Məhkəmə qərarları › İş №2-1(102)-3922/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-3922/2025

05.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3922/2025 05.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin * saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (iddianın mümkünlük şərti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər üçüncü şəxs3, üçüncü şəxs1 və üçüncü şəxs2 cəlb edilməklə) “çıxarışın və texniki pasportun ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2025-ci il ## ######## tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsi tərəfindən ## ##### 2024-cü il tarixli məktubla Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Əliyev küçəsi **N saylı fərdi yaşayış evinə dair təqdim olunmuş sənədlərdən görünür ki: Sabunçu Rayonu Sabunçu Bələdiyyəsinin ## ####### 2006-cı il tarixli, ** №-li qərarı ilə Sabunçu rayonu, Sabunçu qəsəbəsi Anaşkin küçəsində yerləşən 520 kv.m torpaq sahəsinin sənədləşdirilməsi üçün Torpaq məcəlləsinin 59-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq əvəzi ödənilməklə (alqı- satqı yolu ilə) sənədləşdirilməsi və Xocalı rayonu Daşbulaq kəndində qeydiyyatda olan vətəndaş üçüncü şəxs3 mülkiyyətinə verilməsi qərara alınmışdır. Sabunçu Rayonu Sabunçu qəsəbə Bələdiyyəsinin **/** nömrəli arayışında qeyd olunmuşdur ki, Sabunçu qəsəbə bələdiyyəsi tərəfindən ## ####### 2006-cı il tarixli ** saylı qərarın eskizində göstərilmiş sahədə sizə fərdi yaşayış evinin tikintisi üçün 520 kv.m torpaq sahəsi ayrılmışdır. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair ##.##.2017-ci il tarixdə texniki pasport tərtib olunmuşdur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Əliyev küçəsi **N saylı fərdi yaşayış evi üzərində ##.##.2017-ci il tarixdə üçüncü şəxs3 xüsusi mülkiyyət hüquqları qeydiyyata alınmışdır. ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, üçüncü şəxs3 Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Əliyev küçəsi **N saylı fərdi yaşayış evini üçüncü şəxs2 satmışdır.- Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Əliyev küçəsi **N saylı fərdi yaşayış evi üzərində ##.##.2019-cu il tarixdə üçüncü şəxs2 xüsusi mülkiyyət hüquqları qeydiyyata alınmışdır. ****** nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, üçüncü şəxs2 Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Əliyev küçəsi **N saylı fərdi yaşayış evini üçüncü şəxs1 satmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Əliyev küçəsi **N saylı fərdi yaşayış evi üzərində ##.##.2022-ci il tarixdə üçüncü şəxs1 xüsusi mülkiyyət hüquqları qeydiyyata alınmışdır.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

a) birinci instansiya məhkəməsində icraat

2. İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əliyar Əliyev küçəsi **N saylı ev ünvanında yerləşən fərdi yaşayış evinə dair dövlət reyestrində aparılmış qeydin və texniki pasportun ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Sonradan iddiaçının ərizəsi nəzərə alınaraq məhkəmənin müvafiq qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi əsl cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, ünvan 3 ünvanında yerləşən 7 sot torpaq sahəsi daxilində olan fərdi yaşayış sahəsini Mustafa Nağıyev adlı şəxsdən 2000-ci il tarixdə almışdır. 2006-cı il tarixdə həmin fərdi yaşayış evi sökülmüş, yerində 3 mərtəbəli fərdi yaşayış evi tikilmişdir. Lakin maddi imkansızlıqdan həmin yaşayış sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatını həyata keçirə bilməmişdir. 2017-ci ildə evi satmaq qərarına gəlmiş, Ramil adlı şəxslə məsləhətləşmiş, həmin şəxs ona evi satmaqda köməklik göstərəcəyini demişdir. Ramil onu müştəri kimi Məhəmməd adlı şəxslə tanış etmişdir. Məhəmməd adlı şəxsə evi 300 min manata satacağını bildirmiş, razılaşılmışdır ki, 250 min pul verilsin, yaşayış sahəsinin sənədləşdirilməsini iddiaçı öz üzərinə götürmüşdür. Məhəmməd sənədləşdirmə ilə bağlı ona 21 min manat pul verəcəyini vəd etmiş, həmin pulu ona vermişdir. 2017-ci il tarixdə fərdi yaşayış evi Məhəmmədə təhvil verilmişdir. Daha sonra iddiaçı Rusiya Federasiyasına getmiş, qayıtdıqdan sonra Məhəmmədin həmin evi satdığını, üçüncü şəxs3 adına rəsmiləşdirilərək çıxarış alındığını bilmişdir. İddiaçı Məhəmmədlə əlaqə saxlamağa çalışsa da, hər dəfə ona pulu qaytaracağını bildirmişdir. Daha sonra məlum olmuşdur ki, üçüncü şəxs3 bələdiyyə qərarı əldə edərək, həmin qərar əsasında çıxarış əldə etmişdir. Bundan sonra iddiaçı inzibati məhkəməyə müraciət edərək, Sabunçu Bələdiyyəsi tərəfindən verilmiş inzibati aktın etibarsızlığının tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin qərardadda qeyd edilmişdir: “İş materiallarında olan: Sabunçu Bələdiyyəsinin məktubundan görünür ki, mübahisələndirilən ## ####### 2006cı il tarixli qərar bələdiyyədə qeydiyyata alınmamış, möhür əvvəlki beş illikdə qüvvədə olan möhür olmuş, imza sədr tərəfindən imzalanmamışdır. Qərar və və məktub bələdiyyənin adından saxta hazırlanmışdır. Məhkəmə iclas protokollarından görünür ki, cavabdeh tərəf qərarın mövcudluğundan məlumatlı olmadığını, sənədlərin saxtalaşdırıldığını bildirmişdir. Bakı Apellyasiya Məhkəməsinə Bələdiyyə tərəfindən ünvanlanan məktubda qeyd edilmişdir ki, qərar və məktub bələdiyyə tərəfindən tərtib edilməmişdir. Təqdim edilən sənədlərin tarix və nömrələri uyğunsuzluq təşkil edir. Sənədlər saxtalaşdırılmışdır. Belə ki, qərar guya ## ####### 2006-cı il tarixli ** saylı protokolu əsasında verildiyi göstərilsə də, ** saylı protokol ## ###### 2006-cı il tarixlidir. ** saylı protokol belə ## #### 2006-cı il tarixlidir. Yuxarıda qeyd edilənlərdən də aydın olur ki, cavabdeh təşkilat Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əliyar Əliyev küçəsi (əvvəli Anaşkin küçəsi), **N saylı ev ünvanında yerləşən fərdi yaşayış evinə dair saxta sənədlər əsasında dövlət reyestrində çıxarış və texniki pasport vermişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunması xahiş edilmişdir.

5. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əliyar Əliyev küçəsi **N saylı ünvanda yerləşən fərdi yaşayış evi, Sabunçu bələdiyyəsinin ##.##.2006-cı il tarixli, ** saylı “Torpağın mülkiyyətə verilməsinə dair” qərarı və məlumatlandırma icraatı qaydasında ##.##.2017-ci il tarixdə 005013029348-10301 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. ##.##.2019-cu il tarixli, 4Ə-**** reyestr nömrəli notariat qaydasında təsdiq olunmuş alqı-satqı müqaviləsi əsasında üçüncü şəxs2 adına özgəninkiləşdirilmiş, sonradan ##.##.2022-ci il tarixli, 4Ə-*** reyestr nömrəli alqı satqı müqaviləsinə əsasən üçüncü şəxs1 adına özgəninkiləşdirilmiş və hazırda onun mülkiyyətindədir. Göründüyü kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun qeydiyyatlar aparılmışdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il ## ##### tarixli, ** nömrəli Qərarının 17-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Göstərilənlərə əsasən iddia tələbinin mümkün sayılmaması xahiş edilmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 2024-cü il ## ### tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə üçüncü şəxs3, üçüncü şəxs1 və üçüncü şəxs2 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər.

7. Bakı İnzibati Məhkəməsinin 2024-cü il ## ####### tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iddia tələbi ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair üçüncü şəxs1 və üçüncü şəxs2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi hissəsində mümkün sayılmamışdır.

8. Bakı İnzibati Məhkəməsinin 2024-cü il ## ####### tarixli, 2-1(112)-7067/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.

9. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, hazırda üçüncü şəxs3 fərdi yaşayış evi üzərində hüquqlarının qeydə alınmasına əsas olan Sabunçu bələdiyyəsinin ##.##.2006-cı il tarixli, ** saylı “Torpağın mülkiyyətə verilməsinə dair” qərarın mövcud olmadığını təsdiq edən mövqeyi qanuni qüvvəsini almış məhkəmə qərardadında əks olunmuşdur. Məhkəmə sözügedən məhkəmə aktının preyudisiallıq daşıdığını nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, hüquqi qüvvəyə minmiş məhkəmə qərlarının digər məhkəmələr və ya inzibati orqanlar üçün məcburi xarakter daşıyır. Belə olan halda qanuni qüvvəsini almış məhkəmə qərardadı ilə Sabunçu bələdiyyəsinin ##.##.2006-cı il tarixli, ** saylı “Torpağın mülkiyyətə verilməsinə dair” qərarın mövcud olmaması ilə bağlı mövqeyi hazırki iddianın həllində, başqa sözlə, sözügedən bələdiyyə qərarı əsasında aparılmış qeydin ləğvində həlledici rol oynayır. Beləliklə məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən həyata keçirilmiş qeydiyyatın hüquqi əsasını təşkil edən bələdiyyə qərarının hüquqi qüvvəyə malik olmaması qeydiyyat prosesinin qanuniliyi prinsipini pozmaqla, onun əsassız və qanunsuz aparıldığına dəlalət edir. Əgər qeydiyyat prosesində bələdiyyə qərarının hüquqi əsassızlığı, yaxud onun qüvvədən düşmüş və ya hüquqi nəticə doğurmadığı müəyyən edilirsə, belə qeydiyyat hüquqi cəhətdən etibarsızdır. 13. Odur ki, qeyd olunan hüquqi yanaşma hazırkı iddianın təmin olunması və qanunsuz qeydiyyatın ləğvi üçün əsas yaratdığından cavabdehin imtinası qanunazidd sayılmalı, iddia əsaslı olduğundan təmin edilməlidir.

10. Üçüncü şəxs Vəliyeva (Bayramova) Nuranə Əvəz qızı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının (hakimlər E.Ə.Əliyev /sədrlik edən və məruzəçi/, A.P.Oruczadə və G.M.Abbasova) 2025-ci il ## ######## tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək Bakı İnzibati Məhkəməsinin 2024-cü il ## ####### tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilərək iddianın mümkün sayılmaması qərara alınmışdır.

12. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qənaətini onunla əsaslandırmışdır ki, iddiaçının hüquqi marağı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əliyar Əliyev küçəsi, **N saylı fərdi yaşayış evi üzərində üçüncü şəxs3 adına aparılmış reyestr qeydinin ləğvidir. Yəni, başdan aparılmış reyestr qeydinin qanunsuz olduğunu nəzərə alaraq, hüquqi qüvvəsi olmayan hesab edilməsidir. İş materiallarına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əliyar Əliyev küçəsi, **N saylı fərdi yaşayış evi üzərində üçüncü şəxs3 mülkiyyət hüququna dair qeyd artıq qüvvədə deyil. Belə ki, yuxarıda qeyd edildiyi kimi, həmin fərdi yaşayış evinə dair reyestr qeydi üçüncü şəxs1 adınadır. İddiaçı isə hazırda qüvvədə olmayan, yəni artıq ləğv edilmiş reyestr qeydinin (üçüncü şəxs3 adına aparılmış reyestr qeydinin) ləğvi ilə bağlı iddia qaldırmışdır. Halbuki, iddia tələbini müvafiq iddia növünə uyğunlaşdıraraq artıq əhəmiyyətini itirmiş hüquqi nəticənin ləğvini deyil, aparılmış reyestr qeydinin qanunsuz sayılması ilə bağlı iddia qaldırmaq imkanı mövcuddur.

13. Həmçinin iddia tələbi təmin olunsa belə, sözügedən daşınmaz əmlaka dair qeydiyyat qüvvədə olmadığından və qüvvədə olmayan qeydiyyatın təkrar ləğvinin icrası da mümkün olmadığından məhkəmə qərarının da icrası mümkünsüz olacaqdır. Odur ki, iddiaçı “ləğv edilmiş reyestr qeydinin qanunsuz sayılması tələbi” ilə iddia qaldırdığı halda arzu etdiyi hüquqi məqsədə çata bilər.

14. Bununla əlaqədar olaraq məhkəmə kollegiyasının ##.##.2025-ci il tarixli iclasında iştirak edən iddiaçıya məhkəmə tərkibi tərəfindən hüquqi yardım göstərilmiş, ona iddia tələbini dəqiqləşdirərək artıq qüvvəsini itirmiş qeydin (hüquqi nəticənin) ləğvini deyil, aparılmış reyestr qeydinin qanunsuz sayılması ilə bağlı iddia tələbinin dəqiqləşdirilməsi barədə tövsiyə edilmişdir. Lakin, iddiaçıya hüquqi yardım göstərilməsinə baxmayaraq, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etməkdən imtina etmişdir.

15. Beləliklə, artıq hüquqi qüvvədə olmayan daşınmaz əmlaka dair reyestr qeydinin ləğvi heç bir hüquqi nəticə yaratmadığından, daşınmaz əmlakın reyestrində hüquqların ardıcıllığı prinsipi əsasında sonrakı qeyd əvvəlki qeyd hüquqi qüvvəsini itirdiyindən əvvəlki qeydin ayrıca ləğvi texniki və hüquqi baxımından da mümkünsüzdür.

16. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

a) kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayətində qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadında göstərildiyi kimi, guya ##.##.2025-ci il tarixli iclasda iddiaçıya “iddia tələbinin dəqiqləşdirilməsi” barədə hüquqi yardım göstərilməsi və “qanunsuzluğun tanınması tələbi”ni irəli sürməsi üçün tövsiyə edilməsi faktiki həqiqəti əks etdirmir. Məhkəmə iclaslarının video-protokollarına baxılmaqla aydın görünəcəkdir ki, məhkəmə tərkibi tərəfindən iddianın hansı istiqamətdə, hansı əsasda və hansı formada dəyişdirilməli olduğu barədə heç bir hüquqi yardım və ya tövsiyə verilməmişdir. İclas zamanı yalnız iddiaçının öz mülahizələri dinlənilmiş, lakin məhkəmə tərəfindən aktiv istiqamətləndirmə (məsələn, iddia növünün hansı tələbə dəyişdirilməsi və ya dəqiqləşdirilməsi barədə) aparılmamışdır. Yəni, Məhkəmənin qərardadın 48-ci bənddə “tövsiyə edilmişdir” qeydi əsassızdır və iclasın audio-video yazıları, eləcə də, iclas protokolları ilə heç bir formada təsdiqlənmir.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

20. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarı: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Yalnız mümkün sayılmış iddiaların əsaslılığına məhkəmələr tərəfindən baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur.

27. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun ** nömrəli ## ##### 2015-ci il tarixli qərarının 6.1 və 6.2-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.

28. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

29. Lakin hazırkı iddia tələbi üzrə iddiaçının arzuladığı məqsədə çatmağı mümkünsüzdür. Bu barədə apellyasiya instansiya məhkəməsi tərəfindən qərarda ətraflı izah verilmişdir.

30. Kassasiya şikayətində iddianın hansı istiqamətdə, hansı əsasda və hansı formada dəyişdirilməli olduğu barədə heç bir hüquqi yardım göstərilmədiyi qeyd olunsa da, 2025-ci il ## ### tarixli məhkəmə iclasının audio-video yazısından müəyyən edilir ki, məhkəmə iclasına sədrlik edən hakim tərəfindən iddiaçıya, onun nümayəndəsi və vəkilinə hazırkı iddia tələbinin mümkünsüz olduğu və dəyişdirilməli olduğu bildirilmiş və yekunda bu məqsədlə iclasın təxirə salındığı vurğulanmışdır. Qeyd olunanları nəzərə alan Kollegiya hesab edir ki, məhkəmə tərəfindən İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə qeyd olunan məhkəmənin yardım etmə vəzifəsinə riayət olunduğundan, kassasiya şikayətinin qeyd olunan dəlili əsassızdır.

31. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2025-ci il ## ######## tarixli, *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar