Məhkəmə qərarları › İş №2-1(102)-3920/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3920/2025

10.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3920/2025 10.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın qismən ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Abşeron Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 Əliəşrəf qızı, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2) “üçüncü şəxslərin paylı mülkiyyətində olan 0,11897 ha torpaq sahəsinə dair ##.##.2015-ci il tarixli, ************ reyestr nömrəli çıxarışın 0,04 ha hissədə ləğv edilməsi, iddiaçının xeyrinə imtina edilmiş Abşeron rayon, Mehdiabad qəsəbəsi, Nəsimi küçəsində yerləşən */*A saylı evin yerləşdiyi torpaq sahəsinin faktiki vəziyyətinə- 0,0397 ha hissəsinə dair mülkiyyət hüququnun iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından üçüncü şəxslər tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. Abşeron rayon Aqrar İslahat Komissiyasının ## ###### 1998-ci il tarixli, ** nömrəli qərarı ilə üçüncü şəxslər inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 Əliəşrəf qızına və onun azyaşlı uşaqları inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 0,12 ha torpaq sahəsi ayrılmışdır.

2. Bağırova (Qarayeva) Arzu Ələşrəf qızı ona məxsus evin həyətindən 0,04 ha torpaq sahəsindən İddiaçı xeyrinə imtina etmiş, X2 əri X1 tərəfindən müvafiq razılıq ərizəsi verilmişdir.

3. Abşeron rayon İcra Hakimiyyəti Başçısının Mehdiabad qəsəbəsi üzrə nümayəndəsinin ** nömrəli, ## #### 2001-ci il tarixli sərəncamına əsasən İddiaçı Arzu Bağırovaya məxsus evin həyətyanı sahəsində 0,04 ha torpaq sahəsinin ayrılması və həmin torpaq sahəsində fərdi mənzil tikintisinə icazə verilməsi qərara alınmışdır.

4. İddiaçı həmin torpaq sahəsində yaşayış evi tikmiş və iddiaçıya müvafiq qeydiyyat vəsiqəsi və fərdi yaşayış evinin texniki pasportu verilmişdir.

5. Daha sonra Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0.11897 ha torpaq sahəsi üzərində (mübahisə predmeti olan 0,04 ha torpaq sahəsi daxil olmaqla) inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 Əliəşrəf qızının, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs3 və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs2 paylı mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış və buna dair ##.##.2015-ci il tarixli ************ reyestr nömrəli çıxarış verilmişdir.

6. İddiaçı cavabdehə müraciət edərək mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını xahiş etmiş, lakin cavabdeh imtina edərək bildirmişdir ki, “aparılan araşdırma zamanı Abşeron rayon İcra Hakimiyyəti başçısının Mehdiabad qəsəbə nümayəndəsinin ## #### 2001-ci il tarixli ** nömrəli sərəncamında yerli icra hakimiyyəti başçısının torpaq sahəsinin ayrılması barədə müvafiq qərarına istinad olunmadığı, həmçinin torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktının hazırki ərizəyə əlavə olunmadığı aşkar olunmamışdır. Bundan başqa sözügedən fərdi yaşayış evinin yerləşdiyi sənəd üzrə torpaq sahəsi 0,04125 ha göstərildiyi halda, faktiki torpaq sahəsinin 0,0397 ha olduğu, həmçinin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ************ reyestr nömrəli çıxarışla başqa şəxsə məxsus sənəd üzrə torpaq sahəsi ilə üst-üstə düşdüyü aşkar edilmişdir”. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

a) birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək üçüncü şəxslər inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 və X1 paylı mülkiyyətində olan 0,11897 ha torpaq sahəsinə dair ##.##.2015-ci il tarixli, ************ reyestr nömrəli çıxarışın 0,04 ha hissədə ləğv edilməsi, iddiaçının xeyrinə imtina edilmiş Abşeron rayon, Mehdiabad qəsəbəsi, Nəsimi küçəsində yerləşən */*A saylı evin yerləşdiyi torpaq sahəsinin faktiki vəziyyətinə- 0,0397 ha hissəsinə dair mülkiyyət hüququnun iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

8. a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən ona ünvanlanmış ##.##.2023-cü il tarixli, *-**- *-**/*-C-****-**/**** nömrəli məktuba əsasən mülkiyyətində olan, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Nəsimi küçəsində yerləşən */*A saylı evin üzərində yerləşdiyi və həyətyanı torpaq sahəsinin fərdi yaşayış evinin inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 (paylı) mülkiyyətində olan 0,11897 ha torpaq sahəsinin üzərində yerləşdiyi göstərilmişdir. Bundan sonra cavabdehə məktubla müraciət edilərək inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 və əri X1 paylı mülkiyyətində olan 0,11897 ha torpaq sahəsinin 0,04 ha hissəsindən iddiaçının xeyrinə imtina etdkləri barədə ərizələrinin qeydiyyata alınması və həmin imtina edilmiş Abşeron rayon, Mehdiabad qəsəbəsi, Nəsimi küçəsində yerləşən */*A saylı evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsinin müvafiq sənədləşmə aparılaraq onun mülkiyyətinə qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh onun xahişinin icrasından imtina etmişdir. Bildirir ki, ##.##.2001-ci il tarixdə inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 və əri X1 rayon İcra Hakimiyyəti Başçısının Mehdiabad qəsəbəsi üzrə nümayəndəsinə ərizə ilə müraciət edərək qeyd edilən torpaq sahəsinin 0,04 ha hissəsindən onun xeyrinə imtina etmişlər..

9. Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının Mehdiabad qəsəbə nümayəndəsinin ## #### 2001-ci il tarixli ** nömrəli sərəncamında yerli icra hakimiyyəti başçısının torpaq sahəsinin ayrılması barədə müvafiq qərarına istinad edilməmiş, torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktı təqdim edilmiş sənədlər toplusuna əlavə edilməmiş, sənəd üzrə torpaq sahəsi 0.04125 ha göstərilsə də, faktiki olaraq 0,0397 ha hissədən ibarətdir. Bundan əlavə iddia predmeti olan daşınmaz əmlak ************ reyestr nömrəli çıxarışla başqa şəxsə məxsus sənəd üzrə torpaq sahəsi ilə üst-üstə düşür. Eyni zamanda inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 və X1 paylı mülkiyyətində olan torpaq sahəsinin 0.04 ha hissəsindən iddiaçının xeyrinə imtina etmələrinə dair müvafiq ərizələr idarəyə təqdim edilməmişdir.

10. Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakim İ.Burcayev) iddia təmin edilmiş, üçüncü şəxslər inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 və X1 paylı mülkiyyətində olan 0,11897 ha torpaq sahəsinə dair ##.##.2015-ci il tarixli, ************ reyestr nömrəli çıxarış 0,04 ha hissədə ləğv edilsin, iddiaçının xeyrinə imtina edilmiş Abşeron rayon, Mehdiabad qəsəbəsi, Nəsimi küçəsində yerləşən */*A saylı evin yerləşdiyi torpaq sahəsinin faktiki vəziyyətinə- 0,0397 ha hissəsinə dair mülkiyyət hüququnun iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmuşdur.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının adına müvafiq torpaq sahəsinin ayrılmasına dair inzibati aktın– sərəncamın qüvvədə olması, qeyd edilən inzibati aktın hüququn qeydiyyata alınması üçün əsas kimi çıxış etməsi, inzibati icraat haqqında qanunvericiliyin norma və prinsipləri əsas götürülməklə, habelə yuxarıda istinad olunan qanunvericilik normalarının tələbinə əsasən cavabdeh inzibati orqanın iddia tələbinə etirazın əsası kimi istinad etdiyi halların əsassız olması səbəbindən iddia tələbi təmin edilməlidir.

12. Üçüncü şəxslər həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdirlər.

b) apellyasiya instansiyası məhkəməsində icraat

13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı iddia tələbinin “iddiaçının xeyrinə imtina edilmiş Abşeron rayon, Mehdiabad qəsəbəsi, Nəsimi küçəsində yerləşən */*A saylı evin yerləşdiyi torpaq sahəsinin faktiki vəziyyətinə- 0,0397 ha hissəsinə dair mülkiyyət hüququnun iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin * saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması”na dair təmin edilən hissəsində ləğv edilmiş, həmin hissədə yeni qərardad qəbul edilərək iddia tələbi həmin hissədə mümkün sayılmamışdır.

14. Apellyasiya instansiyası məhkəməsi bu nəticəyə gələrkən qeyd etmişdir ki, iddiaçının tələbi iki hissədən – 1) üçüncü şəxslər inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 və X1 paylı mülkiyyətində olan 0,11897 ha torpaq sahəsinə dair ##.##.2015ci il tarixli, ************ reyestr nömrəli çıxarışın 0,04 ha hissədə ləğv edilməsi, 2) iddiaçının xeyrinə imtina edilmiş Abşeron rayon, Mehdiabad qəsəbəsi, Nəsimi küçəsində yerləşən */*A saylı evin yerləşdiyi torpaq sahəsinin faktiki vəziyyətinə - 0,0397 ha hissəsinə dair mülkiyyət hüququnun iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasından ibarət olmuşdur. İddia tələbinin ikinci hissəsi birinci hissəsinin nəticəsindən asılı olduğundan əlavə mübahisə predmetini təşkil edir. Bu səbəbdən də Abşeron rayon, Mehdiabad qəsəbəsi, Nəsimi küçəsində yerləşən */*A saylı evin yerləşdiyi torpaq sahəsinin faktiki vəziyyətinə - 0,0397 ha hissəsinə dair mülkiyyət hüququnun iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və planölçü sənədinin verilməsi məsələsinə üçüncü şəxslər inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs1 və X1 paylı mülkiyyətində olan 0,11897 ha torpaq sahəsinə dair ##.##.2015-ci il tarixli, ************ reyestr nömrəli çıxarışın 0,04 ha hissədə ləğv edilməsindən sonra baxılmalıdır.

15. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakimlər: İ.Quliyev - sədrlik edən və məruzəçi, V.Əzizova və G.Cabbarova) Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı üçüncü şəxslərin paylı mülkiyyətində olan 0,11897 ha torpaq sahəsinə dair ##.##.2015-ci il tarixli, ************ reyestr nömrəli çıxarışın 0,04 ha hissədə ləğv edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: – İş materiallarından göründüyü kimi üçüncü şəxslərin ərizələri və Abşeron rayon İcra Hakimiyyəti Başçısının Mehdiabad qəsəbəsi üzrə nümayəndəsinin ** nömrəli, ## #### 2001-ci il tarixli sərəncamı nəzərə alınmaqla Abşeron rayon Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilən qeydiyyat vəsiqəsinə əsasən Abşeron rayon, Mehdiabad qəsəbəsi, Nəsimi küçəsində yerləşən 4 (dörd) yaşayış otaqlı, yaşayış sahəsi– 38,7 m2, köməkçi sahəsi– 46,0 m2ibarət olan */*a nömrəli yaşayış evi üzərində İddiaçı mülkiyyət hüquqları qeydə alınmış, eləcə də bununla bağlı texniki pasport tərtib olunmuşdur. – Həmçinin müəyyən edilmişdir ki, İddiaçı faktiki istifadəsində olan 0,0397 ha torpaq sahəsi və texniki pasport üzrə torpaq sahəsi (0,04125 ha) ************ reyestr nömrəli çıxarışla üst-üstə düşür. Eləcə də cavabdeh inzibati orqan tərəfindən verilmiş ## #### 2025-ci il tarixli, *-**-*-**/*-****/**** nömrəli mütəxəssis rəyindən görünür ki, iddiaçının texniki pasportu üzrə istifadə etdiyi torpaq sahəsi S=0.04125 ha, faktiki isə S=0.0397 hadır. ************ reyestr nömrəli çıxarışa əsasən paylı mülkiyyətdə olan torpaq sahəsi S=0.1189 ha-dır. İddiaçının istifadə etdiyi S=0.0397 ha torpaq sahəsi paylı mülkiyyətdə olan ************ reyestr nömrəli S=0.1189 ha torpaq sahəsinin hüdudları daxilindədir, yəni həmin torpaq sahəsi ilə üst-üstə düşür. – Həmçinin sözügedən mütəxəssis rəyinə qoşma olaraq göndərilmiş orto-foto görüntülər üzərində iddiaçı və üçüncü şəxslərin faktiki istifadəsində olan torpaq sahələrinin koordinatları qeyd olunmuşdur. Həmin sənədlərdən görünür ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları üçüncü şəxslərin mülkiyyət sənədlərindəki torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. – Üçüncü şəxslərin iddiaçının xeyrinə imtina etdikləri 0.04 ha torpaq sahəsi üzərində onların xüsusi mülkiyyət hüquqlarının qeydə alınması qanunsuz olmuşdur. – Cavabdeh inzibati orqan üçüncü şəxslərin mülkiyyətində torpaq sahəsinin 0.04 ha hissəsindən iddiaçının xeyrinə imtina etmələrinə dair müvafiq ərizələrin idarəyə təqdim edilmədiyi qeyd olunsa da, inzibati icraat materiallarına sözügedən ərizələr əlavə olunmuşdur. Eyni zamanda həmin ərizələr və Abşeron rayon İcra Hakimiyyəti Başçısının Mehdiabad qəsəbəsi üzrə nümayəndəsinin ** nömrəli, ## #### 2001-ci il tarixli sərəncamı əsasında iddiaçının mübahisəli torpaq sahəsində yerləşən fərdi yaşayış evinə mülkiyyət sənədi və müvafiq texniki pasport verilmişdir, hansı ki, həmin sənədlər inzibati orqanın özü tərəfindən məhkəməyə təqdim edilmişdir.

17. Üçüncü şəxslər həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin rədd olunmasını xahiş etmişlər.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

a) kassasiya şikayətinin dəlilləri

18. Kassasiya şikayətində qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsi üzrə üçüncü şəxslərin adına verilmiş ##.##.2015-ci il tarixli çıxarış əsasında dövlət qeydiyyatına alınmış mülkiyyət hüquqları qüvvədədir və qanunla qorunur. Buna baxmayaraq, məhkəmələr həmin hüquqları nəzərə almadan iddiaçının xeyrinə nəticəyə gəlmiş, nəticədə üçüncü şəxslərin dövlət reyestrində qeydiyyata alınmış mülkiyyət hüquqlarına faktiki olaraq xitam verən qərar qəbul etmişlər.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

19. İddiaçılar kassasiya şikayətinə etiraz təqdim edərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

Maddə 29. Mülkiyyət hüququ IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

21. “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır

22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

23. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il # ### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra — Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra — dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir; 2.0.2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır;

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

29. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir:

30. İşin araşdırılmış halları ilə müəyyən olunur ki, üçüncü şəxslərə Abşeron rayon Aqrar İslahat Komissiyasının ## ###### 1998-ci il tarixli qərarı ilə 0,12 ha torpaq sahəsi ayrılmışdır. Sonradan üçüncü şəxslər tərəfindən ## #### 2001-ci il tarixli ərizələrlə iddiaçının xeyrinə torpaq sahəsinin 0,04 ha hissəsinin ayrılmasına razılıq verilmiş, həmin razılıqlar əsasında Abşeron rayon İcra Hakimiyyəti başçısının Mehdiabad qəsəbəsi üzrə nümayəndəsinin ## #### 2001-ci il tarixli ** nömrəli sərəncamı ilə iddiaçıya göstərilən torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir.

31. Həmçinin iş materiallarından görünür ki, iddiaçı həmin sərəncama əsasən torpaq sahəsində yaşayış evi inşa etmiş, yaşayış evi üzərində mülkiyyət hüquqları texniki inventarlaşdırma orqanı tərəfindən qeydə alınmış, evə və altındakı 400 kv.m torpaq sahəsinə dair texniki pasport tərtib edilərək, bu günədək iddiaçının istifadəsindədir. Cavabdeh inzibati orqanın təqdim etdiyi müayinə aktı və mütəxəssis rəyi ilə iddiaçının faktiki istifadə etdiyi 0,0397 ha torpaq sahəsinin sonradan üçüncü şəxslərin adına dövlət qeydiyyatına alınmış 0,11897 ha torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir.

32. İş materialları ilə həmçinin müəyyən olunur ki, üçüncü şəxslər ## ###### 2015ci il tarixli çıxarış əsasında mübahisəli 0,04 ha hissə daxil olmaqla torpaq sahəsinin bütövlükdə 0,11897 ha hissəsi üzrə paylı mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldırmışlar. Lakin həmin qeydiyyat aparılarkən iddiaçının xeyrinə qəbul edilmiş və hüquqi qüvvədə olan ## #### 2001-ci il tarixli inzibati aktdan irəli gələn hüquqi vəziyyət nəzərə alınmamışdır.

33. Məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxslər tərəfindən iddiaçının xeyrinə verilmiş razılıq ərizələri və həmin razılıqlar əsasında qəbul edilmiş sərəncam, həmin 4 sot torpaq sahəsinin üzərində inşa edilmiş evə dair iddiaçının mülkiyyət hüquqlarının qeydə alınması nəzərə alınmadan Abşeron rayon Aqrar İslahat Komissiyasının ## ###### 1998ci il tarixli, ** nömrəli qərarında göstərilən 0,12 ha torpaq sahəsi üzərində 3-cü şəxslərin mülkiyyət hüquqlarının qeydə alınması iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticənin düzgün hesab edilməsi qanunauyğundur.

34. Kassasiya şikayətində göstərilən dəlillər əsasən üçüncü şəxslərin sonrakı tarixdə dövlət qeydiyyatına alınmış mülkiyyət hüquqlarına istinad edilməsinə yönəlsə də, həmin qeydiyyatın iddiaçının xeyrinə qəbul edilmiş və hüquqi qüvvədə olan inzibati aktdan irəli gələn hüquqi nəticələri aradan qaldırdığına dair əsaslı hüquqi arqumentlər təqdim edilməmişdir.

35. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün və mübahisəyə dair işin müəyyən olunmuş hallarına uyğundur. Odur ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar