Məhkəmə qərarları › İş №2-1(102)-3897/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3897/2025

24.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3897/2025 24.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (üçüncü şəxs Üçüncü şəxs Mənzil Tikinti Kooperativi) qarşı “ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ötürülməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Üçüncü şəxs Mənzil Tikinti Kooperativi və İddiaçı arasında bağlanılmış ##.##.2022-ci il tarixli **** nömrəli payçı müqaviləsinə əsasən İddiaçı ünvan 2 ünvanında tikilməkdə olan “AVANT PARK" yaşayış kompleksinin 3-cü binasında, 3-cü blok, 12-ci mərtəbə, * nömrəli, üç otaqlı olan mənzili almışdır və bu müqaviləyə əsasən pay qismində çıxış edən ünvan 3 ünvanında tikilməkdə olan “AVANT PARK” yaşayış kompleksinin 3cü binasında, 3-cü blok, 12-ci mərtəbə, * nömrəli, 3 otaqlı mənzili və qarajı (bundan sonra “Mənzil”) qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişləri “MTK”-ya ödənilməsini və həmçinin gələcəkdə “AVANT PARK” yaşayış kompleksində xidmət göstərəcək şirkətə kommunal ödənişləri etməyi öhdəsinə götürmüşdür.

2. xxxx Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş BMP************ saylı ##.##.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 80000 manat ödəniş edilmişdir.

3. xxxx Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş FJB************* saylı ##.##.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 3603.83 manat ödəniş edilmişdir.

4. xxxx Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş FJB************* saylı ##.##.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 3604 manat ödəniş edilmişdir.

5. xxxx Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş FJB************* saylı ##.##.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 3603.83 manat ödəniş edilmişdir.

6. xxxx Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş FJB************* saylı ##.##.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 3603.83 manat ödəniş edilmişdir.

7. xxxx Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş FJB************* saylı ##.##.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 3603.83 manat ödəniş edilmişdir.

8. xxxx Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş FJB************* saylı ##.##.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 3603.83 manat ödəniş edilmişdir.

9. xxxx Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş FJB************* saylı ##.##.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 3603.83 manat ödəniş edilmişdir.

10. xxxx Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş FJB************* saylı ##.##.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 3604 manat ödəniş edilmişdir.

11. xxxx Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş BMP************ saylı ##.##.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 3604 manat ödəniş edilmişdir.

12. xxxx Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş BMP************ saylı ##.##.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 3604 manat ödəniş edilmişdir.

13. xxxx Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş BMP************ saylı ##.##.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 3604 manat ödəniş edilmişdir.

14. xxxx Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş BMP************ saylı ##.##.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 3600 manat ödəniş edilmişdir.

15. Bundan sonra iddiaçı aldığı həmin mənzilin əlavə dəyər vergisinin qaytarılması ilə bağlı cavabdehə müraciət etmişdir.

16. Cavabdehin “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” barədə **************** saylı ##.##.2023-cü il tarixli qərarına əsasən İddiaçı ##.##.2023-cü il tarixli ərizəsi üzrə ƏDVnin geri qaytarılması təmin edilməmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) birinci instansiya məhkəməsində icraat

17. İddiaçı cavabdehə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək ünvan 4 ünvanında yerləşən “AVANT Park" yaşayış kompleksinin 3-cü binasında, 3-cü blok, 12-ci mərtəbə, * nömrəli, üç otaqlı olan mənzilə görə İddiaçı qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka (“xxxx” ASC-nin baş ofisi (Müştəri Xidmətləri Departamenti)) ötürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. İddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2022-ci il tarixində Üçüncü şəxs MTK ilə **** saylı payçı müqaviləsini bağlamışdır. Həmin payçı müqaviləsinə əsasən ünvan 3 ünvanında tikilməkdə olan “AVANT PARK” yaşayış kompleksinin 3-cü binasında, 3-cü blok, 12-ci mərtəbə, * nömrəli, üç otaqlı olan mənzili almış və bu mənzilə görə ƏDV daxil 123 246 (bir yüz iyirmi üç min iki yüz qırx altı) manat məbləğində pul vəsaitləri MTKnın hesablarına mədaxil edilmişdir. Daha sonra Üçüncü şəxs MTK ilə bağlanmış payçı müqaviləsi və mədaxil qəbzlərinin surətləri əlavə edilməklə, cavabdehə “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı elektron ərizə” ilə müraciət etmişdir. Cavabdeh ##.##.2023-cü il tarixli, **************** saylı qərarı ilə yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina etmişdir. Cavabdeh öz imtinasını onunla əlaqələndirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin ##.##.2022-ci il tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Lakin alıcı İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Həmin qərarda cavabdeh özü də təsdiq etmişdir ki, tərəfindən ƏDV ödənilmiş, lakin Qaydanın 5.1.2-ci bəndinə uyğun ödəniş edilməmişdir. Tərəfindən yaşayış sahəsinin qiyməti ƏDV daxil hesablanıb, MTK-ya ödəniş etsə də, müvafiq qaydada MTK da öz tərəfindən ƏDV məbləğini ödəyib vergiyə hesabat təqdim etmişdir. Bununla əlaqədar MTK-ya ərizə ilə müraciət etdiyi zaman onun tərəfindən ödənilmiş ƏDV məbləğinin ƏDV depozit hesabına köçürülməsi və müvafiq qaydada vergiyə hesabat verilməsi barədə MTK tərəfindən ərizəsi cavablandırılmışdır. Bununla da tam təsdiq olunur ki, tərəfindən MTK-nın cari hesabına ödənilmiş ƏDV məbləği MTK tərəfindən müvafiq qaydada ƏDV depozit hesabına köçürülmüşdür.

19. Cavabdeh iddia ərizəsinə yazılı etirazında göstərmişdir ki, İddiaçı nağdsız qaydada alınmış yaşayış sahəsinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı ##.##.2023-cü il tarixli ərizə ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət etmiş və ərizəyə müqavilə və bank mədaxil qəbzləri əlavə edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış sahəsinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməli olduğu halda, onun tərəfindən yaşayış sahəsinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Bu da “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinin tələblərinə uyğun deyil. Müraciət üzrə aparılmış araşdırmanın nəticəsi üzrə “İnzibati icraat haqqında” Qanunun 58 və 61-ci maddələrinə əsasən “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” ##.##.2023-cü il tarixli **************** nömrəli qərar qəbul edilmişdir. Həmin qərar qanuni və əsaslıdır.

20. Bakı İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı (hakim A.Almazova) ilə iddia təmin edilmiş, ünvan 1 ünvanında inşa edilən “Avant Park” yaşayış kompleksinin 3-cü binasında, 3-cü blok, 12-ci mərtəbə, * nömrəli, üç otaqlı mənzilə görə iddiaçı İddiaçı qaytarılacaq əlavə dəyər vergisinin yekun məbləği barədə məlumatın müvəkkil banka (“xxxx” ASC-nin baş ofisi (Müştəri Xidmətləri Departamenti)) ötürülməsi öhdəliyi cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulmuşdur.

21. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, keçid müddəalarına görə Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il ######ın #-dən Fərmanla təsdiq edilmiş Qaydanın qüvvəyə mindiyi ## ### 2022-ci il tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyriyaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizinin Qaydanın qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq qaytarılması qaydası müəyyən edilmişdir. Hazırkı iş üzrə üçüncü şəxs Üçüncü şəxs Mənzil Tikinti Kooperativi və iddiaçı İddiaçı arasında mənzilin əldə edilməsi barədə ##.##.2022-ci il tarixli **** nömrəli bağlanılmış, iddiaçı tərəfindən 2022-2023-cü illər ərzində hiss-hissə mənzilin dəyəri nağdsız qaydada MTK-ya ödənilmişdir. Sonuncu ödəniş tarixi ##.##.2023-cü il tarixdə ödənilmiş, ##.##.2023-cü il tarixdə isə müvafiq tələblə cavabdeh quruma müraciət edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur, belə ki, iddiaçı 2022-ci il ###ın ##-dək yaşayış sahəsinə dair qanunvericiliklə müəyyən edilmiş qaydada müqavilə bağlamaqla və ödəniş etməklə sahə əldə etmiş şəxsdir və ondan ƏDV məbləğinin satıcının ƏDV depozit hesabına ödənilməsi tələb edilməməlidir.

22. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

b) apellyasiya instansiya məhkəməsində icraat

23. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakimlər Ş.Məmmədova – məruzəçi, C.Məmmədov və P.Hüseynov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq bildirmişdir ki, yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması barədə elektron portal ## ###### 2022ci il tarixindən istifadəyə verilmiş, iddiaçı isə ##.##.2023-cü il tarixdə müvafiq tələblə cavabdeh quruma müraciət edilmişdir, yuxarıda qeyd edilən Qaydaların 5.1.-ci maddəsində nəzərdə tutulan 90 (doxsan) günlük müddət ötürülməmişdir.

25. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) kassasiya şikayətinin dəlilləri

26. Kassasiya şikayətinin dəlilləri iddia tələbinə etirazın dəlilləri ilə eynilik təşkil edir.

27. Kassator bir daha qeyd edir ki, Qaydanın keçid müddəasının 6.1-ci maddəsinə əsasən aparılmış ödənişlər iki hissəyə bölünmüşdür: 1) Qayda qüvvəyə mindiyi tarixədək ödənişlər (yəni ##.##.2022-ci ilə kimi); 2) Qayda qüvvəyə mindiyi tarixdən sonrakı ödənişlər (yəni ##.##.2022-ci ildən sonra). Sözügedən Qaydanın 6.1-ci maddəsinə əsasən Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il ######ın #dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) müvafiq tələblər nəzərə alınmaqla qaytarılır.

28. İddiaçının ödənişlərinin bir hissəsi Qayda qüvvəyə mindiyi tarixə, digər hissəsi Qayda qüvvəyə mindiyi tarixdən sonraya düşmüşdür. Həmçinin iddiaçı heç bir ödənişinin (hətta Qayda qüvvəyə mindikdikdən sonrakı dövrdə də) ƏDV məbləğini ayrıca satıcının depozit hesabına ödəməmişdir. Göründüyü kimi Qayda vətəndaşlara yalnız Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq, ödənilmiş ƏDV-nin 30%-ni müvafiq tələbləri nəzərə almaqla qaytarılması imkanı yaradır. İddiaçı isə Qayda qüvvəyə mindiyi tarixdən sonra da ödəniş edərkən ƏDV məbləğini satıcının ƏDV depozit hesabına köçürmədiyindən Qaydanın tələblərini açıq şəkildə pozmuş, bu səbəbdən vergi orqanının imtinası əsaslı olmuşdur.

29. Kassasiya şikayətində “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə, İnzibati Prosessual Məcəllənin 12.1, 58.7 və 69.4-cu maddələrinə istinad olunmuşdur.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tətbiq edilən hüquq

31. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 165. Verginin sıfır (0) dərəcəsi ilə tutulması ... 165.6. Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyriyaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir.

32. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il ## ### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”:

1. Ümumi müddəalar 1.1. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” (bundan sonra – Qayda) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin (bundan sonra – ƏDV) qaytarılması şərtlərini və qaydasını tənzimləyir. 1.2. Bu Qaydanın tələbləri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə təqdim edilmiş elektron qaimə-faktura üzrə yaşayış və qeyri-yaşayış sahələrinin qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq edilir. 1.3. ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. 1.4. Bu Qaydanın tələbləri nəzərə alınmaqla, ƏDV alınmış yaşayış və qeyriyaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür. ...

2. Əsas anlayışlar 2.0. Bu Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: ... 2.0.4. operator – ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaimə-faktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra – Dövlət Vergi Xidməti); ... 2.0.8. portal – bu Qaydada nəzərdə tutulmuş hallarda alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV-nin qaytarılması üçün alıcının müraciətinin qeydiyyata alındığı informasiya sistemi; ...

3. Operator 3.1. Operator: 3.1.1. bu Qayda ilə müəyyən edilmiş hallarda ƏDV-nin qaytarılması işlərini təşkil edir; 3.1.2. aşağıdakı tələblərə cavab verən proqram təminatının, portalın və vahid məlumat bazasının yaradılmasını və idarə edilməsini təmin edir:

1. alıcıya təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaiməfakturaların tərtib edilməsi və həmin elektron qaimə-fakturalar barədə məlumatların vahid elektron məlumat bazasına ötürülməsi; ...

4. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsinin rəsmiləşdirilməsi 4.1. Satıcı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı həmin yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinə (ƏDV daxil olmaqla) bu Qaydaya əlavə olunmuş formada elektron qaimə-fakturanı Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalının elektron qaimə-faktura sistemi vasitəsilə real vaxt rejimində tərtib edərək vahid elektron məlumat bazasına ötürür və çap edərək alıcıya təqdim edir. ... 5.1. Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi:

1. ödənişi aparan alıcının soyadı, adı və atasının adı;

2. ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi;

3. ödənişin təyinatı. ... 5.3. Dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir. ... 5.6. Operator tərəfindən aparılmış risk qiymətləndirilməsinin nəticələri üzrə ƏDVnin geri qaytarılmasından imtina edildikdə, bu barədə əsaslandırılmış inzibati akt qəbul edilir və inzibati akt 2 (iki) iş günü müddətində alıcının portalda yaratdığı elektron kabinetə göndərilir. Alıcı ƏDV-nin geri qaytarılmasından imtinadan inzibati qaydada və məhkəməyə şikayət verə bilər.

33. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.

Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. ... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

34. Kassasiya şikayətləri vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər üzrə kassasiya mümkün hesab edilmişdir.

35. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət olunmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Ona görə də, şikayət təmin olunmalı, apellyasiya məhkəməsinin qərarı ləğv edilərək iddia təmin olunmamalıdır. Məhkəmə kollegiyası buna dair mövqeyini aşağıdakılarla əsaslandırır.

37. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı Üçüncü şəxs Mənzil Tikinti Kooperativi ilə aralarında bağlanılmış ##.##.2022-ci il tarixli **** nömrəli payçı müqaviləsinə əsasən ünvan 2 ünvanında tikilməkdə olan “AVANT PARK" yaşayış kompleksinin 3-cü binasında, 3-cü blok, 12-ci mərtəbə, * nömrəli, üç otaqlı olan mənzilə görə iddiaçıya qaytarılacaq əlavə dəyər vergisinin yekun məbləği barədə məlumatın müvəkkil banka ötürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir.

38. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşarkən qeyd etmişdir ki, iddiaçı 2022-ci il ###ın ##- dək yaşayış sahəsinə dair qanunvericiliklə müəyyən edilmiş qaydada müqavilə bağlamaqla və ödəniş etməklə sahə əldə etmiş şəxsdir və ondan ƏDV məbləğinin satıcının ƏDV depozit hesabına ödənilməsi tələb edilməməlidir.

39. Hazırda cavabdeh tərəfindən verilmiş kassasiya şikayətindəki əsas dəlil ondan ibarətdir ki, iddiaçının ödənişlərinin bir hissəsi Qayda qüvvəyə mindiyi tarixə, digər hissəsi Qayda qüvvəyə mindiyi tarixdən sonraya düşmüşdür. Həmçinin iddiaçı heç bir ödənişinin (hətta Qayda qüvvəyə mindikdikdən sonrakı dövrdə də) ƏDV məbləğini ayrıca satıcının depozit hesabına ödəməmişdir.

40. Məhkəmə kollegiyası qeyd edir ki, yaşayış sahəsinin dəyərini satıcıya nağdsız qaydada ödədikdən sonra ödənilmiş əlavə dəyər vergisinin geri qaytarılması üçün müraciət etmək iddiaçının qanunla nəzərdə tutulmuş hüququdur.

41. Bu hüquq birbaşa olaraq Vergi Məcəlləsində, eləcə də Azərbaycan Respublikası Prezidentinin 2022-ci il ## ### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nda da öz əksini tapmışdır.

42. Belə ki, Vergi Məcəlləsinin 165.6-cı maddəsinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir.

43. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndində əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra ödənilmiş ƏDV-in 30 faizini geri almaq hüququ yaranır.

44. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı hüququn, hazırkı vəziyyətdə ödənilmiş ƏDV-in 30 faizini geri almaq hüququnun realizə olunması üçün konkret zəmin olmalıdır. Belə ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanında İqtisadiyyat Nazirliyinə fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması sisteminin Azərbaycan Respublikasında tətbiqi məqsədilə Qaydada nəzərdə tutulan infrastrukturun, o cümlədən portalın, proqram təminatının və vahid elektron məlumat bazasının yaradılmasını, onun Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və müvəkkil bankın (bankların) istifadəsində olan elektron informasiya sistemlərinə inteqrasiyasını Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin büdcədənkənar fondu hesabına təmin edilməsi həvalə edilmişdir.

45. Fərmanın tələbinə əsasən fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ƏDV məbləğinin ayrıca ƏDV depozit hesabına ödənilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən müvafiq proqram təminatının, o cümlədən portalın yaradılması və istifadəyə verilməsindən sonra mümkündür.

46. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin rəsmi internet ünvanında (https://www.taxes.gov.az/az/post/2438) olan məlumatdan, eləcə də iş materiallarında əlavə edilmiş Dövlət Vergi Xidmətinin məktubundan müəyyən edilir ki, ƏDV məbləğinin ayrıca ƏDV depozit hesabına ödənilməsini tənzimləyən elektron portal ##.##.2022-ci il tarixində istifadəyə verilmişdir.

47. Qaydaların tələbinə əsasən portal bu Qaydada nəzərdə tutulmuş hallarda alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV-nin qaytarılması üçün alıcının müraciətinin qeydiyyata alındığı informasiya sistemidir.

48. Yuxarıda da qeyd edildiyi kimi nağdsız qaydada ödənilmiş ƏDV-nin qaytarılması üçün alıcının müraciətinin qeydiyyata alınması məsələlərini tənzimləyən informasiya sistemi portalı ##.##.2022-ci il tarixdə istifadəyə verilmişdir.

49. İş materiallarına əlavə edilmiş ödəniş sənədlərindən müəyyən edilir ki, iddiaçı MTK-ya ilkin ödənişi ##.##.2022-ci il tarixdə etmiş, daha sonra isə ##.##.2022, ##.##.2022, ##.##.2022, ##.##.2022, ##.##.2022, ##.##.2022, ##.##.2022, ##.##.2022, ##.##.2022, ##.##.2022, ##.##.2022 və ##.##.2023-cü il tarixdə ödəyib başa çatdırmışdır.

50. Göründüyü kimi iddiaçı ilə üçüncü şəxs arasında payçı müqaviləsi ##.##.2022ci il tarixdə bağlansa da, iddiaçı tərəfindən sonuncu – ##.##.2022 və ##.##.2023-cü il tarixli ödənişlər portal istifadəyə verildikdən sonra həyata keçirilmiş, lakin həmin ödənişlər Azərbaycan Respublikası Prezidentinin ##.##.2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”na uyğun olmamışdır.

51. Məhkəmə kollegiyası qeyd edir ki, Qaydaların tələbinə əsasən iddiaçı tərəfindən digər sənədlərlə yanaşı ##.##.2022-ci ildən başlayaraq alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödəmək imkanı olmuş, lakin həmin məbləğlərin ödənişi Qaydaya uyğun aparılmamış, hər iki məbləğ birlikdə alıcının bank hesabına ödənilmişdir.

52. İddiaçı tərəfindən ödəniş Qaydalara uyğun aparılmadığından onun iddiası əsaslı iddia hesab edilərək təmin edilə bilməz.

53. Bəhs olunanlara əsasən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti əsaslı olduğundan təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin olunmaması barədə yeni qərar qəbul edilməlidir.

54. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “ünvan 4 ünvanında yerləşən “AVANT Park" yaşayış Kompleksinin 3-cü binasında, 3-cü blok, 12ci mərtəbə, * nömrəli, üç otaqlı olan mənzilə görə İddiaçı qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka (“xxxx” ASC-nin baş ofisi (Müştəri Xidmətləri Departamenti)) ötürülməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar