Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-39/2022 26.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (güzəştli şərtlərlə yaşa görə əmək pensiyası) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi, Kəmaləddin Bədəlov, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını n təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30.07.2021-ci il tarixli, 2-1(103)-778/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 17.05.1959-cu ildə anadan olmuşdur. Bakı Soyuducular zavoduna 13.04.1977-ci il tarixli, 77/k saylı əmrlə 1-ci dərəcəli hazırlayıcı vəzifəsinə qəbul edilmiş, 22.03.1984-cü il tarixli, 122/k saylı əmrlə elektrik sexinə elektrik montajçısı vəzifəsinə qəbul edilmiş, 01.07.1984-cü il tarixli, 286/k saylı əmrlə yığıcı-çilingərin yanında hazırlayıcı vəzifəsinə keçirilmiş, 03.06.1985-ci il tarixli, 222/k saylı əmrlə yığıcı çilingərin yanında dəstləşdirici vəzifəsinə keçirilmi ş, 10.07.1986-cı il tarixli, 295/k saylı əmrlə dəstləşdirici vəzifəsinə keçirilmiş, 16.03.1989-cu il tarixli, 109/k saylı əmrlə mühəndis energetik vəzifəsinə keçirilmiş və 31.01.2003-cü il tarixli, 2 saylı əmrlə işdən azad edilmişdir.
2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona 50 yaşının tamam olduğu 17.05.2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh müraciətin təmin olunmasından imtina etmiş və bildirmişdir ki, onun işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ A KTLARİ Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndəbirinci instansiya məhkəməsi) iddia ərizəsi ilə müraciət edərək, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan şəxs kimi qazandığı ümumi və xüsusi sığorta stajına uyğun olaraq ona 50 yaşının tamam olduğu 17.05.2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 17.05.1959-cu ildə anadan olmuşdur. 13 aprel 1977-ci il tarixində Bakı soyuducular zavodunda Ştamp-qaynaq sexində hazırlayıcı vəzifəsinə işə qəbul olunmuş və qaynaqçının yanında detalların qaynaqdan əvvəl və ya sonra hazırlanması sahəsində hazırlayıcı işləmişdir. 03.06.1985-ci il tarixdən 10.07.1986-cı il tarixə kimi Penopoliuretan sexində yığıcı çilingərlərin yanında dəstləşdirici vəzifəsində işləmiş, 10.07.1986-cı il tarixdən 10.03.1989-cu il tarixə kimi Plastik kütlə sexində soyuducuların plastik kütlədən hazırlanan hissələrinin əridib tökülməsi prosesində tökülən hazır məhsulların dəstləşdirilib digər istehsal sahələrinə təhvil verilməsi üçün dəstləşdirici vəzifəsində işləmişdir. Bakı soyuducular zavodunda 31 yanvar 2003-cü il tarixə kimi işləmişdir. 13.04.1977-ci il tarixindən 31.01.2003-cü il tarixinə kimi 25 il 8 ay ümumi, 13.04.1977-ci il tarixdən 10.03.1989-cu il tarixə kimi 10 il 8 ay isə zərərli əmək şəraitində işləməklə xüsusi sığorta stajı qazanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 1 və 2 nömrəli Siyahılarda onun işlədiyi istehsal sahələri və işlədiyi vəzifələr öz əksini tapmışdır. 50 yaşı 17.05.2009-cu ildə tamam olmuşdur. Odur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh onun müraciətinin təmin olunmasından imtina etmişdir. 5. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02.07.2019-cu il tarixli, 2-1(82)-1911/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışan şəxs kimi qazandığı ümumi və xüsusi sığorta stajına uyğun olaraq 50 yaşının tamam olduğu 17.05.2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
6. Cavabdeh apelyasiya şikayəti verərək məhkəmənin 02.07.2019-cu il tarixli qərarının ləğv olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində birinci icraat
7. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18.12.2019-cu il tarixli, 2-1(103)-2239/2019 nömrəli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02.07.2019-cu il tarixli, 2-1(82)1911/2019 nömrəli qərarı ləğv edilmiş, iddia tələbinin rədd olunması qərara alınmışdır.
