Məhkəmə qərarları › İş №2-1(102)-392/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-392/2022

06.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-392/2022 06.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pens iyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 sentyabr 2021-ci il tarixli, 2-1(103)-636/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx xxxxxx 1958-ci ildə Füzuli rayonunda anadan olmuşdur. 25 yanvar 2015-ci il tarixdən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Lakin cavabdeh **********6 nömrəli, 30 dekabr 2019-cu il tarixli məktubla güzəştli şərtlərlə pensiya hüququ verən peşələrdə işlədiyinə dair sənədlər təqdim etmədiyi üçün onun müraciətinin təmin olunmasından imtina edildiyini bildirmişdir. İŞ ÜZRƏ QƏ BUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

2. İddiaçı 57 yaşı tamam olduğu tarixdən, yəni 25 yanvar 2015-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir (bundan sonra-birinci instansiya məhkəməsi).

3. İddiaçının tələbi onunla əsaslandırılmışdır ki, 20 noyabr 1977-ci ildən 27 noyabr 1979-cu ilə qədər Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra, 02 yanvar 1980-ci ildən 08 aprel 1980-ci ilə qədər B. Sərdarov adına üzümçülük sovxozunda traktorçu, 12.05.1980-ci ildən 06 aprel 1981-ci ilə qədər "xxxx" Trestinin Təmir-İcarə Bazasında ekskavator maşinist i, 06 aprel 1981-ci ildən 07 avqust 1995-ci ilə qədər həmin İdarədə akkumulyatorçu, 07 avqust 1995-ci ildən 26 oktyabr 1998-ci ilə qədər "xxxx" Dövlət Şirkətində ekskavator maşinisti, 04 noyabr 1998-ci ildən 27 dekabr 2005-ci ilə qədər "xxxx" ATSC-nin Mexanikləşdirmə İdarəsində ekskavator maşinisti, 21 avqust 2008-ci ildən 06 sentyabr 2013-cü ilə qədər “X2” QSC-nin TəmirTikinti İdarəsində maşinist ekskavatorçu, 09 sentyabr 2013-cü ildən 01 sentyabr 2016-cı ilə qədər "xxxx" ASC-nin 69 saylı X1, sonradan 8 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC-də İİ kateqoriyalı sürücü vəzifəsində işləmişdir. 01 yanvar 2006-cı il tarixə qədər 25 il ümumi və 12 il 06 ay zərərli iş stajı tamamlandığı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququna malikdir. 01 yanvar 2006-cı il tarixə q ədər hərbi xidmət müddəti də daxil olmaqla, 27 il 10 ay 28 gün ümumi iş stajı, 14 il 4 ay 1 gün zərərli iş stajı mövcuddur. 57 yaşı tamam olan tarixdən, yəni 25 yanvar 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin, DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsi 30 dekabr 2019-cu il tarixli, **********6 nömrəli imtina məktubu ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edildiyini bildirmişdir. İmtinanın səbəbi kimi qeyd olunmuşdur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 nömrəli Qərarı ilə təsdiq edilən ““Əmək pensiyaları haqqında” AR Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir n övdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 2 nömrəli Əlavəsinə uyğun olaraq, pensiya hüququ yaranan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin, həmin Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlə pensiya hüququ verən peşələrdə işlədiyinə dair arayış əsasında həyata keçirilir. Həmin sənədlər təqdim olunmadığı üçün, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin oluna bilməz. Halbuki, iddiaçının işlədiyi “akkumulyatorçu” vəzifəsi AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının “Ümumi peşələr” Bölməsinin 23200000-10047 şifrinə - akkumulyatorçu peşəsinə uyğundur.

4. Cavabdeh iddia ərizəsinə etirazında qeyd etmişdir ki, cava bdeh məlum məktubla iddiaçıya pensiya təyin etməkdən imtina etməmiş, sadəcə olaraq “Əmək pensiyaları haqqında” Qanunun 31.2-ci maddəsinin (“Əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır.”) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli, 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiqlənmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın tələblərinə uyğun olaraq, ondan zəruri sənədləri tələb etmişdir. Bir sözlə, qanunvericiliyə əsasən cavabdehin iddiaçıdan sözügedən sənədlərin əslini tələb etmək hüququ vardır. Lakin iddiaçı həmin sənədlərin əsillərini tam şəkildə cavabdehə təqdim etməmiş və bu səbəbdən iddiaçının cavabdehə ünvanladığı ərizənin icrası mümkün olmamışdır. İddia ərizəsində qeyd edilir ki, onun pensiya hüququ 2015-ci ildə yaranıb, yuxarıda qeyd edilən Qaydalar isə 11 dekabr 2017-ci il tarixdə təsdiq edilib, ona görə də, həmin Qaydanın tələbi ona şamil edilməməlidir. Qaydalar müraciət prosedurunu müəyyənləşdirir, yəni prosessual normadan söhbət gedir, prosessual norma isə, müraciət anında mövcud olan davranış qaydalarını ehtiva edir və iddiaçı da müraciət anında onlara əməl etməyə borcludur. Başqa sözlə, burada iddiaçının iddia edilən hüququnun yaranma tarixi əhəmiyyət kəsb etmi r. 2015-ci ildə bu Qaydalar qüvvədə olmayıb. Amma bu o demək deyil ki, həmin tarixdə, ümumiyyətlə, heç bir tənzimləyici normativ akt mövcud olmayıb. Əksinə, bu məsələlər Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2011-ci il 21 noyabr tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları” ilə tənzimlənirdi. Həmin Qaydaların 4.1.2-ci bəndində nəzərdə tutulurdu ki, ƏPQ-nin 9.1, 9.3 və 9.7.2-ci maddələrinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüqu qu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na və 2006-cı il 16 oktyabr tarixli, 231 nömrəli qərarı ilə təsdiq olunmuş “Mülki aviasiya uçuş və uçuşsınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”na uyğun olaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə hüquq verən sosial sığorta stajı barədə qeydlər sığortaolunanın ümumi iş (sosial sığorta) stajı barədə məlumatda ayrıca yazılır, ümumi və güzəştli sosial sığorta stajları cəmlənərək sığortaedənin rəhbərliyi və həmkarlar təşkilatı tərəfindən imzalanır və möhürlə təsdiq edilir.

5. Bakı İnzibati Məhkəməsinin 2 oktyabr 2020-ci il tarixli, 2-1(112)-2991/2020 nömrəli (hakim Aytən Oruczadə) qərarı ilə iddianın qismən təmin edilməsi, iddiaçıya 25 yanvar 2015-ci il tarixdə n güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ilkin müraciət tarixindən (16.12.2019-cu ildən) əvvəlki ən çoxu üç il üçün, yəni 16.12.2016cı il tarixindən pensiya məbləğinin hesablanıb ona ödənilməsinin cavabdehə həvalə edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

6. Birinci instansiya məhkəməsi “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə, eyni zamanda Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısının 33-cü bölməsi nə («Ümumi peşələr») istinad edərək qeyd etmişdir ki, iddiaçının işlədiyi akkumulyatorçu peşəsi 23200000-10047 kodu ilə nəzərdə tutulmuş güzəştli pensiya hüququ verən xüsusilə zərərli və ağır iş şəraitinə aid peşə hesab edildiyi üçün, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.

7. Cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddianın mümkün sayılmaması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsində icraat

8. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 sentyabr 2021-ci il tarixli, 2-1(103)-636/2021 nömrəli (hakimlər Vidadi Məmmədov-sədrlik edən və məruzəçi, Vüsalə Baxışova və Raqib Qurbanov) qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 2 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

9. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

10. Cavabdeh kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin həmin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

11. Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır.

12. İş materiallarında olan "xxxx" ASC-nin Mexanikləşdirrnə İdarəsinin verdiyi 28.09.2020-ci il tarixli arayış qüsur lu arayışdır. Belə ki, arayış Mexanikləşdirmə İdarəsi tərəfindən verilib. Halbuki iddiaçının işlədiyi hüquqi şəxs-"xxxx" ASC-dir. Digər tərəfdən, arayışdakı imza "xxxx" ASC-nin qanuni təmsilçisinə məxsus deyil, kadrlar şöbəsinin rəisinin belə bir sənədi imzalamaq səlahiyyətinə malik olub-olmaması bəlli deyil. TƏTBİQ EDİLƏN HÜQUQ 13. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlə rdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlk i ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 14. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu: Maddə 13. a bəndi. yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - AR Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə kişilər - 50 yaş ına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; bənd b. əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər.

15. Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”: 33-cü bölməsi («Ümumi peşələr») 23200000-10047 kodu ilə akkumulyatorçular güzəştli pensiya hüququ verən xüsusilə zərərli və ağır iş şəraiti aid olan peşələr sırasına daxil edilmişdir.

16. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, ş ikayət mümkün hesab edilmişdir.

18. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqin i qanuni və əsaslı sayır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

20. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

21. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyn i dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla belə məhkəmə Kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

22. Bu qərarın 13-cü bəndində istinad olunan normalara görə, güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Başqa sözlə, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan tam əmək stajını, yəni həm ümumi və həm də xüsusi stajı “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək qaz anmış olmalıdırlar. 01.01.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan kişi cinsindən olan işçilər, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 saylı Siyahısı üzrə 55 yaşına çatdıqları, azı 25 il əmək stajına malik olduqları və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışdıqları təqdirdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdirlər.

23. Nəzərə almaq lazımdır ki, bu qə rarın 13-15-ci bəndlərində istinad edilən normaların müddəaları baxımından, iddiaçıya münasibətdə 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərt birlikdə mövcud olmalıdır. Yəni, iddiaçı azı 25 il ümumi, o cümlədən azı 12 il 6 ay güzəştli şərtlərlə pensiya hüququ verən xüsusi iş stajına malik olmalı, eyni zamanda həmin ümumi və xüsusi iş stajını 01.01.2006-cı il tarixədək qazanmış olmalıdır.

24. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş dispozisiya şərtləri iddiaçıya münasibətdə ödənilmişdir. İddiaçı tələb olunan yaş həddinə çatmış, əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan tam əmək stajını, yəni həm ümumi və həm də xüsusi iş stajını “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək qazanmışdır.

25. Belə ki, mübahisəyə dair iş üzrə materiallardan, o cümlədən "xxxx" ASC Mexanikləşdirmə İdarəsi tərəfindən təqdim olunmuş 18.03.2021-ci il tarixli, 02/K nömrəli arayışa əsasən, iddiaçı 06.04.1981-ci ildən 07.08.1995-ci il tarixədək Mexanikləşdirmə İdarəsində akkumulyatorçu peşəsində işləmişdir. Həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli, 23.06.1993-cü il tarixli qərarı ilə təsdiq olunmuş 2 saylı Siyahının XXXİİİ bölməsində nəzərdə tutulmuş “Ümumi peşələr, Kod-23200000-10047. Akkumulyatorçular” peşəsinə uyğundur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 01.01.2006-cı il tarixədək ümumi iş stajının hərbi xidmət müddət i də daxil olmaqla azı 25 il, o cümlədən 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajının isə azı 12 il 6 ay olması onun əmək kitabçası, Azərbaycan Respublikası "xxxx" ASC-nin Mexanikləşdirmə İdarəsi tərəfindən verilmiş 28 sentyabr 2020-ci il tarixli, 09-A saylı güzəştli arayış və onun hərbi bileti ilə təsdiq olunur. 26. "xxxx" ASC-nin Mexanikləşdirmə İdarəsi tərəfindən verilmiş arayışın qüsurlu olması ilə bağlı kassasiya şikayətinin dəlilinə münasibətdə nəzərə almaq lazımdır ki, “Azərnəqliyyattikinti” trestinin 303-L saylı, 14.08.1986-cı il tarixli əmri ilə Təmir Prokat Bazası Mexanikləşdirmə İdarəsi adlandırılmışdır. SSRİ Nəqliyyat Tikinti Nazirinin 120-OR nömrəli, 19.08.1988-ci il tarixli əmri ilə “Azərnəqliyyattikinti” Tresti ləğv edilmiş və onun bazasında "xxxx" Layihə Sənay e Tikinti Birliyi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 614 nömrəli, 20.05.1993-cü il tarixli Fərmanı ilə "xxxx" Layihə Sənaye Tikinti Birliyi "xxxx" Dövlət Şirkətinə çevrilmişdir və Mexanikləşdirmə İdarəsi "xxxx" Dövlət Şirkətinin Mexanikləşdirmə İdarəsi adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 851 nömrəli, 16.07.1998-ci il tarixli sərəncamı ilə "xxxx" Dövlət şirkəti səhmdar cəmiyyətə çevrilmiş və Mexanikləşdirmə İdarəsi "xxxx" Səhmdar Cəmiyyətinin Mexanikləşdirmə İdarəsi adlandırılmışdır. Başqa sözlə, iş yerindən arayışın bilavasitə iddiaçının işlədiyi Mexanikləşdirmə İdarəsi tərəfindən verilməsi həmin qurumun məsuliyyət sferası ilə əhatə olunur və bu baxımdan mötəbər sayılmalıdır. Eynilə həmin arayışın kadrlar şöbəsinin rəisi tərəfindən imzalanması qurumun insan resurslarının idarə olunması səlahiyyətlərinə malik həmin vəzifəli şəxsin xidməti səlahiyyətləri ilə əhatə olunur və bu baxımdan həmin sənəd də mötəbər sənəd qismində qəbul olunmalıdır.

27. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə haqlı sayılmalıdır.

28. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

29. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığın dan, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

30. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası: QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 sentyabr 2021-ci il tarixli, 2-1(103)-636/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar