iştirakı ilə onun həmin binada işə çıxmaması barədə müvafiq akt tərtib olunmuş və bu hal 20 gün davam etdikdən sonra onun barəsində tənbeh tədbirinin ağır növü seçilmişdir. Yəni, göründüyü kimi qanunvericiliyin tələbində nəzərdə tutulan araşdırmaya-pozuntunu ortaya çıxaracaq araşdırmaya zərurət qalmamışdır. b. kassasiya şikayətinə etirazın dəlilləri

63. İddiaçı kassasiya şikayətinəqarşı etiraz təqdim edərək qeyd etmişdir ki, aşağıda qeyd olunanlar baxımından Laçın rayon İcra Hakimiyyətinin kassasiya şikayəti əsassızdır.

64. Cavabdeh Laçın rayon İcra Hakimiyyəti kassasiya şikayətinin müxtəlif hissələrində dəfələrlə qeyd etmişdir ki, “Rəqəmsal İ cra Hakimiyyəti” portalı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X2 X4 tərəfindən yaradıldıqdan sonra xx.xx.2022-ci il tarixdə Laçın RİH-nə müvafiq tapşırıq verilərək, xx.xx.2022-ci il tarixdən Laçın RİH-nin də həmin portala qoşulması, ona görə də Laçın RİH-nin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin əməkdaşlarının tam tərkibdə həmin portalın idarə edildiyi Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində yerləşən Laçın RİH-nin inzibati binasında xüsusi ayrılmış iş otaqlarında fəaliyyət göstərməsi vəzifəsi qarşıya qoyulmuşdur. Lakin, bu hal ilə bağlı cavabdeh tərəfindən nə birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə baxışları zamanı, nə apelyasiya instansiya məhkəməsində keçirilmiş məhkəmə baxışları zamanı məhkəmə araşdırmasına heç bir sübut təqdim edilməmişdir. Hər iki instansiya məhkəməsində hakimlər dəfələrlə cavabdehdən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X2 X4 tərəfindən Laçın RİH-nə müvafiq tapşırığın verildiyi təsdiq edən sənədlərin məhkəmə baxışına təqdim edilməsini tələb etsələr də cavabdeh tərəfindən bununla bağlı heç bir sübut məhkəməyə təqdim edilməmişdir.

65. Qanunvericilik dövlət qulluğundan azad edilmə növündə ən ağır intizam tənbeh tədbiri də daxil olmaqla, bütün tənbeh tədbirlərinin tətbiqindən əvvəl müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılması, dövlət qulluqçusunun dinlənilmə hüququnun təmin edilməsini, ondan yazılı izahat alınması, zərurət olarsa, müvafiq dövlət orqanının rəhbərinin xidməti yoxlama təyin etməsi qaydasını müəyyən etmişdir. Hazırkı iş üzrə heç bir xidməti araşdırma aparılmamış və iddiaçıdan yazılı izahat alınmamışdır. Beləliklə də İddiaçı barəsində xx.xx.2022-ci il tarixli, 107 №-li sərəncam verilərkən Qanunun 25-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuş, heç bir xidməti araşdırma aparılmamış, iddiaçının izahatı alınmamış və qeyri-qanuni olaraq heç bir xəbərdarlıq edilmədən o işdən kənarlaşdırılmışdır.

66. Kassasiya şikayətində cavabdeh tərəf qeyd edir ki, Laçın RİH başçısı tərəfindən İddiaçı şifahi olaraq Ağcabədiyə işə çıxmalı olduğunu bildirilmişdir. Lakin, İddiaçı həmin göstərişin qeyri-qanuni olduğunu bilərək və ona heç bir rəsmi sənəd təqdim edilmədiyini nəzərə alaraq əvvəlki iş yerində, yəni Nərimanov rayonunda yerləşən qərargahda öz əmək funksiyalarının icrasını davam etdirmişdir. Bu zaman İddiaçı “X6” AR Qanununun 19.0.11-ci maddəsinin dövlət qulluqçularına verdiyi hüquqdan istifadə edərək Laçın RİH başçısından qərarın ona yazılı formada təqdim edilməsini tələb etmişdir. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş Laçın rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli, 93 nömrəli sərəncamında qeyd edilir ki, yaranmış xidməti zərurətlə və xidməti fəaliyyətin genişlənməsi ilə əlaqədar İHB aparatının işçilərinin 2022-ci il 1 aprel vəziyyətinə olan dislokasiyasının bu sərəncamın 1 və 2 nömrəli əlavələrinə uyğun təsdiq edilməsi qərara alınmışdır. Həmin sərəncamla təsdiq edilmiş 1 nömrəli əlavə İHB aparatının Ağcabədi rayonunun Taxta-körpü qəsəbəsində yerləşən əsas inzibati binası üzrə işçilərinin 2022-ci il 1 aprel vəziyyətinə müəyyən edilmiş dislokasiyası cədvəlinin 22-ci bəndində “Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi”ndən İddiaçı adı qeyd edilmişdir. Lakin, cavabdeh yuxarıda qeyd edilən sənədləri nə iddiaçının müraciətlərinə cavab olaraq iddiaçıya, nə də birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə baxışına təqdim etməmişdir. Nəticədə, “X6” Qanunun 19.0.11-ci maddəsinin də tələbləri cavabdeh tərəfindən pozularaq heç bir sərəncamın (qərarın) surəti iddiaçıya təqdim edilməmiş, əksinə onun barəsində qərəzli olaraq işdən çıxarılma barədə qərar qəbul edilmişdir.

67. Əmək qanunvericiliyinə əsasən işəgötürən işçini əmək funksiyalarını yerinə yetirmək üçün lazım olan bütün vasitələrlə təmin etməyə borcludur. Bu baxımdan da işçini əsassız olaraq bu vasitələrdən məhrum edən işəgötürən öz qanunsuz əməllərinin davamı kimi onu işdən də azad edə bilməz. Buna görə də hesab edirik ki, əsassız olaraq İddiaçı əmək funksiyalarını icra etməyə icazə verilmədiyi üçün Laçın RİH məsul şəxslərinin özləri əmək qanunvericiliyinin tələblərini pozmuşlar.

68. İşəgötürən xx.xx.2022-ci il tarixli, 107 №-li sərəncamda “X6” Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixli Qanunun 18.0.3-cü maddəsinin tələbinin pozulmasına istinad edir. Həmin Qanunun 18.0.3-cü maddəsinə əsasən, dövlət qulluqçunun əsas vəzifələrindən biri kimi “dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli olduğu” qeyd edilmişdir. Cavabdeh Laçın Rayon İcra Hakimiyyəti xx.xx.2022-ci il tarixli, 107 №-li sərəncamda Qanunun 18.0.3-cü maddəsinin tələblərinin pozulmasına istinad etsə də, nə həmin sərəncamda, nə də məhkəmə baxışı zam anı “dövlət orqanında müəyyən edilmiş qulluq reqlamenti”nin nədən ibarət olmasına aydınlıq gətirməmiş və iddiaçının həmin reqlamentin hansı müddəasının tələblərini pozduğunu göstərməmişdir. Hər üç məhkəmə baxışı zamanı hər hansı bir reqlament məhkəmə araşdırmasına təqdim edilməmişdir ki, bütün bunlar da öz növbəsində cavabdehin qərəzli və qanunsuz mövqeyini sübuta yetirir. TƏTBİQ EDİLƏN HÜQUQ

69. Azərbaycan Respublikası Əmək Məcəlləsi: “Maddə

43. Əmək müqaviləsinin məzmunu

1. Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir.

2. Əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir:... ə) işçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətin in müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması;...” “Maddə

54. Əmək şəraitinin təmin edilməsi

1. İşçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən aşağıdakı əmək şəraitini təmin etməlidir: peşə (vəzifə) adlarının, ixtisasların, əməyin ödənilməsi dərəcələrinin müəyyən edilməsi; əməyə görə haqqın miqdarının müəyyən edilməsi və onun ödənilməsi; əmək normaları və əməyin qiymətləndirilməsi normalarının müəyyən edilməsi; sanitariya və gigiyena normalarına, əlilliyi olan şəxslərə münasibətdə isə həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilən iş yerlərinin standartlarına cavab verən iş yerinin və iş şəraitinin yaradılması; əməyin mühafizəsi, texniki təhlükəs izlik normalarının gözlənilməsi; əmək funksiyasının bu Məcəllə ilə müəyyən edilmiş iş vaxtı müddətindən artıq olmayan iş vaxtında yerinə yetirilməsini; bu Məcəllə ilə müəyyən edilmiş istirahət vaxtından, məzuniyyətlərdən istifadə olunmasını; işçilərin qanunla müəyyən olunmuş məcburi dövlət sosial sığorta və digər icbari sığorta edilməsini; işçilərə əmək funksiyasının icrası üçün zəruri olan avadanlıqların, materialların, alətlərin, texniki və digər sənədlərin vaxtında verilməsi və onların lazımi keyfiyyətdə olması; insanın immunçatışmazlığı virusu ilə yaşayan işçi ilə məsləhətləşmə aparmaqla onun üçün münasib iş şəraitinin (xüsusi avadanlıqlarla təminat, istirahət fasilələri üçün imkanlar və tibbi müayinələr üçün icazələrin verilməsi və s.) yaradılması; əmək müqavilələrində, kollektiv müqa vilələrdə nəzərdə tutulan şərtləri.

2. Bu Məcəllə ilə müəyyən olunmuş hallar istisna edilməklə əmək şəraitinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz. Maddə

72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi. 70. “X6” Azərbaycan Respublikası Qanunu: Maddə

18. Dövlət qulluqçusunun əsas vəzifələri 18.0. Dövlət qulluqçuları vəzifədə olaraq aşağıdakıları etməlidirlər: 18.0.1. qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirməli; 18.0.2. rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrlə ri, sərəncamlarıvə göstərişləri yerinə yetirməli; 18.0.3. dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli; 18.0.4. başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli; 18.0.5. vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməli; 18.0.6. lazım gəldikdə öz ixtisası hüdudunda rəhbərin göstərişi ilə əlavə iş görməli; 18.0.10. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada müvəqqəti olaraq başqa yaşayış yerinə keçməli, başqa yerdə qulluq keçməli və ya başqa vəzifələri icra etməli; 18.0.12. etik davranış qaydalarına əməl etməlidir....” Maddə

25. Dövlət qulluqçusunun məsuliyyəti 25.1. Dövlət qullu qçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və yalazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərəəməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinəsəbəb olur. 25.2. Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrindənəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbehtədbirlərindən biri tətbiq edilə bilər:.... 25.2.6. dövlət qulluğundan azad edilməsi....” Maddə 33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: 33.1.6. Bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə.

71. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi ba rədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

72. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

73. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiy i üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

74. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır və təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

75. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin “əmək şəraitinin şərtlərinin dəyişməsi” ilə bağlı mövqeyi ilə razılaşmır və işin hallarını yenidən nəzərdən keçirərək öz qənaəti ilə bağlı aşağıdakıları qeyd edir:

76. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43-cü maddəsində bir başa işçinin əmək şərt ləri kimi - iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması göstərilmişdir.

77. Məhkəmə kollegiyası hesab edir ki, əmək qanunvericiliyinə əsasən, işçinin iş yerinin dəyişməsi əmək şəraitinin dəyişməsi kimi qiymətləndirilə bilməz.

78. Hazırkı işdə iş materiallarından müəyyən edilir ki, iddiaçı xx.xx.2008-ci il tarixdə Laçın rayon İcra Hakimiyyəti başçısının aparatında böyük inspektor vəzifəsinə təyin edilmişdir.

79. Laçın rayon İcra Hakimiyyətinin Başçısı aparatının xx.xx.2022-ci il tarixli, 5/238 saylı məktubunda qeyd edilmişdir ki, Laçın rayonu xx.xx.1992-ci il tarixdə Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunduqdan sonra Laçın şəhərində fəaliyyətdə olmuş Laçın RİH öz fəaliyyətini müvəqqəti olaraq, Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində davam etdirməyə məcbur olmuş, Laçın rayonundan olan məcburi köçkün əhalinin ölkəmizin 58 şəhər və rayonunda, o cümlədən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda müvəqqəti məskunlaşması nəzərə alınaraq, Laçın RİH başçısı tərəfindən Bakı şəhəri, Nərimanov rayonu ərazisində Laçın RİH-nin qərargahı təşkil olunaraq, fəaliyyəti təmin edilmişdir.

80. Cavabdeh inzibati orqan qeyd etmişdir ki, “Rəqəmsal İcra Hakimiyyəti” portalı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X2 X4 tərəfindən yaradıldıqdan sonra xx.xx.2022-ci il tarixdə Laçın RİH-nə müvafiq tapşırıq verilərək, xx.xx.2022-ci il tarixdən Laçın RİH-nin də həmin portala qoşulması, ona görə də Laçın RİH-nin S ənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin əməkdaşlarının tam tərkibdə həmin portalın idarə edildiyi Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində yerləşən Laçın RİH-nin inzibati binasında xüsusi ayrılmış iş otaqlarında fəaliyyət göstərməsi vəzifəsi qarşıya qoyulmuşdur.

81. İddiaçı cavabdeh tərəfindən qeyd edilənlərlə bağlı hər hansı sübut təqdim edilmədiyini bildirsə də, vətəndaş müraciətləri ilə bağlı yeni elektron portalın yaradılması işin mübahisəsiz halıdır.

82. Məhkəmə kollegiyası qeyd edir ki, “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.5-ci maddəsində qeyd edilir ki, Azərbaycan Respublikasının yerli dövlət hakimiyyəti və bələdiyyə orqanlarının öz səlahiyyətlərinin müvafiq inzibati ərazi vahidi hüdudlarında həyata keçirilməs i prinsiplərinə əsaslanır.

83. Beləliklə, işin hallarından məlum olur ki, Laçın Rayon İcra Hakimiyyəti Ağcabədi rayon ərazisində yerləşmiş, Nərimanov Qərargahı məcburi köçkünlərə müvəqqəti xidmət üçün nəzərdə tutulmuşdur.

84. Eyni zamanda iddiaçının əmək müqaviləsindən də müəyyən edilir ki, iddiaçının iş yeri olaraq müqavilədə Laçın rayon İcra Hakimiyyəti başçısının aparatı qeyd olunmuşdur.

85. Kollegiya qeyd edir ki, iddiaçının əmək funksiyalarını Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində yerləşən Laçın RİH-nin inzibati binasında davam etdirməsi zərurətinin yaranması, əmək şəraitinin dəyişməsi kimi deyil, iş yerinin dəyişməsi kimi qiymətləndirilməlidir.

86. Nəzərə alınmalıdır ki, iddiaçının iş yeri əmək müqaviləsində Laçın Rayon İcra Hakimiyyətinin aparatı qeyd olunmuş və həmin aparat Ağ cabədi rayonu ərazisində yerləşir.

87. Apellyasiya instansiya məhkəməsinin “cavabdehin “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq inzibati icraat barədə iddiaçını məlumatlandırmaması, dinlənilmə hüququnu təmin etməməsi” ilə bağlı qeyd etdiklərinə münasibətdə Kollegiya aşağıdakı iş materiallarında diqqət çəkir:

88. Belə ki, iddiaçının Laçın rayon İcra Hakimiyyəti Başçısına ünvanlanmış xx.xx.2022 ci il tarixli ərizəsində qeyd edilir ki, “Bu gündən etibarən iddiaçının adı işə davamiyyət tabelinə yazılmır və onun vəzifə səlahiyyətləri məhdudlaşdırılmışdır. Belə ki, onun adından Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Eldəniz Qasımov şifahi olaraq ona bildirmişdir ki, xx.xx.2022-ci il tarixindən Ağcabədi rayonu Taxta-körpü qəsəbəsində yerləşən Laçın ray on İcra Hakimiyyətinə işə çıxmalıdır. Lakin ailə vəziyyəti ilə bağlı bunun mümkün olmayacağını bildirmişdir. Belə ki, himayəsində iki azyaşlı övladının olmağı, onların təhsil müəssisələrinin, daimi yaşayış yerinin, həyat yoldaşınin iş yerinin Bakıda olmağı bunu mümkünsüz edir. Eyni zamanda xx.xx.2008-ci il tarixdən Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən Rayon Qərargahında işlədiyinin nəzərə alınmasını xahiş etmişdir. Lakin bunların heç biri nəzərə alınmayaraq xx.xx.2022-ci il tarixindən onun bütün vəzifə səlahiyyətləri məhdudlaşdırılmışdır.

89. Eyni zamanda iddiaçı iddia ərizəsində qeyd edir ki, “İcra Hakimiyyətinin başçısı X5 onun Ağcabədi rayonu Taxta-körpü qəsəbəsində yerləşən Laçın rayon İcra Hakimiyyətinə daimi olaraq işə çıxmağı ilə bağlı göstəriş vermişdir. Ailə vəziyyəti ilə bağlı, yəni daimi yaşayış yerinin, həyat yoldaşının iş yerinin, himayəsində olan iki azyaşlı övladının təhsil müəssisələrin Bakıda yerləşməsi, himayəsində yoldaşının iki yaşlı valideyninin olması (biri şəkər xəstəsidir və qeydiyyatdadır) ilə bağlı iddiaçının Ağcabədidə yaşayıb işləməyinin mümkün olmayacağını başçıya bildirsə də heç bir xahişi nəzərə alınmamışdır.

90. Göründüyü kimi, iddiaçıya cavabdeh inzibati orqan tərəfindən yazılı məlumat verilməyərək, dinlənilmə hüququ təmin edilməsə də, iddiaçı cavabdeh inzibati orqanın məsul şəxsi tərəfindən məlumatlandırılmaqla yanaşı, həm də bilavasitə vəzifələrinin icrasını təmin edən şəraitin artıq əvvəlki vəziyyətdə mövcud olmadığını, yaxud tam və ya qismən məhdudlaşdırıldığını, buradan vəzifələrin əvvəlki qaydada icrasının artıq mümkünsüz o lduğunu bilmiş, həmçinin dövlət qulluqçusu kimi öz əmək funksiyalarını Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində yerləşən Laçın RİH-nin inzibati binasında yerinə yetirilməli olması iddiaçıya məlum olmuşdur. Eyni zamanda cavabdeh də iddiaçının hansı səbəblərdən işə gəlməməsi barədə məlumatlı olmuşdur.

91. İddiaçı “X6” Qanunun 18-ci maddəsinə əsasən rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli olduğu halda, öz əmək funksilarının icrasını Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində yerləşən Laçın RİH-nin inzibati binasında davam etdirməsi barədə məlumatlı olmasına baxmayaraq, üzürlü səbəb olmadan 20 gün ərzində bütün iş günü işə gəlməyərək “Əmək Məcəlləsinin” 72-ci maddəsinin a bəndinə uyğun olaraq əmək vəzifələrini kobud şəkildə poz muşdur.

92. Sadalanan xüsusatları ümumiləşdirən məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin təmin olunması üçün əsaslar mövcud olduğundan kassasiya şikayəti təmin edilməli və apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(105)-542/2024 nömrəli qərarı ləğv edilir. İddiaçı cavabdeh Laçın rayon İcra Hakimiyyətinə qarşı “sərəncamın ləğv edilməsi, məcburi iş buraxdığı dövr üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilmir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar