Məhkəmə qərarları › İş №2-1(102)-390/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-390/2020

11.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-390/2020 11.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə qarşı iş üzrə QƏRARİ (İş № 2-1(102)-390/2020) (Açar sözlər: zərərin ödənilməsi, mümkünsüz iddia) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə qarşı (üçüncü şəxs: Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti) “zərərin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 29 oktyab r tarixli 21(103)-2542/2019 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 2018-ci il 16 iyul tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək x ünvanında yerləşən binada ona məxsus mənzilin söküntüsü zamanı vurulmuş 15.000 manat məbləğində zərərin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1993-cü ildə ünvan 1 ünvanında məskunlaşmışdır. 1992–1993-cü illərdə Zəngilan rayonu ərazisində Azərbaycan Respublikasının ərazi bütövlüyü uyğunda aparılan döyüşlərdə iştirak etmişdir. Həmin döyüşlərdə yaralanaraq İİ qrup əlil olmuşdur. B una baxmayaraq, Qarabağ müharibəsi əlili kimi dövlətdən heç bir mənzil və torpaq sahəsi almamışdır. Zəngilan rayonundan olan məcburi köçkün kimi yuxarıda qeyd olunan ünvanda məskunlaşsa da, həmin ünvanın yanması bəhanəsi ilə ona heç bir yaşayış yeri verilmədən, yalnız cüzi həcmdə yardım ödənilməklə oradan çıxarılmışdır. Halbuki, çətinliklə də olsa, 25 il müddətində yaşadığı müddətdə öz təqaüdü hesabına təmir işləri apararaq həmin ünvanda özünə yaşamaq üçün minimum şərait qurmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 4 dekabr tarixli, 782 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən 27 ailənin köçürülməsi məqsədi ilə hər bir ailə başçısına 45.000 manat kompensasiya verilməsi nəzərdə tutulmuş və kompensasiya məbləği hə min Komitə və Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətində yaradılmış komissiya tərəfindən azaldılaraq təxminən 4 ailə başçısına 30.000 manat, bir ailə başçısına 20.000 manat, 23 ailə başçısına 40.000 manat ödənilir. Onun məskunlaşdığı x rayonu, x küçəsi 15 saylı binanın bir hissəsində yanğın baş verdiyindən, hər bir ailə başçısına 45.000 manat ödəməklə həmin binada məskunlaşan sakinlər köçürülmüşdür. Lakin hansı səbəbdənsə, onun hesabına 20.000 manat ödənilmişdir. O, həmin məbləğdən imtina edir. Çünki bu məbləğə ev almaq mümkün deyil. Buna görə də, yaşadığı yerdən çıxarılmasına etiraz edir. O, həmin məbləğdən imtina edir. Çünki, bu məbləğə ev almaq mümkün deyil. Buna görə də, yaşadığı yerdən çıxarılmasına etiraz edir və yaxud ona başqa sakinlər kimi cavabdeh tərəfindən 45.000 manat ödənilm əsini tələb edir. Xətai RİH-in günahı üzündən onun yaşayışa tam yararlı olan mənzili yararsız hala düşmüşdür. Belə ki, 2-ci mərtəbənin qapı və pəncərə şüşələrinin qırılması nəticəsində yağan yağış suları mütəmadi olaraq onun mənzilinə dolur. Kanalizasiya sisteminin işindəki nizamsızlıq mənzildəki atmosferi dözülməz hala gətirib çıxarmışdır. Xətai RİH-in günahı ucbatından bütün bunlardan məhrum olmuşdur. Bütün mebellər, ev əşyaları yararsız hala düşmüş, qaz, su, işıq kommunikasiya xətlərinin tam şəkildə fəaliyyət göstərməsi üçün əlavə xərclər yaradır. Göstərilənləri nəzərə alaraq, ünvan 4 ünvanında yerləşən binada ona (iddiaçıya) məxsus mənzilin söküntüsü zamanı yararsız hala düşərək vurulmuş 15.000 manat məbləğində zərərin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 18 sentyabr tarixli 2-1-(81)3492/2018 nömrəli qərardadı ilə iş baxılması üçün ərazi aidiyyəti üzrə 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə göndərilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 29 noyabr tarixli 2-1-(82)4584/2018 nömrəli qərardadı ilə iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 23 yanvar tarixli 2-1-(103)-222/2019 nömrəli qərardadı ilə iş ərazi aidiyyəti üzrə baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 1 avqust tarixli 2-1(82)2984/2019 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının məcburi köçkün kimi məskunlaşdığı yaşayış sahəsinin sökülməsi ilə əlaqədar onun əmlakına zərər vurulmuşdur. Bundan başqa, müvafiq binanın sökülməsi ilə əlaqədar orada yaşayan şəxslərin konkret dairəsi, o cümlədən ailə üzvlərinin sayı aidiyyəti təşkilat tərəfindən təsdiq edildiyi və həmin say çərçivəsində sakinlərə müvafiq həcmdə pul vəsaiti ödənildiyi halda, iddiaçı cavabdehin balansında olmayan yaşayış sahəsinin yararsız hala düşməsi ilə əlaqədar əlavə kompensasiya tələb edir ki, bunlar da, hazırkı cavabdehin səlahiyyətlərində deyil, eləcə də onun təqsiri səbəbindən baş verməmişdir. Belə olan halda, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüququnun pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hər hansı vəzifənin yerinə yetirilmədiyi məhkəmə araşdırılması ilə öz əksini tapmır. Odur ki, iddia mümkün sayılmır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 29 oktyabr tarixli 2-1(103)-2542/2019 nömrəli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. İddiaçı həmin qərardaddan kassasiya şikayəti vermişdir. O, qərardadın ləğv edilməsini və iddia tələbinə mahiyyəti üzrə baxılması ü çün işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsini tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu, K.Kərimov küçəsi 15 ünvanındakı köçürmə zonasından məhkəmə prosesi başa çatanadək Xətai rayon İcra Hakimiyyətinin zor tətbiq etməsinin qarşısının alınmasını və qaz, su, işıq kommunikasiya xətlərinin tam formada təmin edilməsinin Xətai rayon İcra Hakimiyyətinin nəzdində yaradılan Komissiyanın və Xətai rayon İcra Hakimiyyətinin üzərinə öhdəlik qoyulması barədə vəsatət qaldırmışdır. Belə ki, 2-ci mərtəbədəki qapı və pəncərə şüşələrinin qırılması nəticəsində yağan yağış suları mütəmadı olaraq iddiaçının mənzilinə dolur. Kanali zasiya sisteminin işindəki nizamsızlıq mənzilindəki atmosferi dözülməz hala gətirib çıxarmışdır. Bütün mebellər, ev əşyaları yararsız hala düşmüşdür. Lakin təəssüflər olsun ki, məhkəmə qüvvədə olan mülki və prosessual hüquq normalarının tələblərini kobud şəkildə pozaraq, iddia tələbinə mahiyyəti üzrə baxmaqdan imtina etmiş və iddianı mümkünsüz saymışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi yerində baxış keçirməsinə baxmayaraq, mövcud vəziyyəti əks etdirən şəkilləri işə əlavə etməmiş, baxış zamanı müəyyən edilmiş vəziyyət barədə protokol tərtib etməmiş, dəymiş ziyanın məbləğinin müəyyən edilməsi üçün ekspertiza təyin edilməsi barədə vəsatəti təmin etməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikay ətin təmin olunmasını xahiş etdi. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasında təmsil olunmamışlar. Əsaslandırma hissəsi: Cavabdehin və üçüncü şəxsin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin təl əbi göstərilmişdir (İPM-in 94.2-ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə əsasən, maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, ya xud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçının məcburi köçkün kimi məskunlaşdığı yaşayış sahəsinin sökülməsi ilə əlaqədar onun əmlakına zərər vurulmuşdur. Bundan başqa, müvafiq binanın sökülməsi ilə əlaqədar orada yaşayan şəxslərin konkret dairəsi, o cümlədən ailə üzvlərinin sayı aidiyyəti təşkilat tərəfindən təsdiq edildiyi və həmin say çərçivəsində sakinlərə müvafiq həcmdə pul vəsaiti ödənildiyi halda, iddiaçı cavabdehin balansında olmayan yaşayış sahəsinin yararsız hala düşməsi ilə əlaqədar əlavə kompensasiya tələb edir ki, bunlar da, hazırkı cavabdehin səlahiyyətlərində deyil, eləcə də onun təqsiri səbəbindən baş verməmişdir. İddianın məzmunundan da göründüyü kimi, iddiaçı ona 15000 manat zərərin üçüncü şəxsin təqsiri üzündən dəydiyini qeyd edir. Beləliklə, iddiaçının cavabdehə qarşı İPM-in 35.1-ci maddəsindən irəli gələn hazırkı məzmunda tələb hüququ yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 29 oktyabr tarixli 2-1(103)-2542/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüse

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar