Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-391/2023 23.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: (müddətin ötürülməsi ilə bağlı kassasiya şikayətinin mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimləri Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dayandırılmış əmək pensiyasının bərpa edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Ko llegiyasının 5 oktyabr 2022-ci il tarixli, 21(103)-931/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya güzəştli şərtlərlə yaşa görə təyin edilmiş və dayandırılmış əmək pensiyasının bərpa edilməsi, pensiya dayandırıldıqdan sonra indiyədək ödənilməmiş pensiya qalığının tam ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati-İqtisadi Məhkəməsinin 4 noyabr 2021-ci il tarixli, 2-1(112)8306/2021 saylı (hakim E.Əliyev) qərarı ilə iddia rədd edilmişdir.
3. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilm əsini xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 oktyabr 2022-ci il tarixli 2-1(103)-931/2022 saylı qərarı (hakimlər – H.Həmidov, hakimlər – A.Tanrıverdiyev və C.Yusifov) ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati-İqtisadi Məhkəməsinin 4 noyabr 2021-ci il tarixli 2- 1(112)-8306/2021 saylı qərarı ləğv edilmiş, iddia tələbi təmin edilmiş, İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası dayandırıldığı tarixdən bərpa edilməsi və ödənilməmiş məbləğin tam ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
5. Həmin qərardan cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
6. İnzibati Prosessual Məcəllə: Maddə
23. Hüquqi müdafiə vasitələri ilə bağlı prose ssual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. (-) Maddə
24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gü n ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. (-) Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. (-) Maddə
96. Ali Məhkəmədə icraat (-) 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdə n əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
7. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı səbəblərdən kassasiya mümkün sayılmamalıdır.
8. Belə ki, İPM-in 23.1-ci və 94.1-ci maddələrinin tələbindən göründüyü kimi, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır və kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 oktyabr 2022-ci il tarixli qərarı poçt rabitəsi vasitəsi ilə cavabdehə 21 oktyabr 2022-ci il tarixdə təqdim olunmuşdur. Lakin həmin qərardan kassasiya şikayəti 23 noyabr 2022-ci il tarixdə, yəni qərardan kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş bir ay müddət keçdikdən sonra poçt rabitə xidmətinə təqdim olunmuşdur. Beləliklə də, qanunvericilikdə məhkəmə qərarın dan şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət otürülmüşdür və bu barədə tərəflərə 13 yanvar 2023-cü il tarixli bildiriş göndərilmişdir. Bildirişdə 30 yanvar 2023-cü il tarixədək yuxarıda göstərilən nöqsanın aradan qaldırılması, yəni prosessual müddətin cavabdeh tərəfindən ötürülmədiyini təsdiq edən sübutları və ya müddətin bərpasına dair əsaslandırılmış vəsatəti məhkəməyə təqdim etməyi təklif olunmuş, əks halda şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı barədə xəbərdarlıq olunmuşdur.
10. Lakin buna baxmayaraq cavabdeh tərəfindən müddətin ötürülmədiyini təsdiq edən sübutları və ya müddətin bərpasına dair əsaslandırılımış vəsatəti məhkəməyə təqdim edilməmişdir.
11. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh kassasiya şikayəti verilməsi üçün qanunvericilik lə nəzərdə tutulmuş müddəti üzrsüz səbəbdən ötürmüşdür. Odur ki, cavabdehin kassasiya şikayəti mümkün sayılmamalı, kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.
12. Göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 oktyabr 2022-ci il tarixli, 21(103)-931/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın və onun icraata qəbulundan imtina edilsin. İş Bakı Apellyasiya Məhkəməsinə geri qaytarılsın.