Məhkəmə qərarları › İş №2-1(102)-391/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-391/2019

13.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-391/2019 13.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçılar İddiaçı1 qızının, İddiaçı2 cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə, üçüncü şəxs X3 qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-391/2019) Bakı şəhəri xxxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, üçüncü şəxs X6 iştirakı ilə, İ.Muradovun katibliyi ilə, iddiaçılar İddiaçı1 qızının, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın D övlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı qanuni istifadəsində olmuş, Ağdaş rayon Abad kəndində yaşamış, İddiaçı2, X5, X3 verilməmiş pay torpaq sahəsinin Ağdaş rayonunun Abad bələdiyyəsinə aid torpaq sahəsindən ayrılması, həmin torpaq sahəsinə adına torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(107)381/2018 saylı qərardadındaniddiaçılar İddiaçı1 qızı, X4 və vəkilləri Vəkil qızı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçılar İddiaçı1 qızı, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələ ləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Novxanı qəsəbəsində yerləşən, 706 saylı bağ sahəsinin 400 kv.m hissəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq onun adına çıxarışın verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə həvalə edilməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2017-ci il tarixli, 2-1(84)-522/2017 saylı qərardadı ilə iddiaçılar İddiaçı1 qızının və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı qanuni istifadələrinə verilmiş 0,06 ha torpaq sahəsinə və X1 verilmiş 0,06 ha və 0,26 ha torpaq sahələrinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə icraata xitam verilmişdir (hakim – K.H.Vəliyev). Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(107)-381/2018 saylı qərardadı ilə (sədrlik edən R.Ə.Əliyev, hakimlər M.M.Hüseynov və İ.H.Şükürov) iddiaçılar İddiaçı1 qızının, İddiaçı2 apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xxx 2017-ci il tarixli qərardadı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərarından iddiaçılar İddiaçı1 qızı, X4 və vəkilləri Vəkil qızı kassasiya şikayəti verərək məhkəmə qərardadının ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, iddianın könüllü həll olunması səbəbindən İddiaçı1 iddiadan imtina ərizəsi yazmağı və İddiaçı2 iddia tələbindən imtina barədə ərizənin özü tərəfindən imzalanmaması ilə bağlı olmuşdur. Məhkəmə kollegiyası isə şikayətin dəlillərini ancaq imzanın yoxlanması ilə yekunlaşdırmış, iddiadan imtina etməyin əsas səbəbinin tələbin könüllü həll olunması ilə bağlı iddiaçılara vəd verilməsi ilə əlaqədar olmasına dair dəlilə qiymət verməmişdir. Ər izənin məzmunu iddiadan imtina etmək və sənədlərin qaytarılması ilə bağlı olmuş, həmin qərarddaddan şikayət verilməsi nəzərdə tutulmamışdır. Ancaq bu o zaman baş verərdi ki, tələb təmin olardı iddiaçılar iddiadan imtina edərdilər. Ancaq bu işdə bu hal müəyyən olunmur. İddiaçılar o şərtlə, işin məhkəmədən alınmasına razı idilər ki, sənədəri götürüb cavabdeh orqana verəcəkdilər ki, mülkiyyət sənədləri verilsin. İPM-nin 55-ci maddəsində iddiaçının iddiadan imtinası əsasında iş üzrə icraata xitam verilmə qaydası vardır və qərardad da həmin tələblərə əsasən çıxarılmışdır, məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual və İnzibati Prosessual Məcəllələlərinin tələbləri pozulmuşdur. Tərəflərin izahatları Üçüncü şəxs X2 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün Azər baycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq izahatı dinlənilmədi. İddiaçılar İddiaçı1 qızı, İddiaçı2, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilm iş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası iddiaçılar İddiaçı1 qızının, İddiaçı2, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılm asa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(107)-381/2018 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Apellyasiya Məhkəməsi iş üzrə o nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi iş üzr ə icraata xitam verməkdə haqlı olmuş, işin faktiki hallarına və tərəflərin qaşılıqlı münasibətlərinə uyğun olan nəticəyə gəlmiş, məhkəmə baxışı zamanı iddiaçılar İddiaçı1 qızı və İddiaçı2 ərizə ilə məhkəməyə müraciət edərək, iddiadan imtina etdiklərini, həmin ərizə ilə iş üzrə qərar qəbul edilməməsini və bu səbəbdən də işdə olan sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişlər, cavabdehin nümayəndəsi S.Kərimov məhkəməyə təqdim etdiyi ərizəsində iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmiş, Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş xxxx 2018ci il tarixli, **** nömrəli ekspert rəyinə əsasən, inzibati işin 121-ci vərəqəsində İddiaçı1 qızı və İddiaçı2 adlarından Şəki İnzibati-İqtisadi Məhkəməsinə ünvanlanmış olan xxxx 2017-ci il tarixli iddiadan imtina barədə ərizənin aşağı tərəfində “İddiaçı2” yazısı qarşısında imza - İddiaçı2 tərəfindən icra olunmuşdur. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilir. İddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə icraata xitam verməkdə haqlı olduğunu, işin faktiki hallarına və tərəflərin qaşılıqlı münasibətlərinə uyğun olan nəticəyə gəldiyini, iddiaçıların ərizə ilə məhkəməyə müraciət edərək iddiadan imtina etdiklərini, ekspertiza rəyinə əsasən İddiaçı1 qızı və İddiaçı2 adlarından Şəki İnzibati-İqtisadi Məhkəməsinə ünvanlanmış xxxx 2017-ci il tarixli, iddiadan imtina barədə ərizədəki imzanın İddiaçı2 tərəfindən icra olunduğunu, bu faktın kassasiya şikayətində iddiaçıların özləri tərəfindən də mübahisələndirilmədiyini nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Qanunvericiliklə iddiadan müəyyən şərtlə imtina edilməsi nəzərdə tutulmamış və bu hal yalnız tərəflər arasında barışıq sazişi bağlanması yolu ilə mümkün ola bilərdi ki, hazırkı halda da bu baş verməmişdir. Azərbaycan Respublikası İ nzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(107)-381/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(107)-381/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar