Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3921/2025 22.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: çıxarışların ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Abşeron Ərazi İdarəsinə (üçüncü şəxslər: üçüncü şəxs1 və üçüncü şəxs2) qarşı “çıxarışların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. Abşeron Rayon Məhkəməsinin ##.##.2015-ci il tarixli qətnaməsi ilə ilk iddia təmin edilmiş, İddiaçı məxsus Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsindən üçüncü şəxs1 çıxarılması, üçüncü şəxs1 tərəfindən əraziyə qoyulmuş vaqonun götürülərək torpaq sahəsinin İddiaçı sahibliyinə qaytarılması, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir.
2. Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2015-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə üçüncü şəxs1 apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron rayon Məhkəməsinin ##.##.2015-ci il tarixli qətnaməsi “qarşılıqlı iddia tələbinin rədd edilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş, qarşılıqlı iddia tələbi qismən təmin edilmiş, İddiaçı 28.518 manatın alınaraq üçüncü şəxs1 verilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə rədd edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, qətnamənin torpaq sahəsindən çıxarılma, vaqonun götürülərək torpaq sahəsinin qaytarılması və 28.518 manatın alınaraq verilməsi hissəsində eyni vaxtda icra edilməsi qət edilmişdir. Qətnamə ##.##.2016-cı il tarixdə qanuni qüvvəyə minmiş, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən ##.##.2016-cı il tarixdə *(***)-***/**** saylı icra vərəqəsi verilmiş və icra edilməsi üçün Abşeron rayon İcra Şöbəsinə göndərmişdir.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2015-ci il tarixli № AA ****** saylı plan və ölçüsünə əsasən, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir və həmin sənədin tərtib edilməsinə əsas Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən verilmiş ##.##.2002-ci il tarixli JN-***A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə olmuşdur.
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2015-ci il tarixli RX seriyalı ******* saylı çıxarışa əsasən, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində *** saylı reyestr kitabının ** saylı vərəqində 1615005438 qeydiyyat nömrəsi, 308013053560 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.
5. Abşeron rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli *(***)-***/**** saylı qərardadına əsasən, Abşeron rayon İcra şöbəsinin icra məmuru Həsənov Cavad İsa oğlunun təqdimatı təmin edilmiş, İddiaçı adına qeydiyyata alınmış Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0.10 ha torpaq sahəsinin 0.6 ha hissəsinin üzərinə həbs qoyulması, tələbin torpaq sahəsinə yönəldilməsi qərara alınmışdır.
6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2017-ci il tarixli RX seriyalı ******* saylı çıxarışa əsasən, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi üçüncü şəxs1 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində *** saylı reyestr kitabının ** saylı vərəqində ********** qeydiyyat nömrəsi, ************ reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.
7. Abşeron Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli *(***)-***/**** saylı qərardadı ilə Abşeron Rayon İcra Şöbəsinin təqdimatı əsasında iş üzrə borclu İddiaçı mülkiyyətində olan Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0.10 ha torpaq sahəsinin yerdə qalan 0.04 ha torpaq sahəsi üzərinə həbs qoyulmuş və tələbin həmin əmlaka yönəldilməsi qərara alınmışdır.
8. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlak tələbkar üçüncü şəxs1 təklif olunmuş, tələbkar həmin torpaq sahəsini qəbul etmiş və sonuncunun sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ ##.##.2017-ci il tarixli ************ reyestr nömrəli çıxarışla tələbkarın mülkiyyətində olan 0.06 ha torpaq sahəsinə birləşdirilərək, 0.10 ha torpaq sahəsi kimi ##.##.2018-ci il tarixli ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışla üçüncü şəxs1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
9. ##.##.2018-ci il tarixli AN-İ № ******* saylı müqaviləsinə əsasən satıcı üçüncü şəxs1 Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən ümumi sahəsi 0.10 ha olan torpaq sahəsini alıcı X2 10000 manata satmışdır.
10. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2018-ci il tarixli RX seriyalı ******* saylı çıxarışa əsasən Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi X2 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində *** saylı reyestr kitabının ** saylı vərəqində 16180142321 qeydiyyat nömrəsi, ************ reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a. Birinci instansiya məhkəməsindəki birinci icraat
11. İddiaçı (bundan sonra – “iddiaçı”) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Abşeron Ərazi İdarəsinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Daşınmaz əmlakın dövlət reyestrindən üçüncü şəxs1 adına verilmiş ************ və ************ reyestr nömrəli çıxarışların ləğv edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ ##.##.2015-ci il tarixdə ************* reyestr nömrəli çıxarışla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Abşeron Rayon Məhkəməsinin ##.##.2015-ci il tarixli qətnaməsi ilə torpaq sahəsinin iddiaçıya təhvil verilməsi, 28.518 manat təzminatın ondan tutulub üçüncü şəxs1 ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamənin icrasını təmin etmək məqsədi ilə Abşeron rayon İcra Şöbəsinin təqdimatı ilə Abşeron rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli qərardadına əsasən ************* reyestr nömrəli çıxarışla mülkiyyətinə verilmiş Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində 0.10 ha torpaq sahəsinin 0.06 ha hissəsinin üzərinə həbs qoyulmuş və tələbin həmin əmlaka yönəldilməsi qət olunmuşdur. Abşeron rayon İcra Şöbəsinin icra məmuru Cavad və * saylı Abşeron Ərazi İdarəsinin rəisi Fizuli İsayev əlbir olaraq mülkiyyətində olan 0.10 ha torpaq sahəsinin 0.06 ha hissəsini qanunsuz olaraq tələbkar üçüncü şəxs1 adına özgəninkiləşdirmişlər. Abşeron Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli qərardadına əsasən, tələbin mülkiyyətində olan Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində 0.10 ha torpaq sahəsinin 0.06 ha hissəsinə yönəldilməsi həmin torpaq sahəsinin tələbkarın mülkiyyətinə verilməsini özündə ehtiva etmir. Əksinə,həmin 0.06 ha torpaq sahəsi hərraca yönəldilməli, torpaq sahəsinə qanunvericiliyin tələbinə uyğun olaraq qiymət qoyulmalı, torpaq sahəsi hərracdan satıldıqdan sonra borclu olduğu pul məbləği tələbkara verilməli, qalan məbləğ isə iddiaçıya qaytarılmalı idi. Abşeron rayon İcra Şöbəsi isə torpaq sahəsinin dəyərini dəfələrlə aşağı qiymətə hesablayaraq 0.06 ha torpaq sahəsinin birbaşa tələbkarın mülkiyyətinə verilməsi ilə bağlı məktubla * saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. * saylı Abşeron Ərazi İdarəsi də öz növbəsində qanunsuzluğa yol verərək qanunvericiliyin tələblərini ciddi şəkildə pozaraq mülkiyyətində olan 0.10 ha torpaq sahəsinin 0.06 ha hissəsi üzərində ##.##.2017-ci il tarixdə ************ reyestr nömrəli çıxarışla daşınmaz əmlakın dövlət reyestrində birbaşa X5 mülkiyyət hüququnu qeydiyyata almışdır. Abşeron rayon icra Şöbəsinin məktubunda “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinə istinad edilmişdir. Lakin qeyd olunan maddə mülkiyyət hüququnun qeydiyyatı üçün əsas hesab oluna bilməz. Hüquqların qeydiyyatı üçün əsaslar tam olaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Prezidentinin ##.##.2015-ci il tarixli, *** saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında öz əksini tapmışdır. Bütün bunlara baxmayaraq icra məmuru Cavad və * saylı Abşeron Ərazi İdarəsinin rəisi Fizuli İsayev əlbir olaraq cinayət törədərək mülkiyyət hüququndan iddiaçını məhrum etmişlər. Onların cinayət iş birliyi bununla başa çatmamışdır. 0.06 ha torpaq sahəsi iddiaçının əlindən alındıqdan sonra Abşeron rayon İcra Şöbəsi təqdimatla Abşeron Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin ##.##.2017-ci il tarixli, *(***)-***/**** saylı qərardadına əsasən, mülkiyyətinə verilmiş Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində 0.10 ha torpaq sahəsinin yerdə qalan 0.04 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuş və tələbin həmin əmlaka yönəldilməsi qət olunmuşdur. Yenə də “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsini əsas gətirərək, guya həbs qoyulmuş əmlak tələbkar üçüncü şəxs1 təklif olunmuş, tələbkar isə həmin torpaq sahəsini qəbul etmişdir. Mülkiyyətində olan 0.10 ha torpaq sahəsinin yerdə qalan 0.04 ha hissəsi üzərində mülkiyyət hüququ tələbkarın mülkiyyətində olan (yəni qanunsuz olaraq mülkiyyətində olan 0.10 ha torpaq sahəsinin 0.06 ha hissəsi) 0.06 ha torpaq sahəsinə birləşdirilərək 0.10 ha torpaq sahəsi kimi, ************ reyestr nömrəli çıxarışa əsasən daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxs1 adına qeydiyyata alınmışdır. Dəfələrlə Abşeron rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək, hansı əsaslarla mülkiyyətində olan 0.10 ha torpaq sahəsinin üçüncü şəxs1 adına özgəninkiləşdırildiyi barədə məlumat almaq istəsə də, ona bununla bağlı heç bir məlumatın olmadığı bildirilmişdir. Göründüyü kimi, Abşeron rayon İcra və Probasiya Şöbəsi iddiaçıya dəfələrlə yalan məlumat vermişlər. Ümumiyyətlə borcun ödənilməsi ilə bağlı iddiaçıya məlumat verilməmiş, borcun ödənilməsindən imtina etməmiş, bu səbəblərdən də borcun əmlaka yönəldilməsinə ehtiyac olmamışdır. İcra məmuru onun xəbəri olmadan Abşeron Rayon Məhkəməsinə təqdimatlarla müraciətlər etmiş, xəbəri olmadan torpaq sahəsi başqa şəxsə verilmişdir.
13. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, araışdırma zamanı iddiaçının idarəyə daşınmaz əmlakın dövlət reyestrindən üçüncü şəxs1 adına verilmiş ************ reyestr nömrəli çıxarışın ləğv edilməsinə dair müraciətinin aşkarlanmadığı, qeydiyyat orqanı tərəfindən verilmiş müvafiq çıxarışların ləğvi tələb olunmasına baxmayaraq, sənədlərin qanunsuz və əsassız verilməsinin iddia ərizəsində əsaslandırılmadığı, həmçinin buna dair hər hansı mötəbər sübutun işə əlavə edilmədiyini, ləğv edilməsi xahiş edilmiş daşınmaz əmlakın dövlət reyestrindən üçüncü şəxs1 adına ************ reyestr nömrəli çıxarışın Abşeron Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli *(***)-***/**** saylı qərardadı və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsi əsasında verildiyini, ləğv edilməsi xahiş edilmiş daşınmaz əmlakın dövlət reyestrindən üçüncü şəxs1 adına ************ reyestr nömrəli çıxarışın Abşeron Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli, *(***)-***/**** saylı qərardadı və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1ci maddəsi əsasında verildiyi; sözügedən sənədlərin verilməsinin qanuni əsaslarla aparıldığı və qeydiyyata alma zamanı hər hansı yanlışlığa yol verilmədiyini, iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə ## ######## 2023-cü il tarixli müraciətinin X2 adına aparılmış ##.##.2018-ci il tarixli, ************ reyestr nömrəli qeydiyyatın ləğvinə dair ünvanlandığı, lakin iddia ərizəsində üçüncü şəxs1 adına aparılmış ##.##.2018-ci il tarixli ************ reyestr nömrəli qeydiyyatın ləğvi tələbi qoyulduğu müəyyən olunmuşdur. Məlumat üçün bildirirlər ki, Abşeron Rayon İcra Şöbəsinin təqdimatı ilə Abşeron Rayon Məhkəməsinin ##.##.2017ci il tarixli, *(***)-***/**** saylı qərardadı əsasında ************* reyestr nömrəli çıxarışla iş üzrə borclu İddiaçı mülkiyyətinə verilmiş, Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0.10 ha torpaq sahəsinin 0.06 ha hissəsi üzərinə həbs qoyulmuş və tələbin həmin əmlaka yönəldilməsi qət olunmuş, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlak tələbkar üçüncü şəxs1 təklif olunmuş, tələbkar həmin torpaq sahəsini qəbul etmiş və sonuncunun sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ ##.##.2017-ci il tarixli ************ reyestr nömrəli çıxarışla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra Abşeron Rayon İcra Şöbəsinin təqdimatı ilə Abşeron Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli *(***)- ***/**** saylı qərardadı əsasında iş üzrə borclu İddiaçı mülkiyyətinə verilmiş, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0.10 ha torpaq sahəsinin yerdə qalan 0.04 ha torpaq sahəsi üzərinə həbs qoyulmuş və tələbin həmin əmlaka yönəldilməsi qət olunmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlak tələbkar üçüncü şəxs1 təklif olunmuş, tələbkar həmin torpaq sahəsini qəbul etmiş və sonuncunun sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ ##.##.2017-ci il tarixli ************ reyestr nömrəli çıxarışla tələbkarın mülkiyyətində olan 0.06 ha torpaq sahəsinə birləşdirilərək 0.10 ha torpaq sahəsi kimi ************ reyestr nömrəli çıxarışla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mübahisə predmeti olan ************ reyestr nömrəli torpaq sahəsi üçüncü şəxs1 ilə X2 arasında bağlanmış ##.##.2018-ci il tarixli 4Ə-*** reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında sonuncuya satılmış, daşınmaz əmlak üzərində X2 mülkiyyət hüququ ##.##.2018-ci il tarixli ************ reyestr nömrəli çıxarışla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sözügedən daşınmaz əmlak hal-hazırda sonuncunun mülkiyyətindədir.
14. Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır (hakim - İ.Quliyev).
15. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə iddiaçı üçüncü şəxs1 adına verilmiş ************ və ************ reyestr nömrəli çıxarışların ləğv edilməsini tələb etsə də, o, mahiyyəti etibarı ilə məhkəmə qərarının düzgün icra edilməməsindən narazıdır. Hazırkı iddiaya mahiyyəti üzrə baxılması digər məhkəmə qərarının icrasına inzibati məhkəmə icraatı qaydasında nəzarət edilməsi kimi qiymətləndirilməlidir. İddiaçının məhkəmə qərarına nəzarət edən müvafiq məhkəməyə məhkəmə qərarının icrasına nəzarət formasında tələblər irəli sürmək kimi hüquq müdafiə vasitələri olsa da, düzgün hüquq müdafiə vasitəsi seçmədən hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır.
16. İddiaçılar həmin qərardaddan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir.
b. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
17. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilərək Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ləğv ləğv edilmiş və inzibati iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir (sədrlik edən – H.Babayeva, hakimlər – E.Rəhimov, M.Rzayev).
18. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq bildirmişdir ki, dövlət reyestrində aparılmış mübahisələndirilən qeydiyyatlar Abşeron rayon İcra şöbəsi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Abşeron Ərazi İdarəsinə ünvanlanmış ## ### 2017-ci il tarixli, **/**-****/**-* nömrəli və ## ###### 2017-ci il tarixli, **/**-*****/**-* nömrəli məktublar əsasında aparılmışdır. Yəni, qeydiyyatların aparılmış əsas icra məmurunun hərəkətləri təşkil edir. Belə olan halda, iddiaçı əvvəlcə icra məmurunun sözügedən hərəkətlərini mübahisələndirməlidir.
