Məhkəmə qərarları › İş №2-1(102)-392/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-392/2024

01.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-392/2024 01.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi; növbədənkənar səyyar vergi yoxlaması; reyestrdə qeydin aparılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsini n İnzibati Kollegiyasının 2-1(103)1512/2023 nömrəli, 21 sentyabr 2023-cü il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin 29 dekabr 2020-ci il tarixli **********143303 saylı qərarına əsasən İddiaçı MMC-də Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması keçirilməsi haqqında qərar qəbul edilmişdir.

2. Yoxlama xx.xx.2020-ci il tarixdə başlamış və xx.xx.2021 -ci il tarixdə başa çatdırılmış, yoxlama xx.xx.2021-ci il tarixli, **********143362 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmiş, həmin akt əsasında cavabdehin xx.xx.2021-ci il tarixli, **********149270 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmişdir. Həmin qərara əsasən: 2017-ci il mənfəət vergisi üzrə 1061764,26 manat, VM-nin 58.1-ci maddəsinə əsasən 530882,13 manat maliyyə sanksiyası, 2018-ci il mənfəət vergisi üzrə 308047,30 manat, VM-nin 58.1-ci maddəsinə əsasən 154023,65 manat maliyyə sanksiyası, 2017-ci il əlavə dəyər vergisi üzrə 1007,00 manat, VM-nin 58.1- ci maddəsinə əsasən 503,50 manat maliyyə sanksiyası, 2018-ci il əlavə dəyər vergisi üzrə 292172,33 manat, VM-nin 58.1-ci maddəsinə əsasən 146112,79 manat, 2018-ci il MDSS üzrə 1107,47 manat, VM-nin 58.1-ci maddəsinə əsasən 553,74 manat, 201 8-ci il işsizlik sığortası üzrə 44,29 manat, VM-nin 58.1-ci maddəsinə əsasən 22,15 manat, 2018-ci il muzdlu işlə əlaqədar ödəmə mənbəyindən vergi 2173,60 manat, VM-nin 58.1-ci maddəsinə əsasən 1086,80 manat, VM-nin 58.6-cı maddəsinə əsasən ƏDV məbləğinin ödənilməməsinə görə 2017-ci il üzrə 48,27 manat, VM-nin 58.6-cı maddəsinə əsasən ƏDV məbləğinin ödənilməməsinə görə 2018-ci il üzrə 4893,71 manat, VM-nin 58.7-1-ci maddəsinə əsasən 329,18 manat maliyyə sanksiyası olmaqla cəmi 1666316.25 AZN əlavə vergi, 838455.92 AZN maliyyə sanksiyası tətbiq edilməklə vergi hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixli, **********149270 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi orqanı aktda yoxlama dövrünün noyabr 2017-oktyabr 2020-ci illəri əhatə etdiyini göstərməsinə baxmayaraq AR VM-nin 56.1-ci və 85.4-cü maddələrinin tələblərini kobud şəkildə pozmaqla xx.xx.2017-ci ildən xx.xx.2017-ci il dövrü üçün mənfəət vergisi hesablanmış və bu aktda öz əksini tapmışdır. Səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Vergi orqanı tərəfindən 29 deka br tarixində qəbul edilmiş qərarda 2017-ci ilin noyabr ayından 2020-ci ilin oktyabr ayına olan müddəti göstərməklə və həmin qərara istinad edilərək 2017-ci ilin 01 yanvar tarixindən 2017-ci ilin 01 noyabr dövrünə 1061764.26 manat mənfəətin gizlədilməsi və vergi məbləğinin 50 faizi miqdarında, yəni 530882.13 manat məbləğində maliyyə sanksiyası əsassız və qanunsuz olaraq hesablanmışdır. Vergi orqanı tərəfindən 2017-ci ilin yanvar-noyabr aylarında mövcud olan xərclərin o cümlədən, bank faizləri, yarımçıq tikililərin tikintisinə sərf edilən mal-materiallar, əmək haqları, kommunal xərclərin heç biri nəzərə alınmadan 5308821.30 manat 2017-ci il üçün mənfəət əldə edildiyi göstərilmişdir. Müəssisənin həmin zaman istifadəsində olan yarımtikililərin tam satışı məqsədi üçün tikilib başa çatdırılması həyata keçirilib. Faktiki olaraq müəssisə "Akkord STİK” ASC- dən qeyri-yaşayış sahələrini əldə edərkən onların yarımtikili şəklində olmasına dair vergi yoxlayıcısına bütün sənədlər və o dövrə olan fotoşəkillər təqdim edilmişdir. Vergi yoxlayıcısının öz mülahizəsinə əsasən əmlakların satışından gəlir əldə edilməməsilə bağlı qənaəti də tamamilə yanlışdır. Müəssisə nəinki 2018-ci ildə, hətta 2017-ci ilin noyabr və 2021-ci ilin yanvar aylarında tamamlanmış əmlakların alqı-satqısını həyata keçirərək qanunamüvafıq qaydada bütün vergilərini ödəmişdir. Tikinti işləri aparılan zaman obyektlərdə tələb olunan su və digər kommunal xərclərlə bağlı vergi yoxlayıcısının xərclər siyahısından çıxarılması qənaəti də yanlışdır. İş materiallarından açıq-aşkar görünür ki, müəssisə 2017-2018-ci illərdə bir neçə xidmət üzrə gəlir əldə etmişdir. Bu xidmətlərin hamısı ƏDV-yə cəlb edildiyindən bunların uçotu da AR VM-nin 175.1-ci maddəsinə uyğun olaraq həyata keçirilmişdir. İcarə xidmətlərindən il ərzində əldə edilmiş 1 milyon manata qədər gəlirin vergi yoxlayıcısı tərəfindən müəyyən edildiyi bir halda icarə obyektlərinə aid kommunal xərclərin vergitutma bazasından xaric edilməli olan xərclər siyahısından çıxarılması da əsassız və qanunaziddir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən qərarın "qət etdi” hissəsində konkret olaraq göstərilmişdir ki, ”Property İnvestments” MMC şirkətinin əmlakları 42 000 000 manat əsas borca və 35,184,053.39 manat faiz borcuna görə "Azərbaycan Beynəlxalq Bankı” ASC-dən "Aqrarkredit BORT” QSC-nin balansına keçmişdir. Qanuni qüvvəsini almış məhkəmə qərarı ilə müə yyən edilmiş əlavə sübuta ehtiyacı olmayan hallar vergi yoxlayıcısı tərəfindən yalnış olaraq şərh edilməklə aktda süni mənfəət yaradılması məqsədi ilə əsassız və qanunsuz əks etdirilmişdir. ’’Property İnvestments” MMC heç bir zaman könüllü şəkildə bank kreditinin silinməsi üçün əmlaklarını verməsi barədə razılıq məktubu verməyib və bunlar Azərbaycan Dövləti adından qəbul edilən məhkəmə qərarı əsasında həyata keçirilmişdir. Vergi yoxlayıcısının aktda belə yalnış məlumatları yazması da yalnız süni şəkildə vergi öhdəliyi yaratmaq məqsədi ilə düşünülmüş addımdır. "xxxx" ASC ilə mövcud kredit müqaviləsi üzrə restrukturizasiya edilmiş və "xxxx" QSC-ya keçmiş kredit öhdəlikləri üzrə müəssisə hissə-hissə təmir etdiyi əmlakları sataraq 2017-ci ilin yanvar-avqust aylarında banka ödəmələri həyata keç irmişdir. Müəssisənin malik olduğu əmlaklar "xxxx" QSC-yə 2018-ci ilin iyun ayında keçmişdir. Həmin dövrə qədər əmlaklar üzərində sərəncam vermə və sahiblik hüququ, o cümlədən əmlakdan əldə edilən gəlirlər müəssisəyə daxil edilmişdir. 2018-ci ilin yanvar-aprel aylarında müəssisənin əsaslı tikinti işlərini başa çatdırmaq üçün əldə etdiyi tikinti materiallarını dürüstləşmə adı ilə ödənilmiş 292172.33 manat ƏDV-nin əvəzləşdirilməsinin vergi orqanı tərəfindən silinməsi tamamilə qanunaziddir. Hər hansı bir daşınmaz əmlak layihə sənədlərinə əsasən tamamlandıqdan sonra mülki dövriyyədə əmtəə predmeti ola bilər. Belə olan halda müəssisə tamamlama işlərinin yekunlaşması məqsədilə əldə etdiyi tikinti materiallarını birbaşa olaraq tamamlanmamış tikinti obyektinə sərf etməsəydi tələbkar bank kredit öhdəliklərinin layihə sənədlərinə uyğun olmayan tamamlanmamış yarım-tikililəri tam olaraq tikintisi başa çatmış və nöqsanlardan azad olan daşınmaz əmlak kimi qəbul edib belə qaydada bağlanmasına razılıq verməzdi. Məhz aparılmış tikinti işlərinin tamamlanması nəticəsində yarım-tikililər nöqsanlardan azad, daşınmaz əmlak şəklinə gətirib çatdırılmışdır. Bununla bağlı çəkilən bütün xərclər müəssisənin gəlir əldə edilməsinə yönələn əməliyyat kimi həyata keçirilmişdir. Bu səbəbdən vergi yoxlayıcısının qanunvericiliyin tələblərinə zidd olan şəxsi subyektiv mülahizə etdiyi, çəkilən xərclərin müəssisənin gəlir edilməsi ilə bağlı olmadığı qənaəti tamamilə qanunsuz və əsassızdır. Bununla yanaşı ’’Property İnvestments” MMC tikinti işlərini başa çatdırmaq məqsədilə fiziki və hüquqi şəxslərlə müqavilələ r imzalamış və həmin müqavilələrə uyğun olaraq ödənişlərini bank vasitəsilə həyata keçirmişdir. Yoxlama dövrü üzrə əldə edilmiş bütün tikinti materiallarının silgisinə dair sənədlər vergi yoxlayıcısına elektron qaydada təqdim edilməsinə baxmayaraq vergi yoxlayıcısı tərəfindən bütün bu xərclər qanunazidd olaraq nəzərə alınmamaqla yanaşı, hesab-fakturalarla aparılan ödənişlərin ləğv edilməsini də göstərmişdir. Ümumiyyətlə, vergi yoxlayıcısı öz vəzifə səlahiyyətlərini aşmaqla müəssisəyə qarşı ilk gündən qərəzli mövqe nümayiş etdirməklə əsl “yükləmə” əməliyyatı həyata keçirmişdir.

5. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə təqdim etmiş və tələbini onunla əsaslandırılmışdır ki, səyyar vergi yoxlamasının keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli, **********143303 nömrəli Qərar qanunvericili yin tələblərinə uyğun olaraq əsaslandırılmamışdır. VM-nin 38.3.5-ci maddəsinə istinad edilməklə yoxlamanın aparılması barədə qəbul edilməsinə baxmayaraq, mənbəyi bəlli olan məlumatların nədən ibarət olması, həmin məlumatların əsaslı və mötəbər olması barədə xüsusatlar qərarda göstərilməmiş, yoxlamanın qanuniliyini əsaslandırılmamışdır. Səyyar Vergi yoxlamasının aparılması müddətlərinə əməl edilməmişdir. Belə ki, yoxlama xx.xx.2020-ci il tarixdə başlanılmış və yoxlamanın müddəti 30 gün müəyyən edilmişdir. Yoxlama xx.xx.2021-ci il tarixədək davam etmiş, yəni müəyyən olunmuş prosessual müddət 12 gün pozulmuş, xx.xx.2021-ci il tarixdə müddətin uzadılması barədə qərar qəbul edilmiş və yoxlamanın aparılması müddəti 30 gün uzadılmış, lakin yoxlama xx.xx.2021-ci il tarixədək davam etmiş yəni müəyy ən edilmiş prosessual müddət 17 gün pozulmuş, daha sonra xx.xx.2021-ci il tarixdə növbəti müddət uzatma qərarı qəbul edilərək, yoxlama müddəti əlavə 30 gün uzadılmış, buna baxmayaraq yoxlama xx.xx.2021-ci il tarixədək davam etmiş, yəni müəyyən edilmiş prosessual müddət 24 gün pozulmuş, daha sonra xx.xx.2021 -ci il tarixdə yoxlama aktının tərtibi müddətinin 30 gün müddətinə artırılması barədə qərar qəbul olunmuş, lakin yoxlama aktı xx.xx.2021-ci il tarixdə tərtib olunmuş və beləcə müəyyən olunmuş prosessual müddət 12 gün pozulmuşdur. Eləcə də, Səyyar Vergi yoxlaması xx.xx.2021-ci il tarixdə başa çatmasına baxmayaraq onun nəticəsinə dair akt xx.xx.2021- ci il tarixdə tərtib edilmiş, məsuliyyətə cəlb etmə qərarı isə yoxlamanın başa çatmasından 99 gün, aktın tərtibindən isə 52 gün sonra qəbul edilmişdir. Mənfəət vergisinin hesablanması zamanı Vergi Məcəlləsinin müvafiq maddələrinin tətbiqi zamanı yanlışlığa yol verilmişdir. Müəssisə tərəfindən "xxxx" QSC BOKT-a verilməsi məhkəmə qətnaməsi ilə müəyyən edilmiş əmlaklar 2018-ci ilin may ayında təhvil verilmişdir. Tərəflər arasında razılaşmalara uyğun olaraq həmin əmlaklar yarımtikili şəkilində olduğundan onlarda müvafiq tikinti quraşdırma işləri görülmüş və tikinti işləri tamamlanmış şəkildə təqdim edilmişdir. Buna dair müvafiq təsdiqedici sənədlər, eləcə də, yarımtikililərin əvvəlki və sonrakı vəziyyəti barədə fotoşəkillər yoxlayıcılara təqdim edilmişdir. Eləcə də, cavabdeh təşkilatın yoxlamaya daşınmaz əmlakların satışına dair təsdiqedici sənədlərin təqdim edilməməsi həqiqəti əks etdirmir. Həmin sənədlər müvafiq qaydada yoxlayıc ılara təqdim edilmişdir. Sənədlərdən məlum olduğu kimi müəssisə 2017-2018-ci illərdə əldə etdiyi əmlakların bir qismində müvafiq təmir-tikinti işləri aparmaqla satmışdır. Hətta həmin daşınmaz əmlakların satışından vergi qanunvericiliyinə müvafiq qaydada ümumilikdə 336234,4 manat sadələşdirilmiş vergi dövlət büdcəsinə ödənilmişdir. Hətta nəzərə alınsa ki, cavabdeh orqanın qeyd etdiyi kimi, daşınmaz əmlakın satışına dair sənədlər təqdim edilməmişdir, bununla belə əmlak satışına görə sadələşdirilmiş vergilərin ödənilməsindən xəbərsiz olmaları mümkünsüzdür. Eyni zamanda, müəssisə 2017-ci il üzrə 1098571,43, 2018-ci il üzrə 381306,8, 2019-cu il üzrə isə 3771,18 manat əmlak icarəsindən gəlir əldə etmişdir. Qeyd olunan məbləğlər müəssisə tərəfindən aidiyyəti üzrə illik bəyannamələrdə göstərilmi ş və yoxlama həmin gəliri təsdiq etmişdir. Yarımtikili şəkilində əldə edilmiş həmin əmlakların hazır vəziyyətə gətirmədən onların icarəyə verilməsi və onlardan gəlir əldə edilməsi təbii ki mümkünsüzdür. SVY aktından xərclərin nəzərə alınmaması ilə bağlı Vergi Məcəlləsinin 13.2.37, 13.2.27, 108 və 109.2-ci maddələrinə istinad edilmişdir. Yəni cavabdeh təşkilat yuxarıda sadalanan xərclərin müəssisənin qeyri-kommersiya fəaliyyəti ilə əlaqədar xərcləri kimi müəyyən edilməsini göstərilən maddələrə uyğun olaraq əsaslandırmağa çalışmışdır. Müəssisənin mənfəət vergisinin hesablanması zamanı əmlak satışından və əmlak icarəsindən əldə etdiyi gəlirlərə görə xərclər nəzərə alınmırsa (xərc sənədləri vergi qanunvericiliyinin tələblərinə uyğun hesab edilmirsə) bu zaman məlum olan gəlirlərə görə xərc hesa blanmalıdır. Başqa sözlə vergi ödəyicinin mənfəətini müəyyən etmək üçün 20 faiz vergi dərəcəsinin xərclər nəzərə alınmadan birbaşa gəlirlərə tətbiq etməklə hesablamaq yolverilməzdir. Vergi orqanı isə göstərilənlərin əksinə gəlirin əldə edilməsi ilə bağlı xərcləri nəzərə almadan gəlirə birbaşa 20 faiz vergi dərəcəsi tətbiq etməklə mənfəət vergisi hesablamışdır. Eyni zamanda, Vergi Məcəlləsinin 143-cü maddəsinə əsaslanaraq 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 dekabr 2017-ci il tarixli 2-2(82)- 1098/17 saylı qətnaməsindən də məlum olduğu kimi, müəssisənin 31239608,95 manat faiz borcu olmuşdur. Qeyd olunan faiz borcları gəlirdən çıxılmalı olduğundan müəssisənin 2017-ci il heç bir mənfəəti olmamışdır. Vergi orqanı bu xüsusatla bağlı mövqeyini Vergi Məcəlləsinin 175.2-ci maddəsinə uyğu n olaraq əsaslandırmışdır. Vergi orqanının müəssisənin əmlak satışı və əmlak icarəsi üzrə gəlirlərinin olmasını nəzərə alması, buna rəğmən həmin əmlakların tikintisi və təmirə ilə əlaqədar zəruri xərcləri nəzərə almaması və həmin xərclərin tərkibindəki ƏDV məbləğlərinin əvəzləşdirilməsinin ləğvi vergi qanunvericiliyinin tələblərinə ziddir.

6. Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilmişdir.

7. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2624/2022 nömrəli, 28 noyabr 2022-ci il tarixli qərarı ilə (A.Əhədova) iddia tələbi qismən təmin edilmiş, cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********149270 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı qismən- 2017-ci il əlavə dəyər vergisi üzrə 1007,00 manat, VM-nin 58.1-ci maddəsinə əsasən 503,50 manat maliyyə sanksiyası, 2018-ci il əlavə dəyər vergisi üzrə 292172,33 manat, VM-nin 58.1-ci maddəsinə əsasən 146112,79 manat, cəmi 293179,33 manat vergi və 146616,29 manat maliyyə sanksiyası hissəsində ləğv edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə aktivlər banka olan kredit borcu öhdəliyinin keçməsinin əvəzi olaraq iddiaçıya verilmiş, əmlakların iddiaçıda olduğu müddətdə əsas və faiz borcundan “Aqrarkredit" QSC-yə iddiaçı tərəfindən hər hansı ödəniş edilməmişdir. Dolayısı ilə əmlakların əldə edilməsi ilə bağlı iddiaçı faktiki olaraq kredit öhdəliyindən hər hansı hissədə ödəniş etməm iş və həmin əmlakların borc əvəzi olaraq kreditora təqdim edilməsindən gəlir əldə etməmişdir, bu halda sözügedən kredit faizləri gəlirin əldə edilməsi ilə bağlı xərclərə aid edilə bilməzdi. Beləliklə, cavabdeh iddiaçı tərəfindən Vergi Məcəlləsinin 104-cü, 108-ci və 109-cu maddələrinin tələbləri pozduğundan 2017 və 2018-ci illər mənfəət vergisi üzrə əlavə vergi məbləği və həmin məbləğlərin 50 faizi məbləğində maliyyə sanksiyası tətbiq etməkdə haqlı olmuşdur.

9. Bundan başqa məhkəmə qeyd etmişdir ki, vergi orqanı mənfəət vergisinin hesablanması zamanı malların (işlərin, xidmətlərin) alınması üçün çəkilmiş xərclərə uyğun olaraq, həmin malların (işlərin, xidmətlərin) müəssisə tərəfindən sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmadığı qənaətinə gələrək qeyd olunan mallara (işlərin, xidmətlərə) görə məbləğlərinin ödənilmiş ƏDV məbləğlərinin əvəzləşdirilməsini ləğv etmişdir. Məhkəmə ƏDV əvəzləşdirilməsinin ləğv edilməsi hissəsində cavabdehin mövqeyi ilə razılaşmır.

10. Belə ki, Vergi Məcəlləsinin xx.xx.2020-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən 175.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, əvəzləşdirilən ƏDV-nin məbləği vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturaları üzrə nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödəmələr üzrə ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarda ödənilən vergi məbləği sayılır.

11. Hazırkı iş üzrə iddiaçı tərəfindən əvəzləşdirilən məbləğlər dövlət büdcəsindən ayrılan vəsait hesabına alınmış və ya ödənilmiş vəsait deyildir.

12. Beləliklə, məhkəmə iddiaçının ƏDV əvəzləşdirilməsinin ləğv edilərək iddiaçıya ƏDV üzrə 1007,00 manat və 292172,33 manat vergi məbləğinin və onun 50 faizi miqdarında, yəni 503,50 manat və 146112,79 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi hissəsində mübahisələndirilən qərarın əsaslı olmadığı nəticəsinə gəlir.

13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın təmin edilmiş hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın iddianın təmin edilməmiş hissədə ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 -1(103)-1512/2023 nömrəli, 21 sentyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: K.Əkbərov - sədrlik edən və məruzəçi, M.Tağızadə və M.Rüstəmli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

17. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın tam rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

19. Cavabdehin kassasiya şikayə ti onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixli qərara əsasən növbədənkənar səyyar vergi yoxlaması (38.3.5) təyin edilmiş, xx.xx.2021-ci il tarixdə akt tərtib edilmiş, xx.xx.2021-ci il tarixdə məsuliyyət qərarı qəbul edilmişdir (Yoxlanılan dövr: noyabr 2017 – oktyabr 2020).

20. Səyyar vergi yoxlama nəticəsində iddiaçıya aşağıdakı tədiyyə növləri üzrə vergilər, MDSSH, işsizlik sığorta haqqı hesablanmış və maliyyə sanksiyaları tətbiq edilmişdir: 1.369.811,56 manat MV və 684.905,78 manat MS 293.232,57 manat ƏDV (53,24 ƏDV artıq hesablama) və 146.616,29 manat MS. 2.173,6 manat MÖMV və 1.086,8 manat MS 1.107,47 manat MDSS və 553,74 manat MS 44,29 manat işsizlikdən sığorta və 22,15 manat MS 4.941,98 manat MS (VM 58.6) 329,18 manat MS (VM 58.7-1).

21. Mənfəət vergisi üzrə İddiaçı MMC tərəfindən satışından gəlir əldə etmək məqsədilə ona məxsus olan daşınmaz əmlakların təmiri üçün tikinti materiallarının alınmasına və həmin daşınmaz əmlaklarda təmir işlərinin həyata keçirilməsinə baxmayaraq, qeyd olunan əmlakların təqdim edilməsindən gəlir əldə edilməsi yoxlama ilə müəyyən edilməmişdir.

22. Bəyannamələrin binalar, tikililər və qurğular sətrində göstəricilər qeyd olunmamış, habelə vergi ödəyicisi tərəfindən əsas vəsaitlərinin olması ilə bağlı təsdiqedici sənədlər yoxlamaya təqdim edilməmişdir.

23. Vergi ödəyicisi tərəfindən nəqliyyat vəsaitlərinin olması və icarəyə götürülməsi ilə bağlı təsdiqedici sənədlər yoxlamaya təqdim edilməmişdir.

24. Yuxarıda qeyd olunan hallara görə gəlirdən çıxılan xərclər 517.154,15 manat ( malların təqdim edilməsi, bank xidmətləri üzrə xərclər nəzərə alınmamış) müəyyən edilmiş, keçmiş illərin zərəri müəssisənin xeyrinə 1.749,188 04 manat (cəmi 2.664.578,65 manat (1.749,188 04+ 917.500,68)) artırılmışdır. 25. 2017-ci il üzrə 1.061.764.26 manat ((8.490.554,76- 517.154,152.664.578,65)×20%) MV hesablanmışdır. VM-nin 58.1- ci maddəsinə əsasən 530.882,13 (1.061.764.26 ×50%) manat maliyyə sanksiyası hesablanmışdır.

26. Müəssisənin 2018-ci il üzrə gəlirdən çıxılan xərcləri 307.736,97 manat (malların təqdim edilməsi, enerji xərcləri) müəyyən edilmiş, keçmiş illərin zərəri müəyyən edilməmişdir.

27. Nəticədə 308.047,30 ((1.847.973,47-307.736,97)) ×20%)) manat MV hesablanmışdır.

28. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 154.023,65 (308.047,30×50%) manat maliyyə sanksiyası hesablanmışdır.

29. ƏDV üzrə bir sıra elektron qaimə-fakturala r üzrə ƏDV əvəzləşdirilməsi yoxlama ilə Vergi Məcəlləsinin 175.2-ci maddəsinin tələblərinə müvafiq olaraq ləğv edilmişdir.

30. Yoxlama ilə 2019-2020-ci illər üzrə kənarlaşma müəyyən edilməmişdir.

31. Müəssisənin 2017-ci il üzrə 5.594,44 (28.892,40 öz təqdim etdiyi 23.297,95) manatlıq elektron-qaimə üzrə əvəzləşən ƏDV dövriyyəsi nəzərə alınmamışdır. Dövr üzrə 1.007,00 (5.594,44 ×18%) manat ƏDV məbləğinin əvəzləşməsi nəzərə alınmamışdır.

32. Müəssisənin 2018-ci il üzrə 1.623.179,61 (1.636.360,63 öz təqdim etdiyi 13,181,06) manatlıq elektron-qaimə üzrə əvəzləşən ƏDV dövriyyəsi nəzərə alınmamışdır.

33. Dövr üzrə 292.172,33 (1.623.179,61 ×18%) manat ƏDV məbləğinin əvəzləşməsi nəzərə alınmamışdır.

34. MÖMV üzrə - 2018-ci ilin iyun və iyul aylarında ödəniş təyinatı kimi müxtəlif təyinatlar göstər ilməklə təhtəl-hesab şəxsə müəssisənin kassasından vəsait verilmişdir. Lakin müəssisə tərəfindən qeyd olunan ödənişlərlə əlaqədar təsdiqedici sənədlər yoxlamaya təqdim edilməmişdir. Vergi Məcəlləsinin 98-ci maddəsinin tələblərinə müvafiq olaraq həmin təhtəl-hesab şəxsin muzdlu işlə əlaqədar alınan gəlirlərinə aid edilmişdir.

35. Həmçinin 2018-ci ildə müxtəlif işçilərə maddi yardım hesablanmış, lakin bununla bağlı təsdiqedici sənədlər yoxlamaya təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 98.1-ci maddəsinin tələblərinə əsasən həmin məbləğ muzdlu işlə əlaqədar alınan gəlirlərinə aid edilmişdir.

36. Eyni zamanda vergi ödəyicisi tərəfindən 2018-ci ilin mart, aprel, may və iyun ayları üzrə fiziki şəxslərin muzdlu işlə əlaqədar aylıq gəlirlərindən vergilər hesablanarkən Vergi Məcəlləsinin 101.1-ci maddəsinin tələbləri pozulmuşdur.

37. Yoxlama ilə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin 2.173,60 manat azaldılması müəyyən edilmişdir. VM-nin 58.1-ci maddəsinə əsasən 1.086,80 (2.173,60 ×50%) manat maliyyə sanksiyası hesablanmışdır.

38. MDSS və işsizlikdən sığorta üzrə – Müəssisə tərəfindən Müəssisə tərəfindən məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatda sosial sığorta məbləği 2018-ci ilin 2-ci rübü üzrə 1.001,45 manat və 2018-ci ilin 3-cü rübü üzrə 106,02 manat əskik hesablanmışdır. Dövr üzrə 1.107,47 manat məcburi dövlət sosial sığorta məbləği hesablanmışdır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun 9-1.1-ci maddəsinə əsasən 553,74 (1.107,47 ×50%) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.

39. Maliyyə sanksiyası üzrə - “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cümaddəsinə (təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan artıq olan hesablaşmaların nağdsız qaydada həyata keçirilməməsinə) görə vergi ödəyicisinə yoxlama ilə əhatə edilən dövr üzrə aparılan 3.291,78 manat əməliyyata görə 329,18 (3.291,78×10%) manat maliyyə sanksiyası tətbiq edilmişdir.

40. Müəssisə tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş 9.883,96 manat ƏDV məbləğinə görə 4.941,98 (99.883,96×50%) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.

41. Məhkəmə kollegiyasının qərarında olan mövqeləri arasında ziddiyyətlər mövcuddur.

42. Belə ki, məhkəmə kollegiyası mənfəət vergisinin hesablanması hissəsində xərclərin məhz s ahibkarlıq fəaliyyəti ilə əlaqədar olmayan xərclər olduğunu nəzərə almış, bu mövqeyi dəstəkləmiş və həmin xərclərin Vergi Məcəlləsinin 109.2-ci maddəsinə əsasən qeyri-kommersiya fəaliyyəti ilə bağlı olan xərc kimi qəbul etmişdir.

43. Vergi Məcəlləsinin 109.2-ci maddəsinə əsasən qeyri-kommersiya fəaliyyəti ilə bağlı olan xərclərin gəlirdən çıxılmasına yol verilmir.

44. Lakin məhkəmə kollegiyası ƏDV hesablamaları hissəsində bu mövqeyi qəbul etməmiş və gəldiyi yanlış nəticəni əsaslandırmaq üçün yoxlama zamanı tətbiq edilməmiş və hesablamaların əsası kimi götürülməmiş Vergi Məcəlləsinin 175.3-cü maddəsini iş üzrə tətbiq etmişdir.

45. Vergi Məcəlləsinin 175.3-cü maddəsinə əsasən bu Məcəllənin 109.4-cü maddəsində göstərilən xərclər istisna olmaqla, bu Məcəllənin 109.3-cü maddəsində nəzərdə tutul an xərclər çəkiləndə, ƏDV-nin əvəzləşdirilməsinə yol verilmir.

46. Məhkəmə işin hərtərəfli araşdırılmasında üzərinə düşən vəzifələrini icra etməmiş mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələbləri, iş üçün əhəmiyyətli olan bütün faktiki hallar araşdırılmamış və sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verilmədən qərarda sadəcə iddiaçının əvəzləşdirilməsi ilə bağlı çəkdiyi xərclər təyinatına görə VM-nin 109-cu maddəsi ilə tənzimlənən xərclərə aid olmadığından ƏDV əvəzləşdirilməsinə yol verilməyən halları tənzimləyən Vergi Məcəlləsinin 175.3-cü maddəsinin təsir altına düşmədiyini qeyd etmişdir.

47. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan sübutlara düzgü n hüquqi qiymət verilməmiş, qanunsuz və əsassız qərar qəbul edilmişdir. 48. “Property İnvestments" MMC 2017-2018-2019-cu illərdə icarə xidmətindən, əmlak satışından qazanc əldə edib ki, bu əməliyyatlardan da vergilər hesablanaraq büdcəyə ödənilib. Həmin qazancın əldə edilməsi ilə bağlı xərclərin nəzərə alınmaması və müəssisənin xərclərinin əldə etdiyi gəlirlə bağlı olmaması qənaətinə gəlinməsi tamamilə yanlışdır.

49. Müəssisənin əldə etdiyi gəlir varsa, buna dair xərclərin (əmək haqqı, kommunal, bank faizləri, tikintiyə çəkilmiş xərc və s.) mövcudluğu danılmazdır. Bütün bu xərcləri xərcə aid etməmək və fərziyyə əsasında qənaətə gəlmək yanlışdır. Bununla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qərarının "qət etdi" hissəsində açıq-aşkar görünür ki, müəssisə 2018-çi ildə bank qarşısında olan k redit öhdəliyini və bank faizlərini banka vaxtında ödəmədiyinə görə 2-2(82)-1098/2017 saylı məhkəmə qərarı ilə 76 885 794,54 manat, bundan 40 000 000 manat əsas, 36 885 794,54 manat faiz borcu nisbətində əmlaklar banka keçmişdir. Məhkəmə bu xərclərin "xxxx" MMC-yə aid olmaması nəticəsinə gələrək bu xərcləri nəzərə almaması tamamilə yanlışdır.

50. İşə baxan məhkəmə mühasibat-maliyyə biliklərinə malik olmadığından iş materiallarında dövlət lisenziyası əsasında fəaliyyət göstərən auditorun rəyi olduğu halda ona nəinki baxmamış, dəfələrlə vəsatət verilməsinə baxmayaraq ekspertiza təyin etməmiş rəyin mövcud olmasını belə gizlətmişdir.

51. İş materiallarında "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatına verilən sorğuya cavabdan da açıq-aşkar görünür ki, "xxxx" MMC tərəfindən 2018-ci ildə banka 40 0 00 000 manat əsas, 36 885 794,54 manat faiz ödənilməsinə dair məhkəmə qərarı icra edilmiş və banka faizləri ödənilmişdir.

52. Məhkəmə qərarında "xxxx" MMC tərəfindən banka heç bir kredit və faiz ödənilməməsini göstərməklə kredit üzrə hər hansı bir əməliyyatın aparılmamasını bildirir. Bu da tamamilə yanlışdır. 16 noyabr 2017-ci il tarixdə bankın razılığı ilə bankda girovda olan qeyri-yaşayış sahəsi həbsdən çıxarılaraq ümumi dəyəri 60 000 manata satılmış və bank xidmət haqqı çıxıldıqdan sonra 58 650 manat birbaşa kreditin ödənilməsinə yönəldilmişdir. 53. "xxxx" ASC-nin xx-xx/1966 saylı, 16 noyabr 2016-cı il tarixli Azərbaycan Respublikası Vergilər Nazirliyinə ünvanladığı məktubdan da açıq-aşkar görünür ki, "xxxx" MMC-və ötürülmüş əmlakların hamısı yarımçıq tikili olmuş və məhz bu səbəbdən bu əmlaklar "xxxx" ASC-nin balansında 2015-ci ilə kimi yarımçıq tikili kimi əks olunaraq göstərilmişdir.

54. Eləcə də, məhkəmənin gəldiyi daşınmaz əmlakların satışına dair təsdiqedici sənədlərin təqdim edilməməsi nəticəsi də həqiqəti əks etdirmir. Həmin sənədlər məhkəməyə təqdim edilmişdir.

55. Diqqətinizə çatdırım ki, əgər mənfəət vergisinin hesablanması zamanı müəssisənin əmlak satışından və əmlak icarəsindən əldə etdiyi gəlirlərə görə xərclər nəzərə alınmırsa (xərc sənədləri vergi qanunvericiliyinin tələblərinə uyğun hesab edilm irsə) bu zaman məlum olan gəlirlərə görə xərc hesablanmalıdır.

56. Vergi orqanı isə göstərilənlərin əksinə gəlirin əldə edilməsi ilə bağlı xərcləri nəzərə almadan gəlirə birbaşa 20 faiz vergi dərəcəsi tətbiq etməklə mənfəət vergisi hesablamışdır. Halbuki, Vergi Mə cəlləsinin 67-ci maddəsi vergi orqanına şərti rentabellikdən başqa digər üsullarla da iddiaçının mənfəət vergisinin ədalətli şəkildə hesablanması imkanlarını nəzərdə tutur.

57. Eyni zamanda, Vergi Məcəlləsinin 143-cü maddəsinə əsasən Aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir. Aktivlər kreditlər hesabına alındığı halda, kredit faizləri aktivlərin dəyərini artırmır və bu Məcəllənin 108-ci maddəsinə uyğun olaraq gəlirdən çıxılır.

58. B eləliklə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 dekabr 2017-ci il tarixli, 2-2(82)-1098/17 saylı qətnaməsindən də məlum olduğu kimi, müəssisənin 36 885 794,54 manat faiz borcu olmuşdur. Qeyd olunan faiz borcları gəlirdən çıxılmalı olduğundan müəssisənin 2017-ci il heç bir mənfəəti olmamışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

59. Kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

60. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə

38. Səyyar vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər:... 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə;... 61. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

3. Yoxlamaların qanuniliyi 3.1. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikas ı qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

62. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”:... 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.... 3.4. Reyestrə yoxlama ilə bağlı aşağıdakı məlumatlar daxil edilir:... 3.4.16. yoxlamanın dayandırılması və ya vergi yoxlamalar ının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə);

63. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumat lar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYA NİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

64. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

65. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

66. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin birinci instansiya məhkəməsinə iddiaçının iddiasına dair verdiyi ilk və ilkin xx.xx.2021-ci il tarixli yazılı etirazının sonuncudan əvvəlki və sonuncu vərəqlərində (işin İ cildinin 39-40) cavabdeh bir mənalı şəkildə göstərir ki, “göründüyü kimi vergi orqan ı tərəfindən İddiaçı MMC-də keçirilən səyyar vergi yoxlaması zamanı vergi qanunvericiliyinin tələblərinə tam riayət olunmuş, heç bir qanun pozuntusuna yol verməmişdir.”

67. Həmçinin qeyd edilməlidir ki, cavabdeh həmin qənaətini həm apellyasiya şikayətində və apellyasiya məhkəməsinin iclaslarında, həm də kassasiya şikayətində müdafiə etmişdir.

68. Bununla əlaqədar olaraq, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin sözügedən hüquqi mövqeyi yanlış olmaqla qanuna uyğun deyildir.

69. Belə ki, məlum olduğu kimi Vergi Məcəlləsinin 38-ci maddəsi səyyar vergi yoxlamasının növbəti və növbədənkənar olmaqla, iki növünü müəyyən etmişdir. Vergi orqanı hər iki yoxlamanın keçirilməsi ilə bağlı qərar qəbul etsə də, sözügedən qərarlar inzibati akt hesab edilmirlər.

70. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla, aşağıdakı əlamətləri ilə səciyyələnir: inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşmasının, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir.

71. Vergi Məcəlləsinin 38, 39 və 49-cu maddələrinin birgə təhlili onu deməyə əsas verir ki, səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar özü-özlüyündə vergi ödəyicisi üçün hüquqi nəticə yaratmır. Belə ki, aparılan yoxlamanın nəticələri Vergi Məcəlləsinin 39.1-ci maddəsinə müvafiq olaraq səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilir və həmin akt əsasında vergi orqanının rəhbəri (rəhbərin müavini) Vergi Məcəlləsinin 49.1-ci maddəsində nəzərdə tutulmuş qərarlardan bir ini qəbul edir. Göründüyü kimi, səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar, həmin yoxlamanın nəticələrinin rəsmiləşdirildiyi akt hələ vergi ödəyicisinin vergi məsuliyyətini müəyyən etmir (başqa sözlə, hüquqi nəticə yaratmır), vergi məsuliyyətinin yaranması üçün vergi orqanının rəhbərinin (rəhbərin müavini) bu barədə qərarı tələb olunur. Vergi Məcəlləsinin 49-cu maddəsində isə vergi orqanının rəhbərinə (rəhbərin müavini) həm məsuliyyətə cəlbetmə, həm də məsuliyyətə cəlbetməmə barədə, həm də həmin maddədə nəzərdə tutulan digər qərarlardan birini qəbul etmə imkanı verilir. Belə olan halda isə, yalnız vergi orqanının rəhbərinin (rəhbərin müavini) vergi ödəyicisini vergi məsuliyyətinə cəlb etmə barədə qərarı ilə vergi ödəyicisi vergi məsuliyyətinə cəlb edilə bilər və bu da onu deməyə əs as verir ki, məhz həmin qərar vergi ödəyicisi üçün hüquqi nəticə yaratmış olur.

72. Qeyd edilənlərə əsasən, istər növbəti, istərsə də növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qəbul edilmiş qərarlar vergi ödəyicisi üçün hüquqi nəticə yaratmadıqlarından inzibati akt hesab edilmirlər və inzibati məhkəmə icraatında müstəqil surətdə mübahisələndirilə bilməzlər. Həmin qərarlar “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi anlamında inzibati icraatın başlanılması üçün əsas qismində qəbul edilməlidir.

73. Bununla yanaşı qeyd edilməlidir ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qərarın müstəqil inzibati akt kimi inzibati qaydada mübahisələndirilə bilməməsi, həmin yoxlamanın keçirilməsinin qanuniliyini qiymətləndirmək imkanını istisna etmir. Belə ki, növbəd ənkənar səyyar vergi yoxlamasının keçirilməsinin nəticələrinə dair tərtib edilmiş Akt əsasında qəbul edilmiş vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar inzibati məhkəmə icraatı qaydasında mübahisələndirildiyi halda, inzibati məhkəmə icraatında həm də növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin qanuniliyi və əsaslılığı yoxlanılır. Bu isə aşağıdakı səbəblərdən irəli gəlir.

74. Qeyd edildiyi kimi, səyyar vergi yoxlaması həm növbəti, həm də növbədənkənar ola bilər. Vergi Məcəlləsinin 38-ci maddəsi vergi orqanına il ərzində bir dəfə növbəti yoxlama keçirmək hüququ verir. Eyni zamanda, qanunda konkret sadalanmış hallarda vergi orqanı həm də növbədənkənar səyyar vergi yoxlaması keçirə bilər. Vergi Məcəlləsinin 38.3-cü maddəsində növbədənkənar səyyar vergi yoxlama sının keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir və onlardan biri də vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsidir (Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi).

75. Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi, bir tərəfdən sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti su byektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Bu onunla bağlıdır ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda Vergi Məcəlləsinin 38.3-cü maddələrinin müddəaları baxımında n diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin yoxlanılmasını da ehtiva edir.

76. Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağ a, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur.

77. Hazırkı iş üzrə isə cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə xx.xx.2020-ci il tarixli, **********143303 nömrəli qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları (mənbəyi bəlli olan əlaqəli məlumatları) göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır.

78. Bundan əlavə, vergi orqanı qərarında həmin əlaqəli məlumatları açıqlamamış, eləcə də səyyar vergi yo xlaması aktında da onları qeyd etməmişdir.

79. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inz ibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər.

80. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yo lverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər.

81. Növbədənkənar vergi yoxlamasının təyin edilməsi barədə qərar qəbul edərkən cavabdehin sadəcə qanunun konkr et normasına, o cümlədən Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, vergi orqanı ümumiyyətlə bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslara bağlıdır və həmin əsaslara istinad etməlidir. Bu zaman həm də xüsusilə nəzərə alınmalıdır ki, növbədənkənar vergi yoxlaması növbəti deyil, məhz növbədənkənar və bu baxımdan əlahiddə yoxlama olduğuna görə, onun başlanılması haqqında qərar, yoxlamanın zəruriliyini şə rtləndirən vergi qanunvericiliyində təsbit olunmuş əsaslar və hallar, diskresion səlahiyyətlərin legitim məqsədləri və mütənasiblik prinsipinin tələbləri baxımından daha ətraflı şəkildə açıqlanmalı və daha ciddi şəkildə əsaslandırılmalıdır. Qeyd olunmalıdır ki, mübahisəyə baxılması və onun həll edilməsi zamanı məhkəmə mübahisə predmeti olan qərarın qanuna uyğunluğuna həm də cavabdeh tərəfindən istinad olunan həmin əsaslar üzərindən qiymət verir.

82. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, Vergi Məcəlləsinin 38.3.5ci maddəsinin vergi yoxlamasının başlanılması ilə bağlı vergi qanunvericiliyində nəzərdə tutulmuş əsaslardan yan qaçmağın pərdələnmiş vasitəsi kimi istifadə olunması və vergi ödənişlərinin təmin edilməsinə yönəlmiş vergi inzibatçılığının asanlaşdırılması üçün praktik məqs ədlər baxımından həmin maddəyə ümumi şəkildə istinad edilməsi yolverilməzdir.

83. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın, xüsusilə də növbədənkənar yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Lakin hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz növbədənkənar yoxlamanın təyin edilməsi qaydasında həyata keçirilməsini, yəni növbədənkənar yoxlamanın keçirilməsini zəruri edən şərtlərin mövcudluğu, bununla bağlı inzibati orqanın mülahizələri, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyi cavabdeh tərəfindən dəqiq və aydın şəkildə “İnzibati icraat haqqında” Qanunun 61.2-ci maddəsinə uy ğun olaraq əsaslandırılmamış, yalnız məhkəmə icraatının gedişində yoxlamanın başlama əsasları barədə dəlillər irəli sürülmüş və materiallar təqdim edilmişdir. Həmin dəlillərin və sənədlərin inzibati icraatın gedişində iddiaçı müəssisəyə bildirildiyi, iddiaçı müəssisəyə həmin dəlilləri təkzib edən sübutların təqdim edilməsi üçün şərait yaradıldığı, başqa sözlə, inzibati icraat çərçivəsində inzibati orqanla vergi ödəyicisi arasında inzibati icraatın başlanğıcı və gedişatı ilə bağlı, inzibati icraat materialları ilə bağlı “kommunikasiyanın” olduğu iş üzrə sübuta yetirilməmişdir. Halbuki, Vergi Məcəlləsinin 36.2-ci və “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinin tələbləri baxımından, inzibati orqan icraat zamanı xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin dinlənilmə hüququnu təmin etmək, qəbul olunması nəzərdə tutulan inzibati aktla bağlı onun mülahizələrini və arqumentlərini dinləmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

84. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin qarşısını almaqdan ibarətdir. Qeyd edilməlidir ki, növbədənkənar yoxlamanın aparılması əsasl arının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi ilə bağlı normativ tənzimləmə də, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir.

85. Nəzərə alınmalıdır ki, şəxsin əmlak hüquqları konstitusiyanın qoruma sferası ilə əhatə olunan üstün dəyərlər sırasına aiddir. Məhz bu baxımdan həmin dəyərə yalnız qanunla müəyyən olunmuş qaydada və mütənasib üsullarla müdaxiləyə yol verilir. Hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu kons titusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin... tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” 12 yanvar 2011-ci il tarixli Qərarı).

86. Hazırkı mübahisəyə münasibətdə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi və keçirilməsi üzrə yuxarıda istinad olunan normaların tələbləri və həmin normaların təfsiri ilə bağlı məhkəmə ko llegiyasının hüquqi mövqeyi baxımından inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul etdiyi qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanunauyğunluğu iş üzrə materiallarla təsdiq olunmur. Bu mənada cavabdeh tərəfindən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir.

87. Bundan başqa, qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə ”nin 1.5-ci bəndinin tələbinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Əsasnamənin 3.4.16-cı bəndinə əsasən yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat Reyestrə daxil edilməli məlumatlara aid edilmişdir.

88. İşin apellyasiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, səyyar vergi yoxlaması xx.xx.2020-ci il tarixdə başlamışdır. Yoxlama müddətində cavabdeh 2 dəfə yoxlama müddətinin uzadılması barədə, 1 dəfə isə (xx.xx.2021-ci il tarixdə) aktın tərtibi müddətinin uzadılması barədə qərarlar qəbul etmişdir. Yoxlama müddətinin uzadılması barədə qərarlar Reyestrə daxil edilsə də, aktın tərtibi müddətinin uzadılması barədə qərar Reyestrə daxil edilməmişdir.

89. Halbuki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda yazılmışdır ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır (3.1). Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər nor mativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz (3.2).

90. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”sinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur (1.5). 3.4. Reyestrə yoxlama ilə bağlı aşağıdakı məlumatlar daxil edilir: 3.4.16. Yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə);

91. Məlum olduğu kimi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2624/2022 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********149270 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı qismən- 2017-ci il əlavə dəyər vergisi üzrə 1007,00 manat, VM-nin 58.1- ci maddəsinə əsasən 503,50 manat maliyyə sanksiyası, 2018-ci il əlavə dəyər vergisi üzrə 292172,33 manat, VM-nin 58.1-ci maddəsinə əsasən 146112,79 manat, cəmi 293179,33 manat vergi və 146616,29 manat maliyyə sanksiyası hissəsində ləğv edilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

92. Cavabdeh apellyasiya şikayəti verərək qərarın iddia tələbinin təmin edilən, yəni 2017 və 2018-ci illər üzrə ƏDV-nin və onlara hesablanmış maliyyə sanksiyalarının ləğv edilməsi hissəsində ləğv edilməsini xahiş etmişdir.

93. Eyni xahişi cavabdeh kassasiya şikayətində də irəli sürmüş və orada yuxarıda artıq göstərilmiş dəlilləri göstərmişdir.

94. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayətində yazdığı dəlilləri əsassızdır.

95. Məlum olduğu kimi, vergi orqanı tərəfindən 2017-ci il əlavə dəyər vergisi üzrə 1007,00 manat, VM-nin 58.1-ci maddəsinə əsasən 503,50 manat maliyyə sanksiyası, 2018-ci il əlavə dəyər vergisi üzrə 292172,33 manat, VM-nin 58.1-ci maddəsinə əs asən 146112,79 manat maliyyə sanksiyası tətbiq edilmişdir.

96. Belə ki, iddiaçı tərəfindən tikinti materiallarının alınması, onların daşıma xidmətləri və pompa icarəsi üçün “X1” MMC-dən 2018-ci ilin yanvar ayı ərzində əldə edilmiş ƏDV-siz dəyəri 1466666,66 manat və ƏDV məbləği 264000,02 manat təşkil edən elektron vergi hesab fakturaları üzrə həyata keçirilmiş cəmi 263999,99 manat ƏDV əvəzləşdirilməsi yoxlama ilə Vergi Məcəlləsinin 175.2-ci maddəsinin tələblərinə müvafiq olaraq ləğv edilmişdir.

97. İddiaçı tərəfindən "CPS Construction” MMC-dən tikinti işləri üçün əldə edilmiş cəmi 26886,31 manat ƏDV əvəzləşdirilməsi yoxlama ilə Vergi Məcəlləsinin 175.2-ci maddəsinin tələblərinə müvafiq olaraq ləğv edilmişdir.

98. Eyni zamanda elektrik enerjisi (“aktiv enerji”) və sayğacların quraşdırılması ilə əlaqədar "xxxx" ASC-dən əldə edilmiş elektron vergi-hesab fakturaları üzrə həyata keçirilmiş cəmi 706,04 manat ƏDV əvəzləşdirilməsi yoxlama ilə Vergi Məcəlləsinin 175.2- ci maddəsi əsas götürülərək ləğv edilmişdir.

99. Həmçinin yanacaq alışı ilə əlaqədar "xxxx" MMC-dən, nəqliyyat vasitəsi üçün güzgü alınması və servis xidməti ilə əlaqədar "xxxx" MMC-dən, nəqliyyat vasitələri üçün müxtəlif ehtiyat hissələri alınması və servis işi ilə əlaqədar "xxxx" MMC-dən ƏDV əvəzləşdirilməsi yoxlama ilə Vergi Məcəlləsinin 175.2-ci maddəsi rəhbər tutularaq ləğv edilmişdir.

100. İddiaçı tərəfindən "xxxx" MMC-dən, “ANTARİS" QSC-dən ƏDV əvəzləşdirilməsi Vergi Məcəlləsinin 175.1-ci maddəsinə istinadən ləğv edilmişdir.

101. Beləliklə, vergi orqanı mənfəət vergisinin hesablanması zamanı malların (işlərin, xidmətlərin) alınması üçün çəkilmiş xərclərə uyğun olaraq, həmin malların (işlərin, xidmətlərin) müəssisə tərəfindən sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmadığı qənaətinə gələrək qeyd olunan mallara (işlərin, xidmətlərə) görə məbləğlərinin ödənilmiş ƏDV məbləğlərinin əvəzləşdirilməsini ləğv etmişdir

102. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi ƏDV əvəzləşdirilməsinin ləğv edilməsi hissəsində cavabdehin mövqeyinin yanlış olması qənaətinə gəlmişdir.

103. Belə ki, Vergi Məcəlləsinin xx.xx.2020-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən 175.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, əvəzləşdirilən ƏDV-nin məbləği vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturaları üzrə nağdsız qayda da (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödəmələr üzrə ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarda ödənilən vergi məbləği sayılır.

104. Həmin Məcəllənin 175.2-ci maddəsinə görə bir hissəsi vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti, digər hissəsi isə başqa məqsədlər üçün, nəzərdə tutulan vergiyə cəlb edilən əməliyyatlara görə nağdsız qaydada ƏDV-nin depozit hesabı vasitəsilə ödənilmiş (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) və malların idxalı üçün vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturaları üzrə onun tərəfindən ödənilmiş ƏDV-nin məbləği sahibkarlıq fəaliyyəti üçün istifadə olunan malların (işlərin, xidmətlərin) xüsusi çəkisinə görə mü əyyənləşdirilən ƏDV-nin məbləği qədər əvəzləşdirilir.

105. Həmin Məcəllənin 175.3-cü maddəsinə əsasən bu Məcəllənin 109.4-cü maddəsində göstərilən xərclər istisna olmaqla, bu Məcəllənin 109.3-cü maddəsində nəzərdə tutulan xərclər çəkiləndə, ƏDV-nin əvəzləşdirilməsinə yol verilmir. Həmin Məcəllənin 175.6-cı maddəsinə əsasən ƏDV-dən azad olunan, yaxud ƏDV-yə cəlb edilməyən əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən bu maddə ilə müəyyən edilmiş qaydada ödənilmiş ƏDV məbləği əvəzləşdirilmir. Dövlət büdcəsindən ayrılan vəsaitlər (subsidiya və geri qaytarılmalı vəsaitlər istisna olmaqla) hesabına mallar (işlər, xidmətlər) alınarkən, ödənilmiş ƏDV -nin məbləği əvəzləşdirilmir.

106. Beləliklə Vergi Məcəlləsinin 175-ci maddəsi büdcəyə ödəmələr müəyyən edilərkən əvəzl əşdirilən ƏDV-ni tənzimləyir.

107. Apellyasiya məhkəməsi qərarında doğru olaraq göstərmişdir ki, məcəllənin 175.3-cü maddəsi ƏDV əvəzləşdirilməsinə yol verilməyən halları nəzərdə tutur və bu zaman çəkilən xərclərə münasibətdə VM-nin 109.3-cü maddəsinə göndəriş edir. Qeyd edilən maddələrin təhlilindən müəyyən olunur ki, Məcəllə əyləncə və yemək xərclərinin, işçilərin mənzil və digər sosial xarakterli xərclərinin gəlirdən çıxılmasına yol vermədiyi kimi əvəzləşdirilməsinə də yol vermir.

108. Sözügedən maddəyə əsasən müəyyən olunur ki, hazırkı iş üzrə iddiaçının əvəzləşdirilməsi ilə bağlı çəkdiyi xərclər təyinatına görə VM-nin 109-cu maddəsi ilə tənzimlənən xərclərə aid deyildir. Bu əsasdan aparılmış ƏDV əvəzləşdirilmələri əvəzləşdirilməsinə yol verilməyən halları tənzimləyən VM-nin 175.3-cü m addəsinin təsir altına düşmür.

109. Bununla yanaşı apellyasiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, VM-nin 175.6-cı maddəsinin ikinci cümləsi dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına mallar (işlər, xidmətlər) alınarkən, ödənilmiş ƏDV-nin məbləğinin əvəzləşdirilməməsini bilavasitə nəzərdə tutmuşdur.

110. Lakin hazırkı iş üzrə iddiaçı tərəfindən əvəzləşdirilən məbləğlər dövlət büdcəsindən ayrılan vəsait hesabına alınmış və ya ödənilmiş vəsait deyildir.

111. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, məhkəmə iddiaçının ƏDV əvəzləşdirilməsinin ləğv edilərək iddiaçıya ƏDV üzrə 1007,00 manat və 292172,33 manat vergi məbləğinin və onun 50 faizi miqdarında, yəni 503,50 manat və 146112,79 manat məbləğində maliyyə sank siyası tətbiq edilməsi hissəsində mübahisələndirilən qərarın əsaslı olmadığı nəticəsinə gəlmişdir.

112. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin 29 noyabr 2019-cu il tarixli qanunla (qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minmişdir) yeni redaksiyada verilmiş 56.1-ci maddəsinin müddəalarına da müraciət edilməlidir.

113. Belə ki, Vergi Məcəlləsinin 56.1-ci maddəsinə görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, həmçinin bu Məcəllənin 71.4-cü maddəsi ilə müəyyən edilmiş sənədlərin və m əlumatların saxlanılması ilə bağlı ən azı 5 il, habelə, Azərbaycan Respublikasının CinayətProsessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir.

114. Vergi Məcəlləsinin xx.xx.2020-ci il tarixədək olan 56.1-ci maddəsinin redaksiyasına əsasən isə vergi qanunvericiliyi nin pozulması anından 3 il keçmişdirsə, şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz.

115. Həmin Məcəllənin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər.

116. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi bar ədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir.

117. Həmin Məcəllənin 85.5-ci maddəsinə görə vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir.

118. Məlum olduğu kimi cavabdehin mübahisə predmeti olan qərar 26 avqust 2021-ci il tarixdə qə bul edilmişdir ki, bu isə o deməkdir ki, həm mənfəət vergisi və həm də əlavə dəyər vergisi üzrə 2017-ci il üzrə vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmənin və maliyyə sanksiyalarının alınmasının 3 illik müddətini ötürmüşdür.

119. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, işdə qanuni qüvvəyə minmiş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 dekabr 2017- ci il tarixli, 2-2(82)-1098/2017 nömrəli qətnaməsi mövcuddur ki, (işin İİ cildinin 2-11-ci səhifələri) həmin qətnamədə yazılmışdır ki, “Azərbaycan Respublikası Prezidentinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında" xx.xx.2015-ci il tarixli 570 nömrəli Fərmanının 1-ci bəndində qeyd olunur ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankı on beş gün müddətində "xxxx" ASC-yə məxsus problemli aktivləri müəyyən etsinlər və həmin aktivlərin mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxarılması və dövlətə məxsus “Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının İdarəetməsinə verilməsi üçün tədbirlər görsünlər. AR Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101 saylı sərəncamın 1-ci bəndinə əsasən "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatına "xxxx" ASC tərəfindən AR Maliyyə Nazirliyi və AR Maliyyə Bazarlarına Nəzarət Palatası ilə razılaşdırılmış, siyahı üzrə Banka məxsus 1, 448,737,570 manat, 1,723,929,970 ABŞ dolları, 102, 616, 592 avro, 2,483,362 ingilis funt sterlinq i, 10,230,239,786 Rusiya rublu, 31,555,036 Gürcü larisi məbləğində qiymətləndirilən problemli aktivlərin balans dəyəri ilə bankdan satın alınmasını və bunun müqabilində Banka verilməsi üçün 3 il müddətinə illik 4 faiz dərəcəsi ilə dövlət zəmanəti əsasında 3 milyard ABŞ dolları məbləğinədək sadə veksel buraxılmasının təmin edilməsi tapşırılmışdır. İş materiallarına əlavə olunmuş “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun “Aqrarkredit “ QSC-yə güzəşt edilməsinə dair 21 aprel 2017-ci il tarixli müqavilədən görünür ki, “AR Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101s nömrəli sərəncamının 1-ci hissəsinə əsasən ‘Aqrarkredit" QSC Bank Olmayan Kredit Təşkilatı, AR Maliyyə və AR Maliyyə Bazarlarına Nəzarət Palatası ilə razılaşdırılmış siyahı üzrə Banka məxsus problemli aktivlərin Bankdan satın alınmasını və bunun müqabilində buraxılmış 3 il müddətinə 4 faiz dərəcəsi ilə dövlət zəmanəti əsasında sadə vekselləri Banka verir, eyni zamanda Bank həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu "xxxx" QSC-yə güzəşt edir. AR Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101s saylı sərəncamının icrası ilə əlaqədar "xxxx" QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı müvafiq sənədlərin təhvil- təsliminə dair 21 iyun 2017-ci il tarixli, S-33 saylı akta əsasən "xxxx" ASC Müştəri xidməti Departamenti, "xxxx" MMC, “Property İnvestsments* MMC, “Akkord Stik" ASC aralarında xx.xx.2016-cı il tarixində imzalanmış “borc öhdəliklərinin ötürülməsi haqqında 7879/H saylı müqaviləyə əsasən “X1” MMC-də n "xxxx" MMC-yə keçən borclardan 31,239,608.95 manat məbləğində faiz borcu “Property investsments’1 MMC-yə ötürülmüşdür. 21 iyun 2017-ci il tarixli S-34 saylı akta əsasən isə "xxxx" ASC Müştəri xidməti departamenti, "xxxx" ASC, “Akkord beton" MMC, İddiaçı MMC aralarında xx.xx.2016-cı il tarixində imzalanmış 7872/H saylı borc öhdəliklərinin ötürülməsi haqqında müqaviləyə əsasən “Akkord Beton" MMC-nin 40,000,000 manat məbləğində əsas borc və 2,000,000 manat faiz borcu, cəmi 42,000,000.00 manat məbləğində borcu "xxxx" MMC-yə ötürülmüşdür. “HGC Group" MMC “Akkord Beton" MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil edilmiş hüquqi şəxsdir və "Akkord Beton” MMC-nin hüquqi varisidir. Həmin qoşulma nəticəsində "xxxx" MMC-nin qalıq borcları “HGC Group" MMC-yə keçmişdir. "xxxx" MMC-dən "xxxx" MM C-yə keçən borclardan 3,944,444.44 manat faiz borcu "xxxx" MMC-yə ötürülmüşdür. "xxxx" ASC Müştəri Xidməti Departamenti, "xxxx" ASC, "xxxx" MMC, “Property İnvestments" MMC aralarında xx.xx.2016-cı il tarixində imzalanmış 7879/H saylı borc öhdəliklərinin ötürülməsi haqqında müqaviləyə əsasən "xxxx" MMC-dən "xxxx" MMC-yə keçən borclardan 3,944,444.44 manat faiz borcu İddiaçı MMC-yə ötürülmüşdür.”

120. Həmçinin həmin qətnamədə göstərilmişdir ki, “Azərbaycan Beynəlxalq Bankı" ASC ilə "xxxx" MMC arasında bağlanmış 30 oktyabr 2014-cü il tarixli, 7253 nömrəli kredit müqaviləsinə əsasən bank 50.000,000 manat məbləğində kredit xəttinin açılmasını öz öhdəsinə götürmüşdür. "xxxx" ASC, "xxxx" ASC, "xxxx" MMC və İddiaçı MMC arasında bağlanılmış 19 sentyabr 2016 tarixli, N-7872/H saylı “borc öhdəliklə rinin ötürülməsi” haqqında müqaviləyə əsasən "xxxx" MMC kredit müqaviləsi üzrə borcunun 42,000,000 manat hissəsi üzrə bütün hüquq və öhdəlikləri "xxxx" ASC-yə ötürmüş "xxxx" ASC isə aralarında bağlanmış 16 sentyabr 2016-cı il tarixli payların alqı-satqı müqaviləsinə əsasən həmin borc üzrə hüquq və öhdəlikləri "xxxx" MMC-yə ötürmüşdür. Eyni zamanda "Azərbaycan Beynəlxalq Bankı” ASC, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC, “HGC Group" MMC və "xxxx" MMC arasında bağlanılmış xx.xx.2016-cı il tarixli, N-7879/H saylı borc öhdəliklərinin ötürülməsi haqqında müqaviləyə əsasən "xxxx" MMC kredit müqaviləsi üzrə faiz borcunun 35,184,053.39 manat məbləğində hissəsini “Property İnvestments" MMCyə ötürmüşdür. Lakin cavabdeh tərəfindən öhdəliklər lazımi qaydada yerinə yetirilməmiş və Azərb aycan Respublikası Prezidentinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında" xx.xx.2015-ci il tarixli 570 nömrəli Fərmanına əsasən "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququ "xxxx" ASC və "xxxx" QSC arasında imzalanmış S-35 saylı, xx.xx.2017-ci il tarixli təhvil-təslim aktına əsasən iddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatına keçmişdir. İş materiallarına əlavə edilmiş maliyyə arayışından da görünür ki, İddiaçı MMC-nin 40,000,000 manat əsas borcu, 36,885,794.54 manat, 168,806.15 ABŞ dolları və 427.73 Avro məbləğində faiz borcu yaranmışdır.”

121. Eyni zamanda qeyd edilməlidir ki, sözügedən qətnamə ilə "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının hazırkı işdə iddiaçıya qarşı iddia tələb i qismən təmin edilmiş, İddiaçı MMC-dən 40,000,000 manat əsas borc, 36,885,794.54 manat faiz borcu olmaqla, cəmi 76,885,794.54 manat, 168,806.15 ABŞ dolları və 427.73 avro məbləğində kredit borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində tutularaq “Aqrarkredit" QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməsi, borc tələbi Property investments” MMC-nin mülkiyyətində olan: - 2,801,929.88 manat dəyərində ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1610,4 kv.m olan qeyri-yaşayış sahəsinə: - 8,412,170.32 manat dəyərində Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, 2942 Q məhəllə, 1-ci mərtəbə Qapı-1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 11, 12, 13; -1 zirzəmi Qapı-1; -2 zirzəmi Qapı-1 ünvanında yerləşən ümumi sahəsi 6431,4 kv.m olan qeyriyaşayış sahəsinə; - 780,777.65 manat dəyəri ndə ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 299,9 kv.m olan qeyri-yaşayış sahəsinə (1-ci mərtəbə); - 1,228,572.77 manat dəyərində ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 471,9 kv.m olan qeyri-yaşayış sahəsinə (1-ci mərtəbə); - 1,540,987.98 manat dəyərində ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 591,9 kv.m olan qeyri-yaşayış sahəsinə (1-ci mərtəbə); - 654,779.60 manat dəyərində ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 582,9 kv.m olan qeyri-yaşayış sahəsinə (zirzəmi); - 691,606.29 dəyərində ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 615,9 kv.m olan qeyri-yaşayış sahəsinə (zirzəmi); - 410,617.52 manat dəyərində ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 367,2 kv.m olan qeyri-yaşayış sahəsinə (zirzəmi); - 1,300,379.47 manat dəyərində Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi, 7-ci km, "ün van 7 ünvanında yerləşən ümumi sahəsi 1155,7 kv.m olan qeyriyaşayış sahəsinə (zirzəmi); - 698,516.55 manat dəyərində Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi, 7-ci km, "ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 620,8 kv.m olan qeyriyaşayış sahəsinə (yarımzirzəmi); - 1,827,417.40 manat dəyərində Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi, 7-ci km, "ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 1624,1 kv.m olan qeyriyaşayış sahəsinə (zirzəmi); - 569,869.69 manat dəyərində Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi, 7-ci km, "ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 228,7 kv.m olan qeyriyaşayış sahəsinə (1-ci mərtəbə); - 587,561.32 manat dəyərində Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi, 7-ci km, "ünvan 11 ünvanında yerləşən ümumi sahəsi 235,8 kv.m o lan qeyriyaşayış sahəsinə (2-ci mərtəbə); - 1,147,713.07 manat dəyərində Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi, 7-ci km, "ünvan 12 ünvanında yerləşən ümumi sahəsi 460,6 kv.m olan qeyriyaşayış sahəsinə (1-ci mərtəbə); - 569,869.69 manat dəyərində Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi, 7-ci km, "ünvan 13 ünvanında yerləşən ümumi sahəsi 228,7 kv.m olan qeyriyaşayış sahəsinə (yarımzirzəmi); - 1,147,713.07 manat dəyərində Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi, 7-ci km, "ünvan 14 ünvanında yerləşən ümumi sahəsi 460,6 kv.m olan qeyriyaşayış sahəsinə (1-ci mərtəbə); - 571,863.11 manat Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi, 7-ci km, "ünvan 15 ünvanında yerləşən ümumi sahəsi 229,5 kv.m olan qeyri-yaşayış sahəsinə (yarımzirzəmi); - 1,147,713.07'manat dəyərində Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi, 7-ci km, "ünvan 16 ünvanında yerləşən ümumi sahəsi 460,6 kv.m olan qeyriyaşayış sahəsinə (2-ci mərtəbə); - 569,869.69 manat dəyərində Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi, 7-ci km, "ünvan 17 ünvanında yerləşən ümumi sahəsi 228,7 kv.m olan qeyriyaşayış sahəsinə (yarımzirzəmi); - 569,869.69 manat dəyərində Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi, 7-ci km, "ünvan 18 ünvanında yerləşən ümumi sahəsi 228,7 kv.m olan qeyriyaşayış sahəsinə (yarımzirzəmi); - 569,869.69 manat dəyərində Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi, 7-ci km, "ünvan 19 ünvanında yerləşən ümumi sahəsi 228,7 kv.m olan qeyriyaşayış sahəsinə (yarımzirzəmi); - 1,147,713.07 manat dəyərində Abşeron rayonu, Xı rdalan şəhəri, Bakı-Sumqayıt şosesi, 7-ci km, "ünvan 20 ünvanında yerləşən ümumi sahəsi 460,6 kv.m olan qeyriyaşayış sahəsinə (yarımzirzəmi); - 569,869,69 manat dəyərində Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi, 7-ci km, "ünvan 21 ünvanında yerləşən ümumi sahəsi 228,7 kv.m olan qeyriyaşayış sahəsinə (yarımzirzəmi); - 1,154,440.87 manat dəyərində Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi, 7-ci km, "ünvan 22 ünvanında yerləşən ümumi sahəsi 463,3 kv.m olan qeyriyaşayış sahəsinə (yarımzirzəmi); - 571,863.11 manat dəyərində Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi, 7-ci km, "ünvan 23 ünvanında yerləşən ümumi sahəsi 229,5 kv.m olan qeyriyaşayış sahəsinə (yarımzirzəmi); - 1,147,713.07 manat dəyərində Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi, 7-c i km, "ünvan 24 ünvanında yerləşən ümumi sahəsi 460,6 kv.m olan qeyriyaşayış sahəsinə (1-ci mərtəbə); - 1,147,713.07 manat dəyərində Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi, 7-ci km, "ünvan 25 ünvanında yerləşən ümumi x sahəsi 460,6 kv.m olan qeyri-yaşayış sahəsinə (1-ci mərtəbə); - 470,946.09 manat dəyərində Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi, 7-ci km, "ünvan 26 ünvanında yerləşən ümumi sahəsi 189,0 kv.m olan qeyriyaşayış sahəsinə (1-ci mərtəbə); - 569,869.69 manat dəyərində Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi, 7-ci km, "ünvan 27 ünvanında yerləşən ümumi sahəsi 228,7 kv.m olan qeyriyaşayış sahəsinə (yarımzirzəmi); - 587,561.32 manat dəyərində Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi, 7-ci km, "ünvan 28 ünvanında yerləşən üm umi sahəsi 235,8 kv.m olan qeyriyaşayış sahəsinə (1-ci mərtəbə); - 1,147,713.07 manat dəyərində Abşeron rayonu, Xırdalan şəhəri Bakı-Sumqayıt şosesi, 7-ci km, "ünvan 29 ünvanında yerləşən ümumi sahəsi 460,6 kv.m olan qeyriyaşayış sahəsinə (1-ci mərtəbə); - 569,869.69 manat dəyərində Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi, 7-ci km, "ünvan 30 ünvanında yerləşən ümumi sahəsi 228,7 kv.m olan qeyriyaşayış sahəsinə (yarımzirzəmi); - 1,154,939.23 manat dəyərində Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi, 7-ci km, "ünvan 31 ünvanında yerləşən ümumi sahəsi 227,3 kv.m olan qeyriyaşayış sahəsinə (yarımzirzəmi); - 1,147,713.07 manat dəyərində Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi, 7-ci km, "ünvan 32 ünvanında yerləşən ümumi sahəsi 460,6 kv.m olan qeyriyaşayış sahəsinə (1-ci mərtəbə); - 1,147,713.07 manat dəyərində Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi, 7-ci km, "ünvan 16 ünvanında yerləşən ümumi sahəsi 460,6 kv.m olan qeyriyaşayış sahəsinə (3-cü mərtəbə); - 569,869.69 manat dəyərində Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi, 7-ci km, "ünvan 33 ünvanında yerləşən ümumi sahəsi 228,7 kv.m olan qeyriyaşayış sahəsinə (yarımzirzəmi); - 1,147,713.07 manat dəyərində Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi, 7-ci km, "ünvan 29 ünvanında yerləşən ümumi sahəsi 460,6 kv.m olan qeyriyaşayış sahəsinə (2-ci mərtəbə); - 318,947.62 manat dəyərində Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi, 7-ci km, "ünvan 34 ünvanında yerləşən ümumi sahəsi 128,0 kv.m olan qeyriyaşayış sahəsinə (1-ci mərtəbə); - 1,147,713.08 manat dəyərində olan Abşeron rayonu, Xırdalan şəhəri, BakıSumqayıt şosesi, 7-ci km, "ünvan 35 ünvanında yerləşən ümumi sahəsi 460,6 kv.m olan qeyri-yaşayış sahəsinə (3-cü mərtəbə); - 569, 869.69 manat dəyərində olan Abşeron rayonu, Xırdalan şəhəri, BakıSumqayıt şosesi, 7-ci km, "ünvan 36 ünvanında yerləşən ümumi sahəsi 228,7 kv.m olan qeyri-yaşayış sahəsinə (yarımzirzəmi); - 1,147,713.07 manat dəyərində Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi, 7-ci km, "ünvan 37 ünvanında yerləşən ümumi sahəsi 460,6 kv.m olan qeyriyaşayış sahəsinə (yarımzirzəmi); - 1,147,713.07 manat dəyərində Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi, 7-ci km, "ünvan 38 ünvanında yerləşən ümumi sahəsi 460,6 kv.m olan qeyriyaşayış sahəsinə (yarımzirzəmi); - 587,561.32 manat dəyərində Abşeron rayo nu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi, 7-ci km, "ünvan 39 ünvanında yerləşən ümumi sahəsi 235,8 kv.m olan qeyriyaşayış sahəsinə (2-ci mərtəbə); - 1,147,713.07 manat dəyərində olan Abşeron rayonu, Xırdalan şəhəri, BakıSumqayıt şosesi, 7-ci km, "ünvan 40 ünvanında yerləşən ümumi sahəsi 460,6 kv.m olan qeyri-yaşayış sahəsinə (yarımzirzəmi); - 569,869.69 manat dəyərində Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi, 7-ci km, "ünvan 41 ünvanında yerləşən ümumi sahəsi 228,7 kv.m olan qeyriyaşayış sahəsinə (yarımzirzəmi); - 1,154,939.23 manat dəyərində Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi, 7-ci km, "ünvan 42 ünvanında yerləşən ümumi sahəsi 463,5 kv.m olan qeyriyaşayış sahəsinə (yarımzirzəmi); - 1,147,713.07 manat dəyərində Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqa yıt şosesi, 7-ci km, "ünvan 43 ünvanında yerləşən ümumi sahəsi 460,6 kv.m olan qeyriyaşayış sahəsinə (3-cü mərtəbə); - 1,147,713.07 manat dəyərində Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi, 7-ci km, "ünvan 16 ünvanında yerləşən ümumi sahəsi 460,6 kv.m olan qeyriyaşayış sahəsinə (1-ci mərtəbə); - 587,561.32 manat dəyərində Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi, 7-ci km, "ünvan 28 ünvanında yerləşən ümumi sahəsi 235,8 kv.m olan qeyriyaşayış sahəsinə (3-cü mərtəbə); - 1,147,713.07 manat dəyərində Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi, 7-ci km, "ünvan 44 ünvanında yerləşən ümumi sahəsi sahəsi 460,6 kv.m olan qeyri-yaşayış sahəsinə (1-ci mərtəbə); - 1,147,713.07 manat dəyərində Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi, 7-ci km, "ünvan 45 ünvanında yerləşən ümumi sahəsi 460,6 kv.m olan qeyriyaşayış sahəsinə (1-ci mərtəbə); - 569, 869.69 manat dəyərində Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi, 7-ci km, "ünvan 46 ünvanında yerləşən ümumi sahəsi 228,7 kv.m olan qeyriyaşayış sahəsinə (yarımzirzəmi); - 569,869.69 manat dəyərində Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi, 7-ci km, "ünvan 47 ünvanında yerləşən ümumi sahəsi 228,7 kv.m olan qeyriyaşayış sahəsinə (yarımzirzəmi); - 589,056.38 manat dəyərində Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi, 7-ci km, "ünvan 48 ünvanında yerləşən ümumi sahəsi 236,4 kv.m olan qeyriyaşayış sahəsinə (yarımzirzəmi); - 587,56132 manat dəyərində Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi, 7-ci km, "ünvan 11 ünvanında yerləşən ümumi sahəsi 235,8 kv.m olan qeyriyaşayış-sahəsinə (3-cü mərtəbə); - 1,145,221.29 manat dəyərində Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi, 7-ci km, "ünvan 49 ünvanında yerləşən ümumi sahəsi 459,6 kv.m olan qeyriyaşayış sahəsinə (yarımzirzəmi); - 1,147,713.07 manat dəyərində Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi, 7-ci km, "ünvan 50 ünvanında yerləşən ümumi sahəsi 460,6 kv.m olan qeyriyaşayış sahəsinə (yarımzirzəmi); - 1,147,713.07 manat dəyərində Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi, 7-ci km, "ünvan 51 ünvanında yerləşən ümumi sahəsi 460,6 kv.m olan qeyriyaşayış sahəsinə (1-ci mərtəbə); - 569,869,69 manat dəyərində Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi, 7-ci km, "ünvan 52 ünvanında yerləşən ümumi sahəsi 228,7 kv.m olan qeyriyaşayış sahəsinə (yarımzirzə mi); - 1, 268,564.32 manat dəyərində Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi, 7-ci km, "ünvan 53 ünvanında yerləşən ümumi sahəsi 509,1 kv.m olan qeyriyaşayış sahəsinə (1-ci mərtəbə); - 569,869.69 manat dəyərində Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi, 7-ci km, "ünvan 54 ünvanında yerləşən ümumi sahəsi 228,7 kv.m olan qeyriyaşayış sahəsinə (1-ci mərtəbə); - 536,978.22 manat dəyərində Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi, 7-ci km, "ünvan 55 ünvanında yerləşən ümumi sahəsi 215,5 kv.m olan qeyriyaşayış sahəsinə (1-ci mərtəbə); - 569,869.69 manat dəyərində Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi, 7-ci km, "ünvan 56 ünvanında yerləşən ümumi sahəsi 228,7 kv.m olan qeyriyaşayış sahəsinə (yarımzirzəmi); - 1,147,713.07 manat dəyərində Abşer on rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi, 7-ci km, "ünvan 57 ünvanında yerləşən ümumi sahəsi 460,6 kv.m olan qeyriyaşayış sahəsinə (1-ci mərtəbə); - 569,869.69 manat dəyərində Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi, 7-ci km, "ünvan 58 ünvanında yerləşən ümumi sahəsi 228,7 kv.m olan qeyriyaşayış sahəsinə (yarımzirzəmi); - 1,147,713.07 manat dəyərində Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi, 7-ci km, "ünvan 43 ünvanında yerləşən ümumi sahəsi 460,6 kv.m olan qeyriyaşayış sahəsinə (2-ci mərtəbə); - 1,147,713.07 manat dəyərində Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi, 7-ci km, "ünvan 59 ünvanında yerləşən ümumi sahəsi 460,6 kv.m olan qeyriyaşayış sahəsinə (1-ci mərtəbə); - 587,561.32 manat dəyərində Abşeron rayonu, Xırdalan şəhəri, BakıSumqay ıt şosesi, 7-ci km, "ünvan 60 ünvanında yerləşən ümumi sahəsi 235,8 kv.m olan qeyri-yaşayış sahəsinə (1-ci mərtəbə); - 1,147,713.07 manat dəyərində Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi, 7-ci km, "ünvan 14 ünvanında yerləşən ümumi sahəsi 460,6 kv.m olan qeyriyaşayış sahəsinə (3-cü mərtəbə); - 569,869.69 manat dəyərində Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi, 7-ci km, "ünvan 61 ünvanında yerləşən ümumi sahəsi 228,7 kv.m olan qeyriyaşayış sahəsinə (yarımzirzəmi); - 564,636.96 manat dəyərində Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi, 7-ci km, "ünvan 62 ünvanında yerləşən ümumi sahəsi 222,6 kv.m olan qeyriyaşayış sahəsinə (1-ci mərtəbə); - 569, 869.69 manat dəyərində Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi, 7-ci km, "ünvan 63 ünvanında yerləşən ümumi sahəsi 228,7 kv.m olan qeyriyaşayış sahəsinə (yarımzirzəmi); - 409,149.99 manat dəyərində Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi, 7-ci km, "ünvan 64 ünvanında yerləşən ümumi sahəsi 164,2 kv.m olan qeyriyaşayış sahəsinə (1-ci mərtəbə); - 1,147,713.07 manat dəyərində Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi, 7-ci km, "ünvan 65 ünvanında yerləşən ümumi sahəsi 460,6 kv.m olan qeyriyaşayış sahəsinə (1-ci mərtəbə); - 1,147,713.07 manat dəyərində Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi, 7-ci km, "ünvan 66 ünvanında yerləşən ümumi sahəsi 460,6 kv.m olan qeyriyaşayış sahəsinə (2-ci mərtəbə); - 1,157,680.18 manat dəyərində Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi, 7-ci km, "ünvan 67 ünvanında yerləşən ümumi sahəsi 464,6 kv.m olan qeyriyaşayış sahəsi (yarımzirzəmi); - 1,154,440.87 manat dəyərində Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi, 7-ci km, "ünvan 68 ünvanında yerləşən ümumi sahəsi 463,3 kv.m olan qeyriyaşayış sahəsinə (yarımzirzəmi); - 569,869.69 manat dəyərində Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi, 7-ci km, "ünvan 69 ünvanında yerləşən ümumi sahəsi 228,7 kv.m olan qeyriyaşayış sahəsinə (yarımzirzəmi); -1,147,713.07 manat dəyərində Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi, 7-ci km, "ünvan 70 ünvanında yerləşən ümumi sahəsi 460,6 kv.m olan qeyriyaşayış sahəsi (1-ci mərtəbə); - 1,147,713.07 manat dəyərində Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi, 7-ci km, "ünvan 71 ünvanında yerləşən ümumi, sahəsi 460,6 kv.m olan qeyriyaşayış sahəsinə (1-ci mərtəbə); - 5 69,869.69 manat dəyərində Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi 7-ci km, "ünvan 69 ünvanında yerləşən ümumi sahəsi 228,7 kv.m olan qeyriyaşayış sahəsinə (1-ci mərtəbə); - 569,869.69 manat dəyərində Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi, 7-ci km, "ünvan 72 ünvanında yerləşən ümumi sahəsi 228,7 kv.m olan qeyriyaşayış sahəsinə (yarımzirzəmi) yönəldilmişdir.

