Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3898/2025 10.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə maraqlarına toxunan şəxsin inzibati məhkəmə icraatına cəlb edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair iş üzrə Üçüncü şəxs üçüncü şəxs qismində cəlbetmə barədə ərizəsinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının # ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI İddiaçıya aid hüquqmüəyyənedici sənədlər və inzibati məhkəmə icraatı:
1. Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının İnkişafı departamentinin Bağlar Təsərrüfatının İnkişafı və istismarı Birliyi tərəfindən verilmiş */*** saylı, ## ######## 1990-ci il tarixli qərarı əsasən ** saylı Orderlə Abdulova (Qasımova) Qumru Səfqulu qızının istifadəsinə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran ərazisində yerləşən 0,12 hektar torpaq sahəsi ayrılmışdır. (X3 ## ####### 1998ci il tarixdə *** nömrəli nikah akt qeydi ilə X1 rəsmi nikaha daxil olmuş, nikahdan sonra ərin soyadı Qasımov, arvadın soyadı isə Qasımova olmuşdur).
2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Bakı şəhəri Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən ****b saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.
3. Cavabdeh ************ saylı, ## ###### 2022-ci il tarixli müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, təqdim edilən sənədlərdə uyğunsuzluq mövcuddur. Belə ki, bağ sahəsinə dair verilən orderdə soyad “Abdulova” sərəncamda isə “Abdullayevə” kimi, ata adı “Səfərqulu”, şəxsiyyət vəsiqəsində “Səfqulu” qeyd olunmuşdur. Həmçinin, orderdə bağ sahəsinin nömrəsi “1260b” göstərilsə də, lakin (ləğv edilmiş) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən “Torpaq sahəsinin plan-ölçüsü”ndə (kadastr planında) “1260v” kimi qeyd edilmişdir. İdarədə mövcud arxiv məlumatlarına əsasən “1260v” saylı bağ sahəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan əlavə, qeyd edilən bağ sahəsinə baxış keçirmək və texniki çöl-ölçmə işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır.
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bağlar Təsərrüfatının inkişaf və istismar Birliyinin ** saylı, 1990-cı il tarixli orderi əsasında iddiaçı İddiaçı məxsus Bakı şəhəri Sabunçu rayonu, Nardaran ərazisində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət olan 1260 «b» saylı bağ sahəsinin üzərində yaranmış mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək bu barədə, çıxarışın və plan ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi Bakı İnzibati Məhkəməsinin ## #### 2022-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə təmin edilmiş, Bağlar Təsərrüfatının inkişaf və istismar Birliyinin ** saylı, 1990-cı il tarixli orderi əsasında iddiaçıya məxsus Bakı şəhəri Sabunçu rayonu, Nardaran ərazisində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət olan 1260 «b» saylı bağ sahəsinin sxematik xəritəyə daxil edilməklə uyğunlaşdırılması və üzərində yaranmış mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək bu barədə çıxarışın və plan ölçünün verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri şikayətləri təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin ## #### 2022-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
Ərizəçiya aid hüquqmüəyyənedici sənədlər və mülki məhkəmə icraatı:
6. Azərbaycan SSR Bakı şəhər icraiyyə komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və istismarı birliyinin Nardaran bağlar sahəsindəki ** nömrəli kooperativinin b/c nömrəli orderindən görünür ki, Bakı şəhər komitəsinin ##.##.1990-cı il tarixli */** nömrəli qərarına əsasən X7 Nardaran bağlar sahəsində ** nömrəli BTK nəzdində 0.12 ha torpaq sahəsi 26 a nömrəli bağ ayrılmışdır.
7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2013-cü il tarixli 2(008) ****/**** saylı qətnaməsindən görünür ki, ərizə təmin edilmiş, Azərbaycan SSR Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatı və istismarı birliyinin ** nömrəli kooperativi tərəfindən verilmiş b/c nömrəli orderinin X7 məxsus olması faktı müəyyən edilmişdir.
8. Sabunçu rayon qeydiyyat şöbəsinin ##.##.2014-cü il tarixli AZ-İ seriyalı ****** nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X7 ##.##.2014-cü il tarixdə ölmüşdür.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri ** saylı Dövlət Notariat Kontorunun Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhəri Ərazi Idarəsinin Rəisinə ##.##.2024-cü il tarixli ****/*** saylı məktubdan görünür ki, X6 miras qalmış əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri ** saylı dövlət notariat kontoruna müraciət daxil olmuşdur. X7 ##.##.2014-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsənin ərizəsi əsasında ##.##.2014-cü il tarixdə vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən edilmişdir. Qanunvericiliyin tələbinə əsasən X4, Üçüncü şəxs miras qoyanın vərəsələri olması barədə məlumat verilmişdir. Bakı şəh, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 26 A ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə çıxarış verməsi xahiş edilmişdir.
10. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli *(***)-***/**** saylı qətnaməsindən görünür ki, iddiaçı Üçüncü şəxs cavabdeh İddiaçı qarşı torpaqdan çıxarılma, əmlakın qaytarılması və dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməmiş, həmin qətnamədən verilmiş apellyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** saylı ##.##.2020-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli *(***)-***/**** saylı qətnaməsi qismən ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi, Nardaran bağlar massivində yerləşən *** saylı bağ sahəsi və fərdi yaşayış evi boşaldılaraq iddiaçı Üçüncü şəxs təhvil verilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmışdır
11. Ərizəçi Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “26a” saylı torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda alınması ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh göstərilən torpaq sahəsinin digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi səbəbindən imtina etmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a. Birinci instansiyası məhkəməsində birinci icraat
12. Ərizəçi Üçüncü şəxs ##.##.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək *-*(***)-****/**** saylı iş üzrə icraatın təzələnməsi və onun üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
13. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan SSR Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyinin ** nömrəli kooperativi tərəfindən mərhum X7 adına Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “26a” saylı bağ sahəsinə dair Order verilmişdir. Bakı şəhəri ** saylı dövlət notariat kontorunun vərəsəlik hüququ haqqında sənədinə əsasən xalası Xanımbacı Məmmədovanın vərəsəsidir. Qeyd olunan bağ sahəsinin özəlləşdirilməsi məqsədilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞnin * saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin iddiası üzrə keçirilən ##.##.2024-cü il tarixli məhkəmə hazırlıq iclasında ona məlum oldu ki, çıxarış verilməsi üçün mübahisələndirdiyi **а saylı bağ sahəsinə başqa bir fiziki şəxsin- İddiaçı adına çıxarış verilmişdir. Bu çıxarışın verilməsinə əsas isə Bakı İnzibati Məhkəməsinin 2- 1(112) ****/**** saylı, ##.##.2022-ci il tarixli qərarı olmuşdur. Daha sonra qeyd olunan qərarın apellyasiya və kassasiya instansiyası məhkəmələrində də dəyişdirilmədən saxlanıldığına dair məlumat almışdır. Qeyd olunan **а saylı bağ sahəsi ilə bağlı qəbul olunmuş qərara qədər hər hansı bir məhkəmə mübahisəsi olmamışdır. Eyni zamanda, İddiaçı bu torpaq sahəsi ilə bağlı qaldırdığı iddia üzrə Sabunçu Rayon Məhkəməsi ##.##.2012-ci il tarixli qətnamə qəbul edib. Bu qətnamədən apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsinin qəbul etdiyi ##.##.2014-cü il tarixli qərardadda qətnamənin maraqlı şəxs kimi mənafeyinə təsirinin istisnasız olması bilavasitə göstərilib.
14. Ərizəçi Üçüncü şəxs ##.##.2024-cü il tarixli ərizəsində qeyd edilir ki, iş materiallarından göründüyü kimi, İddiaçı qarşı torpaqdan çıxarılma, əmlakın qaytarılması və dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Nardaran Bağlar massivində yerləşən *** saylı bağ sahəsinin və fərdi yaşayış evinin, habelə Nardaran qəsəbəsində, Nardaran Bağlar sahəsində yerləşən **a saylı bağ sahəsinin boşaldılaraq ona təhvil verilməsi, cavabdehin ona vurduğu ziyana görə 26700 manat maddi və 50000 manat məbləğində mənəvi zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişəm.Bu iddia üzrə ## ###### 2020-ci il tarixli 2(008)- ***/**** nömrəli qətnamə qəbul edən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi iddianı təmin etməmişdir.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli ##.##.2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi, Nardaran Bağlar massivində yerləşən *** saylı bağ sahəsi və fərdi təhvil verilməsi qət edilmişdir.Bakı Apellyasiya Məhkəməsi *** saylı bağ evi ##.##.2016-cı il tarixdə onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı üçün iddianı bu hissədə təmin etmişdir. **a saylı bağ sahəsi isə onun adına dövlət qeydiyyatına alınmamışdır. Mübahisəli bağ sahəsi orderlə xalası X7 adınadır. Bakı şəhəri ** saylı dövlət notariat kontorunun vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən o mərhum Xanımbacı Məmmədovanın vərəsəsidir. Bundan sonra, **a saylı bağ sahəsinin özəlləşdirilməsi məqsədilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin * saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin iddia üzrə keçirilən ##.##.2024-cü il tarixli məhkəmə hazırlıq iclasında mənə məlum oldu ki, çıxarış verilməsi üçün mübahisələndirdiyim **a saylı bağ sahəsinə başqa bir fiziki şəxsin- İddiaçı adına çıxarış verilmişdir. Bu çıxarışın verilməsinə əsas isə Bakı İnzibati Məhkəməsinin hazırda sözügedən *-*(***)-****/**** nömrəli, ##.##.2022-ci il tarixli qərarı olub. Göründüyü kimi, hazırki iş üzrə iddiaçının cavabdeh olduğu yuxarıda adıçəkilən mülki işdə iddia tələbim **a saylı bağ sahəsinin boşaldılaraq təhvil verilməsi olub. Göstərilənləri nəzərə alaraq *-*(***)-****/**** nömrəli iş üzrə icraatın təzələnməsi və onun üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
15. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərardadı ilə (hakim A.Almazova) ərizə təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi ##.##.2022-ci il tarixli, 2- *(***)-****/**** saylı qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması təzələnmiş, Üçüncü şəxs iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinin sxematik xəritəyə daxil edilməklə uyğunlaşdırılması, çıxarışın və plan ölçünün verilməsi” barədə iddia tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır.
16. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur.
b. Apellyasiya instansiyası məhkəməsində birinci icraat
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının # ####### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə (hakimlər: A.Oruczadə- sədrlik edən və məruzəçi, G.Abbasovavə və E.Əliyev) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, X5 maraqlı şəxs qismində cəlb olunduğu iş üzrə yuxarıda göstərilmiş Bakı Apelyasiya Məhkəməsinin *(***)****/**** saylı ##.##.2014-cü il qərarında qeyd olunmuşdur ki, Məhkəmə kollegiyası qətnamədən apellyasiya şikayəti vermiş maraqlı şəxsin hüquqi mövqeyi ilə bağlı məsələyə də aydınlıq gətirir. Maraqlı şəxsin təqdim etdiyi sənədlərdən görünür ki, onun istifadəsində olan bağ sahəsinin sxematik göstəriciləri hazırkı mülki iş üzrə məhkəmə qətnaməsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən iddiaçıya verilmiş sənədlərdəki bağ sahəsinin sxematik göstəriciləri ilə eyniləşir. Maraqlı şəxsin təqdim etdiyi torpaq sahəsinin planında və iddiaçının adına verilmiş müvafiq sənəddə hər iki bağın qonşu bağları eyni nömrəli bağlar olduğu qeyd olunmuşdur. Ona görə hazırkı mülki iş üzrə çıxarılmış qətnamənin maraqlı şəxsin mənafeyinə təsiri istisnasızdır. Həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X2 şəxsinin * saylı Bakı Ərazi İdarəsinin *- **-*-**/*-****/**** saylı, ##.##.2025-ci il tarixli məktubundan görünür ki, ... Vahid elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan ərazi 005013046361 reyestr nömrəsi ilə ****a saylı bağ sahəsi kimi İddiaçı adına qeydiyyatdan keçən 0.24 ha torpaq sahəsinin bir hissəsidir. İdarənin arxivində mövcud olan sənədlərə əsasən iddiaçı İddiaçı adına ************ reyestr nömrəli ****b saylı (0.12 ha) və ************ reyestr nömrəli ****a saylı (0.12 ha) bağ sahələri qeydiyyatdan keçmişdir. Sonradan hər iki bağ sahəsi bitişik sahə olduğundan billəşdirilərək 005013046361 reyestr nömrəsi ilə ****a saylı bağ sahəsi kimi (0.24 ha) dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan əlavə arxivdə ##.##.1990-cı il tarixli */** nömrəli sərəncam siyahısında X5 adı var, həmçinin bağ sahəsinə dair order nüsxəsi mövcuddur. Göründüyü kimi ərizəçi Üçüncü şəxs hüquqi varisi olduğu X5 vaxtilə ayrılmış bağ sahəsinə dair hüquqmüəyyənedici sənədlər mövcuddur, həmçinin ona məxsus sahəninin iddiaçı İddiaçı adına qeydiyyatdan keçən 0.24 ha torpaq sahəsinin bir hissəsi olması, İddiaçı adına qeydiyyatdan keçən torpaq sahəsi ilə bağlı məhkəmə qətnaməsinin mərhum X5 mənafeyinə təsirinin istisnasız olması iş materialları ilə öz təsdiqini tapmışdır. Həmçinin, işin araşdırılmış hallarından görünür ki, ərizəçi hüquqlarının pozulduğunu məhz inzibati orqana qeydiyyatla bağlı müraciət edərkən ona verilən imtina məktubu ilə bilmiş və hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir.
19. İddiaçı kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kolegiyasının *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a. Kassasiya şikayətinin dəlilləri
20. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, məhkəmənin qəbul etdiyi qərardad İPM-nin 28.1-ci maddəsini tələblərinə ziddiyat yaradır. Eyni zamanda, hazırki işin ərizəçinin marağlarına toxunacağına dair hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Bundan əlavə, məhkəmənin istinad etdiyi mütəxəssiz rəyində də, ərizəçinin təqdim etdiyi orderin mübahisəli torpağa aidiyyəti olub-olmaması barədə hər hansı müddəa göstərilməmişdir. Əksinə, bütün təqdim olunmuş sübutlar mərhum X7 ayrılmış 26 a saylı bağ sahəsi ərizəçinin iddia etdiyi bağ sahəsinə aidiyyəti olmadığını təsdiq edir. Məhkəmə kollegiyası təqdim olunmuş sübutları düzgüün təfsir etmədiyi üçün ərizəçi Üçüncü şəxs hüquqi varisi olduğu X5 vaxtilə ayrılmış bağ sahəsinin İddiaçı adına qeydiyyatdan keçən 0.24 ha torpaq sahəsinin bir hissəsi olduğunu zənn edərək səhvə yol vermişdir ki, bunun da nəticəsində qanunsuz və əsassız qərardad qəbul etmişdir.
b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
22. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Maddə 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Maddə 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
23. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2017-ci il tarixli Qərarın KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə razılaşır.
28. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsindən və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququnun tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.. Məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə uyğun həll edilməlidir.
29. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun İPM-in 28-ci maddəsinin şərh edilməsinə dair formalaşdırdığı hüquqi mövqeyinə görə məhkəmə qanuni qüvvəyə minmiş qərarın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edərkən qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulmamasına xüsusi diqqət yetirməlidir.
30. Hazırkı işə baxan apellyasiya instansiyası məhkəməsi də həmin mövqeyə uyğun olaraq işin hallarını araşdırmış və hesab etmişdir ki, Bakı İnzibati Məhkəməsinin ## #### 2022-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarının nəticələri ərizəçinin hüquqlarına toxunur.
31. Belə ki, ərizəçi Üçüncü şəxs hüquqi varisi olduğu X5 vaxtilə ayrılmış bağ sahəsinə dair hüquqmüəyyənedici sənədlər mövcuddur, həmçinin ona məxsus sahəninin iddiaçı İddiaçı adına qeydiyyatdan keçən 0.24 ha torpaq sahəsinin bir hissəsi olması, İddiaçı adına qeydiyyatdan keçən torpaq sahəsi ilə bağlı məhkəmə qətnaməsinin mərhum X5 mənafeyinə təsirinin istisnasız olması iş materialları ilə öz təsdiqini tapmışdır
32. Həmçinin, işin araşdırılmış hallarından görünür ki, ərizəçi hüquqlarının pozulduğunu məhz inzibati orqana qeydiyyatla bağlı müraciət edərkən ona verilən imtina məktubu ilə bilmiş və hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir.
33. Belə olan hala, Üçüncü şəxs üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə aşağı instansiya məhkəmələrin mövqeyi əsaslı olmuşdur.
34. İddiaçının kassasiya şikayətində göstərdiyi dəlillərə münasibətdə isə qeyd edilməlidir ki, ərizəçinin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi hazırda iddiaçının iddia tələbinin əsaslı və ya əsassız olduğu mənasına gəlmir. Sadəcə olaraq qəbul edilən məhkəmə qərarı ərizəçinin maraqlarına toxunduğundan və ərizəçi həmin məhkəmə icraatına cəlb olunmalı olduğu halda cəlb edilmədiyindən və bununla da öz maraqlarını hüquqi müstəvidə qorumaq imkanından məhrum olduğundan, həmin qərarın ləğv edilməsi və Üçüncü şəxs üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla iddia tələbinin əsaslılığının yenidən yoxlanılması zəruridir.
35. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının # ####### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.