19. Apellyasiya instansiyasında icraat zamanı iddiaçı tərəfindən məhkəməyə təqdim edilən sənədlərdən görünür ki, iddiaçı şikayətlə Abşeron Rayon Məhkəməsinə müraciət edərək icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməklə, Sumqayıt Apellyasiya Məhkəməsinin *(***)-***/**** nömrəli icra sənədinin tələblərinin yerinə yetirilməsinin icra məmuruna tapşırılması barədə qərardad qəbul edilməsini xahiş etmiş, şikayətinin dəlillərində icra məmuru tərəfindən reyestr xidmətinə ünvanlanmış müvafiq məktublarla ona məxsus torpaq sahəsinin üçüncü şəxs1 adına rəsmiləşdirildiyini, qeyd olunan sənədlərin isə qanunvericiliyin tələbi baxımından mülkiyyət hüququnu təsdiq edən qeydiyyatın aparılmasına əsas təşkil etmədiyini bildirmişdir. Abşeron Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli, *(***)-*/**** nömrəli qərardadı ilə hazırkı iş üzrə iddiaçının müvafiq şikayəti təmin edilməmiş və məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, araşdırma nəticəsində icra sənədi üzrə icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsinə əsas olan hallar müəyyən edilmədiyindən, şikayət əsaslı hesab edilməmişdir. Beləliklə, işin sadalanan hallarından göründüyü kimi hazırda mübahisələndirilən dövlət reyestrindəki qeydiyyatlar icra məmurunun hərəkətləri əsasında aparılmış və iddiaçı hazırkı iş üzrə hüquqi marağına uyğun olaraq əlverişli hüquqi müdafiə vasitəsindən növündən istifadə etməklə, bu hərəkətlərin qanuniliyini məhkəmə qaydasında mübahisələndirsə də, ərizəsi rədd edilmişdir.
c) Birinci instansiya məhkəməsindəki ikinci icraat
20. Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(***)-****/**** saylı qərardadı ilə üçüncü şəxs1 və üçüncü şəxs2 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər.
21. Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin olunmamışdır (hakim - L.Mirzəyeva).
22. Birinci instansiya məhkəməsi iş materiallarından müəyyən etmişdir ki, Abşeron rayon İcra şöbəsi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Abşeron Ərazi İdarəsinə ünvanlanmış ## ### 2017-ci il tarixli, **/**-****/**-* nömrəli və ## ###### 2017-ci il tarixli, **/**-*****/**-* nömrəli məktublar əsasında iddiaçının mübahisələndirdiyi üçüncü şəxs üçüncü şəxs1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatlar aparılmış, sonuncunun adına ********** qeydiyyat nömrəli, ##.##.2017-ci il qeydiyyat tarixli və ********** qeydiyyat nömrəli, ##.##.2018-cil tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”lar tərtib edilmişdir.
23. Məhkəmə qeyd etmişdir ki, iddiaçı hal-hazırda yuxarıda qeyd edilən çıxarışların tərtib edilməsinə əsas olmuş icra məmurunun hərəkətlərini mübahisələndirməlidir.
24. Eyni zamanda, məhkəmə bildirmişdir ki, iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli, *(***)-*/**** nömrəli qərardadı ilə iddiaçının müvafiq şikayəti təmin edilməmiş və məhkəmə qərardadında qeyd edilmişdir ki, araşdırma nəticəsində icra sənədi üzrə icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsinə əsas olan hallar müəyyən edilmədiyindən, şikayət əsaslı hesab edilməmişdir.
25. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçı üçüncü şəxsin adına tərtib edilmiş ********** qeydiyyat nömrəli, ##.##.2017-ci il qeydiyyat tarixli və ********** qeydiyyat nömrəli, ##.##.2018-cil tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ların verilməsinə əsas olmuş icra məmurunun hərəkətlərini mübahisələndirdiyi və buna nail olduğu halda çıxarışların ləğvini tələb edə bilərdi. Lakin iş materiallarından da göründüyü kimi, iddiaçının icra məmurunun hərəkətlərini mübahisələndirdiyi şikayət ərizəsi Abşeron Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli, *(***)-*/**** nömrəli qərardadı ilə təmin edilməmiş və məhkəmə qərardadı qanuni qüvvəsini almışdır.
26. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
27. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti rədd edilərək Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır (Sədrlik edən - V.Hacıyev, hakimlər - T.Axundov, H.Babayeva).
28. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
29. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iş materiallarında olan mövcud sənədlər əsasında yeni qərar qəbul edilməsini xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a. Kassasiya şikayətinin dəlilləri
30. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayətinə uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, məhkəmə maddi və prosessual hüquq normalarına, eləcə də bir sıra qanunlara istinad etsə də, sonda düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası isə öz növbəsində yenidən inzibati prosessual hüquq normalarının tələblərini pozaraq mülkiyyətin sonuncunun sərəncamına keçməsi hallarına əhəmiyyət verməmiş, X2 inzibati icraata üçüncü şəxs qismində cəlb etməmiş, inzibati mübahisəyə aidiyyəti olmayan üçüncü şəxs2 üçüncü şəxs qismində cəlb etmişdir. Məhkəmə kollegiyası son olaraq cavabdehin mövqeyi nəzərə alınmaqla nəticə vermiş, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, əmlakın qiymətləndirilməsi barədə məhkəməyə sübut təqdim etməmiş, bir sıra əsası olmayan sənədləri məhkəməyə göndərməklə dolayısı ilə icra şöbəsinin məktublarına istinad etmişdir. (Abşeron rayonu Mehdiabad qəsəbəsində 2017-ci ildən hal-hazıradək yaşayış məntəqəsi torpaqları üzrə 1 sot torpağın orta bazar dəyəri 1200-20000 manat civarındadır). b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etiraz edilməmiş
TƏTBİQ EDİLƏN HÜQUQ
32. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qanunun 8.0.4-cü maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanuni qüvvəyə minmiş məhkəmə qərarları əsas hesab olunur.
33. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
34. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
35. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya əlilliyin bərpa edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
38. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
39. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
40. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı çıxarışların ləğv edilməsinə nail olmaqdan ibarətdir.
41. İşdə olan sənədlərdən müəyyən edilmişdir ki, Abşeron rayon İcra şöbəsi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Abşeron Ərazi İdarəsinə ünvanlanmış ##.##.2017-ci il tarixli **/**-****/**-* nömrəli və ##.##.2017-ci il tarixli **/**-*****/**-* nömrəli məktublar əsasında iddiaçının mübahisələndirdiyi üçüncü şəxs üçüncü şəxs1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatları aparılmış, sonuncunun adına ********** qeydiyyat nömrəli, ##.##.2017-ci il qeydiyyat tarixli və ********** qeydiyyat nömrəli, ##.##.2018-cil tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”lar tərtib edilmişdir.
42. Bundan başqa, Abşeron rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-*/**** nömrəli qərardadı ilə İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2016-cı il tarixli *(***)-***/**** saylı icra sənədi üzrə icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməklə məcburi icra tədbirlərinin həyata keçirilməsinə dair şikayəti rədd edilmişdir. Məhkəmə qərardadında qeyd edilir ki, araşdırma nəticəsində icra sənədi üzrə icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsinə əsas olan hallar müəyyən edilmədiyindən, şikayət əsaslı hesab edilməmişdir.
43. Apellyasiya məhkəməsi haqlı olaraq bildirmişdir ki, iddiaçı üçüncü şəxsin adına tərtib edilmiş ********** qeydiyyat nömrəli, ##.##.2017-ci il qeydiyyat tarixli və ********** qeydiyyat nömrəli, ##.##.2018-cil tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ların verilməsinə əsas olmuş icra məmurunun hərəkətlərini mübahisələndirdiyi və buna nail olduğu halda, çıxarışların ləğvini tələb edə bilərdi. İş materiallarından da göründüyü kimi, iddiaçı icra məmurunun hərəkətlərini mübahisələndirmiş, Abşeron Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli qərardadı ilə şikayəti rədd edilmiş və qərardad qanuni qüvvəyə minmişdir.
44. Bundan başqa, apellyasiya şikayətinin kassasiya şikayətində təkrarlanan dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün və ətraflı münasibət göstərildiyindən, məhkəmə kollegiyası prosessual qənaət prinsipi baxımından həmin dəlillərə təkrar qiymət verilməsinə lüzum görmür.
45. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.