122. İddiaçı MMC-nin həmin əmlaklar üzərində mülkiyyət hüququna xitam verilmiş "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının həmin əmlaklar üzərində mülkiyyət hüququnun tanınması və “Aqrarkredit" QSC Bank Olmayan Kredit Təşkilatının həmin əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması vəzifəsi AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. Qalan hissədə iddia tələbi təmin edilməmişdir.

123. Məhkəmə kollegiyası burada Vergi Məcəlləsinin 143-cü maddəsini xatırlatmağı zəruri hesab edir.

124. Belə ki, həmin məcəllənin 143-cü maddəsinə görə aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir. Aktivlər kreditlər hesabına alındığı halda, kredit faizləri aktivlərin dəyərini artırmır və bu Məcəllənin 108-ci maddəsinə uyğun olaraq gəlirdən çıxılır.

125. Həmçi nin qeyd edilməlidir ki, iddiaçı 2017-2018-ci illər ərzində sadələşdirilmiş sistem üzrə vergi ödəyicisi kimi vergi qeydiyyatında olmuş və müvafiq vergiləri ödəmişdir.

126. Bununla yanaşı cavabdeh bildirir ki, iddiaçının fəaliyyəti qeyrikommersiya fəaliyyətidir, lakin yuxarıda artıq göstərilənlərdən göründüyü kimi, cavabdehin bu dəlili təkzib olunmaqla əsassızdır.

127. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti, cavabdehin xx.xx.2021-ci il tarixli qərarının mübahisələndirdiyi hissədə təmin edilməli, cavabdehin kassasiya şikayəti təmin edilməməlidir.

128. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. İddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kolleg iyasının 2-1(103)-1512/2023 nömrəli, 21 sentyabr 2023-cü il tarixli qərarı qismən, yəni “iddia tələbi qismən təmin edilsin, cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********149270 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı qismən- 2017-ci il əlavə dəyər vergisi üzrə 1007,00 manat, VM-nin 58.1-ci maddəsinə əsasən 503,50 manat maliyyə sanksiyası, 2018-ci il əlavə dəyər vergisi üzrə 292172,33 manat, VMnin 58.1-ci maddəsinə əsasən 146112,79 manat, cəmi 293179,33 manat vergi və 146616,29 manat maliyyə sanksiyası hissəsində ləğv edilsin”, hissəsinin dəyişdirilmədən qüvvədə saxlanılsın hissəsi qüvvədə saxlan ılsın. Qərarın “İddia tələbi qalan hissədə təmin edilməsin” hissəsi isə ləğv edilsin. İddia həmin hissədə təmin edilsin. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********149270 saylı, xx.xx.2021-ci il tarixli qərarının iddiaçıya mənfəət vergisi 2017-2018-ci illər üzrə, MDSS işəgötürənlər – muzdla işləyənləri əmək müqaviləsi üzrə işə götürən hüquqi şəxslər 2018-ci il üzrə, işsizlik sığortası üzrə rüblük hesabat (hüquqi şəxslər) 2018-ci il üzrə, muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi (əlavə dəyər vergisi bəyannaməsi tərkibində) 2018-ci il üzrə, VM 58.7-1-ci maddəsinə ə sasən (il göstərilməmişdir, qeyd: Ali Məhkəmənindir) vergilərin və maliyyə sanksiyaların hesablanması hissəsində ləğv edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1512/2023 nömrəli, 21 sentyabr 2023-cü il tarixli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar