Məhkəmə qərarları › İş №2-1(102)-392/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-392/2020

25.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-392/2020 25.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı “Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları” İctimai Birliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ictimai birliyin əmlak kompleksinə hüququnun qeydə alınması, reyestrdən çıxarışın verilməsi, hüququn yarandığı vaxtda qüvvədə olan qanunun tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçının vəkili X5 iştirakı ilə, İddiaçı “Azərb aycan Həmkarlar İttifaqları İdman Təşkilatları” İctimai Birliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “əmlak kompleksinin qeydə alınaraq reyestrdən çıxarışın verilməsi haqqında” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 5 noyabr tarixli 2-1(103)-2183/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Bakı şəhər X6 İcraiyyə Komitəsinin 1982-ci il 3 dekabr tarixli, 11 nömrəli qərarına əsasən təşkilatın balansına verilmiş x ünvanında yerləşən əmlak kompleksinin dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın veril məsini xahiş etmişdir. Cavabdeh 2018-ci il 14 avqust tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, qeyri-yaşayış binasına dair ‘Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər toplusu təqdim edildiyi təqdirdə ərizəyə yenidən baxılacaqdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Birliyin balansında olan x ünvanında yerləşən əmlak kompleksinin dövlət reyestrində qeydə alınaraq daimi istifadə hüququna dair çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, Azərbaycan Həmkarlar İttifaqları idman X3 1982-ci ildən balansında olan və cavabdeh tərəfindən həmin əmlak kompleksinə 2014-cü il 16 may tarixdə texniki pasport verilmişdir. x ünvanında yerləşən əmlak kompleksinin dövlət reyestr xidmətində qeydə alınaraq çıxarış verilməsinin təmin edilməsi üçün 2018-ci il 5 iyun tarixdə ərizə ilə müraciət etmişdir. Cavabdeh onlara 2018-ci il 3 iyul tarixdə əsassız olaraq cavab məktubu göndərmişdir. Qeyd olunan həmin əmlak kompleksinin 1982-ci il tarixdən təşkilatın balansında olduğunu təsdiq edən arxiv arayışları, icraiyyə komitəsinin qərarı, protokoldan çıxarış, həmçinin 1982-ci il tarixdə tərtib edilmiş texniki pasport mövcuddur. Həmin sənədl ərin əsillərini 2018-ci il 17 iyul tarixdə yenidən müraciət edərək ərizəsinə əlavə etmişdir. Buna baxmayaraq, cavabdeh yenə də 2018-ci il 14 avqust tarixdə həmin məzmunda imtina məktubu vermişdir. Cavabdehin imtina məktubunda göstərilən qanunvericilik normaları qeyd olunan əmlak kompleksinə şamil edilmir. Bundan əlavə, həmin əmlak kompleksinə texniki pasport tərtib edildiyi təqdirdə çıxarışın verilməməsi əsassız və qanunsuzdur. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 5 dekabr tarixli 2-1(81)3885/2018 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının balansında olan x ünvanında yerləşən əmlak kompleksinin dövlət reyestrində qeydə alınaraq daimi istifadə hüququna dair çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 28 fevral tarixli 21(103)-660/19 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 27 iyun tarixli 2-1(102)-1998/19 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 28 fevral tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının qeydə alınmasını tələb etdiyi hüquq, mübahisə predmeti olan əmlak üzərində daimi istifadə hüququdur. Apelyasiya məhkəməsi nəzərə almamışdır ki, həmin hüququn mövcud olduğu, üzərində daimi istifadə hüququnun qeydə alınması tələb edilən əmlakın hələ Azərbaycan Respublikası müstəqillik əldə etməzdən əvvəl iddiaçının balansında olması ilə təsdiq olunur. İddiaçı da əmlak üzərində mövcud olan istifadə hüququnun müvafiq reyestrdə qeydə alınmasını arzulamışdır. Apellyasi ya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 05 noyabr tarixli 21(103)-2183/2019 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 05 dekabr tarixli qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir. Məhkəmənin qərarı iddiaçıya 2019-cu il 22 noyabr tarixdə təqdim edilmişdir. İddiaçı həmin qərardan 2019-cu il 3 dekabr tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin əmlak kompleksinın daşınmaz əmlakın növü kimi 1 982-ci ildə və ondan əvvəlki müddətdə mülki qanunvericilikdə mülkiyyət hüququnun obyekti kimi nəzərdə tutulmaması, iddiaçının qeydə alınmasını tələb etdiyi istifadə hüququnun isə məhdud əşya hüququna aid olması, mübahisə predmeti olan əmlak üzərində daimi istifadə hüququnun olması, 1965-ci il 1 mart tarixdən 2000-ci il 1 sentyabr tarixədək qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsində məhdud əşya hüququ nəzərdə tutulmaması barədə nəticəsi qanunsuzdur.Apellyasiya instansiyası məhkəməsinin “Daşınmaz əmlakın mahiyyətini onun torpaq sahəsi ilə möhkəm bağlı olması, lakin xx.xx.2014-cü il tarixinə olan vəziyyətinə dair balanssaxlayıcı Assosiasiyanın adına - x ünvanında yerləşən həmin əmlak kompleksinin Texniki Pasportunda göstərilən və onun faktiki istifadəsində olan torpaq sahəsinə dair iddia çı tərəfindən qanunvericiliyin qeyd olunan tələblərinə uyğun təsdiqləyici sənədlərin cavabdehə təqdim edilməməsi, belə olan halda iddiaçının qeydə alınmasını tələb etdiyi istifadə hüququn dövlət qeydiyyatına alınmalı hüquq kimi qiymətləndirilə bilməməsi, mübahisəli əmlakın keçmiş Azərbaycan SSR dövründə iddiaçı qurumun struktur tərkibinə aid idman cəmiyyətinin balansına verilərkən hazır kompleks olmaması, hələ tikilmə ərəfəsində olması, tikildikdən sonra 2014-cü ildə balanssaxlayıcı Assosiasiyanın adına Texniki Pasport tərtib edilməsi” kimi istinad etdiyi xüsusatlar işin faktiki hallarına uyğun olmamış və ziddiyyət olmuşdur. Belə ki, iddiaçının qeydə alınmasını tələb etdiyi istifadə hüququ torpaq sahəsi ilə deyil, sırf əmlak kompleksi ilə bağlı olmuşdur. Həmçinin, əmlak kompleksinin Texnik i Pasportunda göstərilən və iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinə dair iddiaçı tərəfindən qanunvericiliyin qeyd olunan tələblərinə uyğun təsdiqləyici sənədlər cavabdehə təqdim edilməməsi barədə nəticə də əsassız olmuşdur. Cavabdeh tərəfindən cəmi 5 il əvvəl tərtib edilmiş əmlak kompleksinin Texniki Pasportunda bütün texniki göstəricilər mövcuddur və bu hal istifadə hüququnun qeydə alınması üçün əsasdır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Əsaslandırma hissəsi: Cavabdehin məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2-ci və 94.4-cü maddələri). Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 12-ci maddəsinin müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 82-ci maddəsinin tələbinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 81.3-cü maddəsinin tələbinə əsasən, bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar... tətbiq olunur. Həmin normaların tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmamışdır. İddia tələbi əmlak kompleksinə iddiaçının istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından və ona bu barədə reyestrdən çıxarış verilməsindən ibarətdir. İddiaçı öz tələbinin əsası kimi həmin əmlak kompleksinin keçmiş Oktyabr rayon XDS İcraiyyə K omitəsinin 1982-ci il 3 dekabr tarixli 11 nömrəli qərarına əsasən onun balansına verildiyini qeyd etmişdir. Apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi barədə gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki: - əmlak kompleksi daşınmaz əmlakın növü kimi 1982-ci ildə və ondan əvvəlki müddətdə mülki qanunvericilikdə mülkiyyət hüququnun obyekti kimi nəzərdə tutulmamışdır; - iddiaçının qeydiyyata alınmasını tələb etdiyi istifadə hüququ məhdud əşya hüququna aiddir; - 1965-ci il 1 mart tarixdən 2000-ci il 1 sentyabr tarixə kimi qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsində məhdud əşya hüququ nəzərdə tutulmamışdır. Həmin Məcəllənin 97 və 98-ci maddələrində Həmkarlar İttifaqları təşkilatlarının və sair ictimai təşkilatların mülkiyyəti və onun obyektləri qeyd edilmişdir. 2000-ci il 1 s entyabr tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsində məhdud əşya hüququ və onun növləri öz əksini tapmışdır; - Azərbaycanda əmlak kompleksi müəssisə qismində özəlləşdirilmiş obyekt kimi yaranmış və daşınmaz əmlak kimi adlandırmışdır. Müəssisə - əmlak kompleksi kimi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün istifadə olunur. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin qənaəti ilə bağlı aşağıdakıları qeyd edir. 2000-ci il 1 sentyabr tarixədək qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin 97-ci maddəsinə əsasən, həmkarlar ittifaqları təşkilatları və sair ictimai təşkilatlar öz nizamnamələrinə (əsasnamələrinə) müvafiq olaraq, mülkiyyət hüququ əsasında onlara məxsus olan əmlaka sahiblik edir, ondan istifadə edir və onun üzərində sərəncam veri rlər. Həmkarlar ittifaqları təşkilatlarının və sair ictimai təşkilatların mülkiyyətini təşkil edən əmlak üzərində sərəncam hüququ, ancaq mülkiyyətçilərin özlərinə məxsusdur. Həmin Məcəllənin 98-ci maddəsinə əsasən (1986-cı il 17 noyabr tarixli fərmanla yeni redaksiyada), həmkarlar ittifaqı təşkilatlarının və sair ictimai təşkilatların mülkiyyəti onlara nizamnamə vəzifələrini həyata keçirmək üçün lazım olan əmlakdır. Apellyasiya instansiyası məhkəməsi də məhz həmin normalara istinadla qeyd etmişdir ki, həmkarlar ittifaqları təşkilatları və sair ictimai təşkilatların mülkiyyəti və onun obyektləri tərkibində “əmlak kompleksi” nəzərdə tutulmamışdır. Bununla yanaşı, 1991-ci il 9 noyabr tarixdə qəbul edilmiş “Azərbaycan Respublikasında mülkiyyət haqqında” Qanunun (2002-ci il 23 aprel tarixli, 311-İİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 3-cü maddəsinə əsasən (Mülkiyyət hüququnun obyektləri), torpaq, yerin təki, daxili sular və ərazi suları, qitə şelfi, hava hövzəsi, bitkilər və heyvanlar aləmi, müəssisələr, əmlak kompleksləri, binalar, qurğular, avadanlıq, xammal və materiallar, pullar, qiymətli kağızlar, istehsal təyinatlı, sosial, mədəni və başqa təyinatlı digər əmlak, intellektual və yaradıcı əməyin məhsulları mülkiyyətdə ola bilər. Həmin Qanunun 4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət hüququnun subyektləri Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, yerli xalq deputatları Sovetləri, kollektiv müəssisələr (kooperativlər, səhmdar cəmiyyətləri, təsərrüfat ortaqlıqları və təsərrüfat assosiasiyaları, icarə müəssisələri), ictimai birliklər və dini təşkilatlar, vətəndaşlardır. Həmin Qanunun 14-cü maddəsinin 3-cü bəndinə əsasən, kollektiv mülkiyyət dövlət əmlakının qanunla qoyulmuş qaydada mülkiyyət kimi kollektivlərə verilməsi, hüquqi şəxslərin öz vəsaiti, yaxud borc aldıqları vəsait hesabına əmlak yaradılması və ya əldə edilməsi hesabına əmələ gəlir. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə əsasən, hüquqi şəxslər sayılan ictimai birliklərin mülkiyyətində binalar, tikililər, mənzil fondu, avadanlıq, inventar, mədəni-maarif və sağlamlıq təyinatlı əmlak, pul vəsaiti, səhmlər, digər qiymətli kağızlar və onların nizamnamələrində nəzərdə tutulmuş fəaliyyətin maddi təminatı üçün zəruri sayılan başqa əmlak ola bilər. İctimai birliklər sahibkarlıq fəaliyyətilə məşğul ola bilərlər, bu fəaliyyəti həyata keçirmək məqsədilə müəssisələr v ə nizamnamə vəzifələrini yerinə yetirmək üçün zəruri olan hədlər daxilində başqa əmlak yarada və ala bilərlər. Apellyasiya instansiyası məhkəməsinin əsaslandığı, 1964-cü ildən qüvvəyə minmiş Azərbaycan SSR Mülki Məcəlləsinin 3-cü maddəsinə əsasən (SSR İttifaqı və Azərbaycan SSR Mülki qanunvericiliyi), SSR İttifaqının və müttəfiq respublikaların mülki qanunvericilik Əsaslarına müvafiq olaraq, bu Məcəllə və Azərbaycan SSR-in sair mülki qanunvericilik aktları həm Əsaslarda nəzərdə tutulmuş, həm də nəzərdə tutulmamış əmlak münasibətlərini və şəxsi qeyri-əmlak münasibətlərini tənzim edir. Göründüyü kimi, 1964-cü ildən qüvvəyə minmiş Azərbaycan SSR Mülki Məcəlləsinin müddəaları ilə bərabər, 1991-ci ildə - yeni iqtisadi münasibətlərin formalaşdığı dövrün tələblərinə uyğun olaraq qəbul edilmiş, mü lki qanunvericiliyin tərkib hissəsi olan “Azərbaycan Respublikasında mülkiyyət haqqında” Qanunun müddəalarında mülkiyyət hüququnun obyektlərinin dairəsi genişləndirilmiş (o cümlədən, torpaq, əmlak kompleksləri, mədəni və başqa təyinatlı digər əmlak və s.), kollektiv mülkiyyətin dövlət əmlakının qanunla qoyulmuş qaydada mülkiyyət kimi kollektivlərə verilməsi, hüquqi şəxslərin öz vəsaiti, yaxud borc aldıqları vəsait hesabına əmlak yaradılması və ya əldə edilməsi hesabına əmələ gəlməsi təsbit olunmuşdur. Beləliklə, apellyasiya instansiyası məhkəməsi iddiaçının əşya hüquqlarının əmələ gəlmə əsaslarını işin digər halları ilə yanaşı, həm də yuxarıda qeyd edilən normaların tələbləri nəzərə alınmaqla tədqiq etməli idi. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi, həmçinin qeyd etmişdir ki, mübahisəli əmlak keçmiş Azərbaycan SSR dövründə iddiaçı qurumun struktur tərkibinə aid idman cəmiyyətinin balansına verilərkən, hazır kompleks olmamış, hələ tikilmə ərəfəsində olmuş, sonradan, tikildikdən sonra 2014-cü ildə Azərbaycan Həmkarlar İttifaqları X1 adına (balanssaxlayıcı) Texniki pasport tərtib olunmuşdur. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin qənaətini İPM-in 12-ci və 57.8-ci maddələrinin tələblərinə uyğun hesab etmir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi Texniki pasport 2014-cü ildə tərtib olunsa da, həmin sənəddə yalnız tikilinin həmin vaxtda mövcud olan vəziyyətinin əks olunduğu qeyd edilmiş, lakin tikili və qurğuların tikildiyi il göstərilməmişdir. Əksinə, həmin Texniki pasportla bərabər işə əlavə edilmiş “İdma n qurğusunun pasportu”nda torpaq sahəsinin 1,5 ha, tikililərin tərkibi, istismara verilmə tarixi (1982), pasportlaşma anına texniki vəziyyəti – “kafi” kimi qeyd edilmişdir (iş v. 23-25, 134-140). Beləliklə, apellyasiya instansiyası məhkəməsi həmin hissədə gəldiyi nəticəni tədqiq olunmuş sübutlara istinadla əsaslandırmamışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi, həmçinin qeyd etmişdir ki, iş materiallarında olan, cavabdeh tərəfindən verilmiş 2014-cü il 15 may tarixli Texniki pasportda balans saxlayıcı, icarəçi və ya istifadəçi qismində Azərbaycan Həmkarlar İttifaqları X1 adı qeyd edilmişdir, lakin iş üzrə iddiaçı qismində isə digər hüquqi şəxs “Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları” İctimai Birliyi çıxış edir. Apellyasiya instansiyası məhkəməsi h əmin qənaətin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 56.5-ci maddəsinə istinad etmişdir. Həmin normaya görə, bir növdən olan hüquqi şəxs digər növdən olan hüquqi şəxsə çevrildikdə (təşkilati-hüquqi formanın dəyişməsi) yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin qənaətini də İPM-in 12-ci və 57.8-ci maddələrinin tələblərinə uyğun hesab etmir. Belə ki, apellyasiya instansiyası məhkəməsi işin həmin hallarını tədqiq edərkən iddiaçının apellyasiya instansiyası məhkəməsinə yazılı izahatında və həmin izahata əlavə edilmiş sənədlərdə qeyd olunanları nəzərə almamış, onlara hər hansı münasibət bildirməmişdir (iş v. 123-131). Belə ki, iddiaçı h əmin izahatında bəyan edir ki, Azərbaycan Həmkarlar İttifaqları X2 1993-cü ildə yaranmış, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 440 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Təşkilatın Nizamnaməsinə əlavə və dəyişiklik edilərək 2-ci redaksiyada təsdiq üçün Ədliyyə Nazirliyinə təqdim olunmuş və 2014-cü il 13 noyabr tarixdə təsdiq olunmuş, qüvvədə olan qanunvericiliyə uyğun olaraq “Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları” İctimai Birliyi adı ilə qeydiyyatdan keçmişdir. İzahata əlavə olunmuş qeydiyyat sənədlərindən də göründüyü kimi, həmin sənədlərdə “Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları” İctimai Birliyinin 1993-cü il 13 oktyabr tarixdə 440 nömrə ilə dövlət qeydiyyatına alındığı, 2014-cü il 13 noyabr tarixdə dəyişikliklərin qeydə alındığı təsbit olunmuş dur. X4 titul vərəqindən də göründüyü kimi, həmin Nizamnamə 2-ci redaksiyada 2014-cü il 13 noyabr tarixdə (yəni Texniki pasportun “Azərbaycan Həmkarlar İttifaqları X2”nın adına tərtib edildiyi 2014cü il 15 may tarixdən sonra) qeydə alınmışdır. Göründüyü kimi, iddiaçı hüquqi şəxsin Nizamnaməsində qismən (təşkilatın adında) dəyişiklik edilmiş, hər hansı birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə şəklində yenidən təşkil olunmamış, onun təşkilati-hüquqi forması dəyişməmişdir. Beləliklə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 56.5-ci maddəsinin tətbiqi üçün əsaslar olmamış, qeydiyyat orqanı da məhz dəyişdirilmiş (2-ci redaksiyada) Nizamnaməni qeydə almışdır. Başqa sözlə, iddiaçının Nizamnaməsinin yeni redaksiyası həmin hüquqi şəxsin 1993-cü ildə qeydə alındığı vaxtdan malik olduğu hüquql arı və vəzifələri aradan qaldırmamış və ya dəyişməmiş, həmin hüquq və vəzifələr qalmaqda davam etmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarı yuxarıda qeyd edilən normaların tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv ediməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsinin qərarı yuxarıda qeyd edilən normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan, şikayət iddianın təmin edilməsi tələbinə aid hissədə təmin oluna bilməz. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnz ibati-İqtisadi Kollegiyasının 2019-cu il 5 noyabr tarixli 2-1(103)-2183/2019 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova Z.M.Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar