Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-39/2021 27.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı X1 cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: (işlədiyi dövrü sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı X1 cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinə qarşı işlədiyi dövrü sosial sığ orta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya təyin edilərkən yaranmış məbləğ fərqinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-194/20 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə:
1. İddiaçı xx.xx.1961-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur.
2. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsi olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir.
3. İddiaçı X2 cavabdeh Əmək və Ə halinin Sosial Müdafiəsi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinə qarşı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, iddiaçının xx.xx.1983-cü il tarixdən – xx.xx.1993-cü ilə qədər və xx.xx.2003-cü ildən – xx.xx.2009-cu ilə qədər işləməsi dövrü sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya təyin edilərkən yaranmış məbləğ fərqinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1983-cü ildə əmək fəaliyyətinə başlamışdır və xx xxxxxx 1993-cü il tarixə qədər Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin “X3”ndə xadimə kimi çalışmışdır. xx.xx.2003-cü ildən xx.xx.2009-cu il tarixə qədər “xxxx” MMC-də işləmişdir. Qeyd edir ki, himayəsində “uşaq serebrol iflici, spastik tetroplegiya, anortriya, veqetativ damar distrofiya” diaqnozlu, İ dərəcəli əlillik qrupu olan xx.xx.2000-ci il təvəllüdlü övladı var. X8-Zəhra Hacıbala qızının 9 yaşından sonra başqa şəxsin qulluğuna ehtiyacı səbəbindən işdən azad olmuşdur və bu günə qədər ona qulluq edir. Onun təqaüd yaşı çatdığı üçün təqaüdə çıxmaq istəyir. Ona görə də xx.xx.1983-cü ildən xx.xx.1993-cü il tarixə qədər və xx.xx.2003-cü ildən xx.xx.2009-cu il tarixə qədər işləməyini təsdiq edən əmək kitabçasını cavabdehə təqdim edərək ona yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin inzibati orqan xx.xx.2016-cı il tarixli 1401-7334 saylı cavab məktubu ilə ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Beləliklə, cavabdeh iddiaçının əmək kitabçasındakı stajları nəzərə almadan onu əsassız olaraq get-gələ salmış və ona pensiya təyin etməmişdir.
5. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək iddiaçının xx.xx.1983-cü il tarixdən – xx.xx.1993-cü ilə qədər və xx.xx.2003-cü ildən – xx.xx.2006-cı ilə qədər işləməsi dövrü sosial sığorta stajına daxil edilməklə ona xx.xx.2016-cı il taixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya təyin edilərkən yaranmış məbləğ fərqinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəld iyi nəticə:
6. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-3328/2019 nömrəli (sədrlik edən hakim Rauf Daşdəmirov) qərarı ilə iddianın təmin edilməsi, İddiaçı xx.xx.1983-cü il tarixdən -xx.xx.1993-cü ilə qədər və xx.xx.2003-cü ildən – xx.xx.2006-cı ilə qədər işləməsi dövrü sosial sığorta stajına daxil edilməklə ona xx.xx.2016-cı il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya təyin edilərkən yaranmış məbləğ fərqinin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır.
7. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinə, “Əmək pensiyaları haqqında” Qanunun 7, 8.2-ci və 32.1-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş işçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydalarının 1.1-ci maddəsinə əsaslanaraq iddiaçının xx.xx.1983-cü il tarixdən - xx.xx.1993-cü il tarixədək və xx.xx.2003-cü il tarixdən - xx.xx.2006-cı il tarixədək olan sığorta stajı iddiaçıya məxsus əmək kitabçası ilə öz təsdiqini tapdığından, qeyd olunan müddətlər iddiaçının ümumi sosial sığorta stajına hesablanmaqla iddiaçıya sağlamlıq imkanı məhdud uşağı olan ana kimi yaşa görə pensiya təyin edilməsindən imtina etməkdə cavabdeh DSMF-nin Sabunçu rayon şöbəsi haqlı olmamış, bununla da iddiaçının konstitusion hüquqlarının pozulmasına səbəb olmuşdur.
8. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə:
9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli, 2-1(103)-194/20 nömrəli (hakimlər Elmira Nağıyeva - sədrlik edən və məruzəçi, Vidadi Məmmədov və Həmid Həmidov) qərarı ilə birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır.
10. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 7, 8.2, 21.2.4 və 32.1-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş işçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydalarının 1.1-ci maddəsinə əsaslanaraq qeyd etmişdir ki, iddiacının xx.xx.2016-cı il tarixdə 55 yaşlı tamam olmuşdur və 10 ildən çox sosial sığorta stajına malikdir. Həmçinin o, 2000-ci il təvəllüdlü sağlamlıq imkanı məhdud olan qızını səkkiz yaşınadək tərbiyə etmişdir. Qanunvericiliyə əsasən həmin müddət də i ddiaçının sosial sığorta stajına daxil edilir. Cavabdeh həm iddiaçıya ünvanladığı imtina məktubunda, həm də apelyasiya şikayətində iddiaçının xx.xx.1983-cü il tarixdən - xx.xx.1993-cü il tarixədək olan əmək fəaliyyətinin düzgünlüyünü yoxlamaq mümkün olmadığı qeyd etsə də, cavabdeh tərəfindən həmin yoxlamanın həyata keçirildiyini təsdiq edən hər hansı sorğu, məktub və ya digər sənəd-sübut məhkəməyə təqdim edilməmişdir. Kasasiya şikayətinin dəlilləri:
11. Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli obyektiv araşdırmamış, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Bu səbəbdən də, həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. Cavabdeh DSMF-n in Bakı şəhəri Suraxanı rayon Şöbəsinin müvafiq imtina məktubu əsaslıdır. Bununla da həmin qarar ilə maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Bu da öz növbəsində qərarın kasasiya instansiya məhkəməsi tərəfindən ləğv edilməsi və iddia tələbinin təmin olunmaması üçün əsaslıdır. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-194/2020 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
12. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
13. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə:
14. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
16. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır.
17. İş materiallarından görünür ki, xx.xx.1961-ci il təvəllüdlü iddiaçı sağlamlıq imkanı məhdud olan övladını səkkiz yaşınadək tərbiyə etmişdir və ona məxsus əmək kitabçasına əsasən 10 ildən çox sığorta stajı olduğundan cavabdeh inzibati orqana müraciət edərək ona yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının sosial sığorta stajının olmadığını qeyd edərək ona pensiya təyin edilməsindən imtina etmişdir.
18. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, iddiaçının pensiya hüququ xx.xx.2017-ci il tarixədək yarandığından hazırkı iş üzrə xx.xx.2017-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun normaları tətbiq edilməlidir.
19. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir.
20. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla), yaşa görə əmək pensiyası hüququ vardır.
21. Bu Qanunun 7-ci maddəsində n əzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
23. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabç asıdır.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş işçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydalarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.
25. İş materiallarına əlavə edilmiş iddiaçının əmək kitabçası üzrə göstəricilərə görə iddiaçının xx.xx.1983-cü il tarixdən - xx.xx.1993-cü il tarixədək və xx xxxx 2003-cü il tarixdən - xx.xx.2006-cı il tarixədək olan iş stajı vardır.
26. Daha sonra Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan anaların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olun muş yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
27. Həmin Qanunun 21.2.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti də sosial sığorta stajı müddətinə daxil edilir.
28. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, iddiaçının xx.xx.1983-cü il tarixdən xx.xx.1993-cü il tarixədək və xx xxxx 2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək olan sığorta stajı iddiaçıya məxsus əmək kitabçası ilə öz təsdiqini tapmışdır ki, həmin müddətlər də iddiaçının ümumi sosial sığorta stajına hesablanmalıdır.
29. Azərbaycan Respublikası «Əmək pensiyaları haqqında» Qanununun 32.1-ci maddəsinə görə yaşa gör ə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir.
30. Cavabdeh kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işi tam, hərtərəfli obyektiv araşdırmadığını, qərarın maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını, cavabdehin müvafiq imtina məktubunun isə əsaslı olduğunu qeyd etsə də Ali Məhkəmənin İnzibati Kollegiyası kasasiya şikayətində qeyd olunan bu dəlili iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kasasiya şikayətində qeyd olunan bu dəlili təsdiq edən heç bir mötəbər sübut işə əlavə edilməmişdir.
31. Əksinə cavabdehin iddiaçıya sağlamlıq imkanı məhdud uşağı olan ana kimi yaşa görə pensi ya təyin edilməsindən imtinasının əsassız olduğu iş materialları ilə tam sübuta yetirilir.
32. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-194/20 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.