8. İddiaçı kassasiya şikayəti verərək apelyasiya məhkəməsinin 18.12.2019-cu il tarixli qərarının ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya instansiya məhkəməsində birinci icraat
9. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzi bati Kollegiyasının 04.03.2020-ci il tarixli, 2-1(102)-821/2020 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 dekabr 2019-cu il tarixli, 2-1(103)-2239/2019 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin olunmamışdır. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat
10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.07.2020-ci il tarixli, 2-1(103)-1210/2020 nömrəli qərardadı ilə cavabdehin apelyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02.07.2019-cu il tarixli, 2-1(82)1911/2019 nömrəli qərarı ləğv edilmiş və iddia mümkün sayılmamışdır. Kassasiya instansiya məhkəməsində ikinci icraa t
11. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24.11.2020-ci il tarixli, 2-1(102)-1962/2020 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.07.2020-ci il tarixli, 2- 1(103)-1210/2020 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Apelyasiya instansiyası məhkəməsində üçüncü icraat
12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30.07.2021-ci il tarixli, 2-1(103)-778/2021 nömrəli (hakimlər Aida Hüseyn - sədrlik edən və məruzəçi, Səadət Bəktaşi və İlham Kərimli) qərarı ilə cavabdehin apelyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 02.07.2019-cu il tarixli, 2-1(82)-1911/2019 nömrəli qərarı ləğv edilmiş, iddia tə ləbi qismən təmin edilmiş, İddiaçı 50 yaşının tamam olduğu 17.05.2009-cu il tarixindən güzəştli şərtlərlə pensiya təyin edilməklə müraciət etdiyi 27.03.2019-cu il tarixdən əvvəlki üç il üçün, yəni 27.03.2016-cı il tarixdən ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
13. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı pensiya təyin olunması üçün müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün pensiya ödənilməsi hüququna malikdir.
14. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının tələb olunan 10 il güz əştli iş stajı yoxdur. Məhkəmə tərəfindən qərarın əsaslandırma hissəsində uyğunlaşdırma dəqiq aparılmamışdır. Bu səbəbdən də məhkəmənin iddiaçının işlədiyi məhz hansı dövrləri hansı koda uyğun hesab etdiyini müəyyən etmək olmur. Məhkəmə tərəfindən iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş Siyahının “Ümumi peşələr: (232Q0ÖÖÖ—13399) plastik kütlənin tökücüləri, Ümumi peşələr: (232ÖÖÜ0Q—19906) əl ilə qaynaq aparan elektrik qaynaqçıları, Kimya istehsalatı: (1Q80A0Ö—17541) tam iş günü sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri peşələrinə uyğun hesab etmişdir. Halbuki, iddiaçı 13.04.1977-22.03.1984-cü il lərdə Bakı soyuducular zavodunda Ştamp-qaynaq sexində soyuducunun xarici şkafının, qapısının, daxili şkafının birləşmə yerlərinin və polkaların elektriklə qaynaq edilməsi sahəsində qaynaqçının yanında detalların qaynaqdan əvvəl və sonra hazırlanması işlərində hazırlayıcı, 03.06.198510.07.1986-cı illərdə Penopoliuretan sexində yığıcı çilingərlərin yanında dəstləşdirici, 10,07.1986-10.03.1989-cu illərdə Plastik kütlə sexində soyuducuların plastik kütlədən hazırlanan hissələrinin əridib tökülməsi prosesində tökülən hazır məhsulların dəstləşdirilib digər istehsal sahələrinə təhvil verilməsi üçün dəstləşdirici peşələrində işləmişdir. Göründüyü kimi, iddiaçının işləmiş olduğu heç bir peşənin adı məhkəmənin istinad etdiyi kodlardan heç birinə uyğun gəlmir. Bundan əlavə, Bakı Apelyasiya Məhkəməsin in iddiaçıya dair 15 avqust 2018-cı ü tarixli, 2-1(103)-1229/2018 saylı qərarı ilə qət edilmişdir ki, iddiaçının 13.04.1977-ci il tarixindən 22.03.1984-cü il tarixinədək işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci ü tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda yoxdur. Həmin qərar artıq qüvvəyə minmiş olduğundan mübahisələndirilə bilməz. Məlum olduğu kimi, həmin qərarda məhkəmənin istinad etmiş olduğu, yuxarıda sadaladığımız hər üç peşə mövcuddur. Belə olan halda iki məhkəmə qərarı əsasında ziddiyyət yaranır. Belə ki, məhkəmələrdən biri iddiaçının 13.04.1977-22.03.1984-cü illərdə işlədiyi peşələrin plastik kütlənin tökücüləri, əl ilə qaynaq aparan elektrik qaynaqçıları, tam iş günü sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri peşələrinə uyğun olmadığını, digəri isə əksinə, uyğun olduğunu hesab edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, apelyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 18. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlər də çalışarsa. (çıxarılıb) b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli, 321-QD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Maddə
67. Ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslər in təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir.
19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 1.1. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfind ən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti mümkündür. Şikayət va xtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
21. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası işin materiallarının və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən apelyasiya məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə m addi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, şikayət təmin edilməli, apelyasiya məhkəməsinin qərarı ləğv olunmalı, iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin qərarının ləğvini və iddianın təmin edilməməsini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
23. Hazırkı mübahisədə iddiaçının tələbi və hüquqi marağı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə yönəlmişdir. Məhkəmə araşdırması bu çərçivədə aparılmalı, iddiaçıya tələb etdiyi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş dispozisiya şərtlərinin, yəni 01.01.2006-cı ilədək qazanılmış ümumi və xüsusi stajın və tələb olunan yaş həddinin ona münasibətdə mövcudluğu yoxlanılmalı idi. 2
4. İddiaçıya münasibətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı dispozisiya şərtlərinin mövcudluğunun yoxlanılması və dəqiqləşdirilməsi ilə əlaqədar Ali Məhkəmənin əvvəlki qərarlarında da konkret göstərişlər nəzərdə tutulmuşdur. Apelyasiya məhkəməsi tərəfindən Ali Məhkəmənin göstərişlərində nəzərdə tutulmuş və mübahisənin mahiyyətinə təsir edən halların müəyyən olunmasının təmin edilməsinə baxmayaraq, müvafiq maddi hüquq normalarının işin müəyyən olunmuş hallarına münasibətdə tətbiqində səhvə yol verilmişdir.
25. İşin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı tələb olunan ümumi stajı 01.01.2006-cı ilədək toplamışdır və bu mübahisə predmeti deyildir. Mübahisə predmeti iddiaçının güzəştli iş stajı və onun işlədiyi peşələr in güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulması ilə bağlıdır.
26. Hazırkı mübahisəyə münasibətdə iddiaçının 13.04.1977-22.03.1984-cü illərdə işlədiyi peşənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə olduğu Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 1 və 2 nömrəli Siyahılara, eləcə də 23 yanvar 2007-ci ü tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısına istinadən müəyyən olunmalıdır.
27. Kassasiya şikayətinin iddiaçının işlədiyi peşələrin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, p eşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmaması ilə bağlı qeyd etmək lazımdır ki, işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı 13.04.1977-22.03.1984-cü illərdə Bakı soyuducular zavodunda Ştamp-qaynaq sexində soyuducunun xarici şkafının, qapısının, daxili şkafının birləşmə yerlərinin və polkaların elektriklə qaynaq edilməsi sahəsində qaynaqçının yanında detalların qaynaqdan əvvəl və sonra hazırlanması sahəsində hazırlayıcı peşəsində işləmişdir. Bununla bağlı qeyd etmək lazımdır ki, 13.04.1977-22.03.1984-cü illərdə işlədiyi peşələr Nazirlər Kabinetinin 23 yanvar 2007-ci ü tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nda nəzərdə tutulmadığına görə, apelyasiya məhkəməsinin 16.08.2018-ci il tarixli qərarı ilə iddiaçının 52 yaşdan ona pensiya təyin olunması barədə iddia tələbi təmin olunmamışdır. Həmin məhkəmə qərarı qanuni qüvvəsini almış və hazırda qüvvədədir.
28. Həmçinin mübahisə dair iş üzrə materiallardan görünür ki, iddiaçının işlədiyi peşə Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıda nəzərdə tutulmadığına görə, 24.01.2019-cu il tarixli məhkəmə qərarı ilə iddiaçının 45 yaşdan ona pensiya təyin olunması barədə iddia tələbi təmin olunmamışdır.
29. Apelyasiya məhkəməsi hazırkı iş üzrə qərarında eyni zamanda Nazirlər Kabinetinin həm 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 1 və 2 nömrəli Siyahılara, həm də 23 yanvar 200 7-ci ü tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısına istinad etmişdir.
30. Bununla bağlı qeyd edilməlidir ki, apelyasiya məhkəməsi həm ümumi, həm də güzəştli iş stajını iddiaçının 2006-cı il tarixə qədər topladığı qənaətinə gələrək, ona 50 yaşdan əmək pensiyası təyin edilməsini qərara almışdır. Halbuki, iddiaçı yalnız ümumi stajı 1997ci ildən sonra, 2006-cı ilə qədər toplamış olduğuna görə, onun güzəştli şərtlə pensiya hüququ yalnız 10 il güzəştli iş stajının olduğu təqdirdə 17.05.2011-ci ildə 52 yaşdan yarana bilərdi. Yuxarıda istinad olunan normaya görə, həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avq ustun 1dək hər il 6 ay artırılmışdır. Yəni 17.05.2009-cu il tarixində qadınların güzəştli şərtlərlə yaşa görə pensiya hüququ artıq 52 yaşdan yarana bilərdi.
31. Bu qərarın 17-ci və 18-ci bəndlərində istinad olunan normalara görə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən həmin pensiyanın təyin edilməsi üçün tələb olunan tam əmək stajını, yəni həm ümumi və həm də xüsusi stajı “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək qazanmış olsunlar. Başqa sözlə hazırkı mübahisəyə münasibətdə iddiaçı ona arzuladığı pensiyanın təyin olunması üçün tələb olunan güzəştli iş stajını da toplamış olmalıdır.
32. Bununla bağlı nəzərə alınmalıdır ki, iddiaçının 13.04.1977-22.03.1984-cü il lərdə Bakı soyuducular zavodunda Ştamp-qaynaq sexində soyuducunun xarici şkafının, qapısının, daxili şkafının birləşmə yerlərinin və polkaların elektriklə qaynaq edilməsi sahəsində qaynaqçının yanında detalların qaynaqdan əvvəl və sonra hazırlanması üzrə işlədiyi hazırlayıcı peşəsi Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda nəzərdə tutulmamışdır. Məhkəmə tərəfindən iddiaçının işlədiyi həmin peşələr Nazirlər Kabinetinin siyahılarında ümumi peşələrdə əl ilə qaynaq aparan elektrik qaynaqçıları, kimya istehsalatı sahəsində tam iş günü sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri peşələrinə uyğun hesab edilmişdir. Halbuki həm peşələr, həm də sahələr fərqlidir.
33. Məhkəmələr tərəfindən qərar qəbul olunarkən, Nazirlər Kabinetinin 23 yanvar 2007-ci ü tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş siyahının 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 1 və 2 nömrəli siyahılar əsasında və onların bazasında hazırlandığı, ən azından həmin siyahılarda nəzərdə tutulmuş peşələri də ehtiva etdiyi nəzərə alınmalı, iddiaçıya münasibətdə əvvəllər qəbul olunmuş məhkəmə qərarları bu prizmadan qiymətləndirilməli idi.
34. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə materiallara əsasən iddiaçının işlədiyi həmin müddətin güzəştli iş stajına daxil edilmədiyi təqdirdə, onun tələb olunan güzəştli iş stajını toplamadığı və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yuxarıda istinad olunan norma larla tələb olunan dispozisiya şərtlərinın iddiaçı tərəfindən ödənilmədiyi müəyyən olunur. Bu baxımdan yuxarıda istinad olunan normalara əsasən, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etməkdə haqlı sayıla bilməz.
35. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanunauyğun sayılmalı, cavabdehin kassasiya şikayəti təmin edilməli, apelyasiya məhkəməsinin qərarı ləğv olunmalı, iddia tələbi təmin edilməməlidir.
36. Yuxarıda şərh edilənlərə və İPM-in 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyul 2021-ci il tarixli, 2- 1(103)-778/2021 nömrəli qərarı ləğv edilir. İş üzrə yeni