Məhkəmə qərarları › İş №2-1(102)-392/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-392/2025

21.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-392/2025 21.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsinin ölçüləri doğru göstərilməklə plan və ölçünün, texniki pasportun verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İman qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə (üçüncü şəxslər X5 və X3) qarşı “torpaq sahəsinin ölçüləri doğru göstərilməklə plan və ölçünün, texniki pasportun verilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 iyul 2024-cü il tarixli, 2-1(104)-111/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı məhkəmə icraatı qaydasında baxaraq, məhkəmə kollegiyası İŞİN HALLARİ:

1. Bərdə rayonu Bayramlı Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 05 saylı iclas protokolundan çıxarışa əsasən, Bayramlı Bələdiyyəsinin mülkiyyətində olan kəndaltı sahədən yaşayış evi tikmək məqsədi ilə Bayramlı kənd sakini İddiaçı 0.34 ha torpaq sahəsi ayrılaraq satılması qərara alınmışdır.

2. Bərdə rayon Məhkəməsinin 2(021)-4072/2017 saylı, 30 avqust 2017-ci il tarixli qətnaməsi ilə Bərdə rayonu Bayramlı Bələdiyyəsinin mülkiyyətində olan və bələdiyyənin 05 saylı, 14 may 2004-cü il tarixli qərarı ilə ayrılmış 0.34 ha həyətyanı torpaq sahəsinin İddiaçı mülkiyyətinə verilməsi qərara alınmışdır.

3. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən, Bərdə rayonunun Bayramlı kəndi ərazisində yaşayış məntəqələri torpaqlarına aid 0.34 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdə qeydə alınmışdır.

4. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa əsasən, Bərdə rayonu Bayramlı kəndinin ərazisində 0.44 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi ü zərində X1 mülkiyyət hüququ xx.xx.2016-cı il tarixdə qeydə alınmışdır. Həmçinin, fərdi yaşayış evinin texniki pasportu tərtib edilmişdir.

5. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, X2 verilmiş xx.xx.2016-cı il tarixli, ******* nömrəli çıxarışın və texniki pasportun ləğv edilməsi, ona aid 0.34 ha həyətyanı torpaq sahəsinin ölçülərinin doğru göstərilməklə plan və ölçünün, texniki pasportun verilməsini xahiş etmişdir.

6. Cavabdeh xx.xx.2019-cu il tarixli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, Bərdə rayon Məhkəməsinin 2(021)- 4072/2017 saylı, 30 avqust 2017-ci il tarixli qətnaməsi ilə Bərdə rayonu Bayramlı Bələdiyyəsinin mülkiyyətində olan və bələdiyyənin 05 saylı 14 may 2004-cü il tarixli qərarı ilə ayrılmış 0.34 ha həyətyanı torpaq sahəsinin İddiaçı mülkiy yətinə verilməsi qət edilmişdir. Bərdə rayon Məhkəməsinin 2(021)-4072/2017 saylı, 30 avqust 2017-ci il tarixli qətnaməsi icra edilərək, İddiaçı dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2017 tarixli çıxarış verilməsi təmin olunmuşdur. X7 və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsinin təsdiq etdiyi ilkin yerquruluşu planı əsasında 0.34 ha həyətyanı torpaq sahəsinin texniki göstəriciləri (koordinatları) götürülən zaman ərizəçi tərəfindən maneçilik törədilmiş, iddiaçı 0.34 ha torpaq sahəsinin qonşunun mülkiyyətində olan torpaq sahəsindən ölçülüb verilməsini tələb etmiş və sənəd üzrə mövcud torpaq sahəsinin ona göstərilməsini qəbul etməmişdir. Ona görə də plan və ölçü sənədinin işlənib hazırlanması mümkün olmamışdır. Eyni zamanda müəyyən olunmuşdur ki, torpaq sahəsi ilə bağlı q onşu X3 ilə mübahisə mövcuddur. X1 mülkiyyətində olan torpaq sahəsinə və fərdi yaşayış evinə dair dövlət reyestrindən verilmiş çıxarış və texniki pasportun ləğv edilməsi Ərazi idarəsinin səlahiyyətinə aid deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Gəncə İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, X2 verilmiş xx.xx.2016-cı il tarixli, ******* nömrəli çıxarışın və texniki pasportun ləğv edilməsi, ona aid 0.34 ha həyətyanı torpaq sahəsinin ölçülərinin doğru göstərilməklə plan və ölçünün, texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Bərdə rayonunun Bayramlı kən dində yerləşən 0.34 ha torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən seriya RX ******* saylı çıxarışı xx.xx.2017-ci ildə almışdır. X5 və X3 mülkiyyətində olan, Bərdə rayonunun Bayramlı kəndində yerləşən 0.34 ha torpaq sahəsini uzun müddətdir ki, zəbt edərək həmin torpaq sahəsindən istifadə edirlər və onun mülkiyyət hüququ pozulur.

9. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir.

10. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin (hakim: K.A.Rzayev) 4 noyabr 2019-ci il tarixli, 2-1(083)- 779/2019 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işin faktiki hallarından görünür ki, Bərdə rayon Məhkəməsinin 2(021)-4072/2017 saylı, 30 avqust 2017-ci i l tarixli qətnaməsi ilə Bərdə rayonunun Bayramlı Bələdiyyəsinin mülkiyyətində olan və bələdiyyənin 05 saylı 14 may 2004-cü il tarixli qərarı ilə ayrılmış 0.34 ha həyətyanı torpaq sahəsinin İddiaçı mülkiyyətinə verilməsi qət edilmişdir. Bərdə rayon Məhkəməsinin 2(021)-4072/2017 saylı, 30 avqust 2017-ci il tarixli qətnaməsi icra edilərək, iddiaçıya dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2017-ci il tarixli çıxarış verilməsi təmin olunmuşdur. X7 və Xəritəçəkmə Komitəsinin Bərdə rayon Şöbəsinin təsdiq etdiyi ilkin yerquruluşu planı əsasında 0.34 ha həyətyanı torpaq sahəsinin texniki göstəriciləri (koordinatları) götürülən zaman iddiaçı tərəfindən maneçilik törədilərək, ona məxsus 0.34 ha torpaq sahəsinin qonşunun mülkiyyətində olan torpaq sahəsindən ölçülüb verilməsini tələb etd iyinə və sənəd üzrə mövcud torpaq sahəsinin ona göstərilməsini qəbul etmədiyinə görə plan və ölçü sənədinin işlənib hazırlanması mümkün olmamışdır. Cavabdeh inzibati orqanın məhkəməyə təqdim etdiyi etirazda, həmçinin iddiaçıya ünvanladığı imtina məktubunda qeyd edilənlərdən də göründüyü kimi, iddia tələbinin qanuni əsasları yoxdur.

12. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

13. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Ş.Q.Rzaquliyev /sədrlik edən və məruzəçi/, Ə.G.Abdullayev və Ə.İ.Məmmədov) 30 noyabr 2022-ci il tarixli, 2-1(104)-08/2022 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin olunmamış, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 4 noyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. c) kassasiya instansiya məhkəməsində birinci icraat

16. Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)920/2023 saylı 23 iyul 2023-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2022-ci il tarixli, 2-1(104)-08/2022 nömrəli qərarı ləğv edilmiş, yeni qərar qəbul edilmiş, iddiaçının iddia tələbi “3-cü şəxsə verilmiş xx.xx.2016-cı il tarixli çıxarışın və texniki pasportun ləğv edilməsi” hissəsində mümkün sayılma mış, iddia tələbi qalan hissədə-“iddiaçıya aid 0.34 ha həyətyanı torpaq sahəsinin ölçülərinin doğru göstərilməklə, plan və ölçünün, texniki pasportun verilməsi” hissəsində yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir.

17. Məhkəmə qeyd etmişdir ki, iddiaçının hazırkı iş üzrə 3-cü şəxslərin ona ayrılmış 0.34 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsi üzərində sahiblik hüquqlarının bərpa edilməsi barədə iddiası Bərdə rayon Məhkəməsinin 2(021)-69/2017 saylı, 25 may 2017-ci il tarixli qətnaməsi ilə rədd edilmiş, həmin qətnamə Gəncə Apelyasiya Məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvəyə minmiş həmin məhkəmə qətnaməsi ilə iddiaçıya ayrılmış 0.34 ha torpaq sahəsinin hazırkı iş üzrə üçüncü şəxs X1 mülkiyyətində olan və iddiaçının iddi a etdiyi torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən olunmuşdur. Məhkəmə qətnamələri qanuni qüvvəyə mindikdən sonra tərəflər üçün məcburi hüquqi qüvvəyə malikdir və tərəflər həmin qətnamənin məzmununa uyğun davranmağa borcludurlar. Bu mənada, üçüncü şəxs X1 mülkiyyətində olan torpaq sahəsinə iddiaçının hər hansı hüququnun (o cümlədən, hətta sahiblik hüququnun) mövcud olmadığı, qeyd edilən məhkəmə qətnaməsi ilə müəyyən və təsdiq olunmuşdur. Həmçinin nəzərə almaq lazımdır ki, iddiaçının ləğvini tələb etdiyi çıxarış və onun tərkib hissəsi olan texniki pasport üçüncü şəxsə hüquqmüəyyənedici sənəd əsasında verilmişdir və həmin sənədin qüvvədə olduğu müddətdə iddiaçının üçüncü şəxsin adına verilmiş həmin çıxarışın və texniki pasportun ləğvini tələb hüququ da mövcud deyildir. Belə ki, həmin çıxa rışın ləğvini tələb etmək, yəni bu barədə iddia qaldırmaq səlahiyyətinə malik olmaq üçün qeyd olunan çıxarışın iddiaçının hüququnu pozması imkanı mövcud olmalıdır. Belə imkan yalnız o halda mövcud olardı ki, üçüncü şəxslərə torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd iddiaçının həmin torpaq sahəsi üzərində hüquqlarına müdaxiləyə səbəb olduğundan iddiaçı tərəfindən mübahisələndirilmiş olsun və bunun nəticəsində həmin hüquqmüəyyənedici sənəd ləğv edilmiş olsun. Başqa sözlə, iddiaçı əvvəlcə üçüncü şəxsin adına olan hüquqmüəyyənedici sənədin ləğvinə nail olmalı və yalnız bundan sonra həmin torpaq sahəsinin ona ayrılması barədə hüquqmüəyyənedici sənədlərə əsasən torpaq sahəsi üzərində hüququnun qeydə alınmasını və bu barədə, müvafiq sənədlərin verilməsini tələb edə bilər. Hazırkı mübahisəyə münasibətdə iddiaçının üçüncü şəxslərə torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənədi mübahisələndirdiyi və onun ləğvinə nail olduğu iş üzrə materiallardan görünmür. İddiaçı tərəfindən də məhkəməyə bu barədə hər hansı sübut təqdim olunmamışdır. Bu zaman həm də Bərdə rayon Məhkəməsinin 2(021)- 69/2017 saylı, 25 may 2017-ci il tarixli qətnaməsi də nəzərə alınmalıdır. Qeyd olunan səbəblərdən iddiaçı iddia qaldırmaq səlahiyyətinə malik olmadığı üçün, iddia tələbi üçüncü şəxsin adına verilmiş çıxarışın və texniki pasportun ləğv edilməsi hissəsində mümkün sayılmamalıdır. Bundan əlavə, iddiaçı həm də ona aid 0.34 ha həyətyanı torpaq sahəsinin ölçülərinin doğru göstərilməklə, plan və ölçünün, texniki pasportun verilməsini tələb edir. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin cavabdeh tərəfindən həmin torpaq sahəsinə dair texniki pasportun verilməsi ilə bağlı hissəsinə münasibətdə araşdırma aparmadan həmin hissədə iddianı rədd etmişdir. Qeyd olunmalıdır ki, texniki pasport və plan-ölçü əslində çıxarışın aid olduğu əmlakı fərdiləşdirməyə imkan verən texniki göstəriciləri əks etdirir. Bu baxımdan, həmin sənədlər çıxarışın tərkib hissəsi kimi nəzərdən keçirilməli və çıxarışla eyni vaxtda verilməlidir. Bu mənada, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin ölçülərinin dövlət reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışa və həmin çıxarışın verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədlərə əsasən doğru göstərilməklə, plan və ölçünün, texniki pasportun verilməsinin mümkünlüyü məhkəmə tərəfindən araşdırılmalı və bununla bağlı müvafiq qərar qəbul edilməlidir. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat

18. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.Z.Mamedov /sədrlik edən və məruzəçi/, M.Ə.Mustafayev və A.V.İsgəndərova) 25 iyul 2024-cü il tarixli, 2-1(104)-111/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 4 noyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.

19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı və əvvəlki məhkəmə icraatlarında işin düzgün və obyektiv həlli məqsədilə dəfələrlə ekspertizalar təyin edilmiş olmasına baxmayaraq, iddiaçı tərəfindən mübahisəli torpaq sahəsinə baxış keçirilməsi üçün ekspertlərə (mütəxəssislərə) şəraitin yaradılmaması səbəbin dən müvafiq rəyin əldə edilməsi mümkün olmamışdır. Beləliklə, ekspertiza keçirilmədən Bərdə rayonu Bayramlı Bələdiyyəsinin xx.xx.2004- cü il tarixli, 05 saylı iclas protokolu əsasında İddiaçı satdığı 0.34 ha torpaq sahəsinin naturada müəyyən edilməsinin mümkün olub-olmaması, həmçinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarış əsasında İddiaçı xüsusi mülkiyyətində olan 0.34 ha torpaq sahəsinin Bərdə rayonu Bayramlı Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 05 saylı iclas protokolu əsasında ona satılmış 0.34 ha torpaq sahəsi ilə eynilik təşkil edibetməməsini müəyyən etmək mümkün olmamışdır.

20. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsi nə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

21. Kassasiya şikayətində iddiaçı işin hallarına istinad etmiş, əlavə olaraq qeyd etmişdir ki, iddiaçıya məxsus olan torpaq sahəsi qanunsuz olaraq başqa şəxsə satılmış və onun mülkiyyət hüquqları pozulmuşdur. Həmçinin, o, ekspertlərə ona məxsus başqa torpaq sahəsini ölçmək istədikləri üçün etiraz etmiş, ekspertizanın keçirilməsinə mane olmamışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

22. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həd dində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə y azılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmə nin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Odur ki, apellyasiya instansiya məhkəməsinin qərardadı ləğv edilməklə, iddia qismən təmin edilməlidir.

27. Belə ki, hazırkı iş üzrə iddiaçının tələbi “X2 verilmiş xx.xx.2016-cı il tarixli, ******* nömrəli çıxarışın və texniki pasportun ləğv edilməsi, ona aid 0,34 ha həyətyanı torpaq sahəsinin ölçülərinin doğru göstərilməklə plan və ölçünün, texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”dır. Qeyd edilməlidir ki, iddia tələbinin birinci hissəsi - X2 verilmiş xx.xx.2016-cı il tarixli, ******* nömrəli çıxarışın və texniki pasportun ləğv edilməsi ilə bağlı iddia yekun məhkəmə aktı ilə (qüvvədə olan) mümkün sayılmamışdır və mümkün sayılmamanın əsasını isə qanuni qüvvəyə minmiş həmin məhkəmə qətnaməsi ilə iddiaçıya ayrılmış 0.34 ha torpaq sahəsinin hazırkı iş üzrə üçüncü şə xs X1 mülkiyyətində olan və iddiaçının iddia etdiyi torpaq sahəsi ilə üst-üstə düşmədiyinin müəyyən olunması, başqa sözlə, üçüncü şəxs X1 mülkiyyətində olan torpaq sahəsinə iddiaçının hər hansı hüququnun (o cümlədən, hətta sahiblik hüququnun) mövcud olmadığının qeyd edilən məhkəmə qətnaməsi ilə müəyyən və təsdiq olunması təşkil etmişdir. Başqa sözlə, iddiaçının X1 mülkiyyətində olan torpaq sahəsinə iddia etməyə subyektiv hüququnun olmamasına dair qanuni qüvvədə olan məhkəmə aktı vardır.

28. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı kassasiya icraatının predmetini tələbin ikinci hissəsi - iddiaçıya aid 0.34 ha həyətyanı torpaq sahəsinin ölçülərinin doğru göstərilməklə plan və ölçünün, texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması – təşkil edir. Məhkəmə kollegiyası hes ab edir ki, bu hissədə iddia qismən təmin olunmalıdır.

29. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aid edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin (publik hü quqi şəxsin) Nizamnaməsi”nin 1.3.-cü bəndinə əsasən, daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək onun fəaliyyət istiqamətlərinə aiddir.

30. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçının adına torpaq sahəsinin plan və ölçü sənədinin tərtib edilməsindən imtina etməkdə cavabdeh haqlı sayıla bilməz.

31. Məhkəmə kollegiyası Reyestr Xidmətinin tərəf olduğu mübahisələrə dair işlərin və həmin mübahisələrlə bağlı Xidmətin inzibati praktikasının təhlilinə əsasən xüsusilə qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı müraciət etmiş şəxslərə Xidmət əksər hallarda hüququn qeydiyyatı haqqında müvafiq Çıxarış verməklə kifayətlənir. Nəticədə həmin şəxslər müəyyən müddətdən sonra daşınmaz əmlaka dair texniki pasportun və ya plan-ölçü sənədinin verilməsi barədə yenidən Xidmətə müraciət etməli olur və hətta müəyyən hallarda Xidmət tərəfindən Çıxarış verilmiş şəxslərə belə müxtəlif səbəblərdən (koordinatların, döngə nöqtələrinin məlum olmaması, sərhədlərin və ölçülərin məlum olmaması və sair) həmin sənədlərin verilməsindən imtina olunur. Bu da növbəti məhkəmə çəkişmələrinin yaranmasına və məhkəmələrdə iş yükünün artmasına, şəxsin əmlak üzərində hüququnun reallaşdırılması ilə bağlı imkanlarının məhdudlaşdırılmasına səbəb olur.

32. Ali Məhkəmə hesab edir ki, belə halların qarşısının alınması məqsədi ilə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı Xidmət tərəfindən vahid sənəd prinsipi tətbiq olunmalı, hüquqların qeydiyyatı barədə Çıxarışla eyni zamanda həmin Çıxarışın ayrı lmaz hissəsi olan, barəsində Çıxarışın verildiyi daşınmaz əmlakın identifikasiyası və fərdiləşdirməsi üzrə göstəriciləri (məkan, ölçü, coğrafi və texniki göstəriciləri) nəzərdə tutan müvafiq texniki pasportun və plan-ölçü sənədinin verilməsi də təmin edilməlidir.

33. Nəzərə almaq lazımdır ki, daşınmaz əmlaka münasibətdə vahid sənəd prinsipi daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasına dair həm bu barədə Çıxarışın, həm də həmin Çıxarışın tərkib hissəsi kimi daşınmaz əmlakın qeyd olunan göstəricilərini əks etdirən müvafiq sənədlərin eyni zamanda tərtib olunmasını və maraqlı şəxsə verilməsini ehtiva edir. Məhkəmə kollegiyası qeyd edir ki, belə yanaşma həm də dövlət xidmətləri sahəsində səmərəli, xidmətyönümlü, düzgün və qənaətcil idarəçilik prinsiplərinin təmin olunması məqsədlərində n irəli gəlir.

34. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, hazırda iddiaçı onun mülkiyyətində olan torpaq sahəsinə plan və ölçü sənədinin verilməsini tələb etməkdə haqlıdır. Beləliklə, kassasiya şikayəti qismən təmin edilməklə, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 iyul 2024-cü il tarixli, 2- 1(104)-111/2024 nömrəli qərardadı ləğv edilməli, yeni qərar qəbul edilməklə iddia qismən təmin edilməli, Bərdə rayonu Bayramlı kəndində yerləşən 0.34 ha həyətyanı torpaq sahəsinə dair İddiaçı adına torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

35. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 iyul 2024-cü il tarix li, 21(104)-111/2024 nömrəli qərardadı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilərək, iddia qismən təmin edilsin. Bərdə rayonu Bayramlı kəndində yerləşən 0.34 ha həyətyanı torpaq sahəsinə dair İddiaçı adına torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin üzərinə qoyulsun. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar