Məhkəmə qərarları › İş №2-1(102)-39/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-39/2020

29.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-39/2020 29.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-39/20 Bakı şəhəri xx xxxxxx 2020-ci il Açar sözlər: kameral vergi yoxlaması qərarının ləğv edilməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinin müəyən edilməsi, sadələşdirilmiş verginin hesablanması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazir liyi yanında Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi xxx2nin və vəkili Abil Bayramovun iştirakları ilə, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini xxx1 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2-1(103)-1405/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamentinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əsassız və qanunsuz hesbalanmış 251.506,40 manat əlavə vergi məbləği və 41.397,95 manat maliyyə sanksiy asının iddiaçının hesabından silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra, iddiaçı məhkəməyə iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh tərəfindən iddiaçıya əsassız və qanunsuz olaraq 251.506,40 manat məbləğində vergi borcunun və 41.397,95 manat maliyyə sanksiyasının hesablanmasına dair xx xxxx 2018-ci il tarixli, **********583900 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, Bakı şəhər Xətai rayo İcra Hakimiyyəti Başçısının xx xxxx 2016-cı il tarixli, 240 saylı sərəncamına əsasən, ünvan 1 ünvanında yerləşən iddiaçının xüsusi mülkiyyətində olan qeyri-yaşayış binası sökülmüş və onun yerində təqdim olunmuş layihəyə əsasən yeni müasir üslubda beş mərtəbəli fərdi yaşayış evi tikilmişdir. Yeni yaşayış evinin iddiaçının şəxsi istifadəsi üçün tikilməsinə baxmayaraq, cavabdeh həmin evin tikilməsini iddiaçının bina tikintisi üzrə sahibkarlıq fəaliyyəti kimi qiymətləndirmiş, iddiaçının ləğv edilmiş VÖEN-ini bərpa edərək iddiaçı tərəfindən sadələşdirilmiş vergi bəyannaməsinin təqdim edilməməsi əsası ilə kameral yoxlama ilə əlavə hesablama aparmışdır. Yeni fərdi yaşayış binası onun fərdi istifadəsi üçün tikildiyindən, bina tikintisi üzrə sahibkarlıq fəaliyyətinə aid edilməsi və sadələşdirilmiş vergiyə cəlb olunması qanunsuz və əsassız olmuşdur. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, aparılmış araşdırma zamanı iddiaçı tərəfindən ünvan 1 ünvanında bina tikintisi üçün ayrılmış torpaq sahəsində ümumi sahəsi 3401,02 kv.m olan binanın 2016-cı ilin 4-cü rübündə təməlqoyma işlərinə başlanmasına baxmayaraq, müvafiq hesabat dövrü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilməmiş, göstərilən hal vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsinə baxmayaraq, iddiaçı tərəfindən 2016-cı ilin 4-cü rübü üçün cari bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin cari sadələşdirilmiş vergi bəyannaməsi və müvafiq sənədlər vergi orqanına təqdim edilməmiş, vergi orqanı tərəfindən onun barəsində 251.506,35 manat vergi məbləği hesablanmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(82)595/2019 saylı qərarı ilə (hakim Xaliq İmanov) iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin yerində fərdi yaşayış binasının tikilməsi iddiaçının yaşayış binasının tikintisi fəaliyyəti ilə məşğul olması qənaətinə gəlinməsi üçün əsas sayıla bilməzdi. İddiaçı belə bir tikinti fəaliyyəti ilə məşğul olduğu təqdirdə, həmin yaşayış binasının və ya onda yerləşən mənzillərin alqı-satqısı həyata keçirilməli idi. Cavabdeh isə bununla bağlı məhkəməyə hər-hansı sübutu təqdim etməmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh vergi hesablamasının aparılması üçün qanunvericiliyin əlaqəli məlumatlardan istifadə edilməsinə dair tələblərinə və kameral vergi yoxlamasının həyata keçirilməsi müddətinə riayət etməmişdi r. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələblərinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2-1(103)-1405/2019 saylı qərarı ilə (sədrlik edən Kəmalə Abiyeva, hakimlər Mirzə Tağızadə və Ülvi Mayılov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarında qeyd olunmuş əsasları öz qərarında təkrarlamış və əlavə olaraq bildirmişdir ki, cavabdehin iddiaçı üçün əlverişsiz olan mübahisəli qərarı əsaslandırılmamış, işin faktiki və hüquqi hallarına, bu halları təsdiq və ya rədd edən sübutlara istinad olunmamış, habelə vergi qanunvericiliyin in pozulmasının nədən ibarət olması göstərilməmişdir. Bundan başqa bildirilmişdir ki, cavabdehin “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktublarında iddiaçı tərəfindən inşa edilən binanın təməlqoyma işlərinin 2016-cı ilin 4-cü rübündə başlanıldığı göstərilsə də, cavabdeh həmin faktı təsdiq edən sübutları təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası cavabdehin iddiaçı tərəfindən mənzllərin təqdim edilməsinə dair ilkin müqavilələrin mövcudluğuna dair dəlilinə münasibətdə qeyd etmişdir ki, ilkin müqavilənin mövcud olması daşınmaz əmlakın real alqı-satqısını ehtiva etmir. Belə ki, mülki qanunvericiliklə müəyyən edilmiş şərtlər daxilində ilkin müqavilə ilə müəyyən edilmiş öhdəliklərə xitam verilə bilər. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “İnzibati icra at haqqında” Azərbaycan Respublikası Qanunun 61.1, 61.4, 67.1, 67.2, 48.1, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.3, 219.3, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402.4, 402.5, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 14.1, 38-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan cavabdeh kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh şikayətində etirazda göstərdiyi yoxlamaya dair halları sadalamış və apellyasiya məhkəməsinin iddiaçı tərəfindən fərdi yaşayış binasının şəxsi istifadə məqsədilə inşa edilməsinə münasibətdə bildirmişdir ki, 7 mərtəbə və 36 mənzildən ibarət olan yaşayış binasının hansı şəxsi istifadə məqsədləri üçün inşa edilməsi məhkəmə tərəfindən əsaslandırılmamışdır. Digər dəlil kimi bildirilmişdir ki, iddiaçının yaşayış binasının mənzillərinin təqdim edilməsi məqsədilə ilkin müqavilələrin mövcud olmasına baxmayaraq, məhkəmə həmin müqavilələr üzrə öhdəliklərə sonradan xitam verilə biləcəyi əsası ilə onları sübut kimi qiymətləndirməmişdir. Halbuki, ilkin müqavilələrin sonrakı taleyindən asılı olmayaraq onların mövcudluğu artıq iddiaçının həmin mənzilləri satmaq niyyətinin olduğunun göstəricisidir. Habelə, mənzillərin alqı-satqısına dair ilkin müqavilələrdən biri xx xxxxxx 2018-ci il tarixdə bağlanmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qəbul olunan zaman həmin müqavilənin ləğv olunması üçün qanunvericili klə nəzərdə tutulmuş müddət başa çatmamış və iddiaçı müqavilənin ləğvinə dair məhkəməyə sübut təqdim etməmişdir. Başqa bir dəlillə bildirilmişdir ki, apellyasiya məhkəməsi vergi orqanı tərəfindən qəbul olunmuş aktın əsaslandırılmaması və vergi yoxlamasının qanunvericiliklə nəzərdə tutulmuş müddət ötürülməklə həyata keçirilməsi nəticəsinə gəlmişdir. Halbuki, vergi orqanı tərəfindən iddiaçıya göndərilmiş uyğunsuzluq məktubunda vergilərin hesablanmasının səbəbləri, normativ əsasları və inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu əsaslandırılmışdır. Habelə, qanunvericilik kameral vergi yoxlamasının keçirilməsi müddətini vergi ödəyicisi tərəfindən müvafiq bəyannamənin təqdim olunduğu tarixdən sonraki 30 gün müddətində keçirilməsini nəzərdə tutduğundan, iddiaçı tərəf indən isə ümumiyyətlə bəyannamə təqdim edilmədiyindən, məhkəmənin vergi yoxlamasının müddətin ötürülməsi ilə aparılmasına dair mövqeyi də əsassız olmuşdur. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi cavabdeh Azərbaycan Respublikası Vergi Məcəlləsinin 218.1.3, 219.3, 220.8, 67.1.9, 83.2.4-cü maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəməyə ünvanlanmış ərizə ilə iddiaçının vəkili R.Məmmədova iddiaçıya hüquqi yardımın göstərilməsi ilə bağlı müqavilənin xx xxxxxx 2020-ci il tarixində bağlandığını, lakin həmin günə əvvəlcədən təyin edilmiş məhkəmə prosesinin olduğuna əsaslanmaqla, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının vəkilinin əsaslandığı halla bağlı sübutların təqdim edilməməsi, habelə məhkəmə iclasının vaxtı barədə iddiaçıya daha əvvəl, yəni xx xxxxxx 2020-ci il tarixindən AZEMİS vasitəsilə SMS xəbərdarlığın göndərilməsini nəzərə alaraq, Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sü butlar aşağıdakı kimi müəyyən edilmişdir. İddiçı xx xxxxxx 2016-cı ildə vergi ödəyicisi kimi qeydiyyatada alınmışdır. Vergi ödəyicisinin ərizəsi əsasında, xx xxxxxx 2017-ci ildən xx xxxxxx 2022-ci ilədək fəaliyyəti dayandırılmışdır. Cavabdeh inzibati orqanın iddiaçınınbarəsində qəbul etdiyi “Vergilərin hesablanması barədə” **********583900 saylı, xx xxxx 2018-ci il tarixli qərarına əsasən, 2016-cı ilin İV rübü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisinə görə251.506,35 manat əlavə vergi hesablanmışdır. ünvan 2 ünvanında yerləşən mübahisəli fərdi yaşayış binasının yerləşdiyi torpaq sahəsi mülkiyyət hüququ ilə xx xxxx 2014-cü ildə verilmiş RX seriyalı, ******* saylı çıxarış ilə iddiaçıya məxsus olmuş (sonradan sökülmüş) əmlak kompleksinin torpaq sahəsind ə inşa olunmuş, iddiaçı öz şəxsi vəsaiti hesabına fərdi yaşayış evinin tikintisinə icazə almaq məqsədilə Xətai rayon İcra Hakimiyyətinə müraciət etmişdir; Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin xx xxxx 2016-cı il tarixli, 240 saylı sərəncamı ilə iddiaçıya qeyd olunan ünvanda mülkiyyətində olan qeyri-yaşayış sahəsini sökərək yerində yaşayış evi tikilməsinə icazə verilmişdir. Qeyd olunan fərdi yaşayış binasının 2017-ci ildə tərtib edilmiş eskiz layihəsi Xətai rayon İcra Hakimiyyətinin memarı ilə razılaşdırılmışdır. Cavabdeh vergi orqanı «Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında» xx xxxx 2018-ci il tarixli və xx xxxxxx 2018-ci il tarixli məktublarında iddiaçının ünvan 1 ünvanında bina tikintisi üçün ayrılmış torpaq sahəsində ümumi sahəs i 3401,02 kv.m olan binanın 2016-cı ilin 4-cü rübündə təməlqoyma işlərinə başlanmasını göstərmişdir. Lakin işin materiallarına qeyd olunan məktublarda göstərilən halları, o cümlədən 2017-ci ildə eskiz layihəsi təsdiq edilmiş tikilinin (sahəsi 3401,02 kv.m olmaqla) 2016-cı ilin İV rübündə təməlinin qoyulmasını təsdiq edən sübutlar əlavə edilməmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq no rmalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyini müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Lakin iddianın mümkünük şərtinin yoxlanılması bütün instansiya məhkəmələrin səlahiyyətinə aid olduğu üçün məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iddianın müddətlə bağlı şərtinə münasibətdə aşağıdakıların bildirilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İPM-nin: - 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 38.1-ci madd əsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. - 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəaların mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlər ə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə isə belə şərtlər kimi müəyyən edilmişdir ki, publik hüquq sahəsinə aid olan məsələ ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt ünvanlandığı şəxs üçün hər hansı bir hüquqi nəticələr yaratdığı halda, sonuncu tərəfindən onun ləğvi ilə əlaqədar məlum olduğu vaxtdan 30-gün müddətində inzibati məhkəmədə mübahisələndirilə bilər. Məsələ ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilm əsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir; - 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır; - 62.3-ci maddəsinə əsasən, bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda,aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Sadalanmış müddəaların mənasından bəlli olur ki, inzibati aktın göndərilməsi ilə bağlı mübahisə yarandığı halda, inzibati orqa n aktın təqdim edilməsi faktını və müddətini sübut etməlidir. Mübahisənin yaranması isə maraqlı şəxsin inzibati aktı almadığı və ya geç aldığı halların müəyyən edilməsi ilə əlaqədardır. Yəni hər bir halda maraqlı şəxs tərəfindən hansı qaydada inzibati aktdan məlumatlı olduğu bilinməlidir. Birinci instansiya məhkəməsinə aid olan icraat materiallarından göründüyü kimi, məhkəməyə müraciət olunarkən iddiaçı mübahisələndirdiyi xx xxxx 2018-ci il tarixli qərarın surətini əlavə etmişdir. Yəni iddiaçı tərəfindən inzibati aktın alınmadığı və ya gec alındığı mübahisələndirilməmişdir. Qeyd edilən halda iddiaçı tərəfindən hansı qaydada və hansı tarixdə həmin qərarın alınması araşdırılmalı və iddiaçının məhkəməyə müraciət edildiyi tarix nəzərə alınmaqla apellyasiya məhkəməsi tərəfindən iddianın mümkünl üklə bağlı şərtinə qiymət verilməli idi. Bununla da, məhkəmə kollegiyası hesab edir ki, iddianın müddətlə bağlı mümkünlük şərti məhkəmə tərəfindən tam araşdırılmadığından və kassasiya instansiya məhkəməsində məsələnin araşdırıması mümkün olmadığından, iş apellyasiya məhkəməsinə qaytarımalıdır. Maddi hüquq normalar yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarının tam düzgün müəyyən etməmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, mübahisələndirilən qərar əsaslandırılmadığından, inzibati icraat qaydalarının tələblərinə zidd olduğu kimi qiymətləndirilməklə bu əsas üzrə qanunsuz hesab olunmalıdır. Bu mövqeyi mübahisələndirən cavabdeh bildirmişdir ki, vergi orqanı tərəfindən iddiaçıya göndərilmiş uyğunsuzluq məktubunda vergiləri n hesablanmasının səbəbləri, normativ əsasları və inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu əsaslandırılmışdır. Məhkəmə kollegiyası dəlil üzrə aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. İşin hallarına görə mübahisələndirilən qərar kameral vergi yoxlamasının nəticəsi olaraq qəbul olunmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi): - 37.4-ci maddəsinə əsasən, kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının(Azərbaycan Respublikası Vergilər Nazirliyinin) müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair ve rgi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri (1) və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ (2) göstərilməlidir. Maddənin tələblərindən göründüyü kimi, kameral vergi yoxlamasının nəticəsi olaraq Azərbaycan Respublikası Vergilər Nazirliyinin təsdiq etdiyi formada vergi ödəyicinə qərar göndərilməli, həmin qərarda hesablamanın səbəbləri və vergi ödəyicisinin şikayət etmək hüququ əks olunmalıdır. Mübahisələndirilən qərarın vergi qanunvericiliyin bu tələbinə hansı qaydada uyğun olmadığı tam anlaşılan deyidir. Belə ki, qərarın mətnindən göründüyü kimi, cavabdeh hesablamanın səbəbi kimi göstərmişdir ki, “bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsini təqdim etmədiyinə görə əl aqəli məlumatlara əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi hesablanmışdır.” Habelə, qərarda Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsinə və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 62-ci maddəsinə istinadən qərardan şikayət vermək hüququ izah edilmişdir. Bununla isə müəyyən olunur ki, qərarda əks olunmuş mətn vergi qanunvericiliyin tələblərində nəzərdə tutulmuş şərtləri əhatə edir. Apellyasiya məhkəməsinin vergi qanunvericiliyinin bu tələblərinə münasibətdə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa istinadla bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin Qanunun 3.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən oluna bilər. Maddənin tələbləri onu ehtiva edir ki, inzibati orqanlar onların fəaliyyətinə dair ilk olaraq xüsusi qanunları rəhbər tutmalı, inzibati icraata dair ümumi normaları isə xüsusi qanunları tamamlayan və ya onlara zidd olmayan halda tətbiq edə bilərlər. Yəni vergi qanunveriliyindən nəzərdə tutulmuş qaydalar xüsusi qanunveriliyə aid olduğundan imperativ xarakter daşıyır, ümumi normaların tətbiqi isə inzibati orqanın seçim hüququna aiddir. Eyni zamanda, məhkəmə kollegiyası cavabdehin dəlillə bildirdiyi mövqeyinin artıq formalaşmış məhkəmə təcrübəsində təşəkkül tapdığını və bu əsas üzrə vergi ödəyicisinin vergi məsuliyyətini müəyyən edən qərarlarının ləğv edilməsinin həmin təcrübəyə uyğun olmadığını qeyd edir. Apellaysiya məhkəsi hesab etmişdir ki, qərarın qanunsuz olmasının digər əsasına kameral vergi yoxlamasının müddətlərə riayət olunmadan aparılması aiddir. Bu mövqeyi mübahisələndirən cavabdeh bildirmişdir ki, iddiaçı tərəfindən ümumiyyətlə bəyannamə təqdim edilmədiyindən, məhkəmənin istinadı əsassız hesab olunmalıdır. Məhkəmə kollegiyası dəlillə aşağıdakılara əsasən razılaşdığını bildirir. Vergi Məcəlləsinin: - 37.1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlərvə mənbəyi məlum olan məlumatlar əsasında keçirilir; - 37.2-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsi nin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz; - 37.4.-ci maddəsinə əsasən, (...) Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Maddələrin tələblərindən göründüyü kimi, kameral vergi yoxlamasının 30 iş günü ərzində keçirilməsi bəyannamənin təqdim edildyi gündən hesablanması müəyyən edilmişdir. Kameral vergi yoxlamasının həmçinin bəyannamə təqdim edilmədiyi halda, lakin vergi ödəyicisinə aid vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilməsi müəyyən edildiyindən, bu hallara 30 iş gününə dair müddəanın tətbiqi istisna olunmalıdır. İşin hallarına görə, iddiaçı mənzil tikintisini həyata keçirən şəxs kimi müvafiq vergi bəyannaməsini təqdim etməmişdir. Cavabdeh iddiaçıya «Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında» xx xxxx 2018-ci il tarixli məktubu göndərmiş və xx xxxx 2018-ci il tarixli vergi ödəyicisinin məsuliyyətini müəyyən edən qərarı qəbul etmişdir. Belə olan halda kameral vergi yoxlamasının keçirilməsinə dair müddətlərlə bağlı apellyasiya məhkəməsinin qənaətini məhkəmə kollegiyası düzgün hesab etmir. Apellyasiya məhkəməsinin digər əsasına gör ə, xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin yerində fərdi yaşayış binasının tikilməsi iddiaçının yaşayış binasının tikintisi fəaliyyəti ilə məşğul olması qənaətinə gəlinməsi üçün əsas sayıla bilməz. Cavabdeh bildirmişdir ki, 7 mərtəbə və 36 mənzildən ibarət olan yaşayış binasının hansı şəxsi istifadə məqsədləri üçün inşa edilməsi məhkəmə tərəfindən əsaslandırılmamış, iddiaçının yaşayış binasının mənzillərinin təqdim edilməsi məqsədilə ilkin müqavilələrin mövcud olmasına baxmayaraq, məhkəmə həmin müqavilələr üzrə öhdəliklərə sonradan xitam verilə biləcəyi əsası ilə onları sübut kimi qiymətləndirməmişdir. Məhkəmə kollegiyası dəlilə qiymət verərkən aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. Vergi Məcəlləsinin: - 218.1-ci maddəsinə əsasən, a şağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir: 218.1.3. bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər (özünə məxsus və ya cəlb edilən vəsait hesabına əhalinin fərdi (şəxsi) ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün öz gücü ilə və ya müvafiq ixtisaslı peşəkar sifarişçi və ya podratçı cəlb etməklə bina tikdirən, habelə bu tikintinin və ya başa çatmış obyektin mülkiyyətçisi olan hüquqi və ya fiziki şəxslər); - 218.4-ci maddəsinə əsasən, bu Məcəllənin 218.1-ci maddəsinin müddəalarından asılı olmayaraq aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir: 218.4.3. mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini (fiziki şəxsin azı 5 (beş) il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələri nin təqdim edilməsi, həmçinin bu Məcəllənin 102.1.3.2-ci, 102.1.18-ci, 106.1.16-cı, 144.1.1-ci və 144.1.2-ci maddələrində nəzərdə tutulmuş təqdim edilmə halları istisna olmaqla) həyata keçirən şəxslər. Maddələrin tələblərindən göründüyü kimi, sadələşdirilmiş verginin ödəyicisi aşağıdakı şəxslər hesab olunur: (1) əhalinin fərdi ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün bina tikdirən, habelə bu tikintinin və ya başa çatmış obyektin mülkiyyətçisi olan hüquqi və ya fiziki şəxslər; (2) mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrini təqdim edən şəxslər. Vergi Məcəlləsinin: - 219.3-ci maddəsinə əsasən, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Bu maddənin məqsədləri üçün tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir; - 219.3-1-ci maddəsinə əsasən, bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin, o cümlədən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən satın alınmış yaşayış və qeyri-yaşayış sahələri vergitutma obyektidir. Sadalanmış bu müddəalar aşağıdakı kimi vergitutma obyektini müəyyən etmişdir: (1) tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri; (2) təqdim edilən yaşayış və qeyri-yaşayış sahələri. Vergi Məcəlləsinin: - 220.8-ci maddəsinə əsasən, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş vergi bu Məcəllənin 219.3-c ü maddəsində göstərilən vergitutma obyektinin hər kvadratmetri üçün 45 manat, bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün sadələşdirilmiş vergi bu Məcəllənin 219.3-1-ci maddəsində göstərilən vergitutma obyektinin hər kvadratmetri üçün 15 manat olmaqla bu maddə ilə müəyyən edilmiş qaydada hesablanır; - 220.8-1-ci maddəsinə əsasən, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün tikilən binanın qeyri-yaşayış sahələri üzrə sadələşdirilmiş vergi, habelə bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün binaların qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə sadələşdirilmiş vergi bu Məcəllənin 220.8-ci maddəsi ilə hesablanmış məbləğə 1,5 əmsal tətbiq edilməklə hesablanır. Bu maddələrin tələblərində vergilərin hesablanması aşağıdakı kimi nəzərdə tutulmuşdur: (1) tikilən binanın yaşayış və qeyri-yaşayış sahələrinin hər kvadratmetri üçün 45 manat; (2) təqdim edilən yaşayış və qeyri-yaşayış sahələrinin hər kvadratmetri üçün 15 manat; (3) tikilən və təqdim edilən binanın qeyri-yaşayış sahələrinin hər kvadrat metri üçün hesablanan 45 manat və 15 manat məbləğə 1,5 əmsalın tətbiq edilməsi. Qanunvericiliyin aparılmış təlilindən göründüyü kimi, sadalanmış maddələr vergi ödəyicilərinin dairəsini, vegitutma obyektlərini və verginin hesablanması qaydalarını müəyyən etmişdir. Apellyasiya məhkəməsinin qərarında verilmiş qiymətləndirmə iddiaçının vergi ödəyiciləri olan şəxslərə aid olmadığı kimi qəbul etmək olar. Məhkəmə kollegiyası bu hissədə cavabdehin bildirdiyi dəlilləri əsaslı hesab edir. Belə ki, işin hallarından göründüyü kimi, ünvan 1 ünvanında bina tik intisi üçün ayrılmış torpaq sahəsində ümumi sahəsi 3401,02 kv.m olan çoxmənzilli binanın iddiaçı tərəfindən tikintisi və onların bir qisminin ilkin müqavilə kimi təqdim edilməsi bilavasitə Vergi Məcəlləsinin 218.1.3-cü maddəsində nəzərdə tutulmuş dispozitiv şərtlərin yerinə yetirildiyini anlamını yaradır. Yəni həmin binanın əhalinin fərdi ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün tikilməsi nəticəyə gəlmək üçün əsas yarada bilər ki, bu əsas üzrə iddiaçı ən azından bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs kimi sadələşdirilmiş vergi ödəyicisi kimi qiymətləndirilə bilər. Kassasiya instansiyası məhkəməsi işin hallarını və iş üzrə sübutları müəyyən etmir, həmçinin apellyasiya instansiyası məhkəməsində sübut kimi qəbul edilməyən hər hansı sənədi yenidən sübut kimi qəbul edə və q iymətləndirə bilməz. Lakin apellyasiya məhkəməsinin tətbiq etdiyi və ya tətbiq edilməli olduğu maddi hüquq normasının yoxlanılması üçün müvafiq işin hallarının müəyyən edilməsi zəruri olduğundan, məhkəmə kollegiyası kassasiya şikayətində bildirilmiş dəlilə uyğun olaraq bu qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab etmişdir. Mübahisələndirilən qərarın vergitutma obyektinin müəyyən edilməsi və vergi məbləğinin hesablanmasına münasibətdə məhkəmə kollegiyası əlavə qiymətləndirmənin aparılmasını mümkün hesab etmir, çünki apellyasiya məhkəməsi tərəfindən iddiaçı vergi ödəyicisi kimi qəbul edilmədiyindən, bu məsələlərə qiymət verilməmişdir. Gəldiyi nəticəyə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 12 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi” və apellyasiya məhkəməsinin səlahiyyətləri ilə bağlı 82-ci maddəsinin tələbləri pozulmuşdur. Müddəaların tələblərinə görə, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında şikayətə tam həcmdə baxan apellyasiya məhkəməsi iş üzrə araşdırma apardıqda, işdə olan sənədlərlə məhdud olmamalı və iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bu müddəalara əsaslanmaqla məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiya məhkəməsi mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olmuş faktiki hallara dair cavabdehin təqdim etdiyi sübutlara düzgün qiymət verməmişdir. Azərbaycan Respublikası İPM-nin 96.5.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı iş üzrə araş dırmanın davam etdirilməsinin zəruri olduğu, yəni apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Həmin Məcəllənin 96.11-ci maddəsinə uyğun olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə tam uyğun qəbul edilməm işdir və kassasiya şikayətində göstərilmiş dəlil qərarın ləğv olunması üçün əsaslıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini xxx1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2-1(103)-1405/2019 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar