Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3919/2025 24.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Bakı Ərazi Idarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Bağ sahəsinin ölmüş şəxsə məxsus olmasına dair arayışın verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, IŞIN HALLARI
1. Bakı şəhər X5 Icraiyyə Komitəsinin ## #### 1989-cü il tarixli, */*** nömrəli qərarı ilə “Qum adası” X3 Idarəsi (DQII) və “Günəşli” yoldaşlıq-bağçılıq təsərrüfatına 3,3 ha torpaq sahəsi ayrılmışdır.
2. Bakı Şəhər Icra Hakimiyyəti başçısının ##.##.2001-ci il tarixli, *** saylı Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (bundan sonra – üçüncü şəxs) “Qum Adası” adına Neft və Qazçıxarma Idarəsinin ##.##.2000-ci il tarixli, **-*/*** nömrəli məktubunu nəzərə alaraq. “Qum Adası” adına Neft və Qazçıxarma Idarəsinin kollektiv bağçılıq təsərrüfatının yaradılması üçün 10,0 ha torpaq sahəsi ayrılmışdır.
3. Ayrılmış həmin torpaq sahəsinə dair Bakı Şəhər Icra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş Idarəsi şəhər ərazisinin tikinti planlaşdırma Idarəsi tərəfindən ##.##.2001-ci il tarixli, ***** nömrəli “Inşaat Pasportu” hazırlanmış və torpaq sahəsinin hüdudlarını müəyyən edən **/** nömrəli ayrıc aktı tərtib edilmişdir.
4. Bakı Şəhər Icra Hakimiyyəti başçısının ##.##.2005-ci il tarixli, *** nömrəli Sərəncamına əsasən, Suraxanı Rayon Icra Hakimiyyəti başçısının ##.##.2005-ci il tarixli, *** nömrəli razılıq məktubu nəzərə alınaraq, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” Istehsalat Birliyi “Qum adası” Neft və Qazçıxarma Idarəsinə, Suraxanı rayonu, Zığ- Hövsan şossesinin cənub-şərqində yerləşən sahədə bağ təsərrüfatı yaratmaq üçün 7,0 ha torpaq sahəsi verilmişdir.
5. “Qum adası” NQÇI-nin “Qum adası” bağçılıq-yoldaşlıq cəmiyyətinin Idarə Heyətinin ##.##.2005-ci il tarixli, ** saylı iclasında qəbul edilən qərarla X1 cəmiyyətə üzv qəbul edilmiş və ona Bakı Şəhər Icra Hakimiyyəti tərəfindən ##.##.2005-ci il tarixli *** saylı sərəncamla Suraxanı rayonun Zığ-Hövsan şossesi yaxınlığında bağçılıq cəmiyyəti üçün ayrılmış torpaq sahəsindən 400 kv.metr sahəsi olan, XIX küçədə ** saylı bağ sahəsi ayrılmışdır.
6. X1 ##.##.2020-ci il tarixdə vəfat etmişdir.
7. Iddiaçı İddiaçı (bundan sonra – iddiaçı) X1 oğlu və birinci növbəli vərəsəsidir.
8. Bakı şəhəri ** saylı Notariat ofisi tərəfindən cavabdehə ünvanlanmış ## ###### 2021-ci il tarixli məktubla miras əmlak üzərində miras qoyan X1 hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında” Təlimatın 7-ci bəndinə uyğun olaraq, miras əmlak üzərində miras qoyanın adına tərtib edilmiş hüquqmüəyyənedici (çıxarışın) sənədin və bu barədə, müvafiq məlumatın sorğunu təqdim edən şəxs vasitəsi ilə verilməsinin təmin edilməsi xahiş olunmuşdur.
9. Iddiaçı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Bakı Ərazi Idarəsinə (bundan sonra – cavabdeh) müraciət etmiş, cavabdeh müraciətin təmin olunmasından imtina etmişdir. Imtinaya əsas kimi qeyd edilmişdir ki, elektron kadastr məlumatına əsasən, göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Bundan əlavə, Idarənin arxivində “Qum adası” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısı və bölgü sxemi aşkar olunmamışdır.
IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI
a) birinci instansiya məhkəməsində icraat
10. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Zığ-Hövsan şossesi yaxınlığında XIX küçə, ** saylı 400 kv.metr bağ sahəsinin mərhum X1 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Bakı Ərazi Idarəsinin üzərinə qoyulmasını xahiş etmişdir.
11. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilkin olaraq Bakı Şəhər Icra Hakimiyyəti başçısının ##.##.2005-ci il tarixli, *** saylı Sərəncamında inzibati orqanın suallarının cavabı bütün təfərrüatı ilə qeyd edilmişdir. Ikincisi, inzibati orqan Bakı Şəhər Icra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş Idarəsinin № **/** Iş № **/t-22 saylı “Ayrıc Aktı”nın mövcudluğunu araşdırmaq niyyətində olmamışdır. Üçüncüsü, “Qum adası” NQÇI-nin “Qum adası” bağçılıq-yoldaşlıq cəmiyyətinin Idarə Heyətinin iclasının ##.##.2005-ci il tarixli ** saylı Protokolundan çıxarışın tərəflərindən surəti təqdim olunub. Göründüyü kimi, torpaq sahəsi mərhum atasına aidiyyəti qurumlar tərəfindən yerdə və naturada ayrılaraq təhvil verilmişdir.
12. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məzmunlu olmaqla əlavə olaraq qeyd edilmişdir ki, göstərilən ərazi heç bir bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktı daxilində yerləşmir.
13. Üçüncü şəxs Üçüncü şəxs (SOCAR) iddiaya yazılı münasibətini (etiraz) təqdim edərək, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, sorğuda qeyd edilən torpaq sahəsi Azərbaycan Respublikasının ## #### 2007-ci il tarixli ***-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X8 Limited” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşir. Bu səbəbdən həmin torpaq sahəsindən yalnız təyinatı üzrə istifadə oluna bilər. Sözügedən torpaq sahəsi *** saylı ləğv olunmuş neft quyusundan 44 metrlik və *** saylı ləğv olunmuş neft quyusundan 71 metrlik məsafədə mühafizə zonası daxilində yerləşir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında ##.##.2017-ci il tarixli ** nömrəli Qərarının 3-cü hissəsinin 3-cü bəndinə əsasən, yaşayış binaları, fərdi yaşayış evləri, yataqxanalar, inzibati binalar və müvəqqəti salınmış qəsəbələrlə ləğv olunmuş quyularla minimum 75 metr mühafizə zonası müəyyən olunmuşdur.
14. Bakı Inzibati Məhkəməsinin (hakim B.M.Cəlalov) ## ###### 2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı ilə iddia təmin olunmuş, Bakı şəhəri, Suraxanı rayonu, Zığ- Hövsan şossesi yaxınlığında XIX küçə, ** saylı 400 kv.metr bağ sahəsinin mərhum X1 məxsus olması barədə arayışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Bakı Ərazi Idarəsinin üzərinə qoyulmuşdur.
15. Birinci instansiya məhkəməsinin əsaslandırması: 15.1. Iddiaçı hüquqmüəyyənedici sənəd kimi mərhum atasının adına olan “Qum adası” NQÇI-nin “Qum adası” bağçılıq-yoldaşlıq cəmiyyətinin Idarə Heyətinin iclasının ## #### 2005-ci il ** saylı protokolundan çıxarışın surətini təqdim edir. Məhkəmə sorğusuna cavab olaraq üçüncü şəxs tərəfindən məhkəməyə təqdim edilmiş bağçılığın üzvlərinin siyahısında iddiaçının atasının adı mövcuddur. Tərəflər arasında bağ sahəsinin hüquqmüəyyənedici sənədləri ilə bağlı hər hansı mübahisə yoxdur. 15.2. Həmçinin, Bakı Şəhər Icra Hakimiyyəti başçısının “Qum Adası” bağçılıq yoldaşlığa torpaq sahəsinin ayrılması dair iki sərəncamı mövcuddur; 1) ##.##.2001-ci il tarixli, *** saylı Sərəncamı ilə 10,0 ha torpaq sahəsi; 2) ##.##.2005-ci il tarixli, *** nömrəli Sərəncamı ilə 7,0 ha torpaq sahəsi ayrılması barədə. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş arxiv qovluğundan müəyyən edilir ki, ##.##.2001-ci il tarixli, *** saylı Sərəncam ilə bağçılığa ayrılmış 10,0 ha torpaq sahəsinin ayrıc aktı mövcud olduğu halda, ##.##.2005-ci il tarixli, *** nömrəli Sərəncam ilə ayrılmış 7,0 ha torpaq sahəsinin ayrıc aktı yoxdur. Iddiaçının hüquqmüəyyənedici sənəd kimi təqdim etdiyi sənədlərdən müəyyən edilir ki, onun atasına torpaq sahəsi Bakı Şəhər Icra Hakimiyyəti başçısının ##.##.2005-ci il tarixli, *** nömrəli Sərəncamı ilə “Qum Adası” bağçılıq yoldaşlığa ayrılmış 7,0 ha torpaq sahəsindən verilmişdir. Qeyd edilən torpaq sahəsinin ayrıc aktı isə arxiv qovluğunda yoxdur. Belə olan halda, ayrıc aktı olmadığı təqdirdə, iddiaçının atasına ayrılmış torpaq sahəsinin bağçılığın ayrıc aktından kənarda yerləşməsinə dair imtinası da əsassızdır. Torpaq sahəsinin ayrıc aktından kənarda olmasının müəyyən edilməsi üçün ilk növbədə ayrıc aktı olmalıdır ki, həmin torpaq sahəsinin ayrıc aktının daxilində, yaxud kənarında olub-olmaması müəyyən edilsin. 15.3. Torpaq sahəsinin ARDNŞ-nin istifadəsinə verilmiş ərazilərdə yerləşməsi, eyni zamanda üçüncü şəxsin etirazı ilə bağlı məhkəmə aşağıdakıları qeyd etmişdir: Ilk növbədə qeyd edilməlidir ki, torpaq sahələri Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” Istehsalat Birliyi “Qum adası” Neft və Qazçıxarma idarəsinin əməkdaşlarına ayrılmışdır. Iddiaçının atasına ayrılmış torpaq (bağ) sahəsi məhz Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tabeliyində olmuş “Azneft” Istehsalat Birliyi “Qum adası” Neft və Qazçıxarma Idarəsi tərəfindən ayrılmışdır. Yəni, iddiaçının atasının bağçılıq üzvlüyünə qəbul edilməsi, ona torpaq sahəsinin ayrılmasını həyata keçirən aidiyyəti Idarə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tabeliyində olan Idarə olmuşdur. Odur ki, torpaq sahəsinin ARDNŞ istifadəsinə verilmiş ərazilərdə yerləşməsi əsası ilə, tələbin təmin olunmasından imtina edilməsi əsassızdır. 15.4. Məhkəmə həmçinin qeyd etmişdir ki, baxılan işdə iddiaçının gözlənilən mülkiyyət hüququ üçüncü şəxsin istifadə hüququndan üstündür. Əgər, həqiqətən də, iddiaçıya ayrılmış torpaq sahəsi Neft Şirkətinin istifadəsində olan torpaqların hüdudları daxilində və neft-qaz quyularının mühafizə zolağında yerləşirsə, bu torpaq sahəsi ayrılmış fiziki şəxsin mülkiyyət hüququnun realizəsinə mane ola bilməz. Əksinə, fiziki şəxs ona ayrılmış torpaq sahəsindən istifadə edə bilməməsi səbəbindən pozulmuş hüquqlarının müdafiəsi baxımından (ədalətli kompensasiya tələb edə bilməsi və sair) gözlənti mülkiyyət hüququnu reallaşdıra bilməlidir. Şəxsin faktiki istifadəsində olan torpaq sahəsi ilə xüsusi mülkiyyətində olan torpaq sahəsinə görə kompensasiyanın verilməsində isə fərq olacağından fiziki şəxs mülkiyyət hüququ üzrə qanuni gözləntisindən məhrum edilə bilməz.
16. Üçüncü şəxs Dövlət Neft Şirkəti həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsində icraat
17. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: E.Ə.Əliyev /sədrlik edən və məruzəçi/, G.M.Abbasova və A.P.Oruczadə) ## ######## 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq həmçinin qeyd etmişdir ki, iş materiallarında olan cavabdeh tərəfindən təqdim edilmiş ##.##.2023-cü il tarixli mütəxəssis rəyindən müəyyən edilir ki, torpaq sahəsi yaşayış məntəqələrinin torpaqlarıdır. Torpaq sahəsinin neft quyusunun mühafizə zolağında yerləşməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin mütəxəssislərinin iştirakı ilə torpaq sahəsinə yerində baxış keçirilmiş və müəyyən edilmişdir ki, torpaq sahəsinin üzərində fərdi yaşayış evi tikilmişdir. Torpaq sahəsinin ətrafında fərdi yaşayış evləri inşa edilmişdir və sahə yaşayış massivi kimi istifadə edilir. Cavabdehin mütəxəssislərindən neft quyusunun harada olması soruşulduqda bu barədə elektron kadastr baza məlumatlarına istinad edildiyi, lakin faktiki olaraq neft quyusunun harada olmasının onlara məlum olmadığı bildirilmişdir. Torpaq sahəsinin ətrafı fərdi yaşayış evləri olduğundan, qeyd edilən ərazidə məhkəmə tərəfindən hər hansı neft quyusu olmasını müəyyən etmək mümkün olmamışdır. Kollegiya, imtina əsası kimi qeyd etdiyi halın aydınlaşdırılması ilə bağlı cavabdeh inzibati orqana sorğu vermiş, sorğuya cavabda qeyd edilmişdir ki, “Qum adası” NQÇI-nin bağçılıq yoldaşlığı birliyinin arxiv qovluğunda Bakı şəhəri, Suraxanı rayonu, Zığ-Hövsan şossesinin cənub-şərqində yerləşən sahədə bağ təsərrüfatı yaratmaq üçün 7,0 ha torpaq sahəsinin ayrıc aktı aşkar edilməmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan bir tərəfdən iddiaçının atasına ayrılmış torpaq sahəsinin ayrıc aktından kənar olduğunu iddia edir, digər tərəfdən də Bakı Şəhər Icra Hakimiyyəti başçısının ##.##.2005-ci il tarixli, *** nömrəli Sərəncamı ilə ayrılmış “Qum adası” NQÇI-nin bağçılıq yoldaşlığı birliyinin arxiv qovluğunda Bakı şəhəri, Suraxanı rayonu, Zığ Hövsan şossesinin cənub-şərqində yerləşən sahədə bağ təsərrüfatı yaratmaq üçün 7,0 ha torpaq sahəsinin ayrıc aktının olmadığını bildirir. Hansı ki, iş materiallarından da müəyyən olunur ki, Bakı Şəhər Icra Hakimiyyəti başçısının ##.##.2005-ci il tarixli, *** nömrəli Sərəncamı ilə ayrılmış 7,0 ha torpaq sahəsi ayrılmış işçilərin siyahısında iddiaçının atası X2 adı 148-ci sırada qeyd edilmişdir. Beləliklə, cavabdehin torpaq sahəsinin ayrıc aktından kənar olması ilə bağlı gətirdiyi dəlilin ziddiyyətli və əsassız olduğu məhkəmə araşdırması ilə sübuta yetirilmişdir. Belə ki, bağçılığın ayrıc aktı olmadığı halda, cavabdeh hansı əsaslardan çıxış edərək sözügedən torpaq sahəsinin ayrıc aktından kənar olduğuna dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, bağ sahəsi iddiaçının mübahisəsiz istifadəsindədir, həmin sahəyə digər şəxslərin müraciətinin qeydə alınması, yaxud üst-üstə düşməsi barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia olunan bağ sahəsi iddiaçının atasına qanuni əsaslarla verildiyindən, iddiaçı hazırkı tələbində haqlıdır.
19. Üçüncü şəxs Dövlət Neft Şirkəti həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI
a) kassasiya şikayətinin dəlilləri
20. Üçüncü şəxs Dövlət Neft Şirkəti kassasiya şikayətində iddiaya etirazının və apellyasiya şikayətinin dəlillərini təkrarlamışdır.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ
22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 7. daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. Qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. Qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. Mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. Bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plancizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ####### 2015-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.2-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elekton çıxarış tərtib edilir.
24. Azərbaycan Respublikası Prezidentinin ## ###### 2015-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın: Həmin Siyahının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları Ittifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər:- 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il ######ın ##-dən 1995-ci il ######ın ##-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il ######ın #-dan 1995-ci il ######ın ##-dək qəbul edilmiş qərar; 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il ######ın #-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il ######ın #- dək tərtib olunmuş texniki pasport həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il ######ın #-dək qəbul edilmiş qərarlar.
25. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11. Qanunçuluq prinsipi 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. Inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 24. Işin hallarının obyektiv araşdırılması 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. ...
26. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. ... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96. Ali Məhkəmədə icraat ... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. ... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. ... Maddə 98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI
27. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
32. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə, Bakı şəhəri, Suraxanı rayonu, Zığ-Hövsan şossesi yaxınlığında XIX küçə, ** saylı 400 kv.metr bağ sahəsinin mərhum X1 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Bakı Ərazi Idarəsinin üzərinə qoyulması bağlı lazımi qaydada araşdırma aparmış, haqlı olaraq birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə mövqeyi ilə razılaşmışdır.
33. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
34. Bununla belə, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd edir.
35. Iddiaçı tələbinin hüquqi əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsində təsbit edilmiş hüquq müəyyənedici sənədə istinad etmişdir.
36. Bu qərarın 22-ci bəndində istinad olunan normaya görə, 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır.
37. “Qum adası” NQÇI-nin “Qum adası” bağçılıq-yoldaşlıq cəmiyyətinin Idarə Heyətinin ##.##.2005-ci il tarixli, ** saylı iclasında qəbul edilən qərarla iddiaçının atası X1 cəmiyyətə üzv qəbul edilmiş və ona Bakı Şəhər Icra Hakimiyyəti tərəfindən ##.##.2005-ci il tarixli *** saylı sərəncamla Suraxanı rayonun Zığ-Hövsan şossesi yaxınlığında bağçılıq cəmiyyəti üçün ayrılmış torpaq sahəsindən 400 kv.metr sahəsi olan, XIX küçədə ** saylı bağ sahəsi ayrılmışdır.
38. Həmin sənədlərin mötəbərliyini şübhə altına alan hər hansı hal məhkəmələr tərəfindən müəyyən olunmadığı, eləcə də cavabdeh və üçüncü şəxs tərəfindən də həmin sənədlərin mötəbərliyini şübhə altına alan hər hansı sübut təqdim olunmadığı üçün, qeyd edilən sənədlər mötəbərlik prezumpsiyası prinsipi baxımından mötəbər sayılmalı və qeydiyyat üçün əsas qismində qiymətləndirilməlidir.
39. Bundan başqa, iş üzrə materiallardan görünür ki, bağ sahəsi bağçılıq-yoldaşlıq təsərrüfatına və bunun üzərindən də həmin bağçılıq-yoldaşlıq təsərrüfatının üzvü olan iddiaçının atasına səlahiyyətli orqanlar tərəfindən müvafiq qərar əsasında ayrılmış və həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilmişdir. Nəzərə alınmalıdır ki, həmin dövrdə qüvvədə olmuş torpaq qanunvericiliyinə (1992-ci ilədək qüvvədə olmuş Torpaq Məcəlləsinin 20-ci maddəsi) əsasən torpaqlar daimi və ya müvəqqəti istifadəyə müvafiq X5nin icraiyyə komitəsi tərəfindən onun qərarı əsasında ayrılırdı. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar həmin Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
40. Bu qayda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində də nəzərdə tutulmuşdur. Eyni zamanda, həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır.
41. Nəzərə almaq lazımdır ki, cavabdeh hüququn qeydiyyata alınması məsələsini həll edərkən, yuxarıda qeyd olunan normaları əlahiddə olaraq, bir-birindən təcrid olunmuş şəkildə deyil, əlaqəli və kompleks şəkildə təfsir və tətbiq etməlidir. Həmçinin üçüncü şəxs tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğu da həmin maddələrin tələbləri və məzmunu nəzərə alınmaqla müəyyənləşdirilməlidir.
42. Qeyd eddilməlidir ki, Azərbaycan Respublikasının ## #### 2007-ci il tarixli ***-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişin iddiaçıya torpaq sahəsinin ayrılmasından sonra bağlanıldığı və etimadın qorunması prinsipi, eləcə də yuxarıda istinad olunan normalar baxımından, həmin Sazişin müddəalarının şəxsin ona torpaq sahəsinin ayrılması barədə qərara əsaslanan hüququnun qeydiyyata alınmasını istisna etmədiyi də nəzərə alınmalıdır.
43. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşarkən həmçinin nəzərə alır ki, iş materiallarında olan cavabdeh tərəfindən təqdim edilmiş ##.##.2023-cü il tarixli mütəxəssis rəyi ilə torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqları olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehin mütəxəssislərinin iştirakı ilə torpaq sahəsinə yerində baxış keçirilmiş və müəyyən edilmişdir ki, torpaq sahəsinin üzərində fərdi yaşayış evi tikilmişdir. Torpaq sahəsinin ətrafında fərdi yaşayış evləri inşa edilmişdir və sahə yaşayış massivi kimi istifadə edilir.
44. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.