Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3917/2025 24.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinə qarşı ““vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2021-ci il tarixli **************** nömrəli qərarın ləğvi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdehin vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə ##.##.2021-ci il tarixli **************** nömrəli qərarı ilə vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində 2018-ci ilin 4-cü rübü üçün 17673,85 manat vergi müəyyən edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, qeyd edilən dövr üzrə təqdim edilmiş dəqiqləşdirilmiş vergi bəyannaməsinin nəzərə alınması üçün əsaslar müəyyən edilməmişdir. Həmin qərara əsasən ##.##.2021-ci il tarixli **************** nömrəli qərar ləğv edilmişdir.
2. İddiaçı qərardan inzibati qaydada yuxarı vergi orqanına şikayət vermiş, iddiaçının şikayəti Dövlət Vergi Xidmətinin ##.##.2021-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Qərar onunla əsaslandırılmışdır ki, uçot-baza məlumatlarının araşdırılması zamanı ünvan 3 ünvanında yerləşən “Amara Plaza və İcarə obyekti” adlı təsərrüfat subyektində ##.##.2018-ci il tarixdən fərdi sahibkar İbrahimova Mənijə Cahənbəxş qızının (VÖEN: **********-15001) fəaliyyət göstərdiyi, həmçinin İddiaçı MMC-nin də təsisçisinin həmin şəxs olduğu müəyyən edilmişdir. Araşdırma zamanı cəmiyyət tərəfindən 2018-ci il ərzində elektron qaimə-faktura ilə 441846,19 manat dəyərində müxtəlif tikinti malmateriallarının, iş və xidmətlərin əldə edildiyi, qeyd olunan dövr ərzində hər hansı elektron qaimə-fakturanın təqdim edilmədiyi, idxal-ixrac əməliyyatlarının aparılmadığı müəyyən edilmişdir. Cəmiyyətin rəhbəri tərəfindən inzibati araşdırmaya təqdim edilmiş izahatda, elektron qaimə-fakturalarla əldə edilmiş müxtəlif tikinti mal-materiallarının, iş və xidmətlərin ünvan 1 ünvanında yerləşən xxxxdə istifadə edildiyi, təmir-tikinti işləri ilə əlaqədar cəlb olunmuş şəxslərə hər hansı ödənişin aparılmadığı, ödəmə mənbəyində gəlir məbləğlərinin sosial sığorta haqlarının hesablanmadığı bildirilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə ##.##.2021-ci il tarixli **************** nömrəli qərarın ləğv olunmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması Baş İdarəsinin “inzibati şikayətin təmin edilməməsi haqqında” ##.##.2021-ci il tarixli, **************** nömrəli qərarında qeyd edilmişdir ki, uçot-baza məlumatına əsasən, cəmiyyətin ##.##.2017-ci il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alındığı, əsas fəaliyyət növünün “mehmanxanalar və oxşar yerlər tərəfindən xidmətlərin göstərilməsi” olduğu, ##.##.2019-cu il tarixdən ##.##.2024-cü il tarixədək fəaliyyətinin dayandırıldığı müəyyən edilmişdir. Bundan başqa, cəmiyyətin direktoru inzibati araşdırma zamanı izahatında cəmiyyətin faktiki olaraq gəlirlərinin olmadığını, hazırda hər-hansı fəaliyyət növü ilə məşğul olmadığını, həyat yoldaşı İbrahimova Mənijə Cahənbəxş qızının mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən İddiaçı MMC-nin təmiri ilə əlaqədar olaraq kredit götürmək üçün banka müraciət olunduğunu, götürülmüş kredit məbləğinin MMC-nin təmirinə xərcləndiyini, yaxın ətrafında olan şəxslər tərəfindən təmir işlərinin təmənnasız aparıldığını, götürülmüş kredit məbləğinin yalnız 20%-nin təsisçi tərəfindən ödənildiyini, pandemiyadan zərər çəkən sahə olduğu üçün kredit borcunu ödəyə bilmədiyini, hazırda bank tərəfindən məhkəməyə verildiyini bildirmiş, sənəd üzərində hər hansı öhdəlikləri görünməsinə baxmayaraq cəmiyyətin heç bir gəlir əldə etmədiyini, alınan mal təqdimetmə kimi qiymətləndirilsə belə, hər hansı hasilatın olmadığını nəzərə alaraq hesablanmış vergi məbləğinin ləğv olunmasını xahiş etmişdir. Lakin qeyd olunan xüsusatlar şikayətə baxarkən nəzərə alınmamış, əsassız olaraq şikayət təmin edilməmişdir. İddiaçı MMC sadələşdirilmiş vergi ödəyicisi olmuş, bu müddətdə cəmiyyətin heç bir kassa əməliyyatı olmamasına və bank hesablarına satışdan heç bir məbləğ daxil olmamasına baxmayaraq cəmiyyətə hasilatdan vergi hesablanmışdır. Bundan başqa, iddiaçının bank hesablarına daxil olan bütün məbləğlər yalnız götürülmüş kreditlərdir. Bu barədə cəmiyyətin bütün bank hesablarına sorğu verərək ətraflı məlumat əldə etmək mümkündür. Cəmiyyət tərəfindən götürülmüş kredit vəsaitləri hesabına cəmiyyətin təmiri üçün tikinti materialları alınmışdır. Sonra isə həmin materiallar illər üzrə 12 aylıq dövriyyədə 200.000 manatı keçməmək şərti ilə təqdim edilmiş və əvəzində heç bir hasilat olmamışdır. İddiaçı tərəfindən 2018-ci ilin 4- cü rübü üzrə boş hesabat verilməsinə baxmayaraq, cavabdeh tərəfindən dekabr ayı üzrə heç bir əsas olmadan 441846,19 manat dövriyyə və 4% nisbətində sadələşdirilmiş vergi hesablanmışdır. Halbuki, məbləğ heç bir sənəddə öz əksini tapmır. Eyni zamanda, cəmiyyətin 12 aylıq dövriyyəsinin 200.000 manatı keçdiyi göstərilərək ƏDV mükəlləfiyyəti aktiv edilmişdir. Bundan başqa, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda elektron sənədin istifadəsi dövriyyəsinin Azərbaycan Respublikası qanunvericiliyi və ya elektron sənəd dövriyyəsi subyektləri arasında bağlanmış müqavilə əsasında həyata keçirilməsi nəzərdə tutulsa da, inzibati orqanla (cavabdeh) vergi ödəyicisi (iddiaçı) arasında elektron sənəd dövriyyəsi haqqında hər hansı bir müqavilə mövcud deyildir. Belə olan halda, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərkən prosessual müddəti ötürməmişdir. Belə ki, qərar həm qanunvericilikdə nəzərdə tutulmuş qaydada elektron imza ilə imzalanmamış, həm də iddiaçı ilə cavabdeh arasında elektron sənəd dövriyyəsinə dair hər hansı bir müqavilə mövcud deyildir.
5. Cavabdeh iddiaya dair yazılı etirazında bildirmişdir ki, uçot-baza məlumatına əsasən, cəmiyyətin ##.##.2017-ci il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alındığı, əsas fəaliyyət növünün “mehmanxanalar və oxşar yerlər tərəfindən xidmətlərin göstərilməsi”ndən ibarət olduğu, ##.##.2019-cu il tarixdən ##.##.2024-cü il tarixədək fəaliyyətinin dayandırıldığı müəyyən edilmişdir. Cəmiyyət tərəfindən 2018-ci il ərzində 441846,19 manat dəyərində malların əldə edilməsinə baxmayaraq, 2018-ci ilin 4- cü rübü üzrə cari sadələşdirilmiş vergi bəyannaməsinin təqdim edilmədiyi müəyyən edilmişdir. Bununla əlaqədar olaraq, iddiaçıya ##.##.2021-ci il tarixli **************** nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Cəmiyyət tərəfindən ##.##.2021-ci il tarixdə 2018-ci ilin 4-cü rübü üzrə təqdim edilmiş cari sadələşdirilmiş vergi bəyannaməsində vergiyə cəlb edilən dövriyyə məbləği bəyan edilmədiyi üçün vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə müvafiq olaraq kameral vergi yoxlaması ilə sadələşdirilmiş vergi bəyannaməsi üzrə 2018-ci ilin 4-cü rübü üçün 17673,85 manat vergi məbləği hesablanmış və ##.##.2021-ci il tarixli **************** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. İddiaçı tərəfindən ##.##.2021-ci il tarixdə 2018-ci ilin 4-cü rübü üzrə təqdim edilmiş dəqiqləşdirilmiş sadələşdirilmiş vergi bəyannaməsinin * nömrəli əlavəsinin mallar sətrində 428398,08 manat dövr ərzində mədaxil, 170000 manat təqdimetmə bəyan edilmiş, sair debitor borcları sətrində 170000,0 manat mədaxil və ilin sonuna qalıq məbləğinin bəyan edilməsinə baxmayaraq, təsdiqedici sənədlər və ya əsaslandırılmış izahat məktubu təqdim olunmadığı üçün vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə müvafiq olaraq kameral vergi yoxlaması ilə sadələşdirilmiş vergi bəyannaməsi üzrə 2018-ci ilin 4-cü rübü üçün 17673,85 manat vergi məbləği hesablanmış və ##.##.2021-ci il tarixli **************** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Uçot-baza məlumatlarının araşdırılması zamanı ünvan 3 ünvanında yerləşən “Amara Plaza və İcarə obyekti” adlı təsərrüfat subyektində ##.##.2018-ci il tarixdən fərdi sahibkar İbrahimova Mənijə Cahənbəxş qızının (VÖEN **********-15001) fəaliyyət göstərdiyi, həmçinin İddiaçı MMC-nin təsisçisinin də İbrahimova Mənijə Cahənbəxş qızının olduğu müəyyən edilmişdir. Eyni zamanda, araşdırma zamanı cəmiyyət tərəfindən 2018-ci il ərzində elektron qaimə-faktura ilə 441846,19 manat dəyərində müxtəlif tikinti malmateriallarının, iş və xidmətlərin əldə edildiyi, qeyd olunan dövr ərzində hər hansı elektron qaimə-fakturaların təqdim edilmədiyi, idxal-ixrac əməliyyatlarının aparılmadığı müəyyən edilmişdir. Əlavə olaraq, araşdırma zamanı müəssisə tərəfindən ##.##.2021-ci il tarixdə təqdim edilmiş dəqiqləşdirilmiş sadələşdirilmiş vergi bəyannamələrinə əsasən 2019-cu ilin 1-ci rübü üzrə 66070,0 manat, 2020-ci ilin 2-ci rübü üzrə 197540,0 manat vergiyə cəlb olunan dövriyyə məbləğlərinin, ##.##.2021-ci il tarixdə təqdim edilmiş dəqiqləşdirilmiş sadələşdirilmiş vergi bəyannamələrində vergiyə cəlb olunan dövriyyə məbləğlərinin olmadığı bəyan edilmiş, lakin cəmiyyət tərəfindən hər hansı təsdiqedici sənədlər nə inzibati icraata təqdim edilməmiş, nə də iddia ərizəsinə əlavə edilməmişdir. Beləliklə, cəmiyyət tərəfindən elektron qaimə-fakturalarla əldə edilmiş müxtəlif tikinti malmateriallarının, iş və xidmətlərin təsisçinin mülkiyyətində olan təsərrüfat subyektində istifadə edildiyini, təmirtikinti və təchizat işlərinin cəmiyyət tərəfindən aparılmasına baxmayaraq, həmin təsərrüfat subyektində sahibkarlıq fəaliyyətinin həyata keçirildiyini, təmir-tikinti işlərinin həyata keçirilməsi üçün podrat müqavilələrinin bağlanılmadığını, təmir işlərinin görülməsi üçün cəlb edilmiş fiziki şəxslərdən ödəmə mənbəyində vergilərin tutulmadığını, sosial sığorta haqlarının hesablanmadığını, cəmiyyətin təsisçisi ilə əmlakın mülkiyyətçisinin qarşılıqlı surətdə asılı olan şəxslər olduğunu, Mülki Məcəlləyə əsasən hüquqi şəxsin öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malik olduğunu, bununla da vergi ödəyicisinin iddiasının hüquqi əsaslarının müəyyən olunmadığını nəzərə alaraq iddianın rədd edilməsini xahiş etmişdir.
6. Bakı İnzibati Məhkəməsinin ## #### 2022-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı (hakim G.Sevdimalıyeva) ilə iddia təmin edilməmişdir.
7. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən vergitutma obyektlərinin lazımi qaydada uçotu aparılmadığından cavabdeh vergi orqanı iddiaçı tərəfindən digər vergi ödəyicisi olan təsisçisinə təqdim etdiyi mallara görə ümumi hasilat əldə edilmiş hesab etməklə sadələşdirilmiş vergini hesablamaqda haqlı olmuşdur. Sadələşdirilmiş verginin 2021-ci ildə hesablanmasına münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən ##.##.2021-ci il tarixdə 2018-ci ilin 4-cü rübü üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim edilmiş, qeyd edilən uyğunsuzluq kameral vergi yoxlaması nəticəsində müəyyən edilmiş və 17673,85 manat vergi məbləği hesablanmışdır. Müvafiq hesablama vergi ödəyicisinin ##.##.2021-ci il tarixdə təqdim etdiyi dəqiqləşdirilmiş bəyannamə üzrə kameral yoxlama əsasında aparıldığından iddiaçının qeyd edilən dəlili əsaslı hesab edilə bilməz.
8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiya məhkəməsində birinci icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ### 2023-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı (hakimlər A.Hüseyn – məruzəçi, V.Baxışova və R.Qurbanov) ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin ## #### 2022-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilmiş, iddia təmin edilmiş, cavabdeh inzibati orqanın “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2021-ci il tarixli **************** nömrəli qərarı ləğv edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən 2018ci il ərzində
10. elektron qaiməfaktura ilə 441846,19 manat dəyərində müxtəlif tikinti malmaterialları alınmış, iddiaçı İddiaçı obyektinin təmiri ilə əlaqədar olaraq kredit götürmək üçün banka müraciət olunduğunu, götürülmüş kredit məbləğinin obyektin təmirinə xərcləndiyini bildirmişdir. Hazırda iş materialları ilə alınan mallardan hər hansı hasilatın əldə olunması müəyyən edilmir. İş materiallarından görünür ki, İddiaçı MMC tərəfindən 2018-ci ilin 4-cü rübü üçün təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsi ilə vergiyə cəlb olunan dövriyyə məbləğlərinin olmadığı bəyan edilməsinə baxmayaraq, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi tərəfindən dekabr ayı üzrə heç bir əsas olmadan 441846,19 manat dövriyyə müəyyən edilmiş və 4% nisbətində sadələşdirilmiş vergi hesablanmışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, vergi təqdimetmədən deyil, hasilatdan hesablandığından və İddiaçı MMC-də heç bir hasilatın olmadığı iş materialları ilə təsdiqləndiyindən iddiaçıya vergi borcunun hesablanması qanunsuz olmuşdur. Cavabdeh iddiaçı barəsində qəbul etdiyi qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir.
11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
c) kassasiya instansiya məhkəməsində birinci icraat
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2024-cü il tarixli, *-*(***)-**/**** nömrəli qərarı (hakimlər K.Bədəlov – məruzəçi, N.Rəsulbəyova və İ.Hüseynov) ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ### 2023-cü il tarixli, *-*(***)- ***/**** nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
13. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi kredit məbləğinin obyektin təmirinə xərclənməsinə, alınan mallardan hər hansı hasilatın əldə olunmamasına istinad etsə də, məhkəmənin istinad etdiyi hallar iş materialları ilə öz təsdiqini tapmır. Başqa sözlə, iddiaçı cəmiyyət qeyd olunan məbləğdə tikinti materiallarının hotelin təmirində istifadə edildiyini, yəni kredit məbləğinin otelin təmirinə xərcləndiyini iddia etsə də, bu halı təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi isə bu istiqamətdə araşdırma aparmamış, sübutlar toplamamış, yalnız iddiaçının izahatını sübut qismində qəbul etməklə iddianın təmin edilməsi qənaətinə gəlmişdir.
d) apellyasiya instansiya məhkəməsində ikinci icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakimlər Ş.Məmmədova – məruzəçi, C.Məmmədov və P.Hüseynov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin ## #### 2022-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, vergitutma obyektlərinin lazımi qaydada uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. Bununla əlaqədar hüquqi şəxslə onun təsisçisi mülki hüququn ayrı-ayrı subyektləri hesab olunur və hüquqi şəxsin balansında olan əmlakın, mal-materialların təsisçiyə təqdim edilməsi zamanı vergi tutulan dövriyyə kimi nəzərə alınmasına dair vergi orqanının dəlilini məhkəmə qəbul edir. Vergi orqanı kameral yoxlama nəticəsində həmin malları təsisçi vergi ödəyicisinə təqdim edilmiş hesab etmiş və təqdim edilmiş mallara (işlərə, xidmətlərə) görə ümumi hasilat əldə edilmiş hesab edilmişdir. İddiaçı tərəfindən vergitutma obyektlərinin lazımi qaydada uçotu aparılmadığından cavabdeh vergi orqanı iddiaçı tərəfindən digər vergi ödəyicisi olan təsisçisinə təqdim etdiyi mallara görə ümumi hasilat əldə edilmiş hesab etməklə sadələşdirilmiş vergini hesablamaqda haqlı olmuşdur. Sadələşdirilmiş verginin 2021-ci ildə hesablanmasına münasibətdə qeyd edilmişdir ki, iddiaçı tərəfindən ##.##.2021-ci il tarixdə 2018-ci ilin 4-cü rübü üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim edilmiş, qeyd edilən uyğunsuzluq kameral vergi yoxlaması nəticəsində müəyyən edilmiş və 17673,85 manat vergi məbləği hesablanmışdır. Vergi Məcəlləsinin 85.4.-cü maddəsinə əsasən Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Odur ki, müvafiq hesablama vergi ödəyicisinin ##.##.2021-ci il tarixdə təqdim etdiyi dəqiqləşdirilmiş bəyannamə üzrə kameral yoxlama əsasında aparıldığından iddiaçının qeyd edilən dəlili də əsaslı hesab edilə bilməz.
16. Təkrar apellyasiya baxışı zamanı məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli *-*(***)- **/**** nömrəli qərarındakı hüquqi göstərişlər baxımından ##.##.2024-cü il tarixli qərardadla iş üzrə kompleks məhkəmə-tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2025-ci il tarixli **/**** saylı ekspert rəyinə əsasən: İddiaçıin təmiri zamanı bəzi işlər gizli olduğundan həmin təmir zamanı istifadə olunmuş material ilə qaimə-fakturalarda adları qeyd olunmuş materialların eynilik təşkil edib-etməməsini müəyyən etmək mümkün olmamışdır. İddiaçı İddiaçıin təmirində istifadə olunmuş tikinti materialları (adları, sayları, miqdarı) smetada göstərilmişdir. Qiymətləndirmə fəaliyyəti ekspertiza fəaliyyətinə aid olmadığından iddiaçı İddiaçıin təmirində istifadə olunmuş tikinti materiallarının hazırkı bazar dəyərinin müəyyən edilməsi barədə rəy verilməmişdir. İşin mübahisələndirilən halına, yəni iddiaçı tərəfindən 2018-ci il ərzində elektron qaimə-faktura ilə alınmış 441846,19 manat dəyərində müxtəlif tikinti materiallarının hotelin təmirində istifadə edilməsi, yaxud alınan mallardan hasilat əldə edilməsinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı kredit məbləğinin obyektin təmirinə xərclənməsinə, alınan mallardan hər hansı hasilatın əldə olunmamasına istinad etsə də, iddiaçının istinad etdiyi hallar iş materialları ilə öz təsdiqini tapmır. Başqa sözlə, iddiaçı cəmiyyət qeyd olunan məbləğdə tikinti materiallarının hotelin təmirində istifadə edildiyini, yəni kredit məbləğinin otelin təmirinə xərcləndiyini iddia etsə də, bu halı təsdiq edən sübutlar iş materialları ilə müəyyən edilmir.
17. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) kassasiya şikayətinin dəlilləri
18. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir.
19. Kassator əlavə olaraq qeyd edir ki, məhkəmənin ##.##.2024-cü il tarixli qərardadına əsasən kompleks məhkəmə tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilməsinə baxmayaraq, ekspert Elmar Səidov tikinti-texniki eksperti olduğu halda, qərardadda öz sahəsinə aid olmayan sualları da cavablandırmış, ekspert tərəfindən səthi tədqiqat aparılmışdır. Eyni zamanda, iddiaçının müraciəti əsasında “xxxx” MMC tərəfindən verilmiş **-**/** nömrəli ##.##.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən “Amara” plazada iddiaçı İddiaçıin təmirində istifadə olunmuş tikinti materialları ilə elektron qaimə-fakturada adları qeyd edilmiş 424996,5 manat dəyərində tikinti mal-materiallarının eynilik təşkil etdiyi müəyyən olunur. Eyni zamanda, təqdim edilmiş qaimə-fakturalara əsasən 16849.69 manat Azəriqaz və digər xərclərə ödənilməsi görünür. Lakin həmin ödənişlərin müəyyən olunması tikinti mütəxəssisinin səlahiyyətinə aid deyildir. İddiaçıin təmirində istifadə olunmuş tikinti materialları ilə elektron qaimə-fakturada adları qeyd edilmiş və hotelin təmirində istifadə olunmuş tikinti materialları (adları, sayı, miqdarı) yuxarıda smetada ətraflı göstərilmişdir. “Amara” plazada aparılmış təmir zamanı istifadə olunmuş tikinti materiallarının hazırkı bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri 474596,5 manat məbləğində müəyyən olunur. Lakin məhkəmə İddiaçıin təmiri zamanı bəzi işlər gizli olduğundan həmin təmir zamanı istifadə olunmuş materiallar ilə qaimə-fakturalarda adları qeyd olunmuş materialların eynilik təşkil edib-etməməsini, qeyd olunan təmir zamanı istifadə olunmuş materiallar ilə qaimə-fakturalarda adları qeyd olunmuş materialların eynilik təşkil edibetməməsini müəyyən etmək mümkün olmadığından “xxxx” MMC tərəfindən verilən mütəxəssis rəyini də mötəbər sübut kimi qəbul etməmişdir.
20. Kassasiya şikayətində Vergi Məcəlləsinin 219.1 və 221.1-ci maddələrinə, “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə istinad edilmişdir.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 12. Vergilərin müəyyən edilməsinin əsas şərtləri ... 12.3. Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) əlavə edilmiş dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir.. ... Maddə 16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: ... 16.1.3. qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq; ... Maddə 218. Sadələşdirilmiş verginin ödəyiciləri 218.1. Aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir: ... 218.1.2. vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər. ... Maddə 219. Vergitutma obyekti 219.1. Hesabat dövrü ərzində vergi ödəyicisi tərəfindən (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin (ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna edilməklə) həcmi vergitutma obyektidir. ... Maddə 220. Sadələşdirilmiş verginin dərəcəsi 220.1. Sadələşdirilmiş vergi (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş fəaliyyətlə məşğul olan və 218.1.2-ci maddəsində göstərilən vergi ödəyiciləri istisna olmaqla) bu verginin ödəyicilərinin malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən əldə etdiyi vəsaitin məbləğindən (ümumi hasilatının həcmindən) və satışdankənar gəlirlərdən 2 faiz dərəcə ilə hesablanır. 220.1-1. Bu Məcəllənin 218.1.2-ci maddəsində göstərilən şəxslər tərəfindən sadələşdirilmiş vergi bu Məcəllənin 219.1-ci maddəsində müəyyən edilmiş vergitutma obyekti üzrə 8 faiz dərəcə ilə, əhaliyə göstərilən xidmətlər üzrə nağdsız qaydada POSterminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan vergitutma obyekti üzrə isə 2026-cı il ######ın #-dən 3 il müddətinə 6 faiz dərəcə ilə hesablanır. Nağdsız ödəmələr nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə aparılmalıdır. ...
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.
Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
24. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Kassasiya şikayətinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia tələbinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
29. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından mübahisələndirilən kameral vergi qərarlarının əsaslı olması ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
30. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
31. Məhkəmə kollegiyası kassasiya şikayətinin iddiaçının müraciəti əsasında “xxxx” MMC tərəfindən verilmiş **-**/** nömrəli ##.##.2025-ci il tarixli mütəxəssis rəyinin əsassız olaraq mötəbər sübut kimi qəbul edilməməsinə dair dəlilinə münasibətdə qeyd edir ki, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 23-cü maddəsinin 1-ci hissəsinə görə məhkəmə ekspertlərinin fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının məhkəmə ekspertizası idarələrində, elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna uyğun olaraq akkreditasiyadan keçmiş sınaq laboratoriyalarında, özəl hüquqi şəxslərdə, habelə özəl məhkəmə eksperti tərəfindən ayrıca şəkildə təşkil edilə bilər. Lakin, məhkəmə ekspertizası sahəsinin təkmilləşdirilməsi məqsədilə özəl ekspertiza fəaliyyətinin hüquqi tənzimlənməsi ilə bağlı məsələlərin baxılması prosesi hələ də davam etdiyindən özəl məhkəmə ekspertlərinin fəaliyyətlərinin hüquqi əsası olan müvafiq şəhadətnamələrin verilməsi prosesinin başlanılmaması nəzərə alınmalıdır.
32. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi “xxxx” MMC tərəfindən verilmiş **-**/** nömrəli ##.##.2025-ci il tarixli mütəxəssis rəyini mötəbər sübut kimi qəbul etməməkdə haqlı olmuşdur.
33. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası
Qərara aldı:
İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.