Məhkəmə qərarları › İş №2-1(102)-3903/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3903/2025

11.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3903/2025 11.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İbrahimov Elçin Vaqif oğlunun cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: (müharibə veteranı” adı və vəsiqəsinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı İbrahimov Elçin Vaqif oğlunun cavabdeh Cavabdeh qarşı “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## ######## tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. Cavabdeh tərəfindən ünvanlanmış ##.##.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, ##.##.1994-cü il tarixdə Bakı şəhəri Nərimanov RHK-dan çağırılmış, 1975ci il təvəllüdlü İbrahimov Elçin Vaqif oğlu N №-Ii hərbi hissə komandirinin ## ###### 1994cü il tarixli ** №-li əmrilə (əsas: § 4, səh 100) ##.##.1994-cü il tarixdən şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək “sıravi” hərbi rütbəsi verilməklə III bölüyün, III tağımının, III manqasında elektrik vəzifəsinə təyin olunmuşdur.

2. N №-li hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli ** №-li əmrində III bölüyün elektriki, sıravi E.V.İbrahimovun (əsas: § 2, səh 112, sıra 9, əmrdə adı və atasının adı tam yazılmamışdır) döyüş tapşırıqlarını yerinə yetirmək üçün ##.##.1994-cü il tarixdən ##.##.1994-cü il tarixədək 30 (otuz) günlük Daş-Burun döyüş əməliyyatları bölgəsinə göndərilməsi barədə məlumat vardır.

3. N №-li hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli ** №-li əmrində III bölüyün elektriki, sıravi E.V.İbrahimovun (əsas: § 1, səh 145, sıra 3, əmrdə adı və atasının adı tam yazılmamışdır) ##.##.1994-cü il tarixdən Daş-Burun döyüş əməliyyatları bölgəsindən qayıtması barədə məlumat vardır.

4. N №-li hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli ** №-li əmrində III bölüyün elektriki, sıravi E.V.İbrahimovun (əsas: § 1, səh 178, sıra 8, əmrdə adı və atasının adı tam yazılmamışdır) döyüş tapşırıqlarını yerinə yetirmək üçün ##.##.1994-cü il tarixdən ##.##.1994-cü il tarixədək 17 (on yeddi) günlük Daş-Burun bölgəsinə göndərilməsi barədə məlumat vardır.

5. N №-li hərbi hissə komandirinin ##.##.1994-cü il tarixli *** №-li əmrində sürücü, sıravi E.V.İbrahimovun (əsas: § 1, sıra 11, əmrdə adı və atasının adı tam yazılmamışdır) ##.##.1994-cü il tarixdən Daş-Burun döyüş əməliyyatları bölgəsindən qayıdaraq, ##.##.1994-cü il tarixdən qazan təminatına daxil edilməsi barədə məlumat vardır.

6. N №-li hərbi hissə komandirinin ##.##.1995-ci il tarixli *** №-li əmrində sürücü, sıravi İbrahimov Elçin Vasif oğlunun (əsas: § 7, səh 84, sıra 136, əmrdə atasının adı Vasif yazılmışdır) tutduğu vəzifədən azad edilərək III bölükdə elektrik vəzifəsinə təyin olunması barədə məlumat vardır.

7. N №-li hərbi hissə komandirinin ##.##.1996-cı il tarixli *** №-li əmrilə sıravi İbrahimov Elçin Vaqif oğlu (əsas: § 4, səh 62, sıra 45) ##.##.1996-cı il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan azad edilərək, hərbi xidmətini davam etdirmək üçün N №-li hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. Qeyd edilir ki, N №-li hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır.

8. İddiaçı cavabdehə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbi ilə müraciət etmiş, cavabdeh tərəfindən isə iddiaçının xidmət keçdiyi N nömrəli hərbi hissənin Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığına və iddiaçının Daşburun yaşayış məntəqəsində ezamiyyətdə olduğu hərbi hissədən təsdiqedici sənədləq təqdim edilmədiyinə görə imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

a. birinci instansiya məhkəməsində birinci icraat

9. İddiaçı İbrahimov Elçin Vaqif oğlu məhkəməyə iddia ərizəsi ilə müraciət edərək xidməti illəri nəzərə alınaraq arxiv arayışında göstərildiyi kimi N saylı hərbi hissənin tərkibində Füzuli rayonu istiqamətində gedən döyüşlərdə iştirak etdiyi üçün Müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.1975-ci il təvəllüdlü İbrahimov Elçin Vaqif oğlu ##.##.1994-cü il tarixdə Bakı şəhəri Nərimanov RHK-dan həqiqi hərbi xidmətə çağrılmışdır. N №-li hərbi hissə komandirinin ## ###### 1994-cü il tarixli ** №-li əmrilə (əsas § 4, səh 100) ##.##.1994-cü il tarixdən şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək “siravi” hərbi rütbəsi verilməklə 3-cü bölüyün 3 tağımının 3 manqasında elektrik vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin ## #### 1994-cü il tarixli ** №-li əmrilə 3 bölüyün elektrik, sıravi E.V. İbrahimovun (əsas: § 2, səh 112, sıra 9, əmrdə adı və atasının adı tam yazılmamışdır) döyüş tapşırıqlarını yerinə yetirmək üçün ##.##.1994-cü tarixdən ##.##.1994-cü il tarixədək 30 (otuz) günlük Daş-Burun döyüş əməliyatları bölgəsinə göndərilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin ## #### 1994- cü il tarixli ** №-li əmrində 3 bölüyün elektrik sıravi E.V.İbrahimovun (əsas: § 1, səh 145, sıra 3 əmrdə adı və atasının adı tam yazılmamışdır) ##.##.1994-cü il tarixdən Daş-Burun döyüş əməliyyatları bölgəsindən qayıtması barədə məlumat vardır. N №- li hərbi hissə komandirinin ## ##### 1994-cü il tarixli ** №-li əmrində 3 bölüyün elektrik, sıravi E.V. İbrahimovun (əsas: § 1, səh 178, sıra 8, əmrdə adı və atasının adı tam yazılmamışdır) döyüş tapşırığını yerinə yetirmək üçün ##.##.1994-cü il tarixdən ##.##.1994-cü il tarixədək 17 (on yeddi) günlük Daş-Burun bölgəsinə göndərilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin ## ### 1994-cü il tarixli *** №-li əmrində sürücü, sıravi E.V.İbrahimovun (əsas: § 1, sıra 11, əmrdə adı və atasının adı tam yazılmamışdır) ##.##.1994-cü il tarixdən Daş-Burun döyüş əməliyyatları bölgəsindən qayıdaraq, ##.##.1994-cü il tarixdən qazan təminatına daxil edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin 06. Sentyabr 1995-ci il tarixli *** №-li əmrdə sürücü sıravi İbrahimov Elçin Vasif oğlunun (əsas: § 7, səh 84, sıra 136, əmrdə atasının adı Vaqif yazılmışdır) tutduğu vəzifədən azad edilərək 3 bölükdə elektrik vəzifəsinə təyin olunması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin ## ###### 1996-cı il tarixli *** №-li əmrilə sıravi İbrahimov Elçin Vaqif oğlu (əsas: § 4, səh 62, sıra 45) ##.##.1996-cı il tarixdən şəxsi heyətin siyahısından , bütün növ təminatlardan azad edilərək, hərbi xidmətinin davam etdirmək üçün N №-li hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. İddiaçı qeyd edir ki, N №-li hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qanuna müvafiq qaydada döyüşmüş, döyüş əməliyatlarında iştirak etmiş və xidmət müddəti başa çatdığı üçün ordu sıralarından təxris olunmuşdur. İddiaçı əsgəri vəzifəsini yerinə yetirmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Arxivinə N saylı hərbi hissənin əmrlərinin daxil olub-olmaması iddiaçının əsgəri vəzifəsinə aid deyil. İddiaçının qanunamüvafiq qaydada təxris olunması hərbi biletində öz əksini tapmışdır. İddiaçı fərari olsaydı və yaxud hərbi hissəni öz başına tərk etmiş olsaydı, haqqında cinayət işi olardı. Azərbaycan Respublikasının Hərbi Prokurorunun verdiyi arayışda cinayət işimin olmadığını göstərib. Lakin Cavabdeh Nəznində Veteran Adlarının və X1 Üzrə Komissiya cavab vermişdir ki, sənədlər düzgün deyil və ya lazım olan sənədlər təqdim edilməmişdir. Əslində isə bütün sübutlar Müdafiə Nazirliyinin verdiyi arayışda öz əksini tapmışdır.Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, vətəndaş İbrahimov Elçin Vaqif oğluna “Müharibə Veteram” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın ##.##.2024-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Təqdim olunmuş sənədlərə əsasən xidmət keçdiyi N nömrəli hərbi hissə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığınarvə Daşburun yaşayış məntəqəsində ezamiyyətdə olduğu hərbi hissədən təsdiqedici səribdlər təqdim edilmədiyinə görə ətəndaş Elçin İbrahimova “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. Əlavə olaraq bildirilir ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 (otuz) gün müddətinə şikayət vermək hüququna malikdir.

11. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının tələbinin mahiyyəti, iddiaçının müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Cavabdeh üzərinə qoyulmasından ibarətdir. Hesab edilir ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1995-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: 1988-ci il ######ın #- dən 1994-cü il ###ın ##-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994- cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyivə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteram” adı verilir.Müdafiə Nazirliyinin Mərkəzi Arxivin ##.##.2024-cü il tarixli **** nömrəli arxiv məktubundan da göründüyü kimi iddiaçının dövüs əməliyyatları aparan hərbi hissələrdə hərbi xidmət keçməsi, döyüş əmıəlvvatlarında iştirak edən hərbi hissələrə ezam olunması barədə məlumatlar aşkar olunmamışdır. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə" ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar.

12. Bakı İnzibati Məhkəməsinin (hakim: G.Sevdimalıyeva) 2025-ci il ## ###### tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ##.##.1994- 13. ##.##.1997-ci illərdə Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etmiş (belə ki, iddiaçının həmin hərbi hissəyə ezam olunması və qayıtması barədə məlumatlar mövcuddur), iddiaçının hərbi xidmətdən qanuni əsaslarla buraxılması haqqında məlumat mövcud olmaqla hərbi xidmət yerini özbaşına tərk etməmiş, həmin dövrdə hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilibedilməsi, iddiaçının məhkumluğu, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi, amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə məlumat yoxdur. İddiaçı bildirir ki, o, Daş-Burun döyüş əməliyyatlarında iştirak etmək üçün hərbi hissəyə göndərilmiş, lakin qeyd edilən ərəfədə ağır döyüşlər getdiyindən hər hansı əsgərin həmin hərbi hissəyə qəbulu sənədləşdirilməmişdir. Cavabdehin imtina üçün dəlili iddiaçının Daş-Burun döyüş əməliyyatlarında iştirak edən hərbi hissəyə qəbul edilməsi barədə məlumatın olmamasıdır. Bununla bağlı məhkəmə tərəfindən cavabdeh quruma sorğu göndərilərək 1994-cü ilin mart və aprel aylarında DaşBurun döyüş əməliyyatları bölgəsinə ezam edilmiş əsgərlərinin qəbulunun hansı qaydada həyata keçirilməsi barədə məlumatın və bununla bağlı Cavabdeh arxivində mövcud olan sənədlərin (hərbi hissə əmrləri və s.) məhkəməyə təqdim edilməsi tələb edilmiş, lakin cavabdeh tərəfindən qeyd edilən halla bağlı hər hansı sənəd, əmr və ya məlumat təqdim edilməmişdir. Odur ki, iddiaçının məhz döyüş tapşırıqlarının icrası üçün Daş-Burun döyüş əməliyyatları bölgəsinə göndərilməsi və həmin əməliyyatlardan qayıtması barədə hərbi hissə tərəfindən aparılmış müvafiq sənədləşmə olduğundan və cavabdeh tərəfindən əsgərlərin həmin hərbi hissə (DaşBurun döyüş əməliyyatlarında iştirak edən) tərəfindən hansı qaydada qəbulunu təsdiq edən hər hansı sübut və ya məlumat təqdim edilmədiyindən iddiaçının dəlillərinə və onun barəsində təqdim edilmiş əmrlərə şübhə ilə yanaşmaq üçün məhkəmə hər hansı əsas görmür.

14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## ######## tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2025-ci il ## ###### tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilərək iddianın təmin edilməməsi qərara alınmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birini instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakı faktı iş materialları ilə təsdiqini tapmır. Belə ki, apellyasiya baxışı zamanı ##.##.2025-ci il tarixli məhkəmə iclasında iddiaçı izahatında və verilən suallara cavabında bildirmişdir ki, 1994-cü ilin yanvar ayından N saylı hərbi hissəyə gəlmiş, təmir taborunda olmuşdur.1994-cü ildə döyüş əməliyyataları zamanı Bakıda yerləşən hərbi hissələrin əsgərlərinin də döyüş bölgəsinə ezam olunması ilə bağlı əmr verilmişdi. İddiaçı da əsgər idi.Təmir edənlər ustalar idi.Onları hər bir ustanın yanına köməkçi kimi göndərirdilər.İddiaçı təmir taboruna daxil idi. Döyüş bölgəsində vurulmuş tankları və digər maşınları təmir edirdilər. Artıq 30 il keçib. Ustaların adlarını xatırlamır, onlardan kimlərə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə bağlı məlumatı yoxdur.

17. Bundan başqa Müdafiə Nazirliyinin Mərkəzi Arxivin ##.##.2024-cü il tarixli **** nömrəli arxiv məktubundan da göründüyü kimi iddiaçının dövüs əməliyyatları aparan hərbi hissələrdə hərbi xidmət keçməsi, döyüş əmıəlvvatlarında iştirak edən hərbi hissələrə ezam olunması barədə məlumatlar aşkar olunmamışdır.

18. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

a) kassasiya şikayətinin dəlilləri

21. Kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

23. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya Amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”

1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il ######ın #-dən 1994-cü il ###ın ##-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il ## ### tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik ve Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikas ı Prezidentinin Təhl ü kəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə ve Bilgi Bilgisi Təhl ü kəsizliyi D ö vlət Xidməti, Azərbaycan Respublikas ı n Stratejik Obyektlərin M ü hafızəsi D ö vlət Agentliyi ve hərbi idarəetmə orqanları bulmak için verilen arayışlar, biletler (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ile birgə təqdim edildiyi) halda) , şəxsi işlər, orden və madalyalarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli başarı hakimiyyəti organlarının təsdiq etdikləri siyahılar (döyüşlərdəı sübut edən) sənədlərlə birgə təqdim edildiyi halda) , əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında ; ... Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. ...

2. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir.

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən, məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

30. Məhkəmə kollegiyası, xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

31. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə yönəlmişdir.

32. Məhkəmə kollegiyası qeyd edir ki, “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, bunun müvafiq sənədlərdə əks edilməsi və hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarılmasıdır. Hazırkı işin hallarına görə iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakı faktı müəyyən edilmir.

33. Odur ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

34. Beləliklə, kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## ######## tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar