Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-3925/2025 23.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: “qərarın ləğvi”) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı “cavabdehin # #### 2023cü il tarixli, ** saylı qərarının ləğv olunması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## ######## tarixli, *-*(***)- ***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. Cavabdehin ## ### 2023-cü il tarixli, ** nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional Ədliyyə İdarəsinin təklif və tövsiyəsini nəzərə alaraq “Vətəndaş üçüncü şəxs2 fərdi ev tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında” Sumqayıt bələdiyyəsinin # #### 2008-ci il tarixli (protokol № **) qərarı ləğv edilmişdir.
2. Cavabdehin 0# #### 2023-cü il tarixli, ** saylı iclasının qərarından görünür ki, vətəndaş üçüncü şəxs2 fərdi ev tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında” Sumqayıt bələdiyyəsinin # #### 2008-ci il tarixli (protokol №**) qərarının ləğv edilməsi haqqında” Sumqayıt bələdiyyəsinin ## ### 2023-cü tarixli (protokol № **; §-30) qərarı ləğv edilmişdir.
3. Cavabdehin # #### 2008-ci il tarixli, ** nömrəli qərarından görünür ki, “Samur- Abşeron” kanalının şimalında salınacaq Yeni yaşayış məntəqəsinin *** saylı, 600 kv.m həyətyanı torpaq sahəsinin üçüncü şəxs2 ayrılması qərara alınmışdır.
4. Cavabdehin ## ##### 2015-ci il tarixli, ** nömrəli qərarından görünür ki, Sumqayıt bələdiyyəsinin mülkiyyətində, yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olan “SamurAbşeron” kanalının şimalında, Sumqayıt şəhərinin cənubunda yerləşən Yeni yaşayış massivinin 7-ci məhəlləsində sahəsi 600 kv.m olan *** saylı həyətyanı torpaq sahəsi vətəndaş İddiaçı mülkiyyətinə ayrılmışdır.
5. Sumqayıt Regional Ədliyyə İdarəsinin ## ###### 2023-cü il tarixli, **/*** nömrəli məktubundan görünür ki, Sumqayıt bələdiyyəsinin # #### 2008-ci il tarixli, ** saylı qərarı ilə vətəndaş üçüncü şəxs2 0,06 ha torpaq sahəsinin ayrılması nəzərdə tutulsa da, torpağın ayrılmasına dair müvafiq sənədləşmə işləri başa çatdırılmamış, üçüncü şəxs2 tərəfindən torpağın hər hansı alqı-satqı məbləği bələdiyyəyə ödənilməmiş, həmin qərar üzrə üzərinə qoyulmuş öhdəlikləri yerinə yetirməmiş və torpaq sahəsi üçüncü şəxs2 mülkiyyətinə verilməmişdir. Sonradan həmin torpaq sahəsi bələdiyyənin ## ##### 2015ci il tarixli, ** saylı qərarı ilə vətəndaş İddiaçı mülkiyyətinə ayrılmış və İddiaçı mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Sumqayıt bələdiyyəsinin # #### 2008-ci il tarixli, ** nömrəli qərarı ləğv edilmiş, ləğv təklifi 5 iş günündən gec olmayaraq bələdiyyə iclasında müzakirə olunması təklif edilmişdir.
6. Sumqayıt İnzibati Məhkəməsinin ## ##### 2021-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından görünür ki, iddia təmin edilmiş, Sumqayıt bələdiyyəsinin ## #### 2008-ci il tarixli, ** saylı qərarı Sumqayıt şəhərinin “Samur-Abşeron” kanalının şimalında salınacaq yeni yaşayış məntəqəsində 600 kv.m torpaq sahəsinin iddaçı üçüncü şəxs2 satılması barədə Sumqayıt bələdiyyəsinin # #### 2008-ci il tarixli, ** saylı qərarının ləğv edilməsi hissəsində ləğv edilmişdir.
7. Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2022-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından görünür ki, iddia təmin edilmiş, Sumqayıt şəhər bələdiyyəsinin ## ##### 2015ci il tarixli, ** saylı qərarı ləğv edilmişdir.
8. Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli məktubundan görünür ki, iddiaçı üçüncü şəxs2 cavabdeh Sumqayıt şəhər bələdiyyəsinə qarşı “Sumqayıt şəhər bələdiyyəsinin “Vətəndaş İddiaçı mülkiyyətinə torpaq sahəsinin ayrılması haqqında” olan ## ##### 2015-ci il tarixli ** saylı qərarının ləğv edilməsi”nə dair inzibati iş hal-hazırda Sumqayıt Apellyasiya Məhkəməsinin icraatındadır.
9. Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli məktubundan görünür ki, iddiaçı üçüncü şəxs2 cavabdeh Sumqayıt şəhər bələdiyyəsinə qarşı “Sumqayıt bələdiyyəsinin 0# #### 2008-ci il tarixli ** saylı qərarının ləğv edilməsinə dair bələdiyyənin ## #### 2008-ci il tarixli ** saylı qərarının və Sumqayıt bələdiyyəsinin “Vətəndaş İddiaçı mülkiyyətinə torpaq sahəsinin ayrılması haqqında” ## ##### 2015-ci il tarixli ** saylı qərarının ləğv edilməsi”nə dair iddia tələbi Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2021-ci il tarixli, *-*(***)-***/**** saylı qərarına əsasən təmin edilmişdir. Həmin məhkəmə qərarı qanuni qüvvəsini almışdır.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a. birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin # #### 2023-cü il tarixli, ** saylı iclasının qərarının ləğv olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2004-cü ildən “Yaşıldərə” adlandırılan Sumqayıt şəhərinin cənubunda, “Samur-Abşeron” kanalının şimalında salınan Yeni yaşayış massivinin ərazisində 600 kv.m torpaq sahəsini çəpərləyərək istifadə etmişdir. 2013-cü ildə ərizə ilə cavabdehə müraciət edərək Sumqayıt şəhərinin cənubunda, “Samur-Abşeron” kanalının şimalında salınan Yeni yaşayış massivinin 7-ci məhəlləsində yerləşən, sahəsi 600 kv.m olan *** saylı həyətyanı torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədi ilə mülkiyyətinə verilməsini xahiş etmişdir. Torpaq sahəsinin ayrılmasına dair onun müraciəti cavabdehə məqsədəuyğun sayılmış və müvafiq sənədləşmə işlərinin aparılması məqsədi ilə cavabdeh tərəfindən əvvəlcə ## #### 2014-cü il tarixli, **** saylı məktubla Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinə, daha sonra isə ## ####### 2014-cü il tarixli, **** saylı məktubla Azərbaycan Respublikası ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinə müraciət olunaraq müvafiq rəylərin verilməsi xahiş olunmuşdur. Cavabdehin torpağın sənədləşdirilməsinə dair müraciətlərinə cavab olaraq Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma idarəsi tərəfindən ## ####### 2014-cü il tarixli, *** saylı, Azərbaycan Respublikası ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən isə ## ###### 2014-cü il tarixli, **/*** saylı rəylər verilmiş və torpaq sahəsinin mülkiyyətinə alqı-satqı qaydasında sənədləşdirilməsinin mümkün olduğu bildirilmişdir. Sözügedən rəylər bələdiyyəyə daxil olduqdan sonra cavabdehin ## ##### 2015-ci il tarixli, ** saylı iclasının ** saylı qərarı ilə Sumqayıt şəhərinin cənubunda, “Samur-Abşeron” kanalının şimalında salınan Yeni yaşayış massivinin 7-ci məhəlləsinin ərazisində yerləşən, sahəsi 600 kv.m olan *** saylı həyətyanı torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədi ilə onun mülkiyyətinə verilmişdir. Eyni zamanda həmin torpaq sahəsinin alqı-satqı haqqı olan 1.212 manat pul vəsaiti bələdiyyənin bank hesabına ödənilmiş və ## ##### 2015-ci il tarixdə torpağın alqısatqısına dair onun ilə cavabdeh arasında notarial qaydada müqaviləsi imzalanmış, torpaq sahəsi təhkim aktı əsasında yerində ona təhvil verilmişdir. Həmin torpaq ayırma sənədləri əsasında sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır. ## ###### 2021-ci il tarixli, AN- İ ******* saylı “daşınmaz əmlakın alqı-satqı müqaviləsi” əsasında Sumqayıt şəhərinin cənubunda “SamurAbşeron” kanalının şimalında salınan Yeni yaşayış massivinin 7-ci məhəlləsinin ərazisində yerləşən, sahəsi 600 kv.m olan *** saylı həyətyanı torpaq sahəsi onun tərəfindən üçüncü şəxs1 İsmayıl oğluna satılmış və ********** qeydiyyat nömrəli, # ######## 2021-ci il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”a əsasən Sumqayıt şəhəri, “Samur-ünvan 1 362 ünvanında yerləşən 600 kv.m torpaq sahəsi üzərində üçüncü şəxs1 İsmayıl oğlunun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçirilmişdir. Lakin bir müddət əvvəl üçüncü şəxs2 cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sözügedən torpaq sahəsinin mülkiyyətinə verilməsi barədə cavabdehin ## ##### 2015-ci il tarixli, ** saylı iclasının ** saylı qərarının ləğv edilməsini tələb etmişdir. üçüncü şəxs2 həmin torpaq sahəsinin ilkin olaraq cavabdehin # #### 2008ci il tarixli, ** saylı qərarı ilə ona ayrıldığını iddia edərək torpağın onun mülkiyyətinə verilməsi barədə bələdiyyə qərarını mübahisələndirmişdir. Halbuki, ona torpaq sahəsinin ayrılması barədə cavabdehin # #### 2008-ci il tarixli, ** saylı qərarı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin tövsiyələri əsasında Sumqayıt bələdiyyəsinin ## #### 2008-ci il tarixli, ** saylı qərarı ilə ləğv edilmişdir. Ancaq adı çəkilən qərarının ləğvi barədə üçüncü şəxs2 cavabdeh tərəfindən vaxtında məlumat verilməməsi səbəbindən həmin qərar ona torpaq sahəsinin ayrılması hissəsində Sumqayıt inzibati Məhkəməsinin ## ##### 2021-ci il tarixli, *-*(***)-***/**** saylı qərarı ilə ləğv edimişdir. Bundan sonra üçüncü şəxs2 yuxarıda qeyd edilən iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyindən, iddiaçı da ərizə ilə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan olaraq Sumqayıt Regional Ədliyyə İdarəsinə müraciət etmiş və cavabdehin qanun normlarını pozaraq # #### 2008-ci il tarixli, ** saylı qərarı ilə üçüncü şəxs2 torpaq sahəsinin ayrılması məsələsinə münasibət bildirilməsini xahiş edilmişdir. İddiaçının müraciəti əsasında Sumqayıt Regional Ədliyyə İdarəsi tərəfindən müvafiq araşdırma aparıldıqdan sonra adı çəkilən bələdiyyə qərarının bələdiyyə torpaqlarının ayrılmasına dair qanun normalarının pozuntusu ilə çıxarıldığı müəyyən edilmiş və cavabdehin üçüncü şəxs2 torpaq sahəsinin ayrılması barədə # #### 2008-ci il tarixli, ** saylı qərarının ləğv edilməsi ilə bağlı yazılı tövsiyə verilmişdir. Sumqayıt Regional Ədliyyə idarəsinin tövsiyəsi əsasında cavabdeh tərəfindən ## ### 2023-cü il tarixli, ** saylı iclasının ** saylı qərarı qəbul edilmiş və həmin qərarla “vətəndaş üçüncü şəxs2 fərdi ev tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında” cavabdehin # #### 2008-ci il tarixli (protokol №**) qərarı ləğv edilmişdir. Lakin bundan heç bir ay keçməmiş cavabdeh # #### 2023-cü il tarixli, ** saylı iclasının ** saylı yeni qərarını qəbul edilmişdir ki, bu qərarla da özünün ## ### 2023-cü il tarixli, ** saylı iclasının ** saylı qərarını ləğv etmişdir. Cavabdeh bunu onun ilə üçüncü şəxs2 arasında məhkəmə mübahisəsinin getməsi ilə əsaslandırmağa çalışmışdır, halbuki həmin məhkəmə işləri 2020-ci ildən aparılmaqla bələdiyyənin cavabdeh qismində iştirak etdiyi olduğu işlərdir və bələdiyyənin məhkəmə mübahisəsindən ## ### 2023-cü il tarixli, ** saylı iclasının ** saylı qərarını qəbul edərkən də məlumatı var idi. Cavabdehin # #### 2023-cü il tarixli, ** saylı iclasının ** saylı qərarının kənar təsirlər nəticəsində qəbul edildiyini, iddiaçının maraqlarına toxunduğunu, eləcə də qanuni və əsaslı olmadığını hesab edərək həmin bələdiyyə qərarını mübahisələndirmək qərarına gəlmişdir. Belə ki, cavabdehin # #### 2008-ci il tarixli, ** saylı iclasının qərarı ilə Sumqayıt şəhərinin cənubunda, “Samir-Abşeron” kanalının şimalında salınan Yeni yaşayış massivinin ərazisində yerləşən sahəsi 600 kv.m olan *** saylı həyətyanı torpaq sahəsinin fərdi ev tikintisi üçün üçüncü şəxs2 ayrılması nəzərdə tutulsa da, torpağın ayrılmasına dair müvafiq sənədləşmə işləri başa çatdırılmamış, üçüncü şəxs2 həmin qərar üzrə üzərinə qoyulmuş öhdəlikləri yerinə yetirməmiş və torpaq sahəsi onun mülkiyyətinə verilməmişdir. üçüncü şəxs2 tərəfindən torpağın hər hansı alqısatqı məbləği ödənilməmişdir. Belə olan halda cavabdehin # #### 2008-ci il tarixli, ** saylı qərarı ## ### 2023-cü il tarixli, ** saylı iclasının ** saylı qərarı ilə qanuni şəkildə ləğv edildiyi halda, həmin qərarın bələdiyyənin # #### 2023-cü il tarixli, ** saylı iclasının ** saylı yeni qərarı ilə ləğv edilməsi üçün hər hansı hüquqi əsaslar mövcud olmamışdır. Cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasr Qanununun tələbləri kobud şəkildə pozulmaqla ## ### 2023-cü il tarixli, ** saylı iclasının ** saylı qərarı # #### 2023-cü il tarixli, ** saylı iclasının ** saylı qərarı ilə ləğv olunmuşdur. Göründüyü kimi, bələdiyyənin bu qərarı ilə iddiaçının hüquqları cavabdeh tərəfindən aşkar şəkildə pozulduğu üçün onun məhkəməyə müraciət etmək və cavabdehin # #### 2023-cü il tarixli, ** saylı iclasının ** saylı qərarının ləğv olunmasını tələb etmək qərarına gəlmişdir. Belə ki, torpağın bələdiyyə tərəfindən mülkiyyətinə ayrılması zamanı iddiaçı öz tərəfindən üzərinə düşən öhdəlikləri, o cümlədən mülkiyyətinə verilmiş torpaq sahəsinin tələb olunan alqı-satqı pulunu bələdiyəyə ödəməklə tam yerinə yetirmişdir. Beləliklə, hüquqları cavabdeh tərəfindən aşkar şəkildə pozulduğu üçün məhkəməyə müraciət etmək və öz pozulmuş hüquqlarını məhkəmə qaydasında müdafiə etmək məcburiyyətində qalmışdır. Cavabdehin mübahisələndirilən qərarı ona məlumat verilmədən və hər hansı məhkəmə qərarı olmadan çıxarıldığından, həmin bələdiyyə qərarı qanunsuz qəbul edilmişdir və bu əsasla ləğv edilməlidir.
12. Məhkəmənin # ###### 2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “qərarın ləğvi” tələbinə dair iş iş üzrə üçüncü şəxs2 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunması (zəruri cəlbetmə) qərara alınmışdır.
13. Üçüncü şəxs iddiaya dair etirazını təqdim edərək, iddianın mümkün sayılmamasını xahiş etmişdir.
14. Etiraz onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsi 2008-ci il tarixdə ona ayrılmışdır. Həmin torpaq sahəsində hasarlama işləri aparmış və müəyyən materialları da torpaq sahəsində olmuşdur. Həmin torpaq sahəsinə mülkiyyət hüquqlarını qeydə almaq istədikdə məlum olmuşdur ki, cavabdeh üçüncü şəxs ona məlumat vermədən birtərəfli qaydada ona torpaq ayrılması barədə olan qərarını ləğv etmiş, bundan 7 il sonra həmin torpaq sahəsini iddiaçıya ayırmışdır. Bu barədə olan cavabdehin qərarlarını inzibati məhkəmədə mübahisələndirmişdir və ona torpaq ayrılması barədə qərarın ləğv edilməsi və torpaq sahəsinin İddiaçı ayrılması barədə olan qərarların ləğv edilməsi barədə iddia vermişdir. Sumqayıt İnzibati Məhkəməsinin ## ##### 2021-ci il tarixli, 2-1(118)- 333\**** saylı qərarına əsasən cavabdehin ona torpaq sahəsi ayrılması barədə olan qərarının ləğv edilməsi barədə olan qərarı ləğv edildi, iddiaçıya torpaq ayrılması barədə qərarın ləğv edilməsinə dair iddiası isə mümkünsüz hesab edilmiş və məhkəmə öz qərarında izah vermişdir ki, bu qərar qüvvəyə minəndən sonra iddiaçıya torpaq ayrılması barədə qərarı mübahisələndirə bilər. Qərar qüvvəyə minəndən sonra iddiaçıya torpaq sahəsi ayrılması barədə qərarın ləğv edilməsi barədə məhkəmədə iddia qaldırmış və Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- ***/**** saylı, ## #### 2022-ci il tarixli qərarına əsasən iddiası təmin edilmiş və iddiaçıya torpaq sahəsi ayrılması barədə olan cavabdehin qərarı ləğv edilmişdir. İddiaçı bu qərardan apellyasiya şikayəti vermişdir və iş apellyasiya baxışında olarkən məhkəməyə cavabdehin yeni – ona torpaq sahəsi ayrılması barədə olan qərarın ləğv edilməsi barədə qərarını təqdim etmiş və bildirmişdir ki, artıq onun hazırkı iddianı verməyə subyektiv hüququ yoxdur. Cavabdehə müraciət edərək, bir dəfə belə bir qərarının məhkəmə tərəfindən ləğv edildiyini, həmin qərardan cavabdehin şikayət vermədiyini və məhkəmə qərarını icra etdiyini bildirərək, hazırda eyni məzmunlu, eyni əsaslarla vermiş olduğu qərarın qanunsuz olduğunu bildirmişdir. Qeyd edilir ki, məhkəmə qərarı ilə müəyyən və təsdiq edilmişdir ki, bələdiyyənin birtərəfli qaydada torpaq sahəsinin ayrılması barədə qərarı ləğv etmək hüququ yoxdur. Bu qanuni iradlarından sonra cavabdeh öz səhvini başa düşərək, eləcə də bu məzmunlu qərarının məhkəmə tərəfindən qanunsuz olmasını nəzərə alaraq, öz qərarını ləğv etmişdir. Bundan sonra iddiaçı həmin qərardan narazı qalaraq hazırkı iddianı vermiş və iddia məhkəmə baxışındadır. İşin şərh edilən, heç bir mübahisəsi olmayan və məhkəmə qərarları ilə təsdiq olunan halalrı ondan ibarətdir ki, bu torpaq cavabdehin 2008-ci il tarixli qərarı ilə üçüncü şəxs üçüncü şəxs2 ayrılmış və hazırda həmin qərar qüvvədədir və onun həmin qərarı və torpağa olan hüququ hazırda qüvvədə olan məhkəmə qərarı ilə öz təsdiqini tapmışdır. Belə olan təqdirdə, üçüncü şəxs üçüncü şəxs2 torpaq sahəsi ayrılması barədə qərar qüvvədə ola-ola cavabdeh tərəfindən iddiaçıya torpaq sahəsi ayrılması barədə olan qəran avtomatik olaraq öz hüquqi qüvvəsini itirir və məhkəmə qərarı ilə həmin qərar məhz bu əsaslarlıa ləğv edilmişdir. Yəni, iddiaçının özünün həmin torpağa hər hasnı bir hüququnun olması bu gün mübahisələndirilir və onun öz qərarının qanuniliyi məhkəmə tərəfindən qəbul edilmədiyi təqdirdə, onun bu torpağa dair cavabdehin hər hasnı bir qərarını mübahisələndirməyə hüququ yoxdur. Çünki, onun torpağa dair hüququnu təsdiq edən qərar torpaq sahsəi ayrılması barədə olan qərardan 7 il sonra verilmiş, məhkəmə üçüncü şəxs üçüncü şəxs2 qərarının qanuniliyini öz qərarı ilə təsdiq edib, iddiaçının qərarını isə qanunsuz hesab edərək ləğv etmişdir. Belə olan təqdirdə iddiaçının torpağa dair hər hansı bir hüququ olmadığı halda, bu torpağa dair verilmiş hər hansı bir qəran mübahisələndirmək üçün subyektiv hüququ yaranmamışdır. Çünki, bu zaman subyektiv hüququn ən vacib hissəsi – tələb etmə hüququ mövcud deyildir. Bu halda iddia mümkün hesab edilməməlidir. Bundan əlavə, iş materiallarından görünür ki, 2021-ci ildə cavabdehin qərarı ləğv edilməsi barədə məhkəmə qərarı qəbul edildikdən sonra iddiaçı həmin torpaq sahəsini 2021-ci ilin sentyabr ayında satmışdır və torpaq sahəsi hazırda başqa şəxsin mülkiyyətindədir. Belə olan təqdirdə, onun torpağa dair hər hansı bir hüququ (sahiblik, mülkiyyət) olmadan, cavabdehin həmin torpağa dair qəbul etdiyi hər hansı bir qərarı mübahisələndirmək üçün də subyektiv hüququ yoxdur.
15. Məhkəmənin ## ### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “qərarın ləğvi” tələbinə dair iş iş üzrə üçüncü şəxs1 İsmayıl oğlunun üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunması (zəruri cəlbetmə) qərara alınmışdır.
16. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: K.Ə.Həbibova) 2025-ci il ## ### tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
17. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, artıq qüvvədə olan məhkəmə qərarı ilə üçüncü şəxs üçüncü şəxs2 münasibətdə qəbul edilmiş # #### 2008ci il tarixli, ** saylı qərarının ləğv edilməsinin qanunsuz olduğu sübut edilmiş, cavabdeh tərəfindən qeyd edilən qərarın ləğv edilməsi barədə yeni qərarın qəbul edilməsi əsassızdır. Eyni zamanda cavabdeh üçüncü şəxs üçüncü şəxs2 əleyhinə olan ## ### 2023-cü il tarixli, ** nömrəli qərarını qəbul edərkən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional Ədliyyə İdarəsinin təklif xarakterini daşıyan məktubunu əsas götürərək, inzibati icraatın aparılması qaydalarına riayət etməmiş, marağlı şəxsin iştirakını təmin etməmiş, dinləməkdən imtina edilməsi hər hansı bir halının mövcud olduğunu göstərməmiş, qərar barədə tərəfi məlumatlandırmamışdır. Əksini sübut edən sənədlər, faktlar məhkəməyə təqdim edilməmişdir. Hazırda mübahisələndirilən # #### 2023-cü il tarixli, ** saylı (üçüncü şəxs üçüncü şəxs2 münasibətdə olan §39) qərarı qəbul edərək, ## ### 2023-cü il tarixli, ** nömrəli (üçüncü şəxs üçüncü şəxs2 münasibətdə olan §30) qərarını ləğv etməkdə cavabdeh haqlı olmuşdur.
18. Qərarla razılaşmayan iddiaçı və üçüncü şəxs üçüncü şəxs1 İsmayıl oğlunu apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
b. apellyasiya instansiyası məhkəməsində icraat
19. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: G.İ.Cabbarova /sədrlik edən və məruzəçi/, V.E.Əzizova və İ.R.Quliyev) 2025-ci il ## ######## tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının niyyəti üçüncü şəxs üçüncü şəxs2 adına tərtib edilmiş sözügedən torpaq sahəsinin ayrılmasına dair ##.##.2008-ci il tarixli bələdiyyə qərarının ləğv edilməsinə nail olmaqdan ibarət olmuşdur. Hansı ki həmin qərar bir dəfə ## #### 2008-ci il tarixli bələdiyyə qərarı ilə ləğv edilsə də, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə bələdiyyə tərəfindən həmin qərarın inzibati icraat haqqında qanunvericiliyin tələbinə zidd olaraq ləğv edildiyindən, həmin hərəkətləri qanunazidd hesab olunmuşdur. Həmçinin, qeyd edilməlidir ki, həmin ##.##.2008-ci il tarixli qərar iddiaçı tərəfindən ayrıca tələb kimi mübahisələndirilməmişdir. Daha sonra isə bələdiyyə tərəfindən Sumqayıt Regional Ədliyyə İdarəsinin təklifi əsas götürülməklə, ## ### 2023-cü il tarixdə üçüncü şəxs2 münasibətdə eyni qaydada inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq icraat aparmadan, eyni məzmunlu qərar-onun adına torpaq sahəsinin ayrılması barədə ##.##.2008-ci il tarixli qərarın ləğv edilməsinə dair qərar qəbul edilmişdir. Hansı ki məhz qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə üçüncü şəxs barəsində əlverişli inzibati aktı kimi qəbul edilmiş qərarın bu formada ləğv edilməsinin qanunvericiliyin tələbinə zidd olması halı müəyyən edilmişdir. Buna baxmayaraq, bələdiyyə tərəfindən yenidən eyni qaydada qanunvericiliyin tələblərinə riayət edilmədən üçüncü şəxsə münasibətdə onun adına tərtib edilmiş bələdiyyə qərarının ləğv edilməsinə dair yeni qərar qəbul edilmişdir. Daha sonra isə bələdiyyə tərəfindən məhz ## ### 2023-cü il tarixli qərarını üçüncü şəxsə münasibətdə qanuni qüvvəyə minmiş məhkəmə qərarının olması, tərəflər arasında məhkəmə mübahisəsinin davam etdiyi halda, üçüncü şəxsin adına tərtib edilmiş qərarın ləğv edilməsinin məqsədəuyğun olmadığı əsas götürərələk, ## ### 2023-cü il tarixli qərarı ləğv edilmiş, bu barədə 0# #### 2023-cü il tarixli qərar qəbul edilmişdir. Belə olan halda, kollegiya hesab etmişdir ki, ##.##.2008-ci il tarixli bələdiyyə qərarı üçüncü şəxsə münasibətdə əlverişli inzibati akt qismində çıxış etdiyindən, bələdiyyə tərəfindən məhz inzibati icraat haqqında qanunvericiliyin tələbinə uyğun olaraq qanunla müəyyən edilmiş əsasların mövcudluğu müəyyən edildikdə, inzibati icraatı təzələməklə, inzibati icraatı aparmaqla, yeni qərar qəbul edə bilərdi. İndiki halda isə bələdiyyə tərəfindən üçüncü şəxsə münasibətdə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş və həmin halda bələdiyyənin qərarının ləğvi üçün əsas olan eyniməzmunlu hərəkətləri (inzibati icraatın aparılmasına dair qanunvericiliyin tələblərini pozmaqla) ikinci halda ## ### 2023-cü il tarixli qərarın qəbul edilməsi zamanı da yol verilmişdir. Bu baxımından kollegiya hesab etmişdir ki, bələdiyyə tərəfindən üçüncü şəxsə münasibətdə onun adına tərtib edilmiş bələdiyyə qərarının ləğv edilməsinə dair ## ### 2023-cü il tarixli qərarının ləğv edilməsinə dair 0# #### 2023-cü il tarixli qərarı qanunauyğun olmuşdur. Başqa sözlə desək, hazırki mübahisə predmeti olan bələdiyyə qərarının qanunvericiliyin tələbinə zidd olaraq qəbul edilməsinin əsasları müəyyən edilməmişdir. Bu hal isə iddianının əsaslılığını təkzib edən hal kimi çıxış etmişdir. Belə olan halda, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmamışdır.
21. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a. kassasiya şikayətinin dəlilləri
22. İddiaçı tərəfindən təqdim edilən kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, üçüncü şəxs2 inzibati icraat zamanı iştirakının təmin edilməməsi qanun pozuntusu olaraq müəyyən edilirsə, niyə barəsində qərar verilən torpaq sahəsinin mülkiyyətçisinə, o torpaq sahəsini 2015-ci ildə satdıqları şəxsə xəbər verilmədən qərar qəbul edilməsi pozuntu kimi müəyyən edilmir? Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 25ci maddəsinin 5-ci hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasıməqsədlərinə xidmət edir. Qeyd olunan pozuntular hazırkı qərarın ləğvi üçün əsasdır. Cavabdeh iddiaçıya heç bir hüquq normasının tələbləri pozulmadan alqı-satqı yolu ilə torpaq satmış, iddiaçı tərəfindən həmin torpağın dəyəri cavabhehə ödənilmiş və torpaq sahəsi üzərində hüquqları dövlət qeydiyyatına alınmışdır. İddiaçı da öz mülkiyyətində olan torpaq sahəsi üzərində sərəncam verərək onu başqa şəxsə qanuna uyğun şəkildə satmışdır. Məhkəmənin bu qanunsuz qərarı bir vicdanlı alıcı kimi iddiaçının və torpaq sahəsini satdığı şəxsin hüquqlarını kobud şəkildə pozur. Belə ki, heç bir hüquqi əsası olmayan bələdiyyə qərarını bərpa edərək cavabdeh üçüncü şəxs2 ilə aralarında olan niyyət xarakterli qərarla hazırkı mülkiyyət hüquqları übahisə predmetinə çevirilmişdir. üçüncü şəxs2 qeyd olunan qərarla yalnız müvafiq mərhələlər keçdikdən, rəy və razılaşmalar aldırdan, hərracda iştirak etdikdən sonra yarana biləcək hüquqlara verə bilərdi. Qərar qanuna zidd olduğu üçün ləğv edildikdən sonra heç bir təminatı olamayan hüquqla dövlət təminatı olan mülkiyyət hüququmun mübahisəyə çevirilməsi mülkiyyət hüquqlarına böyük hörmətsizikdir. Məhkəmə iddiaçının tələblərini qanuni və əsaslı saymayaraq yanlışlığa və aşkar qanun pozuntusuna yol vermişdir. Məhkəmə cavabdehin adına verilmiş bələdiyyə qərarının inzibati akt olmadığına və torpaq sahəsinin qanunvericiliklə müəyəyn edilmiş qaydada onun mülkiyətinə ayrılmamasına,torpağın ayrılmasına dair üçüncü şəxs2 və cavabdeh Sumqayıt Bələdiyyəsi arasında hər hansı müqavilənin bağlanılmadığına, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi üzərində qanunvericiliklə müəyyən edilmiş qaydada hər hansı hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyatından keçmədiyinə məhəl qoymamış, bunun əksinə iddiaçının torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına hər hansı hüquqi qiymət verməyərək qanun pozuntusuna yol vermişdir. Təəssüf ki, işə baxan məhkəmə bu dəlilləri və iş üzrə müəyyən edilmiş halları heçə sayaraq iddia tələbi əsassız olaraq rədd etmişdir. Birinci instansiya məhkəməsi, eləcə də apelyasiya instansiyası iş üzrə sübutlara düzgün hüquqi qiymət verə bilməmiş, formal mülahizələr əsasında olmayan hüququnun pozulmasına dair əsassız qənaətə gəlmişdir. Bütün bu sadalananlar məhkəmə tərəfindən yol verilmiş qanun pozuntuları ilə çıxarılmış məhkəmə qərarının qeyri-obyektivliyini və müvafiq qanun normalarına zidd olduğunu tam aydınlığı ilə göstərir. Bu səbəbdən məhkəmənin qərarını qanuna zidd olmaqla ləğv edilməlidir.
b. kassasiya şikayətinə etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
24. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarı 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
25. İnzibati Prosessual Məcəllə: Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən işin hallarını və işdə olan sübutları tam, obyektiv və hərtərəfli araşdırmamış və bunun nəticəsində iş üzrə əsassız qərar qəbul etmişdir.
29. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
30. İşin müəyyən edilmiş hallarından görünür ki, Sumqayıt Bələdiyyəsinin (bundan sonra bələdiyyə) ##.##.2008-ci il tarixli ** saylı qərarı ilə üçüncü şəxs üçüncü şəxs2 adına fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m. topaq sahəsi ayrılmış, Bələdiyyənin ## #### 2008-ci il tarixli qərar ilə həmin qərar ləğv edilmişdir. Bələdiyyənin ## ##### 2015ci il tarixli qərarı ilə sözügedən torpaq sahəsi iddiaçının adına ayrılmış, bələdiyyə ilə iddiaçı arasında həmin torpaq sahəsinə dair ##.##.2015-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanılmışdır. Daha sonra üçüncü şəxs2 bələdiyyənin həmin qərarını (## #### 2008-ci il tarixli qərarını) məhkəmə qaydasında mübahisələndirmiş, məhkəmənin ##.##.2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, bələdiyyənin ## #### 2008-ci il tarixli qərarı üçüncü şəxs2 aid hissədə ləğv edilmişdir, həmin qərar qanuni qüvvəyə minmişdir. Daha sonra üçüncü şəxs2 iddiaçının adına torpaq sahəsinin ayrılması barədə ##.##.2015-ci il tarixli bələdiyyə qərarını mübahisələndirmiş, məhkəmənin ##.##.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, sözügedən qərarın ləğv edilməsi qərara alınmışdır, həmin məhkəmə qərarından apellyasiya şikayəti verildiyindən, hazırda apellyasiya instansiya məhkəməsinin icraatında olmaqla, məhkəmə qərardadı ilə həmin inzibati iş üzrə icraatın hazırki inzibati iş üzrə işə mahiyyəti üzrə baxılanadək dayandırılması qərara alınmışdır. Daha sonra Sumqayıt Regional Ədliyyə İdarəsi tərəfindən Bələdiyyəyə ##.##.2023-cü il tarixli yazılı məktub ünvanlanaraq, ##.##.2008-ci il tarixli qərar əsasında üçüncü şəxs2 Süleyman oğluna ayrılmasının nəzərdə tutulsa da, torpağın ayrılmasına dair sənədləşmə işləri başa çatdırılmadığından, alqı-satqı məbləği ödənilmədiyindən, mülkiyyətinə verilmədiyindən, sonradan həmin torpaq sahəsinin ##.##.2015-ci il tarixli ** saylı qərarla İddiaçı mülkiyyətinə verilməsi, mülkiyyət hüququnun dövlət qeydiyyatına alındığından, ##.##.2008-ci il tarixli qərarın ləğv edilməsi təklif edilmişdir. Bundan sonra Bələdiyyə tərəfindən həmin məktub (təklif) nəzərə alınmaqla, yenidən ## ### 2023-cü il tarixli ** saylı qərarı ilə sözügedən torpaq sahəsinin üçüncü şəxs2 satılması prosedurunun başa çatdırılmadığından, dəyəri ödənilmədiyindən, mülkiyyətinə verilmədiyindən bələdiyyənin ##.##.2015-ci il tarixli ** saylı qərarı ilə İddiaçı mülkiyyətinə verilməsi halı əsas götürülməklə, ##.##.2008-ci il tarixli qərarını ləğv etmişdir. Daha sonra Bələdiyyə tərəfindən üçüncü şəxs2 barəsində ##.##.2008-ci il tarixli qərarın ləğv edilməsi barədə əvvəlki qərarının məhkəmə qaydasında ləğv edilməsi, bu barədə müvafiq məhkəmə qərarının olması, məhkəmə mübahisəsi davam etdiyi üçün ##.##.2008-ci il tarixli qərarın ləğv edilməsinin məqsədəmüvafiq hesab etmədiyindən, Bələdiyyənin ## ### 2023-cü il tarixli ** saylı qərarının ləğv edilməsi barədə 0# #### 2023-cü il tarixli ** saylı qərar qəbul etmişdir. İndiki halda iddiaçı məhz Bələdiyyənin qəbul etdiyi 0# #### 2023-cü il tarixli qərarını mübahisələndirmişdir.
31. İddiaçı tərəfindən Bələdiyyənin qəbul etdiyi 0# #### 2023-cü il tarixli qərarını mübahisələndirməkdə hüquqi marağı həmin qərar əsasında ləğv edilmiş ## ### 2023cü il tarixli qərarın qüvvədə qalmasına nail olmaqdır, hansı ki ## ### 2023-cü il tarixli qərar əsasında məhz üçüncü şəxs üçüncü şəxs2 adına torpaq sahəsinin ayrılması barədə ##.##.2008-ci il tarixli qərar ləğv edilmişdir. Nəticə etibarilə iddiaçının hüquqi marağı məhz üçüncü şəxs üçüncü şəxs2 adına torpaq sahəsinin ayrılmasına dair ##.##.2008-ci il tarixli qərarın ləğv edilməsinə nail olmaqdan ibarətdir.
32. Kollegiya qeyd edir ki, apellyasiya instansiya məhkəməsi də iddiaçının hüquqi marağınının üçüncü şəxs2 adına torpaq sahəsinin ayrılmasına dair ##.##.2008-ci il tarixli qərarın ləğv edilməsinə nail olmaqdan ibarət olduğunu qeyd etsə də, iddiaçıya həmin qərarın mübahisələndirilməsi üçün hüquqi yardım göstərməmişdir.
33. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının Plenumunun ##.##.2015-ci il tarixli ** nömrəli qərarında qeyd edilmişdir ki, “...iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər”.
34. Kollegiya razılaşır ki, hazırki məzmunda iddia təmin olunarsa iddiaçı arzuladığı məqsədə ilkin baxışdan çatmış olacaqdır. Lakin bu zaman bələdiyyənin ## ### 2023-cü il tarixli qərarı qüvvədə qalacaq, hansı ki ## ### 2023-cü il tarixli qərar əsasında məhz üçüncü şəxs üçüncü şəxs2 adına torpaq sahəsinin ayrılması barədə ##.##.2008-ci il tarixli qərar ləğv edilmişdir. Bu zaman isə hazırki iş üzrə üçüncü şəxs olan üçüncü şəxs2 həmin qərarı mübahisələndirmək hüququ yaranacaq, bu isə yeni məhkəmə çəkişmələrinə səbəb olacaq. Lakin birbaşa olaraq bələdiyyənin ##.##.2008ci il tarixli qərarının mübahisələndirilməsi tərəflər arasında yaranmış mübahisənin bir məhkəmə icraatında həlli ilə yekunlaşacaqdır. Başqa sözlə iddiaçı başqa predmetli iddia qaldırmaqla (bələdiyyənin ##.##.2008-ci il tarixli qərarını mübahisələndirməklə) öz məqsədinə daha münasib və daha sadə yolla nail ola bilər.
35. Kollegiya əlavə olaraq qeyd edir ki, bələdiyyənin ##.##.2008-ci il tarixli qərarı mübahisələndiriləcəyi təqdirdə iddianın xüsusi mümkünlük şərtinin (iddia müddəti) ödənilməsi üçün müddətin bərpası məsələsi müzakirə edilərkən iddiaçı tərəfindən onun maraqlarına olunmuş və oluna biləcək müdaxilə ilə bağlı zəruri müdafiə tədbirlərin lazımi həcmdə və vaxtında görməsinin, habelə iddiaçıya həmin qərarın mübahisələndirilməsi üçün hüquqi yardım göstərilmədiyinin üzrlü səbəb hesab edilməsi diqqətdə saxlanılmalıdır.
36. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan, barəsində şikayət verilən məhkəmə qərarı ləğv edilməli, İPM-in 12.1-ci, 13-cü və 58.7-ci maddələrinin tələblərinin yerinə yetirilməsi üçün iş yuxarıda qeyd edilənlər nəzərə alınmaqla təkrar apellyasiya baxışına göndərilməlidir.
37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il ## ######## tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir.