Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-391/2020 29.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı iş üzrə QƏRARİ (İş № 2-1(102)-391/2020) (Açar sözlər: mümkünsüz iddia) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1, Cavabdehin vəkili X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı “hüquq və azadlıqların pozulmasının tanınması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya M əhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 14 noyabr tarixli 2-1(103)2718/2019 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 2019-cu il 9 sentyabr tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh tərəfindən ona münasibətdə Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi, Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsi ilə müəyyən olunmuş hüquq və azadlıqlarının pozulmasının tanınmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1992-ci ildən Müsavat Partiyasının üzvüdür. 2019-cu il 21 avqust tarixində ona Bakı şəhər BPİ-nin İctimai Təhlükəsiz lik İdarəsinin rəisi, polkovnik x zəng edərək ertəsi günü saat 11-də Respublika Prokurorluğuna dəvət etdi. Ondan rəsmi yazılı çağırış tələb edildi. Həmin gün axşam saatlarında iki nəfər polis əməkdaşı Baş Prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçi x imzası ilə olan rəsmi çağırış məktubu təqdim etdilər. O, 2019-cu il 22 avqust tarixində, saat 11-də Respublika Prokurorluğuna gəlib, orada onu əvvəlcə mətbuat xidmətinin rəhbəri x qəbul edərək Baş Prokurorun müavini x və X3 müavini x oturduğu otağa apardı. Ona xatırlatdılar ki, bundan əvvəl də Baş Prokurorun birinci müavini x söhbətə dəvət edilib. Ona “Facebook” sosial şəbəkəsindəki şəxsi hesabından paylaşdığı statusların surətlərini təqdim edərək bildirdilər ki, bunlarda ölkədəki stabilliyi pozmağa, vətəndaşları qanunsuz əməllərə təhrik etməyə və s. cinayət tərkibli çağırışlar, həmçinin, ölkə rəhbərinin və hüquq mühafizə orqanlarının ünvanına böhtanlar var. Bu fəaliyyətini davam etdirəcəyi təqdirdə ona qarşı ciddi tədbir görməli olacaqlar. İddiaçı isə öz növbəsində onlara bildirdi ki, onun sosial şəbəkələrdəki statuslarında qanunsuz heç nə yoxdur, o cür çağırışlar etməyib, sadəcə olaraq ölkədəki korrupsiyanı, seçki saxtakarlığını, hüquq mühafizə orqanlarının qanunsuz əməllərini, azadlıqların qadağan edildiyini tənqid edib. Sonunda iddiaçıya 2 səhifəlik xəbərdarlıq təqdim etdilər və o, imza ataraq qeyd edib ki, burada yazılanlar doğru deyil və heç bir qanunsuz hərəkət etməyib. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, Baş Prokurorluqda aparılmış araşdırm alar zamanı iddiaçının “Facebook” sosial şəbəkəsində qəsdən və qərəzli şəkildə reallığa uyğun olmayan, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq yaratmağa xidmət etməklə hakimiyyət əleyhinə qanunsuz hərəkətlərə və etiraz aksiyaları keçirməyə təhrik etməyə, habelə, ictimai-siyasi sabitliyin pozulmasına yönələn təxribat xarakterli cəhdlər etməsi müəyyən edilmişdir. Bütün bunlar ciddi qanun pozuntusu kimi qiymətləndirilmiş və ötən dövr ərzində qərəzli, reallığa uyğun olmayan, qanuna zidd hərəkətlərini davam etdirəcəyi təqdirdə barəsində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi ilə bağlı Baş Prokurorluq tərəfindən 2016-cı il 15 iyun tarixdə ona rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, o, məqsədli şəkildə həmin hərəkətlərə təkrar yol verməkl ə müxtəlif vaxtlarda ayrı-ayrı paylaşımlarda ictimai rəyi çaşdırmaq, ictimai-siyasi sabitliyi pozmaq, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq yaratmaq məqsədi güdən informasiyaların ictimailəşdirilməsinə yol vermişdir. Odur ki, 2019-cu il 22 avqust tarixdə Baş Prokurorluğa dəvət edilərək “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq gələcəkdə qeyd olunan hərəkətlərini davam etdirəcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə ona rəsmi xəbərdarlıq edilmiş və bu xəbərdarlıq prokurorluğun rəsmi internet səhifəsində yerləşdirilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 25 s entyabr tarixli 2-1(81)3884/2019 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 14 noyabr tarixli 2-1(103)-2718/2019 nömrəli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikasında mülki məsuliyyət, inzibati məsuliyyət, cinayət məsuliyyəti (təqibi) məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Prosessual M əcəlləsi ilə tənzimlənir ki, bu da inzibati icraat qaydasında həmin məsələlərə baxılmasını istisna edir. Baş prokurorluq inzibati orqan deyildir. “İnzibati icraat haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən isə bu Qanun hətta inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə şamil olunmur. Məhkəmənin qərardadı iddiaçıya 2019-cu il 29 noyabr tarixdə təqdim edilmişdir. İddiaçı həmin qərardaddan 2019-cu il 3 dekabr tarixdə kassasiya şikayəti vermişdir. O, qərardadın ləğv edilməsini və iddianın icraata qəbul olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya instansiyası məhkəməsi “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli Qərar ında ifadə etdiyi mövqeni nəzərə almamışdır. Həmin Qərarda deyilir: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 1.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 1.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait ya ratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 1.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır. 1.5. Apelyasiya instansiyası məhkəmələri iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxark ən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyinəzərindən qiymətləndirməlidirlər.
2. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır.
3. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.
4. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldı rılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Məhkəmə Plenum Qərarına uyğun olaraq zəruri hüquqi yardım göstərməmiş, iddiaçının hüquqlarına müdaxilə aşkar şəkildə baş verdiyi halda, iddia mümkünsüz sayılmış, nəticədə Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 35-ci maddəsinin tələblərini pozmuşdur. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Əsaslandırma hiss əsi: Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2-ci və 94.4-cü maddələri). Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz. Məhkəmə kollegiyası ilk növbədə mübahisənin məhkəmə aidiyyəti ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Prokurorluq haqqında” Qanunun 21-ci maddəsində xəbərdarlıq prokuror aktlarının növlərindən biri kimi təsbit edilmişdir. Həmin Qanunun 28-ci maddəsində isə prokurorluq işçilərinin hərəkətlərindən (hərəkətsizliyindən) və aktlarından müvafiq olaraq yuxarı prokurora və ya məhkəməyə şikayət verilə biləcəyi təsbit edilmişdir. Apellyasiya məhkə məsi hesab etmişdir ki, hazırkı mübahisə cavabdehin cinayətprosessual fəaliyyətinə aid olduğundan işə inzibati icraat qaydasında baxıla bilməz. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin qənaətini aşağıda göstərilənlərə əsasən əsaslı hesab etmir. “İnzibati icraat haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən “İnzibati icraat haqqında” Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 7-ci maddəsinin müddəalarına əsasən: 7.0.3. cinayət prosesi — cinayət təqibi üzrə həyata keçirilən prosessual hərəkətlərin və qəbul olunan prosessual qərarların məcmusudur; 7.0.4. cinayət təqibi — cinayət hadisəsinin mü əyyən edilməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ifşa olunması, ittiham irəli sürülməsi, bu ittihamın məhkəmədə müdafiə edilməsi, ona cəza təyin edilməsi, zəruri olduqda prosessual məcburiyyət tədbirlərinin təmin edilməsi məqsədi ilə həyata keçirilən cinayət-prosessual fəaliyyətdir; 7.0.43. prosessual qərar — cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə hakimin və ya hakimlərin (hökmlər istisna edilməklə), habelə təhqiqatçının, müstəntiqin, yaxud prokurorun bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada qəbul etdiyi prosessual aktdır;... Qanunvericiliyin istinad olunan müddəalarından görünür ki, prokurorluğun məhz cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyəti inzibati məhkəmə icraatının predmetini təşkil etmir. Prokurorluq tərəfindən qəbul edilmiş xəbərdarlıq aktı isə cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətlə bağlı qəbul edilmiş prosessual qərarlardan biri deyildir. İddiaçının barəsində hər hansı cinayət təqibi həyata keçirilmir, eləcə də mübahisələndirilən xəbərdarlıq aktı aparılan (mövcud) hansısa başqa bir cinayət təqibinin gedişində də qəbul edilməmişdir. Bundan başqa, CPM-də prokuror tərəfindən qəbul edilmiş xəbərdarlıq aktının məhkəmə nəzarəti qaydasında mübahisələndirilməsi imkanları da nəzərdə tutulmamışdır. Məhkəmə nəzarəti qaydasında yalnız cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxıla bilər. Xəbərdarlıq aktı cinayət prosesi gedişində qəbul edilmiş prosessual qərar olmadığı üçün onun məhkəmə nəzarəti qaydasında mübahisələndirilməsi də mümkün de yildir. Müvafiq olaraq “Prokurorluq haqqında” Qanun xəbərdarlıq aktından məhkəməyə şikayət vermə hüququnu nəzərdə tutduğundan, yuxarıda göstərilənlərə əsasən isə belə şikayətə CPM-də təsbit edilmiş məhkəmə nəzarəti qaydasında baxılması istisna edildiyindən mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Bununla yanaşı, hazırkı məzmunda iddia tələbi ümumi mümkünlük şərtləri ilə bərabər, həmçinin həmin iddia növü üçün İPM-də nəzərdə tutulmuş xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. İPM-in 36-cı maddəsinin müddəalarına əsasən: 36.1. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. (...) 36.3. Müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. 36.4. Hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. Normaların məzmunundan göründüyü kimi, müəyyən etmə haqqında iddia tələb hüququnun birbaşa həyata keçirilməsinə və ya hər hansı bir inzibati hərəkətdən qorunmağa xidmət etmir. Əksinə, bu cür iddia qaldırıldıqda, ön planda hər hansı bir hüquqi vəziyyətin aydınlaşdırılması məqsədilə bu və ya digər hüquq münasibətinin müəyyən edilməsi, yaxud hüquqi statusun tanınması durur. Müəyyən etmə haqqında iddia üçün nəzərdə tutulmuş dispoz isiya şərtləri xüsusi mümkünlük şərtləridir ki, bunlar da ümumi mümkünlük şərtləri ilə yanaşı mövcud olmalıdır. İPM-in 36.1-ci maddəsində nəzərdə tutulan mənada hüquq münasibəti dedikdə, bir neçə şəxs arasında münasibətə dair konkret faktiki hala aid publik hüquq norması əsasında həmin konkret haldan irəli gələn hüquqi əlaqə başa düşülür. Bu hüquq münasibəti iki tərəf arasında mübahisəli olmalıdır. Yəni sözügedən hüquq münasibətindən tərəflərdən birinin digərinə qarşı mübahisəli tələb hüquqları irəli gəlməlidir. Müəyyən etmə haqqında iddianın mümkün sayılması üçün növbəti şərt, iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər marağının olmasıdır. Müəyyən etmə marağı, məhz konkret mübahisə predmetinə və prosesdə iştirak edən tərəflərə münasibətdə mövcud olma lıdır. Bu cür maraq o halda mövcud olur ki, məhkəmənin qərarı cavabdehə münasibətdə iddiaçının hüquqi vəziyyətini yaxşılaşdıra bilsin. Hüquqi marağın yarana bilməsi üçün inzibati akt qəbul edildikdən sonra şəxs barəsində dərhal və birdaşa hüquqi nəticəyə səbəb olmalıdır. Əgər belə məzmunda hüquqi nəticə yaranmırsa, hüquqi maraq müəyyən olunmur və müvafiq olaraq iddia bu əsasdan mümkünsüzdür. Apellyasiya instansiyası məhkəməsi hazırkı məzmunda iddianın mümkünsüzlüyü ilə bağlı digər əsaslardan çıxış etsə də, nəticə etibarı ilə iddia mümkünsüz olduğundan, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyas iya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 14 noyabr tarixli 2-1(103)-2718/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova Z.M.Quliyev