Məhkəmə qərarları › İş №2-1(102)-39/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-39/2024

24.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-39/2024 24.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qeydiyyat vəsiqəsi əsasında özgəninkiləşdirilmiş və texniki pasportu tərtib edilmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq bu barədə müvafiq çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1979-cu il tarixli; FİN: xxxxxxx) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Xırdalan şəhəri, 22-ci məhəllədə yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,10 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 may 2023-cü il tarixli, 2-1(105)-40/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Abşeron rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 251 nömrəli qərarı ilə 0,10 hektar torpaq sahəsi fərd i yaşayış evinin tikintisi üçün Cavabdeh2 ayrılmış və o, həmin torpaq sahəsində fərdi yaşayış evi tikmişdir.

2. Həmin qərara əsasən Abşeron rayonu, Xırdalan şəhəri, 22-ci məhəllədə yerləşən fərdi yaşayış evinə dair Cavabdeh2 23732 qeydiyyat nömrəli, 229 inventar nömrəli qeydiyyat vəsiqəsi verilmişdir.

3. Qeydiyyat vəsiqəsi əsasında həmin fərdi yaşayış evi Cavabdeh2 tərəfindən xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı satılmış və həmin fərdi yaşayış evinə dair texniki pasport tərtib edilmişdir.

4. Abşeron rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 251 nömrəli qərarına əsasən 0,10 hektar torpaq sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış və bu barədə xx.xx.2009-ci il tarixli, **********38 reyestr nömrəli çı xarış verilmişdir.

5. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Abşeron rayonu, Xırdalan şəhəri, 22-ci məhəllədə yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0,10 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

6. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, 22-ci məhəllədə yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə Abşeron rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 251 nömrəli qərarı əsasında daşınmaz əmlakın dövlət reyesterində mülkiyyət hüququnun artıq bir dəfə rəsmiləşdirildiyi aşkar edilmiş və bu səbəbdən də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən iddiaçının ərizəsinin icrasından imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən verilmiş **********38 reyestr nömrəli çıxarışın ləğv olunması və ona sözügedən 0,10 hektar torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

8. Daha sonra iddiaçı tərəfindən iddia tələbi dəqiqləşdirilərək, Cavabdeh2 adına verilmiş xx.xx.2009-cu il tarixli, **********38 reyestr nömrəli çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2002-ci il tarixdə Xırdalan şəhər sakini Cavabdeh2 alqı-satqı müqaviləsi əsasında 1000 kv.metr torpaq sahəsinin içərisində yerləşən 1 otaqlı ev almış, ona o dövrün pulu ilə 75175000 (yetmiş beş milyon yüz yetmiş beş min) manat pul ödəmiş, həmin vaxt evin və torpağın texniki pasportunu və çıxarışını almışdır. Həmin evə və torpaq sahəsinə yeni çıxarışın alınması üçün cavabdehə müraciət etdikdə məlum olmuşdur ki, həmin torpaq sahəsi Abşeron rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 251 nömrəli qərarına əsasən xx.xx.2009-cu il tarixli, **********38 reyestr nömrəli çıxarışla Cavabdeh2 adına rəsmiləşdirilmişdir. İddiaçı ailəsi ilə birlikdə 2002-ci ildən həmin evdə yaşayır, həmin evi və torpaq sahəsini qanuni yolla əldə etmişdir. Lakin cavabdeh bunlara əhəmiyyət verməyərək, əslində Cavabdeh2 məxsus Xırdalan şəhəri, 22-ci məhəllədə yerləşən digər torpaq sahəsini sözügedən torpaq sahəsi ilə eyniləşdirmiş, onun sahibliyində olan torpaq sahəsini Cavabdeh2 adına rəsmiləşdirməklə iddiaçının mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur. Cavabdehin imtinası qanunsuz olduğundan iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

10. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, Abşeron rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 251 nömrəli qərarına əsasən fərdi yaşayış evi tikmək üçün 0,10 ha torpaq sahəsi Cavabdeh2 ayrılmışdır. Xırdalan şəhəri, 22-ci məhəllədə yerləşən 0,10 hektar torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinə dair Cavabdeh2 23732 qeydiyyat nömrəli, 2279 inventar nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Bundan sonra, həmin qeydiyyat vəsiqəsi əsasında fərdi yaşayış evi Cavabdeh2 tərəfindən xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı özgəninkiləşdirilmişdir. Abşeron rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 251 nömrəli qərarına əsasən 0,10 hektar torpaq sahəsinə Cavabdeh2 mülkiyyət hüququ xx.xx.2009-cu il tarixli, **********38 reyestr nömrəli çıxarışla qeydiyyata alınmışdır. Bundan sonra, xx.xx.2013-cü il tarixli ayrı-ayrı alqı-satqı müqavilələrinə əsasən Cavabdeh2, X2, X5, X13 tərəfindən 0,10 hektar torpaq sahəsi, ümumilikdə isə 0,40 hektar torpaq sahəsi X6 özgəninkiləşdirilmisdir. X3 0,40 hektar torpaq sahəsinə mülkiyyət hüququ sözügedən alqı-satqı müqavilələrinə əsasən xx.xx.2013-cü il tarixdə **********30 reyestr nömrəli çıxarışla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd olunanlara əsasən, cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

11. Cavabdeh2 üçüncü şəxs qismində iş üzrə məhkəmə icraatına cəlb edilmişdir.

12. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: Ceyhun Məmmədov) 24 iyun 2022-ci il tarixli, 2-1(118)-174/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, Cavabdeh2 adına verilmiş xx.xx.2009-cu il tarixli, **********38 reyestr nömrəli çıxarışın ləğv edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırm ışdır ki, iddiaçının tələbinin təmin edilməsi üçün hər hansı bir məhdudiyyət yoxdur. Cavabdehin imtinasında və etirazında gətirdiyi yeganə arqument Abşeron rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 251 nömrəli qərarı əsasında Cavabdeh2 adına verilmiş xx.xx.2009-cu il tarixli, **********38 reyestr nömrəli çıxarışın qüvvədə olmasıdır. Məhkəmə cavabdeh tərəfindən gətirilən arqumenti araşdıraraq hesab edir ki, çıxarışın ləğv edilməsindən imtinaya dair cavabdeh təşkilat tərəfindən gətirilən arqument əsassız olduğundan iddia tələbi təmin edilməlidir. Cavabdeh tərəfindən Abşeron rayonu, Xırdalan qəsəbəsi, 22-ci məhəllədə yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ haqqında çıxarışın və texniki pasportun verilməsinə baxmayaraq, başqa yerdə yerləşən və iddiaç ının mülkiyyətində olan fərdi yaşayış evinin altında olan torpaq sahəsinə dair Cavabdeh2 adına mülkiyyət hüququ qeydə alınaraq müvafiq çıxarış verilmişdir. Halbuki, Abşeron rayonu, Xırdalan qəsəbəsi, 22-ci məhəllədə yerləşən fərdi yaşayış evinə dair iddiaçının adına verilmiş mülkiyyət hüququ haqqında qeydiyyat vəsiqəsində mülkiyyət hüququnun qeydə alınmasının əsaslarından biri də Abşeron rayon Xalq Deputatları Soveti İcrayyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 251 nömrəli qərarı göstərilmişdir. Nəzərə alınmalıdır ki, Torpaq Məcəlləsinin 88.1-ci maddəsinə əsasən tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcm də və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. İddiaçının iddia tələbi öhdəliyin icrası haqqındadır və İnzibati Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən müdaxilədən müdafiə dair iddialar üzrə müdaxiləni zəruri edən faktiki şərtlərinin mövcudluğunu sübut etmək yükü cavabdehin üzərinə düşür. Cavabdeh qeydiyyat orqanı kimi üzərinə düşən əsas vəzifələri yerinə yetirmək əvəzinə qanunun normasını düzgün tətbiq etməmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.

14. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat 1

5. İş üzrə apellyasiya icraatı zamanı iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək, Abşeron rayonu, Xırdalan şəhəri, 22-ci məhəllədə yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,10 hektar torpaq sahəsinə dair mülkiyyət hüququnun iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia tələbində edilən dəyişikliyin iddianın növünə təsir etmədiyi nəzərə alınaraq, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi tərəfindən X8 üçüncü şəxs qismində iş üzrə məhkəmə icraatına cəlb edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının nümayəndəsinin, cavabdeh inzibati orqanın texniki inventarlaşdırma və ölçmə işlərinin aparılması sektorunun yerquruluşu üzrə mühəndisinin iştirakı ilə mübahisəli torpaq sahəsinə xx.xx.2023-cü il tarixdə yerli baxış keçirilmişdir.

18. Yerli baxış zamanı müəyyən edilmişdir ki, iddiaçının hazırda mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsini tələb etdiyi torpaq sahəsi ona məxsus fərdi yaşayış evinə aid torpaq sahəsi olmaqla, onun koordinatları Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-174/2022 nömrəli qərarı ilə ləğv edilməsi qərara alınmış üçüncü şəxs Cavabdeh2 adına verilmiş çıxarışda əks olunmuş torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür. Belə ki, müt əxəssis tərəfindən müvafiq torpaq sahələrinin döngə nöqtələrinin koordinatları yerində müəyyən olunduqdan sonra müvafiq koordinatlar GPS aparatına daxil edilərək ölçmə işləri aparılmış və qeyd edilən torpaq sahələrinin nə faktiki yerləşməsinə, nə də sənəd üzrə koordinatlara əsasən üst-üstə düşmədiyi müəyyən edilmişdir.

19. Cavabdeh tərəfindən apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, cavabdehin mütəxəssislərinin iştirakı ilə mübahisə predmeti olan torpaq sahəsinə yerli baxış keçirilmiş və Cavabdeh2 adına fərdi yaşayış evi tikmək üçün 0,10 hektar torpaq sahəsinin ayrılmasına dair Abşeron rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 251 nömrəli qərarı ilə verilmiş, sonradan xx.xx.2002-ci il tarixli a lqı-satqı müqaviləsinə əsasən iddiaçıya özgəninkiləşdirilmiş, 23732 qeydiyyat nömrəli, 2279 inventar nömrəli qeydiyyat vəsiqəsinə əsasən iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 22-ci məhəllədə yerləşən fərdi yaşayış evinin, həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin və Abşeron rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 251 nömrəli qərarına əsasən daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********99 reyestr nömrəli, xx.xx.2010-cu il tarixli çıxarışa əsasən Cavabdeh2 mülkiyyətində olmuş (hal-hazırda daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********47 reyestr nömrəli çıxarışa əsasən X3 mülkiyyətində olan) Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 0,10 hektar torpaq sahəsinin döngə koordinatları yerin də müəyyən edilmişdir. 23732 qeydiyyat nömrəli, 2279 invenatar nömrəli qeydiyyat vəsiqəsinə əsasən iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 22-ci məhəllədə yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********99 reyestr nömrəli, xx.xx.2010-cu il tarixli çıxarışa əasən Cavabdeh2 mülkiyyətində olmuş (hal-hazırda daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********47 reyestr nömrəli çıxarışa əasən X3 mülkiyyətində olan) Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 0,10 torpaq sahəsinin nə faktiki yerləşməsinə, nə də sənəd üzrə koordinatlara əsasən üst-üstə düşmədiyi müəyyən edilmişdir.

20. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Fuad Məmmədov /sədrlik edən və məruzəçi/, Hökümə Babayeva və Zahid Məmmədov) 24 may 2023-cü il tarixli, 2-1(105)-40/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilmiş, iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 22-ci məhəllədə yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,10 hektar torpaq sahəsinə dair mülkiyyət hüququnun onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və texniki pasportun verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 22-ci məhəllədə yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,10 hektar torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınmasından cavabdehin imtinası qanunazidd və onun hüququnun pozulmasına səbəb olmuşdur. Halbuki, Abşeron rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 251 nömrəli qərarına əsasən fərdi yaşayış evi tikmək üçün Cavabdeh2 ayrılmış 0,10 hektar torpaq sahəsi, onun mülkiyyətində olan və sonradan xx.xx.2002-ci il tarixdə iddiaçıya satdığı Xırdalan səhəri, 22-ci məhəllədə yerləşən həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinə aid olmuşdur. Cavabdeh2 adına torpaq sahəsinə dair verilmiş xx.xx.2009-cu il tarixli, **********38 reyestr nömrəli çıxarışda göstərilmiş torpaq sahəsi, iddiaçıya məxsus evin həyətyanı sahəsi kimi göstərilmiş mübahisəli 0,10 hektar torpaq sahəsi ilə eyni torpaq sahəsi deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qeyd edilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüququ Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 439 nömrəli Fərmanına əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Belə ki, Abşeron rayonu, Xırdalan şəhəri, 22-ci məhəllədə yerləşən fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir, həmin fərdi yaşayış evinə dair tərtib edilmiş və təsdiq edilmiş surəti cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunda həyətyanı torpaq sahəsinin ölçüsü göstərilmişdir. Yerində müayinə zamanı həmin torpaq sahəsinin üçüncü şəxsin adına qeydə alınmış torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir.

22. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

23. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun imtinasının, iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, X1 tərəfindən 0,40 hektar torpaq sahəsi bölünərək 0,30 hektar hissəsi X9 özgəninkiləşdirilmiş (**********48), hazırda X3 mülkiyyətində **********47 reyestr nömrəli çıxarışa əsasən 0,10 hektar torpaq sahəsi mövcuddur. Sadalanan uyğunsuzluqlar olduğu halda isə cavabdeh haqlı olaraq imtina vermişdir.

