Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-39/2023 17.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı1, İddiaçı2, İddiaçı3, Cəbrayılova (Ramazanova) Kifayət Şəmsəddin qızı, İddiaçı5 və Bəkirova (Ramazanova) Rəna Şəmsəddin qızının Şəki rayonu Şorsu Bələdiyyəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Cəbrayılova (Ramazanova) Kifayət Şəmsəddin qızı, İddiaçı5 və Bəkirova (Ramazanova) Rəna Şəmsəddin qızının (bundan sonra mətndə iddiaçılar) cavabdeh Şəki rayonu Şorsu Bələdiyyəsinə (bundan sonra mətndə cavabdeh) qarşı (üçüncü şəxs X10) “cavabdehin xx.xx.2021-ci il tarixli 04 nömrəli iclas qərarının ləğvi və Şəki rayonu Şorsu Bələdiyyəsinin üzərinə zəbtlərində olan 0.11 ha həyətyanı torpaq sahəsinin hərracdan kənar qaydada iddiaçılara satılması barədə qərar qəbul edilməsi öhdəliyinin qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 iyul 2022-ci il tarixli, 2-1(107)-133/2022 nömrəli qərarından üçüncü şəxs X10 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.2017-cü il tarixli, RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında d aşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Şəki rayonu Şorşu kəndində yerləşən 0.16 ha torpaq sahəsi X5 mülkiyyətindədir. 2. xx.xx.2014-cü il tarixli, 74 inventar nömrəli fərdi yaşayış evinin texniki pasportuna əsasən, sənəd üzrə torpaq sahəsi 0.16 ha olsa da, faktiki torpaq sahəsi 0.27 ha olmaqla iddiaçıların zəbtində 0.11 ha torpaq sahəsi vardır.
3. Cavabdeh xx.xx.2016-cı il tarixli 10 nömrəli qərarı ilə həmin 0.11 ha torpaq sahəsinin 0.02 ha hissəsi X2 və 10 noyabr 2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır.
4. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli 2-1(107)373/2018 saylı qanuni qüvvəyə minmiş qərarı ilə Cavabdeh xx.xx.2016-cı il tarixli 10 nömrəli qərarı ləğv edilmişdir.
5. Şəki Apellyasiya Məhkəməsi nin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(107)742/2020 saylı qanuni qüvvəyə minmiş qərarı ilə 10 noyabr 2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir.
6. Şəki rayonu Şorsu Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 04 nömrəli iclas protokolundan çıxarışa əsasən, fərdi yaşayış evinin tikintisi üçün hərracla satılması məqsədilə 0.11 ha torpaq sahəsinin ayrılmasının qanunauyğunluğunun müəyyən edilməsi məqsədilə müvafiq rəyin verilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə müraciətin edilməsi, həmin torpaq sahəsinin ayrılmasının qanunauyğunluğu barədə müsbət rəy verildikdə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət h üququnun qeydiyyata alınması proseduruna başlanılmasına, torpaq sahəsinin planı və ölçüsünün normativ qiyməti barədə məlumatın, həmin torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair arayışın verilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsindən xahiş edilməsi qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixli 04 nömrəli iclas qərarının ləğv edilməsini və Şəki rayonu Şorsu Bələdiyyəsinin üzərinə zəbtlərində olan 0.11 ha həyətyanı torpaq sahəsinin hərracdan kənar qaydada onlara (iddiaçılara) satılması barədə qərar qəbul olunması öhdəliyinin qoyulmasını xahiş etmişlər.
8. Şəki İnzibati Məhkəməsinin (hakim V.Qasımov) xx.xx.2021-ci il tarixli 2-1(116)802/2021 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdehin 7 aprel 2021-ci il tarixli qərarı aşağıdakı koordinatlarda yerləşən 0.02 ha torpaq sahəsinə aid hissədə ləğv edilmiş, X Y Döngə nöqtələri arasındakı məsafə Nöqtələr Məsafə (metrlə) 1-2 667788,74 4557673,22 10,09 667795,93 4557680,29 2-3 15,60 667808,23 4557670,69 3-4 3,83 667805,57 4557667,94 4-5 4,08 həmin 0.02 ha torpaq sahəsinin hərracdan kənar qaydada iddiaçılara satılması barədə qərar qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı iddiada bəhs edilən 0.11 ha torpaq sahəsinin 0.02 ha hissəsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı hazırkı iş üzrə proses iştirakçıları üçün məcburidir. Göstərilən məhkəmə qərarı ilə 0.02 ha torpaq sahəsinin iddiaçıların zəbtində olması müəyyən olunduğuna və 0.02 ha torpaq sahəsinin üçüncü şəxsə satılması barədə cavabdehin qərarı məhz iddiaçıların iddiası əsasında ləğv olunduğuna görə hazırkı iddianın həmin 0.02 ha torpaq sahəsi ilə bağlı hissəsinin yenidən araşdırılmasına zərurət yoxdur və iddianın həmin hissəsi əsaslıdır. Torpaq sahəsinin qalan 0.09 ha hissəsinin isə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanunun qüvvəyə minməsinədək iddiaçıların zəbtində olması barədə sübut olmadığına görə, həmin hissə sözügedən Qanunun 16.3-cü və 16.4cü maddələrinin təsiri altına düşmür və belə olan halda, iddianın həmin hissəsi əsaslı hesab edilə bilməz.
10. İddiaçılar həmin qərardan apellyasiya şikayəti verərək, qərarın, iddianın təmin edilməyən hissədə ləğv edilməsi, yeni qərar qəbul edilərək cavabdehin xx.xx.2021-ci il tarixli 04 nömrəli iclas qərarının tam ləğv edilməsi və onun üzərinə 0.09 ha həyətyanı torpaq sahəsinin hərracdan kənar qaydada satılmasına dair qərar qəbul edilməsi öhdəliyinin qoyulmasını xahiş etmişlər. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
11. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: V.Məlikov sədrlik edən və məruzəçi, Ə.Məcidov və E.Hüseynov) 18 noyabr 2021-ci il tarixli, 2-1(107)420/2021 nömrəli qərarı ilə iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 17 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. İddiaçılar həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdirlər. c)kassasiya instansiyası məhkəməsində birinci icraat
14. Ali Məhkəmənin İnzibati Kollegiyasının (hakimlər: R.Nəbizadə - sədrlik edən və məruzəçi, S.Kərimov və Z.Quliyev) 23 fevral 2022-ci il tarixli, 2-1(102)-405/2022 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 noyabr 2021-ci il tarixli, 2-1(107)-420/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya ins tansiyası məhkəmnəsinə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. d) apellyasiya instansiyası məhkəməsində ikinci icraat
15. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.Rəfiyev sədrlik edən və məruzəçi, İ.Şükürov və A.Mahmudov) 20 iyul 2022-ci il tarixli, 2-1(107)133/2022 nömrəli qərarı ilə iddiaçıların apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 17 avqust 2021-ci il tarixli 2-1(116)-802/2021 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmış, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X3, İddiaçı5, X6 cavabdeh Şəki rayonu Şorsu Bələdiyyəsinə qarşı "cavabdehin xx.xx.2021ci il tarixli 04 nömrəli iclas qərarının ləğvi və Şəki rayonu Şorsu Bələdiyyəsinin üzərinə zəbtlərində olan 0.11 ha həyətyanı torpaq sahəsinin hərracdan kənar qaydada iddiaçılara satılması barədə qərar qəbul edilməsi öhdəliyinin qoyulması" tələbinə dair iddiası qismən təmin edilmiş, 1046 kv.m həyətyanı torpaq sahəsinin hərracdan kənar qaydada iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X4, İddiaçı5, X1 barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh Şəki rayonu Şorsu Bələdiyyəsinin üzərinə qoyulmuşdur.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə qismən razılaşaraq qeyd etmişdir ki, mübahisə predmeti olan torpaq sahəsinə tərəflərin və mütəxəssislərin iştirakı ilə 27 may 2022-ci il tarixdə yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, mübahisə predmeti olan Şəki rayonu Şorsu kəndində yerləşən torpaq sahəsi iddiaçıların həyətyanı torpaq sahəsinə bərabər hissədə bitişik ərazidir və iddiaçıl arın istifadəsindədir. Torpaq sahəsinin ətrafı ağaclarla və dəmir torlarla çəpərlənmişdir. İddiaçıların həyətində olan tikililərdən birinin (altıaçıq) bir hissəsi həmin torpaq sahəsində yerləşir. Həmin torpaq sahəsində ağaclar əkilmiş, istifadə etdikləri traktora aid olan hissələr yerləşdirilmiş, tikintidə istifadə edilən daşlar tökülmüşdür. Odur ki, “Bələdiyyə torpaqlarının idarəedilməsi haqqında” Qanunun 16.4-cü maddəsinə əsasən, 1046 kv.m həyətyanı torpaq sahəsi hərracdan kənar qaydada iddiaçılara satılmalıdır.
17. Üçüncü şəxs M.Ağamirzəyev həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
18. Üçüncü şəxs kassasiya şikayətində işin hallarını sadalamış və əlavə olaraq qeyd etmişdir ki, torpağın iddiaçılara hərracdankənar qaydada satılmasına əsas olmamışdır. Sözügedən torpaq sahəsi bələdiyyə tərəfindən hərraca çıxarılmalı və hərracın qalibinə satılmalı idi. İşə baxan apellyasiya instansiya məhkəməsi tərəfindən “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 9 və 10-cu maddələrinin tələbləri pozulduğu üçün kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməlidir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qə rardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1 Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 21. “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 17 fevral 2022-ci il tarixli qərardadı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamalıdır.
24. Hazırkı iş üzrə iddiaçıların hüquqi marağı zəbtlərində olan 0.11 ha həyətyanı torpaq sahəsinin hərracdan kənar qaydada onlara satılmasıdır və beləliklə, məhkəmə araşdırmasının predmetini və hüquqi qiymətləndirmənin hədlərini sözügedən torpaq sahəsinin hərracdankənar qaydada satılmasının hüquqi cəhətdən mümkünlüyü təşkil edir. Eyni zamanda, məhkəmə icraatında üçüncü şəxs kimi tanınmış M.Ağamirzəyev isə sözügedən torpaq sahəsini hərracla almaqda maraqlı olan şəxsdir.
25. Qeyd edilməlidir ki, hüquq sistemində şəxsə birbaşa tərəfi olmadığı (iddiaçı və ya cavabdeh qismində çıxış etmədiyi), lakin qa nunla qorunan maraqlarına təsir göstərən bir məhkəmə işində özünün iddia və etirazlarını bildirməsinə imkan verən səmərəli işlək mexanizmin mövcudluğu ədalətli məhkəmə araşdırması hüququnun vacib təminatlarından biri kimi qəbul edilir. Çünki, məhz bu mexanizm vasitəsilə baxılmaqda olan işdə mübahisənin tərəfi olmayan şəxslərin öz hüquqi maraqlarını qorumaq üçün işə qoşulmalarına şərait yaradılır və bununla da, onlar ədalət mühakiməsinin həyata keçirilməsi nəticəsində veriləcək qərarın özlərinə münasibətdə neqativ təsirlərini önləmək üçün prosessual imkana malik olurlar. Bu, hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi prinsipinin tələblərindən irəli gəlir. Buna görə, məhkəmə qərarının üçüncü şəxslərin qanunla qorunan maraqlarına toxunma ehtimalı mövcud olduqda, həmin şəxslərə də məhkəmə qarşısında bərabər hüquqlar verilməli, öz hüquqlarının müdafiəsini səmərəli şəkildə həyata keçirə bilmələri üçün onlara bərabər imkanlar yaradılmalıdır.
26. Göründüyü kimi, üçüncü şəxs kimi məhkəmə icraatına cəlb edilmənin əsas şərti qəbul ediləcək məhkəmə qərarının icraata qoşulmaq arzusunda olan şəxsin hüquqi maraqlarına toxunma halının mövcudluğu və ya ən azından əsaslı ehtimalının olmasıdır.
27. Hüquqi maraq isə bir qayda olaraq qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının şəxslərin qanunla qorunan maraqlarına toxunması halını yarada bildikdə mövcud olur, yəni qəbul edilməsi nəzərdə tutulan məhkəmə aktının digər şəxslərin maraqlarına birbaşa təsir törətməsi halından o zaman söz edilə bilər ki, həmin məhkəmə aktı üçüncü şəxsin hüquqi statusuna təsir etmiş olsun, yəni ona mü nasibətdə konkret hüquqlar və vəzifələr yaratsın, yaxud mövcud hüquqları və vəzifələri ləğv etsin və ya dəyişdirsin. Beləliklə, icraatda tətbiq edilən və ya edilməli olan maddi hüquq normalarından hər hansı biri şəxsin mənafeyini müdafiə edirsə, bu zaman, həmin icraatın nəticəsində qəbul ediləcək qərar onun maraqlarına toxunma halını yaradacaqdır.
28. Yuxarıda qeyd olunanların hazırkı işə tətbiqi nəticəsində məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
29. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunmuşdur ki, üçüncü şəxsin mübahisəli əraziyə iddia etmək üçün hər hansı hüquqmüəyyənedici sənədi yoxdur, sadəcə, torpaq sahəsi onun torpaq sahəsinə bitişikdir. Üçüncü şəxs özünün də kassasiya şikayətində qeyd etdiyi kimi, torpağın hərracla satışa çıxarı lmasını istəyir və hərracda iştirak etmək istəyən vətəndaşlardan biridir. İşin hallarından o da görünür ki, sözügedən ərazinin yalnız 0.02 ha hissəsi Cavabdeh xx.xx.2016-cı il tarixli 10 nömrəli qərarı ilə üçüncü şəxsə satılmış və 10 noyabr 2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış, lakin qanuni qüvvədə olan məhkəmə qərarları ilə sözügedən qərar ləğv edilmiş, alqı-satqı müqaviləsi isə etibarsız hesab edilmişdir.
30. Mübahisəli ərazinin üçüncü şəxsə məxsus torpaq sahəsinə bitişik yerləşməsi, o cümlədən, təşkil ediləcək hərracda iştirak etməklə torpaq sahəsini almaq istəməsi M.Ağamirzəyevin hazırkı icraatda üçüncü şəxs kimi tanınması və apellyasiya instansiya məhkəməsinin qərarının onun hüquqi maraqlarına toxunması nəticəsinə gəlmək üçün yetərli əsas sayıla bilməz. Belə ki, istinad olunan əsaslar hüquqi maraqdan deyil, iqtisadi maraqdan irəli gəlir.
31. Yuxarıda da qeyd edildiyi kimi, hazırkı icraatın predmetini mübahisəli torpaq sahəsinin hərracdan kənar qaydada satılması təşkil edir ki, iddianın təmin edilməsi ilə bağlı iş üzrə qəbul edilmiş məhkəmə aktı üçüncü şəxs M.Ağamirzəyevin hüquqi maraqlarına toxunmur.
32. İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 17 fevral 2022-ci il tarixli qərardadındakı hüquqi mövqeyə əsasən “...Cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasların aradan qalxdığı hallarda, məhkəmə icraata cəlb edilmiş üçüncü şəxsin məhkəmə icraatında iştirakına xitam verilməsi barədə qərardad qəbu l edir. Cəlbetmənin əvvəldən səhv olduğu hallarda isə məhkəmə cəlbetmə barədə qərardadı ləğv edir. Bu halda, üçüncü şəxs məhkəmə icraatına cəlb edilməmiş sayılır”.
33. Hazırkı halda, M.Ağamirzəyevin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi əvvəldən səhv olduğundan, üçüncü şəxs məhkəmə icraatına cəlb edilməmiş sayılmalı, onun tərəfindən verilmiş kassasiya şikayəti isə mümkün sayılmamalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 iyul 2022-ci il tarixli, 21(107)-133/2022 nömrəli qərarından X10 tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərar qətidir.