Məhkəmə qərarları › İş №2-1(102)-391/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-391/2022

22.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-391/2022 22.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (üçüncü şəxs “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsi) “əlilliyin bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası nın 2021-ci il 28 oktyabr tarixli, 2-1(103)-2359/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 4110003AABLM nömrəli Forma 88 göndərişi əsasında 1958-ci il 17 aprel təvəllüdlü İddiaçı 2017-ci il 17 iyul tarixdən 2022-ci il 17 iyul tarixədək ümumi xəstəlik səbəbi ilə ikinci dərəcəli əlillik təyin olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsi tərəfindən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə ünvanlanmış 029-3854-1219/5 №li, 2019-cu il 18 noyabr tarixli məktubda göstərilmişdir ki, Tibb İdarəsi tərəfindən 843 nəfər (İddiaçı - sıra 182) barəsində rəsmiləşdirilmiş göndərişlərin əsaslığının araşdırılması ilə əlaqədar müraciətə baxılmışd ır. Müraciətə əlavə edilmiş siyahıda adları qeyd olunan şəxslərin Daxili İşlər Nazirliyinə aidiyyəti yoxdur və onlara Nazirliyin tibb müəssisələri tərəfindən göndərişlər əsassız olaraq rəsmiləşdirilmişdir. Bununla əlaqədar göndərişlərin etibarsız hesab olunmasının nəzərə alınması xahiş olunmuşdur. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi “Əlillik altsistemi”ndə İddiaçı aid qiymətləndirməni etibarsız hesab etmişdir.

2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək onun əlilliyinin bərpa edilməsini xahiş etmişdir.

3. Cavabdeh həmin müraciətə cavab verməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı 2020-ci il 16 dekabr tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona 4110003AABLM nömrəli göndəriş əsas ında təyin olunmuş ikinci dərəcəli əlilliyinin etibarsız hesab edildiyi tarixdən bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxxx 1958-ci ildə Bakı şəhərində doğulmuşdur. Səhhətində yaranmış narahatçılıqlarla əlaqədar olaraq Bakı şəhəri, Ak. Ç.Abdullayev adına ET Kardiologiya İnstitutunda stasionar şəraitdə müalicə almışdır. Daha sonra aldığı müalicələrin nəticəsində onda müəyyən edilmiş diaqnoz əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsinə müraciət edərək, Forma 88 göndərişinin tərtib olunmasını xahiş etmişdir. Həmin İdarə tərəfindən qardaşının polis əməkdaşı olması səbəbindən Forma 88-in oradan göndərilməsinə razılıq verilmişdir. Adı çəkilən idarə tərəfind ən onun stasionar müalicə aldığı müəssisələrdən əldə olunmuş sənədlər əsasında o, yenidən müayinə edilərək, 4110003AABLM nömrəli göndərişlə Forma 88 cavabdehə ünvanlanmışdır. Göndərişdən də göründüyü kimi o, 2017-ci il 21 iyun tarixdə həmin tibb idarəsində qeydiyyatda olmuşdur. Adıçəkilən göndəriş əsasında 2017-ci il 30 iyun tarixdə “Stenokardiyanın digər formaları, ÜİX Stabil gərginlik stenokardiyası İİİ FS. əvvəllər keçirilən miokard infarktı, İnfarktdan sonrakı kardioskleroz. Ürək çatmazlığı. Ürək Çatmazlığı İİİ FS. Hemiplegiya, İşemik insultdan sonrakı vəziyyət. Sağ tərəfli hemiparez. Durğunluq ürək çatmazlığı ilə müşayiət olunan əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik. Hipertoniya xəstəliyi İİİ dərəcə” diaqnozu ilə o, 5 il müddətinə əlillik səbəbi “ümumi xəs təlik” göstərilməklə İİ dərəcəli əlillik təyin olunmuşdur. Bununla bağlı inzibati orqana müraciət olunsa da heç bir cavab verilməmişdir. Cavabdehin etirazları:

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçının tələbi qanunsuz və əsassızdır. Belə ki, 2020-ci il 16 yanvar tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli, 36 nömrəli qərarına əsasən, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilirdi. Sənədlərin təhlilindən məlum olmuşdur ki, səhiyyə müəssisəsinin İddiaçı aid 4110003AABLM saylı göndərişi 2017-ci il 17 iyul tarixdə şəxsin iş tirakı olmadan qiymətləndirilmiş və “ümumi xəstəlik” səbəbi ilə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. 2017-2018-ci illər ərzində aparılmış əlillik təyinatları üzrə risk qrupuna daxil olan şəxslərin təyinatları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırılarkən müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Tibb idarəsi tərəfindən rəsmiləşdirilmiş göndərişlər əsasında risk qrupuna daxil olan 843 nəfərə əlillik təyinatları aparılmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə müraciət olunaraq, əlavə olunmuş siyahıda adları qeyd olunmuş 843 nəfərə dair DİN-nin Tibb idarəsi tərəfindən rəsmiləşdirilmiş göndərişlərin (Form a 88) əsaslılığının araşdırılması və nəticəsi barədə məlumatın təqdim olunması xahiş edilmişdir. Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən 2019cu il 18 noyabr tarixli, 029-3854-1219/5 nömrəli məktubla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə cavab verilmişdir. Məktubda 843 nəfərin Daxili İşlər Nazirliyinə aidiyyətinin olmaması, nazirliyin tibb müəssisələri tərəfindən onların barəsində göndərişlərin əsassız olaraq rəsmiləşdirildiyi qeyd edilərək, göndərişlərin etibarsız hesab olunmasının nəzərə alınması xahiş edilmişdir. Göndərişləri etibarsız hesab edilmiş şəxslərin siyahısında 182-ci sırada iddiaçının soyadı, adı, atasının adı qeyd edildiyindən “Əlillik altsistemi”ndə ona aid qiymətləndirmə etibarsız hesab edilmişdir. İddiaçının əlilliyinin etibarsız edilməsi istiqamətində Ag entlik tərəfindən hər hansı qanunazid hərəkətə və ya hərəkətsizliyə yol verilməmiş, o cümlədən “İnzibati icraat haqqında” Qanunun tələbləri pozulmamışdır. Cavabdeh inzibati orqan qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 1 iyul tarixli, 2-1(112)-3210/2021nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçıya 4110003AABLM nömrəli göndəriş əsasında təyin olunmuş 2-ci dərəcəli əlilliyinin etibarsız hesab edildiyi tarixdən bərpa olunması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı vergi orqanının əməkdaşı olmuş həmçinin onun qardaşı daxili işlər orqanlarının əməkdaşı olduğundan ona məxsus Forma 88 göndərişinin Daxili İşlər Nazirliyinin Səhiyyə Müəssisələrindən elektron qaydada göndərilməsi qanuni olmuşdur. Bundan əlavə, əlillər ilə bağlı mövcud olan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli Qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında” Əsasnamədə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasında şəxslərə təyin edilmiş əlilliyin etibarsız hesab edilməsi nəzərdə tutulmamışdır. Sadalanan qanunvericilik aktlarında təyin olunmuş əlillik dərəcəsinin əsaslı şübhələr olduğu halda ləğv edilməsi mexanizmi öz əksini tapmışdır. Göründüyü kimi, cavabdeh inzibati orqan iddiaçıya münasibətdə yuxarıda sadalanan qanunvericilik normalarını nəzərə almayaraq iddiaçının qanunla qorunan hüquq və maraqlarını pozmuşdur. Bundan əlavə, sadalanan qanunvericilik normalarına əsasən cavabdeh inzibati orqan əlillik təyin olunan zaman inzibati aktın əlamətlərini özündə əks etdirən qərar qəbul etdiyi kimi onun ləğv və ya etibarsız hesab edildiyi zaman da belə bir inzibati akt (qərar) qəbul etməli idi. Lakin məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqan tərəfindən belə bir inzibati akt (qərar) məhkəməyə təqdim edilməmişdir. Bu isə öz növbəsində inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun pozulması kimi qiymətləndirilməlidir.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 28 oktyabr tarixli, 2-1(103)-2359/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2021-ci il 1 iyul qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayət inin dəlillərinin əsasını iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, məhkəmə maddi hüquq normalarını pozmuşdur. Belə ki, Daxili İşlər Nazirliyi Tibb idarəsinin 2019-cu il 18 noyabr tarixli, ***-**** nömrəli məktubu ilə müəyyən edilmişdir ki, iddiaçının nazirliyə aidiyyəti olmadığı və ona sağlamlıq vəziyyəti üçün verilmiş göndəriş əsassız olaraq tərtib edilmişdir. Nazirlər Kabinetinin 2015-ci il tarixli 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə'yə müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir, iddiaçını əlillik vəziyyətinin qiymətləndirilməsinə əsas verən göndərişin, onu rəsmiləşdirən Tibb idarəsi tərəfindən əsassız rəsmiləşdirildiyi bildirildiyinə görə Əlillik Altsistemində iddiaçıya aid qiymətləndirmə etibarsız edilmişdir. "İnzibati icraat haqqında" Qanunun 65.1.2-ci maddəsinə uyğun olaraq müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. Göründüyü kimi, iddiaçı faktiki olaraq inzibati orqan tərəfindən qiymətləndirmənin etibarsız edilməsi ilə bağlı görülmüş tədbir olan inzibati aktı mübahisələndirir və əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Qeyd olunan tələblər mübahisələndirmə və məcburetmə iddiasıdır. İPM-nin 38-ci maddəsinin tələbinə əsa sən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, məcburetmə haqqında iddia tələb olunan İnzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Beləliklə apellyasiya instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iddia rədd edilməlidir. b. kassasiya şikayətinə etirazın dəlilləri

14. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazın əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əlilliyin qiymətləndirilməsi qaydası” (Azərbaycan Respublikası Nazirlə r Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmişdir): 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial eksperti za müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 3.8. Xidmətin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir. 16. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqd im olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

17. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə müb ahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

21. İddiaçının TSEK-də sonuncu müayinəsinə dair məlumat vərəqindən görünür ki, iddiaçıya “Stenokardiyanın digər formaları, ÜİX Stabil gərginlik stenokardiyası İİİ FS. əvvəllər keçirilən miokard infarktı, İnfarktdan sonrakı kardioskleroz. Ürək çatmazlığı. Ürək Çatmamazlığı İİİ FS. Hemiplegiya, İşemik insultdan sonrakı vəziyyət. Sağ tərəfli hemiparez. Durğunluq ürək çatmamazlığı ilə müşayiət olunan əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniy a) xəstəlik. Hipertoniya xəstəliyi İİİ dərəcə” xəstəlik diaqnozu ilə beş il müddətinə ikinci dərəcə əlilliyinin müəyyən edilməsi barədə qərar qəbul edilmişdir.

22. Birinci instansiya məhkəməsində icraat zamanı təyin edilmiş məhkəmə tibbi ekspertizası üzrə - Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 tərəfindən 2021-ci il 31 may tarixli, T 119/2021-ci il tarixli ekspert rəyinə əsasən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb idarəsi tərəfindən doldurulmuş iddiaçıya aid Forma 88 göndərişində təsbit olunan xəstəliyi “Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsanamə”yə uyğun olmuşdur.

23. İddiaçı Vergilər Nazirliyini n əməkdaşı olmuşdur və vergilər nazirinin 2004-cü il 19 mart tarixli, F-61 nömrəli əmrinə görə, Vergilər Nazirliyi ilə Daxili İşlər Nazirliyi arasında bağlanmış müqaviləyə əsasən Vergilər Nazirliyinin mərkəzi aparatının əməkdaşlarının ildə 2 dəfə DİN-in hospitalında müalicə olunmaları, vergilər nazirinin 2008-ci il 20 fevral tarixli digər bir əmrinə görə, həmin müqaviləyə edilən dəyişikliyə görə vergi xidmətinin əməkdaşlarının ildə bir dəfə DİN-in poliklinikasında məcburi müayinədən keçmələri müəyyən edilmiş, poliklinikada onların adlarına tibbi qeydiyyat vərəqələri açılmışdır. Bu hallara dair iddiaçı tərəfin dəlilləri mübahisələndirilməmiş, həmin hallarla bağlı hər hansı inzibati araşdırma apardığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Başqa sözlə, cavabdeh inzibati orqan Azərbayca n Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsi tərəfindən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə ünvanlanmış 029-3854-1219/5 №-li, 2019-cu il 18 noyabr tarixli məktuba istinadla kifayətlənmişdir. 24. “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 3.7-ci bəndinin tələblərindən göründüyü kimi, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir (3.7).

25. Hazırkı halda, həmin normanın tələbləri təmin olunmamış, bu qəbildən olan işlər üzrə inzibati icraat qaydala rının tələbləri, buradan, həmçinin “İnzibati icraat haqqında” Qanunun 11.1, 19, 24.1, 24.3, 24.4-cü maddələrinin tələbləri pozulmuşdur.

26. Cavabdehin hazırkı məzmunda iddianın növü və iddia müddətinin tətbiqinə dair dəlillərinə gəldikdə, iddiaçı hər hansı inzibati aktı mübahisələndirməmişdir. Belə ki, qeyd olunduğu kimi, cavabdeh tərəfindən “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 3.7-ci bəndinə uyğun hər hansı yazılı inzibati akt qəbul etməmişdir. İddiaçı hər hansı inzibati aktın qəbul edilməsi barədə məcburetmə iddia da qaldırmamış, cavabdehin üzərinə faktiki xarakterli hərəkətin edilməsi – artıq müvafiq inzibati aktla əvvəllər təyin edilmiş əlilliyin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrasına dair iddialar üzrə İPM-də müddət müəyyən ed ilməmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 28 oktyabr tarixli, 2-1(103)-2359/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar