Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-390/2023 14.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 190 manat birdəfəlik ödəmənin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “birdəfəlik ödəmənin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3098/2022 nömrəli, 27 oktya br 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının birdəfəlik ödəmənin verilməsi ilə bağlı müraciətlərinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X3 7 saylı Ərazi Məşğulluq Mərkəzi Filialı tərəfindən verilmiş cavab məktublarında ona bildirilmişdir ki, xx.xx.2019-cu il tarixdə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 aprel 2020-ci il tarixli, 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövrü ndə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na uyğun olaraq MEİS-in “Pensiya altsistemi”ndən alınmış məlumatlar əsasında həyat yoldaşının pensiya aldığı müəyyən olunduğu üçün ona birdəfəlik ödəmənin verilməsindən imtina edilmişdir. Bununla yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X1 işsiz kimi qeydiyyatda olduğunu nəzərə alaraq, “Məşğulluq haqqında” Qanuna uyğun olaraq tədbirlər, o cümlədən hal-hazırda Dost Mərkəzində vakant olan haqqı ödənilən ictimai işlər ona təklif edilmişdir.
2. Sumqayıt şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 02 dekabr 2020-ci il tarixli arayışdan görünür ki, X4 ilə İddiaçı nikah haqqında 07 fevral 2012-ci il tarixdə, 145 nömrəli akt qeydi t ərtib olunmuşdur. Nikahın qeydə alındığı yer Sumqayıt şəhər Qeydiyyat şöbəsi olmuşdur. X2 ölümü xx.xx.2017-ci il, 80 saylı akt qeydinə əsasən, Sumqayıt “Asan Xidmət” Mərkəzi qeydiyyat şöbəsində qeydə alınmışdır.
3. Sumqayıt “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 20 oktyabr 2020-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X4 xx.xx.2016-cı ildə ölmüşdür. Bu barədə, ölüm haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 80 nömrəli qeyd aparılmışdır.
4. X5 çıxarışdan görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə işsizlik statusu verilmiş, xx.xx.2020-ci il tarixdə onun işsizlik statusu müvəqqəti dayandırılmış, müvəqqəti dayandırılmanın səbəbi kimi, Fərdi məşğulluq proqramının tərtib olunmasından və (və ya) icrasından imtina etdikdə və yaxud fərd i məşğulluq proqramının icrasına dair hesabatı “İşsizlikdən sığorta haqqında” müəyyən edilmiş müddətdə təqdim etmədikdə göstərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 127 saylı qərarına əsasən 190 manat birdəfəlik müavinət ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, işsiz kimi 20 dekabr 2019-cu ildə ƏƏSMN-nin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Məşğulluq” sistemində işsiz kimi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 aprel 2020-ci il tarixli, 127 saylı qərarı ilə təsdiq olunmuş “K oronovirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən birdəfəlik 190 manat aylıq müavinətin alınması üçün SMS-lə vaxtında müraciət etmişdir. Müraciətinə əsasən ona, SMS-lə bildirilmişdir ki, ƏƏSMN-nin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemindən alınmış məlumata əsasən ərinin pensiya aldığı müəyyən edildiyindən, ona birdəfəlik ödənişin verilməsindən imtina olunmuşdur. Onun cavabdehə etdiyi müraciət məktubuna cavab olaraq verilmiş xx.xx.2020-ci il tarixli məktubda yuxarıda qeyd edilən əsaslar təkrar göstərilmişdir. O, cavabdehin imtinası ilə razılaşmır. Belə ki, mərhum əri X4 ilə 2012-ci ildə nikaha girmişdir. Mərhum M.H.Məmmədov 24 dekabr 2016-cı ildə “ürək zədələnməsi ilə gedən hipertenziya” xəstəliyindən vəfat etmişdir. Bunu Sumqayıt “Asan Xidmət” Mərkəzi tərəfindən verilmiş 20 oktyabr 2020-ci il tarixli, AZ-İİ № 093636 saylı “Ölüm haqqında şəhadətnamə” təsdiq edir. Ölüm haqqında şəhadətnaməni cavabdehə göndərmişdir. Lakin cavabdeh əsassız bəhanələr gətirərək, müavinəti ödəməkdən imtina etmişdir.
7. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı verilmiş yazılı etirazda qeyd edilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində inteqrasiya edilmiş məlumatlar əsasında sistem tərəfindən aparılmış araşdırma nəticəsində iddiaçının ərinin pensiya aldığı müəyyən edilmiş, bu səbəbdən ona həmin Qaydanın 2.3.10-cu yarımbəndinə uyğun olaraq, MAS tərəfindən bir dəfəlik ödəmənin verilməsindən imtina edilmişdir.
8. Bakı İnzibati Məhkəməsinin (hakim: A.A.Abdullayeva) 2-1(112)-3168/2021 nömrəli, 29 iyun 2021-ci il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, Koronovirus (COVİD19) pandemiyası ilə əlaqədar vətəndaşlara ayrılmış birdəfəlik ödəmənin xx.xx.2020-ci il tarixədək iddiaçıya ödənilməmiş aylar üzrə ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın mümkün sayılmaması barədə qərardad qəbul olunmasını xahiş etmişdir.
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ( hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, E.E.N ağıyeva və H.Ü.Həmidov) 2-1(103)-302/2022 nömrəli, 27 yanvar 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 29 iyun 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş materialları məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən prosessual hüquq normalarının tələbləri pozulmuş, iş natamam araşdırılmış, əhəmiyyət kəsb edən hallar aydınlaşdırılmamışdır. Həmçinin, iddianın təmin edilməyən hissəsi bəlli deyil, iddia tələbini dəqiqləşdirilməkdə iddiaçıya yardım olunmamışdır.
12. İş birinci instansiya məhkəməsinə qaytarıldıqdan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciə t edərək, ona Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 2020-ci ilin aprel-may, iyun, avqust ayları üzrə 190 manat məbləğdə birdəfəlik ödəmənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. birinci instansiya məhkəməsində ikinci icraat
13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6524/2022 nömrəli, 30 iyun 2022-ci il tarixli qərarı ilə (sədrlik edən hakim H.A.Ağalarov) iddia təmin edilmiş, iddiaçıya 2020-ci ilin aprel-may, iyun, avqust ayları üzrə “COVİD-19” pandemiyası ilə əlaqədar vətəndaşlara ayrılmış 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
14. Məhkəmə qeyd etmişdir ki, cavabdeh iddiaçının müraciətinin təmin olunmasından “həyat yoldaşının (ərinin) pensiya alması” ə sası ilə imtina etsə də, iş materiallarında bu halı təkzib edən iddiaçının mərhum ərinə məxsus “Ölüm haqqında” şəhadətnamə mövcuddur və həmin şəhadətnamədən müəyyən edilir ki, iddiaçının ərinin ölümü, ölüm haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə, 80 nömrəsi altında qeyd edilmişdir. Göründüyü kimi, iddiaçı məşğulluq alt sistemində xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək işsiz kimi qeydiyyatda olmuş, birdəfəlik ödəmənin verilməsi ilə bağlı cavabdehə müraciət edərkən, birdəfəlik ödəmə almaq hüququna malik şəxs olmuşdur.
15. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın mümkün sayılmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3098 /2022 nömrəli, 27 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: A.P.Oruczadə - sədrlik edən və məruzəçi, X.A.Cəmilova və M.N.Tağızadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 30 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
17. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın mümkün sayılmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
19. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli qərarı (bundan sonra - Qərar) ilə “Koronavirus (COVİD-19 ) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar İşsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası” təsdiq edilmişdir. Həmin qaydaya əsasən, birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) uyğun olaraq, işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir.
20. Qərarla təsdiq edilmiş Qaydanın 3.8-ci bəndinə əsasən, birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin həmin Qaydaya uyğun olaraq, hüquqlarının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının ( qurumlarının) informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur.
21. Həmin sistemlərdən əldə olunmuş məlumatlar insan faktoru olmadan avtomatlaşdırılmış şəkildə emal olunaraq, hüququ müəyyən edilmiş işsiz şəxslərə birdəfəlik ödəmələr üzrə təyinatlar aparılmışdır.
22. Hazırda birdəfəlik ödəmənin verilməsi proqramı başa çatdırılaraq, icrası müddəti bitmiş və bir aydan az müddət ərzində 600 min şəxsə bu ödəmə təyin olunaraq, ödənişlər həyata keçirilmişdir. Göründüyü kimi, bu sosial müdafiə tədbirinə cəlb etmə müddəti və cəlb olunan şəxslərin sayı üzrə konkret çərçivə müəyyən edilmişdir. Bu məqsədlə dövlət büdcəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə birdəfəlik şəkildə vəsait ayrılmış və həmin dövrdə təyinatı üzrə istifadə olunmuşdur.
23. Qərarın 1.2-ci bəndində açıq ş əkildə göstərilmişdir ki, birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 25. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
1. Əsas anlayışlar 1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: (-); 1.1.6. işsiz şəxs – işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxs; 1.1.7. işaxtaran – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) münasib iş üçün və bu Qanunda nəzərdə tutulmuş hallarda aktiv məşğulluq tədbirləri ilə bağlı müraciət edən və işaxtaran kimi qeydiyyata alınan şəxs;
26. Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli 1950 nömrəli sərəncamı: 2020-ci il ərzində bütün dünyada sürətlə yayılan yeni növ koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların (bundan sonra-pandemiya) Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsindən Azərbaycan Respublikasının Nazirlər Kabineti nə 1,0 (bir) milyard manat ayrılsın.
2. Pandemiyanın Azərbaycan Respublikasının iqtisadiyyatına təsirini qiymətləndirmək üçün Azərbaycan Respublikası İqtisadiyyat nazirinin rəhbərliyi ilə İşçi Qrup yaradılsın. (-).
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”: (-). İİ. Məşğul luq və sosial rifaha dəstək sektoru üzrə işçilərin işsizlik riskindən qorunması və sosial müdafiəsi istiqamətində (-).
4. Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi-ƏƏSMN-2020-ci ilin aprel, may ayları
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 aprel 2020-ci il tarixli 127 nömrəli qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası:
1. Ümumi müddəalar 1.1. Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtl əri və qaydası (bundan sonra – Qayda) koronavirus (COVİD-19) pandemiyası (bundan sonra - pandemiya) dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Məşğulluq” altsistemində (bundan sonra - MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (bundan sonra – işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin (bundan sonra – birdəfəlik ödəmə) verilməsi şərtlərini və qaydasını tənzimləyir. 1.2. Birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. 1.3. Birdəfəlik ödəmə Azərbaycan Respublikasının Naz irlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir. 1.4. Birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir.
2. Birdəfəlik ödəmənin verilməsi şərtləri 2.1. Birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. 2.2. Birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, aşağıdakı işsiz şəxslərə bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla ödənilir: 2.2.1. 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə; 2.2.2. pandemiya ilə əlaqə dar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə. 2.3. Dövlət qurumlarından aşağıdakı ödənişləri alan, habelə bu bənddə göstərilən meyarlara cavab verən işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: [2] 2.3.1. ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə; 2.3.2. əmək pensiyaçılarına; 2.3.3. aylıq müavinət alanlara; 2.3.4. aylıq təqaüd alanlara; 2.3.5. özünü məşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə; 2.3.6. işsizlikdən sığorta ödənişi alanlara; 2.3.7. peşə hazırlığına görə təqaüd alanlara; 2.3.8. 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə; 2.3.9. əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara; 2.3.10. bu Qaydanın 2.3.1-2.3.8-ci, 2.3.11-ci, 2.3.12-ci və 2.3.15-ci yarımbəndlərində göstərilən şəxslərin əri və ya arvadı; 2.3.11. mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlakı olanlara; 2.3.12. mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara; 2.3.13. birdəfəlik ödəmə üçün müraciət tarixində xaricdə olanlara; 2.3.14. yaşı 18-dən aşağı olanlara; 2.3.15. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq əldə edilən məlumatlar əsasında birdəfəlik ödəmə üçün müraciət tarixinə 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun iki mislindən çox digər gəliri (maliyyə vəsaiti, qeyri-maddi aktivləri və s.) olanlara. 2.4. Birdəfəlik ödəmə yalnız ailə üzvlərindən (ər və ya arvad) birinə ödənilir.
3. Birdəfəlik ödəmənin verilməsi qaydası 3.1. Şəxs birdəfəlik ödəmənin alınması üçün “e-sosial” portalında “Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın müvəqqəti ləğv edilməsi” xidmətindən istifadə edərək müraciət edir. 3.2. İşsiz statusu olanlara münasibətdə MAS tərəfindən bu Qaydanın 3.4-cü və 3.5-ci bəndlərinə uyğun olaraq yoxlama aparılır və müvafiq qərar qəbul olunur. 3.3. İşsiz statusu olmayan şəxs isə bu statusun alınması üçün bu Qaydanın 3.1-ci bəndində göstərilən qaydada müraciət edir. Bu zaman MAS tərəfindən şəxsə münasib işin təklif edilməsi mümkün olmadıqda, dərhal işsiz statusunun verilməsi haqqında qərar qəbul olunur və bu Qaydanın 3.4-cü və 3.5-ci bəndlərinə uyğun olaraq yoxlama ap arılır. 3.4. MAS tərəfindən işsiz şəxsin bu Qaydanın 2.3-cü bəndində göstərilən şəxslərə aid olması yoxlanılır. Yoxlama nəticəsində işsiz şəxsin bu Qaydanın 2.3-ci bəndində göstərilən şəxsə aid olması müəyyən edildikdə, MAS tərəfindən elektron qaydada birdəfəlik ödəmənin verilməsindən imtina olunur, bu barədə işsiz şəxsə imtinanın səbəbi göstərilməklə, mobil telefon vasitəsilə SMS göndərilir və onun elektron kabinetinə əsaslandırılmış bildiriş yerləşdirilir. 3.5. Yoxlama nəticəsində işsiz şəxsin, bu Qaydaların 2.3-cü bəndində göstərilən kateqoriyaya aid şəxs olmaması müəyyən edildikdə birdəfəlik ödəmənin təyin edilməsi haqqında MAS tərəfindən qərar qəbul olunur. 3.6. Birdəfəlik ödəmə bank və ya poçt vasitəsi ilə ödənilir və bu barədə şəxsə mobil ismarış göndərilir. 3.7. Birdəfəlik ödəmən in pandemiya ilə əlaqədar xüsusi karantin rejimi dövründə aylıq həyata keçirilir. Növbəti ay üçün birdəfəlik ödəmə təkrar yoxlama keçirildikdən sonra əvvəlki ödənişdən 30 (otuz) gün sonra həyata keçirilir. 3.8. Birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin bu Qaydaya uyğun olaraq, hüquqlarının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının (qurumlarının) informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur.
29. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yox layır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yen i qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
31. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəl illərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır və təmin olunmamalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
33. Məhkəmə kollegiyası qeyd edir ki, Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etmək lə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
34. Bu baxımdan kassasiya şikayətinin məzmun və mahiyyətcə apelyasiya şikayəti ilə eyni olan dəlilləri üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.
35. Bununla belə, kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
36. Hazırkı mübahisə iddiaçıya işsiz kimi qeydiyyatda olan şəxslər üçün nəzərdə tutulmuş koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə 190 manat məbləğində aylıq birdəfəlik ödəmənin verilməsindən cavabdehin imtinası ilə bağlıdır. Bununla bağlı qeyd olunmalıdır ki, cavabdeh ödəmədən imtina barədə qə rar qəbul edərkən ödəmənin həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş dispozisiya şərtlərinin şəxsə münasibətdə mövcud olub-olmamasını xidməti vəzifəsinə görə araşdırmalıdır. Yalnız belə araşdırma nəticəsində, tələb olunan dispozisiya şərtlərinin şəxs tərəfindən ödənilmədiyinin müəyyən olunduğu təqdirdə, cavabdeh həmin vəsaitin ödənilməsindən imtina etməyə haqlıdır.
37. Nəzərə alınmalıdır ki, birdəfəlik ödəməni nəzərdə tutmaqda dövlətin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiqi ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin minimal yaşayış ehtiyaclarını və sosial müdafiəsini təmin etməkdən ibarətdir.
38. Bu baxımdan, hazırkı qərarın 27-28-ci bəndində istinad olunan normalar pandemiya dövründə xüsusi karantin rejiminin tətbiqi i lə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtlərini və qaydalarını, birdəfəlik ödəmənin verilməsi əsaslarını, habelə ödəmənin veriləcəyi şəxslərin dairəsini müəyyənləşdirir.
39. Yuxarıda istinad olunan normalara görə, birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və yuxarıda istinad olunan həmin Qaydaların 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla, 01 aprel 2020-ci il tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə və pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə ödəni lir (1.2, 1.3, 1.4, 2.1 və 2.2-ci bəndləri).
40. Cavabdeh iddiaçıya birdəfəlik ödəmənin verilməsi məsələsini həll edərkən məhz yuxarıda qeyd olunan qaydalara uyğun davranmalı, həmin normalarda nəzərdə tutulmuş şərtlərin və əsasların iddiaçıya münasibətdə mövcud olub-olmadığını yoxlamalı idi. Bu konkret mübahisəyə münasibətdə həm də ona görə xüsusi əhəmiyyət daşıyır ki, müvafiq qaydalarda nəzərdə tutulmuş kateqoriyadan olan şəxslər dövlətin sosial müdafiə tədbirlərindən kənarda qalmasınlar. Başqa sözlə, birdəfəlik ödəmə sosial müdafiəyə ehtiyacı olan və qanunvericiliklə müəyyən olunmuş kriteriyalara cavab verən şəxslərə, onların buna hüquqlarının yarandığı təqdirdə ödənilməlidir.
41. Belə ki, iş üzrə materiallarla müəyyən edilir ki, iddiaçı “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsus i karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və Qaydası” ilə müəyyən edilmiş ödəmələri almamış və işaxtaran kimi Dövlət Məşğulluq idarəsində qeydiyyata alındığı halda ona Nazirlər Kabinetinin qeyd olunan qərarlarına müvafiq olaraq 2020-ci ilin aprel-may, iyun, avqust ayları üzrə 190 manat məbləğində birdəfəlik ödəmə verilməmişdir.
42. Nəzərə alınmalıdır ki, pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə iddiaçıya işsiz kimi 190 manat məbləğində aylıq birdəfəlik ödəmənin verilməsini istisna edən qanunvericilikdə müəyyən edilmiş hər hansı əsasın mövcudluğu müəyyən edilməmiş və bu barədə, heç bir mötəbər sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.
43. Beləliklə, məhkəmə kolle giyası hesab edir ki, iddiaçıya 190 manat məbləğində birdəfəlik aylıq ödəmənin verilməsindən cavabdehin imtinası qanunsuz sayılmalı və şəxsin həmin ödəməyə olan hüququnun pozulması kimi qiymətləndirilməlidir.
44. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən edilməmişdir.Odur ki, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3098/2022 nömrəli, 27 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.