24. Eləcə də iddiaçı birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh2 adına verilmiş xx.xx.2009-cu il tarixli, **********38 reyestr nömrəli çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsində isə iddiaçı iddia tələbini tamamilə dəyişərək yeni tələblər irəli sürmüş,mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 22-ci məhəllədə yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,10 hektar torpaq sahəsinə dair mülkiyyət hüququnun onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin uzərinə qoyulmasını xahiş etmişdir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi həmin ərizəni icraata qəbul etməməli idi. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. İddiaçı məhkəməyə müraciət edərək, ona məxsus yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair çıxarışın verilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

26. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “E lektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

28. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində o lduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) 29. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin v ə dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

30. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə prose s iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

31. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

32. Apellyasiya instansiyası məhkəməsinin qərarı büt övlükdə mübahisələn-dirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

33. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

34. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

35. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

36. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın və texniki pasportun verilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

37. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

38. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

39. Hazırkı mübahisənin predmetini iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 22-ci məhəllədə yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından cavabdehin imtinası təşkil edir. Cavabdehin imtinasının, habelə etirazının, apellyasiya və kassasiya şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, Abşeron rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 251 nömrəli qərarına əsasən 0,10 hektar torpaq sahəsi üzərində Cav abdeh2 mülkiyyət hüququ xx.xx.2009-cu il tarixli, **********38 reyestr nömrəli çıxarışla qeydiyyata alınmışdır. Bundan sonra, xx.xx.2013-cü il tarixli ayrı-ayrı alqı-satqı müqavilələrinə əsasən Cavabdeh2, X2, X5, X13 tərəfindən 0,10 hektar torpaq sahəsi olmaqla, ümumilikdə 0,40 hektar torpaq sahəsi X6 özgəninkiləşdirilmisdir. Sözügedən alqı-satqı müqavilələrinə əsasən 0,40 hektar torpaq sahəsinə X3 mülkiyyət hüququ xx.xx.2013-cü il tarixdə **********30 reyestr nömrəli çıxarışla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X1 tərəfindən 0,40 hektar torpaq sahəsi bölünərək 0,30 hektar hissəsi X9 özgəninkiləşdirilmişdir (**********48) və hazırda X3 mülkiyyətində **********47 reyestr nömrəli çıxarışa əsasən 0,10 hektar torpaq sahəsi mövcuddur. Sadalanan uyğunsuzluqlar olduğu hald a isə cavabdeh haqlı olaraq imtina vermişdir.

40. İş üzrə apellyasiya baxışı zamanı İPM-in 13-cü maddəsinin tələblərinə uyğun olaraq iddiaçıya hüquqi yardım göstərilmiş, iddiaçı da hüquqi marağına və məqsədinə uyğun olaraq tələbini dəqiqləşdirmiş və Abşeron rayonu, Xırdalan şəhəri, 22-ci məhəllədə yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,10 hektar torpaq sahəsinə dair mülkiyyət hüququnun iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

41. Belə ki, İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin mün asibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 42. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, “məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım olunması”na dair İPM-in 13-cü maddəsində nəzərdə tutulan müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Bununla belə, Konstitusiya Məhkəməsi həmin maddənin yalnız “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması”na dair müddəasının inzibati apellyasiya icraatında tətbiqini yolverilməz hesab edir.

43. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddia tələbində edilən dəyişikliyin iddianın növünə təsir etmədiyini nəzərə almış və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbul olunmasını məqsədəuyğun hesab etmişdir.

44. İddia tələbinin mahiyyətinə münasibətdə isə qeyd edilməlidir ki, iş üzrə apellyasiya icraatı zamanı aparılmış ətraflı məhkəmə araşdırması nəticəsində apellyasi ya instansiyası məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, iddiaçının qeyd edilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüququ Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 439 nömrəli Fərmanına əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Belə ki, Abşeron rayonu, Xırdalan şəhəri, 22-ci məhəllədə yerləşən fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir, həmin fərdi yaşayış evinə dair tərtib edilmiş və təsdiq edilmiş surəti cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunda həyətyanı torpaq sahəsinin ölçüsü göstərilmişdir. Yerində müayinə zamanı həmin torpaq sahəsinin üçüncü şəxsin adına qeydə alınmış torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir.

45. Haz ırkı mübahisəyə münasibətdə hüququn qeydə alınması üçün tələb olunan hüquqmüəyyənedici sənədlərin mövcudluğu iş üzrə materiallarla təsdiq olunur. Nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir.

46. Məhkəmə kollegiyası qeyd edir ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyy ata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır.

47. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

48. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş ka ssasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 may 2023-cü il tarixli, 2-1(105)-40/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar